Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-58/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pulun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 2023-cü il ## ###### tarixli ##/##/2023 nömrəli müqavilənin 1.1-ci bəndinə görə satıcı sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları və akkumulyatorları (mallar) alıcıya satmağı, alıcı isə malları satıcıdan qəbul edib müqabilində satıcıya sifariş ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 3.2-ci bəndinə əsasən, ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) və malların təhvil-təslim aktına əsasən 60 bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesabına və ya nağd qaydada satıcıya ödənilir.
3. Müqavilənin 5.2-ci bəndinə görə, mallar təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar.
4. İddiaçı MMC tərəfindən ##.##.2024-cü il tarixli MT2408 10388050 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 34,692 manat), ##.##.2024-cü il tarixli MT2408 10596056 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 1085,6 manat), ##.##.2024-cü il tarixli MT2408 11535211 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 1328,68 manat), ##.##.2024-cü il tarixli MT2408 11621515 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 17,936 manat), ##.##.2024-cü il tarixli MT2408 11857462 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 991,2 manat), ##.##.2024-cü il tarixli MT2408 11968206 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 322,494 manat), ##.##.2024-cü il tarixli MT2409 10945967 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 800,04 manat), ##.##.2024-cü il tarixli MT2409 11933427 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 8221,65 manat), ##.##.2024-cü il tarixli MT2410 10534209 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 3169,48 manat), ##.##.2024-cü il tarixli MT2410 10795644 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 1924,58 manat) və ##.##.2024-cü il tarixli MT2410 11649991 seriya və nömrəli elektron qaimə (ƏDV daxil olmaqla 5567,24 manat), cəmi ƏDV daxil olmaqla 23 463,59 manat dəyərində malın verilməsi üçün təqdim edilmiş, həmin 11 ədəd elektron qaimədən ##.##.2024-cü il tarixli MT2408 10388050, ##.##.2024-cü il tarixli MT2408 10596056 və ##.##.2024-cü il tarixli MT2409 10945967 seriya və nömrəli elektron qaimələr sistem tərəfindən, digərləri isə Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir.
5. elektron ünvan 1 email ünvanından elektron ünvan 2 email ünvanına ünvanlanan 2023-cü il ## ###### tarixli elektron məktub vasitəsi ilə alıcı müxtəlif məhsulları sifariş vermiş, elektron ünvan 2 email ünvanından elektron ünvan 1 email ünvanına 2023-cü il ## ###### tarixində göndərilən elektron məktuba görə isə, alıcı tərəfindən 2 ədəd “Balwin B76” markalı, 1 ədəd “SP 940 HT” markalı, 1ədəd “AS 1511” markalı, 4 ədəd “SP 424” markalı məhsulların təqdim edildiyi bildirilmiş, bununla bağlı 2023-cü il ## ###### tarixində o***-**** nömrəli 2884,73 manat məbəğində, o***-**** nömrəli 3008,43 manat məbləğində, o***-**** nömrəli 2716,63 manat məbləğində, o***-**** nömrəli 2683,83 manat məbləğində, o***-**** nömrəli 3292,03 manat məbləğində hesab fakturalar və 2023-cü il ## ###### traixində hesab-faktura tərtib edilmiş, həmçinin 2023-cü il ## ###### tarixində EBDV seriyalı ****** nömrəli 1846,26 manat məbləğində elektron qaimə də satıcı tərəfindən alıcıya göndərilmişdir.
6. elektron ünvan 2 email ünvanından elektron ünvan 1 email ünvanına 2024-cü il ## #### tarixində göndərilən elektron məktuba əsasən, İddiaçı MMC-nin korporativ satış üzrə meneceri Cavabdeh MMC-yə malların 2024-cü il # ### tarixində təqdim edilməsi barədə öhdəlik götürmüşdür.
7. 2024-cü il # ### tarixli təhvil-təslim aktına əsasən, “BOTO 235/75R17.5 BT957 arxa” adlı 2832 manat məbləğində mal satıcı tərəfindən alıcıya təqdim edilmiş, həmin tarixdə bununla bağlı satış fakturası və hesab fakturası tərtib olunmuş, eyni zamanda 2024-cü il # ### tarixində MT2405 seriyalı ******* nömrəli 2832 manat məbləğində elektron qaimə alıcı tərəfindən satıcıya təqdim olunmuşdur.
8. Iş materiallarına, tərəflər arasında 2023-cü il ## ###### tarixdə ##/##/2023 nömrəli müqavilə bağlanmamışdan öncəki dövrə təsadüf edən elektron məktublar, hesab və satış fakturları da əlavə edilmişdir (Cild İ, səhifə 69 - 93).
9. 2025-ci il ## ###### tarixli aşağıdakı ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh MMC İddiaçı MMC-yə köçürmələr etmişdir: - 2024-cü il # ### tarixli MT 2405 elektron qaimə faktura əsasında 432 manat məbləğində; - 2024-cü il ## #### tarixli MT 2407 elektron qaimə faktura əsasında 215,28 manat məbləğində; - 2024-cü il ## #### tarixli MT 2407 seriyalı elektron qaimə faktura əsasında 67,5 manat məbləğində; - 2024-cü il ## #### tarixli MT 2407 elektron qaimə faktura əsasında 163,08 manat məbləğində; - 2024-cü il # ###### tarixli MT 2408 elektron qaimə faktura əsasında 359,68 manat məbləğində.
10. “xxxx” QSC tərəfindən təqdim edilən çıxarışa görə, Cavabdeh MMC tərəfindən 2025-ci il ## ###### tarixində aşağıdakı ödənişlər həyata keçirilmişdir: - 2024-cü il # ### tarixli MT 2405 elektron qaimə faktura əsasında 2400 manat məbləğində; - 2024-cü il ## #### tarixli MT 2407 elektron qaimə faktura əsasında 1196 manat məbləğində; - 2024-cü il ## #### tarixli MT 2407 seriyalı elektron qaimə faktura əsasında 375 manat məbləğində; - 2024-cü il ## #### tarixli MT 2407 elektron qaimə faktura əsasında 906 manat məbləğində; - 2024-cü il # ###### tarixli MT 2408 elektron qaimə faktura əsasında 1998,20 manat məbləğində.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (iddiaçı) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il ## ###### tarixli alqı-satqı müqaviləsi üzrə 23 463,59 manat məbləğində pul vəsaitinin və ödənilmiş 161 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında mühərrik, sənaye və sürtkü yağları, habelə akkumulyatorların alqı-satqısına dair 2023-cü il ## ###### tarixli ##/##/2023 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 2024-cü il # ###### tarixindən sonra ümumi dəyəri ƏDV daxil 23 463,59 manat olan mallar nisyə qaydada satılmışdır. Həmin malların satılmasına dair 11 ədəd elektron qaimə təqdim edilmişdir: - 2024-cü il # ###### tarixli, MT2408 10388050 seriya və nömrəli – 34,692 manat; - 2024-cü il # ###### tarixli, MT2408 10596056 seriya və nömrəli – 1085,6 manat - 2024-cü il ## ###### tarixli, MT2408 11535211 seriya və nömrəli – 1328,68 manat; - 2024-cü il ## ###### tarixli, MT2408 11621515 seriya və nömrəli – 17,936 manat; - 2024-cü il ## ###### tarixli, MT2408 11857462 seriya və nömrəli – 991,2 manat; - 2024-cü il ## ###### tarixli, MT2408 11968206 seriya və nömrəli – 322,494 manat; - 2024-cü il ## ######## tarixli, MT2409 10945967 seriya və nömrəli – 800,4 manat; - 2024-cü il ## ######## tarixli, MT2409 11933427 seriya və nömrəli – 8221,65 manat; - 2024-cü il # ####### tarixli, MT2410 10534209 seriya və nömrəli – 3169,48 manat; - 2024-cü il ## ####### tarixli, MT2410 10795644 seriya və nömrəli – 1924,58 manat; - 2024-cü il ## ####### tarixli, MT2410 11649991 seriya və nömrəli – 5567,24 manat. Tərəflər arasında bağlanmış müqavilə üzrə təqdim edilən qaimələr əsasında alınmış malların dəyəri cavabdeh tərəfindən ödənilməmişdir və cavabdehin borcu hazırda ƏDV daxil olmaqla 23 463,59 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə həm şifahi, həm də yazılı qaydada müraciətlər və xəbərdarlıqlar edilsə də, nəticə əldə olunmamışdır.
13. Cavabdehin nümayəndəsi (vəkili) iddiaya qarşı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh uzun müddət əməkdaşlıq etmiş və hər zaman göndərilən malların dəyəri ödənilmişdir. Bundan başqa, tərəflər arasında formalaşmış işgüzar münasibətə əsasən, hər hansı malların alqı-satqısına dair qaimə göndərilməzdən öncə elektron poçt (e-mail) üzərindən razılaşdırılma aparılır, bundan sonra müvafiq qaimə göndərilir və mallar alınan zaman təhvil-təslim aktı tərtib edilir. Qaimənin göndərilməsi həmin malların cavabdeh tərəfindən qəbul edilməsinin göstəricisi deyildir.
14. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – N.Əhmədova).
15. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən formalaşmış işgüzar münasibətin təsdiqi kimi təqdim edilən sənədlərdən bir hissəsi 2023-cü il ## ###### tarixli ##/##/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəlki tarixə aiddir. Həmin tarixdən sonra isə iddiaçı tərəfindən yalnız 2 ədəd 2024-cü il # ### və 2024-cü il ## ### tarixli təhvil-təslim aktı təqdim edilmişdir ki, bu da tərəflər arasında malların təhvil-təslim aktı tərtib edilməklə verildiyinə dair hər hansı işgüzar münasibəti təsdiq etmir.
16. Digər tərəfdən məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə iddianın faktiki əsası kimi təqdim edilən 11 ədəd elektron qaimədən 8-i sistem tərəfindən deyil, məhz cavabdeh tərəfindən təsdiq edilmişdir. Bu isə cavabdehin etirazının əksinə, elektron sisteminə aktiv nəzarət etdiyi, tərəflər arasında işgüzar münasibətin məhz elektron qaimə əsasında formalaşdığı, elektron qaimələrin təhvil-qəbul aktı kimi çıxış etdiyinin göstəricisidir. Eyni zamanda elektron qaimələrə nəzər saldıqda da təqdim edilən mallar barədə təfərrüatı ilə məlumatın qeyd olunduğu, 2023-cü il ## ###### tarixli alqı-satqı müqaviləsinə istinad edildiyi görünür. Elektron qaimələri qəbul edən cavabdehin iddiaçıya hər hansı etiraz bildirməməsi isə adıçəkilən elektron qaimələri təsdiq edən cavabdehin onlara təhvil qəbul aktı kimi yanaşdığını deməyə əsas verir.
17. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçının dəyərini tələb etdiyi elektron qaimələrdən sonuncunun təqdim olunduğu 2024-cü il ## ####### tarixdən sonra cavabdeh tərəfindən 2025-ci il ## ###### tarixdə ödənişlər edilmiş, bu ödənişlər məhz elektron qaimələrə istinadən edilmişdir. Bu isə cavabdehin elektron qaimələrə təhvil qəbul aktı kimi yanaşmasına dair gəlinən nəticəni bir daha təsdiqləyir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 442, 448.1, 448.2, 567.1, 597.1, 600.1, 600.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – E.Həsənov, hakimlər – T.Qocayev, S.Cəfərov).
21. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən iddianın faktiki əsası kimi təqdim edilən 11 ədəd elektron qaimə üzrə elektron poçt (e-mail) üzərindən yazışma aparıldığı və təhvil-təslim aktı adlandırılan sənəd tərtib olunduğu müəyyən edilməsə də, işin materiallarından görünür ki, cavabdehin əməkdaşları malları təhvil aldıqlarını “satış fakturası” adlandırılan sənədləri imzalamaqla təsdiq etmişlər.
22. Məhkəmə bildirmişdir ki, apellyasiya baxışı zamanı cavabdehin əməkdaşları tərəfindən imzalanmış sözügedən “satış fakturaları”nın müvafiq elektron qaimələrlə (11 ədəd) müqayisəli tədqiqi həyata keçirilmiş, onların məhz həmin qaimələrə aid olduğu müəyyən edilmişdir.
23. Cavabdeh, tərəflər arasında işgüzar münasibətlərin “malların alqı-satqısına dair qaimə göndərilməzdən öncə elektron poçt (e-mail) üzərindən razılaşdırılma aparıldığı, bundan sonra qaimə göndərildiyi və mallar alınan zaman təhvil-təslim aktı tərtib olunduğu” kimi formalaşdığını irəli sürsə də, işdə olan sübutların məcmusu bu qənaətə gəlməyə kifayət etməmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, sözügedən arqumentini sübuta yetirmək üçün cavabdehin təqdim etdiyi sənədlərdən bir hissəsi 2023-cü il ## ###### tarixli alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəlki tarixə aiddir. Həmin tarixdən sonra isə yalnız 2 ədəd 2024-cü il # ### və 2024-cü il ## ### tarixli təhvil-təslim aktı təqdim edilmişdir ki, bu da tərəflər arasında malların mütləq olaraq təhvil təslim aktı tərtib edilməklə verildiyinə dair hər hansı işgüzar münasibəti təsdiq etmir.
25. Bundan başqa məhkəmə bildirmişdir ki, iddiaçının dəyərini tələb etdiyi elektron qaimələrdən sonuncunun təqdim olunduğu 2024-cü il ## ####### tarixdən sonra cavabdeh tərəfindən 2025-ci il ## ###### tarixdə ödənişlər həyata keçirilmiş, bu ödənişlər məhz elektron qaimələrə istinadən edilmişdir. Bu isə cavabdehin elektron qaimələrə və “satış fakturaları”na təhvil-qəbul aktı kimi yanaşmasına dair gəlinən nəticəni bir daha təsdiqləyir.
26. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 390.1, 404.1, 404.2, 425.1, 442, 445.2.1, 445.7, 567, 598.1, 599.1, 600.4-cü maddələrinə, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.1, 3.2, 3.3, 3.4-cü bəndlərinə, MPMin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
27. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
28. MM-in 600.1-ci maddəsi üzrə - iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələr öhdəliyin yaranmasını və malların faktiki olaraq qəbul edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Lakin həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi həmin qaimələrin sistem və cavabdeh tərəfindən təsdiq edilməsini əsas götürərək iddianı təmin etmiş, cavabdehin etirazlarına lazımi hüquqi qiymət verməmişdir. Şikayətçi bildirir ki, tərəflər arasında uzun müddət qarşılıqlı etimad və əməkdaşlıq münasibətləri mövcud olmuş, göndərilən malların ödənişi hər zaman həyata keçirilmişdir. Tərəflər arasında formalaşmış işgüzar praktikaya əsasən mallar əvvəlcə elektron poçt vasitəsilə razılaşdırılır, malların faktiki təhvil verilməsi zamanı təhvil-təslim aktı məsul şəxslər tərəfindən imzalanır və yalnız bundan sonra müvafiq qaimə göndərilir. Bu səbəbdən qaimənin göndərilməsi və sistem üzərindən təsdiqlənməsi malların faktiki qəbul edilməsi anlamına gəlmir. Həmçinin qeyd olunur ki, cavabdehə gündəlik olaraq çoxsaylı qaimələr göndərildiyindən hər bir qaimənin ayrıca və detallı şəkildə yoxlanılması faktiki olaraq mümkün deyil. Bundan əlavə, qaimənin ləğvi yalnız onu göndərən tərəfin səlahiyyətindədir. Mübahisə yarandıqdan sonra sənədlərin birgə araşdırılması təklif edilsə də, iddiaçı bundan imtina etmişdir. Şikayətçi hesab edir ki, məhkəmələr tərəflər arasında mövcud olmuş işgüzar münasibətə dair təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, həmin praktikanın mövcudluğunu nəzərə almamış və nəticədə Mülki Məcəllənin 600.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Bu isə cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur.
29. MPM-in 88-ci maddəsi üzrə - Elektron qaimələrin göndərilməsi və sistemdə təsdiqi öhdəliyin yaranması və malların faktiki qəbul edilməsi üçün kifayət edən sübut hesab edilə bilməz. Cavabdeh bildirir ki, tərəflər arasında formalaşmış işgüzar münasibətə əsasən malların alqı-satqısı əvvəlcə elektron poçt vasitəsilə razılaşdırılır, mallar faktiki təqdim edilərkən məsul şəxslər tərəfindən təhvil-təslim aktı imzalanır və yalnız bundan sonra müvafiq qaimə göndərilir. Bu səbəbdən hazırkı mübahisədə olduğu kimi təkcə qaimənin göndərilməsi malların qəbul edilməsini sübut etmir. Eyni zamanda, cavabdeh tərəfindən müxtəlif dövrləri əhatə edən sənədlər təqdim olunaraq tərəflər arasında münasibətlərin məhz göstərilən qaydada formalaşdığı sübuta yetirilməyə çalışılmışdır. Lakin apellyasiya məhkəməsi həmin sübutları kifayət hesab etməmiş və onların məzmununa lazımi hüquqi qiymət verməmişdir. Cavabdehin mövqeyinə görə, məhkəmə təqdim edilmiş sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun şəkildə tam və obyektiv araşdırmamış, nəticədə işin faktiki halları düzgün müəyyən edilməmişdir.
c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
31. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə 385. Öhdəlik anlayışı
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları
386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. …”
“Maddə 390. Müqavilə azadlığı
390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...”
“Maddə 404. Müqavilənin təfsiri
404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq
425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”
“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı
Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ...”
“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
“Maddə 598. Alınmış əşyanın ödənilməsi
598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. ...”
“Maddə 599. Alınan əşyaların qabaqcadan ödənilməsi
599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. ...”
“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi
... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. ...”
34. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. ...”
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”
“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” ...”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
37. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
39. Cavabdehin əsas dəlili odur ki, elektron qaimələr öhdəliyin yaranmasını və malların faktiki olaraq qəbul edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
40. Kollegiya bununla bağlı qeyd edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, iddianın faktiki əsası kimi təqdim olunan 11 ədəd elektron qaimədən 8-i sistem tərəfindən deyil, məhz cavabdeh tərəfindən təsdiq olunmuşdur, digər tərəfdən cavabdehin əməkdaşları malları təhvil aldıqlarını “satış fakturası” adlandırılan sənədləri imzalamaqla təsdiq etmişlər.
41. Qeyd olunanları nəzərə alaraq apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, elektron qaimələri qəbul edən cavabdehin iddiaçıya hər hansı etiraz bildirməməsi adıçəkilən elektron qaimələri təsdiq edən cavabdehin onlara, həmçinin “satış fakturaları”na təhvil-qəbul aktı kimi yanaşdığını deməyə əsas verir. Bu nəticəyə gələrkən apellyasiya məhkəməsi onu da nəzərə almışdır ki, iddiaçının dəyərini tələb etdiyi elektron qaimələrdən sonuncunun təqdim olunduğu 2024-cü il ## ####### tarixdən sonra cavabdeh tərəfindən 2025-ci il ## ###### tarixdə ödənişlər həyata keçirilmiş, bu ödənişlər məhz elektron qaimələrə istinadən olunmuşdur.
42. Kollegiya qeyd edir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
44. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.