Məhkəmə qərarları › İş №2-2(3-9)-71/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-9)-71/2026

13.05.2026 · Sair işlər - Digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2-2(3-9)-71/2026 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi, iddiaçının vəkili eyni zamanda nümayəndəsi X2, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyəti, “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Şirvan şəhər Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilməklə “yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Namidar Misirzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyəti, “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Şirvan şəhər Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etməyə cəlb edilməklə “yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən 0.015 ha torpaq sahəsi üzərindən cavabdeh “xxxx” MTK-ya məxsus yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması, həmçinin ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, ünvan 1 ünvanı üzrə mülkiyyətində 0.015 ha torpaq sahəsi vardır. Qeyd edilən torpaq sahəsi üzərində iddiaçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mülkiyyətindən Şirvan torpaq hərrac və müsabiqə komissiyası tərəfindən ##.##.2013-cü il tarixdə keçirilmiş açıq torpaq müsabiqəsinin qalibi hesab edilməklə ********* nömrəli ##.##.2013-cü il tarixli şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnamə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ilə aralarında ##.##.2013-cü il tarixli torpaqların alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən ********** qeydiyyat nömrəli ##.##.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsi üzərindən müvafiq qaydada razılaşdırılmadan yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Elektrik xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar "xxxx" ASC-yə müraciət etdikdə məlum olmuşdur ki, sözügüdən elektrik xətti cavabdehə məxsusdur. Hazırda cavabdeh tərəfindən çəkilmiş elektrik xətti torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə maneələr yaradır. Elektrik xəttinin çıxarılması ilə əlaqədar cavabdehə müraciəti cavabsız qalmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respubikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 157.4, 169.1-169.3-cü maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2013-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən, kateqoriyası “digər təyinatlı torpaqlar”, məqsədli istifadə növü “sahibkarlıq” olan, 0,015 ha torpaq sahəsinin mülkiyyətçisi Şirvan şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 olmuşdur. İddiaçı Şirvan şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mülkiyyətində olan 150 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən ##.##.2013-cü il tarixdə keçirilmiş müsabiqənin qalibi olmuşdur. Bundan sonra, Şirvan şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və İddiaçı arasında ##.##.2013-cü il tarixli “daşınmaz əmlakın alqı-satqı” müqaviləsi bağlanmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən, torpaq sahəsinin kateqoriyası “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” olan, 0,015 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Mübahisəli torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan sənədlərdən eyni zamanda müəyyən olunmuşdur ki, ##.##.2012-ci il tarixdə tərtib edilmiş “tikinti üçün Şirvan şəhərində torpaq sahəsi ayrılması haqqında” akta əsasən Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 150 kv.m torpaq sahəsi bütün texniki və sanitar normalara uyğun olmaqla tikinti üçün yararlıdır. Həmin aktda “elektrik təchizatı” qrafasında hər hansı bir qeyd aparılmamışdır. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi Şirvan şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mülkiyətinə keçməmişdən əvvəl, o cümlədən, İddiaçı torpaq sahəsi ilə bağlı keçirilmiş müsabiqənin qalibi olmamışdan, onunla torpaq sahəsinə dair “daşınmaz əmlakın alqı-satqı” müqaviləsi bağlanmışdan və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdən əvvəl Şirvan şəhəri H.Əliyev prospektində “xxxx” MMC-nin tikəcəyi 7 ədəd 1 girişli 6 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin elektrik təchizatının etibarlılığının artırılması üçün "xxxx” ASC tərəfindən ##.##.2011-ci il tarixdə “xxxx” MMC-yə (“xxxx” MTK-ya) texniki şərt verilmişdir. Tikinti və quraşdırma işləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin qeyd edilən texniki şərtinə əsasən razılaşdırılmış layihə üzrə cavabdeh tərəfindən yerinə yetirilmişdir. Bundan başqa müəyyən olunmuşdur ki, Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən və iddiaçıya məxsus 0,015 ha torpaq sahəsi 10 kv-luq xxxx hava xəttinin 1,3 metr məsafəsində yerləşir. Belə ki, torpaq sahəsi 10 kv-luq xxxx hava xəttinin mühafizə zonasında yerləşir. 6-10 kv-luq hava xəttlərinin mühafizə zonası 10 metrdir. 10 kv-luq xxxx hava xətti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən verilmiş ##.##.2011-ci il tarixli ##/##/1089 saylı texniki şərt əsasında, tələblər yerinə yetirilməklə "xxxx" MTK tərəfindən çəkilib istismara verilmişdir. 10 kv-luq xxxx hava xətti 110/10/10 kv-luq Cihazlar zavodu y/st-dan elektrik enerjisi ilə təchiz edilir. 10 kv-luq xxxx hava xətti "xxxx" MTK-nın balansındadır. Digər tərəfdən, iddiaçı cavabdeh tərəfindən çəkilmiş elektrik xəttinin torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə maneələr yaratmasına istinad etmiş olsa da, maneələrin nədən ibarət olmasını göstərməmiş, habelə belə bir maneənin mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdehə məxsus yüksək gərginlikli elektrik xətti qeyd edilən torpaq sahəsi hələ iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl texniki şərt əsasında çəkilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, torpaq sahəsi üzərindən cavabdehə məxsus yüksək gərginlikli elektrik xəttinin cavabdehin vəsaiti hesabına çıxarılmasını tələb etməsi əsassızdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilərək mübahisəli elektrik xəttinin torpaq sahəsindən çıxarılması təmin edilməsi və ya alternativ olaraq cavabdeh tərəfindən müvafiq kompensasiya ödənilməsinin müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını, zərurət olduqda iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, əsas sübut məhkəmə tərəfindən qiymətləndirilməmişdir (kobud pozuntu). Iş materiallarında mövcud olan ##.##.2012-ci il tarixli “torpaq sahəsinin ayrılması haqqında akt” sübut edir ki, həmin sənəddə “elektrik təchizatı” bölməsi üzrə heç bir elektrik xətti göstərilməmişdir. Bu sənəd-rəsmi dövlət sənədidir, komissiya tərəfindən imzalanmışdır, möhürlə təsdiqlənmişdir. Bu isə o deməkdir ki, mübahisəli ərazidə həmin tarixdə elektrik xətti mövcud olmamışdır və ya mövcud olsa belə, rəsmi sənədlərdə gizlədilmişdir. Məhkəmə bu əsas sübutu ümumiyyətlə hüquqi qiymətləndirməmişdir ki, bu da MPM-in 217.4-cü maddəsinin kobud pozuntusudur. “Xətt əvvəl çəkilib” nəticəsi əsassızdır. Məhkəmə yalnız texniki şərt və ümumi sənədlərə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, xətt 2011–2013-cü illərdə çəkilmişdir. Lakin konkret olaraq məhz torpaq sahəsindən keçən xəttin həmin tarixdə mövcudluğu sübut edilməmişdir. Əksinə, 2012-ci il aktı bunun əksini göstərir. Bu səbəbdən məhkəmənin nəticəsi ehtimala əsaslanır, sübuta yox. Mülkiyyət hüququnun məhdudlaşdırılması düzgün qiymətləndirilməmişdir. Iş materialları ilə sübut olunur ki, elektrik xətti torpaq sahəsinə 1,3 metr məsafədə yerləşir, mühafizə zonası 10 metr təşkil edir. Bu isə torpaq sahəsindən istifadənin faktiki mümkünsüz olması deməkdir. Məhkəmənin “maneə yoxdur” nəticəsi faktlara, texniki normalara, hüquqi məntiqə ziddir. Alternativ hüquqi müdafiə üsulları araşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169-cu maddəsinə əsasən belə hallarda mülkiyyətçiyə kompensasiya ödənilməlidir. Lakin məhkəmə nə xəttin çıxarılması, nə də kompensasiya məsələsini araşdırmışdır. Bu isə işin natamam araşdırılmasıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili eyni zamanda nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib, iddia ərizəsinin və apellyasiya şikayətinin yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin əsassız oduğunu bildirib, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmədə nümayəndələri vasitəsi ilə təmsil olunmamışlar və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq kommersiya işi üzrə həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. ##.##.2011-ci il tarixli ##/##/1089 nömrəli mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən verilmiş “Texniki şərt”in surətindən görünür ki, Şirvan şəhəri, H.Əliyev prospektində “xxxx” MMC-nin tikəcəyi 7 ədəd 1 girişli 6 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin elektrik təchizatının etibarlılığının artırılması üçün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin **/**/*** saylı ##.##.2011-ci il tarixli texniki şərtinə yenidən baxılmışdır və ##.##.2011-ci il tarixdə “xxxx” MMCyə texniki şərt verilmişdir. Mübahisəli torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan sənədlərin surətlərindən görünür ki, ##.##.2012-ci il tarixdə tərtib edilmiş “tikinti üçün Şirvan şəhərində torpaq sahəsi ayrılması haqqında” akta əsasən Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 150 kv.m torpaq sahəsi bütün texniki və sanitar normalara uyğun olmaqla tikinti üçün yararlıdır. Həmin aktda “elektrik təchizatı” qrafasında hər hansı bir qeyd aparılmamışdır. X3 Idarəsinin ##.##.2013-cü il tarixli ****** saylı X11 surətindən görünür ki, Şirvan şəhəri, H.Əliyev prospektində “xxxx” MMC-nin tikdiyi 7 ədəd 1 girişli 6 mərtəbəli binalardan ibarət yaşayış kompleksinin elektrik qurğularının istismara buraxılması üçün tərtib edilmişdir. Tikinti və quraşdırma işləri ##/##/1089 nömrəli ##.##.2011-ci il tarixli və **/**/**/**** nömrəli ##.##.2012-ci il tarixli mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin texniki şərtinə əsasən razılaşdırılmış layihə üzrə yerinə yetirilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan Torpaq hərrac və müsabiqə komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə *** nömrəli, ##.##.2013cü il tarixli prtokolunun surətindən və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 000 009 *** nömrəli şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mülkiyyətində olan 150 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən ##.##.2013-cü il tarixdə keçirilmiş müsabiqənin qalibidir. Şəhadətnamə ##.##.2013-cü il tarixdə 142 nömrə ilə qeydiyyata alınmaqla müsabiqənin qalibinə verilmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və İddiaçı arasında bağlanmış AN-İ ******* saylı ##.##.2013-cü il tarixli “daşınmaz əmlakın alqı-satqı” müqaviləsinin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi idarəsi tərəfindən ##.##.2013-cü il tarixdə verilmiş **** saylı arayışa əsasən özünə məxsus olan Şirvan şəhəri, ünvan 2 saylı ünvanında yerləşən məqsədli istifadə növü sahibkarlıq olan 0.015 ha torpaq sahəsini alıcının mülkiyyətinə verir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2013-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən, kateqoriyası “digər təyinatlı torpaqlar”, məqsədli istifadə növü “sahibkarlıq” olan, 0,015 ha torpaq sahəsinin mülkiyyətçisi Şirvan şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən, torpaq sahəsinin kateqoriyası “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” olan, 0,015 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. “xxxx” ASC-nin İddiaçı ünvanladığı ##.##.2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan ərazidən keçən yüksək gərginlikli elektrik veriliş xəttinin “xxxx” MMC-yə məxsusdur. Iddiaçı tərəfindən cavabdehə ünvanlanmış məktubun surətindən görünür ki, Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən elektrik xəttinin qısa müddətdə çıxarılması barədə xəbərdarlıq edilmişdir. “xxxx” ASC-nin Şirvan Şəhər Məhkəməsinin sorğusuna ##.##.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, Şirvan şəhəri, ünvan 1 ünvanda, torpaq sahəsi üzərində olan yüksək gərginlikli elektrik verilişi xətti "xxxx" MMC-yə məxsusdur. Həmin xətt mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC dövründə inşa olunduğundan həmin xəttin hansı vaxtda, hansı məqsədlə, hansı layihə əsasında çəkilməsi müəyyən olunmamış və həmin xəttə məxsus texniki sənədlərin "xxxx” MMC-də olduğundan təqdim olunması qeyri mümkün olmuşdur. Həmçinin sözü gedən yüksək gərginlikli elektrik verilişi xətti "xxxx” MMC-nin balansında olduğundan, həmin xəttə dair hər hansısa texniki sənəd və rəy verilməsi mümkün olmamışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin Şirvan Şəhər Məhkəməsinin sorğusuna ##.##.2024-cü il tarixli cavab məktubundan görünür ki, qeyd edilən ünvan 1 ünvanında yerləşən iddiaçı İddiaçı məxsus 0,015 ha torpaq sahəsindən keçən 10 kV-luq elektrik verilişi xətti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-yə məxsus deyil. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Şirvan Ərazi Idarəsinin Şirvan Şəhər Məhkəməsinə göndərdiyi ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Şirvan şəhəri ünvan 1 saylı ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin 1.3 metr məsafəsindən yüksək gərginlikli elektrik veriliş xətti keçir. Şirvan şəhəri ünvan 1 saylı ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin 1.3 metr məsafəsindən keçən yüksək gərginlikli elektrik veriliş xətti, iş materiallarında olan ##/##/1089 saylı ##.##.2011-ci il tarixində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən verilmiş elektrik təchizatının texniki şərtin və ##.##.2013-cü il tarixli ***** saylı X11 tələblərinə uyğun çəkilib-çəkilməməsinin araşdırılması səlahiyyətləri çərçivəsində deyil. Şirvan şəhəri ünvan 1 saylı ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin koordinatları torpaq sahəsinin planı və ölçüsü sənədi ilə (##.##.2013-cü il Nº AA 006212) üst-üstə düşür. Şirvan Şəhər Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının *-**-**/*-**/**** saylı, ##.##.2025-ci il tarixli rəyi ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Şirvan şəhəri ünvan 1 saylı ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin 1.3 metr məsafəsindən yüksək gərginlikli elektrik veriliş xətti keçir. Əgər Şirvan şəhəri ünvan 1 saylı ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin 1.3 metr məsafəsindən keçən yüksək gərginlikli elektrik veriliş xətti iş materiallarında olan ##/##/1089 saylı ##.##.2011-ci il tarixində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən verilmiş elektrik təchizatının texniki şərtin və ##.##.2013-cü il tarixli ***** saylı X11 tələblərinə uyğun çəkilib-çəkilməməsinin araşdırılması səlahiyyətlərimiz çərçivəsində deyil. Şirvan şəhəri ünvan 1 saylı ünvanda yerləşən 0.015 ha torpaq sahəsinin koordinatları torpaq sahəsinin planı və ölçüsü sənədi ilə (##.##.2013-cù il Nº AA 006212) üst-üstə düşür. Rəyə əlavə edilən “ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil edir. Şirvan şəhər Icra Hakimiyyətinin Şirvan Şəhər Məhkəməsinin sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, 2011-2013-cü illər ərzində "xxxx MMC tərəfindən Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən 0.015 ha torpaq sahəsi üzərində elektrik xəttinin çəkilməsi barədə müraciətin edilib-edilməməsi araşdırılmış və məlumat aşkar edilməmişdir. "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Milli Arxiv Idarəsinin ##.##.2004-cü il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş "Icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı"na uyğun olaraq saxlama müddəti bitmiş sənədlər (son 5 il saxlanmaqla) daimi mühafizəsi üçün X5 filialına təhvil verilir. Şirvan şəhərinin Baş Planından çıxarışdan görünür ki, “xxxx” MMC-nin inşa etdiyi Heydər Əliyev prospektində yerləşən yaşayış kompleksinin elektrik təchizatı üçün Şirvan şəhər “Cihazlar zavodu” YS-dan 2 dövrəli hava elektrik veriliş xətti üçün çəkiləcək trassa razılaşdırılmışdır. Həmin çıxarış Şirvan şəhərinin baş memarı və “X6 Şəbəkə” MMC-nin direktoru tərəfindən təsdiq edilmişdir. Işdən görünür ki, X9 balans mənsubiyyəti sərhəddi və istismar məsuliyyəti haqqında 2019cu ilin oktyabr ayında akt tərtib edilmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC “X6 Şəbəkəsi” MMC-nin Şirvan Kommersiya Məhkəməsinin sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçı - İddiaçı mülkiyyətində olan Şirvan şəhəri ünvan 1 ünvanında yerləşən 0.015 ha torpaq sahəsi üzərindən keçən yüksək gərginlikili elektrik xətti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2xxxx"xxxx MMC-nin balans mənsubiyyətində deyil, eləcə də 110/10/10 kV-luq "Cihazlar zavodu" y/st-dan çıxan güc kabeli və xəttlərin istismarına cavabdehlik daşımır. Məlumat üçün, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci tarixli, **** saylı Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazisində “xxxx" ASC tərəfindən həyata keçirilən elektrik enerjisı ilə istehlakçıların təmin olunması fəaliyyətinin "xxxx” ASC-yə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin balansındakı əmlak və digər avadanlıqlar "xxxx” ASC-nin balansına verilmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC “X6 Şəbəkəsi” MMC-nin Şirvan Kommersiya Məhkəməsinə göndərdiyi ##.##.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçı İddiaçı (iş-2-2(121)-2911-25) iddia ərizəsinə cavab olaraq, Şirvan şəhəri ünvan 1 ünvanında olan mülkiyətinin üzərindən çəkilmiş 10 kV-luq hava verilişi xətti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC "xxxx" MMC-nin balans mənsubiyyətində deyil. Məlumat üçün, Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, **** saylı sərəncamına əsasən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan əmlak və avadanlıqlar "xxxx” ASC-nin balansına verilmişdir. 110/10/10 kV-luq "Cihazlar zavodu" y/st-dan çıxan 10 kV-luq 1-ci və 2-ci Şəhər hava verilişi xətləri və güc kabelləri "xxxx"ASC "Şirvan RETSI"nin xidməti ərazisindədir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC “X6 Şəbəkəsi” MMC-nin məhkəmənin sorğusuna ##.##.2026-cı il tarixli cavab məktubuna əsasən, Şirvan şəhəri, H.Əliyev prospektində "xxxx” MMC tərəfindən tikilmiş 7 ədəd 1 girişli 6 mərtəbəli yaşayış kompleksinin elektrik təchizatı üçün "xxxx” ASC tərəfindən verilmiş ##/##/1089 saylı ##.##.2011-ci il tarixli texniki şərtin tələbləri tələbatçı tərəfindən yerinə yetirilmişdir. X14 X10 məhkəmənin sorğusuna ##.##.2026-cı il tarixli cavab məktubuna əsasən, iddiaçı İddiaçı cavabdehlər "xxxx" MMC-yə və qeyrilərinə qarşı yüksək gərginlikli elektrik xətinin cavabdehin vəsaiti hesabına çıxarılması barədə iddiasına dair 2-2(121)- ****/**** nömrəli iş üzrə Şirvan şəhəri, H.Əliyev prospektində "xxxx MMC (xxxx" MTK) tərəfindən tikilən binalardan ibarət yaşayış kompleksinin elektrik qurğularına X3 Idarəsi tərəfindən verilmiş ****** nömrəli, ##.##.2013-cü il tarixli X11 verilməsinə əsas olmuş texniki sənədlərinin surətləri məhkəməyə təqdim olunmuşdur. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin “xxxx” MMC-yə ünvanladığı məktubun surətindən görünür ki, Şirvan şəhəri, H.Əliyev prospektində "xxxx” MMC-nin tikdiyi yaşayış kompleksinin elektrik təchizatına dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC-nin ##/##/1089 saylı ##.##.2011ci il tarixli texniki şərtinin 2.2-ci bəndini dəyişməklə, obyektə 110/10/10 kV-luq "Cihazlar zavodu" YS-dan 2 ədəd 10 kV-luq kabel EVX-nin əvəzinə 2 dövrəli 10 kV-luq HX-tin çəkilməsinə etiraz etmirlər. Yeni 2 dövrəli 10 kV-luq HX mövcud Qaydaların tələblərinə riayət etməklə, layihə əsasında quraşdırılmalıdır. Gələcəkdə “xxxx” MMC-nin yaşayış kompleksinin 10 kV-luq HX-lərin kabel EVX ilə əvəz olunması Cəmiyyətin hesabına yerinə yetirilməlidir. ##.##.2013-cü il tarixli “10 kV-luq hava xəttinə baxış” aktdan görünür ki, 10 kv-luq 2 dövrəli hava xəttinin uzunluğu 2000 metrdir. Hava xəttinin markası AS-70 mm²-dir. 50 ədəd dəmir dayaqlardan (aralıq, anker) istifadə edilmişdir. Elektrik enerji təchizatı 110/10/10kV-luq "Cihazlar zavodu" y/st-da 10 kV-luq PQ-də yeni quraşdırılmış yuvalardan həyata keçirilir. Hava xəttinin quraşdırılması mövcud norma və qaydaların tələblərinə əməl olunaraq icra edilmişdir. ##.##.2013-cü il tarixli “torpaqlanma kontur qurğusunun qapalı işləri bardə” aktdan görünür ki, KTY-nin torpaqlanma konturu en kəsiyi 40x4 mm olan zolaq poladdan hazırlanıb və 0,7 metr dərinlikdə basdırılıb. Torpaqlanma elektrodu diametri f30 olan dairəvi poladdan hazırlanıb və 2 metr dərinliyə vurulmuşdur. Cəmi 8 ədəd elektrod vurulmuşdur. Torpaqlanma konturunun bütün birləşmələri və çıxıntıları elektrik qaynağı ilə yerinə yetirilmişdir. Torpaqlanma konturunun quraşdırılması mövcud norma və qaydaların tələblərinə əməl olunaraq icra edilmişdir. ##.##.2013-cü il tarixli “Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhəddi və tərəflərin istismar məsuliyyəti haqqında” akta əsasən, 110/10/10 kV-luq "Cihazlar zavodu" y/st-da 10 kV-luq Paylayıcı Quruluşda 3-cü bölmədə ** nömrəli yuvada və 4-cü bölmədə ** nömrəli yuvada şin ayrıcısının tərpənməz dodaqlarından balans sərhəddi təyin edilir. Belə ki, şin ayrıcısından bölməyə tərəf “xxxx” MMC-nin, şin ayrıcısından aşağı tərəfə müasir vakuum açar və digər avadanlıqlarla komplektləşdirilmiş 10 kv-luq yuvalar “xxxx” MMC-nin xidməti ərazisi hesab edilir. X5 Filialının məhkəmənin sorğusuna ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, Şirvan şəhər Icra Hakimiyyəti Başçısının 2011-2013-cü illərin sərəncamları kitabında araşdırılma aparıldı. 2011-2013-cü illər ərizində "xxxx MMC ("xxxx” MTK) tərəfindən Şirvan şəhər, ünvan 1 ünvanında yerləşən 0,015 ha torpaq sahəsi üzərində elektirik xəttinin çəkilməsinə dair müraciətə aid sərəncam aşkarlanmadı. Idarə, müəssisə və təşkilatlara daxil olan müraciətlər dövlət arxiv mühafizəsinə təhvil götürülmür. Sözügedən sənədlər saxlanma müddəti bitənə qədər təşkilatın özündə saxlanılır, saxlanma müddəti bitdikdə (5 il) qanunvericiliyə uyğun olaraq məhvə ayrılır. X4 Təchizatı və Satış Idarəsinin məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli məktuba əsasən, Şirvan Kommersiya Məhkəməsinin "xxxx” ASC-yə ünvanlanmış e-*-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli məktuba baxılmışdır. Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən və "xxxx" MTK-ya məxsus 0,015 ha torpaq sahəsi 10 kv-luq xxxx h/x-nin 1,3 metr məsafədə yerləşir. Torpaq sahəsi 10 kv-luq xxxx h/x-nin mühafizə zonasında yerləşir. 6-10 kv-luq h/xlərinin mühafizə zonası 10 metrdir. 10 kv-luq xxxx h/x-ti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ASC tərəfindən verilmiş ##.##.2011-ci il tarixli ##/##/1089 saylı texniki şərt əsasında, tələblər yerinə yetirilməklə "xxxx" MTK tərəfindən çəkilib istismara verilmişdir. 10 kv-luq xxxx h/x-ti 110/10/10 kv-luq Cihazlar zavodu y/st-dan elektrik enerjisi ilə təchiz edilir. 10 kv-luq xxxx h/x-ti "xxxx" MTK-nın balansındadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 169.1-169.3-cü maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhəmə kollegiyası iddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər aparılmış araşdırmanın nəticəsi olaraq təsdiqini tapmadığından, qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, cavabdehin vəsaiti hesabına çıxarılması tələb olunan yüksək gərginlikli elektrik xətti torpaq sahəsi iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl texniki şərt əsasında çəkilmiş, iddiaçı torpaq sahəsini artıq yüklü halda mülkiyyətinə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Apellyasiya şikayətinin “cavabdeh tərəfindən müvafiq kompensasiya ödənilməsinin müəyyən edilməsi” hissədə dəlilinə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, belə tələb ayrıca birinci instansiya məhkəməsinin baxış predmeti olmadığından, hazırki vəziyyətdə həmin dəlil üzrə hüquqi dəyərləndirmə aparmaq mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid Imanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar