Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-516/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə Açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələblər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Işin halları
1. 2011-ci il ## ###xxxx##/##/**** nömrəli mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən verilmiş “Texniki şərt”in surətindən görünür ki, ZZ ünvanda “xxxx” MMC-nin tikəcəyi 7 ədəd 1 girişli 6 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin elektrik təchizatının etibarlılığının artırılması üçün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin 2011-ci il ## ####xxxx**/**/*** nömrəli texniki şərtinə yenidən baxılmışdır və 2011-ci il ## ### tarixində “xxxx” MMC-yə texniki şərt verilmişdir.
2. Mübahisəli torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan sənədlərin surətlərindən görünür ki, 2012-ci il ## #### tarixində tərtib edilmiş “tikinti üçün Şirvan şəhərində torpaq sahəsi ayrılması haqqında” akta əsasən Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 150 kv.m torpaq sahəsi bütün texniki və sanitar normalara uyğun olmaqla tikinti üçün yararlıdır. Həmin aktda “elektrik təchizatı” qrafasında hər hansı qeyd aparılmamışdır.
3. X1 Idarəsinin 2013-cü il ## ######xxxx****** nömrəli istismara buraxılma aktının surətindən görünür ki, ZZ ünvanda “xxxx” MMC-nin tikdiyi 7 ədəd 1 girişli 6 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin elektrik qurğularının istismara buraxılması üçün tərtib edilmişdir. Tikinti və quraşdırma işləri 2011-ci il ## ###xxxx##/##/**** nömrəli və 2012-ci il ## ######xxxx**/**/**/**** nömrəli mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin texniki şərtinə əsasən razılaşdırılmış layihə üzrə yerinə yetirilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan Torpaq hərrac və müsabiqə komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə 2013cü il ## ########xxxx*** nömrəli protokolunun surətindən və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 000 009 *** nömrəli şəhadətnaməsinin surətindən görünür ki, Iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mülkiyyətində olan 150 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən 2013-cü il ## ######## tarixində keçirilmiş müsabiqənin qalibidir. Şəhadətnamə 2013-cü il ## ######## tarixində 142 nömrə ilə qeydiyyata alınmaqla müsabiqənin qalibinə verilmişdir.
5. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və Iddiaçı arasında bağlanmış 2013-cü il ## ########xxxxAN-İ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı” müqaviləsinin surətindən görünür ki, satıcı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi idarəsi tərəfindən 2013-cü il ## ######## tarixində verilmiş **** nömrəli arayışa əsasən özünə məxsus olan Şirvan şəhəri, ünvan * nömrəli ünvanında yerləşən məqsədli istifadə növü sahibkarlıq olan 0.015 ha torpaq sahəsini alıcının mülkiyyətinə verir.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2013-cü il ## #### tarixində verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən, kateqoriyası “digər təyinatlı torpaqlar”, məqsədli istifadə növü “sahibkarlıq” olan, 0,015 ha torpaq sahəsinin mülkiyyətçisi Şirvan şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 olmuşdur.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2023-cü il # ####### tarixində verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən, torpaq sahəsinin kateqoriyası “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” olan, 0,015 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi Iddiaçı adına qeydiyyata alınmışdır.
8. “xxxx” ASC-nin Iddiaçı ünvanladığı 2024-cü il ## ######xxxxməktubundan görünür ki, qeyd olunan ərazidən keçən yüksək gərginlikli elektrik veriliş xəttinin “xxxx” MMC-yə məxsusdur.
9. Iddiaçı tərəfindən “xxxx” Mənzil Tikinti Kooperativinə ünvanlanmış məktubun surətindən görünür ki, Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən elektrik xəttinin qısa müddətdə çıxarılması barədə xəbərdarlıq edilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
10. Iddiaçı (bundan sonra – “iddiaçı”) “xxxx” Mənzil Tikinti Kooperativinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən 0.015 ha torpaq sahəsi üzərindən cavabdehə məxsus yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması, həmçinin ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, ünvan 1 ünvanı üzrə mülkiyyətində 0.015 ha torpaq sahəsi vardır. Qeyd edilən torpaq sahəsi üzərində iddiaçıya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mülkiyyətindən Şirvan torpaq hərrac və müsabiqə komissiyası tərəfindən 2013-cü il ## ######## tarixində keçirilmiş açıq torpaq müsabiqəsinin qalibi hesab edilməklə ********* nömrəli 2013-cü il ## ########xxxxşəhadətnamə verilmişdir. Qeyd olunan şəhadətnamə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ilə aralarında 2013-cü il ## ########xxxxtorpaqların alqı-satqı müqaviləsi rəsmiləşdirilmiş, 2023-cü il # #######xxxx********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilmişdir. Həmin torpaq sahəsinin üzərindən müvafiq qaydada razılaşdırılmadan yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Elektrik xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" ASC-yə müraciət etdikdə məlum olmuşdur ki, sözügedən elektrik xətti cavabdehə məxsusdur. Hazırda cavabdeh tərəfindən çəkilmiş elektrik xətti torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə maneələr yaradır. Elektrik xəttinin çıxarılması ilə əlaqədar cavabdehə müraciəti cavabsız qalmışdır.
12. “xxxx” ASC-nin Şirvan Şəhər Məhkəməsinin sorğusuna 2024-cü il ## ########xxxxcavab məktubunun surətindən görünür ki, Şirvan şəhəri, ünvan 1 ünvanda, torpaq sahəsi üzərində olan yüksək gərginlikli elektrik verilişi xətti "xxxx" MMC-yə məxsusdur. Həmin xətt mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC dövründə inşa olunduğundan həmin xəttin hansı vaxtda, hansı məqsədlə, hansı layihə əsasında çəkilməsi müəyyən olunmamış və həmin xəttə məxsus texniki sənədlərin "xxxx” MMC-də olduğundan təqdim olunması qeyri-mümkün olmuşdur. Həmçinin sözü gedən yüksək gərginlikli elektrik verilişi xətti "xxxx” MMC-nin balansında olduğundan, həmin xəttə dair hər hansısa texniki sənəd və rəy verilməsi mümkün olmamışdır.
13. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASCnin Şirvan Şəhər Məhkəməsinin sorğusuna 2024-cü il ## #######xxxxcavab məktubundan görünür ki, qeyd edilən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus 0,015 ha torpaq sahəsindən keçən 10 kV-luq elektrik verilişi xətti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə məxsus deyil.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Şirvan Ərazi Idarəsinin Şirvan Şəhər Məhkəməsinə göndərdiyi 2025-ci il # ####xxxxmütəxəssis rəyindən görünür ki, xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan Şirvan şəhəri ünvan * nömrəli ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin 1.3 metr məsafəsindən yüksək gərginlikli elektrik veriliş xətti keçir. Şirvan şəhəri ünvan * nömrəli ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin 1.3 metr məsafəsindən keçən yüksək gərginlikli elektrik veriliş xətti, iş materiallarında olan 2011-ci il ## ### tarixində ##/##/**** nömrəli mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən verilmiş elektrik təchizatının texniki şərtin və 2013-cü il ## ######xxxx***** nömrəli istismara buraxılma aktının tələblərinə uyğun çəkilibçəkilməməsinin araşdırılması səlahiyyətləri çərçivəsində deyil. Şirvan şəhəri ünvan * nömrəli ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin koordinatları torpaq sahəsinin planı və ölçüsü sənədi ilə (2013-cü il ## #### tarixli, AA ****** nömrəli) üst-üstə düşür. Şirvan Şəhər Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə tikintiekspertizasının 2025-ci il ## #####xxxx*-**-**/*-**/**** nömrəli rəyinə görə, xüsusi texniki15. mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan Şirvan şəhəri ünvan * nömrəli ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin 1.3 metr məsafəsindən yüksək gərginlikli elektrik veriliş xətti keçir. Əgər Şirvan şəhəri ünvan * nömrəli ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin 1.3 metr məsafəsindən keçən yüksək gərginlikli elektrik veriliş xətti iş materiallarında olan 2011-ci il ## ### tarixində ##/##/**** nömrəli mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən verilmiş elektrik təchizatının texniki şərtin və 2013-cü il ## ######xxxx***** nömrəli istismara buraxılma aktının tələblərinə uyğun çəkilib-çəkilməməsinin araşdırılması səlahiyyətlərimiz çərçivəsində deyil. Şirvan şəhəri ünvan * nömrəli ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin koordinatları torpaq sahəsinin planı və ölçüsü sənədi ilə (2013-cü il ## #### AA 006212) üst-üstə düşür.
16. Şirvan şəhər Icra Hakimiyyətinin Şirvan Şəhər Məhkəməsinin sorğusuna 2025ci il # ####xxxx"xxxx MMC tərəfindən Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən 0.015 ha torpaq sahəsi üzərində elektrik xəttinin çəkilməsi barədə müraciətin edilib-edilməməsi araşdırılmış və məlumat aşkar olunmamışdır. "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Milli Arxiv Idarəsinin 2004-cü il ## ######xxxx** nömrəli əmri ilə təsdiq edilmiş "Icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısı"na uyğun olaraq saxlama müddəti bitmiş sənədlər (son 5 il saxlanmaqla) daimi mühafizəsi üçün X3 filialına təhvil verilir.
17. Şirvan şəhərinin baş planından çıxarışdan görünür ki, “xxxx” MMC-nin inşa etdiyi ZZ ünvanda yerləşən yaşayış kompleksinin elektrik təchizatı üçün Şirvan şəhər “Cihazlar zavodu” YS-dan 2 dövrəli hava elektrik veriliş xətti üçün çəkiləcək trassa razılaşdırılmışdır. Həmin çıxarış Şirvan şəhərinin baş memarı və “xxxx” MMC-nin direktoru tərəfindən təsdiq olunmuşdur.
18. X6 balans mənsubiyyəti sərhədi və istismar məsuliyyəti haqqında 2019-cu ilin oktyabr ayında akt tərtib edilmişdir.
19. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC “xxxxsi” MMC-nin Şirvan Kommersiya Məhkəməsinin sorğusuna 2025-ci il ## ######xxxxcavab məktubundan görünür ki, iddiaçının mülkiyyətində olan Şirvan şəhəri ünvan 1 ünvanında yerləşən 0,015 ha torpaq sahəsi üzərindən keçən yüksək gərginlikli elektrik xətti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2xxxx"xxxx MMC-nin balans mənsubiyyətində deyil, eləcə də 110/10/10 kV-luq "Cihazlar zavodu" y/st-dan çıxan güc kabeli və xətlərin istismarına cavabdehlik daşımır. Məlumat üçün, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ######xxxx**** nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazisində “xxxx" ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "xxxx” ASC-yə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin balansındakı əmlak və digər avadanlıqlar "xxxx” ASC-nin balansına verilmişdir.
20. Işə əlavə olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC “xxxxsi” MMC-nin Şirvan Kommersiya Məhkəməsinə göndərdiyi 2025ci il ## ######xxxxməktubdan görünür ki, iddiaçının (iş-2-2(121)-2911-25) iddia ərizəsinə cavab olaraq, Şirvan şəhəri ünvan 1 ünvanında olan mülkiyyətinin üzərindən çəkilmiş 10 kV-luq hava verilişi xətti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC "xxxx" MMC-nin balans mənsubiyyətində deyil. Məlumat üçün, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ######xxxx**** nömrəli sərəncamına əsasən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan əmlak və avadanlıqlar "xxxx” ASC-nin balansına verilmişdir. 110/10/10 kV-luq "Cihazlar zavodu" y/st-dan çıxan 10 kV-luq 1-ci və 2-ci Şəhər hava verilişi xətləri və güc kabelləri "xxxx"ASC "Şirvan RETSI"nin xidməti ərazisindədir.
21. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC “xxxxsi” MMC-nin məhkəmənin sorğusuna 2026-cı il # ######xxxxcavab məktubuna əsasən, ZZ ünvanda "xxxx” MMC tərəfindən tikilmiş 7 ədəd 1 girişli 6 mərtəbəli yaşayış kompleksinin elektrik təchizatı üçün "xxxx” ASC tərəfindən verilmiş 2011-ci il ## ###xxxx##/##/**** nömrəli texniki şərtin tələbləri tələbatçı tərəfindən yerinə yetirilmişdir.
22. X8 X7 məhkəmənin sorğusuna 2026-cı il ## ######xxxxcavab məktubuna əsasən, hazırkı iş üzrə iddiaçının cavabdehlər "xxxx" MMC-yə və qeyrilərinə qarşı yüksək gərginlikli elektrik xətinin cavabdehin vəsaiti hesabına çıxarılması barədə iddiasına dair *- *(***)-****/**** nömrəli iş üzrə ZZ ünvanda "xxxx MMC (cavabdeh) tərəfindən tikilən binalardan ibarət yaşayış kompleksinin elektrik qurğularına X1 Idarəsi tərəfindən verilmiş 2013-cü il ## ######xxxx****** nömrəli istismara buraxılma aktının verilməsinə əsas olmuş texniki sənədlərinin surətləri məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara əlavə edilmiş: - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin “xxxx” MMC-yə ünvanladığı məktubun surətindən görünür ki, ZZ ünvanda "xxxx” MMCnin tikdiyi yaşayış kompleksinin elektrik təchizatına dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin 2011-ci il ## ###xxxx##/##/**** nömrəli texniki şərtinin 2.2-ci bəndini dəyişməklə, obyektə 110/10/10 kV-luq "Cihazlar zavodu" YS-dan 2 ədəd 10 kV-luq kabel EVX-nin əvəzinə 2 dövrəli 10 kV-luq HX-tin çəkilməsinə etiraz etmirlər. Yeni 2 dövrəli 10 kV-luq HX mövcud Qaydaların tələblərinə riayət etməklə, layihə əsasında quraşdırılmalıdır. Gələcəkdə “xxxx” MMC-nin yaşayış kompleksinin 10 kV-luq HX-lərin kabel EVX ilə əvəz olunması cəmiyyətin hesabına yerinə yetirilməlidir; - 2013-cü il ## ######xxxx“10 kV-luq hava xəttinə baxış” aktdan görünür ki, 10 kvluq 2 dövrəli hava xəttinin uzunluğu 2.000 metrdir. Hava xəttinin markası AS-70 mm²-dir. 50 ədəd dəmir dayaqlardan (aralıq, anker) istifadə edilmişdir. Elektrik enerji təchizatı 110/10/10kV-luq "Cihazlar zavodu" y/st-da 10 kV-luq PQ-də yeni quraşdırılmış yuvalardan həyata keçirilir. Hava xəttinin quraşdırılması mövcud norma və qaydaların tələblərinə əməl olunaraq icra edilmişdir; - 2013-cü il ## ######xxxx“torpaqlanma kontur qurğusunun qapalı işləri barədə” aktdan görünür ki, KTY-nin torpaqlanma konturu en kəsiyi 40x4 mm olan zolaq poladdan hazırlanıb və 0,7 metr dərinlikdə basdırılmışdır. Torpaqlanma elektrodu diametri f30 olan dairəvi poladdan hazırlanmış və 2 metr dərinliyə vurulmuşdur. Cəmi 8 ədəd elektrod vurulmuşdur. Torpaqlanma konturunun bütün birləşmələri və çıxıntıları elektrik qaynağı ilə yerinə yetirilmişdir. Torpaqlanma konturunun quraşdırılması mövcud norma və qaydaların tələblərinə əməl olunaraq icra edilmişdir; - 2013-cü il # ######xxxx“Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında” akta əsasən, 110/10/10 kV-luq "Cihazlar zavodu" y/st-da 10 kV-luq Paylayıcı Quruluşda 3-cü bölmədə ** nömrəli yuvada və 4-cü bölmədə ** nömrəli yuvada şin ayırıcısının tərpənməz dodaqlarından balans sərhədi təyin edilir. Belə ki, şin ayırıcısından bölməyə tərəf “xxxx” MMC-nin, şin ayrıcısından aşağı tərəfə müasir vakuum açar və digər avadanlıqlarla komplektləşdirilmiş 10 kv-luq yuvalar “xxxx” MMC-nin xidməti ərazisi hesab edilir.
23. X3 Filialının məhkəmənin sorğusuna 2026-cı il ## ######xxxxcavab məktubundan görünür ki, Şirvan şəhər Icra Hakimiyyəti Başçısının 2011-2013-cü illərin sərəncamları kitabında araşdırılma aparılmışdır. 2011-2013-cü illər ərzində "xxxx MMC (cavabdeh) tərəfindən Şirvan şəhər, ünvan 1 ünvanında yerləşən 0,015 ha torpaq sahəsi üzərində elektrik xəttinin çəkilməsinə dair müraciətə aid sərəncam aşkarlanmamışdır. Idarə, müəssisə və təşkilatlara daxil olan müraciətlər dövlət arxiv mühafizəsinə təhvil götürülmür. Sözügedən sənədlər saxlanma müddəti bitənə qədər təşkilatın özündə saxlanılır, saxlanma müddəti bitdikdə (5 il) qanunvericiliyə uyğun olaraq məhvə ayrılır.
24. X2 Təchizatı və Satış Idarəsinin məhkəməyə ünvanladığı 2026-cı il ## ######xxxxməktuba əsasən, Şirvan Kommersiya Məhkəməsinin "xxxx” ASC-yə ünvanlanmış 2026-cı il # ######xxxxe-*-*(***)-****/**** nömrəli məktuba baxılmışdır. Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən və cavabdehə məxsus 0,015 ha torpaq sahəsi 10 kv-luq xxxx h/x-nin 1,3 metr məsafədə yerləşir. Torpaq sahəsi 10 kv-luq xxxx h/x-nin mühafizə zonasında yerləşir. 6-10 kv-luq h/x-lərinin mühafizə zonası 10 metrdir. 10 kvluq xxxx h/x-ti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən verilmiş 2011-ci il # ###xxxx##/##/**** nömrəli texniki şərt əsasında, tələblər yerinə yetirilməklə cavabdeh tərəfindən çəkilib istismara verilmişdir. 10 kv-luq xxxx h/x-ti 110/10/10 kv-luq Cihazlar zavodu y/st-dan elektrik enerjisi ilə təchiz edilir. 10 kv-luq xxxx h/x-ti cavabdehin balansındadır.
25. Şirvan Kommersiya Məhkəməsinin 2026-cı il ## ####xxxxe-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – N.Misirzadə).
26. Məhkəmə qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2013-cü il ## #### tarixində verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən, kateqoriyası “digər təyinatlı torpaqlar”, məqsədli istifadə növü “sahibkarlıq” olan, 0,015 ha torpaq sahəsinin mülkiyyətçisi Şirvan şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 olmuşdur. Iddiaçı Şirvan şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mülkiyyətində olan 150 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən 2013-cü il ## ######## tarixində keçirilmiş müsabiqənin qalibi olmuşdur. Bundan sonra, Şirvan şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və iddiaçı arasında 2013-cü il ## ########xxxx“daşınmaz əmlakın alqısatqı” müqaviləsi bağlanmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2023-cü il # ####### tarixində verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən, torpaq sahəsinin kateqoriyası “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” olan, 0,015 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınmışdır.
27. Mübahisəli torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan sənədlərdən eyni zamanda müəyyən olunmuşdur ki, 2012-ci il ## #### tarixində tərtib edilmiş “tikinti üçün Şirvan şəhərində torpaq sahəsi ayrılması haqqında” akta əsasən Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 150 kv.m torpaq sahəsi bütün texniki və sanitar normalara uyğun olmaqla tikinti üçün yararlıdır. Həmin aktda “elektrik təchizatı” qrafasında hər hansı qeyd aparılmamışdır.
28. Həmçinin, qeyd edilən torpaq sahəsi Şirvan şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mülkiyyətinə keçməmişdən əvvəl, o cümlədən, iddiaçı torpaq sahəsi ilə bağlı keçirilmiş müsabiqənin qalibi olmamışdan, onunla torpaq sahəsinə dair “daşınmaz əmlakın alqı-satqı” müqaviləsi bağlanmışdan və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdən əvvəl ZZ ünvanda “xxxx” MMC-nin tikəcəyi 7 ədəd 1 girişli 6 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin elektrik təchizatının etibarlılığının artırılması üçün "xxxx” ASC tərəfindən 2011-ci il ## ### tarixində “xxxx” MMC-yə (cavabdehə) texniki şərt verilmişdir. Tikinti və quraşdırma işləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin qeyd edilən texniki şərtinə əsasən razılaşdırılmış layihə üzrə cavabdeh tərəfindən yerinə yetirilmişdir.
29. Bundan başqa, Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən və iddiaçıya məxsus 0,015 ha torpaq sahəsi 10 kv-luq xxxx h/x-nin 1,3 metr məsafədə yerləşir. Belə ki, torpaq sahəsi 10 kv-luq xxxx h/xnin mühafizə zonasında yerləşir. 6-10 kv-luq h/x-lərinin mühafizə zonası 10 metrdir. 10 kv-luq xxxx h/x-ti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən verilmiş 2011-ci il # ###xxxx##/##/**** nömrəli texniki şərt əsasında, tələblər yerinə yetirilməklə cavabdeh tərəfindən çəkilib istismara verilmişdir. 10 kv-luq xxxx h/x-ti 110/10/10 kv-luq Cihazlar zavodu y/st-dan elektrik enerjisi ilə təchiz edilir. 10 kv-luq xxxx h/x-ti cavabdehin balansındadır.
30. Digər tərəfdən, iddiaçı cavabdeh tərəfindən çəkilmiş elektrik xəttinin torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə maneələr yaratmasına istinad etmiş olsa da, maneələrin nədən ibarət olmasını göstərməmiş, habelə belə bir maneənin mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən olunmamışdır.
31. Göründüyü kimi, cavabdehə məxsus yüksək gərginlikli elektrik xətti qeyd edilən torpaq sahəsi hələ iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl texniki şərt əsasında çəkilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, torpaq sahəsi üzərindən cavabdehə məxsus yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılmasını tələb etməsi əsassız olmuşdur.
32. Iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğundan o, öz mülahizələrinə görə göstərilən mənzilə dair hüquqlara malikdir. Lakin məhkəmə iclasında cavabdeh tərəfindən mübahisəli torpaq sahəsindən iddiaçının istifadəsinə hər hansı maneələr yaradılması müəyyən edilmədiyindən, habelə cavabdehə məxsus yüksək gərginlikli elektrik xətti qeyd olunan torpaq sahəsi hələ iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl texniki şərt əsasında çəkildiyi müəyyən olunduğundan, bununla da iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hal aşkar olmadığından, məhkəmə iddia tələbinin qeyd edilən hissədə təmin olunmaması qənaətinə gəlmişdir.
33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 152.1, 157.4 və 169.1-169.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
34. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunaraq, mübahisəli elektrik xəttinin torpaq sahəsindən çıxarılması təmin edilməsi və ya cavabdeh tərəfindən müvafiq kompensasiya ödənilməsinin müəyyən olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
35. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###xxxx*-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Q.Əliyev, hakimlər – T.Kərimov C.Imanov). Apellyasiya məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər aparılmış araşdırmanın nəticəsi olaraq təsdiqini tapmadığından, qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən
36. qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, cavabdehin vəsaiti hesabına çıxarılması tələb olunan yüksək gərginlikli elektrik xətti torpaq sahəsi iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl texniki şərt əsasında çəkilmiş, iddiaçı torpaq sahəsini artıq yüklü halda mülkiyyətinə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.
37. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.4 və 169.1- 169.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 76.1, 76.2, 77.1 və 106.3cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
38. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
39. Kassasiya şikayəti verən tərəf şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, Mülki Məcəllənin 152.1 və 157.4-cü maddələri üzrə bildirir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Məhkəmə iddiaçının iddianı təmin etməməklə onun Konstitusion hüququnu pozmuşdur. Həmçinin iddiaçının pozulmuş mülkiyyətdən istifadə hüququ, yalnız məhkəmə tərəfindən bərpa edilə biləcəyi halda, məhkəmə iddia tələbini təmin etməməklə onun bu hüququnu pozmuşdur.
40. Mülki Prosessual Məcəllənin 88, 217.1 və 418.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi nə iddiaçı tərəfindən təqdim olunmuş sübutlara, nə də birinci instansiya məhkəməsinin 2026-cı il ## ####xxxx*-*(***)-****/**** nömrəli qərardadı əsasında aparılmış araşdırma zamanı əldə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, ümumiyyətlə həmin araşdırmanın nəticələrinə münasibət bildirməmişdir.
41. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən Şirvan Kommersiya Məhkəməsinin sədrinə ünvanlanmış məktubdan da aydın olur ki, araşdırma zamanı müəyyən olunanlara görə, “xxxx” MMC tərəfindən ZZ ünvanda tikintisi aparılan çoxmərtəbəli yaşayış binalarının elektrik enerjisi ilə təmin olunması üçün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 SC-dən 2010-cu il # ###### tarixində texniki şərt alınmış, lakin 2015-ci ildə cəmiyyət tərəfindən texniki şərtin tələbləri və Şirvan Şəhər Icra Hakimiyyəti ilə razılaşdırılmış ərazinin sərhədləri pozularaq cəmiyyətə məxsus beton zavoduna iddiaçıya məxsus torpaq sahəsinin təxminən bir metr yaxınlığından elektrik xətti çəkilmiş, bununla da “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ###xxxx*** nömrəli qərarına əsasən həmin torpaq sahəsi elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyündən, iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində istifadə hüququ pozulmuşdur.
42. Yuxarıda qeyd edilən bu hallar məhkəmə tərəfindən prosessual hüquq normasının pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda 2012-ci il ## #### tarixində tərtib olunmuş “tikinti üçün Şirvan şəhərində torpaq sahəsi ayrılması haqqında” akta əsasən, Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 150 kv.m. torpaq sahəsi bütün texniki və sanitar normalara uyğun olmaqla tikinti üçün yararlıdır. Həmin aktda “elektrik təchizatı” qrafasında hər hansı qeyd aparılmamışdır. Məhkəmə öz qətnaməsində bu faktı qeyd etmiş olsa da, bu sübuta da düzgün hüquqi qiymət verməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
44. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
46. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Maddə 169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Maddə 169.3. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Kollegiya kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır.
51. Belə ki, şikayətçi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1 və 157.4-cü maddələrinə istinad etməklə mülkiyyət hüququnun məhkəmə tərəfindən pozulduğunu bildirsə də, mülkiyyət hüququnun mövcudluğu özlüyündə cavabdehə məxsus elektrik xəttinin həmin torpaq sahəsindən çıxarılması üçün əsas təşkil etmir. Bunun üçün cavabdehin hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququnun konkret olaraq pozulduğu və ya həmin hüququn həyata keçirilməsinə maneə yaradıldığı sübuta yetirilməlidir.
52. Iş materiallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi 2013-cü il ## ########xxxxdaşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmiş və 2023-cü il # #######xxxxçıxarışla onun adına dövlət qeydiyyatına alınmışdır. Halbuki, mübahisəli elektrik xətti torpaq sahəsi iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl texniki şərt əsasında çəkilmiş və istismara qəbul edilməklə cavabdehin balansında olmuşdur. Beləliklə, iddiaçı torpaq sahəsini artıq mövcud olan elektrik xətti ilə bağlı vəziyyəti nəzərə almaqla mülkiyyətinə qəbul etmişdir.
53. Kassasiya şikayəti verən şəxsin elektrik xəttinin torpaq sahəsinin mühafizə zonasında yerləşməsi ilə bağlı dəlilləri də apellyasiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Elektrik xəttinin mühafizə zonasında yerləşməsi faktı özlüyündə onun çıxarılmasını tələb etmək üçün kifayət etmir. Belə ki, iddiaçı tərəfindən cavabdehin elektrik xəttinin mövcudluğu nəticəsində torpaq sahəsindən təyinatı üzrə istifadəsinə konkret hansı maneələrin yarandığı sübutu iş materiallarında mövcud deyil və məhkəmə araşdırması zamanı da belə maneələrin mövcudluğu müəyyən edilməmişdir.
54. Kassasiya şikayəti verən tərəfin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Şirvan Kommersiya Məhkəməsinin sədrinə ünvanladığı məktuba istinadı da fərqli nəticəyə gəlməyə əsas vermir. Həmin məktubda araşdırma zamanı müəyyən edilmiş hallar əks etdirilsə də, məktubun məzmunu mübahisəli elektrik xəttinin məhz qanunsuz çəkildiyini və bunun nəticəsində iddiaçının mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulduğunu birmənalı şəkildə təsdiq etmir. Odur ki, həmin məktub digər sübutlardan təcrid olunmuş şəkildə iddianın təmin edilməsi üçün əsas kimi qəbul edilə bilməz.
55. Şikayətçinin 2012-ci il ## ####xxxx“tikinti üçün Şirvan şəhərində torpaq sahəsi ayrılması haqqında” aktda “elektrik təchizatı” qrafasında hər hansı qeyd aparılmamasına istinadı da əsaslı deyildir. Həmin aktda torpaq sahəsinin tikinti üçün yararlı olduğunun göstərilməsi mübahisəli elektrik xəttinin qanunsuz çəkildiyini və ya onun mövcudluğunun iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə konkret maneə yaratdığını təsdiq etmir. Əksinə, yuxarıda da qeyd olunduğu kimi, iş üzrə müəyyən edilmişdir ki, elektrik xətti həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl mövcud olmuşdur.
56. Kassasiya şikayəti verən şəxsin Mülki Prosessual Məcəllənin 88, 217.1 və 418.1ci maddələrinə istinadla sübutlara düzgün hüquqi qiymət verilməməsi barədə dəlili də əsassızdır. Apellyasiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları qiymətləndirərək sonuncunun iddianı rədd edən mövqeyi ilə əsaslı olaraq razılaşmışdır. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır və düzgün olan qətnamə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
57. Beləliklə, şikayətçinin istinad etdiyi sübutlar iddiaçının mülkiyyət hüququnun cavabdeh tərəfindən pozulduğunu və cavabdehə məxsus elektrik xəttinin çıxarılmasının zəruri olduğunu təsdiq edən yetərli və mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının düzgün müəyyən edilməsi, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi barədə nəticəsi ilə əsaslı olaraq razılaşmışdır.
58. Eyni zamanda, iddianın hazırkı tələb üzrə rədd edilməsi iddiaçının qanunvericiliklə nəzərdə tutulduğu halda müvafiq kompensasiya tələb etmək hüququnu istisna etmir.
59. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən kompensasiya tələbi irəli sürülməmiş, mübahisənin predmetini cavabdehə məxsus yüksək gərginlikli elektrik xəttinin torpaq sahəsindən çıxarılması təşkil etmişdir. Buna görə də, hazırkı iddia tələbinin təmin edilməməsi iddiaçının mümkün digər hüquqi müdafiə vasitələrindən, o cümlədən əsasları mövcud olduğu halda, qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya tələb etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
60. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ###xxxx*-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və Mülkü Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı Iddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## ### xxxx*-*(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.