Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-105/2017 03.02.2017 ALİ MƏHKƏMƏ İddiaçı MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRARDAD (iş № 2-2(102)-105/2017) Bakı şəhəri 03 fevral 2017-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Nəbizadə Rahib Sahib oğlu İddiaçı MMCnin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə cavabdehin kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 09 dekabr 2016-cı il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilərə k 14 oktyabr 2016-cı il tarixli qərardad ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermişdir. Cavabdehin şikayətinin icraata qəbul edilməsi üçün əsaslar mövcud deyil. Ona görə də şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Qanunverici sonrakı prosessual hərəkətlərin edilməsi üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilməsini nəzərdə tutmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 246.0.7-ci maddəsində qeyd edilir ki, ayrıca akt şəklində qəbul edilən qərardadda qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qay dası və müddəti göstərilməlidir. Cavabdeh tərəfindən mübahisə edilən 09 dekabr 2016-cı il tarixli qərardaddan şikayət verilə bilmədiyindən, onda şikayət vermə qaydası və müddəti göstərilməmişdir. MPM-in kassasiya instansiyası məhkəməsində icraat adlanan XLİİİ fəslində bu kimi qərardadlardan şikayət verilməsi qaydası göstərilməsə də, birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət verilməsi adlanan XLİİ fəsildə 395.1-ci maddədə qeyd edilir ki, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. MPM-in 395.2-ci maddəsinə görə isə birinci instansiya məhkəmələrinin digər qərardadlarınd an şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Kassasiya şikayətinin predmeti olan qərardad da işin sonrakı hərəkətinə mane olmadığından həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmur. İşin sonrakı hərəkətinə mane olmayan qərardadlardan kassasiya şikayətinin verilməsinin istisna olunması Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (bundan sonra İPM) də nəzrədə tutulmuşdur. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, şikayət inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Normaların əlaqəli təhlilindən göründüyü kimi məhkəmə qərardadlarından o halda şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş olsun. Bəhs olunanlara əsasən 09 dekabr 2016-cı il tarixli qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından kassasiya şikayəti qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.3-cü maddəsini rəhrəb tutaraq qərar verdim: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 09 dekabr 2016-cı il tarixli qərardadından verdiyi kassasiya şikayəti qaytarılsın. Hakim: Rahib Nəbizadə.
Məhkəmə qərarları › İş №2-2(102)-105/2017
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-105/2017
03.02.2017 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver