Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-56/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), pul öhdəliyinin icra edilməməsinə görə məsuliyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh MMC ilə İddiaçı MMC arasında “açıq məkanda reklam yerləşdirilməsinə dair” 2021-ci il ## ###### tarixli müqavilə bağlanmışdır.
2. Həmin müqavilə üzrə icraçı qismində İddiaçı MMC, sifarişçi qismində isə Cavabdeh MMC olmaqla, icraçı açıq məkanlarda reklam materiallarının istehsalı, yerləşdirilməsi və yayımı xidmətlərini göstərməyi, sifarişçi isə həmin xidmətlərin dəyərini razılaşdırılmış müddətlərdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür; Müqavilə 1 il müddətinə bağlanmış, bununla belə müqavilədə tərəflərin hər hansı birinin müqavilə müddətinin bitməsindən 30 təqvim günü rəsmi müraciət etmədiyi təqdirdə, müqavilə müddətinin eyni şərtlərlə uzadılması imkanı müəyyən edilmişdir.
3. İcraçı tərəfindən sifarişçiyə ünvanlanmış 2024-cü il # #### tarixli xəbərdarlıq məktubunda sonuncunun 2024-cü il # #### tarixinə 67.452 manat məbləğində borcu yarandığından həmin borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə reklam yayımı və digər xidmətlərin dayandırılacağı bildirilmişdir.
4. Bundan sonra sifarişçi icraçıya müraciət edərək, icraçı şirkətin 2024-cü ilin may ayından sifarişçi şirkətin əməkdaşlıq etdikləri şirkətlərlə birbaşa əlaqə saxlamaqla və həmin şirkətlərə birbaşa xidmət göstərmək barədə təkliflər etməklə, beləliklə də biznes etik qaydalarına zidd hərəkətlərə yol verməsi səbəbindən reklam xidmətindən imtina etdikləri diqqətə çatdırılmışdır.
5. İcraçı sifarişçiyə ünvanladığı 2024-cü il ## ###### tarixli məktubla onun tərəfindən müqavilə münasibətlərinə xitam vermək barədə iradə ifadəsini bəyan etmişdir.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2021-ci il ## ###### tarixli müqaviləyə əsasən göstərilən reklam xidmətlərinə görə yaranmış cəmi ƏDV daxil 22.544,49 manat əsas borc və 100.484,96 manat cərimə olmaqla, ümumilikdə 123.029,45 manat pul vəsaitinin, həmçinin çəkilmiş məhkəmə xərclərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış 2021-ci il ## ###### tarixli müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri lazımi şəkildə yerinə yetirərək, onun müvafiq sifarişlərinə uyğun olaraq razılaşdırılmış müddətlərdə və ünvanlarda açıq məkanda reklam materiallarının istehsalı və montajı, reklam daşıyıcılarında yerləşdirilməsi və yayımından ibarət xidmətlər göstərmişdir. Həmin xidmətlər müqavilənin 4.3-cü bəndində nəzərdə tutulan qaydada imzalanmış və möhürlənmiş təhvil-təslim aktları ilə cavabdehə təhvil vermiş, sonuncu da bu xidmətləri heç bir iddiasının olmadığını bildirməklə qəbul etmişdir. Buna baxmayaraq, cavabdeh həmin xidmətlərin dəyərini müqavilənin şərtlərinə uyğun formada iddiaçıya ödəmək öhdəliyini lazımınca yerinə yetirməmiş, hər yayım ayına görə iddiaçının təqdim etdiyi müvafiq hesab-fakturalarda göstərilən xidmət haqlarının müqavilədə nəzərdə tutulan müddətdə (hesab-fakturanı aldıqdan sonra 5 təqvim günü ərzində) vaxtında və tam şəkildə ödənilməsini təmin etməmiş, ödənişləri dəfələrlə gecikmə ilə və natamam (hissəhissə) icra etmiş, bununla da müqavilə şərtlərini pozmuşdur.
8. Cavabdeh, iddiaçının ondan müqavilə üzrə yaranmış borcunu ödəməyi tələb etməsinə baxmayaraq, öz öhdəliklərini yerinə yetirməkdən yayındığına istinad etməklə 2024-cü il ## #### tarixində məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı MMC-dən onun xeyrinə 35.175 manat pul məbləğinin, eyni zamanda dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddiaçı ## ###### 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə tələb edilən borc məbləğinin tam olaraq ödənildiyindən qarşılıqlı iddiadan imtina etdiyini bildirmiş və qarşılıqlı iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir (hakim K.H.Hüseynov).
10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2021-ci il ## ###### tarixli müqaviləyə əsasən əsas borc üzrə 7.664 manat və cərimə borcu üzrə 400 manat olmaqla, ümumilikdə 8.064 manat pulun, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat və dövlət rüsumunun əvəzi olaraq 100,64 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim K.H.Hüseynov).
11. Məhkəmə tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verərək qeyd etmişdir ki, hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
12. Məhkəmə icraatının gedişində iddia ərizəsində qeyd edilmiş məbləğlərdən bir hissəsi ödənilmişdir. Tərəflər arasında mübahisə yalnız iddiaçı tərəfindən cavabdehə göndərilmiş olan 2024-cü il ## ###### tarixli MT2408 seriyalı ******** nömrəli, dəyəri ƏDV daxil 12.820 manat olan və 2024-cü il ## ######## tarixli MT2408 seriyalı ******** nömrəli dəyəri 14.585 manat olan elektron qaimədə qeyd edilmiş xidmətlərin göstərilməsi ilə bağlıdır. Mübahisənin həlli baxımından 2 ədəd elektron qaimədə göstərilmiş xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilib-göstərilməməsi halı araşdırılmalıdır.
13. 2024-cü il ## ###### tarixli qaimə iddiaçı tərəfindən cavabdehə 35 ünvanda ##.##.2024-cü il-##.##.2024-cü il tarixlərində, 2024-cü il ## ######## tarixli qaimə 34 ünvanda ##.##.2024-cü il-## ######## 2024-cü il tarixlərində reklam xidmətlərinin göstərilməsi ilə bağlı olmuşdur.
14. Cavabdeh tərəf, dəyəri 12.820 manat təşkil edən elektron qaimədə qeyd olunmuş xidmətlərin bir hissəsini yəni, 4.861 manat hissəsini qəbul edərək pulu ödəmiş və mübahisəli hissə 7.959 manat təşkil etmişdir. İddiaçıya ödəməkdən imtina etdiyi məbləğ dəyərində xidmətlərin göstərilmədiyini və iyul ayından iddiaçının məhz özünün qeyd edilmiş şirkətlərə reklam xidmətləri göstərdiyini bildirmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən dəyəri 295 manat olan reklam xidmətlərinin cavabdehə göstərilmədiyi də öz təsdiqini tapmışdır.
15. 2024-cü il ## ###### tarixli qaimə üzrə cavabdehin müəyyən ödənişləri etməsi halını nəzərə alan məhkəmə hesab etmişdir ki, elektron qaimədə qeyd olunmuş xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilmişdir. Ona görə də məhkəmə 295 manat pul məbləğinin elektron qaimə üzrə ödənilməmiş olan 7.959 manatdan çıxılmaqla, qalan hissənin (7.664 manat) cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən 2024-cü il ## ######## tarixli dəyəri 14.585 manat olan elektron qaimədə qeyd edilmiş xidmətlərin heç biri göstərilməmişdir. İddiaçı tərəf özü də ümumi dəyəri 5.895 manat dəyərində xidməti göstərmədiyini etiraf etmişdir. Məhkəmə bu xüsusda vurğulamışdır ki, iddiaçı tərəf bu halı, məhz məhkəmə tərəfindən müvafiq olaraq hüquqi şəxslərə sorğulara cavab gəldikdən sonra qəbul etmişdir. Göründüyü kimi, iddiaçı tərəf özü ilk öncə göstərmiş olmadığı xidmətlərə görə bilərəkdən qarşı tərəfə elektron qaimə göndərməklə, əsassız olaraq zənginləşmək niyyətində olmuşdur.
17. İddiaçı tərəfin müqavilənin ləğvinə dair cavabdehə 2024-cü il ## ###### tarixində bildiriş verildiyini, müqavilənin şərtlərinə əsasən müqavilənin 2024-cü il ## ######## tarixində ləğv edildiyini, bu səbəbdən həmin tarixədək xidmətlərin göstərilibgöstərilməməsindən asılı olmayaraq cavabdehin pulun ödənilməsi öhdəliyinin yaranması barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin əsasını məhz göstərilmiş olan xidmətlərə görə pulun ödənilməsi təşkil edir. Əgər bu xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilməyibsə, pulun ödənilməsi öhdəliyi də yaranmamış olur. Əks yanaşma mülki dövriyyənin sabitliyinə mənfi təsir etməklə yanaşı, sui-istifadə halları ilə nəticələnə bilər.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçının özü qeyd edilmiş ünvanlar üzrə müvafiq hüquqi şəxslər arasında müqavilə bağlamış və reklam xidmətlərini göstərmiş, bununla da cavabdehlə arasında olan müqavilə münasibətlərinə faktiki özü xitam vermişdir. Həmçinin, cavabdehə 2024-cü il ## ###### tarixində göndərilmiş bildirişlə isə göstərilməmiş xidmətlərə görə, 2024-cü il ## ######## tarixinədək pulun tutulmasına və əsassız varlanmağa nail olmaq istəmişdir. Ona görə də, iddiaçının qeyd edilən dəlili əsassız olmuşdur.
19. Məhkəmə iddianın 100.484 manat cərimə borcunun tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə hesab etmişdir ki, 7.664 manat əsas borca münasibətdə 400 manat dəbbə pulu daha ağlabatan və ədalətlidir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 390.1, 390.4, 425, 442, 443.1, 462.1 və 467-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
21. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən-iddianın təmin olunmadığı hissələrdə ləğv edilərək, iddianın tam təmin olunması xahiş edilmişdir.
22. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, mübahisələndirilən hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən əsas borc üzrə 8.689,52 manat, cərimə borcu 2.000 manat olmaqla, ümumilikdə 10.689,52 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən- məruzəçi hakim Z.A.Şirinov, hakimlər T.N.Mahmudova və L.R.Əliyeva).
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilən hissəsində mövqeyini əsaslı hesab etsə də, iddianın təmin edilməyən hissəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı dəyəri 14.585 manat olan elektron qaimə üzrə də borcun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Bununla belə, iddiaçı tərəf həmin qaimə üzrə ümumi dəyəri 5.895 manat olan xidmətlərin göstərilmədiyi halını qəbul etmişdir. Digər xidmətlərin göstərilmədiyinə dair hər hansı sübut təqdim olunmadığından və e-qaimə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən göstərilən xidmətlərin dəyəri olan 8.689 manat iddiaçıya ödənilməlidir.
25. Kollegiya qeyd etmişdir ki, əgər həqiqətən də iddiaçı cavabdehə qaimələrdə qeyd olunan xidmətləri göstərməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırkı iş üzrə belə hal mövcud olmamışdır.
26. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən, müqavilə qüvvədə olduğu müddət ərzində sifarişçi reklam yerlərindən imtina etməyi planlaşdırarsa, bu halda bir ay öncədən icraçıya yazılı məlumat verilməlidir. Belə bir yazılı məlumat sifarişçi tərəfindən verilmədiyi halda, imtina olunan reklam yerləri üçün imtina olunan tarixdən sonrakı bir ayın yayım haqqı sifarişçi tərəfindən icraçıya ödənilməlidir.
27. Məhkəmə kollegiyası cavabdeh tərəfin iddiaçının müqavilə münasibətlərinə vaxtından əvvəl xitam vermək qərarına gəlməsini 2024-cü il # #### tarixli məktuba və bundan sonra tərəflərindən göstərilən xidmətlərin reklamın məxsus olduğu şirkətlərlə əlaqəyə girərək müqavilələr üzrə xidmətlərin göstərilməsini birbaşa müqavilənin faktiki olaraq iddiaçı tərəfindən ləğv olunması anlamına gəlməsinə istinad etməsinə münasibətdə bildirmişdir ki, sözügedən məktub yaranmış borcla bağlı öhdəliklərin yerinə yetirilməsi, borcun ödənilməsi və göndərilmiş təhvil aktlarının qaytarılması ilə əlaqədar məlumat xarakterli olmuş, müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı hər hansı xəbərdarlıq qeyd edilməmişdir. Bundan başqa, iddiaçının reklamın məxsus olduğu şirkətlərlə əlaqəyə girərək müqavilələr üzrə xidmətlərin göstərilməsi barədə dəlil əsassız hesab edilmiş və göstərilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərində bununla bağlı hər hansı qadağa qeyd olunmamışdır.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan 400 manat cərimə məbləğinin dəyişdirilərək 2.000 manat müəyyən olunması qənaətinə gəlmişdir.
29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 390.1, 390.4, 425, 442, 443.1, 462.1 və 467-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.1, 3.2, 3.3 və 3.4-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə” 2018-ci il ## #### tarixli Qərarına və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli Qərarına, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
30. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun qismən – iddianın təmin olunmadığı hissələrdə ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş etmişdir.
31. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) İddiaçının kassasiya şikayətinin dəlilləri
32. Apellyasiya instansiyası məhkəməsi dəbbə pulunu yalnız iddia tələbinin təmin edilən hissəsinə münasibətdə hesablamaqda haqlı olmamışdır. Belə ki, əsas borcun 64.878 manat hissəsi məhkəmə icraatı zamanı ödənilmişdir. Həmin hissə üzrə icranın gecikdirilməsi halı nəzərə alınmamışdır. MM-in 462.1-ci maddəsinə əsasən, əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Məhkəmə kollegiyası MM-in 467-ci maddəsinin də tələbini pozaraq, tələb edilən cərimənin hansı səbəbdən tənasübsüz surətdə yüksək olmasını əsaslandırmamış, tənasüb müəyyənləşdirilərkən işin hallarını və kreditorun əmlak mənafelərini nəzərə almamışdır.
33. Əsas borc tələbinin 5.895 manat hissəsində rədd edilməsi barədə gəlinən nəticə MPM-in 77.1, 88, 217.1 və 217.3-cü maddələrinin tələblərinə uyğun deyil. Belə ki, apellyasiya məhkəməsi reklam yayım xidmətlərinin iddiaçının özü tərəfindən maraqlı hüquqi şəxslərlə bağladığı müqaviləyə əsasən göstərildiyini qeyd etsə də, həmin müqavilələr üzrə xidmət göstərilən yerlərlə eynilik təşkil etmədiyinə dair hər hansı sübut təqdim olunmadığına əsaslanmaqla, bununla əlaqədar sübutetmə yükünü MPM-in 77.1ci maddəsinin tələbinə zidd olaraq iddiaçı tərəfin üzərinə qoymuşdur.
34. Habelə, məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçı ilə adı çəkilən hüquqi şəxslər arasında müvafiq müqavilələrin bağlanması faktı hələ məhz bəhs edilən elektron qaimələrdə öz əksini tapan reklam yerləri üzrə də xidmətlərin göstərilməsi anlamına gələ bilməzdi. Odur ki, məhkəmə tərəfindən müəyyən edilmiş sayılan, iş üçün əhəmiyyətli olan bu hal əslində sübut olunmamışdır. Halbuki, sözügedən məsələ cavabdehin iddiaya etirazının dəlilini təşkil etmişdir və həmin halı sübut etmək vəzifəsi əslində onun üzərində olmuşdur. Bununla da, məhkəmə kollegiyası tərəfindən MPM-in sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməsinə, qətnamənin qanuniliyinə və əsaslılığına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı olmasına dair 88, 217.1 və 217.3-cü maddələrinin də tələblərinə əməl edilməmişdir.
b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh kassasiya şikayətində MM-in 421.3-cü maddəsinə istinad edərək bildirmişdir ki, 2024-cü il ## #### tarixində təqdim edilən pretenziya məktubu ilə iddiaçı müqavilə üzrə yaranmış borcun ödənilməsini cavabdehdən tələb etmiş və eyni zamanda reklam yayımının dayandırılması üçün qanunamüvafiq tədbirlərin görüləcəyi göstərmişdir. Həmin məktubla iddiaçı yaranmış borcun və eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin ləğvinə aid niyyətini bildirmişdir.
36. Məhkəmə iclasında iddiaçının nümayəndəsi əsassız olaraq bildirmişdir ki, pretenziya məktubunda borcun ödənilmədiyi halda reklam yayımının dayandırılacağına dair xəbərdarlıq etdikləri göstərilmişdir. Lakin pretenziya məktubunda birbaşa borcun tutulması və əlavə olaraq reklam yayımının dayandırılması xəbərdarlığı qeyd olunmuşdur. Bundan başqa, iddiaçının növbəti davranışı birbaşa müqavilənin özləri tərəfindən ləğv edilməsinə və pretenziya məktubunda göstərdikləri hərəkətin həyata keçirməsinə yönəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində araşdırılma aparılarkən reklamı yayımlanmış şirkətlərə müvafiq sorğular göndərilmiş və müvafiq cavablar alınmış, həmçinin cavabdeh tərəfindən müvafiq “mail” yazışmaları təqdim edilmişdir.
37. Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli qərarlarına istinad edilmişdir.
c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
Kassasiya baxışının hədləri
39. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
41. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
“Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri ... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. ...”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...” “Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. ...” “Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. ...”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...” “Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il ## ###### tarixli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir). ...” “Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”
“Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi ... 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. ...”
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“1. Ümumi müddəalar ... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir (2022-ci il tarixli 25 avqust Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir). ...” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaiməfaktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir (2022-ci il ## ###### tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 3.1-ci bənddə “elektron qaimə-fakturanı” sözləri “bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı” sözləri ilə əvəz edilmişdir və həmin bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir). 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir (2022-ci il ## ###### tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 3.2-ci bəndə, 3.3-cü bəndin birinci cümləsinə və 3.6-cı bəndin üçüncü cümləsinə “qaiməfaktura” sözlərindən sonra “(bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfaktura istisna olmaqla)” sözləri əlavə edilmişdir). 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaiməfaktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-sı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaiməfakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir (2022-ci il ## ###### tarixli *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 3.4-cü bənddə “və 2.2.9-cu” sözləri “, 2.2.9-cu və 2.2.10-cu” sözləri ilə əvəz edilmişdir) ...”
44. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur:
“... tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. ...”
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il ## ##### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur:
“... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. ...”
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “... müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Burada vurğulanmalıdır ki, normada “ləğv edilmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış olduqları müqaviləyə xitam vermələri mənasında istifadə olunmuşdur.
...”
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Baxılan iş üzrə iddiaçının hazırki tələbi, tərəflər arasında bağlanmış 2021-ci il ## ###### tarixli reklam xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən, dəyəri 12.820 manat olan 2024-cü ilin ## ###### tarixli və dəyəri 14.585 manat olan 13 sentyabr tarixli elektron qaimələrdə qeyd edilmiş xidmətlərin əvəzinin ödənilməsi ilə əlaqədardır.
49. Cavabdeh iddia tələbinə etiraz edərək, sözügedən qaimələrdə əks olunmuş xidmətlərin əslində ona deyil, iddiaçının biznes etikasına zidd davranaraq onun vasitəçilik etdiyi şirkətlərlə əlaqəyə girməklə və əməkdaşlıq etməklə birbaşa həmin şirkətlərə göstərildiyini və onunla cavabdeh arasında müqavilə münasibətlərinə faktiki olaraq 2024cü ilin iyun ayından xitam verildiyini bildirir.
50. İşə baxmış məhkəmələr dəyəri 12.820 manat olan 2024-cü ilin ## ###### tarixli elektron qaimə üzrə xidmətlərin bir hissəsinin-4.861 manat hissəsinin cavabdeh tərəfindən ödənilməsini, eləcə də dəyəri 295 manat olan reklam xidmətlərinin cavabdehə göstərilməsinin təsdiq olunmadığını əsas götürməklə, qalan 7.664 manatın tutulması qənaətinə gəlmişlər.
51. Cavabdeh sözügedən elektron qaimə faktura üzrə xidmətlərin göstərilmədiyinə istinad edərək, məhkəmələrin həmin nəticəsini mübahisələndirsə də, göstərilməyən xidmətə görə hissəvi ödənişin aparılmasının ağlabatan izahını verə bilməmiş, etirazını təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddianın qeyd olunan hissəsi ilə bağlı məhkəmə aktının kassasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını qənaətinə gəlir və cavabdehin kassasiya şikayətinin dəlillərini həmin hissədə əsassız hesab edir.
52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ## ######## 2024-cü il tarixli qaimə üzrə 8.689 manat və cərimə borcu üzrə 2000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair nəticəsi ilə razılaşmır və cavabdehin kassasiya şikayətinin qeyd olunan hissədə dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
53. Belə ki, qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsi, 2024-cü il ## ######## tarixli elektron qaimə üzrə 8.689 manat dəyərində xidmətin göstərilmədiyinə dair sübutların olmamasına əsaslanmışdır. Halbuki, MPM-in sübutetmənin əsaslarını müəyyən edən normalarının (maddə 14.2, 77.1) tələblərinə görə, həmin elektron qaimə üzrə 2024-cü il # ###### tarixindən-2024-cü il ## ######## tarixinədək cavabdehə reklam xidmətlərinin göstərildiyini sübut etmək iddiaçının üzərinə düşür. Lakin apellyasiya instansiyası məhkəməsi mübahisəli hal üzrə sübutetmə yükünü cavabdehə aid etməklə, düzgün bölüşdürməmiş, MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərini pozmuşdur.
54. Baxılan işdə, tərəflər arasında bağlanmış 2021-ci il ## ###### tarixli müqaviləyə əsasən, işlər icra edildikdən sonra tərəflər arasında təhvil-təslim aktlarının səlahiyyətli nümayəndələr tərəfindən möhürlənməsi və imzalanması (müqavilənin 4.3-cü bəndi) nəzərdə tutulsa da, qeyd olunan dövr üzrə belə təhvil-təslim aktlarının tərtib edilməsi müəyyən edilmir.
55. İddiaçı tələbini əsaslandırmaq üçün yalnız 2024-cü il ## ######## tarixli elektron qaimə-fakturanı təqdim etmişdir. Həmin qaimədə qeyd olunan xidmətlər üzrə isə iddiaçının özü tərəfindən təqdim olunmuş (İ cild i.v 248) cədvəldə «xxxx» ASC və Belfast Bakı MMC-yə («Maxsim Taxi») aid ünvanlarında 5.895,87 manat dəyərində xidmətlərin cavabdehlə müqaviləyə əsasən göstərilməsinin mübahisəli olmasını göstərmişdir.
56. İşə baxmış məhkəmələr tərəfindən işdə olan sübutların məcmusu qiymətləndirilməklə, qeyd olunan ünvanlar üzrə 5.895,87 manat dəyərində xidmətlərin göstərilməməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı məhkəmənin həmin nəticəsini kassasiya şikayətində tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ## ######## 2024-cü il tarixli qaimə faktura işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməmiş, sözügedən qaimədə qeyd olunan xidmətlərin bir hissəsinin göstərilmədiyini müəyyən etdiyi halda, həmin qaimə üzrə qalan xidmətin göstərilməsini bilavasitə təsdiq edən digər bir sübuta istinad etmədən tələbi həmin hissədə təmin etmişdir. Bununla da elektron qaimə fakturanın kommersiya mübahisələrində sübutu əhəmiyyəti ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə almamış, ziddiyyətli nəticəyə gəlmişdir.
58. Nəzərə alınmalıdır ki, «..lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli Qərarı).
59. Baxılan işdə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarındakı qaydada qiymətləndirmənin aparılması müəyyən edilmir.
60. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin iddiaya etirazının dəlillərinə, eləcə də mübahisəli elektron qaimə fakturada qeyd olunan (2024-cü il # ###### tarixindən- 2024-cü il ## ######## tarixinədək olan dövr üzrə) xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilib-göstərilməməsinə hüquqi qiymət verilərkən əhəmiyyətli olsa da, reklamlarının nümayiş etdirildiyi hüquqi şəxslərin məhkəməyə ünvanladıqları cavab məktubları üzrə də hər hansı hüquqi dəyərləndirmə apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmamışdır. Məsələn, «xxxx» MMC tərəfindən verilmiş 2024-cü il ## ####### tarixli arayışda göstərilmişdir ki, MMC reklam yerlərinin alışını 2024-cü il ## #### tarixindən cavabdehlə dayandırmışdır (İ cild, i.v 139).
61. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması və s.) baxımından qiymət verilməlidir.
62. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edildiyi hissədə, həmin məhkəmənin müəyyən etdiyi hallar təkzib olunmadan qətnamə MPM-nin 385.1. və 385.1.2-ci maddəsinə əsasən ləğv edilmişdir. Bununla belə, qətnamədə məhz hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyi, nəticə üçün mühüm əhəmiyyəti olan hansı halların aydınlaşdırılmaması göstərilməmişdir.
63. İddiaçının tələbi üzrə cavabdehdən 2000 manat dəbbə pulunun tutulmasına gəldikdə, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə dəbbə pulunun daha yüksək miqdarda müəyyən edilməsi üçün əsasların olmamasını qeyd edir və hesab edir ki, cavabdehin şikayətinin dəlilləri üzrə müqaviləyə əsasən cavabdehdən cəmi tutulmalı olan məbləğ dəqiq müəyyən edildikdən sonra, MM-in 467-ci maddəsinin tələbləri əsasında həmin tələbə yenidən qiymət verilməlidir.
64. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## #### tarixli qərarı).
65. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi cavabdehdən 8.689,52 manatın və cərimə borcu üzrə 2000 manat məbləğində pulun tutulması hissəsində mübahisəyə mülki qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iş üzrə gəldiyi nəticəni müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamaqla, maddi və prosessual hüquq normalarını pozmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən-cavabdehdən 8.689,52 manat və cərimə borcu üzrə 2000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir.
66. İşə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.
67. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçının şikayəti təmin edilməsin. Cavabdehin şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi qismən- cavabdeh Cavabdeh MMCdən əsas borc üzrə 8689,52 ( səkkiz min altı yüz səksən doqquz manat əlli iki qəpik) manat, cərimə borcu üzrə 2000 ( iki min) manat, ümumilikdə 10689,52 ( on min altı yüz səksən doqquz manat əlli iki qəpik) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.