Məhkəmə qərarları › İş №2-2(102)-105/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-105/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-105/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdehə qarşı iş üzrə Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdehə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli 2-2(103)-869/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan İd diaçı MMC (bundan sonra – “PİC”) ilə Cavabdeh MMC (bundan sonra – “QSZ”) arasında bağlanmış 2018-ci il 7 noyabr tarixli QSZA 224/1118 nömrəli alqı-satqı müqaviləsindən (bundan sonra – “2018-ci il müqaviləsi”) görünür ki, həmin müqaviləyə əsasən alıcı (QSZ) müqaviləyə əlavə edilən qaimə-fakturada göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan (PİC) alır və həmin Malın müqabilində satıcıya qaimə faktura/hesab fakturada nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin şərtlərinə görə: 2.1. Müqavilə üzrə malın qiyməti hər partiya üzrə tərəflər arasında əvvəlcədən razılaşdırılaraq satıcı tərəfindən alıcıya təqdim olunmuş qaimə/hesab faktura əsasında müəyyən olunur (2.1-ci bənd). 2.2. Müqavilə üzrə ödəniş alıcıya təqdim olu nmuş qaimə/hesab faktura əsasında, həmin qaimə/hesab fakturanın tarixindən 30 təqvim günü müddətinə ödənilir (2.2-ci bənd). 2.3. Satıcı müqavilə ilə müəyyən edilmiş vaxtda malı alıcıya qismən təhvil verdikdə və ya ümumiyyətlə təhvil vermədikdə, alıcı satıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi qiymətinin 1% həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər (6.2-ci bənd).

3. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında bazadan çıxarışdan görünür ki, ********** saylı VÖEN əvvəllər PİC-ə məxsus olmuşdur. Sonradan PİC-in adı dəyişmiş, “PİC” "PR" MMC-yə (bundan sonra – "PR") çevrilmişdir.

4. İş materiallarında olan 2019-cu il 4 mart tarixli İNV-190255 saylı hesab fakturadan görünür ki, 41.442,78 manat dəyərində mal QSZ-yə verilmiş, ödəniş şərtləri isə 40% avans ödənişi, 60% təslim tarixindən 30 gün ərzində ödənilməsi kimi nəzərdə tutulmuşdur.

5. İş materiallarında olan 2019-cu il 2 may tarixli EAAT seriyalı, 910232 saylı və 2019-cu il 18 noyabr tarixli EBAC seriyalı, 604393 saylı elektron qaimələrdən görünür ki, PR tərəfindən müvafiq olaraq 19.441,68 manat və 22.001 manat dəyərində mallar QSZ-yə təqdim olunmuşdur.

6. İş materiallarında olan PİC ilə QSZ arasında tərtib olunmuş 2020-ci il 31 avqust tarixli üzləşmə aktına əsasən, QSZ-nin PİC-ə 2020-ci il 31 avqust tarixinə mal-material üzrə 37.224,76 manat borcu qalmışdır. Həmin akt PİC-in direktoru və QSZ-nin sədri Qanuni nümayəndə tərəfinfən imzalanmış və həmin müəssisələrin möhürləri ilə möhürlənmişdir.

7. İş materiallarında olan PR-nın 2020-ci il 18 sentyabr tarixli arayışına əsasən, QSZ-nin cari tarixə 37.224,96 manat ödənilməmiş borcu vardır.

8. PİC QSZ-yə 2020-ci il 19 sentyabr tarixli pretenziya məktubu göndərərək, aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında ödənilməmiş 37.224,96 manat məbləğində əsas borcun PİC-ə 3 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə borc məbləği olaraq 37.224,96 manat, bank uçot dərəcəsi kimi hesablanmış 5.955,9 manat, öhdəliyn gecikdirilməsi nəticəsində hesablanmış 134136 manat cərimə məbləğinin, hüquqi xidmətə görə ödənilmiş 1000 manat məbləğində pulun tutulması barədə məhkəməyə müraciət edəcəklərini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. PİC 2020-c i il 28 oktyabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 2018-ci il müqaviləsi əsasında, ödənilməmiş qalıq 37.224,96 manat məbləğində əsas borcun (ƏDV ilə birlikdə), borc ödənilmədiyinə görə bank uçot dərəcəsi kimi hesablanmış 5.955,9 manat məbləğində pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 134.136 manat cərimə məbləğinin, hüquqi xidmətə görə ödənilmiş 1.000 manat məbləğində pulun və 30 manat məbləğinə dövlət rüsumunun QSZ-dən tutularaq PİC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi aşağıldakı hallarla əsaslandırılmışdır: 10.1. Müqavilə PR tərəfindən icra edilmiş və razılaşdırılmış mallar bir neçə partiya üzrə QSZyə təhvil verilmişdir. Lakin təqdim edilmiş çoxsaylı elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən yalnız bir qismi QSZ tərəfindən ödənilsə də, QSZ-nin 33.349,47 manat əsas, 3.875,49 manat ƏDV ödənilməmiş borcu vardır. 10.2. Bundan əlavə, PR həmin məbləği keçən müddət ərzində banka depozit hesabına qoysaydı, xeyli miqdarda gəlir əldə edə bilərdi. 10.3. QSZ borcu 2 il ərzində ödəməməklə PR-nı əldə edəcəyi mənfəətdən məhrum etməklə maddi ziyan vurmuşdur. Odur ki, borc ödənilmədiyi üçün bank faizinin uçot dərəcəsi də QSZ-dən tutularaq PR-ya ödənilməlidir. 10.4. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən olan çıxarışa əsasən, 2018-ci ildən bu günədək bank faizinin uçot dərəcəsi 8 % (orta faiz dərəcəsi) təşkil edir. Ona görə bank faizinin uçot dərəcəsi kimi hesablanmış 5.955,9 manat (37.224,96 x 8 % x 2 il) məbləğində pul QSZ-dən PR-nın xeyrinə tutulmalıd ır. 10.5. 2018-ci il müqaviləsinin 6.2-ci bəndinə istinadən, 2019-cu il 2 may tarixli elektron qaimədən qalıq 15.223,86 manat məbləğində borc məbləği elektron-qaimənin vurulduğu gündən 30 gün müddətində (2019-cu il 1 iyun tarixinədək) ödənilməli olsa da, bu günədək ödənilməmişdir. Odur ki, müqaviləyə əsasən, hər gecikdirilən gün üçün 1% cərimə məbləği ödənilməlidir. 10.6. Beləliklə, qalıq 15.223,86 manat məbləğində borca görə 2020-ci il 18 sentyabr tarixinədək olan müddətə görə 72.313 manat (15.223,86 x 1% x 475 gün) pul ödənilməlidir. Həmçinin 2019-cu il 18 noyabr tarixli elektron-qaimə əsasında ödənilməli olan 22.001,10 manat pul 2019-cu il 18 dekabr tarixinədək ödənilmədiyindən, hər gecikdirilən gün üçün 1% olmaqla, 2020-ci il 18 sentyabr tarixinə 61.823 manat (22.001,10 x 1% x 281 gün) cərimə məbləği ödənilməlidir. Beləliklə, qüvvədə olan qanunvericiliyə və 2018-ci il müqaviləsinə əsasən, cəmi 134.136 manat cərimə məbləği də QSZ tərəfindən ödənilməlidir. 10.7. Bundan əlavə, qeyd olunan borc məbləğinin tutulması ilə bağlı hüquqi xidmət göstərilməsi ilə əlaqədar PR tərəfindən "BHS" MMC-yə birinci instansiya məhkəməsi üçün 1.000 manat məbləğində ödəniş edilmişdir.

11. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 421, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 449.1, 449.2, 464.1, 598.3, 598.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 35.2-ci maddələri rəhbər tutulmaqla əsaslandırılmışdır.

12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 may tarixli e-2-2(113)-395/2021 saylı qətna məsi ilə aşağıdakılar qət edilmişdir (hakim – F.Qasımov): 12.1. iddia qismən təmin edilsin; 12.2. 37.224,96 manat məbləğində əsas borc, 1.000 manat məbləğində cərimə olmaqla ümumilikdə 38.224,96 manat məbləğində pul vəsaiti QSZ-dən tutularaq PİC-ə ödənilsin; 12.3. iddia qalan hissədə rədd edilsin; 12.4. dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 7 manat və hüquqi xidmətə görə ödənilmiş vəsaitin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti QSZ-dən tutularaq PİC-ə ödənilsin.

13. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 13.1. 2018-ci il müqaviləsi üzrə təqdim edilmiş çoxsaylı elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən yalnız bir qismi QSZ tərəfindən ödənilmiş, qalan məbləğ hazıradək ödənilməmişdir. Həmçinin 2020-ci il 31 avqust t arixli üzləşmə aktına əsasən, QSZ-nin PİC-ə 2020-ci il 31 avqust tarixinə mal-material üzrə 37.224,76 manat borcu qalmışdır. Əsas borc məbləği olan 37.224,96 manat hissədə işin mübahisəsiz halını təşkil etdiyindən iddia həmin məbləğdə pul vəsaitinin tutulması hissəsində təmin edilməlidir. 13.2. Faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. PR QSZ-nin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. İddia illik bank uçot dərəcəsi əsas götürülməklə faizlərin tutulması hissəsində təmin edilə bilməz. 13.3. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimən in ödənilməsi nəzərdə tutulmuşdur. Lakin 37.224,96 manat əsas borca 134.136 manat dəbbə pulu hesablanması əsaslı deyil. Həmin dəbbə pulunun miqdarı azaldılaraq 1.000 manat miqdarında müəyyən edilməlidir. 13.4. Bundan başqa 1.000 manat vəkil xidməti ilə bağlı iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan hallarından və məhkəmə prosesi zamanı PR tərəfindən belə 1.000 manat xidmət haqqı ilə bağlı ödəniş tapşırığını məhkəməyə təqdim etmişdir. 37.224,96 manat əsas borca görə 1.000 manat hüquqi yardım xərci çəkilməsi ağlabatan məbləğ hesab olunmadığına görə, həmin məbləğ 300 manat həddində müəyyən edilməlidir.

14. Məhkəmə öz qətnaməsini MM-in 449.1, 462.1, 463.1, 467, 567, 600.1-ci, MPM-in 13.7, 119.1, 121.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

15. PR 2021-ci il 24 iyun tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasıni və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. QSZ 2021-ci il 7 iyul tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin qismən – iddia tələbinin təmin edildiyi hissədə ləğv olunmasını və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli 22(103)-869/2021 saylı qətnam əsi ilə aşağıdakılar qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova): 17.1. apellyasiya şikayətləri qismən təmin edilsin; 17.2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 may tarixli e-2-2(113)-395/2021 saylı qətnaməsi dəbbə pulunun, faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi və hüquqi xidmətə görə ödənilmiş vəsaitin tutulması hissəsində ləğv edilsin; 17.3. faiz borcunun tutulması barədə iddia qismən təmin edilsin və QSZ-dən 2.135 manat faiz borcu tutularaq PRya ödənilsin; 17.4. həmin iddia qalan hissədə və dəbbə pulunun tutulması barədə iddia rədd edilsin; 17.5. hüquqi xidmətə görə QSZ-dən 1.000 manat tutularaq PRya ödənilsin; 17.6. qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın.

18. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağ ıdakı kimi olmuşdur. 18.1. Əgər QSZ-nin qeyd etdiyi kimi həqiqətən də PR QSZ-yə heç bir mal təhvil verməsəydi, QSZ PR tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını PR-ya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Bundan başqa, 2019-cu il 2 may tarixli elektron qaimə üzrə qismən ödəniş edilmişdir. Bu hallar isə QSZ tərəfindən PR-nın göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Ona görə də PR həmin mallara görə ödənilməyən 37.224,96 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır və həmin hissədə iddia tam əsaslıdır. 18.2. Faiz borcunun tutulması barədə tələblər qismən əsaslıdır. 18.3. İş materialla rında olan EAAT seriyalı, 910232 saylı 2019-cu il 2 may tarixli elektron qaiməyə əsasən 19.441,68 manat dəyərində, 604393 saylı 2019-cu il 18 noyabr tarixli elektron qaiməyə əsasən isə 22.001 manat dəyərində mallar QSZ-yə təqdim olunmuşdur. 18.4. Eyni zamanda, PR 2019-cu il 2 may tarixli elektron qaimə üzrə cəmi 15.223,86 manat məbləğində borcun tutulması tələbini irəli sürmüşdür. 18.5. Göründüyü kimi, müqavilə şərtlərinə uyğun olaraq QSZ müvafiq olaraq 15.223,86 manat və 22.001 manat məbləğində ödənişləri müvafiq olaraq 2019-cu il 2 may və 2019-cu il 18 noyabr tarixlərində həyata keçirməli olduğu halda etməmişdir. 18.6. 2019-cu il 2 may tarixindən hazırkı iddianın qaldırıldığı 2020-ci il 28 oktyabr tarixinə kimi 1 il 6 ay müddətində gecikdirmiş faiz borcunun məbləği 1.134 manat təşkil edi r (15.223,86 x 5% = 761; 761 / 12 = 63; 63 x 18 = 1.134). 18.7. 2019-cu il 18 noyabr tarixdən hazırki iddianın qaldırıldığı 2020-ci il 28 oktyabr tarixinə kimi 11 ay müddətində gecikdirmiş faiz borcunun məbləği isə 1.001 manat təşkil edir (22.001 x 5% = 1.100; 1.100 / 12 = 91; 91 x 11 = 1.001). 18.8. Beləliklə, müəyyən olunur ki, hər iki qaimə üzrə ödənilməli faiz borcunun məbləği ümumilikdə 2.135 manat təşkil edir. Ona görə də 2.135 manat məbləğində faiz borcu QSZ-dən tutularaq PR-ya ödənilməlidir. 18.9. Bununla yanaşı, dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını MM-nin 462.1-ci maddəsi təşkil edir. Lakin hazırki işdə QSZ-dən dəbbə pulunun tutulması üçün əsaslar mövcud deyildir. Belə ki, 2018-ci müqaviləsi (6.2-ci bənd – bax yuxarıda § 2.3) ilə alıcının (QSZ-nin) deyil, məhz satıcının (PR-nın) məsuliyyəti (cərimə ödəmək öhdəliyi) müəyyən edilmişdir. Həmin müqavilədə ödənişin gecikdirilməsi ilə bağlı alıcının dəbbə pulu ödəməsi ilə bağlı şərtlər nəzərdə tutulmamışdır. 18.10. Həmçinin iş materiallarında olan "AB" QSC-nin 2020-ci il 6 oktyabr tarixli əməliyyat təfərrüfatından çıxarışdan görünür ki, PR tərəfindən hüquqi xidmətə görə 1.000 manat ödənilmişdir. İddia tələblərinin əsas hissəsinin təmin olunduğunu və mövcud məhkəmə təcrübəsinə əsasən vəkilin göstərdiyi yardıma görə ödənilən məbləğin ağlabatan olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 1.000 manat məbləğində pul QSZ-dən tutularaq PR-ya ödənilməlidir.

19. Apellyasiya instansiya məhkəməsi öz qətnaməs ini MM-in 445.7, 462.1, 567, MPM-in 121.1, 385.1.1, 385.1.2-ci maddələrinə, Azərbaycan Respublikasın Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.

20. QSZ həmin qətnamədən 2021-ci il 9 dekabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

21. MPM-in 9-cu maddəsi pozulmuşdur – Məhkəmə QSZ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, beləliklə çəkişmə prinsipinin pozulması ilə nəticələ nən qətnamə qəbul etmişdir.

22. MPM-in 81 və 88-ci maddələri pozulmuşdur – İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən QSZ-nin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmiş, o cümlədən PR-nın tələb etdiyi borc məbləği ümumiyyətlə araşdırılmamışdır. Bununla da məhkəmə prosessual hüquq normasının pozuntusuna yol vermişdir ki, bu da düzgün olmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir.

23. MPM-in 97.1-ci maddəsi pozulmuşdur – Hesab edirik ki, apellyasiya instansiyası məhkəməsi QSZ-nin PR-ya 2018-ci il müqaviləsi üzrə borcunun olub-olmamasının, əgər varsa, borc məbləğinin düzgün müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etməli idi. İş üzrə ekspertiza təyin edilmiş olsaydı, məhkəmə obyektiv və ədalətli qətnamə qəbul etmiş olardı.

24. MPM-in 2 18.3-cü maddəsi pozulmuşdur – Məhkəmə kollegiyası QSZ-dən əsas borca münasibətdə faiz borcunun tutulması barədə nəticəyə gələrkən, əslində PR-nın irəli sürdüyü tələbdən kənara çıxmışdır. Çünki iddia tələbində yalnız əsas borcun, bank uçot dərəcəsi üzrə hesablanmış pulun, cərimə məbləğinin, hüquqi xidmətə görə ödənilmiş pulun və dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Lakin faiz borcunun tutulması iddia ərizəsinin nəticə hissəsində göstərilməmişdir/istənilməmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası bir daha prosessual hüquq normasının pozuntusuna yol vermişdir ki, qətnamənin kassasiya qaydasında ləğvi üçün əsas yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİ YA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndiri lməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

29. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digə r şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tu tulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qi yməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.”

30. MPM-in müvafiq müddəalarında (2021-ci il 9 iyul tarixinədək qüvvədə olan redaksiyada) aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar... 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilm iş olsun.” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır....” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatd ırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Maddə

385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hall arın aydınlaşdırılmaması;...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....”

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi” Qaydalarının müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulur: “... 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur....”

32. KMP-nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli qərarında qeyd olunmuşdur ki: “Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.... MM-nin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-nin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. MM-nin 449.3-cü və 449.4-cü mad dələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassatorun dəlilləri (bax yuxarıda §§ 21-24) əsassız, apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə ədalətli və qanunauyğundur.

34. QSZ-nin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməməsinə, o cümlədən PRnın tələb etdiyi borc məbləğinin ümumiyyətlə araşdırılmamasına dair dəlillər (bax yuxarıda § 22) üzrə

35. İş materiallarından görünür ki, QSZ-nin apellyasiya şikayəti aşağıdakı hallarla əsaslandırılmışdır: 1) Məhkəmə əsas borc məbləğinin tutulma sını tərəflər arasında imzalanmış üzləşmə aktı ilə əsaslandırsa da, lakin iddiaçı tərəfindən həmin məbləğdə malların həqiqətən cavabdehə təhvil verilib-verilmədiyini araşdırmamışdır. 2) Sözügedən üzləşmə aktının əsli PR tərəfindən məhkəməyə təqdim olunmamış, məhkəmə isə sənədin surətini “mötəbər” sübut kimi nəzərə almışdır. Həmçinin üzləşmə aktını PİC deyil, başqa bir hüquqi şəxs “Priority İnternational Consultants Azerbaijan (Pic)” MMC ilə QSZ arasında imzalanmışdır. Buna baxmayaraq, məhkəmə iddiaçı PİC-in adıçəkilən hüquqi şəxslə hər hansı şəkildə bağlılığını müəyyən etməmişdir. 3) Məhkəmə cavabdehdən 1.000 manat məbləğində cərimə tutulması barədə nəticəyə gəlmişdir ki, cərimənin hansı səbəbdən tutulmasını öz qətnaməsində əsaslandırmamışdır. Halbuki, müqavilənin 6.2-ci bəndində alıcını n (cavabdehin) deyil, məhz satıcının (iddiaçının) məsuliyyəti (cərimə ödəmək öhdəliyi) müəyyən edilmişdir. 4) Məhkəmə QSZ-dən hüquqi xidmətə görə 300 manat pulun PR-nın xeyrinə tutulması barədə nəticəyə gəlsə də, öz qətnaməsini həmin hissədə də kifayət qədər əsaslandırmamışdır.

36. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə baxdıqda məlum olur ki, həmin məhkəmə malların həqiqətən QSZ-yə təhvil verildiyi qənaətinə gəlmiş, bu nəticəsini QSZ-nin PR tərəfindən ona göndərilmiş elektron qaimələri ilə bağlı öz etirazlarını PR-ya bildirməməsi ilə əsaslandırmışdır.

37. Apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən üzləşdirmə aktına ümumiyyətlə istinad etməmişdir.

38. Dəbbə pulunun tutulması barədə iddia tələbini apellyasiya instansiyası məhkəməsi rədd etmişdir.

39. PR-nın tələ b etdiyi borc məbləğinin ümumiyyətlə araşdırılmamasına gəldikdə isə, qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi borcun məbləği barədə nəticəyə gələrkən iş materiallarında olan 2019-cu il 4 mart tarixli İNV-190255 saylı hesab fakturaya, 2019-cu il 2 may tarixli EAAT seriyalı, 910232 saylı və 2019-cu il 18 noyabr tarixli EBAC seriyalı, 604393 saylı elektron qaimələrə, habelə QSZ tərəfindən 2019-cu il 2 may tarixli elektron qaimə üzrə qismən ödəniş edilməsinə əsaslanmışdır.

40. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində apellyasiya şikayətinin dəlilləri üzrə məqbul hesab etdiyi əsaslandırma aparmışdır.

41. Kassator isə hazırkı kassasiya şikayətində yalnız ümumi xarakterli ifadələrlə kifayətlənmiş, konkret olaraq apellyasiya şikayətindəki hansı dəlil(lər)in in cavablandırılmamasını göstərməmiş, eyni zamanda və ən əsası isə, apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən halların hansı biri üzrə səhv, qanunsuz nəticəyə gəldiyini tutarlı dəlillərlə əsaslandıra bilməmişdir.

42. Apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticənin maddi hüquqi baxımdan qanunsuz və əsassız olduğuna dair kassasiya şikayətində konkret dəlillərə istinad olunmadığından həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılması MPM-nin 416.1-ci maddəsinə (bax yuxarıda § 30) görə, kassasiya məhkəməsinin səlahiyyətləri xaricindədir.

43. MPM-in 97.1-ci maddəsinin pozulmasına dair dəlil (bax yuxarıda § 23) üzrə

44. Kassatorun istinad etdiyi MPM-in 97.1-ci maddəsinə əsasən: “İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.”

45. Həmin normadan aydın şəkildə göründüyü kimi, iş üzrə ekspertizanın təyin olunması məhkəmənin vəzifəsi deyil, hüququdur. Məhkəmə bu hüquqdan o zaman istifadə edir ki, iş üzrə toplanmış materiallar birmənalı nəticəyə gəlməyə imkan verməsin.

46. Hazırkı halda apellyasiya instansiyası məhkəməsi işdə olan hesab-fakturaya, elektron qaimələrə istinad edərək iş üzrə məlum nəticəyə gəlmişdir. Bu, məhkəmə üçün hər hansı çətinlik törətməmişdir.

47. Bundan başqa, MPM-in 97.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin özləri də məhkəməyə ekspertizanın təyin edilm əsi barədə yazılı qaydada əsaslandırılmış vəsatət verə bilərlər.

48. Lakin hazırkı halda belə vəsatətin verilməsi iş materialları ilə müəyyən olunmur. Bu o anlama gəlir ki, hətta QSZ-nin özü də iş üzrə ekspertizanın təyin edilməsinə lüzum görməmişdir.

49. Digər tərəfdən, kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən borcun olubolmaması və məbləği müəyyənləşdirilərkən məhkəmə tərəfindən konkret olaraq hansı səhvlərə və pozuntulara yol verdiyi ümumiyyətlə əsaslandırılmamışdır.

50. MPM-in 218.3-cü maddəsinin pozulmasına dair dəlil (bax yuxarıda § 24) üzrə

51. Təkcə iddia ərizəsinə baxmaq kifayətdir ki, PR-nın “bank uçot dərəcəsi üzrə hesablanmış pul” dedikdə, məhz malların dəyəri QSZ tərəfindən 2 il müddətində ödənilmədiyinə görə bank faizinin uçot dərəcəsi (8 %) əsas götürülməklə hesablanmış vəsaiti (37.224,96 x 8 % x 2 il = 5.955,9 manat) nəzərdə tutduğu aydın olsun.

52. Bundan başqa, PR-nın həmin tələbini əsaslandırmaq üçün istinad etdiyi MM-in 449.1, 449.2, 445.7, 598.3-cü maddələri məhz faiz borcları ilə bağlı məsələləri tənzimləyir.

53. Göründüyü kimi, iddia ərizəsində faiz borcu ilə bağlı tələb qoyulmuş, apellyasiya instansiyası məhkəməsi də kassatorun istinad etdiyi MPM-in 218.3-cü maddəsinə (bax yuxarıda § 30) uyğun olaraq həmin tələb üzrə qətnamə çıxarmışdır.

54. QSZ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməməsinə, beləliklə çəkişmə prinsipinin pozulmasına dair dəlil (bax yuxarıda § 21) üzrə

55. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin iclasının 2021-ci il 14 sentyabr tarixinə təyin edilməsinə dair 2021-ci il 1 4 iyul tarixli 2-2(103)-869/2021 saylı qərardad növbəti gün QSZ-nin qanuni nümayəndəsinin və nümayəndəsinin “Elektron Məhkəmə” informasiya sistemlərində yaradılmış elektron kabinetlərinə yerləşdirilmişdir. Hər iki şəxsin həmin sistemdə təsdiq edilmiş elektron ünvanı (e-mail) mövcuddur (i/v 210, 212-213).

56. Qeyd etmək lazımdır ki, istənilən şəxs “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, sözügedən informasiya sistemi məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir.

57. Bundan başqa, elə həmin gün QSZ-nin mobil telefon nömrələrinə sözügedən məhkəmə iclasının tarixi və yeri barədə SMS bildirişlə r göndərilmiş, həmin bildirişlərin çatdırılması təmin olunmuşdur (i/v 216-218).

58. Belə olan halda, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumat cavabdeh tərəfə MPM-in 135.5 və 135.8-ci maddələrinin (bax yuxarıda § 30) tələblərinə uyğun olaraq rəsmi qaydada verilmiş hesab edilməlidir.

59. Digər tərəfdən, QSZ-nin nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin iclasının 2021-ci il 14 sentyabr tarixli iclasında iştirak etmişdir (i/v 221-222).

60. Bundan başqa, QSZ-nin həmin nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin növbəti iclasının 2021-ci il 5 oktyabr tarixinə təyin olunması barədə xəbərdar olunması ilə əlaqədar müvafiq qəbzi imzalamışdır (i/v 223).

61. Eyni zamanda, məhkəmənin bununla əlaqədar elektron qayda da imzalanmış bildirişi də mövcuddur (i/v 224).

62. Buna baxmayaraq cavab tərəf apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 5 oktyabr tarixli iclasına gəlməmişdir.

63. Kassator isə kassasiya şikayətində yalnız ümumi xarakterli ifadələrlə kifayətlənməklə, qeyd olunanları təkzib edən hər hansı tutarlı dəlil gətirməmişdir.

64. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən kassasiya şikayətində göstərilmiş hər hansı pozuntuya yol verməmişdir.

65. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli 2-2(103)869/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar