Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-102/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh xxxx Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, öhdəliklərin icra edilməməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh xxxx Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(106)-175/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC tərəfindən 2017-ci il üzrə ümumilikdə 494.555 manat məbləğində gübrə məhsulları "xxxx" ASC-yə təqdim edilmişdir. 2. 2017-ci il üzrə təqdim edilmiş elektron qaimələr üzrə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ƏDV daxil ümumilikdə 441.110,60 manat məbləğində ödəniş edilmiş, qalıq borc 53.444,40 manat təşkil etmişdir. 3. "xxxx" MMC tərəfindən 2018-ci il üzrə ümumilikdə 556.542,92 manat məbləğində gübrə məhsulları "xxxx" ASC-yə təqdim edilmişdir. 4. 2018-ci il üzrə təqdim edilmiş elektron qaimələr üzrə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ƏDV daxil ümumilikdə 537.654,63 manat məbləğində öd əniş edilmiş, qalıq borc 72.332,69 manat təşkil etmişdir. 5. "xxxx" MMC tərəfindən 2019-cu il üzrə ümumilikdə 72.428,31 manat məbləğində gübrə məhsulları "xxxx" ASC-yə təqdim edilmişdir. 6. 2019-cu il üzrə təqdim edilmiş elektron qaimələr üzrə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ƏDV daxil ümumilikdə 84.697,18 manat məbləğində ödəniş edilmiş, qalıq borc 60.063,82 manat təşkil etmişdir. 7. 2020-ci il üzrə tərtib edilmiş hesab vərəqi üzrə "xxxx" MMC tərəfindən "xxxx" MMCyə ƏDV daxil ümumilikdə 44.926,52 manat məbləğində ödəniş edilmiş, qalıq borc 15.137,30 manat təşkil etmişdir. 8. "xxxx" MMC tərəfindən 2021-ci il üzrə ümumilikdə 442.729,50 manat məbləğində gübrə məhsulları "xxxx" ASC-yə təqdim edilmişdir. 9. 2021-ci il üzrə təqdim edilmiş elektron qaimələr üzrə "xxxx" MMC tərəfindən "xxxx" M MC-yə ƏDV daxil ümumilikdə 412.100 manat məbləğində ödəniş edilmiş, qalıq borc 45.766,80 manat təşkil etmişdir. 10."xxxx" MMC tərəfindən 2022-ci il üzrə ümumilikdə 172.210,50 manat məbləğində gübrə məhsulları "xxxx" ASC-yə təqdim edilmişdir. 11. 2022-ci il üzrə təqdim edilmiş elektron qaimələr üzrə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ƏDV daxil ümumilikdə 181.471,91 manat məbləğində ödəniş edilmiş, qalıq borc 36.505,39 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra-“cavabdeh”) qarşı iddia və iddia tələbinin həcminin azaldılmasına dair ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36.505,39 manat məblə ğində pul, 3.650,53 manat gecikdirilmiş icra üçün faiz, cəmi 40.155,92 manat tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia və iddia tələbinin həcminin azaldılmasına dair ərizələr onunla əsaslandırılmışdır ki, 2017-ci ildən başlayaraq tərəflər arasında yem və yem məhsullarının alqı-satqısı üzrə uzun müddətli tərəfdaşlıq olmuşdur. İddiaçı malları göndərmiş, cavabdeh qəbul etmiş, bunun əsasında elektron qaimələr ünvanlanmış, həmin qəimələr əsasında cavabdeh tərəf ödənişlər etmişdir. Bu illər ərzində cavabdeh daima aldığı məhsulların dəyərindən borclu olsa da, müəyyən ödənişlər edilmişdir. Lakin son 2 il ərzində yalnız sonuncu dəfə 2021-ci il 28 dekabr tarixi olmaqla ödəniş aparılmamışdır. Lakin təqdim edilmiş mühasibatlıq sənədlərinin tədqiqi zamanı m əlum olmuşdur ki, cavabdehin əsas borc məbləği daha az miqdardadır (36.505,39 manat), həmçinin ödənilməli olan 2 il üçün illik beş faiz dərəcəsi də cəmi 3.650,53 manat təşkil edir. Odur ki, hazırki iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır.
14. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 29 mart tarixli, e-2-2(121)-271/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim E.Abdullayev).
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında gübrə məhsullarının alqı-satqısı üzrə şifahi müqavilə bağlanmışdır. İddiaçı 20172022-ci illər üzrə ümumilikdə 1.244.405,78 manat məbləğində gübrə məhsullarını cavabdehə təqdim etmiş və bunun əsasında elektron qaimələr tərtib edilmişdir. Həmin qaimələr əsasında iddiaçı tərəfindən öhdəliklər yerinə ye tirilsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, aldığı mala görə qismən ödənişlər etsə də iddiaçıya 36.505,39 manat borcu yaranmışdır.
16. Məhkəmə qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin bağlanması üçün mütləq qaydada yazılı müqavilənin bağlanması şərti qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə müqaviləyə qədərki danışıqları və yazışmaları, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında qeyd edilən müqavilə baş tutmuş və iddiaçı aralarında bağlanmış müqavilə üzrə əsas borcu tələb etməkdə haqlıdır.
17. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təsdiq olunmuşdur ki, mallar Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Nazirlər Kabinet inin 2021-ci il 2 fevral tarixli, 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun təhvil verilmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə mallar göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir.
19. Bundan başqa, cavabdeh tərəfindən malların ona təhvil verildiyini təkzib edən, borcun tam və ya qismən ödənildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından məhkəmə hesab etmişdir ki, iddia əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
20. Məhkəmə, iddianın “illik 5% olmaqla hesablanmış 3.650,53 manat məbləğində faiz borcunun ödənilməsi” hissəsinə münasibət də qeyd etmişdir ki, cavabdeh üzərinə düşən pul öhdəliyini 2 il müddətində icra etməməsi nəticəsində bank faizinin uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizlər 2.150,25 manat məbləğində təşkil edir. Belə ki, 36.505,39 manat məbləğində əsas borcun bir illik faiz məbləği 1.825 manat (36.505,39/100x5=1.825,26) məbləğində, 1.825,26 manat məbləğin 2 il üçün faiz məbləği isə 3.650,53 manat (1.825/12x24=3.650,53) təşkil etdiyindən məhkəmə hesab etmişdir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 3.650,53 manat məbləğində faiz borcunu iddiaçıya ödəməlidir. 21.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəll əsinin (bundan sonra-“MM”) 329.2, 329.3, 385.1, 407.1, 409.4, 425.1, 442, 445.7, 448.1, 448.2, 567, 599.1, 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6, 71-1ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2, 2.1-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. 22.Cavabdeh tərəfindən həmin qə tnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. a) Apellyasiya instansiya məhkəməsindəki icraat 23.Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(106)-175/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hisssədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim C.İmanov, hakimlər M.Əsədli, P.Əhmədov). 24.Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin ilk dəlilinə, yəni, tərəflər arasında hər hansı yazılı müqavilə olmaması, tərəflər arasında ödəniş və di gər hallarla bağlı razılaşmanın olmasını təsdiq edən sübutun məhkəməyə təqdim edilməməsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında yazılı müqavilə olmasa da, müqavilənin şərtləri iddiaçı tərəfindən tam, cavabdeh tərəfindən isə yerinə yetirilmədiyindən, tərəflər arasında müqavilə bağlanmış sayılır. Belə ki, alqı-satqı müqaviləsinin bağlanması üçün mütləq qaydada yazılı müqavilənin bağlanması şərti qanunvericilikdə nəzərdə tutulmamışdır. 25.Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “məhkmənin nəzərinə çatdırırlar ki, iddiaçı ilə onlar arasında hər hansı müqavilə bağlanmamış, onların təqdim etdiyi və yalnız qəbul etdikləri malların dəyərini ödəmişlər. Bir çox hallarda iddiaçı təqdim etdiyi yem əlavələri yolda olanda belə e-qaimə təqdim edilmişdir. Ödənilməyən qaimələrdə qeyd edilən malların əksəriyyəti tələblərə cavab vermədiyi üçün geri qaytarılmışdır. Yenisi ilə əvəz edilməsinə söz verilsədə sonradan bu icra edilməmişdir.” Göründüyü kimi, cavabdeh iddiaçıdan e-qaimələr üzrə yem almasını etiraf etmiş, lakin həmin mallara görə ödənişlər etdiyini qeyd etsə də bunun sübutunu məhkəməyə təqdim etməmişdir. 26.Həmçinin cavabdeh ödənilməyən qaimələrdə qeyd edilən malların əksəriyyətinin tələblərə cavab vermədiyi üçün geri qaytarılmasını qeyd etsə də, həmin malların iddiaçıya geri qaytarılmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. 27.Apellyasiya şikayətinin borcun yaranma əsasının və ona illik 5 faizin hesablanması qaydasının aydın olmamasına dair dəlilinə münasibətdə məhkəmə bildirmişdir ki, əgər iddiaçı cavabdehə hər hansı mallar göndərməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ya ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə cavabdehin bununla bağlı hər hansı etirazını təsdiq edən sübutlar mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul edilməsi kimi qiymətləndirilməlidir. 28.Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 329.2, 329.3, 385.1, 442, 445.7, 448.1, 448.2, 599.1, 599.3, 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6, 71-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakt uranın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2, 2.1, 2.4, 3.2-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. 29.Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri b) Kassasiya şikayətinin dəlilləri: 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 20 aprel tarixli qərarında ifadə olunmuş hüquqi mövqe və MM-in 385, 386-cı maddələri üzrəməhkəmə tərəflər arasında şifahi müqavilə bağl anması nəticəsinə gəlsə də, nəzərə almamışdır ki, tərəflər arasında öhdəliyin icra müddəti və ya cərimə və digər əsas şərtlərlə bağlı hər hansı formada razılaşma olmamışdır. Məhkəmənin iddiaçı tərəfindən cavabdehə kübrə satması ilə bağlı gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Belə ki, işdə olan qaimə və iddiaçı tərəfindən təqdim edilən digər sənədlərdə belə olsun gübrə satılmsı ilə bağlı hər hansı qeyd yoxdur. Cavabdeh isə torpaqların əkilib-becərilməsi fəaliyyətilə məşğul olmadığı üçün kübrə alışını həyata keçirməmişdir. Məhkəmənin kübrə satışı ilə bağlı gəldiyi nəticənin əsası cavabdehə məlum deyil və gübrə satışı ilə bağlı iddiaçı qarşısında hər hansı öhdəliyi olmamışdır. 31.İşə baxan məhkəmə nəzərə almamışdır ki, iddiaçı tərəfindən dəyəri ödənilmədiyi iddia edilən yem əlavəl ərinin cavabdehə təqdim edilməsini təsdiq edən hər hansı sübut yoxdur. Həmin mallar tələblərə cavab vermədiyi üçün qaytarılan mallar olub. Belə olan halda məhkəmə qanunsuz olaraq borcun yaranması və hətta ona gecikməyə görə illik 5% hesablamışdır. Məhkəmə müqavilənin olmamasını qeyd etsə də, hansı əsasla 2 ildir iddia edilən pul məbləğini gecikdirdiyini qeyd etməmişdir. Gecikmənin niyə məhz qaimənin yazıldığı tarixdən hesablandığını nəzərə almamışdır. 32.Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 20 aprel tarixli qərarına istinadən bildirmişdir ki, e-qaimə hazırkı işdə iddia tələbinin əsaslı olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmələr hazırkı işdə iddiaçının e-qaimədə qeyd edilən malların cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı sübutun olmamasına qiymət verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, hətta müqavilə olmasa belə işgüzar adətlərə görə iddiaçı e-qaimədə qeyd edilən malların cavabdehə təqdim edilməsini sübut etməlidir ki, cavabdehin də bu malın dəyərini ödəmək öhdəliyi yaransın. Məhkəmənin yol verdiyi qanun pozuntusundan biri də, iddianın təmin edilməsi üçün əsas götürdüyü e-qaimə və ödəniş tapşırıqları əsasında əsas borc məbləğinin 36.505,39 manat müəyyən edilməsidir. Məhkəmənin istinad etdiyi sənədlər nəzərə alınmaqla hesablama apardıqda borcun 4700 manat artıq hesablandığı məlum olur. Bu halla bağlı cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd edilsə də, nədənsə məhkəmə bu halla bağlı mövqe belə bildirməmişdir. Ümumiyyətlə məhkəmə iddiaçının təqdim etdiyi cədvələ istinad etməklə kifayətlənərək, qeyd edilən sübutları sadalamaqla kifayətlənmişdir. 33.Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin vıı hissəsi, “S.əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarı, “Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarı, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin vıı hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 18 mart tarixli qərarı, MPM-in 217.3-cü maddəsi üzrə - hazırkı işdə məhkəmə prosessual qanunvericiliyin tələbini pozaraq, cavabdehin şikayətində qeyd edilən dəlillərin hamısına münasibətdə araşdırma aparmamış, qətnaməsini həmin hissədə əsaslandırmamışdır. Məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilən e-qaiməni və ödəniş tapşırıqlarını əsas götürərək eqaimələrdəki qeyd edilən məbləğlərdən ödəniş tapşırıqlarında qeyd edilən məbləğləri çıxaraq 36.505,39 manat əsas borcun olması nəticəsinə gəlməklə hətta riyazi hesablamada belə səhvə yol vermişdir. Belə ki, iddiaçının təqdim etdiyi e-qaimədəki məbləğlərlə və ödəniş tapşırıqlarında qeyd edilən məbləğlərin ümumi fərqi 31805,39 manat edir. Məhkəmə hətta həmin sənədləri n əzərə almaqla hesabladığı borc məbləğini 4700 manat artıq hesablamışdır. Bu işdə məhkəmə iddiaçının tələb etdiyi borcun əsassız olmasını nəzərə almamışdır. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 34.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri 35.İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçiv əsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). 36.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 37.Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borc lunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavi lədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....” 38.Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:... 16.1.11-6. aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək:...” “Maddə 71-1. Elektron qaimə-fakturaları... 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 711.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən mal ların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində; 71-1.1.5. bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş haldaavansın alındığı gün....” 39.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. Üm umi müddəalar... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir....” “2. Elektron qaimə-fakturanın tərtib edilməsi... 2.1. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaiməfakturanı h azırlayır, təsdiq edir və göndərir. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı hazırlayır və təsdiq edir....” 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə- fakturanın verilmə tarixi sayılır....” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir....” 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir....” 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkə mə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
43. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
44. Cavabdehin kassasiya şikayətinin dəlilləri eyni zamanda apellyasiya şikayətinin dəlillərini təşkil etmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 24-27).
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə həmçinin qeyd edilməsini zəruri hesab edir ki, mülki qanunvericilikdə alqı-satqı müqaviləsinin hər bir halda yazılı formada bağlanmalı olması barədə imperativ nor ma yoxdur. İşə baxan məhkəmələr hazırki iş üzrə malların cavabdehə təhvil verilməsinə dair mübahisələndirilməmiş elektron qaimənin mövcudluğunu və cavabdeh tərəfindən həmin qaimə üzrə qismən ödənişlərin aparılmasını nəzərə alaraq, düzgün olaraq belə qənaətə gəlmişlər ki, tərəflər arasında məhz alqı-satqı münasibətləri yaranmışdır. Ona görə də, məhkəmə kollegiyası hazırkı mübahisəyə "alqı-satqı müqaviləsi" və "öhdəlik" kimi hüquqi qiymət verməsinin mülki qanunvericiliyin pozuntusu olması barədə şikayətin dəlilləri ilə razılaşmır. 46.Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin e-qaimədəki məbləğləri və ödəniş tapşırıqlarını nəzərə almaqla hesabladığı borc məbləğini 4700 manat artıq hesablaması ilə bağlı dəlilləri ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçı tərəfindən ona ümumiy yətlə hər hansı malın təqdim olunmasını mübahisələndirən cavabdeh, qeyd olunan borc məbləğinin düzügn hesablanmamasını təsdiq edən sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. 47.Nəzərə alınmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
48. Kass asiya şikayətinin məhkəmələr tərəfindən qanunsuz olaraq borcun yaranması və ona gecikməyə görə illik 5% hesablanması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirmədiyindən, iddiaçının xeyrinə gecikdirilən müddət üçün əsas borcun 5 %-i miqdarında pulun tutulması MM-in 445.7-ci maddəsinin tələblərinə (bax yuxarıda § 37), eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında ( bax yuxarıda § 40) ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur. 49.Həmçinin nəzərə alınmalıdır ki, kassasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).
50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
51. MPM-in 416, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(106)-175/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.