Məhkəmə qərarları › İş №2-2(102)-10/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-10/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-10/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh x1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti, iddia müddətinin axımının başlanması, iddia müddətinin axımının dayandırılması, iddia müddətinin axımının kəsilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Kəmalə Nəbi qızı Abiyevanın məruzəsi ilə, hakimlər Bəhram Məmməd oğlu Məmmədli və X1 ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdeh x1 MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tarixli, 2-2(103)- 623/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Alıcı qismində İddiaçı QSC (bundan sonra-“iddiaçı”) ilə satıcı qimsində x1 MMC (bundan sonra-“cavabdeh”) arasında bağlanmış 2019-cu il 27 iyun tarixli, **saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun əşyaları (malları) alıcının ünvanına çatdırmağı, alıcı isə müqavilə əsasında malların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Müqaviləyə malların təşviqi və qiyməti barədə 1 saylı qoşmada “Çin KYM” markalı müxtəlif ölçüdə, miqdarda və dəyərdə malların ümumi dəyəri 71.905,42 manat (60.936,80 manat +10.968,62 manat ƏDV) müəyyən edilmişdir.

3. İddiaçı tər əfindən müqavilə üzrə 2019-cu il 26 iyul tarixindən 2019-cu il 27 sentyabr tarixinədək cavabdehə ümumilikdə 27.504,5 manat məbləğində pul vəsaiti ödənilmişdir.

4. İddiaçı cavabdehə ünvanladığı (hüquqi ünvanı üzrə) 2019-cu il 30 sentyabr tarixli, **saylı “diyircəkli yastıqların alqı-satqı müqaviləsinə xitam verilməsi barədə” bildirişdə müqavilənin 14.1 və 14.2.2-ci bəndinin tələblərinə əsasən aralarında bağlanmış alqı-satqı müqaviləsinə 2019-cu il 1 oktyabr tarixindən xitam veriləcəyini, müqaviləyə xitam verilməsinin qanunvericiliyə və müqavilənin şərtlərinə əsasən, satıcını xitam tarixinədək icra etməli olduğu öhdəliklərdən, eləcə də müqavilənin 14.4-cü bəndində göstərilən digər öhdəliklərin icrasından azad etmədiyini qeyd etmişdir.

5. Eyni zamanda, cavabdehin malların təhvil alınması barə də 2019-cu il 21 oktyabr tarixli, 181 saylı məktubuna cavab olaraq iddiaçı 2019-cu il 28 oktyabr tarixli məktubla aralarında bağlanmış müqaviləyə cari ilin 1 oktyabr tarixindən birtərəfli qaydada xitam verildiyini bildirmişdir.

6. Bundan sonra, iddiaçı tərəfindən cavabdehə 12.145,39 manat borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə 2020-ci il 20 avqust və 2022-ci il 27 sentyabr tarixli pretenziya məktubları göndərilmişdir.

7. Tərəflər arasında başlanmış mediasiya prosesi üzrə tərtib edilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 2022-ci il 30 noyabr tarixli arayışa əsasən, iddiaçı prosesi davam etdirməyə razılıq verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.145,39 manat əsas borc, 1.214,53 manat qanun üzrə dəbbə pulu və məhkəmə xərcləri üçün ödənilmiş 200 manat mediasiya rüsumu olmaqla, cəmi 13.559,92 manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 27 iyun tarixli alqı-satqı müqaviləsində cavabdehin iddiaçını müxtəlif mal-materiallarla təchiz etməsi nəzərdə tutulmuş, iddiaçı tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq malların dəyəri cavabdehə tam olaraq ödənilmiş, lakin cavabdehin müqavilə üzrə öhdəlikləri tam həcmdə yerinə yetirməməsi səbəbindən iddiaçıya 12.145,39 manat məbləğində borcu yaranmışdır. Cavabdehin indiyədək müqavilə öhdəli klərini yerinə yetirməməsi nəticəsində iddiaçı maliyyə çətinlikləri ilə üzləşmiş, digər qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.

10. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və müddətin ötürülməsi səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

11. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçının diyircək yastıqların bir illik tələbata uyğun olaraq elan etdiyi tender müsabiqəsində cavabdehlə böyük qiymət fərqi ilə 60.968,80 manat məbləğində 2019-cu il 27 iyun tarixli müqavilə bağlanmışdır. Müqaviləyə uyğun olaraq istehsalçı Çin Xalq Respublikası X2 yerləşdiyi üçün ona 30 faiz qiymət ödənilərək “KYM” markalı yastıqların sifarişinə başlanmış və karqo vasitəsi ilə Çin karqo şirkəti mallar ın Bakıya çatdırılmasını həyata keçirmişdir. Çatdırılma müəyyən vaxt tələb etdiyindən, iddiaçının Təchizat İdarəsi tərəfindən ünvanlarına daxil olan mütəmadi sifarişlər yerinə yetirilmiş və həmin vaxt anbarda olan Avropa istehsalı olan “SKF” markalı yastıqlarla təmin olunmuşdur. Malların bir illik tələbata uyğun olması və sifariş olduqda 15 gün müddətində çatdırılması müqavilənin 3.1-ci bəndinə uyğun olduğu üçün bu məsələyə ciddi əməl olunmuşdur. Buna baxmayaraq, Çin Xalq Respublikasından sifariş edilən mallar Azərbaycan Respublikasının Gömrük zonasına daxil olduqdan sonra 2019-cu il 21 oktyabr tarixli, 181 nömrəli məktubla tenderdə elan olunmuş “KYM” markalı diyircəkli yastıqların ölkəyə gətirildiyi və təhvil vermək niyyəti bildirilsə də, iddiaçı 2019-cu il 28 oktyabr tarixli, GU xx/xx-13 82 saylı məktubla cavab olaraq 2019-cu il 1 oktyabr tarixli müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir. Bundan sonra, iddiaçı hər hansı bir addım atmamış və müqavilə üzrə əldə edilən məhsulları tələb etmədiyi üçün alınan mallar dəyərindən aşağı qiymətə satılmışdır. İddiaçı tərəfindən əlavə edilən 2020-ci il 20 avqust tarixli pretenziya məktubundan da göründüyü kimi, iddiaçı öhdəliklərin icrasından 10 ay sonra, müqavilə üzrə öhdəlikləri xatırlamış və tələb etmək niyyətini bəyan etmişdir. Qeyd edilən pretenziya məktubu cavabdehə təqdim edilməmiş, iddiaçı məktubdan iki ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu isə iddiaçının qanunvericiliklə nəzərdə tutulan müddəti ötürdüyünü göstərən hal olmuşdur.

12. İddiaçı cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə etiraz edərək bildirmişdir ki, 2022-ci il 19 may tarixində CF 02/02-285 saylı məktubla cavabdehə hüquqi ünvanında müraciət edilərək, borcun ödənilməsinin təmin edilməsi bildirilmişdir. Lakin cavabdeh tərəfindən həmin məktubun qəbulundan imtina edilmiş və cavabdehin hüquqi ünvanında belə bir şirkətin olmadığı bildirilmişdir. 2022-ci il 20 avqust tarixində tərəflərindən cavabdehin hüquqi ünvanına CF02/02- 401 saylı pretenziya ilə yenidən müraciət edilmiş, lakin bu halda da məktubun qəbulundan qərəzli şəkildə imtina edilmişdir. Halbuki, aralarında bağlanmış 2019-cu il 27 iyun tarixli müqavilədə cavabdehin hüquqi ünvanı ünvan 1 Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarında da cavabdehin hüquqi ünvanı kimi eyni ünvan qeyd edilmişdir. Görüdüyü kimi, ca vabdeh iddiaçı tərəfindən göndərilən məktubları qəbul etməkdən qərəzli şəkildə yayınmışdır. Bu xüsusatlar təqdim edilmiş pretenziyanın çatdırılması barədə qəbzdən də müəyyən olunur. Bundan başqa, iddiaçı tərəfindən borcun ödənilməsinin məhkəməyədək təmin edilməsi məqsədilə cavabdehə 2022-ci il 5 oktyabr tarixində MC02/02-697 saylı təklif göndərilmiş, lakin yenidən hüquqi ünvanda bu təklifin qəbulundan imtina edilmişdir. İddiaçı tərəfindən 16 saylı Mediasiya təşkilatına müraciət edildikdən sonra cavabdehə eyni ünvan üzrə təşkilat tərəfindən göndərilmiş məktub qəbul edilmiş və cavabdeh mediasiya prosesində iştirak etmişdir. Qeyd olunanlardan məüyyən olunur ki, cavabdeh iddiaçı tərəfindən göndərilən bütün rəsmi sənədlərin qəbulundan qərəzli və məqsədli şəkildə imtina etmişdir. Cavabdeh tərəfi ndən məhkəməyə ünvanlanmış müddətin tətbiqi ilə bağlı ərizədə 10 ay sonra öhdəliklərin icrasını tələb etmələri qəbul olunmuş və bu hal cavabdehə məlum olmuşdur. Göründüyü kimi, iddia müddəti buraxılmamışdır. Belə ki, tərəflərindən dəfələrlə müəyyənləşdirilmiş qaydada iddialar irəli sürülərək borcun ödənilməsi tələb edilmiş və iddia müddətinin axımı bu hərəkətlərlə kəsilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 10 aprel tarixli, e-2-2(113)-743/2023 saylı qətnaməsi ilə iddia rədd olunmuş, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilmişdir (hakim-L.Əliyeva).

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə cavabdehə pul ödənilməsi iş materialları ilə öz təsdiqini tapsa da, cavabdeh ödənilmiş 12.145,39 manatın müqabilində mal təqdim etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, göstərilən pulun müqabilində malların verilməməsi faktı cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia müddətinin tətbiqi barədə ərizədə də mübahisələndirilməmişdir. Odur ki, cavabdeh 12.145,39 manat məbləğində avansın müqabilində sifariş edilmiş malları iddiaçıya təqdim etmədiyindən iddiaçının mallara görə qabaqcadan ödənilmiş məbləğin qaytarılması tələbi əsaslı olmuşdur.

15. Məhkəmə cavabdehin malların təqdim edilməsi müddətlərinə riayət etmələrinə baxmayaraq, iddiaçı tərəfindən müqaviləyə xitam verilməsi, bu səbəbdən Çin Xalq Respublikasından gətirdikləri malları sonradan başqa şəxsə daha aşağı qiymətə satmağa məcbur olmaları barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, əvvəla, cavabdeh göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İkincisi, cavabdeh hal-hazıradək müqaviləyə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilməsinin əsaslılığını mübahisələndirməmiş, malların alıcı tərəfindən təhvil alınmasını tələb etməmiş və ya başqa bir formada iddiaçıya müqavilənin xitam verilməsi ilə bağlı etirazını bildirməmiş, yəni faktiki olaraq müqaviləyə onun tərəfindən öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə xitam verilməsi ilə razılaşmışdır. Üçüncüsü, cavabdehin istinad etdiyi hallar öz təsdiqini tapsa belə, yuxarıda da qeyd edildiyi kimi avans ödənilmiş öhdəliyin icra olunmadığı bütün hallarda, öhdəliyin icra edilməməsində borclunun təqsirinin olub-olmamasından asılı olmayaraq qaytarılmalı olduğundan həmin hallar məhkəməni n hazırkı iş üzrə gəldiyi nəticə üçün əhəmiyyət kəsb etmir.

16. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə belə münasibət bildirmişdir ki, satıcının öhdəliklərini lazımi qaydada icra etmədiyi hallarda cavabdehin müqavilədən imtina etmək və mallara görə ödədiyi pulu geri tələb etmək hüququ müqavilədə nəzərdə tutulmuşdur. Bu baxımından, hazırkı tələb müqavilədən irəli gələn tələb olmaqla mübahisəyə müqavilə tələbləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti tətbiq edilməlidir.

17. İddiaçının qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etmək hüququ ən geci iddiaçının müqavilədən imtina etməklə müqavilə üzrə öhdəliklərə xitam verdiyi tarixdən, yəni müqavilə üzrə malların artıq təqdim edilməyəcəyinin iddiaçıya məlum olduğu tarixdən yaranmışdır. Belə olan halda, iddia müddətinin a xımı da həmin tarixdən başlamalıdır.

18. Digər tərəfdən, həmin tarixdən sonra müddətin kəsilməsinə səbəb olan halların baş verməsi, o cümlədən həmin öhdəlikdən iddiaçı tərəfindən ödəniş edilməsi işby materiallarına əsasən müəyyən olunmamışdır. İddiaçının istinad etdiyi dəfələrlə cavabdehə pretenziya məktubları göndərməsi, lakin cavabdehin həmin məktubları qəbul etməkdən yayınması halları isə iddiaçı tərəfindən cavabdehə qarşı iddia irəli sürülməsi anlamına gəlmir və iddia müddətinin axımının kəsilməsinə səbəb olmur.

19. Beləliklə, 2019-cu il 1 oktyabr tarixində hadisənin baş verməsi ilə bağlı başlamış iddia müddətinin axımı hadisənin baş verdiyi tarixdən sonra növbəti gündən - 2019-cu il 2 oktyabr tarixindən hesablanmaqla müddətin sonuncu günü 2022-ci il 3 oktyabr tarixinə (2022-ci il 1 ok tyabr və 2022-ci il 2 oktyabr tarixləri qeyri-iş günü olduğu üçünü) təsadüf etmişdir. Bu baxımdan, iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin 5 oktyabr tarixində (iddiaçının nümayəndəsi məhkəmə göndərdiyi mülahizədə təklifin məhz həmin tarixdə göndərildiyini göstərmişdir) mediasiya prosesinin tətbiqi barədə təklif göndərilərkən iddia müddəti artıq buraxılmışdır. Tərəflərin mediasiya prosesində olduğu və iddia müddətinin axımının dayandığı bir aylıq müddət nəzərə alındığı halda belə, iddiaçının hazırkı iddianı 2023-cü il 9 yanvar tarixində qaldırmaqla iddia müddətini buraxması açıq-aşkardır. Odur ki, iddia tələbi rədd edilməlidir.

20. İddianın 1214,53 manat məbləğində qanun üzrə dəbbə pulu tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə av ansın qaytarılmamasının gecikdirilməsinə görə dəbbə pulunun tutulması barədə şərt nəzərdə tutulmamış, eləcə də iddiaçı qanun üzrə dəbbə pulunun tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respubliksası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 372.1, 372.2-ci, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 378, 379.1.6, 379.4-1, 380.1, 462.1, 464.1, 491.3, 567, 587.2.1, 587.2.2, 599.3 və 1095-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarına, “Mediasiya haqqında” Azərbaycan R espublikasının Qanununun 32.4.2, 35.1 və 35.2-ci maddələrinə, Azərbaycan Respubliksası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

22. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (sədrlik edən və məruzəçi hakim- R.Qurbanov, hakimlər A.Hüseyn və F.Abdıyev) 2023-cü il 4 avqust tarixli, 2-2(103)-623/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gə ldiyi nəticə və əsaslandırma ilə razılaşaraq (bax §14-20), həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktublarının göndərilməsi, lakin cavabdehin həmin məktubları qəbul etməkdən yayınması barədə iddiaçının dəlilləri iddia müddətinin axımının kəsilməsinə səbəb olmamışdır. Çünki, MM-in 380.1-ci maddəsi kreditor tərəfindən deyil, borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi halında iddia müddətinin axımının kəsilməsini müəyyən etmişdir. Həmin pretenziyaların cavabdehə təqdim olunması ehtimal edilsə belə, göstərilən hal iddiaçı tərəfindən cavabdehə qarşı iddia irəli sürülməsi anlamına gəlmir və iddia müddətinin axımı kəsilməsinə səbəb olmur.

25. İddiaçının apeлlyasiya şikayətində istinad etdiyi hallar, yəni “Covid-19” pandemiyası ilə əlaqədar ölkədə elan edilmiş xüsusi karantin rejiminin tətbiqinin iddia müddətinin axımı dayandırılmasına səbəb olması barədə dəlillər də əsassız olmuşdur. Belə ki, MM-in 379.3-cü maddəsinin məzmunundan da göründüyü kimi, iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.

26. Hazırki işdə iddia müddətinin axımı 2019-cu il 1 oktyabr tarixindən hesablanmaqla müddətin son altı ayı 2022-ci il 1 aprel - 2022-ci il 3 oktyabr tarix (2022-ci il 1 oktyabr və 2022-ci il 2 oktyabr tarixləri qeyri-iş günü olduğu üçün) aralığına düşür. Həmin tarixlərdə isə koronavirus infeksiyası ilə bağlı ölkədə sərt karantin rejimi tətbiq e dilməmişdir. Çünki sərt karantin rejimi əsasən 2020-ci ildə və 2021-ci ilin əvvəllərində tətbiq edilmişdir.

27. Bundan əlavə, iddia müddətinin son altı ayı ərzində ölkədə xüsusi karantin rejimi tətbiq edilsə də, məhkəmələrin fəaliyyəti davam etmiş və vətəndaşların məhkəməyə müraciət etməsi ilə bağlı hər hansı maneə mövcud olmamışdır. Həmin xüsusi karantin rejimi hələ də davam edir. Həmçinin, MPM-in 10-1.3-cü maddəsi kommersiya mübahisələri üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Yəni ölkədə xüsusi karantin rejiminin tətbiq olunması qəbul edilsə belə, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, iddia irəli sürmək imkanına malik olmuşdur. Göründüyü ki mi, iddiaçının istinad etdiyi kimi iddia müddətinin axımının dayandırılmasına əsas olan hallar baş verməmişdir.

28. Tərəflərin mediasiya prosesində olduğu və iddia müddətinin axımının dayandığı bir aylıq müddət nəzərə alındığı halda belə, iddiaçının hazırkı iddianı 2023-cü il 9 yanvar tarixində qaldırmaqla iddia müddətini buraxması açıq-aşkardır.

29. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçının MM-in 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə MM-in 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi i ddia müddətinin keçməsi səbəbinə görə iddianı rədd etməkdə haqlı olmuşdur.

30. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Kassasiya şikayəti, əsasən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə qarşı iddiaçı tərəfindən verilmiş ərizə ilə eyni məzmunda (bax §12) əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, cavabdehin qeyd olunan şəkildə qanunazidd hərəkətləri nəticəsində iddiaçı özündən asılı olmayan səbəblərə görə qanunla müəyyən edilmiş müddətdə iddia qaldırmaq və hüquqlarını qorumaq imkanından məhrum olmuşdur. Ona görə də, bu müddətlər iddia müddətinin axımına daxil edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in tələblərinə zidd olaraq həmin ərizədə göstərilən xüsusatlar barəsində araşdırma aparmamış, iddiaçı tərəfindən təqdim olunmuş sübutları hansı dəlillərlə rədd etdiyini öz qətnaməsində əsaslandırmamış, bununla da MM-in 380.1, 425-ci və MPM-in 77.1-ci maddələrinin tələbləri pozulmuşdur.

32. Apellyasiya məhkəməsi tərəfindən MM-in 379.1.1-ci maddəsinin də tələbi pozulmuşdur. Belə ki, “Covid-19” xəstəliyi ilə əlaqədar elan olunmuş pandemiya maddədə qeyd olunan qarşısı alına bilməyən hal kimi qəbul edilməli, Ali Məhkəmənin Plenumunun 2020-ci il 19 mart və 23 aprel tarixli qərarları ilə pandemiya şəraitinə uyğun olaraq məhkəmələrin fəaliyyətinin 2 ay müddətinə dayandırılması nəzərə alınmalı və bu müddət ərzində iddia müddətinin axım ı dayanmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

34. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılmas ı və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəf inin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başl anır....” “Maddə

379. İddia müddəti axımının dayandırılması 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda;... 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə... 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.... 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir....” “Maddə 38

0. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” 37. “Mediasiya haqqında” Azərbaycan Respublikasının müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Qanununun müvafiq “Maddə

32. Mediasiya prosesinə xitam verilməsi... 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir:... 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən....” “Maddə

35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb o lur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.”

38. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi) 40. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çü nki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

41. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən halına görə i ddiaçı 2019-cu il 30 sentyabr tarixli bildirişlə cavabdehə 2019-cu il 1 oktyabr tarixindən aralarında bağlanmış müqaviləyə xitam veriləcəyini bildirmiş, eyni zamanda 2019-cu il 28 oktyabr tarixli məktubla aralarında bağlanmış müqaviləyə cari ilin 1 oktyabr tarixindən birtərəfli qaydada xitam verildiyini qeyd etmişdir. İddia müddətinin axımının başlanması anını tənzimləyən MM-in 377.1-ci maddəsində isə göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu baxımdan iddiaçının hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu müddətin axımı da müvafiq olaraq iddiaçı tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi vaxtdan başlamış, həmçinin həmin tarixdən sonra iddia müddətinin axımının kəsilməsinə səbəb olan halları n baş verməsi ilə bağlı hallar işə baxmış məhkəmələr tərəfindən müəyyən olunmamışdır. MM-in 380.1-ci maddəsində iddia müddətinin axımının kəsilməsi müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi ilə şərtləndirildiyindən, cavabdehə pretenziya məktublarının təqdim edilməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olan hal kimi qiymətləndirilə bilməz.

42. İddiaçının kassasiya şikayətinin MM-in 379.1.1-ci maddəsinin tələblərinin pozulmasına dair dəlilləri isə eyni zamanda onun apellyasiya şikayətinin dəlillərini təşkil etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq bu qərarın 25-26-cı bəndlərində verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tət biqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

43. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı).

44. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti isə təmin edilməməlidir.

45. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 avqust tarixli 22(103)-623/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli Ə.M.Xıdırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar