Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2-2(3-9)-100/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilməklə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli tapşırıq müqaviləsinin ləğv edilməsi, 59.600 manat məbləğində borc, 500 manat məbləğində cərimə, 3.476 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 63.576 manat məbləğində pul vəsaiti, 281 manat məbləğində ödənilmiş dövlət rüsumu və 320 manat məbləğində vəkil xidmətləri üçün ödənilmiş xərc Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil2 qeyd edilən qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh qiyabi qətnamənin ləğvi üçün ərizə vermə müddətini ötürdüyündən, Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə qiyabi qətnamənin ləğvi ilə bağlı ərizə verilməsi müddətinin üzürlü səbəbdən buraxılmış hesab edilməsi və buraxılmış müddətin bərpa olunması barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsinin ləğvi ilə bağlı ərizə verilməsi müddətinin üzürlü səbəbdən buraxılmış hesab edilməsi və buraxılmış müddətin bərpa olunması barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh tərəfindən qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə cavabdehə məlumat çatdırılmamış - elektron poçt və ya SMS göndərilməmişdir. Bir neçə dəfə sorğu ilə müraciət edilərək, məhkəmənin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsinin “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsi barədə məlumatın cavabdehə elektron poçt və ya SMS vasitəsilə göndərilib-göndərilməməsi, göndərildiyi halda, elektron poçt və ya telefon nömrəsi barədə məlumatların təqdim olunması xahiş edilmişdir. Məhkəmənin cavab məktubunda bildirilmişdir ki, iddiaçının cavabdehə qarşı – borcun ödənilməsi barəsində iddia tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin qəbul etdiyi ##.##.2025-ci il tarixli, e-2- *(***)-****/**** saylı qiyabi qətnamənin surəti Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya və həmin Məcəllənin 227-cı maddəsində nəzərdə tutulmuş müddətə riayət edilməklə tərtib edilərək ##.##.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə (o cümlədən, cavabdehin elektron kabinetinə) yerləşdirilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, sorğu “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş məhkəmə sənədi (hazırki halda qiyabi qətnamənin yerləşdirilməsi) barədə məlumatın İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt və ya SMS ) çatdırılması barədə olduğu halda məhkəmə qiyabi qətnamənin cavabdeh Cavabdeh elektron kabinetinə yerləşdirilməsi barədə məlumat vermişdir. Halbuki, qiyabi qətnamənin elektron kabinetinə yerləşdirilməsi ilə qiyabi qətnamənin yerləşdirilməsi barədə məlumatın elektron poçt və ya SMS vasitəsilə göndərilməsi fərqli prosessual hərəkətlərdir (hüquqi nəticələrə malik olan fərqli hallardır). Məhkəmə qərardadında müddətin ötürüldüyünü qeyd edərkən yalnız birinci şərtə (kabinetə yerləşdirməyə) istinad etmiş, lakin ikinci şərtin (məlumatlandırmanın) icra olunduğunu göstərməmişdir. Göründüyü kimi, məhkəmənin “qətnamənin sistemə yerləşdirilməsi” faktını kifayət hesab etməsi hüquqi baxımdan əsassızdır. Belə ki, qanunvericilik vətəndaşın üzərinə hər gün və ya mütəmadi olaraq elektron kabinetini yoxlamaq, orada hər hansı bir yeniliyin olub-olmamasını təqib etmək kimi bir prosessual öhdəlik qoymur. Bundan başqa, məhkəmə bildirişlərinin çatdırılmasında hərəkətsizlik və ya texniki xəta vətəndaşın məhkəməyə müraciət hüququnu məhdudlaşdıra bilməz. Məhkəmə bildirişlərinin və sənədlərin tərəflərə çatdırılması sadəcə texniki prosedur deyil, ədalətli məhkəmə araşdırması hüququnun fundamental tərkib hissəsidir. Şirvan Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətə əsasən iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan sübutları, tətbiq edilməli hüquq normalarını məcmu halında qiymətləndirən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qərardadın dəyişdirilmədən saxlanılmasını zəruri sayır. İlk növbədə nəzərə alınmalıdır ki, mübahisə qiyabi qətnamənin qanuniliyi ilə deyil, həmin qətnamənin ləğvi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasının mümkün olub-olmaması ilə bağlıdır. İş üzrə ##.##.2025-ci il tarixli qiyabi qətnamə ilə cavabdehdən 59.600 manat əsas borc, 500 manat cərimə, 3.476 manat faiz borcu, dövlət rüsumu və vəkil xərcləri tutulmuşdur. Həmin qətnamənin ləğvi barədə ərizə isə yalnız ##.##.2026-cı il tarixdə verilmişdir. Yəni, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddət bitdikdən təxminən dörd ay sonra məhkəməyə müraciət edilmişdir. Məhkəmə haqlı olaraq müəyyən etmişdir ki, qiyabi qətnamə MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ##.##.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə, o cümlədən cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron kabinet vasitəsilə həyata keçirilməsi qanunun birbaşa tələbidir və məhkəmə öz üzərinə düşən prosessual vəzifəni yerinə yetirmişdir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə SMS və ya elektron poçt göndərilməsi sübut olunmamışdır. Lakin bu dəlil işin faktiki halları ilə uzlaşmır. Belə ki, cavabdehin özü etiraf edir ki, onun adına elektron kabinet mövcud olmuş, sonradan həmin kabinetdən istifadəsi bərpa edilmiş və hazırda həmin kabinetdən istifadə edir. Deməli, elektron kabinetin mövcudluğu və cavabdehin həmin sistemlə əlaqəsi mübahisələndirilmir. Cavabdeh faktiki olaraq elektron kabinetdən xəbərsiz olduğunu deyil, ona müntəzəm nəzarət etmədiyini bildirmişdir. Bu isə MPM-in 133.1-ci maddəsi mənasında üzrlü səbəb hesab edilə bilməz. Bundan əlavə, cavabdehin mövqeyində daxili ziddiyyət mövcuddur. Bir tərəfdən bildirir ki, elektron kabinetə daxil ola bilməmiş və qətnamədən xəbəri olmamışdır, digər tərəfdən isə iş materiallarından görünür ki, onun nümayəndəsi və vəkili vəkil2 məhz “Elektron məhkəmə” sistemində yaradılmış elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixdə qiyabi qətnamənin ləğvinə dair ərizə təqdim etmişdir. Bu halın özü göstərir ki, cavabdeh tərəf elektron sistemdən istifadə etmək imkanına malik olmuşdur. Əgər elektron kabinetə giriş tamamilə mümkün deyildisə, həmin sistem üzərindən prosessual sənədin təqdim edilməsi də mümkün olmazdı. Məhkəmənin gəldiyi nəticəni təsdiqləyən digər mühüm hal ondan ibarətdir ki, işə baxıldığı müddətdə cavabdehin mobil telefon nömrəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə SMS bildirişləri göndərilmiş, həmçinin məhkəmə katibi tərəfindən onunla telefon əlaqəsi saxlanılaraq məhkəmə iclasları barədə məlumat verilmişdir. Cavabdeh bu halların əksini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Belə olan halda onun məhkəmə prosesindən tam xəbərsiz olması barədə dəlili inandırıcı görünmür. Şikayətində cavabdeh qeyd edir ki, qeydiyyatda olduğu ünvanda yaşamamış və buna görə kağız daşıyıcıda göndərilən bildirişləri almamışdır. Lakin kommersiya mübahisələri üzrə əsas məlumatlandırma vasitəsi artıq elektron kabinetdir. Şəxsin qeydiyyatda olduğu ünvanda yaşamaması onun öz riskidir və bu hal prosessual müddətin bərpası üçün müstəqil əsas yarada bilməz. Əks yanaşma qəbul edilərsə, hər bir şəxs özünün faktiki yaşayış yerini dəyişməklə və ya elektron kabinetinə nəzarət etməməklə prosessual müddətləri qeyrimüəyyən müddətə uzatmaq imkanı əldə etmiş olardı. Məhkəmə düzgün olaraq MPM-in 130.1 və 133.1-ci maddələrinə istinad etmişdir. Həmin normalara görə müddətin bərpası avtomatik nəticə deyil və yalnız müddətin buraxılması səbəbi həqiqətən üzrlü hesab edildikdə mümkündür. Cavabdeh isə nə texniki nasazlığı, nə elektron sistemin işləməməsini, nə də SMS və ya elektron poçtun göndərilməməsini təsdiq edən hər hansı rəsmi sənəd təqdim etmişdir. Onun bütün dəlilləri ehtimal xarakterlidir və “mənə gəlməyib” ifadəsindən irəli getmir. Xüsusilə vurğulanmalıdır ki, cavabdeh şikayətində MPM-in 135.8-ci maddəsinə istinad edərək elektron kabinetə yerləşdirmə ilə məlumatlandırmanın iki ayrı prosessual hərəkət olduğunu göstərsə də, iş materiallarında həmin məlumatlandırmanın baş vermədiyini təsdiq edən heç bir sübut yoxdur. Sübutetmə yükü bu halı iddia edən şəxsin üzərinə düşür. Məhkəmə isə əksinə, elektron kabinetə yerləşdirmənin həyata keçirildiyini və tərəfin sonradan həmin sistemdən istifadə etdiyini müəyyən etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş, qanuni və əsaslı olmuşdur. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir. Beləliklə, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-9)-100/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-9)-100/2026
11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver