Məhkəmə qərarları › İş №2-2(1-8)-476/2026

Ali Məhkəmə Qərardad — İş №2-2(1-8)-476/2026

10.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(1-8)-476/2026 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - kassasiya şikayəti hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı QSC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDI: Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) tələblərinə uyğun olmadığından qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.3-cü maddəsinə əsasən kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən kassasiya şikayətinə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyətləri qanuna uyğun verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Hazırkı iş üzrə verilmiş kassasiya şikayətindən görünür ki, şikayət yalnız vəkil vəkil1 tərəfindən imzalanmışdır. Lakin iş materiallarında həmin vəkilə cavabdehin adından kassasiya şikayəti vermək və imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə mövcud deyildir. Bu halda vəkilin kassasiya şikayətini imzalamaq səlahiyyəti olmadığından, şikayət MPM-in 408.1.1-ci maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, cavabdeh MMC tərəfindən nümayəndə qismində X2 etibarnamə verilmişdir. Lakin kassasiya şikayəti həmin nümayəndə tərəfindən imzalanmamışdır. Beləliklə, kassasiya şikayəti cavabdehin adından bu prosessual hərəkəti həyata keçirmək səlahiyyəti təsdiq olunmayan şəxs tərəfindən elektron qaydada imzalanmışdır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət vermiş şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərinə riayət etməklə, MPM-in 408.5-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən kassasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, MPM-in 408.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar