Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-530/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə qarşı ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı MMC-nin cavabdehə qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilk; cavabdehin iddiaçı MMC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(***)-****/**** nömrəli qərardadından ilk iddia üzrə iddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı
1. Iddiaçı MMC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20.334,62 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı MMC cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərə əsasən 3.000 manatın iddiaçının işçilərinin bank kartlarına köçürüldüyünü qəbul edərək iddia tələbinin həcmini azaltmış, cavabdehdən 17.609 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
3. Iddiaçı Cavabdeh cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci il # ###### tarixli məhsulların nisyə alqı-satqısı barədə müqavilənin, təhvil-təslim aktının və mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab olunması, ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Cavabdeh iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən həm ilkin, həm də sonradan təqdim edilmiş 2022-ci il # ###### tarixli müqavilələrin, 2023-cü il # #### tarixli ərizənin və təhvil-təslim aktlarının etibarsız hesab olunması, ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə tələbin “təhvil-təslim aktlarının və ərizənin etibarsız hesab edilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməsi; qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir (hakim – Ü.Həsənova).
7. Ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *- *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul olunaraq, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması qət edilmişdir (sədrlik edən – T.Qocayev, hakimlər – E.Həsənov və S.Cəfərov). 9.
10. Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC 2026-cı il ## ### tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ### tarixli *- *(***)-****/**** nömrəli qərardadı ilə kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması səbəbindən geri qaytarılması qərara alınmışdır (sədrlik edən – T.Qocayev, hakimlər – E.Həsənov və S.Cəfərov).
12. Sözügedən qərardaddan kassasiya şikayəti verilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il # #### tarixli qətnaməsi 2026-cı il ## #### tarixində icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinə göndərilmişdir.
13. Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC 2026-cı il ## #### tarixində kassasiya şikayətini yenidən təqdim edərək, onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir.
14. Ərizə onunla əsaslandırılmışdır ki, 2026-cı il ## ### tarixli qərardada əsasən kassasiya şikayətində nümayəndə kimi nümayəndə1 məlumatları göstərilsə də, şikayət nümayəndə nümayəndə3 tərəfindən imzalanmışdır. Iş materiallarından hər iki şəxsin hazırkı iş üzrə nümayəndə olduğu və etibarnamələrinin mövcud olduğu görünür. Kassasiya şikayəti təqdim edilərkən yenilənmiş etibarnamənin məlumatları şikayətin məzmununa daxil edilsə də, texniki yanlışlıq nəticəsində məhkəməyə təqdim edilməmişdir. Hazırda qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla kassasiya şikayəti yenidən məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür.
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *- *(***)-****/**** nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsinin təmin edilməməsi və onun 2026-cı il ## #### tarixində verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (sədrlik edən – T.Qocayev, hakimlər – E.Həsənov və S.Cəfərov).
16. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya məhkəməsinin 2026-cı il # #### tarixli qətnaməsi 2026-cı il ## #### tarixində ilk iddia üzrə iddiaçının elektron kabinetinə yerləşdirilmiş, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin son günü 2026-cı il ## ### tarixinə təsadüf etdiyindən və həmin gün qeyri-iş günü olduğundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 129.2-ci maddəsinə əsasən müddət növbəti iş günü olan 2026-cı il ## ### tarixində başa çatmışdır. Ilk iddia üzrə iddiaçı kassasiya şikayətini həmin tarixdə təqdim etsə də, şikayət məhkəmənin 2026-cı il ## ### tarixli qərardadı ilə prosessual nöqsanlara görə geri qaytarılmışdır.
17. Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq tərəfin bu nöqsanı aradan qaldırıb ümumi qaydada yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququ olmuşdur.
18. 2026-cı il ## ### tarixli qərardad həmin gün ilk iddia üzrə iddiaçıya məxsus elektron kabinetə yerləşdirilmiş və bununla bağlı elektron ünvan 1 adlı elektron poçt ünvanına bildiriş göndərilmişdir. Mülki Prosessual Məcəllənin 135.5 və 135.8-ci maddələrinə əsasən qərardad elektron kabinetdə yerləşdirildiyi andan rəsmi qaydada verilmiş hesab olunur.
19. Məhkəmə iclasında nümayəndə qərardadın elektron kabinetə yerləşdirilməsi barədə elektron kabinet vasitəsilə bildiriş almadıqlarını və bu səbəbdən qərardaddan yalnız qətnamənin icrası mərhələsində məlumatlı olduqlarını bildirmişdir. Lakin həmin halı təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda, tərəfin nümayəndəsi qərardadın elektron kabinetə yerləşdirilməsi barədə bildirişin göndərildiyi elektron poçt ünvanından istifadə etmədiklərini də etiraf etmişdir.
20. Kommersiya mübahisələri üzrə elektron kabinetdən istifadə və həmin kabinetdə yerləşdirilən məhkəmə sənədlərinin izlənilməsi işdə iştirak edən şəxsin prosessual davranışının tərkib hissəsidir. Elektron kabinetdə qeyd edilmiş elektron poçt ünvanının istifadə edilməməsi və ya həmin ünvana daxil olan bildirişlərin izlənilməməsi tərəfin daxili təşkilati fəaliyyətinin qüsuru olmaqla, prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.
21. Kollegiya qeyd etmişdir ki, prosessual müddətin bərpası müstəsna xarakter daşıyan prosessual təminat olmaqla yalnız müddətin buraxılmasının şəxsin iradəsindən asılı olmayan, obyektiv və aradan qaldırıla bilməyən hallardan irəli gəldiyi sübuta yetirildikdə tətbiq oluna bilər. Bu baxımdan, müddətin bərpasını tələb edən şəxs yalnız müddətin buraxılmasına səbəb olan halların mövcudluğunu deyil, həm də həmin hallar aradan qalxdıqdan sonra prosessual hüququnu ağlabatan müddət ərzində həyata keçirmək üçün zəruri çeviklik göstərdiyini də sübut etməlidir.
22. Hazırkı işdə isə ilk iddia üzrə iddiaçının özünün də istinad etdiyi kimi, kassasiya şikayətinin geri qaytarılmasına səbəb olmuş nöqsan texniki xarakterli olmuş və aradan qaldırılması xüsusi zəhmət və vaxt tələb etməmişdir. Buna baxmayaraq, ilk iddia üzrə iddiaçı qərardadın qəbul edilməsindən sonra kassasiya şikayətini yenidən düzgün formada təqdim etmək üçün ağlabatan müddətdə hər hansı prosessual hərəkət etməmiş, növbəti kassasiya şikayətini təxminən bir ay sonra, 2026-cı il ## #### tarixində məhkəməyə təqdim etmişdir. Kassasiya şikayətinin bu müddət ərzində təqdim edilməməsinin obyektiv səbəbləri və ya həmin gecikmənin tərəfin iradəsindən asılı olmayan hallardan irəli gəldiyini təsdiq edən hər hansı sübut da təqdim edilməmişdir.
23. Göstərilən hallar ilk iddia üzrə iddiaçının prosessual hüququndan lazımi operativliklə istifadə etmədiyini, kassasiya şikayətinin yenidən təqdim edilməməsinin obyektiv maneədən deyil, öz prosessual davranışından irəli gəldiyini göstərir. Buna görə də kollegiya prosessual müddətin buraxılmasının üzrlü səbəblərlə əsaslandırılmadığı qənaətinə gələrək onun bərpası üçün qanunla nəzərdə tutulmuş əsasların mövcud olmadığını hesab etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəllənin 128.1, 130.1, 133.1, 133.5, 135.5, 135.8, 408.1, 408.1.4, 408.5-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın 2006-cı il ## ###### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il # ### tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
25. Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və apellyasiya məhkəməsinin 2026-cı il # #### tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpası edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 2024cü il ## ###### tarixli Qərarı üzrə - Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi kassatorun 2026-cı il # #### tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə olan vəsatətinə baxarkən müddətin ötürülməsinin formal çatışmazlıqlardan irəli gəldiyini nəzərə almamış, prosessual qanunvericiliyi hədsiz formallıqla tətbiq etmiş və bunun nəticəsində İddiaçı MMC-nin məhkəmə müdafiəsindən istifadə hüququ süni şəkildə məhdudlaşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu yanaşması özünün qanunsuz və əsassız qətnaməsinin yuxarı instansiya məhkəməsi tərəfindən yoxlanılmasının qarşısının alınmasına yönəlmişdir.
27. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi İddiaçı MMC-nin apellyasiya məhkəməsinin 2026-cı il # #### tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin geri qaytarılması haqqında olan 2026-cı il ## ### tarixli qərardadında nəinki yeni müddət təyin etməmiş, ümumiyyətlə, yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququnun olması ilə bağlı qərardadın nəticə hissəsində məlumat da verməmişdir. Bütün bunlar isə, işə baxan apellyasiya instansiyası məhkəməsinin hakimlərinin öz qəbul etdikləri qətnamələrinin ləğv edilmə təhlükəsinin olduğunu bilmələri və bunun qarşısının alınmasına yönələn hərəkətlər olduğunu bir daha təsdiq edir.
28. Mülki Prosessual Məcəllənin 138.8-ci maddəsi üzrə - Bildirmək istəyirik ki, İddiaçı MMC tərəfindən faktiki olaraq istifadə edilən həm mobil telefon nömrəsi, həm də elektron mail ünvanı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli qətnaməsindən verilmiş kassasiya şikayətində qeyd edilib. Lakin məhkəmə kollegiyası nə həmin mailə məlumat göndərməmiş, nə də mobil nömrəyə SMS bildiriş göndərməmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən etiraz daxil olmuşdur. Etirazda bildirilir ki, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər deklarativ xarakter daşıyır və prosessual müddətin bərpası üçün üzrlü səbəb təşkil etmir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il # #### tarixli qətnaməsi 2026-cı il ## #### tarixində iddiaçının elektron kabinetinə yerləşdirilmiş, kassasiya şikayətinin verilməsi üçün iki aylıq müddətin son günü 2026-cı il ## ### olmuşdur. Iddiaçı şikayəti müddətin son günündə təqdim etsə də, şikayət prosessual tələblərə uyğun olmadığından2026-cı il ## ### tarixli qərardadla geri qaytarılmış, həmin qərardad da eyni tarixdə elektron kabinetə yerləşdirilmişdir. Buna baxmayaraq, iddiaçı nöqsanı aradan qaldıraraq kassasiya şikayətini yalnız 2026-cı il ## #### tarixində, təxminən bir ay sonra yenidən təqdim etmiş və bu gecikməni obyektiv səbəblərlə əsaslandırmamış, iradəsindən asılı olmayan halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Elektron poçt ünvanının və elektron kabinetin işlək vəziyyətdə saxlanılması, məhkəmə sənədlərinin mütəmadi izlənilməsi işdə iştirak edən şəxsin, xüsusilə kommersiya hüquq münasibətlərinin peşəkar iştirakçısı olan hüquqi şəxsin prosessual vəzifəsidir və bunların yerinə yetirilməməsi müddətin bərpası üçün üzrlü səbəb hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 128.1, 130.1 və 133.1-ci maddələrinə əsasən, yalnız üzrlü səbəbdən buraxılmış prosessual müddət bərpa edilə bildiyindən, hazırkı işdə belə səbəb və onu təsdiq edən sübutlar mövcud deyil. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il # #### tarixli qərardadının qanuni və əsaslı olduğu nəzərə alınaraq, İddiaçı MMC-nin kassasiya şikayətinin təmin edilməməsi və həmin qərardadın dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMSin işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: Maddə 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçı İddiaçı MMC-nin kassasiya şikayətində irəli sürdüyü dəlilləri aşağıdakı səbəblərə görə mübahisələndirilən qərardadın ləğvi üçün əsaslı hesab etmir.
32. Iş materiallarından müəyyən olunur ki, İddiaçı MMC-nin ilkin kassasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə təqdim edilmiş, lakin 2026-cı il ## ### tarixli qərardadla prosessual nöqsanlara görə geri qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə əsasən həmin nöqsanları aradan qaldıraraq yenidən kassasiya şikayəti vermək hüququ mövcud olsa da, bu hal yeni şikayətin müddət ötürülməklə verilməsini avtomatik olaraq üzrlü hesab etməyə əsas vermir.
33. Kassasiya şikayətində, Konstitusiya Məhkəməsi Plenumunun 2024-cü il ## ###### tarixli Qərarına istinad edilən dəlilinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi yalnız ilkin şikayətin geri qaytarılmasına deyil, həmçinin 20 may tarixli qərardaddan sonra şikayətin yenidən təqdim edilməsinə qədər keçən müddətə və bu gecikmənin səbəblərinə də münasibət bildirmişdir. Lakin, şikayətin geri qaytarıldıqdan yalnız bir ay sonra təkrarən 19 iyun tarixində təqdim edilməsinin səbəbləri ümumiyyətlə əsaslandırılmamışdır.
34. Bundan əlavə, 20 may tarixli qərardad İddiaçı MMC-nin elektron kabinetində yerləşdirilmiş və bu barədə bildiriş göndərilmişdir. Bu baxımdan, elektron kabinetdə yerləşdirilmiş məhkəmə sənədinin izlənilməməsi və ya bildirişin, tərəfin təqdim etdiyi, istifadə olunmayan elektron poçt ünvanına göndərilməsi tərəfin özünün daxili təşkilati fəaliyyətindən irəli gələn hal olmaqla, prosessual müddətin bərpası üçün üzrlü səbəb hesab edilə bilməz.
35. Qərardadın nəticə hissəsində 408.5-ci maddə üzrə yenidən müraciət etmək hüququnun ayrıca göstərilməməsi də fərqli nəticəyə əsas vermir. Həmin hüquq birbaşa qanundan irəli gəlir və onun qərardadda ayrıca qeyd edilməməsi müddətin buraxılmasını üzrlü etmir. Eyni zamanda, apellyasiya məhkəməsinin qətnamənin ləğvinin qarşısını almaq məqsədi güddüyünə dair qeyd edilən mülahizələr hər hansı sübutla təsdiq edilməmişdir.
36. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə kassasiya şikayətinin verilməsi üçün iki aylıq prosessual müddətin müəyyən edilməsinin məqsədi, proses iştirakçısına şikayəti hazırlamaq, zəruri hallarda onu dəqiqləşdirmək və qanunun tələblərinə uyğun şəkildə vaxtında təqdim etmək üçün kifayət qədər imkan yaratmaqdır. Bu baxımdan, şikayətin müddətin son gününə saxlanılması və bunun nəticəsində yaranmış çətinliklərin sonradan prosessual müddətin bərpası üçün əsas kimi irəli sürülməsi şikayətçinin (və ya onun nümayəndəsinin) yanlış prosessual davranışının nəticəsidir və üzrlü səbəb kimi qiymətləndirilə bilməz.
37. Üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu tərəfə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bu cür halların olduğu isə öz təsdiqini tapmır.
38. Beləliklə, kassasiya şikayətini verən iddiaçı-cavabdeh prosessual müddətin onun iradəsindən asılı olmayan obyektiv səbəblərdən buraxıldığını sübuta yetirməmişdir. Bu əsaslara görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən müddətin bərpasından imtina edilməsi və kassasiya şikayətini geri qaytarması qanuni və əsaslı hesab edilməlidir.
39. Son nəticədə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 417ci və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALIR:
Ilk iddia üzrə iddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il # #### tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.