Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-102/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Kəmalə Abiyevanın sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhman Qəribovdan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 sentyabr tarixli 2- 2(103)-998/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ilə cavabdeh arasında 2019-cu il 1 iyul tarixli 0008 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı alıcıya malları satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərini 0 % həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 10 iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir.
3. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən mal alıcıya təhvil verildikdən sonra alıcı 10 iş günü ərzində malın dəyərinin 100% həcmində ödəniş etməlidir. Müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq olunmuşdur. 4. 2020-ci il 23 yanvar tarixli EBAF 350907 saylı elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə 33273,20 manat, 2019-cu il 23 avqust tarixli EAAY 878309 saylı elektron qaiməyə əsasən 2000,01 manat, 2021-ci il 12 fevral tarixli EBAX 391870 saylı elektron qaiməyə əsasən 15200,03 manat dəyərində müxtəlif adda və çeşiddə mallar təhvil verilmişdir.
5. İddiaçı tərəfindən cavabdehə ******* nömrəli 2019-cu il 4 sentyabr tarixli qaimə fakturaya əsasən 1152 manat, ******* nömrəli 2019-cu il 9 sentyabr tarixli qaimə fakturaya əsasən 1100 manat, ******* nömrəli 2019-cu il 20 sentyabr tarixli qaimə fakturaya əsasən 1900 manat, 2019-cu il 4 oktyabr tarixli qaiməyə əsasən 5200 manat, 2019-cu il 4 oktyabr tarixli qaiməyə əsasən 550 manat, ******* saylı, 2019-cu il 17 oktyabr tarixli qaimə fakturaya əsasən 6418 manat, 2019-cu il 21 noyabr tar ixli qaiməyə əsasən 5260 manat, 2020-ci il 31 yanvar tarixli qaiməyə əsasən 2800 manat, 2019-cu il 29 avqust tarixli qaiməyə əsasən 1500 manat, 2019-cu il 16 avqust tarixli ******* nömrəli qaimə fakturaya əsasən 2221 manat, 2019-cu il 20 iyul tarixli qaiməyə əsasən 5380 manat, 2019-cu il 27 avqust tarixli ******* nömrəli qaimə-fakturaya əsasən 4450 manat dəyərində mallar təhvil verilmişdir.
6. Ödəniş tapşırıqlarına əsasən 2019-cu il 26 avqust tarixdə cavabdehın bank hesabından iddiaçının bank hesabına 2019-cu il 1 iyul tarixli 008 saylı müqaviləyə əsasən 1694,92 manat, 2020-ci il 24 yanvar tarixdə 11016,95 manat pul köçürülmüşdür.
7. ƏDV sub-uçot hesabından çıxarışa əsasən 2019-cu il 1 iyul tarixli 008 saylı müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 2019-cu il 26 avqust tarixdə 305,0 9 manat, 2020-ci il 24 yanvar tarixdə 1983,05 manat pul ödənilmişdir.
8. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 28 aprel tarixli 73 nömrəli pretenziya məktubuna əsasən aralarında bağlanmış 2019-cu il 1 iyul tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 34.922,99 manat məbləğində borcun 5 gün müddətində ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMCyə (bundan sonra – cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2019-cu il 1 iyul tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən cavabdehə satılmış 50.473 manat məbləğdə mühərrik yağlarını n dəyərinin ödənilməyən 34.922,99 manat məbləğdə hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, əsas fəaliyyəti mühərrik və sürtkü yağlarının satışından ibarət ibarət olan iddiaçı ilə cavabdeh arasında mühərrik və sürtgü yağlarının satışına dair 2019 cu il 1 iyul tarixli alqı–satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən 2019-cu il 1 iyul tarixdən sonra ayrı-ayrı vaxtlarda ümumilikdə 50.473 manat dəyərində mühərrik yağını cavabdehə təhvil verilmiş və təhvil verilən malın qeyd olunan dəyəri həcmində elektron qaimə cavabdehə göndərilmişdir. Göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilərək qəbul edilmişdir. İstinad olunan alqı-satqı müqavi ləsi üzrə cavabdehə satılmış yuxarıda göstərilən malın dəyərini təşkil edən 50.473 manatdan bu günə qədər cəmi 15.550 manat hissəsi ödənilmiş, qalan 34.922.99 manat hissəsi isə ödənilməmiş qalmışdır. İstinad olunan 2019-cu il 1 iyul tarixli alqı–satqı müqaviləsinin 5.2-ci bəndinə əsasən mal Alıcıya təhvil verildikdən sonra 10 iş günü ərzində cavabdeh malın dəyərinin 100% həcmində ödəniş etməlidir. İddiaçı olaraq qeyd olunan müqavilə üzrə öhdəliklərini layiqincə və vicdanla icra etmələrinə baxmayaraq, cavabdeh müqavilə şərtlərini kobud şəkildə pozaraq, müqavilədə nəzərdə tutulan müddətin başa çatmasından uzun müddət keçməsinə baxmayaraq qeyd olunan 34.922.99 manat borcunu ödəməkdən yayınır. Bu günə qədər cavabdehə etdikləri çoxsaylı şifahi müraciətlər nəticə vermədiyindən, cavabdehə sözüged ən 34.922.99 manat borcunun 5 iş günü müddətində ödənilməsi, əks halda bununla bağlı məhkəməyə müraciət olunacağına dair 2021-ci il 28 aprel tarixdə poçt vasitəsi ilə göndərilmiş pretenziya məktubu ilə müraciət edilmişdir. Həmin pretenziya məktubu cavabdeh tərəfindən 2021-ci il 29 aprel tarixdə qəbul edilməsinə və həmin məktubun qəbul tarixindən 7 gün keçməsinə baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı hər hansı bir tədbir görülməmişdir.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 442, 443.1, 443.10, 448.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 26.1, 26.4-cü maddələrinə istinad etmişdir.
12. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 iyul tarixli e-2-2(113)-2550/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh MMC-dən 34.922.99 manat (otuz dörd min doqquz yüz iyirmi iki manat doxsan doqquz qəpik) məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. (hakim Ülkər Həsənova).
14. Həmin məhkəmə bildirmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 2019-cu il 1 iyul tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Məhkəmə işin sadalanan qanunvericilik norma larını, eləcə də cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 34.922.99 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 34.922.99 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385.1, 386.1, 398.1, 399.1, 442, 567, 598.1, 598.2, 600.1, 600.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.1, 216220, 227, 233, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 sentyabr tarixli 2-2(103)-998/2021 saylı qətnaməsi ilə Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 iyul tarixli e-22(113)-2550/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim Vidadi Məm mədov, hakimlər Vüsalə Baxışova və Raqib Qurbanov).
19. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad etmiş və əlavə olaraq bildirmişdir ki, alqı-satqı müqaviləsinə əsasən aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh onunla iddiaçı arasında alqı-satqı müqaviləsinin bağlandığını, malların satışı barədə elektron qaimələrin təsdiq edildiyini, ona təhvil verilə n malların dəyərinin bir hissəsinin, o cümlədən ƏDV hissəsinin ödənildiyini mübahisə etmir. O, borcun məbləğini ümumi ifadələrlə mübahisə edir ki, bununla bağlı da əvvəlcə mübahisəli məbləğ dəqiq göstərilməli və mötəbər sübutlarla əsaslandırılmalı idi. Bütün bunlar da ona dəlalət edir ki, cavabdehin dəlilləri formal mülahizələrdir, borcun ödənilməsini uzatmaq yaxud bundan yayınmaq məqsədi daşıyır.
20. Məhkəmə dəlilləri araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir.
21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 385.1 427.3, 442, 448.1, 448.2, 567, 598.1, 598.2, 600.4, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 384, 392, 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 22. 2021-ci il 16 okyabr tarixdə apellyasiya məhkəməsinin qətnaməsi tərəflərin elektron kabinetində yerləşdirilmişdir. 23. 2021-ci il 14 dekabr tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 sentyabr tarixli 22(103)-998/2021 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
24. MPM-nin 81-ci maddəsi pozulmuşdur-işə apell yasiya instansiyası məhkəməsində baxılarkən tərəflər arasında bağlanmış 2019-cu il 1 iyul tarixli 0008 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış borcun məbləği üzrə hər hansı araşdırma aparılmamışdır. Yəni, tərəflər arasında bağlanmış müqavilə üzrə borcun məbləği müvafiq üzləşdirmə aktı və s. sənədlərlə sübut oluna bilərdi ki, iddiaçı belə bir sənədi məhkəməyə təqdim etməmişdir. Bununla işin halları (Cavabdehin İddiaçıya borcunun olması) məhkəmədə öz təsdiqini tapmamışdır.
25. MPM-nin 88-ci maddəsi pozulmuşdur- məhkəmə sübutlara obyektiv və hərtərəfli baxmamış, bu da iş üzrə düzgün olmayan məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmişdir.
26. MPM-nin 97.1-ci maddəsi pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi Cavabdehin İddiaçıya 2019-cu il 1 iyul tarixli 0008 nömrəli alqı-satq ı müqaviləsi üzrə qalıq borcunun olub-olmaması məqsədilə mühasibatlıq ekspertizası təyin etməli idi. İş üzrə ekspertiza təyin edilmiş olsaydı, məhkəmə obyektiv vəədalətli qətnamə qəbul etmiş olardı. Lakin məhkəmə həqiqətə nail olmaq üçün nədənsə, ekspertiza təyin etməkdən yayınmışdır.
27. MPM-nin 9-cu maddəsi pozulmuşdur-məhkəmə Cavabdehin nümayəndəsinin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, beləliklə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçının kassasiya şikayətinə qarşı etirazında göstərilmişdir ki, cavabdehin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəifndən qətnamə qəbul edilərkən pozulmuş maddi və prosessual hüquq normalarının nədən ibar ət olduğu qeyd edilməmiş, buna dair dəlil və sübuta istinad olunmamışdır.
29. Bundan əlavə, işin materiallarından göründüyü kimi, istər birinci instansiya, istərsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına heç bir üzürlü səbəb göstərmədən gəlməmişdir. Bu səbəbdən də, cavabdehin onun iştirakı olmadan məhkəmə qətnaməsinin qəbul edilməsinə dair dəlili əsaslı hesab edilə bilməz. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələbləri nə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam şəkildə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). III. TƏTBİQ EDİLƏN HÜQUQ
32. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəli yin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.... “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş m in manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər....” “Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.” “Maddə
430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcı nın mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını təl əb edə bilər.”
33. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam b axdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər..... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir”. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.....” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Cavabdehin kassasiya şikayətinin dəlilləri işin hallarının araşdırılmaması və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunmaması, bununla da MPM-nin 81, 88, 97.1 və 9-cu maddələrinin tələblərinin pozulmasından ibarətdir.
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır. Hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması barədə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir (bax yuxarıda §§ 33).
37. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunmaması nəticəsində çəkişmə prinsipinin pozulmasına gəldikdə, qeyd olun malıdır ki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-nin 9.3-cü maddəsi). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-nin 14.2-ci maddəsi). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəfl ərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Tərəflərin çəkişməli prosesdə iştirak dərəcəsi onların öz iradələrindən asılıdır. Tərəfin çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur.
38. Baxılan işin kommersiya mübahisəsi olması səbəbindən icraat MPM-in 10-1-ci maddəsinin tələblərinə uyğun olaraq elektron qaydada aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə həm poçt vasitəsilə, həm də «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə lazımi qaydada məlumat verilmiş, lakin səbəbi barədə məlumat vermədən məhkəmə iclaslarında təmsil olunmamış, prosessual qanunvericiliyin verdiyi və məhkəmə tərəfindən yaradılmış imkanlardan istifadə edərək, etirazını təsdiq edən mötəbər sübutları və vəsatətləri məhkəməyə təqd im etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzəə alaraq cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
40. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 sentyabr tarixli 2-2(103)-998/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov