Məhkəmə qərarları › İş №2-2(102)-106/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-106/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-106/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk İddiaçının cavabdehə, qarşılıqlı iddiaçının cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi, təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İlk İddiaçının cavabdenə qarşı borcun silinməsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbləri, qarşıl ıqlı iddiaçının cavabdehə qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 2-2(103)-782/2023 nömrəli qətnaməsindən ilk iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə 2019-cu il 23 sentyabr tarixli AMX-5994/19 nömrəli müqaviləyə əsasən, paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 2.3.2-ci bəndinə əsasən, istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. - 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sayğacın təmirinə görə xərclənmiş və cavabdehə ödənilmiş 300 manat vəsaitin cavabdehdən tutulması, itirilmiş qaza görə hesablanmış 8.315 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, iddiaçı Cavabdeh isə İddiaçı qarşı təbii qazdan istifadəyə görə 2020-ci ilin may ayına yaranmış 11.406,40 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qeyd olunan işl ər bir icraatda birləşdirilmiş və ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin olunmuşdur.

3. Abonent İddiaçı təbii qazdan istifadəyə görə aylıq sərfiyyat məbləği 2020-ci ilin dekabr ayına 1.240,80 manat, 2021-ci ilin yanvar ayına 4.595,80 manat, fevral ayına 4.533,20 manat, mart ayına 4.327,60 manat, aprel ayına 1.805,20 manat olmaqla, 2020-ci ilin dekabr – 2021-ci ilin aprel ayını əhatə edən dövr üzrə cəmi sərfiyyat 16.502,960 manat təşkil edir. Onun 2023-cü il 13 iyun tarixinə ödənilməmiş borcu 30.430,22 manat təşkil edir (əsas: abonentin saldosu). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – “İddiaçı”) Cavabdehnə (bundan sonra – “İB”) qarşı ilk iddia ərizəsi ilə 2023-cü il 1 mart tarixində məhkəməyə müraciət edərək, İB tərəfindən qanuns uz və əsassız olaraq hesablanmış 15.261,80 manat borcun silinməsi, qazın verilməsinin dayandırılması nəticəsində ona dəymiş zərərin əvəzi olaraq 50.000 manat real zərər və 75.000 manat əldən çıxmış fayda olmaqla, cəmi 125.000 manat pulun, həmçinin 400 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat pulun İB-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1-də yerləşən istixanaya (abonent kodu: **********001450) qaz təchizatının verilməsi üçün İddiaçı atası XXX ilə İB arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğularının istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi” imzalanmış, həmin müqavilə əsasında istixana təbii qazla təmin edilmişdir. Atası həmin istixanada tərəvəzçi lik (pomidor) fəaliyyəti ilə məşğul olmuş, istifadə olunmuş qazın dəyəri vaxtı-vaxtında ödənilmişdir. Atası vəfat etməmişdən əvvəl xeyli müddət yataq xəstəsi olmuş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, 2020-ci il 15 sentyabr tarixində vəfat etmişdir. Bir müddət sonra İddiaçı həmin istixanada gül şitillərinin istehsalı fəaliyyəti ilə məşğul olmuşdur. Gül şitillərinin istehsalı üçün sərf olunan qazın həcmi tərəvəzçilik fəaliyyəti üzrə sərf edilən qazın həcmindən dəfələrlə azdır. Bir-birindən qaz sərfiyyatına görə kəskin şəkildə fərqlənən fəaliyyət növləri üzrə aylıq eyni həcmdə qaz sərfiyyatı mümkün deyil. 2021-ci il 15 aprel tarixindən qazın verilməsi istehlakçıya xəbərdarlıq edilmədən, səbəbləri barədə heç bir məlumat verilmədən dayandırılmışdır. Nəticədə hər biri 0,10 manat olmaql a alınmış 500.000 gül şitilləri yanmış, bununla da ərizəçiyə 50.000 manat dəyərində maddi zərər dəymiş, qazın verilməsi dayandırılmadığı halda həmin gül şitillərinin satışından əldə ediləcək hər birinə görə 0,15 manat olmaqla, cəmi 75.000 manat gəlirdən vergi ödəyicisi məhrum edilmişdir. Bundan əlavə, İB tərəfindən İddiaçı 15.261,80 hesablanmış borcun hansı əsas və aktla hesablandığı müəyyən olmamış, müraciət edilsə də, səbəbləri izah olunmamışdır. Qeyd olunan müddətdə qaz sayğacı yararsız olması səbəbi ilə laboratoriyaya aparılmışdır. Odur ki, silinməsi tələb edilən borc sayğacın yararsız olduğu dövr üçün itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. İstehlakçılar qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə yalnız hüquqi şəxs olduqlar ı halda, sayğacların təchiz edilməsinə, quraşdırılmasına və dəyişdirilməsinə görə isə yalnız sənaye qaz qurğularından istifadə etdikləri halda məsuliyyət daşıyırlar. İddiaçı isə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

6. İB İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 16.502,60 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139,51 manat pulun İddiaçı tutularaq İB-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia onun əsaslandırılmışdır ki, İddiaçı istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə bахmауаrаq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə оlunan təbii qazın dəуərini tam şəkildə ödəməmişdir. Nəticədə 2021-ci il 1 may tаriхinə istehlakçının 27.909 manat borcu уаrаnmışdır. Bakı Kommеrsiуа Мəhkəməsinin 2021-ci il 18 fevral tarixli е-2-2(113)-324/2021 nömrəli qətnaməsi ilə İddiaçı 2020-ci ilin may ayına оlаn 11.406,40 manat borcun İB-nin хеуrinə tutulması qət edilmişdir. Sözügedən qətnаmə qanuni qüvvəsini almış və iсrауа уönəlmişdir. Lakin bu günədək iсrа vərəqəsi iсrа еdilməmişdir. Göründüyü kimi, İddiaçı ümumi borcunun 11.406,40 manat hissəsi ilə bağlı artıq məhkəmə qətnаməsi mövcud olmuşdur. Воrсun digər hissəsi olan 16.502,60 manat 2020-ci ilin dеkаbr ayından 2021-ci ilin may ауınаdək оlаn müddət ərzində уаrаnmışdır. Hesablanmış bоrс istehlakçının istifadəsində olan qaz sayğacının göstəriсilərinə əsаsən istifadə еdilən qazın dəуərini təşkil еtmişdir. İddiaçı tərəflər аrаsındа bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-сü bəndinin tələbini pozmuşdur.

8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 13 iyun tarixli e-2-2(113)-1804/2023 nömrəli qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin olunmuş, təbii qazdan istifadəyə görə yaranmış 16.502,60 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139,51 manat pulun İddiaçı tutularaq İB-yə ödənilməsi qət edilmişdir (hakim – N.Əhmədova).

9. Məhkəmə qeyd etmişdir ki, İddiaçı iddia ərizəsinə 2020-ci ilə aid aktlar əlavə etmişdir. Qeyd olunan aktların hazırkı mübahisə üzrə sübutetmə predmetinə daxil olan hallarla və faktlarla əlaqəsi mövcud olmamışdır. Belə ki, silinməsi tələb olunan borc 2021ci ilə aid olmuş və dəymiş ziyanın əsası kimi istinad olunan halın da 2021-ci il aprel ayında baş verdiyi iddia olunmuşdur. Təqdi m olunan aktlar isə 2020-ci ilə aid olub hazırkı mübahisəyə aid hər hansı faktı və halı sübut etməmişdir. Ona görə də qeyd olunan sübutlar işə aid olmadığından nəzərə alınmamışdır.

10. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən etmişdir ki, İB ilə İddiaçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən, İB üzərinə düşən öhdəlikləri tam icra edərək İddiaçı qazla təmin etsə də, İddiaçı sayğacının göstəricilərinə uyğun olaraq hesablanmış aldığı qazın dəyərini təşkil edən 2020-ci ilin dekabr ayına 1.240,80 manat, 2021-ci ilin yanvar ayına 4.595,80 manat, fevral ayına 4.533,20 manat, mart ayına 4.327,60 manat, aprel ayına 1.805,20 manat olmaqla, 2020-ci ilin dekabr-2021-ci il in aprel ayını əhatə edən dövr üzrə cəmi 16.502,60 manat borcunu vaxtında ödəməmiş, nəticədə İB-yə 16.502,60 manat borcu yaranmışdır.

11. İddiaçı silinməsini tələb etdiyi məbləğ İB-nin İddiaçı tutulmasını tələb etdiyi istifadə olunan qazın dəyərinə görə sayğac göstəricilərinə əsasən 2020-ci ilin dekabr2021-ci ilin aprel aylarını əhatə edən dövr üzrə hesablanmış məbləğ olmuşdur. İlkin iddianın qeyd olunan hissəsi üzrə tələbin faktiki əsası kimi istinad olunan halın dəqiqləşdirilməsi ilə bağlı məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bunu təsdiqləmişdir. Həmçinin tərəflər arasında olan digər məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş Bakı Коmmеrsiуа Мəhkəməsinin 2021-ci il 18 fevral tarixli е-22(11З)- 324/2021 nömrəli qətnaməsi ilə İddiaçı 8.315 manat borcun silinməsi t ələbi rədd olunmuş, İB-nin 2020-ci ilin may ayına yaranmış 11.406,40 manat borcun tutulması tələbi təmin edilmişdir. Odur ki, hazırkı iş üzrə hər iki tələb üzrə borc 2020-ci ilin dekabr – 2021ci ilin aprel aylarını əhatə edən dövrə aid olmuşdur. Abonent saldosundan görünür ki, qeyd olunan dövrdə yaranmış borc sərfiyyatın məbləğini təşkil etmiş, akt əsasında hər hansı borc hesablanmamışdır.

12. İddiaçı nümayəndəsi məhkəmə iclasında borcun əsassız hesablanması ilə bağlı iddiasını əvvəlki dövrlərdə sərfiyyatın az olması ilə əsaslandırmışdır. Abonent saldosundan görünür ki, əvvəlki illərdə qeyd olunan dövrü (dekabr – aprel) əhatə edən sərfiyyat 20172018-ci ildə 18.233,8 manat, 2018-2019-cu ildə 22.211,8 manat, 2019-2020-ci ildə 18.924 manat, yəni hazırkı mübahisənin obyektini təşkil edən dövrd əkindən daha artıq olmuşdur. İlkin iddia ərizəsində isə İddiaçı atasının tərəvəzçilik, özünün isə gül şitilləri istehsalı ilə məşğul olduğuna görə sərf olunan qazın həcminin fərqli olması ilə əsaslandırılmışdır. Lakin İddiaçı bu arqumenti izahatdan ibarət olmaqla hər hansı sübutla təsdiqlənməmişdir. Həmçinin qeyd olunan hallar sayğacda hər hansı qüsur olmadan qeydə alınan sərfiyyat əsasında hesablanmış borcun əsassız hesablandığını təsdiq edən dəlil kimi qəbul edilə bilməz. İddiaçı borcun silinməsini tələb etsə də, borcun əsassız hesablanmasına dair tutarlı arqument irəli sürə bilmədiyindən, istinad etdiyi hallar həmin hissədə tələbin təmin olunması üçün əsas hesab edilməmişdir.

13. İddiaçı iddia ərizəsinə dəymiş zərər tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut əlavə etm əmiş, məhkəmə sübutların təqdim olunmasını təklif etsə də, İddiaçı nümayəndəsi və vəkili qeyd olunan hadisədən uzun müddət keçdiyi üçün sübut təqdim edə bilmədiklərini bildirmiş, hər hansı sübut təqdim etməmişdir. Əlavə olaraq, İddiaçı qazın verilməsinin istehlakçıya xəbər verilmədən 2021-ci ilin aprel ayında dayandırılması nəticəsində ziyan dəydiyini bildirsə də, abonent saldosundan görünür ki, əvvəlki illərdə də qeyd olunan aydan sonra qazın istehlakı olmamış, sərfiyyat qeydə alınmamışdır. Qeyd olunanlara əsasən, ilkin iddia tələbi dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində də əsassız olmuşdur.

14. İB-nin İddiaçı tələb etdiyi 16.502,60 manat pul 2020-ci ilin dekabr - 2021-ci ilin aprel aylarını əhatə edən dövr üçün sayğac göstəricilərinə uyğun olaraq hesablanmış, istifadə olunmuş qazı n dəyərini təşkil edən borc olmuşdur. Qazın alqı-satqı müqaviləsi üzrə istehlak etdiyi qazın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə və qanunvericilikdə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan İddiaçı 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel aylarında istehlak etdiyi qazın dəyərini təşkil edən borcunu İB-yə ödəməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 385.1, 386.1, 425, 442, 443.1, 443.2, 448.1 və 448.2-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 3.2.1 və 5-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77 və 80-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 2-2(103)-782/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüsey n və V.Baxışova).

18. Apellyasiya instansiya məhkəməsi bu qərarın 12-ci bəndində göstərilənləri vurğulayaraq hesab etmişdir ki, İB tərəfindən İddiaçı tələb olunan borc məbləği düzgün hesablanmışdır.

19. Bundan başqa, abonent saldosunda iatası XXX adı qeyd olunsa da, birinci instansiya məhkəməsində məhkəmənin sualına cavab olaraq İB-nin nümayəndəsi bildirmişdir ki, abonent saldosunda İddiaçı atasının adının qalması texniki səhvdir. Müqavilə eyni abonent kodu olmaqla 2019-cu ildə İddiaçıla bağlanmış, sadəcə saldoda ad dəyişdirilməmişdir. Eyni zamanda, iddiaçı silinməsini tələb etdiyi məbləğ İB-nin qarşılıqlı iddia ilə İddiaçı tutulmasını tələb etdiyi istifadə olunan qazın dəyərinə görə sayğac göstəricilərinə əsasən 2020-ci ilin dekabr - 2021-ci ilin aprel aylarını əhatə edən dövr üzrə hesabl anmış məbləğdir.

20. İddiaçı borcun silinməsini tələb etsə də, borcun əsassız hesablanmasına dair əsaslı dəlillər irəli sürə bilməmişdir. Onun istinad etdiyi hallar isə bu hissədə tələbin təmin olunması üçün əsas hesab oluna bilməz.

21. İlk iddiada irəli sürülmüş maddi zərərin əvəzinin ödənilməsi tələblərinə dair kollegiya qeyd etmişdir ki, yalnız MM-in 21.2 və 443-cü maddələrində qeyd olunan əsaslar müəyyən olunduqda İB-nin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilərdi. Lakin hazırkı işdə bu əsaslar mövcud olmamışdır. İddiaçı ona məxsus istixanaya təbii qazın verilməsinin dayandırılması nəticəsində məhz 500.000 ədəd gül şitilləri yandığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu (ümumiyyətlə həmin sayda gül şitillərinin mövcud olması (alınması və s.) və onların məhz İB tərəfində n qazın verilişinin dayandırılması nəticəsində yanmasını təsdiq edən sübutları) məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan, həmin iddia tələbi, o cümlədən həmin tələbdən asılı olan və ondan irəli gələn əldən çıxmış faydanın tutulması barədə (törəmə) tələblər də təmin edilə bilməz.

22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 443.1 və 443.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

23. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin apellyasiya şikayətinin təmin olunmamış hissəsində ləğv edilməs i və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. MM-in 600-cü maddəsi üzrə - Məhkəmə tərəfindən qaz sayğacının dövlət standartlarına uyğun olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza keçirilməmişdir. Bundan başqa, təbii qazın İddiaçı təhvil verilməsinin tələb olunan qaydada tərtib edilmiş təhvil-təslim aktı ilə rəsmiləşdirilmədiyi nəzərə alınmamışdır. İddiaçı sayğacın dövlət standartlarına uyğun işləməsini qəbul etməməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsində bu hal nəzərə alınmamış, sayğacın göstəricilərini həqiqətə uyğun qəbul edilmiş və maddi hüquq norması tətbiq edilməmişdir.

25. MPM-in 88, 217 və 385-ci maddə ləri üzrə - İB tərəfindən İddiaçı malların (təbii qazın) təhvil-təslim sənədlərinin olub-olmamasını yoxlamadan, məsələyə obyektiv yanaşmadan, hərtərəfli və tam tədqiq etmədən qiymət verilmişdir. Qətnamə qanuni əsas olmadan, işin halları və sübutlara düzgün qiymət verilmədən qəbul olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

27. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düz gün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ nu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” 30. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

11. Qaz fəaliyyəti sahəsində müqavilələr...

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsa sında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri... 3.2. Qazdan istifadə edən istehlakçılar aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli;...” “5. Qazın dəyərinin ödəmə şərtləri 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. (2023-cü il 25 iyun tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndin birinci abzası yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.) Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edil miş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir....”

32. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlar ının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsini n mövqeyi

33. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

34. Kassasiya şikayətinin dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki: - İddiaçı sayğacın dövlət standartlarına uyğun işləməsini qəbul etməməsinə baxmayaraq, məhkəmə tərəfindən qaz sayğacının dövlət standartlarına uyğun olubolmamasının müəyyən edilməsi üçün ekspertiza keçirilməmişdir; - Təbii qazın İddiaçı təhvil verilməsinin tələb olunan qaydada tərtib edilmiş təhviltəslim aktı ilə rəsmiləşdirilmədiyi nəzərə alınmamışdır.

35. Əvvəla, iddiaçının özü tərəfindən sayğacın dövlət standartlarına uyğun olubolmamasının müəyyən edilməsi üçün ekspertiza keçirilməsi barədə məhkəməyə vəsatət verməsi iş materiallarından görünmür. Halbuki ilk növbədə maraqlı şəxs kimi məhz iddiaçının özü be lə bir təşəbbüslə çıxış etməli idi.

36. Məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin etməsi isə MPM-in 97.1-ci maddəsində (bax § 32) məhkəmənin vəzifəsi deyil, hüququ kimi nəzərdə tutulmuş, lakin baxılan işdə məhkəmə həmin hüquqdan yararlanmaq üçün hər hansı zərurət görməmişdir.

37. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçının silinməsini tələb etdiyi məbləğ istifadə olunan qazın dəyərinə görə sayğac göstəricilərinə əsasən 2020-ci ilin dekabr-2021-ci ilin aprel aylarını əhatə edən dövr üzrə hesablanmış məbləğdir. 2023-cü il 13 iyun tarixə çap olunmuş abonent saldosuna əsasən həmin dövrdə abonentin təbii qazdan istifadəyə görə cəmi sərfiyyatın məbləği 16.502,60 manat təşkil edir.

38. İddiaçı borcun əsassız hesablanması ilə bağlı iddiasını əvvəlki dövrlərdə sərfiyyatın az olması ilə əsaslandırsa da, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının həmin hala istinad etməsi əsassızdır. Belə ki, abonent saldosundan görünür ki, əvvəlki illərdə qeyd olunan dövrü (dekabr–aprel) əhatə edən sərfiyyat 20172018-ci ildə 18.233,8 manat, 2018-2019-cu ildə 22.211,8 manat, 2019-2020-ci ildə 18.924 manat, yəni hazırkı mübahisənin obyektini təşkil edən dövrdəkindən daha artıq olmuşdur. İddiaçı bunun səbəbini onun atasının tərəvəzçilik ilə və iddiaçının isə gül şitilləri istehsalı ilə məşğul olduğuna görə sərf olunan qazın həcminin fərqli olması ilə əsaslandırsa da, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, həmin borc məbləğləri sayğacda hər hansı qüsur olmadan qeydə alınan sərfiyyat əsasında hesabla nmışdır.

39. Məhkəmə kollegiyası həmin mövqe ilə razılaşmamaq üçün hər hansı əsas tapmır və hesab edir ki, işə baxan məhkəmə sayğacın dövlət standartlarına uyğun olubolmamasının müəyyən edilməsi üçün ekspertiza təyin etməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

40. Təbii qazın təhvil verilməsinin təhvil-təslim aktı ilə rəsmiləşdirilməməsinə dair dəlilə gəldikdə isə, məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, nə qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilədə belə bir prosedur müəyyən edilmişdir.

41. Əksinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2 və 5.5-ci bəndlərinin (bax § 31) məzmunundan aydın olur ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyər ini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməli, istehlakçı da həmin hesab ona təqdim edildikdən sonra bir ay müddətində hesabı tam ödəməlidir.

42. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 32) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 32) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

43. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023 -cü il 17 oktyabr tarixli 2-2(103)-782/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 oktyabr tarixli 2-2(103)-782/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar