Məhkəmə qərarları › İş №2-2(102)-100/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-100/2025

19.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-100/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ Açar sözlər: İcarə müqaviləsi, icarə haqqı tələbi, icarəçinin zəruri məsrəflərinin əvəzinin ödənilməsi, öhdəliyin pozulması (və ya) lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbinə dair” tələbinə və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 22(105)-80/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Quba şəhərinin Tofiq Əhmədov küçəsində yerləşən 0,9802 ha torpaq sahəsi və üzərindəki 948,9 kv.m qeyri-yaşayış sahəsi (əmlak kompleksi kimi müəssisə) paylı mülkiyyət hüququ əsasında X3, İddiaçı və X2 məxsusdur, onların həmin əmlak üzərindəki paylı mülkiyyət hüquqları 2018-ci il 2 fevral tarixində daşınmaz əmlakın dövlət reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmışdır.

2. İddiaçı mülkiyyətində olan “süd emalı” sexinin binasında yenidənqurma işləri nin həyata keçirilməsinə və əlavə tikinti işlərinin aparılmasına razılıq verilməsi barədə Quba Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmiş, müvafiq torpaq ayırma sənədlərini və obyektin tikintisi üçün nəzərdə tutulmuş layihənin memarlıq-planlaşdırma bölməsini təqdim etmişdir. Vətəndaşın müraciətini və təqdim etdiyi sənədləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin tələblərinə müvafiq olaraq ona ünvan 1 ünvanda yerləşən və mülkiyyətində olan “süd emalı” sexinin binasında yenidənqurma işlərinin həyata keçirilməsinə və əlavə tikinti işlərinin aparılmasına razılıq verilmişdir (Quba Rayon İcra Hakimiyyəti başçısının 2018-ci il 27 mart tarixli 50 nömrəli sərəncamı).

3. İcarəyəverən İddiaçı və icarəçi Cavabdeh arasında bağlanan, Bakı şəhəri 11 saylı notariat ofisində tərtib və təsdiq edilmiş (reyestrdə 3M-1082 nömrə ilə qeyd olunub) 2021ci il 8 iyul tarixli icarə müqaviləsi (bundan sonra – “icarə müqaviləsi”) ilə icarəyə verən Quba Rayon İcra Hakimiyyəti başçısının 27 mart 2018-ci il tarixli 50 nömrəli sərəncamına əsasən ümumi sahəsi 6.000 kv.m olan “ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına (sahəsinə) dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış əldə etməklə ticarət və kommersiya obyekti təyinatı ilə istifadə edilməsi üçün icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə obyektini qəbul etməyi və müqavilə ilə müəyyən olunmuş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 2-ci bəndinə əsasən, müqavilə hər iki tərəfin onu i mzaladığı və möhürü olan tərəfin möhürlədiyi andan qüvvəyə minir və 15 il müddətinə bağlanır (bənd 2.1), müqavilənin müddəti icarə müddəti başa çatdıqda bitir. Müqavilənin qüvvədə olma müddətinin bitməsi Tərəfləri öz öhdəliklərini icra etmək vəzifəsindən azad etmir (bənd 2.2), tərəflərin hər ikisinin qarşılıqlı yazılı razılığına əsasən icarə müddəti dəyişdirilə bilər (bənd 2.3), icarə müddətinin başa çatmasına 1 ay qalmış tərəflərdən yazılı şəkildə müqavilənin xitam edilməsi ilə bağlı müraciət edilmədiyi təqdirdə, müqavilə müddəti eyni şərtlərlə artırılmış sayılır (bənd 2.4). - 3.1-ci bəndinə əsasən, müqavilə üzrə 1 aylıq icarə haqqı 50.000 manat təşkil edir. - 3.2-ci bəndinə əsasən, icarə haqqının hesablanması - ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən hesablanır. Lakin bu tarix İcarəyə verənin ticarət obyektində təmir işlərini bitirdiyi tarixdən başlayaraq 3 aydan artıq ola bilməz. - 3.3-cü bəndinə əsasən, icarəçi tərəf 5 aylıq icarə haqqını öncədən ödəməyi öz öhdəsinə götürür. - 3.6-cı bəndinə əsasən, icarə haqqı hər icarə ayı üçün növbəti ayın 10-dan gec olmayaraq icarəyə verən tərəfindən təqdim olunan ödəniş sənəd(lər)inə əsasən nağd və ya nağdsız hesablaşmalar qaydasında aparılır. - 4-cü bəndinə əsasən, icarəyə verən icarə predmetini təyinatına uyğun şəkildə və tam işlək və yararlı vəziyyətdə təhvil-təslim aktı əsasında icarəçiyə təqdim etməlidir (bənd 4.1), icarə predmetinin təhvil-təslimi hər iki tərəfin və ya onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiqlənən və müqavilənin ayrılmaz tərkib hissəsi olan təhviltəslim aktı əsasında həyata keçirilir. Təhvil-təslim aktında təhvil verilərkən icarə predmetinin vəziyyəti, icarə predmetinin tərkibinə daxil olan tikililərdəki avadanlıqların adları, sayı, vəziyyəti, təhvil-təslim aktının tərtib olunma tarixi və digər zəruri məlumatlar əks olunmalıdır (bənd 4.2), icarə obyektinin təhvil-təsliminin həyata keçirilməsi üçün tərəflərin hər birindən iki nəfər səlahiyyətli şəxs daxil olmaqla təhvil-təslim komissiyası yaradılır (bənd 4.3), təhvil-təslim aktı imzalandıqdan sonra, icarəçi icarə obyektində avadanlığın və mebelin quraşdırılmasına və təmir işlərinə başlaya bilər (bənd 4.4) və müqavilənin müddəti qurtardıqdan sonra və ya vaxtından əvvəl xitam verildikdə, icarə obyektinin icarəçidən icarəyə verənə geri təhvil verilməsi təbii aşınma nəzərə alınaraq eyni qaydada müvafiq akt imzalanmaqla həyata keçirilir (bənd 4.5). - 5-ci bəndinə əsasən, icarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq icarə predmetindən təyinatı üzrə istifadə etmək üçün öz mülahizəsi ilə icarə predmetini zəruri avadanlıqlarla və digər daşınar qurğularla təchiz edir (bənd 5.1) və icarəçi tərəfindən gətirilmiş və müvəqqəti quraşdırılmış əşyalar və avadanlıqlar, qiymətli əşyalar, elektrik cihazları və digər daşınar əşyalar “icarəçi”nin mülkiyyəti olmaqla (və ya qanuni istifadəsində olmaqla) icarə müddətinin bitdiyi tarixdə və ya müqaviləyə vaxtından əvvəl xitam veriləcək digər tarixdə icarəçi tərəfindən geri götürülür və ya tərəflərin qarşılıqlı razılığı əsasında mövcud bazar qiyməti ilə icarəyə verən tərəfindən alına bilər (bənd 5.2). - 6-cı bəndinə əsasən, icarəyə verən icarə obyektini icarəçiyə ma rketin təmir işləri bitdikdən sonra avadanlığın quraşdırılması üçün bu müqavilə ilə razılaşdırılmış vaxtda və vəziyyətdə təhvil verir (bənd 6.1), icarəyə verən müqavilə bağlandığı tarixdən ən geci 3 ay ərzində təmir işlərini bitirib icarəçiyə ticarət obyektini təhvil verməlidir (bənd 6.2), icarə obyektinin fəaliyyəti ilə bağlı tələb olunan avadanlıqlar (su, kanalizasiya, elektrik xətləri üçün sayğaclar - 3 faza olmaq şərti ilə) təmir işləri bitənə qədər icarəyə verən tərəfindən quraşdırılıb hazır vəziyyətdə olmalıdır (bənd 6.3), icarəyə verən icarə obyektini isitmə və soyutma sistemi ilə təmin edir (bənd 6.4), icarəçidən icarə obyektini təhvil verildiyi ilkin vəziyyətinə qaytarmaq tələb oluna bilməz (bənd 6.5) və icarəçi obyektinin bütöv və ya hər hansı bir hissəsi ilə bağlı təmir, yaxşıla şdırma və ya dəyişdirmə işlərini həyata keçirə bilər (bənd 6.6). - 7.1-ci bəndinə əsasən, icarə predmetini qüvvədə olan yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və sanitar-gigiyena qaydalarına, tikinti normalarına, elektrik gücünün təmin edilməsi və müqavilənin şərtlərinə uyğun olaraq təyinatı üzrə istifadə edilməyə yararlı vəziyyətdə tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında icarəçinin istifadəsinə vermək (bənd 7.1.1), müqavilə bağlandığı və icarə predmeti təhvil verildiyi zaman icarə predmetinin bütün çatışmazlıqları barədə icarəçini xəbərdar etmək (bənd 7.1.2), icarə predmetində onun təyinatına uyğun istifadəsinə tam və ya qismən mane olan çatışmazlıqlar aşkar edildikdə icarəçinin tələbi ilə aşağıdakı tədbirlərdən birini həyata keçirmək: (a) çatışmazlıqları əvəzsiz, ö z hesabına aradan qaldırmaq və ya (b) çatışmazlıqların aradan qaldırılması üzrə icarəçinin çəkdiyi xərcləri ödəmək (bənd 7.1.3), icarə müddətində icarə predmetindən tam sutka ərzində və maneəsiz istifadəyə real imkan yaratmaq, xüsusi zərurət olmadan icarə obyektinə daxil olmamaq və icarəçinin fəaliyyətinə mane olmamaq (bənd 7.1.4), müqaviləyə xitam verildiyi halda müqavilə ilə müəyyən edilmiş şərtlərlə köhnəlmə nəzərə alınmaqla, icarə predmetini qəbul etmək (bənd 7.1.6), icarəçinin icarə predmetində yerləşdirdiyi avadanlıqları və quraşdırdığı qurğuları müqavilə xitam olunduqdan sonra özü ilə aparmasına təminat vermək (bənd 7.1.8), icarə obyektinin təmiri və fəaliyyəti ilə bağlı qanunvericiliyə müvafiq olaraq dövlət orqanları tərəfindən tələb edilən müvafiq xüsusi icazə və razılaşdırmaları, icarə obyektinin təmiri ilə bağlı texniki şərtləri (su, qaz, elektrik xətləri (3 faza olmaq şərti ilə) üçün sayğacları) öz hesabına təmin etmək (bənd 7.1.9) və icarə obyektinin yanğına qarşı və digər icbari sığortalarını öz hesabına təmin etmək (bənd 7.1.12) - icarəyə verənin öhdəlikləridir. - 7.1.13-cü bəndinə əsasən, icarəyə verən icarə müddəti ərzində icarə obyektini icarəçinin yazılı razılığı olmadan sata və ya hər hansı digər formada özgəninkiləşdirə bilməz. - 7.1.14-cü bəndinə əsasən, icarəyə verən icarə obyektini icarəçiyə təhvil verərkən avadanlıqsız təhvil verdiyini təsdiq edir. - 7.2.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş icarə haqqının icarəçi tərəfindən vaxtında və tam ödənilməsini tələb etmək - icarəyə verənin hüququdur. - 8.1.1-ci bəndinə əsasən, icarə haqqını v axtında və tam ödəmək - icarəçinin öhdəliyidir. - 8.1.5-ci bəndinə əsasən, müqavilənin müddəti bitdikdə və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə icarəçi icarə obyektini icarəyə verənə normal köhnəlmə nəzərə alınmaqla təhvil verir. - 8.2-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində icarə predmetindən onun təyinatına uyğun olaraq fasiləsiz və maneəsiz istifadə etmək (bənd 8.2.1), fəaliyyət zərurəti ilə əlaqədar icarə predmetində əlavə qurğular və avadanlıqlar quraşdırmaq, icarə predmeti daxilində tikinti, abadlaşdırma və yenidən qurma işləri aparmaq (bənd 8.2.2) və quraşdırdığı bütün avadanlıq və qurğuları müqavilə ləğv olunarkən özü ilə aparmaq (bənd 8.2.3) - icarəçinin hüquqlarıdır. - 9.2-ci bəndinə əsasən, müqaviləyə xitam verildikdə icarəyə verən icarəçi tərəfind ən marketin fəaliyyəti üçün quraşdırdığı və söküb apara bilmədiyi avadanlığın köhnəlmə vəziyyətində həmin dövrün real bazar qiymətinə uyğun dəyərini icarəçiyə ödəyir (quraşdırılan və sökülüb apara bilinməyən avadanlığın siyahısı tərəflər arasında imzalanan aktla müəyyən ediləcək). - 10.1-ci bəndinə əsasən, müqavilənin müddəti qurtardıqda və ya ona vaxtından əvvəl xitam verildikdə tərəflər müqavilə üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsi və icarə obyektinin geri qaytarılması barədə qarşılıqlı akt imzalayırlar. - 10.2-ci bəndinə əsasən, icarəçi zəmanət verir ki, müqavilə bağlandığı tarixdən 5 il ərzində müqaviləyə birtərəfli xitam verməyəcək. İcarəçi qarşılıqlı razılaşma olmadan müqaviləyə birtərəfli qaydada xitam verərsə, 5 illik icarə müddətinin geri qalan ili (ayı) üçün icarə haq qını ödəməyə öhdəlik götürür. - 10.3-cü bəndinə əsasən, müqavilənin 3-cü bəndində müəyyən edilmiş icarə müddətinin başa çatmasından sonra (bənd 10.3.1), İcarəçinin müqavilə müddətindən 5 il keçdikdə icarəyə verənə 2 ay öncədən yazılı xəbərdarlıq verdiyi təqdirdə (bənd 10.3.2), icarəçi tərəfindən 3 aylıq icarə haqqı ödənilmədiyi halda (bənd 10.3.3) və yaxud, müqavilənin etibarsız olması haqqında müvafiq məhkəmə qərarı olduqda (bənd 10.3.4) müqaviləyə xitam verilir. - 10.4-cü bəndinə əsasən, tərəflər yalnız müqavilənin 10.3-cü bəndində göstərilən hallarda bu müqaviləyə birtərəfli qaydada xitam verə bilərlər. Digər hallarda, bu müqaviləyə birtərəfli xitam verilə bilməz. - 12.7-ci bəndinə əsasən, müqavilə imzalandıqdan sonra qüvvəyə minir və icarə müddəti başa çatanadək qüvvədə qalır.

4. İcarə müqaviləsi üzrə icarəçi Cavabdeh MMC tərəfindən icarəyə verən İddiaçı hesabına avans olaraq 250.000 manat pul köçürülmüşdür.

5. İcarə müqaviləsinə əsasən icarəçi Cavabdeh MMC tərəfindən müvafiq olaraq 2022-ci il 6 dekabr tarixində, 2023-cü il 11 yanvar tarixində və 2023-cü il tarixində icarəyə verən İddiaçı hesabına hər dəfə 50.000 manat olmaqla, ümumilikdə 150.000 manat pul köçürülmüşdür.

6. X4 Cavabdeh MMC-yə və İddiaçı qarşı 2022-ci il 22 sentyabr tarixində iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehlər arasında Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış 2021-ci il 8 iyul tarixli “ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilənin etibarsız hesab edilməsi, iddiaçının ½ hissədə paylı mülkiyyətində olan, **********83-12301 reyestr nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış daşınmaz əmlakının Cavabdeh MMC tərəfindən boşaldılması, oranın Cavabdeh MMC-nin qanunsuz sahibliyindən götürülməsi və həmin daşınmaz əmlaka mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüququnun bərpa olunması barədə” qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Quba Rayon Məhkəməsinin 2023-cü il 17 aprel tarixli e-2(027)-157/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2023-cü il 11 sentyabr tarixli 2(103)1403/2023 nömrəli qətnaməsi ilə həmin apellyasiya şikayəti təmin edilmiş, birinci in stansiya məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin olunmamışdır. Həmin qətnamədən X4 tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2024-cü il 6 fevral tarixli 2(102)-473/2024 nömrəli qərarı ilə təmin edilməmiş və apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bundan sonra – “İddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “MMC”) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində **********83-12301 reyestr nömrəsi ilə qeydə alınmış olan daşınmaz əmlakın - ünvan 4 ünvanında yerləşən torpaq s ahəsi və üzərindəki qeyri-yaşayış sahəsinin MMC-nin qanunsuz sahibliyindən götürülməsi, həmin daşınmaz əmlaka olan sahiblik və istifadə ilə bağlı iddiaçının mülkiyyət hüququnun bərpa olunması, həmçinin MMC-dən 400.000 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Həmin iddia onunla əsaslandırılmışdır ki, MMC aylıq icarə haqqını 2022-ci ilin mart ayından noyabr ayınadək (8 aylıq) ödəməmiş, nəticədə MMC-nin ona 400.000 manat icarə haqqı borcu yaranmışdır. Cavabdeh həmin borcunu ödəməkdən imtina etdiyinə görə borcu məhkəmə qaydasında tələb etməyə məcbur olmuşdur. Eyni zamanda, cavabdehin aylıq icarə haqlarını uzun müddət ödəməməsi ona aralarında bağlanmış icarə müqaviləsinin 10.3.3-cü bəndinə müvafiq olaraq həmin müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ və əsası vermişdir. Ona görə də o, cavabdehə aralarındakı icarə müqaviləsinə birtərəfli qaydada xitam verdiyini bəyan edərək icarə obyektinin geri qaytarılmasını (qanunsuz sahiblikdən götürülməsini) və həmin obyekt üzərində mülkiyyət hüququnun bərpa olunmasını məhkəmə qaydasında tələb etməyə başlamışdır. O, müqavilədə (6.2-ci bənd) nəzərdə tutulduğu kimi, müqavilə bağlandığı vaxtdan 3 ay ərzində, yəni 2021-ci ilin oktyabrında qeyri-yaşayış sahəsində təmir işlərini bitirib obyekti cavabdehin istifadəsinə vermiş, bundan sonra cavabdeh həmin obyektdə özünə aid işlərin görülməsinə, o cümlədən obyektdə fəaliyyət göstərəcək mağazanın avadanlıqlarının quraşdırılmasına və digər zəruri qurğularla təchizatına başlamışdır.

10. İddiaçı MMC cavabdeh İddiaçı qarşı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, İddiaçı müqavilə öhdəliklərini pozması nəticəsində dəymiş ümumilikdə 1.979.093,14 manat məbləğində maddi zərərin və çəkilmiş məhkəmə xərclərinin (dövlət rüsumu, mediasiya və hüquqi yardım xərci) əvəzinin tutulub MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. MMC-nin iddiası onunla əsaslandırılmışdır ki, müqavilənin bağlanmasından ötən müddət ərzində müqavilənin bir sıra şərtləri və müqaviləyə əsasən üzərinə düşən öhdəliklər icarəyə verən tərəfindən icra edilməmişdir. Nəticədə icarəçi həmin işləri məcburən özü yerinə yetirərək, isitmə-soyutma və təndir havalandırma sisteminin quraşdırılmasına 372.130,23 manat, yanğın söndürmə sistemi və siqnalizasiya işlərinin görülməsinə 139.291,51 manat olmaqla, cəmi 511.421,74 manat xərc çəkmişdir. Bundan əlavə, icarəçi i şıq generatoru icarəyə götürməyə məcbur olmuş, əlavə olaraq öz hesabına transformator, işıq generatoru və digər elektrik avadanlıqları almış, generatorun icarəsinə, servis (yağ dəyişmə), daşınma işlərinə və yanacaq sərfinə görə 243.272,40 manat xərc çəkmişdir. İcarəçi icarə obyektində su anbarının tikilməsi, su çəninin quraşdırılması və su xəttinin çəkilməsi üçün 50.350,30 manat xərc çəkmişdir. İcarə obyektinin qarşısında və ətrafında avtodayanacaqdan istifadəyə şərait yaratmaq öhdəliyi icra edilməmiş, buna görə İcarəçi dayanacağın yaradılmasına və asfaltlanmasına 13.438,70 manat xərc çəkmişdir. 2022-ci il 15 iyun tarixində mağazanın açılışı zamanı transformatorun olmaması səbəbindən işıq təchizatında yaranmış problemlər nəticəsində mağazada külli miqdarda ərzaq məhsulları xarab olmuş və nəticədə icarəçiyə 45.510 manat maddi zərər dəymişdir. İcarə obyektini müqavilə bağlandığı tarixdən ən geci 3 ay ərzində təmir işlərini bitirib təyinatına uyğun şəkildə, tam işlək və yararlı vəziyyətdə təhvil-təslim aktı əsasında təqdim etmək öhdəliyini icra etməmiş, nəticədə ticarət sahəsi gec fəaliyyətə başlamış, icarəçi biznes plana uyğun olaraq supermarketin fəaliyyəti nəticəsində orta aylıq xalis mənfəət kimi hər bir ay üçün əldə edə biləcəyi 71.510 manat məbləğdə gəlirdən məhrum olmuş və əldən çıxmış fayda 10 ay üçün 715.100 manat təşkil etmişdir. Həmçinin, icarəçi müqaviləyə əsasən nəzərdə tutulan fəaliyyət istiqaməti üzrə hazırlanan biznes planın icrası ilə əlaqədar "xxxx" ASC-dən illik 13,5 % dərəcəsi ilə, aylıq 40.000 manat faiz olmaqla 4.000.000 manat kredit ötürmüş və 10 ay üç ün 400.000 manat faiz ödəməli olmuşdur. Beləliklə, icarəyə verənin müqavilə öhdəliklərini pozması nəticəsində icarəçiyə ümumilikdə 1.979.093,14 manat məbləğində maddi zərər dəymişdir.

12. MMC həmçinin ona istinad etmişdir ki, müqavilənin icarəyə verən tərəfindən birtərəfli qaydada ləğvi üçün heç bir faktiki və hüquqi əsas olmamış, belə ləğv üçün əsas gətirdiyi hal isə əsassız olmaqla, həqiqəti əks etdirməmişdir. Çünki müqavilə ilə müəyyən edilmiş şərtlərə əsasən icarə haqqının ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən hesablanması razılaşdırılmış (bənd 3.2), icarə obyektində “Megastore” mağazasının açılışı isə 2022-ci il 15 iyun tarixində olmuş və 5 aylıq icarə haqqı (250.000 manat) icarəçi tərəfindən icarəyə verənə 2021-ci il 17 iyul tarixində köçürmə yolu ilə öncə dən ödənilmişdir (bənd 3.3). Belə olan halda həmin məbləğ 2022-ci il 15 iyun tarixindən 2022-ci 15 noyabr il tarixinədək olan 5 aylıq dövr üçün icarə haqqının ödənişi kimi nəzərə alınmalı olduğuna görə, icarəyə verənin müqaviləyə guya icarə borcunun olması bəhanəsi ilə birtərəfli xitam verməyə əsası yaranmamışdır. 2022-ci il 15 noyabr tarixindən 2022-ci il 15 dekabr tarixinədək, 2022-ci il 15 dekabr tarixindən 2023-cü il 15 yanvar tarixinədək və 2023-cü ildən 15 yanvar tarixindən 2023-cü il 15 fevral tarixinədək olan dövrlər üçün aylıq 50.000 icarə haqları isə icarəçi tərəfindən icarəyə verənin "xxxx" ASC-nin Sumqayıt şəhər filialında olan hesabına müvafiq olaraq 2022-ci il 6 dekabr, 2023cü 11 yanvar və 2023-ci il 7 fevral tarixlərdə köçürmə yolu ilə ödənilmişdir.

13. Sumqayıt Kommersiya M əhkəməsinin 2024-cü il 29 mart tarixli e-2-2(119)14/2024 nömrəli qərardadına əsasən MMC-nin İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi tələbinə dair” iş Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı MMC-yə qarşı “obyektin qanunsuz sahiblikdən götürülməsi, mülkiyyət hüququnun bərpa olunması və pul tələbinə dair” işə birləşdirilmiş və bundan sonra hər iki iddia tələbləri üzrə bir icraatda məhkəmə prosesi davam etdirilmişdir.

14. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 25 aprel tarixli e-2-2(119)6/2024 nömrəli qətnaməsi ilə iddia tələbləri təmin olunmamış, məhkəmə xərcləri müvafiq olaraq iddiaçıların özünə aid edilmişdir (hakim – Z.Sadiqov).

15. Birinci instansiya məhkəməsi tərəfindən icarəyəverən İddiaçı tərəfindən icarəçi Cavabdeh MMC-yə ünvanlanmış 2021-ci il 21 noyabr tarix li və 2022-ci il 19 aprel tarixli məktublar, icarəçi Cavabdeh MMC tərəfindən icarəyə verən İddiaçı ünvanlanmış 2022-ci il 18 aprel tarixli 030 nömrəli, 2022-ci il 25 aprel tarixli 033 nömrəli, 2022-ci il 29 aprel tarixli 015 nömrəli, 2022-ci il 15 iyul tarixli 045 nömrəli və 2022-ci il 8 avqust tarixli 050 nömrəli məktublar, eləcə də Cavabdeh MMC-nin “vurulmuş zərərin ödənilməsi barədə” iddia tələbi üzrə məhkəməyə təqdim olunmuş sifarişçi Cavabdeh MMC ilə icraçı "xxxx" MMC arasında bağlanmış 2022-ci il 23 fevral tarixli xx/xx/2022 nömrəli müqavilə, ödəniş tapşırıqları, təhvil-təslim aktları, arayışlar və elektron qaimələr, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 2022-ci il 31 yanvar tarixli 03/2022 nömrəli müqavilə, elektron qaimələr və ödəniş tapşırıqları, satıcı "xx xx" MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 2022-ci il 11 aprel tarixli 001/22 nömrəli Müqavilə, hesab-faktura, elektron qaimələr və ödəniş tapşırıqları, "xxxx" MMC tərəfindən tərtib olunmuş 2022-ci il 5 dekabr tarixli UNİ/D03-697/22 nömrəli “tikinti-quraşdırma işlərinin və daşınar əmlakın dəyərinin müəyyən edilməsi barədə” hesabat və 2022-ci il 21 dekabr tarixli UNİ/D 38-732/22 nömrəli “orta aylıq xalis mənfəətin müəyyən edilməsi barədə” mütəxəssis rəyi, Cavabdeh MMC tərəfindən tərtib olunmuş 2022-ci il 9 iyul tarixli aktlar və digər sənədlər də iş üzrə aparılan məhkəmə araşdırması zamanı proses iştirakçılarının iştirakı ilə tədqiq olunmuşdur.

16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, icarəyə verən İddiaçı ilə icarəçi MMC arasında bağlanmış icarə müqaviləsi Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2023-cü il 11 sentyabr tarixli 2(103)-1403/2023 nömrəli qətnaməsi ilə etibarsız hesab olunmamışdır. İcarə müqaviləsi tərəflər arasında 15 il müddətinə bağlanaraq, aylıq icarə haqqı 50.000 manat məbləğində müəyyən edilmiş və icarə haqqının hesablanmasının əvvəli icarəyə verilmiş qeyri-yaşayış sahəsində fəaliyyət göstərəcək ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən başlanması tərəflər arasında razılaşdırılmışdır (müqavilənin 3.2-ci bəndi). Məlum icarə müqaviləsində nəzərdə tutulan “Megastore” mağazasının açılışı 2022-ci il 15 iyun tarixində baş tutmuş və həmin tarixdən də icarəçiyə məxsus həmin mağaza qeyd olunan icarə obyektində hazıradək fəaliyyətini davam etdirir. Həmin icarə müqaviləsi üzrə 2021-ci il 17 iyul tarixli ödəniş tapşırığı ilə icarəçi MMC tərəfindən 2021-ci il 17 iyul tarixində (müqavilə bağlandıqdan 9 gün sonra) icarəyə verən İddiaçı hesabına avans olaraq 250.000 manat pul köçürülmüşdür. Bu ödənişdən sonra 2022-ci ilin dekabr ayından etibarən icarəçi MMC tərəfindən icarəyə verən İddiaçı hesabına icarə haqqı kimi hər ay üçün 50.000 manat pul ödənişlərinin ödənilməsi davam etdirilmişdir. Məlum müqavilə üzrə icarəçi MMC tərəfindən icarə obyekti faktiki olaraq təhvil alınıb, 15 iyun 2022-ci il tarixindən etibarən həmin obyektdə “Megastore” mağazası fəaliyyətə başlayaraq, hazıradək də fəaliyyət göstərməsinə baxmayaraq, müqavilə tərəfləri arasında bu obyektin təhvil-təslimi ilə əlaqədar hər hansı bir akt və s. imzalanmamışdır.

17. Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı İddiaçı iddia tələbinin əsaslılığı məhk əmə araşdırması zamanı təsdiq olunmamışdır. Belə ki, icarə müqaviləsinin tələblərinə görə, aylıq 50.000 manat (müqavilənin 3.1-ci bəndi) məbləğində müəyyən edilmiş icarə haqqının hesablanmasının əvvəli - ticarət obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən başlanır (müqavilənin 3.2-ci bəndi) və icarəçi tərəf 5 aylıq icarə haqqını öncədən ödəməyi öz öhdəsinə götürür (müqavilənin 3.3-cü bəndi). Bu halda məlum icarə obyektində “Megastore” mağazasının açılışı 2022-ci il 15 iyun tarixində baş tutduğundan, icarəçi tərəfindən icarəyə verənə 2021-ci il 17 iyul tarixində köçürmə yolu ilə öncədən ödənilmiş və müvafiq ödəmə sənədi olan “ödəniş tapşırığında” icarə müqaviləsi üzrə “avans” olaraq ödənildiyi qeyd olunan 250.000 manat pulun aylar üzrə hesablanan icarə haqqına silinmələrin əvv əli 2022-ci il 15 iyun tarixindən başlanmalı və həmin 250.000 manat məbləğində ödəniş 2022-ci il 15 iyun tarixindən 2022-ci il 15 noyabr tarixinədək olan dövrü əhatə edən 5 aylıq dövr üçün icarə haqqının ödənişi kimi nəzərə alınmalıdır. Qeyd olunan 250.000 manat pul 2022-ci il 15 noyabr tarixinədək mövcud aylar üzrə hesablanan aylıq icarə haqları üzrə silindikdən sonra icarəçi MMC tərəfindən icarəyə verən İddiaçı bank hesabına müvafiq qaydada müqavilədə nəzərdə tutulan aylıq icarə haqları üzrə ödənişlər mütəmadi olaraq edilmiş və iş üzrə məhkəmə araşdırması zamanı icarəçinin müqavilə üzrə hər hansı bir icarə haqqı borcunun olmadığı müəyyən olunmuşdur. Ona görə də, icarəyə verən İddiaçı icarə müqaviləsinin 10.3.3-cü bəndinə, yəni “icarəçi tərəfindən 3 aylıq icarə haqqının ödənilməməsi” şərt inə istinad etməklə, müqaviləyə birtərəfli qaydada xitam vermək şəraiti və halı mövcud olmamışdır. Eyni zamanda, icarəçi icarə obyektindən istifadəni dayandırmadan və hər hansı bir hərəkəti ilə müqavilənin xitamına razılığını bildirmədən, müvafiq aylar üzrə müqavilədə nəzərdə tutulan icarə haqlarının mütəmadi olaraq ödənişlərini davam etmişdir.

18. MMC-nin iddia tələbinin əsaslılığının müəyyən edilməsi ilə əlaqədar isə məhkəmə qeyd etmişdir ki, icarə müqaviləsində nəzərdə tutulan icarə obyekti hər hansı təhvil-təslim aktı tərtib olunmadan icarəçi MMC tərəfindən faktiki olaraq istifadə üçün təhvil alınmış və həmin icarə sahəsində icarəçi tərəfindən 2022-ci il 15 iyun tarixində “Megastore” mağazasının açılışı edilərək, hazıradək də həmin sahədə fəaliyyətini davam etdirir və müvafiq qaydada nəzərdə tutulan icarə haqqını ödəyir (icarəçi icarəyə verənin məlum müqavilənin “birtərəfli qaydada xitam olunması” mövqeyi ilə razılaşmır). İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edənədək (həmin iddia ərizəsi məhkəməyə 2022-ci il 24 oktyabr tarixində təqdim olunmuş və həmin tarixədək də həmin iddiaçı tərəfindən mediasiya prosesi təşkil olunaraq, mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mərhələsi olmuşdur) icarəçi MMC tərəfindən onun iddia tələbində qeyd olunan “icarə obyektinin lazımi qaydada təhvil verilməsi” üzrə İcarəyəverənin öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar müvafiq hərəkətlər etməmiş və əksinə, icarə obyektini faktiki olaraq təhvil alıb, mağaza açaraq istifadə etməyə başlamışdır. Halbuki, icarə müqaviləsinin tələblərinə görə, bu “təhvil alma” müva fiq qaydada təhvil-təslim aktı imzalanmaqla baş tutmalı idi. Bundan əlavə, həmin icarə müqaviləsinin 5-ci bəndinə əsasən, icarəçi öz fəaliyyəti ilə əlaqədar olaraq icarə predmetindən təyinatı üzrə istifadə etmək üçün öz mülahizəsi ilə icarə predmetini zəruri avadanlıqlarla və digər daşınar qurğularla təchiz edir (bənd 5.1) və icarəçi tərəfindən gətirilmiş və müvəqqəti quraşdırılmış əşyalar və avadanlıqlar, qiymətli əşyalar, elektrik cihazları və digər daşınar əşyalar icarəçinin mülkiyyəti olmaqla (və ya qanuni istifadəsində olmaqla) icarə müddətinin bitdiyi tarixdə və ya müqaviləyə vaxtından əvvəl xitam veriləcək digər tarixdə icarəçi tərəfindən geri götürülə və ya tərəflərin qarşılıqlı razılığı əsasında mövcud bazar qiyməti ilə icarəyə verən tərəfindən alına bilər (bənd 5.2).

19. Beləlikl ə, hər iki iddianın əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İcarə müqaviləsinin müvafiq şərtlərinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) tələblərinə görə icarəçi icarə müqaviləsinə xitam olunmaqla, icarə obyektini təhvil verdiyi hallarda, onun icarə sahəsi üçün çəkdiyi xərclərin ödənilməsi və quraşdırılan avadanlıqların və əşyaların qaytarılması məsələsi həll oluna bilər. Halbuki, işin hallarından da müəyyən olunanlara görə, icarə müqaviləsinə xitam verilməmiş və müqavilə məhkəmə qətnaməsi ilə etibarsız hesab edilməmişdir. Əksinə, icarəçi həmin müqavilə əsasında icarəyə götürdüyü icarə obyektindən istifadə edir və o, müqavilə şərtlərinə əsaslanaraq icarə obyektini icarəyəverənə qaytarmaqdan imtina edir. Eləcə də məhkəmə araşdırması z amanı “mağazanın açılışı zamanı transformatorun olmaması səbəbindən işıq təchizatında yaranmış problemlər nəticəsində mağazada külli miqdarda ərzaq məhsullarının xarab olması nəticəsində iddia olunan 45.510 manat məbləğində maddi zərərin dəyməsi” və “icarəçinin biznes plana uyğun olaraq supermarketin fəaliyyəti üzrə 10 ay üçün əldən çıxmış fayda olaraq iddia olunan 715.100 manat gəlirdən məhrum olması” və bu xərclərə görə İcarəyəverənin öhdəlik və hər hansı bir məsuliyyət daşıması, həmçinin icarəçinin “öz biznes planı əsasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar bankdan aldığı kreditə görə” icarəyə verənin hər hansı bir öhdəlik daşıması sübut olunmamışdır.

20. Məhkəmə gəldiyi nəticəni MM-in 152.1, 152.5, 157.8, 158.1.2, 158.2, 158.4, 358.2, 360.2, 423.1, 423.2, 425.1, 425.2, 675 və 700.1-c i maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv, yəni onun iddia tələbinin rədd olunmuş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmasını xahiş etmişdir.

22. MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən, yəni MMCnin iddia tələbinin rədd olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(105)-80/2024 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, MMC-nin apellya siya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi MMC-nin iddia tələbinin rədd olunmuş hissəsində qismən ləğv edilməklə, həmin hissə üzrə yeni qətnamə qəbul olunaraq, MMC-nin İddiaçı qarşı iddiası qismən - 818.483,14 manat məbləğində təmin olunmuş, həmin məbləğdə pulun İddiaçı alınıb MMC-yə ödənilməsi qət edilmiş, MMC tərəfindən ödənilmiş 890 manat məbləğində dövlət rüsumunun 368,0 manat məbləğinin İddiaçı tutularaq MMC-yə qaytarılması qət edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – M.Hüseynov, hakimlər – A.Süleymanova və Z.Məmmədov).

24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamənin İddiaçı tərəfindən mübahisələndirilən hissəsində düzgün nəticəyə gəlmiş v ə İddiaçı apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas verməmişdir.

25. Belə ki, müqavilədə icarə predmetinin (obyektin) təhvil-təslim aktı əsasında icarəçiyə təqdim olunması icarəyə verənin vəzifəsi kimi nəzərdə tutulmuş, lakin icarəyə verən İddiaçı həmin öhdəliyini yerinə yetirməmişdir. Bu halda icarə predmetinin Müqavilə şərtlərinə uyğun vəziyyətdə icarəçiyə təhvil verilməsini sübut etmək vəzifəsi icarəyə verənin üzərinə düşür, sübut vasitəsi isə təhvil-təslim aktı ola bilər və təhvil-təslim aktının olmaması (tərtib olunmaması) nəticələrinin riskini də icarəyə verən daşıyır. Ona görə də, icarəyə verən İddiaçı tərəfindən əksi sübut edilə bilinmədiyinə görə icarəçi MMC-nin icarə predmetini (obyektini) çatışmazlıqlarla qəbul etdiyi və həmin çatışmazlıqları öz hesabına aradan qaldırdığı, yəni birləşdirilmiş iş üzrə iddiasında əvəzinin ödənilməsini tələb etdiyi işləri həqiqətən də icarəyə verənin əvəzinə icra etdiyi sübut olunmuş hesab edilməlidir. Əslində İddiaçı özü də MMC tərəfindən icarə obyektində xeyli işlər gördüyünü və bu işlərin görülməsinə çəkilən xərcin təxminən 400-500 min manat həcmində olmasının mümkünlüyünü qəbul edir, lakin eyni zamanda iddia edir ki, həmin işlərin görülməsi ona deyil, icarəçiyə aid olmuşdur. Halbuki, icarə müqaviləsinin şərtlərinə görə mübahisələndirilən işlər məhz icarəyə verən tərəfindən görülməli və həm də icarə predmeti icarəçiyə təhvil verilənədək həmin işlər görülmüş olmalı idi.

26. İddiaçı icarə müqaviləsi üzrə öz öhdəliklərini lazımınca yerinə yetirməməsi səbəbindən icarə obyektinin nə zdindəki mağazanın fəaliyyət üçün hazır vəziyyətə gətirilməsi gecikmiş və həmin mağazanın açılışı (satışa başlaması) yalnız 2022-ci il 15 iyun tarixində baş tutmuşdur. Cavabdeh haqlı olaraq, icarə müqaviləsinin 3.2-ci bəndində nəzərdə tutulduğu kimi, icarə haqqının hesablanmasına 2022-ci il 15 iyun tarixindən başlamış və belə olduğu halda onun iddiaçıya icarə haqqı borcu yaranmamışdır. Çünki, əvvəlcədən ödənilmiş 250.000 manat pul vəsaiti 2022-ci il 15 iyun tarixindən 2022-ci il 15 noyabr tarixinədək olan dövr üzrə icarə haqqına silindikdən sonra, icarəçi MMC 2022-ci il 15 noyabr tarixindən etibarən müqavilədə nəzərdə tutulan qaydada aylıq 50.000 manat məbləğində müəyyən olunmuş icarə haqlarını ödəməyi davam etdirmiş və hal-hazıra icarə haqqı borcu qalmamışdır. Deməli, İddiaçı icarə müqavi ləsinin 10.3.3-cü bəndinə (müqaviləyə birtərəfli qaydada xitam verilməsi əsaslarından biri - icarə haqqının 3 ay və daha artıq müddətdə ödənilməməsi) əsaslanaraq MMC ilə bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verməkdə haqlı və buna əsası olmamışdır. Kollegiya İddiaçı MMC-yə qarşı digər tələblərinin isə məhz icarə haqlarının uzun müddət ödənilməməsi və buna görə onun birtərəfli iradə ifadəsinə əsasən aralarındakı icarə müqaviləsinin ləğv olunması iddiasından irəli gəldiyi üçün, həmin tələblərin də əsassız hesab etmişdir.

27. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin MMC-nin İddiaçı qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiasının əsaslılığının müəyyən edilməməsi barədə gəldiyi nəticə ilə razılaşmamış və həmin iddianı bir hissədə əsaslı hesab etmiş dir. Belə ki, MMC icarə obyektində təşkili nəzərdə tutulmuş “Megastore” mağazasının açılışını və fəaliyyətini həyata keçirmək məqsədilə buna qədər icarəyə verən tərəfindən yerinə yetirilməsi təmin edilməli olan (icarə müqaviləsinin şərtlərinə əsasən) bir sıra işləri özü icra etməli olmuşdur. O cümlədən MMC tərəfindən icarə obyektində isitmə- soyutma və təndir havalandırma sisteminin, yanğın söndürmə və siqnalizasiya sistemlərinin quraşdırılması, transformator, işıq generatoru və digər elektrik avadanlıqlarının alınması, quraşdırılması və servisi, su anbarının tikilməsi, su çəninin quraşdırılması və su xəttinin çəkilməsi, dayanacağın yaradılması və asfaltlanması işləri görülmüşdür.

28. Halbuki, icarə müqaviləsinin şərtlərinə əsasən, icarə obyektini isitmə və soyutma sistemi ilə təmin etmə k (bənd 6.4), yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və sanitargigiyena qaydalarına uyğun olaraq istifadəyə vermək (bənd 7.1.1), obyektin yanğına qarşı və digər icbari sığortalarını öz hesabına təmin etmək (bənd 7.1.12) – İcarəyə verənin öhdəliklərinə aid olduğu halda icarə obyekti həmin işlər yerinə yetirilmədən İcarəçiyə verilmiş və icarəçi həmin işləri məcburən özü yerinə yetirərək, isitmə-soyutma və təndir havalandırma sisteminin quraşdırılmasına 372.130,23 manat, yanğın söndürmə və siqnalizasiya sistemlərinin quraşdırılmasına 139.291,51 manat olmaqla, cəmi 511.421,74 manat xərc çəkmişdir. Bundan əlavə, icarə obyektində təmir işləri bitənədək elektrik xətləri üçün sayğacları quraşdırıb hazır vəziyyətə gətirmək (bənd 6.3), elektrik gücünü təmin etmək (bənd 7.1.1), bununla bağlı te xniki şərtləri öz hesabına almaq (bənd 7.1.9) – bunlar da icarəyə verənin öhdəlikləri olduğu halda icarə obyekti həmin işlər yerinə yetirilmədən icarəçiyə verilmiş və icarəçi işıq generatoru icarəyə götürməyə məcbur olmuş, əlavə olaraq öz hesabına transformator, işıq generatoru və digər elektrik avadanlıqları almış, generatorun icarəsinə, servis (yağ dəyişmə), daşınma işlərinə və yanacaq sərfinə görə 243.272,40 manat xərc çəkmişdir. Həmçinin, icarəyə verən icarə obyektinin su təchizatını təmin etmədiyindən İcarəçi obyekti su ilə fasiləsiz təchiz etmək məqsədilə su anbarının tikilməsi, su çəninin quraşdırılması və su xəttinin çəkilməsi işlərini həyata keçirmiş və həmin işlər üçün 50.350,30 manat xərc çəkmişdir. Bundan əlavə, icarəyə verən tərəfindən icarə obyektinin qarşısında və ətrafında avtodayanacaqdan istifadəyə şərait yaratmaq öhdəliyi (bənd 7.1.7) icra edilməmiş, buna görə icarəçi dayanacağın yaradılmasına və asfaltlanmasına 13.438,70 manat xərc çəkmişdir.

29. Beləliklə, MMC icarəyə götürdüyü obyektdə icrası icarəyə verənin öhdəliklərinə aid olan, lakin obyekt ona verilənədək icrası təmin olunmamış, eyni zamanda icarə obyektinin təyinatı üzrə istifadəsi üçün icrası zəruri olan işlərin görülməsinə ümumilikdə 818.483,14 manat məbləğində vəsait sərf etmişdir. İcarəçi MMC tərəfindən onun sifarişi əsasında qeyd olunan işlərin icra edilməsini və çəkilmiş xərcləri təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunaraq iş materiallarına əlavə edilmişdir.

30. İddiaçı özü (nümayəndəsi) də MMC tərəfindən icarə obyektində sadalanan işlərin gördüyünü inkar etməmiş, lakin eyni zama nda həmin işlərin görülməsi ona deyil, icarəçiyə (MMC-yə) aid olduğunu iddia etmişdir. İddiaçı vəkili-nümayəndəsi apellyasiya baxışı zamanı izahatında həmçinin bildirmişdir ki, icarə müqaviləsinin layihəsini MMC-nin təmsilçiləri hazırlamış və müqavilə şərtlərini icarəçinin mənafeyinə uyğun, icarəyə verənin isə ziyanına tərtib etmişlər. Həmin müqavilənin müddəaları qanunvericiliyin tələblərinə uyğun olmamış, müqavilə standart şərtlər üzrə hazırlanmamışdır. İcarəyə verən İddiaçı qarşı tərəfin səmimiyyətinə inanıb müqavilənin incəliklərinə əhəmiyyət vermədən onu imzalamışdır. Odur ki, müqavilənin bir sıra (qeyri-standart) şərtləri etibarsız sayılmalıdır.

31. Bununla əlaqədar məhkəmə kollegiyası hesab etmişdir ki, bağlanmış icarə müqaviləsinin müddəalarının qanunvericiliyin tələblərinə uyğun o lmaması barədə cavabdehin nümayəndəsinin mülahizələri əsassız olmuşdur. Digər tərəfdən, cavabdeh həmin müqavilənin hər hansı şərtlərinin etibarsızlığını vaxtında və lazımi qaydada mübahisələndirməmişdir. Bundan əlavə, MM-in 417.3-cü maddəsinə görə, tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Ona görə də birləşdirilmiş iş üzrə iddiaçı MMC icarə müqaviləsinin şərtlərindən çıxış edərək tələblər irəli sürməkdə haqlı olmuşdur.

32. İcarə müqaviləsinin şərtlərinə görə, mübahisələndirilən işlər məhz icarəyə verən tərəfindən görülməli və həm də icarə predmeti icarəçiyə təhvil verilənədək həmin işlər görülmüş olmalı idi. Lakin MMC icarəyə götürdüyü obyektdə icrası icarəyə verənin öhdəliklərinə aid olan, obyekt ona verilənədək icrası təmin olunmamış, eyni zamanda icarə obyektinin təyinatı üzrə istifadəsi üçün icrası zəruri olmuş işləri öz hesabına görərək obyekti istifadə təyinatı üçün uyğun vəziyyətə gətirmiş və buna ümumilikdə 818.483,14 manat məbləğində xərc çəkmişdir.

33. MMC-nin 2022-ci il 15 iyun tarixində mağazanın açılışı zamanı transformatorun olmaması səbəbindən işıq təchizatında yaranmış problemlərlə əlaqədar ərzaq məhsullarının xarab olması nəticəsində iddiaçıya 45.510 manat məbləğində maddi ziyanın dəyməsi ilə bağlı tələb üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, bu tələb əsaslı sayıla bilməz. Belə ki, iddiaçının dəlillərinə əsasən, icarə obyektində təmir işləri bitənədək elektrik xətləri üçün sayğacları quraşdırıb hazır vəziyyətə gətirmək, elektrik gücünü təmin etmək, bununla bağlı texniki şərtləri öz hesabına almaq ki mi öhdəliklər icarəyə verən tərəfindən yerinə yetirilmədiyindən o, mağazanın açılışı ərəfəsində işıq generatoru icarəyə götürməyə məcbur olmuş, əlavə olaraq öz hesabına transformator, işıq generatoru və digər elektrik avadanlıqları almış, generatorun icarəsinə, servis (yağ dəyişmə), daşınma işlərinə və yanacaq sərfinə görə 243.272,40 manat xərc çəkmişdir. Belə olduğu halda əgər mağazanın açılışı zamanı işıq təchizatında problemlər yaranmış və nəticədə ərzaq məhsulları xarab olmuşsa, buna görə artıq icarəyə verən deyil, iddiaçının sifarişi əsasında işıq təchizatı işlərini keyfiyyətsiz icra etmiş şəxs (müəssisə) məsuliyyət daşıyır.

34. Əldən çıxmış fayda qismində 715.100 manat məbləğdə pul tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla, cavabdehin müqavilə öhdəliklərini tam ye rinə yetirməməsi ilə iddiaçının iddia etdiyi gəlirlərdən məhrum olması arasında səbəbli əlaqənin mövcudluğu sübut olunmamışdır. Digər tərəfdən, həmin gəlirlərin əldə edilməsi imkanı ehtimala və nəzəri hesablamalara əsaslanır, ona görə də real zərər kimi qəbul oluna bilməz. 35. "xxxx" ASC-yə ödənilmiş 400.000 manat faiz pulunun cavabdehdən vurulmuş ziyanın əvəzi hesabına tələb olunması ilə əlaqədar məhkəmə kollegiyası hesab etmişdir ki, bu tələb də əsaslı deyildir. Çünki iddiaçı icarə obyektində işlər gördürdüyü dövrdə əsas vəsaitlərin və avadanlıqların alınması üçün "xxxx" ASC-dən hissə-hissə kreditlər götürmüş, həmin kreditlər təyinatı üzrə istifadə olunmuş, o cümlədən kredit vəsaitləri hesabına icarə obyektində 818.483,14 manat həcmində işlər görülmüşdür. Əgər iddiaçı götürdüyü kredit və saitlərindən cavabdehin təqsiri (maneçilik törətməsi və s.) üzündən istifadə edə bilməyərək faizlər ödəmiş olsaydı, bunu zərər kimi qəbul etmək olardı. Lakin göründüyü kimi, götürülmüş kredit vəsaitlərindən vaxtında, təyinatı üzrə və səmərəli istifadə olunmuşdur. Belə halda təbii olaraq ödənilən kredit faizlərinin vurulmuş zərər kimi qiymətləndirilməsi qəbul olunmazdır.

36. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 157.8, 158.1.2, 158.2, 158.4, 386.1, 417.3, 425, 442, 675, 676.0.1, 677.1.1-677.1.3 və 700.1-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

37. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv olunaraq, MMCnin iddia tələbinin tam rədd olunmasını, İddiaçı iddia tələbinin təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya məhkə məsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

38. MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən, yəni MMCnin iddia tələbinin rədd olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçı kassasiya şikayətinin dəlilləri

39. MM-in 420 və 425-ci maddələri üzrə - müqavilədə icarəçi üçün icarə obyektinin təhvil verilməsi tarixindən obyektin nəzdindəki mağazanın satışa başladığı tarixə qədər olan müddətin 3 ayı keçməməli olması müəyyən olunmuşdur. Burada məhkəmə belə qənaətə gəlmişdir ki, bu müəyyən olunan müddət daxilində təmir işlərinin tamamlanmaması, yəni müddətin aşılması icarəyə verənin təqsiri üzündən baş vermişdir. Halbuki, İddiaçı cavabdehə göndərdiyi xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilir ki, icarəçiyə təmir üçün verilmiş 3 aylıq müddət bitmiş və bu səbəbdən də icarədarın ödədiyi 250000 manat məbləğində icarə haqqından noyabr ayından başlayaraq aylıq icarə haqqı çıxmağa başlayacaqdır. Cavabdeh isə qeyd edilən məktuba yalnız uzun müddət keçəndən sonra, yəni 2022-ci ilin aprel ayında cavab verərkən icarəçiyə təmir üçün verilmiş 3 aylıq müddətin icarəyə verənin öz təqsiri üzündən aşıldığı barədə heç bir məlumat verməmiş, icarəyə verən tərəfindən avans şəklində olan ilkin ödənişin tutulmağa başlanması xəbərdarlığına hər hansı bir pretenziya və ya etiraz irəli sürməmişdir. Vəziyyətin belə olduğu təqdirdə, məhkəmə tərəfindən belə qənaətə gələrkən, icarəçinin nəyə görə 3 aylıq müddətin aşılmasının səbəbləri barəsində icarəyə verənə məlumat bildirmədiyi və aylıq ödənişlərin çıxılmağa başlaması xəbərdarlığına qarşılıq nəyə görə etiraz irəli sürülməməsi hallarına münasibət bildirilməmiş, bu hallar hərtərəfli, tam araşdırılmamışdır. Məhkəmənin tərəflər arasındakı icarə müqaviləsinin 6.4-cü maddəsinə birbaşa istinad etməsinə baxmayaraq, onun ardınca icarəyə verənin təndir havalandırma sisteminin quraşdırılması öhdəliyinin olduğu nəticəsinə necə gəlməsi anlaşılan deyil. Belə ki, müqavilə bəndində təndir havalandırma sistemi ifadəsi ümumiyyətlə mövcud deyildir. Bu da bir daha onu sübut edir ki, məhkəmə müqavilə mətnlərini araşdırarkən çox səthi yanaşmış, detallara fikir verməmişdir. Məhkəmə həmçinin cavabdehə dəymiş zərərləri araşdırarkən, müddəaların dəfələrlə, yalnız hərfi təfsirini etmiş, mahiyyətinə və normaların ümumi tələblərinə və işgüzar adətlərə önəm verməmişdir. Belə ki, məhkəmə müqavilənin “yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və sanitar-gigiyena qaydalarına uyğun olaraq istifadəyə vermək (bənd 7.1.1), obyektin yanğına qarşı və digər icbari sığortalarını öz hesabına təmin etmək (bənd 7.1.12)” müddəalarına istinad edərək, cavabdehə yanğın söndürmə və siqnalizasiya sistemlərinin quraşdırılmasına görə 139291,51 manat məbləğində ziyan dəydiyi barədə iddianı təmin etmişdir. Halbuki, yanğın söndürmə və siqnalizasiya sistemlərinin quraşdırılması ilə bağlı işlər marketin dizaynına uyğun həyata keçirməli işlərə aiddir. İcarəyə verənin marketin dizaynının müəyyən edib ona uyğun elektrik işlərini görmək kimi öhdəliyi olmamışdır. Məhkəmə müqavilənin “icarə obyektində təmir işləri bitənədək elektrik xə tləri üçün sayğacları quraşdırıb hazır vəziyyətə gətirmək (bənd 6.3), elektrik gücünü təmin etmək (bənd 7.1.1), bununla bağlı texniki şərtləri (su, qaz, elektrik xətləri(3 faza olmaq şərti ilə) üçün sayğacları) öz hesabına almaq (bənd 7.1.9)” bəndlərinə istinad edərək, cavabdehə işıq generatoru icarəyə götürməyə məcbur olduğuna, əlavə olaraq öz hesabına transformator, işıq generatoru və digər elektrik avadanlıqları aldığına, generatorun icarəsinə, servis (yağ dəyişmə), daşınma işlərinə və yanacaq sərfinə görə 243272,40 manat məbləğində ziyan dəydiyi barədə iddianı təmin etmişdir. Halbuki, müqavilə şərtlərinin təhlilindən anlaşılır ki, burada söhbət ümumiyyətlə sayğacların quraşdırılıb hazır vəziyyətə gətirilməsindən gedir. Buna baxmayaraq, məhkəmə bir daha icarəyə verəni olmayan öhdəliklər ə görə təqsirli hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, “icarəyə verən icarə obyektinin su təchizatını təmin etmədiyindən İcarəçi obyekti su ilə fasiləsiz təchiz etmək məqsədilə su anbarının tikilməsi, su çəninin quraşdırılması və su xəttinin çəkilməsi işlərini həyata keçirmiş və həmin işlər üçün 50350,30 manat xərc çəkmişdir”. Lakin, məhkəmə bu iddianı təmin edərkən heç bir müddəaya, normaya istinad etməmiş, mövqeyini əsaslandırmamışdır. Belə ki, icarəyə verənin su anbarının tikilməsi, su çəninin quraşdırılması və su xəttinin çəkilməsi öhdəliyinin olması ilə bağlı heç bir sübut və mənbə yoxdur. Məhkəmə müqavilənin “icarəyə verən tərəfindən icarə obyektinin qarşısında və ətrafında avtodayanacaqdan istifadəyə şərait yaratmaq öhdəliyi (bənd 7.1.7)” müddəasına istinad edərək, bu öhdəliyin i cra edilməmiş, buna görə icarəçinin dayanacağın yaradılmasına və asfaltlanmasına 13438,70 manat xərc çəkməsi əsası ilə iddianı təmin etmişdir. Halbuki, müddəaların məntiqi və məcmu halda təfsirindən də aydın şəkildə bəlli olur ki, müqavilədə “avtodayanacağın tam istifadəsinə şərait yaratmaq və bu mövzuda yarana biləcək hər hansı problemin aradan qaldırılması” ifadəsi icarəyə verən baxımından marketə gələn müştərilərin avtomobillərinin parklanamasına inzibati maneələri aradan qaldırmaq və bununla bağlı müvafiq inzibati icazənin alınması öhdəliyini bildirmək üçündür. Məhkəmə burada da, müddəaları düzgün təfsir etməmiş, sadəcə olaraq hərfi təfsir edərək, hər bir müddəanı ayrı-ayrılıqda, kontekstdən təcrid olunmuş şəkildə təfsir etdiyi üçün belə nəticələrə gəlmişdir. Beləliklə, bütün bu qeyd olunan əsassız və yanlış təfsirlərə görə, icarəyə verən tərəfindən icarəçiyə 818483,14 manat məbləğində dəymiş zərərin ödənilməsi tələbi təmin olunmuşdur.

40. MPM-in 77.1, 88 və 106.3-cü maddələri üzrə - apellyasiya məhkəməsinin qətnaməsində işin halı kimi çıxış edən, iddiaçının obyekti 2021-ci ilin iyul ayında cavabdehə təhvil verməsi faktı, məhkəmə əsaslandırmasında tamamilə zidd şəkildə müəyyən edilmişdir. Qətnamənin hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi hissəsində məhkəmənin öz mövqeyini əsaslandırarkən işin vacib faktiki halları ilə bağlı buraxdığı bu kobud səhvə və səhlənkarlığa əsaslanaraq işi təfsir etməsi birbaşa olaraq, məhkəmənin təfsirinin qüsurlu və yanlış olmasına dəlalət edir. Tərəflər arasında bağlanmış müqavilənin standart şərtlərini təhlil etd ikdə aydın olur ki, icarə predmetinin icarəyə verən tərəfindən təyinatına uyğun şəkildə, tam işlək və yararlı vəziyyətdə icarəçiyə təhvil vermək öhdəliyi təhvil-təslim aktının təqdim edilməsi ilə həyata keçirilməlidir. Həmçinin təhvil-təslimin həyata keçirilməsi üçün hər iki tərəf birlikdə təhviltəslim komissiyası yaratmalıdırlar. İcarəçi icarə obyektində avadanlığın və mebelin quraşdırılmasına və təmir işlərinə, yalnız təhvil-təslim aktı hər iki tərəf tərəfindən imzalandıqdan sonra başlaya bilər. Buradan aşkar olur ki, təhvil-təslim aktının tərtibi təkcə icarəyə verənin öhdəliyi ilə bağlı deyil də, həmçinin icarəçi tərəfindən də buna müvafiq icra tələb edən standart şərtdir. İcarəçi də təhvil-təslim aktı ilə bağlı öz üzərinə düşən öhdəlikləri icra etməmişdir. İcarəçi tərəfindən təhvil-təs lim aktı əldə etmədən icarə obyektində avadanlığın və mebelin quraşdırılmasına və təmir işlərinə başlaması və bu faktın hüquqazidd olduğunu bilə-bilə təhvil-təslim aktının tərtib olunmasını tələb etməməsi, tərtib olunmaması faktı ilə bağlı heç bir qeyd, etiraz etməməsi onu göstərir ki, icarəçi də təhvil-təslim aktı barəsində standart şərtləri kobudcasına pozmuşdur. Müqavilənin standart şərtləri barəsindəki istənilən qeyri-müəyyənliklər bu şərtləri təklif etmiş tərəfin, yəni bu işdə cavabdehin əleyhinə təfsir edilməlidir. İşin faktiki hallarında aydın şəkildə vurğulanır ki, icarə predmeti müqavilənin bağlanması anında artıq müqavilənin şərtlərinə uyğun şəkildə hazır olduğu səbəbi ilə, dərhal icarəçiyə təhvil verilmişdir. İcarə obyekti təhvil-təslim aktı tərtib olunmadan, icarəyə verən tərəf indən faktiki təhvil verilmiş, icarəçi tərəfindən isə eyni qaydada faktiki təhvil alınmışdır. Müqavilə predmeti olan icarə obyektinin təhvil alınması müqavilənin özü əsasında həyata keçmişdir. Belə ki, tərəflər müqavilə bağlamazdan əvvəl təbii ki, icarə obyektini hərtərəfli nəzərdən keçirmişdir. Bu o deməkdir ki, müqavilə bağlanması anında icarə obyektinin hazırkı vəziyyəti barədə tam məlumatlı idilər. Digər tərəfdən də, təhvil-təslim aktının tərtib olunmasındakı məqsəd icarə obyekti ilə bağlı hazırkı vəziyyətin və tərəflərin bu obyekt barəsindəki öhdəliklərini nə dərəcədə icra etdiklərinin müəyyən edilməsidir. Vəziyyətin belə olduğu halda, icarə müqaviləsinin bağlanması ilə icarə obyektinin faktiki təhvil alınması arasında müddət olmaması, dəyişikliklər, əlavə təmir fəaliyyətinin olmaması faktları ona dəlalət edir ki, icarəçi icarə obyektini faktiki təhvil alması anında tərəflər arasında müqavilə predmetinin müqavilə şərtlərinə uyğunluğu barədə razılıq olmuş, hər iki tərəf təhvil-təslim aktının tərtibi ilə icarə obyektinin vəziyyətinin müəyyən edilməsinə ehtiyac duymamış, icarəçi icarə obyektini tam işlək və yararlı vəziyyətdə təhvil almışdır. Əksi olsa idi, yəni məhkəmə nəticəyə gələn kimi icarə obyekti barəsində çatışmazlıqlar olsa idi, obyektin faktiki təhvil verilməsindən əvvəl icarəyə verən üçün icarə predmetinin müqavilə şərtlərinə uyğunlaşdırılması məqsədinə xidmət edən 3 aylıq müddətin nəyə görə icarəyə verən tərəfindən istifadə olunmayaraq, dərhal, çatışmazlıqlarla təhvil verilməsinə icarəçi tərəfindən etiraz edilərdi. Halbuki, məhkəmə tərəfindən bu qeyd olunan fa ktlara, xüsusən də təhvil-təslim aktının tərtib olunmaması barəsindəki razılıq faktına, müqavilə bağlanması ilə predmetin faktiki təhvil verilməsi hadisələrinin arasında müddətin olmaması halına münasibət bildirilməmiş, hətta işin hallarına tamamilə zidd şəkildə, icarə obyektinin müqavilə bağlanmasından 3 ay sonra təhvil verilməsi və bu müddət ərzində icarəyə verən tərəfindən təmir aparılması qeyd olunmuşdur. Qanunvericiliyin təhlilindən, həmçinin işgüzar adətlərdən aydındır ki, müəyyən çatışmazlıqlar aşkarlandığı halda, ilk növbədə, icarəçinin çatışmazlıqları aradan qaldırmaq üçün özünün xərc çəkməsindən əvvəl icarəyə verənə çatışmazlıların aradan qaldırılması tələbi ilə müraciət etməlidir. Müqavilənin hərfi təfsirindən belə çıxır ki, icarəçi öz seçimi ilə, istəsə bu təklifi etmədən bel ə, birbaşa olaraq öz hesabına çatışmazlıqları aradan qaldıra bilər. Müqavilənin bu standart şərti anlaşılmazlıq zamanı icarəyə verənin vəziyyətini ağırlaşdırmamalıdır. Belə ki, işgüzar adətlərin tələbindən və münasibətlərin məntiqindən, qanunvericiliyin məqsədindən də aydındır ki, icarəçi icarəyə verəni xəbər etmədən, ona bu zərəri aradan qaldırmaq üçün imkan tanımadan zərəri özü öz hesabına aradan qaldırması, hər bir halda icarəçinin bu xərcinin icarəyə verən tərəfindən vaxtında konpensasiya edilməməsi, həmçinin xərclərdə razılaşmamaq riskini yaradaraq, münasibətləri qeyri-müəyyənliklərə sürükləyir, məsələlərin məhkəmə yolu ilə həllində isə prosessual qənaət prinsiplərinə zidlik təşkil edir. Bununla belə qanunvericiliyin ictimai münasibətləri səmərəli tənzimləməsi məqsədinə uyğun olaraq, icarəçinin ilk öncə icarəyə verənə çatışmazlığın aradan qaldırılması barədə tələbi etməsi labüddür. Bütün bunlara baxmayaraq, cavabdeh MMC tərəfindən iddia etdiyi çatışmazlıqların aradan qaldırılması barədə, yaxud hazırda çatışmazlıqları aradan qaldırdığı barədə hər hansı bir xəbər, etiraz, pretenziya irəli sürülməmişdir. Bunların edilməsində məqsəd, cavabdehin də etdiyi kimi, müqavilədəki müddəanın hərfi mənasından sui-istifadə edərək, icarə obyektinin təyinatı üzrə istifadəsi üçün zəruri olmuş xərclərdən əlavə, sırf icarəçinin şəxsi maraqlarına xidmət edən, icarə obyektinin daha çox gəlirli olmasına xidmət edən xərclərin də icarəyə verəndən tutulmasına şərait yaratmaqdır. Məhkəmənin təmin etdiyi tələblərin icarəyə verənin öhdəliyinə aid olmamasından əlavə, bu tələblərin aşkar şəkildə ica rə obyektinin təyinatı üzrə istifadəsi üçün zəruri deyil də, icarə obyektindən daha çox mənfəət əldə etmək imkanı verən xərclər barədə olduğunu təhlil etməmişdir. Məhkəmə səthi təfsir edərək, icarə obyektinin təyinatına uyğun istifadəyə uyğun vəziyyətə gəlməsi üçün çəkilən xərcləri, icarəçinin şəxsi kommersiya maraqlarına xidmət edən, obyekt üçün zəruri olmayan, lakin daha çox fayda əldə etməyə imkan verən xərclər anlayışından differrensiasiya etməmişdir. Cavabdeh əvvəlcə (mağaza açılmazdan əvvəl), icarəyə verən aylıq ödənişləri tələb edəndən dərhal sonra zərərin əvəzini tələb etməyə başlamışdır. Belə ki, həmin dövrdə artıq icarəyə verən tərəfindən təmir üçün verilmiş 3 aylıq müddət (iyuloktyabr,2021) və həmçinin 5 aylıq ilkin ödəniş müddəti (oktyabr, 2021- fevral, 2022) bitmişdir və icarə yə verən yeni aylıq ödənişlərini tələb etməyə başlamışdır. Bu zaman icarəçi 360.000 manat zərərin olduğunu irəli sürmüşdür. Bir də növbəti aylıq ödənişini noyabr ayı üçün başlayaraq ödəməyə yenidən başlamışdır. Məhz bu 8 aylıq zaman kəsimində (mart 2022 – oktyabr 2022) icarəçinin əslində verməli olduğu, həmçinin iddiaçı icarəyə verənin tələb etdiyi 400.000 manat icarə haqqını ödəməmişdir. Məhz özünün məruz qaldığı zərər kimi iddia etdiyi məbləğ ödəməli olduğu aylıq haqların məbləği ilə örtüləndən sonra icarəçi ödəmələri davam etdirmişdir. Bu onu deməyə əsas verir ki, icarəçi əslində məruz qaldığı hesab etdiyi zərəri, əslində ödəməli olduğu icarə haqları ilə özlüyündə əvəzləşdirmişdir, daha sonra isə 3 aylıq müddət qətiyyən nəzərə alınmadan icarə haqqının faktiki mağaza açılışından hesablan mağa başlaması və daha sonradan öz əvvəlki etiraflarına zidd şəkildə daha yüksək xərclər tələb etməsi isə, icarəçi tərəfindən vicdanlılıq qaydalarına zidd şəkildə hüquqlarından sui-istifadə edilməsidir. Əksi olsa idi, öz iddia etdiyi zərərin məbləğini əlavə olaraq aylıqlardan tutulma şəklində, zərərin məbləği tam örtülənə qədər davam edərdi. Halbuki, icarəçi sonradan zərərin ödənilməsini aylıqlardan tutmağı tətbiq etməmiş və aylıqları sanki öz əsaslı öhdəliyi varmış kimi ödəməyə davam etmişdir. Beləliklə, məhkəmə icarəçinin hərəkətlərinin ardıcıllığını, bu hərəkətlərin arasındakı ziddiyyətləri, onların həqiqi məqsədini araşdırmamışdır. Cavabdeh iddia qaldırmamışdan cəmi 6 ay əvvəl özünün 25 aprel 2022 tarixli 033 saylı məktubunda özü etiraf edərək, xx.xx.2022-ci il tarixinə olan anda 360.0 00 manat xərcindən başqa xərcinin olmamasını təsdiq etmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə qədər yaranmış və icarəçinin bunu bu vaxta qədər bilməli olduğu xərclər barəsində sonradan icarəyə verəndən zərərin ödənməsinin tələb olunması hüquqa ziddir. Etiraf kimi çox önəmli bir sübuta məhkəmə ümumiyyətlə hüquqi qiymət verməmişdir.

41. MPM-in 386, 418.1, 418.2 və 418.3-cü maddələri üzrə - tətbiq edilməli olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları isə səhv təfsir olunmuşdur. b) MMC-nin kassasiya şikayətinin dəlilləri

42. MM-in 21-ci maddəsi üzrə - icarə müqaviləsinin tərəfi olan mülkiyyətçi İddiaçı tərəfindən müqavilə öhdəliklərinə əməl edilmədiyi üçün MMC-nin hüquqları pozulmuşdur, MMC-nin hüququ pozulduğu üçün mülki dövriyyə şəraitində əld ə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum olmuş, lakin apellyasiya məhkəməsi tərəfindən buna qiymət verilməmişdir.

43. MM-in 448.2-ci maddəsi üzrə - icarəverən İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün məsuliyyət daşıyır. Lakin apellyasiya məhkəməsi MMC-nin iddiasının təmin olunmayan hissəsində MMC-nin zərər etməsinin İddiaçı öhdəliklərini yerinə yetirməməsindən yarandığına qiymət verməmişdir.

44. MM-in 404-cü maddəsi üzrə - məhkəmə icarə müqaviləsinə səthi yanaşmış, təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almamışdır. Tərəflər arasında imzalanmış müqavilədə görüləcək işlər açıq şəkildə göstərilmiş, tərə flərin öhdəlikləri müəyyən edilmişdir. İşin hallarından göründüyü kimi, tərəflər arasında müqavilə bağlandıqdan dərhal sonra tərəflər arasında təbii yolla işgüzar adətlər formalaşmışdır. MMC müqavilənin lazımi qaydada icra olunması üçün bütün prosesləri həyata keçirtmiş, müqavilə tərəfi olaraq öhdəliklərini yetirmişdir.

45. MM-in 425-ci maddəsi üzrə - tərəflər arasında olan münasibətlərin xronoloji ardıcıllıqla sıraladıqda açıqca məlum olur ki, icarəyə verən İddiaçı öz hüquqlarından suiistifadə edərək vicdanlılıq prinsipinə zidd hərəkət edərək müqavilənin icrasından yayınmışdır.

46. MPM-in 76.2, 97 və 101-ci maddələri üzrə - prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislər in rəylərinə müraciət edir. İcarəyə verən müqavilə öhdəliklərini lazımı şəkildə yerinə yetirməmiş, müqavilədə göstərilən tarixdə icarə obyektini təmirli şəkildə iddiaçı MMC-yə təhvil verməmişdir. Buna əsasən də MMC gec fəaliyyətə başlamış və qazancından məhrum olmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. İddiaçı MMC-nin kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, həmin şikayətin rədd olunması, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq MMC-nin iddia tələbinin tam rədd edilməsi, İddiaçı iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

48. Etiraz onunla əsaslandırılmışdır ki, MMC şikayətində İddiaçı tərəfindən hüquqlardan sui-istifadənin nəd ə ehtiva olunduğunu qeyd etməmişdir. İddiaçı iddia olunan əməlləri ilə MMC-nin əldən çıxmış fayda qismində güman edilən zərərə məruz qalması arasında ilk növbədə səbəbli əlaqənin olmaması məhkəmə tərəfindən müəyyən olunmuşdur. Belə olan halda, yəni səbəbli əlaqənin, ümumiyyətlə, mövcud olmadığı halda əldən çıxmış faydaya məhkəmənin qiymət verib-verməməsinin heç bir əhəmiyyəti qalmaz. Cavabdehin iddia etdiyi tərzdə məhkəmə əldən çıxmış faydaya qiymət versəydi belə, yenə də səbəbli əlaqənin olmaması faktı səbəbindən İddiaçı vurulan zərərə görə məsuliyyəti yaranmamalıdır. Marketin gec fəaliyyətə başlaması MMC-nin özünün ləng işləməsi səbəbindən baş vermişdir. Notarial qaydada icarə müqaviləsi 2021-ci il 8 iyul tarixində bağlanmışdır. İcarə müqaviləsinin 3.2-ci bəndində qeyd edilir ki, “ticarə t obyektinin nəzdindəki mağazanın satışa başladığı tarixdən hesablanır. Lakin bu tarix icarə verənin ticarət obyektində təmir işlərini bitirdiyi tarixdən başlayaraq 3 aydan artıq ola bilməz”. Müqavilənin bəndindən bəlli olur ki, icarəçi üçün icarə obyektinin təhvil verilməsi tarixindən obyektin nəzdindəki mağazanın satışa başladığı tarixə qədər olan müddətin 3 ayı keçməməli olması müəyyən edilmişdir. Həmçinin, İddiaçı MMC-yə ünvanlandırdığı 2022-ci il 29 aprel tarixli məktubundan da görünür ki, tərəflər arasında icarə müqaviləsi bağlanan andan obyekt tam istifadəyə hazır vəziyyətdə MMC-yə təhvil verilmiş, müqavilənin bəndlərinə uyğun olaraq mağazanın fəaliyyətə başlaması üçün təmir işlərinin görülməsi, avadanlıqların gətirilməsinə görə MMC-yə 3 ay vaxt verilmişdir. MMC tərəfindən obyekti n müqavilədə razılaşdırılmış şərtlərə uyğunsuzluğu barədə icarə predmeti dərhal faktiki təhvil alınanda da, sonralar da heç bir etiraz, məlumat verilməmişdir. Lakin MMC tərəfindən zəruri işlər olduqca ləng görülmüşdür. Daha sonra İddiaçı yazılı (2021-ci ilin noyabr ayında yazdığı məktub) və şifahi xəbərdarlığından sonra 2021-ci ilin dekabr ayında MMC tərəfindən obyektə avadanlıqlar gətirilmiş, 2022-ci ilin mart ayında isə obyektin üzərinə reklam lövhəsi vurulmuş (MMC tərəfindən sosial şəbəkələrdə paylaşılmışdır), 2022-ci il 15 iyun tarixində mağaza fəaliyyətə başlamışdır. Digər tərəfdən də MMC-nin sübut kimi əlavə etdiyi mütəxəssis rəyinin mötəbərliliyi və onda ehtiva olunan nəzəri hesablamaların əsaslılığı məhkəmə baxışında öz təsdiqini tapmır. MMC-nin mağazanın fəaliyyətə başlaması üçün şəxsi vəsaitindən və ya kreditdən istifadə etməsinin İddiaçı heç bir aidiyyəti yoxdur və həmin məsələ ilə bağlı tərəflər arasında icarə müqaviləsi bağlanarkən hər hansı razılaşma və ya şərt olmamışdır. Əks halda iddiaçı kredit müqaviləsi şərtlərinə görə aldığı pul vəsaitinə görə nə qədər çox faiz ödəməli olarsa, icarəyə verənin də bir o qədər təzminat ödəmək öhdəliyi yaranmış olur ki, bu sual olunan məsələdir. Həmçinin, iddiaçının iddia ərizəsinə əlavə etdiyi "xxxx" ASC-nin 2022-ci il 17 noyabr tarixli məktubundan görünür ki, 2021-ci il 7 dekabr tarixindən 2022-ci il 1 iyun tarixinə kimi, yəni 6 ay ərzində MMC-yə 2.280.000 manat kredit ayrılmışdır. Digər kreditlərin ayrılması isə mağazanın açılışından sonrakı dövrə aiddir. MMC yuxarıda qeyd olunan iddianı irəli sürərkən icarə müqaviləsinin bəndlərinə uyğun olaraq həm özünə həm də iddiaçıya təmir işləri üçün verilmiş müddəti nəzərə almamışdır. Belə ki, cavabdeh 10 aylıq hesablamanın başlanmasını İddiaçıla MMC arasında 2021-ci il 8 iyul tarixində icarə müqaviləsi bağlandıqdan 1 ay sonraya yəni, 2021-ci ilin avqust ayına aid etmişdir. İşin hallarından görünür ki, apellyasiya məhkəməsinin qətnaməsində MMC-nin şikayətində təmin edilən, təmirə xərclədiyi məbləği təşkil edən təmir işlərinin bir qismi, ümumiyyətlə, icarə müqaviləsində nəzərdə tutulmamış, digər qismi daxili dizayn və biznes planı ilə bağlı olmuşdur. Digər qalan hissə isə icarəçinin fəaliyyət göstərməsi üçün zəruri olan təmir işləri deyil, icarəçinin daha çox gəlir əldə etməsinə yönələn təmir xərcləridir (bu hallar ayrılıqda İddiaçı kassasiya şikayətində qeyd edilmiş dir). MMC kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin onların iddiasını təmin olunmayan hissədə qismən ləğv edilməsi və iddianın tam təmin olunması şəklində tələb irəli sürmüşdür. MPM-in 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. MMC öz tələbini ümumi şəkildə ifadə edərək, bütövlükdə iddiasının təmin olunmayan hissəsinin də təmin olunmasını istəmişdir. Bu tələbin daxilində apellyasiya məhkəməsinin təmin etmədiyi “icarə obyektinin işıq təchizatında yaranmış problemlərlə əlaqədar ərzaq məhsullarının xarab olması nəticəsində dəymiş maddi ziyana görə 45.510 manat pul” tələbi də ehtiva olunur. Lakin cavabdehin kassasiya şikayətində iddia tələbinin 45.510 manat olan hissəsi barədə ümumiyyətlə bəhs edilməmiş, bu tələb barədə apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsini qeyd etməmiş, yəni bu tələblə bağlı dəlil göstərməmişdir. Beləliklə, kassasiya instansiyasında MMC-nin “45.510 manat maddi ziyan” tələbinə baxılmamalıdır. Kassasiya baxışının hədləri

49. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktı tam yoxlanılmışdır. Hazırkı icraat çərçivəsində də kassasiya şikayətləri üzrə mübahisələndirilən hissələr birlikdə nəzərə alınmaqla, apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq ed ilən hüquq

50. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

677. Əşya müqaviləyə uyğun gəlmədikdə kirayəçinin hüquqi müdafiə vasitələri 677.1. Əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: 677.1.1. əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqq ını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır. Yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur; 677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər; 677.1.3. bundan savayı, kirayəyə verənin gecikdirməsi halında kirayəçi qüsuru özü aradan qaldıra bil ər və çəkdiyi zəruri xərclərin əvəzini ödəməyi tələb edə bilər; 677.1.4. əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının ki rayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur. 677.2. Əgər kirayəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu kirayəçiyə müqavilə bağlanarkən məlum olmuşsa, o bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqlardan istifadə edə bilməz. Əgər kirayəçi qüsuru bilə-bilə müqavilənin şərtlərinə uyğun gəlməyən əşyanı qəbul edirsə, bu hüquqlardan yalnız o halda istifadə edə bilər ki, əşyanı qəbul edərkən onları həyata keçirmək hüququnu özündə saxlamış olsun. Bu (677.2) maddənin müddəaları bu Məcəllənin 677.1.4-cü maddəsinə uyğun olaraq, müqavilənin pozuntularına tətbiq edilmir.” “Maddə

697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münas ibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qa yda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”

51. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə bax arkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; 417.2.Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilmə si üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, MMC-nin kassasiya şikayəti təmin edilməməli, İddiaçı kassasiya şikayəti isə qismən təmin olunmalıdır.

53. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

54. İddiaçı iddiasının rədd edilməsi ilə bağlı onun kassasiya şikayətində və MMC-nin iddiasının təmin edilməyən hissəsi ilə bağlı sonuncunun kassasiya şikayətində istinad olunan maddi və prosessual hüquq normalarının pozulması da müəyyən edilmir. Belə ki, kassasiya şikayətlərində qətnaməni n həmin hissələri ilə bağlı, yəni məhkəmənin həmin nəticələrə gəldiyi zamanı istinad etdiyi maddi və prosessual hüquq normalarının pozulmasının konkret nədən ibarət olması dəqiq göstərilməmişdir.

55. Qətnamənin həmin hissələri ilə bağlı kassasiya şikayətlərində istinad olunan maddi və prosessual hüquq normalarının pozulmasının sübutlara və işin hallarına düzgün qiymət verilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

56. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

57. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

58. Bununla yanaşı, kollegiya hesab edir ki, MMC-nin iddiasının qismən təmin edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuşdur.

59. Belə ki, məhkəmə MMC-nin iddiasının qismən təmin edilməsi nəticəsinə gələrkən tərəflər arasında bağlanmış icarə müqaviləsinin 7.1.3-cü bəndinə və MM-in 676.0, 676.0.1, 677.1.2, 677.1.3 və 677.4-cü maddələrinə əsaslanmışdır.

60. Tərəflər arasında bağlanmış müqavilənin 7.1.3-cü bəndinə görə icarə predmetində onun təyinatına uyğun istifadəsinə tam və ya qismən mane olan çatışmazlıqlar aşkar edildikdə icarəyə verənin vəzifəsidir (öhdəliyidir) ki, icarəçinin tələbi ilə aşağıdakı tədbirlərdən birini həyata keçirsin: (a) çatışmazlıqları əvəzsiz, öz hesabına aradan qaldırmaq və ya (b) çatışmazlıqların aradan qaldırılması üzrə İcarəçinin çəkdiyi xərcləri ödəmək.

61. MM-in 676.0 və 676.0.1-ci maddələrinə əsasən, kirayəyə verilən əşyanın kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmasına bütün kirayə müddəti ərzində kirayəyə verən məsuliyyət daşıyır.

62. MM-in 677.1-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya b elə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər (677.1.2); bundan savayı, kirayəyə verənin gecikdirməsi halında kirayəçi qüsuru özü aradan qaldıra bilər və çəkdiyi zəruri xərclərin əvəzini ödəməyi tələb edə bilər (677.1.3).

63. MM-in 677.4-cü maddəsində isə təsbit edilmişdir ki, kirayəyə verəni kirayəyə verilmiş əşyanın qüsurları üçün məsuliyyətdən azad edən və ya bu məsuliyyəti məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur, bu şərtlə ki, kirayəyə verən həmin qüsurlar barəsində qəsdən susmuş olsun.

64. MM-in 677.1, 677.1.2, 677.1.3 -cü maddələrinin dispozisiya şərtlərindən müəyyən edilir ki, kirayə müqaviləsinin predmeti olan əşyanın MM-in 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi halında kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirdikdə kirayəçi MM-in 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi, bundan savayı qüsuru özü aradan qaldıra bilər və çəkdiyi zəruri xərclərin əvəzini ödəməyi tələb edə bilər.

65. Hər iki maddədə, yəni həm 677.1.2, həm də 677.1.3-cü maddədə “kirayə verən tərəfindən uyğunsuzluğun aradan qaldırılmasının gecikdirilməsi” halı əsas şərt kimi müəyyən edilmişdir.

66. Bu isə o anlama gəlir ki, kirayə müqaviləsinin predmeti olan əmlakda uyğunsuzluqlar müəyyən edildikdə icarəçi bu barədə icarəyə verənə məlumat verməli və həmin uyğunsuzluqların aradan qaldırılması üçün müddət müəyyən etməlidir.

67. Yalnız həmin müddətdə uyğunsuzluqlar aradan qaldırılmadığı halda icarəçi MMin 677.1.2 və 676.1.3-cü maddələrində təsbit edilən hüquqlarından istifadə edə bilər.

68. Tərəflər arasında bağlanmış müqavilənin 7.1.3-cü bəndində müəyyən edilən qayda da bu şəkildə təfsir edilməlidir.

69. Kollegiyanın bu qənaəti həm MM-in 677.1.2 və 677.1.3-cü maddələrinin dispozisiya şərtlərindən, həm də MM-in 677.2-ci maddəsinin imperativ qaydada müəyyən edilən tələblərindən irəli gəlir.

70. Belə ki, MM-in 677.2-ci maddəsində təsbit edilmişdir ki, əgər kirayəyə götürülən əşyanın müqaviləyə uyğunsuzluğu kirayəçiyə müqavilə bağlanarkən məlum olmuşsa, o bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqlardan istifadə edə bilməz. Əgər kirayəçi qüsuru bilə-bilə müqavilənin şərtlərinə uyğun gəlməyən əşyanı qəbul edirsə, bu hüquqlardan yalnız o halda istifadə edə bilər ki, əşyanı qəbul edərkən onları həyata keçirmək hüququnu özündə saxlamış olsun. Bu (677.2) maddənin müddəaları bu Məcəllənin 677.1.4-cü maddəsinə uyğun olaraq, müqavilənin pozuntularına tətbiq edilmir.

71. Hazırkı işin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, icarəçi MMC icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin texniki vəziyyətindən tam məlumatlı olmuş və həmin sahəni könüllü şəkildə qəbul edərək təmir-quraşdırma işlərini həyata keçirmişdir.

72. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-in 677.2-ci maddəsinin ikinci cümləsində müəyyən edilən istisna hallar, yəni icarəçi MMC tərəfindən icarə obyektini qəbul edərkən onun müqavilənin şərtlərinə uyğun gəlməməsinə etiraz etməsi və MM-in 677.1-ci maddəsində müəyyənləşdirilmiş müdafiə vasitələrinin həyata keçirmək hüququnu özündə saxlaması halları müəyyən edilməmişdir.

73. Həmçinin, MMC tərəfindən MM-in 677.1.4-cü maddəsində müəyyən edilən hallara istinad edilmədiyinə görə MM-in 677.2-ci maddəsinin tətbiq edilməsini istisna edilən hallar da mövcud deyildir.

74. Belə olan halda isə icarə obyektində aparılmış təmir-quraşdırma işlərinə görə MMC-nin çəkdiyi xərclər icarəyə verənin öz öhdəliklərinin icra edilməməsi nəticəsində icarəçiyə dəyən zərər kimi qiymətləndirilə bilməz və bununla bağlı MMC-nin iddiası hüquqi cəhətdən əsassızdır.

75. Eyni zamanda, kollegiya nəzərə alır ki, tərəflər arasında bağlanmış icarə münasibətlərinə xitam verilməyib və haz ırda da müqavilə münasibətləri davam edir.

76. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8.2-ci bəndində isə fəaliyyət zərurəti ilə əlaqədar icarə predmetində əlavə qurğular və avadanlıqlar quraşdırmaq, icarə predmeti daxilində tikinti, abadlaşdırma və yenidən qurma işləri aparmaq (bənd 8.2.2) və quraşdırdığı bütün avadanlıq və qurğuları müqavilə ləğv olunarkən özü ilə aparmaq (bənd 8.2.3) - icarəçinin hüquqları kimi müəyyən edilmişdir.

77. Həmçinin icarə müqaviləsinin 9.2-ci bəndində müəyyən edilmişdir ki, müqaviləyə xitam verildikdə icarəyə verən icarəçi tərəfindən marketin fəaliyyəti üçün quraşdırdığı və söküb apara bilmədiyi avadanlığın köhnəlmə vəziyyətində həmin dövrün real bazar qiymətinə uyğun dəyərini icarəçiyə ödəyir (quraşdırılan və sökülüb apara bilinməyən avadanlığın siy ahısı tərəflər arasında imzalanan aktla müəyyən ediləcək).

78. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış və tərəflər arasında bağlanmış icarə müqaviləsinin 7.1.3-cü bəndi ilə MM-in 677.1.2, 677.1.3cü və 677.4-cü maddələrini səhv təfsir etmiş, habelə hazırkı mübahisə üzrə tətbiq edilməli olan MM-in 677.2-ci maddəsini tətbiq etməmişdir.

79. Qeyd olunanları və MPM-in 417.1.4, 417.2, 418.2, 386-cı maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, MMC-nin kassasiya şikayəti təmin edilməməli, İddiaçı kassasiya şikayəti isə qismən təmin olunmalı, MMC-nin iddiasının qismən təmin edilməsi hissəsində apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuntusuna yol verildiyindən, qətnamə qismən - MMC-nin iddiasının qismən təmin edilməsi his səsində ləğv olunmalı, həmin hissədə iddia rədd edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

80. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 26 sentyabr tarixli 2-2(105)-80/2024 nömrəli qətnaməsi qismən – Cavabdeh MMC-nin iddiasının qismən təmin edilməsi və İddiaçı Cavabdeh MMC-inin xeyrinə 818.483,14 manat məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar