Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(1-8)-51/2026 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 24 dekabr tarixli 2-2(104)-56/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icra at qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 1. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 41.750 manat pul və 216 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 3 dekabr tarixli e-2-2(115)-795/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 40.000 manat pul və 210 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuş, ödənilmiş 6 manat dövlət rüsumunun iddiaçıya aid olunması qət edilmişdir (hakim – R.Qələndərzadə).
3. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 13 dekabr ta rixli e-2-2(115)795/2024 nömrəli əlavə qətnaməsi ilə iş üzrə 102 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir (hakim – R.Qələndərzadə).
4. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 19 sentyabr tarixli 2-2(104)-56/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə 102 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – F.Mehtiyev və R.Məcidov).
6. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
7. Cavabdeh həmçinin vəsatətlə məhkəməyə müraciət edərək, qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
8. Həmin vəsatət onunla əsaslandırılmışdır ki, qətnamə 2025-ci il 17 oktyabr tarixində şəxsi kabinetə yerləşdirilmiş, cavabdehlə isə 2025-ci il 17 dekabr tarixində müqavilə bağlanmışdır. Sistemdə olan texniki nasazlığa görə elektron orderi yalnız 2025-ci il 18 dekabr tarixində almaq mümkün olmuşdur. Bu səbəbdən də kassasiya şikayətini vermək üçün 1 gün ötürülmüşdür. Həmçinin cavabdeh 2025-ci il 17 dekabr tarixində dövlət rüsumunu ödəmişdir. Göstərilənlərə əsasən 1 gün ötürülmüş müddətin üzrlü hesab olunması xahiş edilir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 24 dekabr tarixli 2-2(104)-56/2025 nömrəli qərardadı ilə cavabdehin prosessual müddətin bərpasına dair ərizəsinin təmin olunmasından imtina edilmiş və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – İ.Həsənov və R.Məcidov).
10. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini 2025-ci il 17 oktyabr tarixində elektron kabinet vasitəsilə almışdır. Bu halda kassasiya şikayəti verilməsi müddətinin axımı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 128.3-cü maddəsinə əsasən 2025 -ci il 18 oktyabr tarixindən başlamış və 2025-ci il 17 dekabr tarixində başa çatmışdır. Çünki MPM-in 128.3cü maddəsinə əsasən, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. MPM-in 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
11. Qətnamədən kassasiya şikayəti vermə müddətinin bərpa olunması barədə tələbin prosessual-hüquqi əsasını təşkil edən MPM-in 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual m üddət üzrlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir. Həmin normaya görə, prosessual müddətin buraxılmasının üzrlü səbəbləri dedikdə, tərəfin şikayəti tərtib edərək məhkəməyə göndərməyə imkan verməyən dərəcədə ağır xəstə olması, ezamiyyətdə olması, təbii fəlakət, fövqəladə vəziyyət və sair kimi hallar nəzərdə tutulur. Həm də bu cür üzrlü hallar, qətnamədən kassasiya şikayəti vermə müddətinin axımı başlandığı dövrdə baş vermiş olmalıdır.
12. Cavabdehin göstərdiyi dəlillər buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasına əsas verməmişdir. Belə ki, cavabdeh qətnaməni 2025-ci il 17 oktyabr tarixində alsa da, kassasiya şikayətini 2025-ci il 18 dekabr tarixində, yəni 1 gün gecikdirməklə vermiş, həm də məhkəməyə pros essual müddətin üzrlü səbəbdən keçdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Ona görə də kollegiya müddətin bərpası üçün buraxılmış dövrü üzrlü hesab etməmişdir.
13. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MPM-in 128.3, 129, 133.1, 134.1.5, 135.1, 135.2, 135.5, 135.6 və 405.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. MPM-in 128.3 və 129.1-ci maddələri üzrə - məhkəmə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə prosessual müddətin axımını düzgün müəyyən etmişdir, yəni kassasiya şikayətinin verilməsi üçün müddətin axımı 2025-ci il 18 oktyabr tarixindən hesablanır. Lakin məhk əmə müddətin sonunu düzgün müəyyən etməmişdir. Belə ki, aylarla hesablanan müddət sonu müvafiq ayında və günündə qurtarır. Bu halda müddətin qurtarmasının son günü 2025-ci il 18 dekabr tarixində bitir. Cavabdeh kassasiya şikayətini son gündə, yəni 2025-ci il 18 dekabr tarixində verdiyindən, kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş 2 aylıq müddət ötürülməmişdir.
16. MPM-in 133.1-ci maddəsi üzrə - vəkil ilə cavabdeh arasında 2025-ci il 17 dekabr tarixində saat 13:28-də elektron qaydada kassasiya şikayətinin tərtib edilməsi ilə bağlı müqavilə bağlanmış, həmin tarixdə cavabdeh dövlət rüsumunu ödəmişdir. Müqavilənin təsdiqi və elektron orderin verilməsi ilə bağlı sistemdə yaranmış problemlərə görə sənəd 2025-ci il 18 dekabr tarixində saat 11:18-də təsdiqləndiyindən, kassasiya şikayə ti 2025-ci il 18 dekabr tarixində verilmişdir. Ehtiyat üçün müddətin bərpası ilə bağlı vəsatət də verilmişdir. Cavabdeh kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddəti ötürmüş olsa da, qanunvericilik buraxılmış müddətin sair səbəblərini nəzərə almışdır. Elektron müqavilənin təsdiq edilməsi və elektron ordenin verilməsi elektron sistemlə bağlı məsələlər olmuşdur və cavabdehdən asılı olmayan səbəblərə görə kassasiya şikayəti 2025-ci il 18 dekabr tarixində təqdim olunmuşdur. Elektron müqavilələri büronun rəhbərliyi təsdiq edir. 2025-ci il 17 dekabr tarixində büro rəhbərliyi Bakıdan -Tiflisə, oradan isə Soçiyə təyyarə ilə uçmuşdur. Rusiya Federasiyasında davam edən müharibə şəraiti ilə bağlı internet işləməmiş, növbəti gün “VPN” tətbiqini yükləməklə, müqaviləni təsdiq etmək mümkün olmuş və sistematik elektron vəkil orderi şəxsi kabinetə inteqrasiya olunmuşdur. Bu səbəblər buraxılmış prosessual müddətin 1 gün ötürülməsi üçün üzrlü hesab olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
18. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarix indən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.” “Maddə
129. Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.” “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.” “Maddə
134. Rəsmi qaydada verilən sənədlər 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını;” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələri ndə müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rə smi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.[ 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştir ak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
21. Belə ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
22. Kassasiya şikayətində göstərilən dəlillər isə əsaslı hesab edilə bilməz.
23. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas hesab etmir və bildirir ki, həm prosessual müddətlərin hesablanması, həm də MPM-in 133-cü maddəsinin tətbiq edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
24. Əlavə olaraq kollegiya qeyd edir ki, MPM-in 405.0.1-ci maddəsində müəyyən edilmiş 2 aylıq müddətin n eçə gün ötürülməsindən asılı olmayaraq, prosessual nəticə eyni, yəni 2 aylıq müddət ötürülmüş olur. Ona görə də, 2 aylıq prosessual müddətin sonuncu günündə şikayətin verilməsini çətinləşdirən və ya qeyri-mümkün edən hallar bütövlükdə 2 aylıq prosessual müddətin üzrlü səbəblərdən buraxılması əsası kimi çıxış edə bilməz.
25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 24 dekabr tarixli 2-2(104)-56/2025 nömrəli qərardadı dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.