Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-102/2019 ALİ MƏHKƏMƏ “Iddiaçı” MMC-nin “Cavabdeh” MMC-yə qarşı iş üzrə 13.03.2019 GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı “Iddiaçı ” MMC-nin vəkili Vəkil iştirakı ilə İddiaçı “Iddiaçı” MMC-nin cavabdeh “Cavabdeh” MMC-yə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-463/2018 saylı 02 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13.03.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Iddiaçı” MMC cavabdeh “Cavabde h” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh” MMC-dən ödənilməmiş və razılaşdırılmış 910119.31 manat məbləğində pul vəsaitinin tutularaq “Iddiaçı ” MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, “Iddiaçı” MMC ilə “Cavabdeh” MMC arasında “Daşıma xidmətlərinin göstərilməsi barədə” 10.03.2015-ci il tarixdə **-xxx-*** saylı müqavilə bağlanmış, müqaviləyə əsasən “X” avtomobil yolunun 4 zolağa genişləndirilməsi (km-15-45)” layihəsi çərçivəsində İcraçı Sifarişçinin sifarişi əsasında sahibliyində olan yük maşınları ilə yol inşaatında istifadə olunacaq inşaat materialını müqavilənin 3.1-ci bəndində göstərilmiş şəkildə Şifarişçinin göstərdiyi yerə daşıyıb boşaltmağı, Sifarişçi isə bu xidməti qəbul edib on un dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə görülmüş işlər tərəflər arasında tərtib edilmiş ödəniş sertifikatları ilə sifarişçi tərəfindən qəbul edilsə də borc məbləği bu günədək ödənilməmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-220/2018 saylı iş üzrə 10 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 686968.47 manat pul vəsaitinin və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz nəticəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə münasibətlərinin olması və həmin müqaviləyə əsasən xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsi iş materi allarında olan və hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş ödəniş sertifikatlarında məhkəməyə kserosürəti təqdim edilən “Daşıma xidmətlərinin göstərilməsi barədə” 10.03.2015-ci il tarixli **-xxx-*** saylı müqaviləyə istinad olunması ilə sübuta yetirilir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-220/2018 saylı iş üzrə 10 may 2018-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-463/2018 saylı 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-220/2018 saylı iş üzrə 10 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegi yasının 2-2(103)-463/2018 saylı 02 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iş materiallarına əlavə edilmiş müqavilədə heç bir tərəfin imza və möhürü olmadığından, həmçinin ödəniş sertifikatlarının bir neçəsi möhürlənmədiyindən, bəzilərində isə imzalar mübahisəli olduğundan həmin sənədlər sübut kimi məhkəmə tərəfindən qəbul edilməməli idi. Ümumiyyətlə iddiaçı tərəf məhkəmə iclasında daşıma xidmətlərinin göstərilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kassator Mülki Prosessual Məcəlləsinin 9, 77, 88, 89.1, 372, 402-407, 417.1.4, 418ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-463/2018 saylı 02 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Iddiaçı” MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-463/2018 saylı 02 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-463/2018 saylı 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi **-xxx-*** saylı 10.03.2015-ci il tarixli müqaviləni və ödəniş sertifikatlarını (1,2,3,4 nömrəli) təqdim etmişdir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim olunan müqavilənin mövcudluğunu inkar edir və təqdim olunmuş ödəniş sertifikatlarını mötəbər sübut kimi qəbul etmir. Belə ki, işə əlavə olunmuş müqavilə bir tərəfli qaydada tərtib edilmiş, həmçinin ödəniş sertifikatları (1,2,3,4 nömrəli) cavabdehin möhürü ilə təsdiq olunsa da, layihə meneceri Samir Məmmədov və Vüqar Zəkəryazadə (teknik ofis) tərəfindən imzanmışdır. Belə olan halda işə baxan apellyasiya isntansi ya məhkəməsi ilk növbədə sözügedən ödəniş sənədlərini imza etmiş şəxslərin (layihə meneceri X və x ) səlahiyyətlərini yoxlamalı idi. Belə ki, həmin ödəniş sertifikatları müəssisənin direktoru tərəfindən yox, layihə meneceri və teknik ofisinin nümayəndəsi tərəfindən imzalanmışdır. İddiaçının təqdim etdiyi ödəniş sənədlərində layihə meneceri X və x imzaları olsa da həmin şəxslərin cavabdeh müəssisəni təmsil edən səlahiyyətli şəxslər olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Bununla yanaşı cavabdeh müsəssisənin nizamnaməsi, dövlət reyestrdən çıxarışı iş materiallarına əlavə edilməmişdir. Halbuki həmin sənədlərə əsasən cavabdeh müəsssisənin məsul şəxslərinin kimlər olmasını müəyyən etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması nəticəsində tərəflər arasında müqav ilə münasibətlərinin iddiaçı tərəfindən təqdim olunan və ödəniş sertifikatlarında adı çəkilən məhz **-xxx-*** saylı 10.03.2015-ci il tarixli müqavilə əsasında olması müəyyən edilərsə bu zaman tərəflərin arasında müqavilənin şərtlərinə uyğun olaraq işlərin görülməsi və cavabdeh tərəfindən qəbulu məsələsinə hüquqi qiymət verilməlidir. Belə ki, **-xxx-*** saylı 10.03.2015-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən “X” avtomobil yolunun 4 zolağa genişləndirilməsi (km-15-45)” layihəsi çərçivəsində İcraçı Sifarişçinin sifarişi əsasında sahibliyində olan yük maşınları ilə yol inşaatında istifadə olunacaq inşaat materialını müqavilənin 3.1-ci bəndində göstərilmiş şəkildə Şifarişçinin göstərdiyi yerə daşıyıb boşaltmağı, Sifarişçi isə bu xidmət qəbul edib onun dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən daşınılacaq yükün həcmi tərəzidə ölçülərək qarşılıqlı imzalanmış aktla təsdiq olunmalıdır. Halbuki hazırkı iş üzrə iddiaçı tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq işlərin yerinə yetirilməsi ilə əlaqədar daşınılacaq yükün həcminə dair qarşılıqlı imzalanmış aktlar, yüklərin daşınmasına dair sənədlər, yol vərəqələri, başqa sözlə təqdim edilmiş ödəniş sertifikatlarının əsasında duran sənədlər məhkəməyə təqdim edilməmişdir. İş materiallarına iddiaçı tərəfindən “Avtomobillərin hərəkət cədvəli” sənədi əlavə edilsə də həmin cədvəllərin kim tərəfindən və hansı sənədlər əsasında tərtib edilməsi, kim tərəfindən imzalanması aydın deyildir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllən in 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ v ardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. "Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 3 nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar mübahisələrə dair işlərə baxılarkən, obyektivliyi təmin etmək məqsədilə məhkəmələr iş üçün həlledici əhəmiyyətə malik olan sənədlərin (muqvailələr, ödəmə sənədləri, nizamnamə, lisenziya, təsis müqaviləsi və s.) əslini və yaxud notariat qaydasında təsdiq edilmiş surətini tələb etsinlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxa rıda sadalanan maddi və prosessual hüquq normalarının, o cümlədən Ali Məhkəmə Plenumunun qərarında əks olunmuş mövqeyə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi yalnız ödəniş sənədlərinə istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmış, işin həqiqi hallarını ətraflı araşdırmadan qərar qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yoxlamalı və qiymətləndirməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.2-ci maddəsinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Bütün yuxarıda göstərilən sadalananlara əsasən Ali Məhkəmə K ollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3., 418- 420-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh “Cavabdeh” MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-463/2018 saylı 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-102/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-102/2019
13.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver