Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-59/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı “xxxx“ Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Iddiaçı İddiaçı ASC-nin nümayəndəsi və vəkili vəkil1, cavabdeh Cavabdeh MMCnin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, iddiaçı “xxxx“ Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ““lizinq obyektinin saz və işlək vəziyyətdə qaytarılması, pul, müqavilənin ləğvi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı ASC (bundan sonra-“iddiaçı”) cavabdeh Cavabdeh MMC yə (bundan sonra-“cavabdeh”) qarşı “lizinq obyektinin saz və işlək vəziyyətdə qaytarılması, pul, müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021ci il ## #### tarixli, KTA KTT-**/**** saylı X2 Müqaviləsinə əsasən ##.##.2025-ci il tarixə qədər 162165,55 manat gecikdirilmiş əsas borc, 7227,59 manat gecikdirilmiş günlərə görə cərimə borcu, 60071,76 manat komissiya (Mülki Məcəllə 748-11.1.2-ci maddə: lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər) məbləği üzrə borc, 11784,39 manat sığorta ödənişi olmaqla, ümumilikdə, 241249,29 manat borc məbləğinin; 2021-ci il ## ####### tarixli, KTA-KTT-**/**** saylı X2 Müqaviləsinə əsasən ##.##.2025-ci il tarixə qədər 134003,75 manat əsas borc, 19777,74 manat gecikdirilmiş günlərə görə cərimə , 67492,28 manat komissiya (Mülki Məcəllə 748-11.1.2-ci maddə : lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər) məbləği üzrə , 8092,08 manat sığorta ödənişi üzrə borc olmaqla, ümumilikdə, 229365,85 manat borc məbləğinin və 663.10 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması, müvafiq müqavilələr üzrə borc məbləğinə dair tutmanın 2021-ci 23 aprel tarixli, GM-21/0001 * saylı Girov müqaviləsinin ilə girov qoyulmuş predmetlərə yönləndirilməsi, tərəflər arasında bağlanmış 2021-ci il ## #### tarixli, KTA-KTT-**/**** saylı, 2021-ci il ## ####### tarixli, KTA-KTT-**/**** saylı X2 Müqavilələrinə xitam verilməsi və müvafiq olaraq 1 dəst Tecnofrutto/Wenta markalı meyvə qurutma avadanlığı və 1 ədəd Unitec markalı çeşidləmə avadanlığının saz və işlək vəziyyətdə geri qaytarılması və əlavə olaraq ödənilmiş 383 manat dövlət rüsumunun da cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir ( iddia tələbi dəqiqləşdirilmişdir).
2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 2021-ci il 22 iyul tarixli, KTA KTT-**/**** saylı X2 Müqaviləsinə əsasən 162165,55 manat əsas borc, 7227,59 manat cərimə borcu, 9670,52 manat sığorta ödənişi üzrə borc; 2021-ci il ## ####### tarixli, KTA- KTT-**/**** saylı X2 Müqaviləsinə əsasən 134003,75 manat əsas borc, 6700 manat cərimə borcu, 3928,13 manat sığorta ödənişi üzrə borc, 613,70 manat dövlət rüsumu, ümumilikdə 324309,24 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin 2021-ci il ## ##### tarixli, GM**/****-* saylı Girov müqaviləsi ilə girov qoyulmuş: 1 ədəd buxarlandırıcı və kondensatorlu soyuducu evaporato, 2 ədəd SS gigiyenik konveyer kəməri 10MTR,S (Jenerings.Com), 2 ədəd SS gigiyenik konveyer kəməri 5MTR,S (Jenerings.Com), 1 ədəd qablaşdırma və bükmə avadanlığı (FAM), 2 ədəd meyvə doğrama avadanlığı BCM-1650 (Jegerings), 1 ədəd paketləmə avadanlığı (VH) qurudulmuş meyvələr üçün, 1 ədəd qab yuyan maşın (tutumların yuyulması üçün) Xucla, 1 ədəd xurma əzən aparat 4kw 2800d/dəq (Zeyem), 1 ədəd doypak avadanlığı DPM-8BT (Agricultura-ALFA PACK), 1 ədəd-25C rejimli soyuducu anbarın tikinti quraşdırma, 1 ədəd soyuducu anbarlarda metal konstruksiyalı yığılma rəflər, 4 ədəd SUS nəmləndirici qurutma maşını 4000*1500*2700, 4 ədəd uzaqdan idarə paneli M/T, 1 ədəd generator seti 825 kVa750 və 1250 KVA SERVO REGULATOR, 20 ədəd Pilinq maşını (soyma maşın), 185 ədəd uretan qurutma dayağı 4200*12500*2700, 2 ədəd nəmişlik ölçü cihazı və 1 ədəd transpalet tərəzili “Hochkraft” 2000kq universal-a yönəldilməsi, tərəflər arasında bağlanmış 2021-ci il ## #### tarixli, KTAKTT-**/**** saylı, 2021-ci il ## ####### tarixli, KTA-KTT-**/**** saylı X2 Müqavilələrinin ləğv edilmiş hesab edilməsi, cavabdehdən 1 dəst Tecnofrutto/Wenta markalı meyvə qurutma avadanlığı və 1 ədəd Unitec markalı çeşidləmə avadanlığının saz və işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi,iddia ərizəsi verilərkən ödənilmiş 49,40 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi,aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BIK CTREAZ22) ödənilməsi qət edilmişdir ( hakim Ü.Həsənova).
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddia tələbinin 2021-ci il ## ####### tarixli, KTA-KTT-**/**** saylı müqavilə üzrə 6700 manat cərimə borcunun tutulması və 2021-ci 23 aprel tarixli, GM**/****-* saylı Girov müqaviləsi ilə girov qoyulmuş: 1 ədəd buxarlandırıcı və kondensatorlu soyuducu evaporato, 2 ədəd SS gigiyenik konveyer kəməri 10MTR,S (Jenerings.Com), 2 ədəd SS gigiyenik konveyer kəməri 5MTR,S (Jenerings.Com), 1 ədəd qablaşdırma və bükmə avadanlığı (FAM), 2 ədəd meyvə doğrama avadanlığı BCM-1650 (Jegerings), 1 ədəd paketləmə avadanlığı (VH) qurudulmuş meyvələr üçün, 1 ədəd qab yuyan maşın (tutumların yuyulması üçün) Xucla, 1 ədəd xurma əzən aparat 4kw 2800d/dəq (Zeyem), 1 ədəd doypak avadanlığı DPM-8BT (Agricultura-ALFA PACK), 1 ədəd -25C rejimli soyuducu anbarın tikinti quraşdırma, 1 ədəd soyuducu anbarlarda metal konstruksiyalı yığılma rəflər, 4 ədəd SUS nəmləndirici qurutma maşını 4000*1500*2700, 4 ədəd uzaqdan idarə paneli M/T, 1 ədəd generator seti 825 kVa750 və 1250 KVA SERVO REGULATOR, 20 ədəd Pilinq maşını (soyma maşın), 185 ədəd uretan qurutma dayağı 4200*12500*2700, 2 ədəd nəmişlik ölçü cihazı və 1 ədəd transpalet tərəzili “Hochkraft” 2000kq universal-a yönəldilməsi hissəsində təmin edilməməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır ( sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər L.Əliyeva və T.Mahmudova).
5. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. 6.Işə kassasiya qaydasında baxılarkən tərəflər arasında mübahisə üzrə barışıq sazişi tərtib olunaraq, məhkəməyə təqdim edilmişdir. Hər iki tərəf məhkəməyə ərizə ilə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin aydın olduğunu və təsdiq edilməsini xahiş etmişlər.
Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmiş barışıq sazişinin təsdiq olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
«Maddə 5. Məhkəmədə mülki işə başlama … 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər».
«Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri
….. 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər».
“Maddə 52. Iddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi
52.1. Iddiaçı iddiadan imtina edə bilər. Iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. ... 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5. Iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.”
“Maddə 191. Iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi
191.1. Iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. … 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. “Maddə 261. Icraata xitam verilmə əsasları
261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ... 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; ...” “Maddə 262. Icraata xitam verilmə qaydası və nəticələri
262.1. Iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. ... 262.4. Işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. Iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.”
“Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri ....... 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Işə kassasiya qaydasında baxılarkən, məhkəməyə təqdim edilmiş, hazırki iş üzrə tərəflər arasında barışıq sazişi aşağıdakı məzmunda bağlanmışdır:
«1. Tərəflərin iştirakçıları: Bir tərəfdən, bundan sonra Iddiaçı (Lizinq verən) adlandırılacaq, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən və Baş Direktoru X3 şəxsində təmsil olunan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, digər tərəfdən bundan sonra Cavabdeh (Lizinq alan) adlandırılacaq, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən və Baş Direktoru Qanuni nümayəndə şəxsində təmsil olunan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti, birlikdə Tərəflər adlandırılacaq.
1.Maddə-Sazişin predmeti 1.1. Bu barışıq sazişinin predmeti: Lizinq alan, tərəflər arasında bağlanmış aşağıdakı lizinq müqavilələri üzrə yaranmış gecikdirilmiş borc məbləğlərini Bu Sazişdə müəyyən edilmiş ##.##.2026-cı il tarixinədək tam ödəməyi öz öhdəsinə götürmüşdür: a) ##.##.2021-ci il tarixli, KTA-KTT-**/**** saylı X2 Müqaviləsi üzrə -241.249,29 AZN (iki yüz qırx bir min iki yüz qırx doqquz manat iyirmi doqquz qəpik) iddia tələbi üzrə məbləği; b) ##.##.2021-ci il tarixli, KTA-KTT-**/**** saylı X2 Müqaviləsi üzrə 229.365,85 AZN (iki yüz iyirmi doqquz min üç yüz altmış beş manat səksən beş qəpik) iddia tələbi üzrə borc məbləği; c) Hər iki müqavilə üzrə ümumilikdə iddia tələbi üzrə borc: 470.615,14 AZN (dörd yüz yetmiş min altı yüz on beş manat on dörd qəpik).
2. Lizinq qalığının ödənilməsi halında mülkiyyətin keçməsi və girovun azad edilməsi: Bu Sazişdə müəyyən edilmiş lizinq qalığı məbləğinin Lizinq alan tərəfindən ##.##.2026-cı il tarixinədək tam ödənildiyi halda: (i) hər iki lizinq müqaviləsi üzrə lizinq obyektlərinin mülkiyyət hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəaları əsasında Lizinq alana keçir; (ii) ##.##.2021-ci il tarixli, GM-21/0001 * saylı Girov Müqaviləsi üzrə girov predmeti Lizinq verən tərəfindən yüklülükdən azad edilir. 2.1. Öhdəliyin pozulması halı: ##.##.2026-cı il tarixinədək Lizinq alan tərəfindən Bu Sazişin 1.1-ci Maddəsində nəzərdə tutulmuş 470.615,14 AZN gecikdirilmiş borc məbləği tam ödənilmədikdə Lizinq verən Bu Saziş üzrə icra sənədinə əsasən məcburi icra üsullarına müraciət etmək hüququna malikdir. Bu zaman Lizinq verən aşağıdakıları eyni vaxtda tələb etmək hüququna malikdir: (i) ümumilikdə 470.615,14 AZN (dörd yüz yetmiş min altı yüz on beş manat on dörd qəpik) iddia tələbi olan borc məbləğinin icra sənədi əsasında məcburi tutulması; (ii) hər iki müqavilə üzrə lizinq obyektlərinin - 1 (bir) dəst "Tecnofrutto/Wenta" markalı meyvə qurutma avadanlığının və 1 (bir) ədəd "Unitec" markalı çeşidləmə avadanlığının - saz və işlək vəziyyətdə məcburi qaytarılması: (iii) ##.##.2021-ci il tarixli, GM-21/0001 * saylı Girov Müqaviləsi üzrə girov predmetinə tutmanın yönləndirilməsi.
Lizinq verən yuxarıda göstərilən üç tələbi - pul məbləğini, lizinq obyektlərini və girov predmetini eyni icra mərhələsində birlikdə tələb etmək hüququna malikdir. Lizinq alan bu tələblərin birbirini istisna etmədiyini qəbul edir.
2.2. Qismən ödəniş: Lizinq alanın müəyyən edilmiş müddətə qədər yalnız bir hissəsini ödəməsi tam ödəniş kimi qiymətləndirilmir, mülkiyyət hüququnun keçməsi üçün hüquqi əsas yaratmır, girovun azad edilməsini şərtləndirmir və Lizinq verənin Bu Sazişdə nəzərdə tutulmuş hüquqlarını heç bir halda məhdudlaşdırmır.
3. Maddə-Borcun etirafı və iddianın həcmi 3.1. Lizinq alan aşağıdakı gecikdirilmiş borcların mövcudluğunu qəbul edir:
a) ##.##.2021-ci il tarixli, KTA-KTT-**/**** saylı X2 Müqaviləsi üzrə iddia tələbi: gecikdirilmiş əsas borc: 162.165,55 AZN (yüz altmış iki min yüz altmış beş manat, əlli beş qəpik); - cərimə borcu: 7.227,59 AZN (yeddi min iki yüz iyirmi yeddi manat, əlli doqquz qəpik): - komissiya məbləği üzrə borc: 60.071,76 AZN (altmış min yetmiş bir manat yetmiş altı qəpik qəpik); - sığorta borcu: 11.784,39 AZN (on bir min yeddi yüz səksən dörd manat otuz doqquz qəpik); - KTA-KTT-**/**** saylı Müqavilə üzrə səmi: 241.249,29 AZN (iki yüz qırx bir min iki yüz qırx doqquz manat iyirmi doqquz qəpik); b) ##.##.2021-ci il tarixli, KTA-KTT-**/**** saylı X2 Müqaviləsi üzrə iddia tələbi: - gecikdirilmiş əsas borc: 134.003,75 AZN (yüz otuz dörd min üç manat yetmiş beş qəpik); - cərimə üzrə borc: 19.777,74 AZN (on doqquz min yeddi yüz yetmiş yeddi manat, yetmiş dörd qəpik); - komissiya məbləği üzrə borc: 67.492,28 AZN (altmış yeddi min dörd yüz doxsan iki manat iyirmi səkkiz qəpik): - sığorta ödənişi üzrə borc: 8.092,08 AZN (səkkiz min doxsan iki manat səkkiz qəpik); - KTA-KTT-**/**** saylı Müqavilə üzrə cəmi: 229.365,85 AZN (iki yüz iyirmi doqquz min üç yüz altmış beş manat səksən beş qəpik); c) Hər iki müqavilə üzrə ümumilikdə gecikdirilmiş borc: 470.615,14 AZN (dörd yüz yetmiş min altı yüz on beş manat on dörd qəpik); d) Lizinq verən tərəfindən ödənilmiş dövlət rüsumu: 1.046,10 AZN (bir min qırx altı manat on qəpik). 3.2. Tərəflər razılaşırlar ki, yuxarıda göstərilən iddia tələbinin həcmi dəyişdirilmədən bu barışıq sazişinin məzmununu təşkil edir.
4. Maddə-Gecikdirilmiş borcun ödənilməsi qaydası 4.1. Lizinq alan, hər iki müqavilə üzrə ümumilikdə 470.615,14 AZN gecikdirilmiş borc və dövlət rüsumu məbləği olan 1.046,10 AZN məbləğini Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu tarixdən ##.##.2026-cı il tarixədək Lizinq verənin bank hesabına ödəməyi öhdəsinə götürür.
5. Maddə-Lizinq obyektləri və girov barədə razılıq 5.1. Iddia tələbinə əsasən Lizinq alandan geri alınması tələb olunan lizinq obyektləri aşağıdakılardır: -1 (bir) dəst "Tecnofrutto/Wenta" markalı meyvə qurutma avadanlığı (KTA-KTT- **/**** saylı Müqavilə üzrə); -1 (bir) ədəd "Unitec" markalı çeşidləmə avadanlığı (KTA-KTT-**/**** saylı Müqavilə üzrə). 5.2. Iddia tələbi həmçinin ##.##.2021-ci il tarixli, GM-21/0001 * saylı Girov Müqaviləsi ilə girov qoyulmuş predmetlərə tutmanın yönləndirilməsini əhatə edir. Tərəflər razılaşırlar ki, girov predmetlərə tutmanın yönləndirilməsi tələbi Bu Sazişdə nəzərdə tutulmuş lizinq qalığının tam ödənilməsi şərti ilə asılı vəziyyətdə qalır: lizinq qalığı müəyyən olunmuş müddətdə tam ödənildikdə, girov predmetlərə tutma yönləndirilmir; ödənilmədikdə isə Lizinq verən həmin hüququnu tam həcmdə qoruyub saxlayır. 5.3. Lizinq alan lizinq obyektlərini fiziki olaraq geri qaytarmaq istəmədiyini bildirmişdir. Tərəflər bu məsələni aşağıdakı şəkildə nizama salmışlar: 5.4. Lizinq qalığının ödənilməsi yolu ilə mülkiyyət hüququnun Lizinq alana köçürülməsi: Tərəflər razılaşırlar ki, lizinq obyektlərinin geri qaytarılması öhdəliyi aşağıdakı lizinq qalığı məbləğlərinin ödənilməsi ilə əvəzlənsin: a) KTA-KTT-**/**** saylı Müqavilə üzrə lizinq qalığı: 45469,14 AZN (qırx beş min dörd yüz altmış doqquz manat on dörd qəpik); b) KTA-KTT-**/**** saylı Müqavilə üzrə lizinq qalığı: 66380,35 AZN (altmış altı min üç yüz səksən manat otuz beş qəpik); c) Lizinq qalığının cəmi: 111849,49 AZN (yüz on bir min səkkiz yüz qırx doqquz manat qırx doqquz qəpik). 5.5. Lizinq alan Bu Sazişin 5.4-cü maddəsində nəzərdə tutulmuş 111849,49 AZN (yüz on bir min səkkiz yüz qırx doqquz manat qırx doqquz qəpik) lizinq qalığı məbləğini Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən ##.##.2026-cı il tarixədək Lizinq verənə ödəməyi öhdəsinə götürür. 5.6. Lizinq qalığının tam ödənilməsi faktı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin lizinq müqavilələrinə dair müddəaları çərçivəsində lizinq obyektlərinin mülkiyyət hüququnun Lizinq alana keçməsi üçün hüquqi əsas hesab ediləcəkdir. 5.7. Lizinq qalığı ödənilənədək lizinq obyektlərinin mülkiyyəti Lizinq verəndə qalır. Lizinq alan həmin müddət ərzində lizinq obyektlərini üçüncü şəxslərə ötürə, girova qoya, yükləyə bilməz.
6. Maddə-Ümumi ödəmə və məcmu məbləğ 6.1. Bu barışıq sazişi çərçivəsində Lizinq alan tərəfindən Lizinq verənə ödənilməli olan məcmu məbləğ aşağıdakı kimi müəyyənləşdirilir: - Iddia tələbi üzrə borclar (hər iki müqavilə üzrə): 470.615,14 AZN - Dövlət rüsumu: 1.046,10 AZN - Lizinq qalığı (hər iki müqavilə üzrə): 111849,49 AZN (yüz on bir min səkkiz yüz qırx doqquz manat qırx doqquz qəpik). - Cəmi: 582464,63 AZN (beş yüz səksən iki min dörd yüz altmış dörd manat altmış üç qəpik)
7. Maddə-Öhdəliklərin yerinə yetirilməməsinin nəticələri 7.1. Lizinq alan Bu Sazişdə müəyyən edilmiş son ödəniş müddətinə riayət etmədikdə, ödənilməmiş qalıq məbləğ üzrə hər gecikdirilmiş gün üçün həmin məbləğin 0,1% (sıfır tam bir faizi) həcmində dəbbə pulu hesablanır və Lizinq verən məhkəmə qaydasında lizinq obyektlərinin geri alınması üçün icra sənədinə əsasən məcburi icra üsullarına müraciət etmək hüququna malikdir.
8. Maddə-Barışıqla bağlı hüquqi nəticələr 8.1. Lizinq verənin lizinq obyektlərinin geri alınmasına dair hüququ barışıq sazişinin təsdiq edilməsi ilə xitam edilmir. Bu hüquq aşağıdakı ardıcıllıqla mərhələli şəkildə və yalnız müvafiq öhdəliklərin tam yerinə yetirilməsi şərti ilə sona çatır: 8.1.1. Lizinq verən, Bu Sazişin 4.1-ci Maddəsində müəyyən edilmiş gecikdirilmiş borc öhdəliyini həmin maddədə göstərilmiş müddətdə tam yerinə yetirdiyi təqdirdə yalnız pul tələbi baxımından iddia hüququndan imtina edir. Lakin bu imtina lizinq obyektlərinin geri alınması hüququna şamil edilmir: Lizinq verən Bu Sazişin 4.1-ci maddəsində qeyd olunmuş gecikmiş borcun tam ödənilməsindən asılı olmayaraq, Bu Sazişin 5.4-cü bəndində nəzərdə tutulmuş lizinq qalığı tam ödənilənədək lizinq obyektlərinin geri alınmasını tələb etmək hüququnu qoruyub saxlayır. 8.1.2. Lizinq obyektlərinin geri alınmasına dair hüququn sona çatması yalnız aşağıdakı iki şərtin eyni vaxtda yerinə yetirildiyi tarixdən etibarən baş verir: Bu Sazişin 4.1-ci Maddəsi üzrə bütün gecikdirilmiş borc məbləğlərinin tam ödənilməsi; və Bu Sazişin 5.4-cü bəndi üzrə 111849,49 AZN (yüz on bir min səkkiz yüz qırx doqquz manat qırx doqquz qəpik) lizinq qalığının tam ödənilməsi. Göstərilən şərtlərdən hər hansı biri yerinə yetirilmədiyi müddətdə Lizinq verənin Bu Sazişdə nəzərdə tutulmuş lizinq obyektlərini geri alma hüququ, habelə girov predmetlərə tutmanı yönləndirmək hüququ mövcud olmaqda davam edir. 8.1.3. Bu Saziş üzrə hər iki şərt tam yerinə yetirildikdən sonra Lizinq verən Bu Saziş üzrə nəzərdə tutulmuş lizinq obyektlərinin mülkiyyət hüququnun Lizinq alana keçməsini təmin edəcəkdir. 8.2. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə eyni hüquqi qüvvəyə malik olur. 8.3. Bu barışıq sazişinin şərtlərinin icrasına nəzarət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən həyata keçirilir.
9. Maddə-Yekun müddəalar 9.1. Bu barışıq saziş Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir. 9.2. Tərəflər bu barışıq sazişinin şərtlərini sərbəst iradəylə, hər hansı bir məcburiyyət olmadan qəbul etdiklərini təsdiqləyirlər. 9.3. Bu barışıq saziş üç nüsxədə tərtib olunur: biri məhkəmə üçün, biri iddiaçı üçün, biri cavabdeh üçün.»
11. Mülki prosessual qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi (mətni üçün bax §7) prosesin istənilən mərhələsində tərəfləri iddia və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməyi vəzifə kimi məhkəmənin üzərinə qoyur. Barışıq sazişi, əsasən mövcud mübahisənin məhkəmədən kənar qaydada həll olunması barədə tərəflərin razılaşmasıdır. Məhkəmədə tərəflər arasında belə bir razılaşmanın əldə edilməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir və ona görə də prosessual qanunvericilik tərəflər arasında barışıq sazişinin bağlanmasını və bu sazişin məhkəmə tərəfindən təsdiq edilməsini iş üzrə icraatın xitam olunmasının əsası kimi nəzərdə tutur. 12.Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini təhlil edərək belə qənaətə gəlir ki, həmin barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-nin 52-ci maddəsində nəzərdə tutulmuş prosessual əsaslar mövcud deyildir və buna görə də təsdiq edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə MPM-nin 417.1.5-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir (mətni üçün bax §7).
13. Odur ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə MPM-nin 417.1.5-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. 14.Y uxarıda göstərilənlərə əsasən və MPM-in 52, 261.0.5, 262.4, 417.1.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış, aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: «1. Tərəflərin iştirakçıları: Bir tərəfdən, bundan sonra Iddiaçı (Lizinq verən) adlandırılacaq, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən və Baş Direktoru X3 şəxsində təmsil olunan İddiaçı Açıq Səhmdar Cəmiyyəti, digər tərəfdən bundan sonra Cavabdeh (Lizinq alan) adlandırılacaq, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən və Baş Direktoru Qanuni nümayəndə şəxsində təmsil olunan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti, birlikdə Tərəflər adlandırılacaq.
1.Maddə-Sazişin predmeti 1.1. Bu barışıq sazişinin predmeti: Lizinq alan, tərəflər arasında bağlanmış aşağıdakı lizinq müqavilələri üzrə yaranmış gecikdirilmiş borc məbləğlərini Bu Sazişdə müəyyən edilmiş ##.##.2026-cı il tarixinədək tam ödəməyi öz öhdəsinə götürmüşdür: a) ##.##.2021-ci il tarixli, KTA-KTT-**/**** saylı X2 Müqaviləsi üzrə -241.249,29 AZN (iki yüz qırx bir min iki yüz qırx doqquz manat iyirmi doqquz qəpik) iddia tələbi üzrə məbləği; b) ##.##.2021-ci il tarixli, KTA-KTT-**/**** saylı X2 Müqaviləsi üzrə 229.365,85 AZN (iki yüz iyirmi doqquz min üç yüz altmış beş manat səksən beş qəpik) iddia tələbi üzrə borc məbləği; c) Hər iki müqavilə üzrə ümumilikdə iddia tələbi üzrə borc: 470.615,14 AZN (dörd yüz yetmiş min altı yüz on beş manat on dörd qəpik).
2. Lizinq qalığının ödənilməsi halında mülkiyyətin keçməsi və girovun azad edilməsi: Bu Sazişdə müəyyən edilmiş lizinq qalığı məbləğinin Lizinq alan tərəfindən ##.##.2026-cı il tarixinədək tam ödənildiyi halda: (i) hər iki lizinq müqaviləsi üzrə lizinq obyektlərinin mülkiyyət hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəaları əsasında Lizinq alana keçir; (ii) ##.##.2021-ci il tarixli, GM-21/0001 * saylı Girov Müqaviləsi üzrə girov predmeti Lizinq verən tərəfindən yüklülükdən azad edilir. 2.1. Öhdəliyin pozulması halı: ##.##.2026-cı il tarixinədək Lizinq alan tərəfindən Bu Sazişin 1.1-ci Maddəsində nəzərdə tutulmuş 470.615,14 AZN gecikdirilmiş bore məbləği tam ödənilmədikdə Lizinq verən Bu Saziş üzrə icra sənədinə əsasən məcburi icra üsullarına müraciət etmək hüququna malikdir. Bu zaman Lizinq verən aşağıdakıları eyni vaxtda tələb etmək hüququna malikdir: (i) ümumilikdə 470.615,14 AZN (dörd yüz yetmiş min altı yüz on beş manat on dörd qəpik) iddia tələbi olan borc məbləğinin icra sənədi əsasında məcburi tutulması; (ii) hər iki müqavilə üzrə lizinq obyektlərinin - 1 (bir) dəst "Tecnofrutto/Wenta" markalı meyvə qurutma avadanlığının və 1 (bir) ədəd "Unitec" markalı çeşidləmə avadanlığının - saz və işlək vəziyyətdə məcburi qaytarılması: (iii) ##.##.2021-ci il tarixli, GM-21/0001 * saylı Girov Müqaviləsi üzrə girov predmetinə tutmanın yönləndirilməsi.
Lizinq verən yuxarıda göstərilən üç tələbi - pul məbləğini, lizinq obyektlərini və girov predmetini eyni icra mərhələsində birlikdə tələb etmək hüququna malikdir. Lizinq alan bu tələblərin birbirini istisna etmədiyini qəbul edir.
2.2. Qismən ödəniş: Lizinq alanın müəyyən edilmiş müddətə qədər yalnız bir hissəsini ödəməsi tam ödəniş kimi qiymətləndirilmir, mülkiyyət hüququnun keçməsi üçün hüquqi əsas yaratmır, girovun azad edilməsini şərtləndirmir və Lizinq verənin Bu Sazişdə nəzərdə tutulmuş hüquqlarını heç bir halda məhdudlaşdırmır.
3. Maddə-Borcun etirafı və iddianın həcmi 3.1. Lizinq alan aşağıdakı gecikdirilmiş borcların mövcudluğunu qəbul edir:
a) ##.##.2021-ci il tarixli, KTA-KTT-**/**** saylı X2 Müqaviləsi üzrə iddia tələbi: gecikdirilmiş əsas borc: 162.165,55 AZN (yüz altmış iki min yüz altmış beş manat, əlli beş qəpik); - cərimə borcu: 7.227,59 AZN (yeddi min iki yüz iyirmi yeddi manat, əlli doqquz qəpik): - komissiya məbləği üzrə borc: 60.071,76 AZN (altmış min yetmiş bir manat yetmiş altı qəpik qəpik); - sığorta borcu: 11.784,39 AZN (on bir min yeddi yüz səksən dörd manat otuz doqquz qəpik); - KTA-KTT-**/**** saylı Müqavilə üzrə səmi: 241.249,29 AZN (iki yüz qırx bir min iki yüz qırx doqquz manat iyirmi doqquz qəpik); b) ##.##.2021-ci il tarixli, KTA-KTT-**/**** saylı X2 Müqaviləsi üzrə iddia tələbi: - gecikdirilmiş əsas borc: 134.003,75 AZN (yüz otuz dörd min üç manat yetmiş beş qəpik); - cərimə üzrə borc: 19.777,74 AZN (on doqquz min yeddi yüz yetmiş yeddi manat, yetmiş dörd qəpik); - komissiya məbləği üzrə borc: 67.492,28 AZN (altmış yeddi min dörd yüz doxsan iki manat iyirmi səkkiz qəpik): - sığorta ödənişi üzrə borc: 8.092,08 AZN (səkkiz min doxsan iki manat səkkiz qəpik); - KTA-KTT-**/**** saylı Müqavilə üzrə cəmi: 229.365,85 AZN (iki yüz iyirmi doqquz min üç yüz altmış beş manat səksən beş qəpik);
c) Hər iki müqavilə üzrə ümumilikdə gecikdirilmiş borc: 470.615,14 AZN (dörd yüz yetmiş min altı yüz on beş manat on dörd qəpik); d) Lizinq verən tərəfindən ödənilmiş dövlət rüsumu: 1.046,10 AZN (bir min qırx altı manat on qəpik). 3.2. Tərəflər razılaşırlar ki, yuxarıda göstərilən iddia tələbinin həcmi dəyişdirilmədən bu barışıq sazişinin məzmununu təşkil edir.
4. Maddə-Gecikdirilmiş borcun ödənilməsi qaydası 4.1. Lizinq alan, hər iki müqavilə üzrə ümumilikdə 470.615,14 AZN gecikdirilmiş borc və dövlət rüsumu məbləği olan 1.046,10 AZN məbləğini Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu tarixdən ##.##.2026-cı il tarixədək Lizinq verənin bank hesabına ödəməyi öhdəsinə götürür.
5. Maddə-Lizinq obyektləri və girov barədə razılıq 5.1. Iddia tələbinə əsasən Lizinq alandan geri alınması tələb olunan lizinq obyektləri aşağıdakılardır: -1 (bir) dəst "Tecnofrutto/Wenta" markalı meyvə qurutma avadanlığı (KTA-KTT- **/**** saylı Müqavilə üzrə); -1 (bir) ədəd "Unitec" markalı çeşidləmə avadanlığı (KTA-KTT-**/**** saylı Müqavilə üzrə). 5.2. Iddia tələbi həmçinin ##.##.2021-ci il tarixli, GM-21/0001 * saylı Girov Müqaviləsi ilə girov qoyulmuş predmetlərə tutmanın yönləndirilməsini əhatə edir. Tərəflər razılaşırlar ki, girov predmetlərə tutmanın yönləndirilməsi tələbi Bu Sazişdə nəzərdə tutulmuş lizinq qalığının tam ödənilməsi şərti ilə asılı vəziyyətdə qalır: lizinq qalığı müəyyən olunmuş müddətdə tam ödənildikdə, girov predmetlərə tutma yönləndirilmir; ödənilmədikdə isə Lizinq verən həmin hüququnu tam həcmdə qoruyub saxlayır. 5.3. Lizinq alan lizinq obyektlərini fiziki olaraq geri qaytarmaq istəmədiyini bildirmişdir. Tərəflər bu məsələni aşağıdakı şəkildə nizama salmışlar: 5.4. Lizinq qalığının ödənilməsi yolu ilə mülkiyyət hüququnun Lizinq alana köçürülməsi: Tərəflər razılaşırlar ki, lizinq obyektlərinin geri qaytarılması öhdəliyi aşağıdakı lizinq qalığı məbləğlərinin ödənilməsi ilə əvəzlənsin: a) KTA-KTT-**/**** saylı Müqavilə üzrə lizinq qalığı: 45469,14 AZN (qırx beş min dörd yüz altmış doqquz manat on dörd qəpik); b) KTA-KTT-**/**** saylı Müqavilə üzrə lizinq qalığı: 66380,35 AZN (altmış altı min üç yüz səksən manat otuz beş qəpik); c) Lizinq qalığının cəmi: 111849,49 AZN (yüz on bir min səkkiz yüz qırx doqquz manat qırx doqquz qəpik). 5.5. Lizinq alan Bu Sazişin 5.4-cü maddəsində nəzərdə tutulmuş 111849,49 AZN (yüz on bir min səkkiz yüz qırx doqquz manat qırx doqquz qəpik) lizinq qalığı məbləğini Bu barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən ##.##.2026-cı il tarixədək Lizinq verənə ödəməyi öhdəsinə götürür. 5.6. Lizinq qalığının tam ödənilməsi faktı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin lizinq müqavilələrinə dair müddəaları çərçivəsində lizinq obyektlərinin mülkiyyət hüququnun Lizinq alana keçməsi üçün hüquqi əsas hesab ediləcəkdir. 5.7. Lizinq qalığı ödənilənədək lizinq obyektlərinin mülkiyyəti Lizinq verəndə qalır. Lizinq alan həmin müddət ərzində lizinq obyektlərini üçüncü şəxslərə ötürə, girova qoya, yükləyə bilməz.
6. Maddə-Ümumi ödəmə və məcmu məbləğ 6.1. Bu barışıq sazişi çərçivəsində Lizinq alan tərəfindən Lizinq verənə ödənilməli olan məcmu məbləğ aşağıdakı kimi müəyyənləşdirilir: - Iddia tələbi üzrə borclar (hər iki müqavilə üzrə): 470.615,14 AZN - Dövlət rüsumu: 1.046,10 AZN - Lizinq qalığı (hər iki müqavilə üzrə): 111849,49 AZN (yüz on bir min səkkiz yüz qırx doqquz manat qırx doqquz qəpik). - Cəmi: 582464,63 AZN (beş yüz səksən iki min dörd yüz altmış dörd manat altmış üç qəpik)
7. Maddə-Öhdəliklərin yerinə yetirilməməsinin nətcələri 7.1. Lizinq alan Bu Sazişdə müəyyən edilmiş son ödəniş müddətinə riayət etmədikdə, ödənilməmiş qalıq məbləğ üzrə hər gecikdirilmiş gün üçün həmin məbləğin 0,1% (sıfır tam bir faizi) həcmində dəbbə pulu hesablanır və Lizinq verən məhkəmə qaydasında lizinq obyektlərinin geri alınması üçün icra sənədinə əsasən məcburi icra üsullarına müraciət etmək hüququna malikdir.
8. Maddə-Barışıqla bağlı hüquqi nəticələr 8.1. Lizinq verənin lizinq obyektlərinin geri alınmasına dair hüququ barışıq sazişinin təsdiq edilməsi ilə xitam edilmir. Bu hüquq aşağıdakı ardıcıllıqla mərhələli şəkildə və yalnız müvafiq öhdəliklərin tam yerinə yetirilməsi şərti ilə sona çatır: 8.1.1. Lizinq verən, Bu Sazişin 4.1-ci Maddəsində müəyyən edilmiş gecikdirilmiş borc öhdəliyini həmin maddədə göstərilmiş müddətdə tam yerinə yetirdiyi təqdirdə yalnız pul tələbi baxımından iddia hüququndan imtina edir. Lakin bu imtina lizinq obyektlərinin geri alınması hüququna şamil edilmir: Lizinq verən Bu Sazişin 4.1-ci maddəsində qeyd olunmuş gecikmiş borcun tam ödənilməsindən asılı olmayaraq, Bu Sazişin 5.4-cü bəndində nəzərdə tutulmuş lizinq qalığı tam ödənilənədək lizinq obyektlərinin geri alınmasını tələb etmək hüququnu qoruyub saxlayır. 8.1.2. Lizinq obyektlərinin geri alınmasına dair hüququn sona çatması yalnız aşağıdakı iki şərtin eyni vaxtda yerinə yetirildiyi tarixdən etibarən baş verir: Bu Sazişin 4.1-ci Maddəsi üzrə bütün gecikdirilmiş borc məbləğlərinin tam ödənilməsi; və Bu Sazişin 5.4-cü bəndi üzrə 111849,49 AZN (yüz on bir min səkkiz yüz qırx doqquz manat qırx doqquz qəpik) lizinq qalığının tam ödənilməsi. Göstərilən şərtlərdən hər hansı biri yerinə yetirilmədiyi müddətdə Lizinq verənin Bu Sazişdə nəzərdə tutulmuş lizinq obyektlərini geri alma hüququ, habelə girov predmetlərə tutmanı yönləndirmək hüququ mövcud olmaqda davam edir. 8.1.3. Bu Saziş üzrə hər iki şərt tam yerinə yetirildikdən sonra Lizinq verən Bu Saziş üzrə nəzərdə tutulmuş lizinq obyektlərinin mülkiyyət hüququnun Lizinq alana keçməsini təmin edəcəkdir. 8.2. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə eyni hüquqi qüvvəyə malik olur. 8.3. Bu barışıq sazişinin şərtlərinin icrasına nəzarət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən həyata keçirilir.
9. Maddə-Yekun müddəalar 9.1. Bu barışıq saziş Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir. 9.2. Tərəflər bu barışıq sazişinin şərtlərini sərbəst iradəylə, hər hansı bir məcburiyyət olmadan qəbul etdiklərini təsdiqləyirlər. 9.3. Bu barışıq saziş üç nüsxədə tərtib olunur: biri məhkəmə üçün, biri iddiaçı üçün, biri cavabdeh üçün.»
Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Hazırki iş üzrə icraata xitam verilsin.