Məhkəmə qərarları › İş №2-2(102)-100/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-100/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-100/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı «X3 Təsərrüfatı» MMC-yə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), 02.06.2020 X2 və X1 ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, Tərəflərin iştirakı olmadan, İlk iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh «X3 Təsərrüfatı» MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi haqqında ilk iddia və «X3 Təsərrüfatı» MMC-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi haqqında qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İlk iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh «X3 Təsərrüfatı» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 22.507,40 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun cavabdeh MMC-dən tutularaq ilk iddiaçı İstehsalat Birliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda “X3 Təsərrüfat” MM C Azərbaycan Respublikası Dövlət Nneft Şirkətinin İddiaçınə qarşı qarşılıqı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İstehsalat Birliyi tərəfindən MMC-yə hesablanmış 22.507,40 manat borcun silinməsi barədə qətnamə qəbul çıxarılması məhkəmədən xahiş olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim.R.Kərimli; iş No 2-2(82)-187/2018) ilk iddianın təmin edilməsi, istifadə olunmuş təbii qaza görə yaranmış 22.507,40 manat borcun və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 22.537,40 manat pul vəsaitinin ilk iddia üzrə cavabdeh MMC-dən tutularaq ilk iddia üzrə iddiaçı İstehsalat Birliyinə ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ü.Mayılov, hakimlər M.Tağızadə və K.Abiyeva; iş № 22(103)-707/2019) cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmi ş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası məruzəçini, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli; apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikas ı MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, qazpaylayıcı İddiaçı ilə istehlakçı «X3 Təsərrüfatı» MMC arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” x xxxxxxx 2016-cı il tarixli 1650-10-16 saylı müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı «Qazdan istifadə Qaydaları»nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlid ir. Həmin Müqavilənin şərtlərinə əsasən, «paylayıcı» bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq «istehlakçı»nı keyfiyyətli qazla təmin edir, «istehlakçı» isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq «paylayıcı» tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı İB xx xxxx 2018-ci il tarixdə pretenziya məktubu ilə «X3 Təsərrrüfatı» MMC-yə müraciət edərək, istehlak olunmuş təbii qazdan istifadəyə görə yaranmış debitor borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan, «X3 Təsərrüfatı» MMC-nin «xxxx»na görə, abonentin 20172018-ci illər ərzində təbii qazdan istifadəyə görə 2018-ci ilin sentyabr ayına 22.507,40 manat ödənilməmiş borcu yaranmışdır. Araşdırılan qətnamədən göründüy ü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərk, haqlı olaraq belə hesab etmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı ilə istehlakçı «X3 Təsərrüfatı» MMC arasında x xxxxxxx 2016-cı il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmış; müqaviləyə əsasən paylayıcı üzərinə düşən öhdəlikləri tam icra edərək istehlakçını təbii qazla təmin etsə də, istehlakçı aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə onun İddiaçı İB-yə 2018-ci ilin sentyabr ayına 22.507,40 manat borcu yaranmışdır. İşin qeyd olunan hallarını və sadalanan hüquq normalarını nəzərə alan 1-ci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, ilk iddia əsaslı o lduğundan təmin edilməlidir. Budan başqa, «X3 Təsərrüfatı» MMC ilkin iddia ilə ondan tələb olunan həmin borcu qarşılıqlı iddia qaldıraraq mübahisələndirmiş və MMC-nin qarşılıqlı iddiasının əsası ondan ibarətdir ki, ona məxsus obyektdə qaz sayğacına birləşən qaz borusunu yoldan keçən avtomobil zədələmiş və qaz sızması baş vermişdir. Qurum hadisədən gec məlumat almışdır. Qarşılıqlı iddia ilə əlaqədar 1-ci instansiya məhkəməsinin gəldiyi qənaət düzgündür, qarşılıqlı iddia üzrə iddiaçı «X3 Təsərrüfatı» MMC öz mövqeyini əsaslandıran heç bir sübutu məhkəməyə təqdim etmədiyindən, ona qazdan istifadəyə görə hesablanmış 22.507,40 manat borc silinə bilməz. Həmçinin «X3 Təsərrüfatı» MMC-nin «xxxx»ndan görünür ki, MMC-nin İddiaçı İB-yə yaranmış borcu qarşılıqlı iddia ərizində qeyd olunan 3-4 gün ərzin də qaz borusunun zədələnməsi və qaz sızması səbəbilə yox, abonentin 2017-2018-ci illər ərzində istifadə etdiyi təbii qazın dəyərinin tam ödəməməsi nəticəsində yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, «X3 Təsərrüfatı» MMC istehlakçı kimi tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, yəni yaranmış borcu ödəməmişdir. Bu səbəbdən iddia əsaslı, qarşılıqlı iddia isə əsassız sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredotorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətləri etməkdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə görə bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi d edikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə həmin Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, borclu öz öhdəliklərini hər bir təqsirli pozuntu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır, borclunun təqsirinə görə, yəni qərəzə və ya kobud ehtiy atsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.1-ci bəndinə görə bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin Qaydaların 3.2.1-ci bəndinə görə qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövl ət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktla istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smartkart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı is tehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə g örə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, «X3 Təsərrüf atı» MMC-nin kassasiya şikayətində qeyd edlənlər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 17.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsin görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kas sasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: «X3 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar