Məhkəmə qərarları › İş №2-2(102)-104/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-104/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-104/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər 16.02.2022 Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 05 oktyabr tarixli, 2-2(103)-929/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 05.0 5.2020-ci ildə tərtib edilmiş ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta görə, G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80111221 olan texniki qaydalara cavab verən mexaniki göstəricisi ******* m3 olan qaz sayğacı “Azəriqaz'' İstehsalat Birliyinin nümayəndələri tərəfindən çıxarılmış G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80088347 olan qaz sayğacının əvəzində quraşdırılmışdır. 2. 05.05.2020-ci ildə tərtib edilmiş ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta görə, G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80088347 olan texniki qaydalara cavab verən mexaniki göstəricisi ******* m3 olan “Azəriqaz'' İstehsalat Birliyinin nümayəndələri tərəfindən çıxarılmış qaz sayğacı növbəti yoxlamaya göndər ilir və müvəqqəti qaz təminatı G-100 markalı, 80111221 saylı sayğacla bərpa olundu. 3. 15.05.2020-ci il tarixdə təsdiq edilmiş KT 09373 nömrəli qüsur aktına görə, 04.05.2020-ci il tarixdə dövlət yoxlamasına qəbul olunmuş G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80088347 olan sayğacın bəzi (1 ədəd paz, 1 ədəd ötürücü mexaniki, 1 ədəd maqnit ötürücü, 1 ədəd təzyiq borusu) hissələri sıradan çıxmış və yenisi ilə əvəz edilməlidir. 4. 15.05.2020-ci il tarixdə təsdiq edilmiş KT 09373 nömrəli qüsur aktına əlavə olunan 17.06.2020-ci il tarixli KT 09437 nömrəli qüsur aktına görə, 04.05.2020-ci il tarixdə dövlət yoxlamasına qəbul olunmuş G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80088347 olan sayğacın bəzi (1 dəst şesternilər 37/45 (32/41) xətalara uyğun deyil) hissələri sıradan çıxmış və yenisi i lə əvəz edilməlidir. 5. 19.06.2020-ci il tarixli sayğacın istismara yararlığı haqqında arayışa görə, yoxlama tarixi 19.06.2020-ci il olan G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80088347 olan sayğacın yoxlamadan əvvəl mexaniki göstəricisi 4256509, yoxlamadan sonra 4256645-dir. 6. 23.06.2020-ci ildə tərtib edilmiş ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta görə, G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80111221 olan texniki qaydalara cavab verən mexaniki göstəricisi ******* m3 olan qaz sayğacı “Azəriqaz'' İstehsalat Birliyinin nümayəndələri tərəfindən çıxarılaraq əvəzinə G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80088347 olan qaz sayğacı quraşdırılmışdır. 7. 23.06.2020-ci ildə tərtib edilmiş ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta görə, G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80088347 olan texniki qaydalara cavab verən quraşdırılarkən mexaniki göstəricisi ******* m3 olan qaz sayğacı “Azəriqaz'' İstehsalat Birliyinin nümayəndələri tərəfindən çıxarılmış G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80111221 olan qaz sayğacının əvəzində quraşdırılmışdır.

8. Abonent kodu **********01059 olan İddiaçı abonent saldosuna görə, abonentin təbii qazdan istifadəyə görə 2018-ci ilin dekabr ayının sonuna 62316 m3, 2019-cu ilin yanvar ayının sonuna 42896 m3, fevral ayının sonuna 39203 m3, mart ayının sonuna 42943 m3, aprel ayının sonuna 41141 m3, may ayının sonuna 42286 m3 ümumilikdə 6 ay üçün qeyd edilən dövr üzrə 270785 m3 və 2019-cu ilin dekabr ayının sonuna 54166 m3, 2020-ci ilin yanvar ayının sonuna 59327 m3, fevral ayının sonuna 74102 m3, mart ayının sonuna 50686 m3, aprel ayının sonuna 52060 m3, may ayının sonuna 42544 m3 ümumilikdə 6 ay üçün qeyd edilən dövr üzrə 332885 m3 qaz sərfiyyatı olmuşdur. 9. 05 mart 2021-ci il tarixli, 10/2726 nömrəli məhkəmə ekspertizasının rəyinə görə, metrologiya departamenti tərəfindən 15.05.2020-ci il və 17.06.2020-ci il tarixlərdə tərtib edilmiş 09373 və 09437 saylı aktlarda adları qeyd edilən 5 ədəd elementin nasaz olması (paz, ötürücü mexanizmin, maqnit ötürücüsünün, təzyiq borusunun və dişli çarxın sıradan çıxması) turbin tipli G-100 markalı, 80088347 saylı qaz sayğacının yarasız olmasına və həmin qaz sayğacının qaz sərfiyyatının artıq göstərilməsinə (hesablanmasına) səbəb ola bilər. Fiziki şəxs İddiaçı abonent saldosund a (abonent kodu **********01059) 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayınadək olan dövr üçün göstərilmiş qaz sərfiyyatlarında 153852,6 m3 (dəyəri isə 30770,52 manat) qaz sərfiyyatı artıq hesablanmışdır. Həmçinin ekspertiza rəyinin tədqiqat prosesinin təsviri hissəsində dönər (rotor) sobalarının bir aylıq qaz sərfiyyatının hesablanmasının aparılması zamanı həmin sobaların bir ayda cəmi 22 gün işlədiklərinin nəzərə alınması qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, abunəçi kodu **********05901 olan iddiaçıya Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Zəngəzur” şadlıq sarayının arxası ünvanında yerləşən qeyri-yaşayış sahəsinə quraşdırılan 80088347№-li sayğacdan istifadəyə görə hesablanmış 30770,52 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur şadlıq sarayının arxası ünvanında yerləşən qeyri-yaşayış sahəsində istifadə olunan G-100 markalı, 80088347 saylı sayğacında sərfiyyat 2019-cu ilin dekabr ayından başlayaraq normadan artıq olmuşdur. Qeyd edilən ünvandakı qeyri-yaşayış sahəsində icarə hüququ əsasında "xxxx" MMC-nin istifadəsində olmaqla çörək zavodu fəaliyyət göstərir. İcarə müqaviləsinin 3.2.6-cı bəndinə əsasən kommunal xərclər icarədarın öhdəliyində olduğundan, qazdan istifadə ilə əlaqədar ya ranmış fərqin araşdırılması üçün "xxxx" MMC tərəfindən çox saylı müraciətlər edilsə də, nəticəsi olmamışdır. Yalnız 2020-ci ilin may ayında şikayətlərlə əlaqədar sayğac laboratoriya müayinəsinə aparılmış və yoxlama nəticəsində sayğacın yararsız olduğu məlum olmuşdur. Sayğacın yerinin dəyişdirilməsi və artıq sərfiyyatın silinməsinə dair müraciətlər təmin edilməmişdir. Sayğacın təmiri üçün alınan mexanizmlərə görə 1138 manat vəsait ödənilmişdir. Təmir müddətində müvəqqəti sayğac yerləşdirilmiş, həmin sayğacın aylıq göstəriciləri həqiqətən də iddiaçıya məxsus sayğacın faktiki qazda istifadəni deyil, normadan artıq qeydiyyat apardığı təsdiqini tapmışdır. Sayğac ərazidən 3 km-lik məsafədə yerləşir, yaranan qüsurların iddiaçıya heç bir aidiyyəti yoxdur.

12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci i l 20 may tarixli, e-2-2(113)-168/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya (abonent kodu **********05901) hesablanmış 12.420 manat məbləğində borcun silinməsi, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pulun 60,54 manatı iddiaçıdan, 89,46 manatın isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – E.Əliyev).

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, gündəlik tələbat məhsulları olan un məmulatları istehsal edən çörək zavodunun müxtəlif sobaların 5 ay ərzində hər ay cəmi 22 gün işləməsi inandırıcı deyil, həmçinin ekspert özü nasaz sayğacın qaz sərfiyyatının artıq hesablanmasını “ola bilər” kimi qeyd etmişdir. Bu isə onu göstərir ki, nasaz qaz sayğacı qaz sərfiyyatını artıq, həm də az hesablaya bilər, həmçinin ekspert sərfiyyatı nasaz olan sayğacın texniki göstəricilərinə görə deyil, 30-31 gün üçün yox, sobaların işləyən günlərə (22 gün) uyğun hesablamışdır.

14. Qaz, ötürücü mexanizmin, maqnit ötürücüsünün, təzyiq borusunun və dişli çarxın sıradan çıxması nəticəsində sayğacın nasaz olması mübahisə doğurmur, həmçinin məhkəmə abonent saldosunda 12.2019-05.2020-ci il tarixlərlə əvvəlki ilin həmin dövrü (12.2018-05.2019) müqayisə edərkən sayğacın nasaz olan aylarda əvvəlki analoji dövrə münasibətdə artıq sərfiyyatın olduğunu müəyyən etmişdir.

15. Artıq sərfiyyət aşağıdakı qaydada hesablanmalıdır: Mübahisəli (12.2019-05.2020-ci) dövrün qaz sərfiyyatının məbləğindən bir il əvvəlki mübahisə doğurmayan anoloji dövrə (12.2018-05.2019) hesablanmış qaz sərfiyyatının məbləği çı xılmalıdır.

16. Belə ki, 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayına qaz sərfiyyatının məbləği olan 66577 (10833,20+11865,40+14820,40+10137,20+10412+8508,80) manatdan əvvəlki ilin analoji dövrdə, yəni 2018-cu ilin dekabr ayından 2019-cu ilin may ayına qaz sərfiyyatının məbləği olan 54.157 (12463,20+8579,20+7840, 60+8588, 60+8228, 20+8457,20) manat çıxılandan sonra, artıq hesablanmış qaz sərfiyyatının məbləğinin 12420 manat olduğu müəyyən edilir.

17. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4, 5.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "Mülki Prosessual Məcəllə”) 103.1, 103.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. İ ddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 05 oktyabr tarixli, 2-2(103)-929/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), V.M.Məmmədov və V.Ə.Baxışova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 may tarixli, e-2-2(113)-168/2021 saylı qətnaməsi dəyişdirilərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 1 9.195,2 manat məbləğində borc silinmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

21. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırki işdə cavabdeh tərəfindən iddiaçıdan tələb olunan borc məbləği düzgün hesablanmamışdır.

22. Belə ki, iddiaçı 2019-cu ilin dekabr ayından qaz sayğacında yaranmış nasazlıqlarla bağlı, onun dəyişdirilməsi üçün 2020-ci ilin yanvar, mart, aprel aylarında rəsmi məktublarla dəfələrlə cavabdehə müraciətlər etmiş, yalnız 05.05.2020-ci il tarixdə cavabdehin əməkdaşları qaz sayğacına baxış keçirərək, eyni tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib etmişlər. Akta əsasən həmin sayğac çıxarılaraq növbəti yoxlamaya göndərilmiş və müvəqqəti qaz təminatı G100 markalı, 80111221 s aylı sayğacla bərpa edilmişdir. Dövlət yoxlamasının rəyinə əsasən qaz sayğacının bəzi hissələri (1 dəst şesternilər 37/45 (32/41) xətalara uyğun deyil) sıradan çıxdığına görə əvəzlənməsinə zərurət yaranmışdır. Bu səbəbdən 17.06.2020-ci il tarixli KT 09437 nömrəli qüsur aktı tərtib edilmiş və sayğac təmir olunaraq 23.06.2020-ci ildə tam saz vəziyyətdə təkrarən yerinə quraşdırılmışdır.

23. İddiaçı tərəfindən 2019-cu ilin dekabr ayında qaz sayğacının nasaz vəziyyətdə olması aşkar olunmuş və o, onun dəyişdirilməsi üçün çoxsaylı məktublarla cavabdehə müraciətlər etmiş, yəni iddiaçı tərəfindən «Qazdan istifadə Qaydaları»nın 3.2 və 3.2.7-ci bəndlərinə tam əməl olunmuş və qaz qurğusunda nasazlıq olması barədə cavabdehə məlumat verilmişdir.

24. «Qazdan istifadə Qaydaları»nın 3.1 və 3.1.6-cı bəndlər ində qeyd edilmişdir ki, qaz paylayıcısı bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməlidir.

25. Cavabdeh tərəfindən həmin vəzifəyə əməl edilməmiş və iddiaçının müraciətləri cavabsız qalaraq yalnız bundan 4 ay sonra, yəni 05.05.2020-ci il tarixdə cavabdehin əməkdaşları qaz sayğacına baxış keçirərək, onu dövlət yoxlamasına göndərmişlər və nəticədə qaz sayğacında həqiqətən də nasazlıqların olduğu təsdiq olunmuşdur.

26. Cavabdehin öz vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində qaz sərfiyyatı 5 ay müddətində nasaz vəziyyətdə olan sayğac əsasında aparılmışdır. Lakin, «Qazdan istifadə Qaydaları»nda bununla bağlı müvafiq tənzimləmə, yəni qazpaylayıcısının təqsiri üzündən sayğacın nasaz vəziyyətdə i şlədiyi dövr üzrə hesabatın aparılması ilə bağlı qaydalar tənzimlənməmisdir.

27. «Qazdan istifadə Qaydaları»nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin bəndə əsasən, 2019-cu ilin dekabr 2020-ci ilin aprel ayları üçün hesablanmalı olan qazın dəyəri 38.873 manat təşkil edir.

28. Abonent saldosuna görə, 2019-cu ilin dekabr ayından əvvəlki, yəni noyabr ayı üzrə olan qaz sərfiyyatı 38873 kub metr olmuşdur. Bu həcmdə qaz sərfiyyatı əsas götürüldükdə isə müəyyən olunmuşdur ki, həmin ay üzr ə ödənilməli olan məbləğ 7.774,6 manat və 5 ay üzrə ödənilməli olan məbləğ 38.873 manat təşkil edir.

29. Eyni zamanda abonentin saldosundan görünür ki, 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınadək iddiaçının hesabına yazılmış ümumi borc məbləği 58068,2 manat təşkil edir (10833,2 + 11865,4 + 14820,4 + 10137,2 + 10412 = 58068,2).

30. Cavabdeh tərəfindən 38.873 manat məbləğində borcun hesablanması əsaslı, qalan məbləğin, yəni 19195,2 manat borcun (58068,2 – 38873 = 19195,2) hesablanması isə əsassız hesab edilməlidir.

31. Həmçinin məhkəmə 05 mart 2021-ci il tarixli, 10/2726 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. Birinci instansiya məhkəməsi bununla bağlı düzgün olaraq qeyd etmişdir ki, gündəlik tələbat məhsulları olan un məmulatları istehsal edən çörək zavodunun müxtəl if sobaların 5 ay ərzində hər ay cəmi 22 gün işləməsi inandırıcı deyildir, həmçinin ekspert özü nasaz sayğacın qaz sərfiyyatının artıq hesablanmasını “ola bilər” kimi qeyd etmişdir. Bu isə onu göstərir ki, nasaz qaz sayğacı qaz sərfiyyatını artıq, həm də az hesablaya bilər, həmçinin ekspert sərfiyyatı nasaz olan sayğacın texniki göstəricilərinə görə deyil, 30-31 gün üçün yox, sobaların işləyən günlərə (22 gün) uyğun hesablamışdır. Ekspert özünün ehtimallarına əsaslanaraq hesablamanı aparmışdır.

32. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1, 3.1.6, 5.2, 5.4-cü bəndlərinə, Mülki Prosessual Məcəllənin 13.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. Cavabdeh həm in qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

34. Sayğac qaz qurğusu deyil, ölçü cihazıdır. Lakin məhkəmə sayğacı qaz qurğusu olaraq qəbul etməklə “Qazdan istifadə Qaydaları”nın 3.2.7-ci bəndini yanlış tətbiq edərkən yalnız istehlakçının qaz paylayıcısına təcili məlumat vermək vəzifəsini icra etdiyinə istinad etmişdir. Lakin həmin maddədə istehlakçının “qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalır” tələbinə əməl edibetməməsi halına heç bir münasibət bildirməmişdir.

35. İddiaçı qazın alqı-satqısına dair müqaviləyə əsasən almış old uğu qazın müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) ödəməmişdir. Mübahisəli dövrün sonunda iddiaçının borcu 34.175.80 manat təşkil etməkdədir. Halbuki, tərəflər arasında qazın alqısatqısı barədə 24.10.2016-ci il tarixli,1860-1016 nömrəli müqavilənin şərtlərinə görə aldığı qazın qiymətinin vaxtında ödənilməsi öhdəliyini götürmüşdür. 36. 12/2019-04/2020 dövrü üzrə istehlak edilmiş qaz sərfinin məbləği (66.577 manat) ilə 12/2020-04/2021 dövrü üzrə istehlak edilmiş qaz sərfinin məbləğindən (64.337 manat) cəmi 2.240 manat həcmində artıq olmuşdur. Bu isə bir daha sübut edir ki, mübahisələndirilən dövrdə qaz sərfiyyatının artması istehsal sahəsində baş verən artımla bağlı olmuşdur. Bütün göstəricilər mübahisələndirilən dövrdən əvvəlki səviyyədə qalmış olduğu təqdirdə qalmışdırsa, iddiaçı 12/20 20-04/2021 dövrünü də qəbul etməyərək mübahisələndirməli idi. G-100 markalı, 80111221 saylı sayğacla (bu sayğacın göstəriciləri iddiaçı tərəfindən mübahisə doğurmur) 2020-ci ilin may-iyin aylarının göstəricisi ilə 2019cu ilin eyni aylarının göstəricilərinin müqayisəsi də istehsalda mütləq mənada artımın olmasının yanakı sübutlarından biridir. 37. “Qeyri-əhali” qaz sayğacının yoxlanması haqqında SS№29/1640-00899 saylı aktdan görünür ki, “80088347 nömrəli sayğacın təzyiq borusu yoxlanılıb, sızma var, nasazdır. Yoxlama nəticəsində məlum olmuşdur ki, minimal sərfiyyatda xəta normaya uyğun deyil, təzyiq borusu tələb olunur.” Bu isə sayğacın aşağı təzyiqdə sərfiyyatı qeyd etmədiyini göstərir. Sayğacın elektron hissəsinin qeyd etmədiyi həmin qaz sərfiyyatının miqdarı avtomatik olaraq sayğacın arx ivinə ötürülür. Sonradan arxivə baxış zamanı həmin xəta səbəbindən sayğacın göstəricisində əks olunmamış arxivə düşən göstərici hesablanaraq hesab cədvəlinə daxil edilir. Belə olan halda 80088347 nömrəli sayğacın əslində sərfiyyatı olduğundan, faktiki olaraq az qeyd etdiyi halda, məhkəmə bunun əksinin baş verdiyi qənaətinə gəlmişdir. Halbuki, sayğacda müəyyənedilən qüsurların məhz artıq sərfiyyatın qeyd olunmasına səbəb olduğunu heç bir sübut mövcud deyildir.

38. Kassasiya şikayəti “Qazdan istifadə Qaydaları”nın 3.2 və 3.2.7, 5.5-ci bəndlərinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 443.1, 448.1, 448.2-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

41. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını iddianın təmin edilən hissədə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalar ını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

43. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Q aydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “3. Qaz Paylayıcısının, X4 İstehlakçıların, Mənzil Mülkiyyətçilərinin və X2 X1 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməlidir...”; “5. X3 Şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir)...”. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğa cının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 05 oktyabr tarixli, 2-2(103)-929/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

46. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, cavabdeh tərəfindən «Qazda n istifadə Qaydaları»nın 3.1 və 3.1.6-cı bəndlərində nəzərdə tutulmuş vəzifəyə əməl edilməmiş və iddiaçının müraciətləri cavabsız qalaraq yalnız bundan 4 ay sonra, yəni 05.05.2020-ci il tarixdə cavabdehin əməkdaşları qaz sayğacına baxış keçirərək, onu dövlət yoxlamasına göndərmişlər, nəticədə qaz sayğacında həqiqətən də nasazlıqların olduğu təsdiq olunmuşdur. Cavabdehin öz vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində qaz sərfiyyatının hesbatı 5 ay müddətində nasaz vəziyyətdə olan sayğac əsasında aparılmışdır.

47. Apelyasiya Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, gündəlik tələbat məhsulları olan un məmulatları istehsal edən çörək zavodunda müxtəlif sobaların 5 ay ərzində hər ay cəmi 22 gün işləməsi inandırıcı deyildir, ekspert özü nasaz sayğacın qaz sərfiyyatını artıq hesab lanmasını “ola bilər”- yəni, nasaz qaz sayğacı qaz sərfiyyatını artıq, həm də az hesablaya bilər kimi qeyd etdiyindən, ekspert rəyini mötəbər sübut kimi qəbul etməmişdir.

48. Qeyd edilənlərə əsasən cavabdehin kassasiya şikayətinin, məhkəmənin sayğacı qaz qurğusu olaraq qəbul etməklə “Qazdan istifadə Qaydaları”nın 3.2.7-ci bəndini yanlış tətbiq edərkən yalnız istehlakçının qaz paylayıcısına təcili məlumat vermək vəzifəsini icra etdiyinə istinad etməsi, lakin həmin maddədə istehlakçının “qaz qurğusunda nasazlıq və ya qaz iyinin yaranması zamanı dərhal qaz qurğularından istifadəni dayandırmalıdır” tələbinə əməl edib-etməməsi halına heç bir münasibət bildirməməsi, sayğacda müəyyən edilən qüsurların məhz artıq sərfiyyatın qeydə almasına səbəb olmasına dair heç bir sübutun mövcud olmadığı barədə dəlilləri əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

49. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə məhkəmə qətnaməsini dəyişdirərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 19.195,2 manat məbləğində borcun silinməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıdan tələb olunan borc məbləğinin düzgün hesablanmadığını, iddiaçı tərəfindən «Qazdan istifadə Qaydaları»nın 3.2 və 3.2.7-ci bəndlərinə tam əməl olunaraq qaz qurğusunda nasazlıq olması barədə cavabdehə məlumat verilsə də, sonuncu tərəfindən bununla əlaqədar uzun müddət zəruri tədbirlərin görülmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

50. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 05 oktyabr tarixli, 2-2(103)-929/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

52. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 05 oktyabr tarixli, 2-2(103)-929/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxla nılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar