Məhkəmə qərarları › İş №2-2(102)-107/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-107/2019

13.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-107/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xxx “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-107/2019) Bakı şəhəri 13 mart 2019-cu il 13.03.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Nümayəndə iştirakı ilə iddiaçı xxx cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı 235.700 AVRO əsas borc, 41247,50 AVRO gecikməyə görə faiz borcu olmaqla, cəmi 276.947 AVRO və hüquqi xidmət haqqına görə 5.000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə cav abdehdən tutulması tələbinə dair iqtisadi iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(107)-47/2018 saylı 19 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 13 mart 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, satıcı xxx (bundan sonra - iddiaçı) ilə alıcı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – cavabdeh) arasında 30.04.2014-cü il tarixdə ümumi dəyəri 300.000 AVRO təşkil edən 090110 nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə, satıcı müqavilə üzrə ümumi dəyəri 300.000 AVRO təşkil edən broyler yemləməsi üçün xxx ” markalı kənd təsərrüfatı avadanlığı komplek tini alıcıya satmağı, alıcı isə həmin avadanlığın dəyərini 2017-ci ilin may ayınadək satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin razılaşmasına əsasən, cavabdeh 2014-ci ilin may ayında avans olaraq 27.000 AVRO, nəqliyyat xərcləri olaraq 27.000 AVRO ödəməyi, qalan məbləği isə 2014-cü ilin noyabr ayında, 2015-ci ilin fevral, may avqust, noyabr aylarında, 2016-cı ilin fevral, may, avqust, noyabr aylarında və 2017-ci ilin fevral, may aylarında, hər ay 22.336 AVRO ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh (alıcı) müqavilə üzrə öhdəliklərini tam icra etməyərək 04.06.2014-cü il tarixdə 27.300 AVRO, 09.07.2014-cü il tarixdə 27.000 AVRO, 05.02.2015-ci il tarixdə 10.000 AVRO olmaqla, iddiaçıya (satıcı) cəmi 64,300 AVRO ödəniş etmiş və əsas borc üzrə 235.700 AVRO borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə pritenziya qaydasında xəbərdarlıq edilərək borcun ödənilməsi tələb olunmuş, lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Almaniya qanunvericiliyinə əsasən təsis olunan və fəaliyyət göstərən, hüquqi ünvanı xxx olan "xxxx" Şirkəti və "xxxx" ASC arasında 30.04.2014-cü il tarixli 090110 nömrəli bir komplekt broyler avadanlığı alınması barədə müqavilə imzalanmışdır. Avadanlığın çatdırılmasına və iddiaçı tərəfindən bütün öhdəliklərin tam olaraq yerinə yetirilməsinə baxmayaraq, avadanlığın dəyəri cavabdeh tərəfindən tam olaraq ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə satılan avadanlıq cavabdeh tərəfindən 25.09.2014 tarixdə qəbul edilmiş və hal-hazırda da onun istifadəsindədir. Qeyd olunan müqavilənin 2ci bəndinə əsasən, göndərilən avadanlığın ümumi dəyəri 300.000 AVRO təşkil etmişdir. Cavabdeh tərəfindən isə yalnız 64.300 AVRO ödənilmiş və cavabdehin bu günə qədər ödənilməmiş 235.700 AVRO borcu qalmışdır. Həmin borc gecikdirildiyinə görə cavabdehə 41.247,50 AVRO məbləğində faiz borcu hesablanmışdır. Odur ki, iddiaçı əsas borca görə 235.7000 AVRO, gecikməyə görə 41.247, 50 AVRO faiz borcu, cəmi 276.947 AVRO və 5000 ABŞ dolları hüquqi xidmət haqqına görə məbləğdə pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-3/2018 saylı, 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim: R.A.Məcidov) iddia qismən təmin edilmiş, cavabdehdən 235.700 AVRO əsas borc, 5.000 AVRO gecikməyə görə faiz borcu, cəmi 240.700 A VRO iddiaçının xeyrinə tutulmuş, iddia qalan hissədə rədd edilmişdir. Həmçinin, cavabdehdən hüquqi xidmət haqqına görə 500 ABŞ dolları iddiaçının xeyrinə tutulmuş, hüquqi xidmətə görə ödənilmiş 4500 ABŞ dolları iddiaçıya aid edilmişdir. Məhkəmənin həmin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(107)-47/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: İ.H.Şükürov, hakimlər: M.M.Hüseynov və R.Ə.Əliyev) Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-3/2018 saylı, 04 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək iddianın rədd edilməsini və Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(107)-47/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasi məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının verdiyi avadanlıq müqavilə şərtlərinə uyğun deyildir. Müqavilədə nəzərdə tutulmuş avadanlıq komplektinin əsas elementləri cavabdehə təhvil verilməmiş, başqa sözlə avadanlıq komplekti tam şəkildə təhvil verilməmişdir. Bununla yanaşı, komplektin təhvil verilmiş digər hissələri isə standartl ara uyğun deyildir və keyfiyyət göstəriciləri nəzərdə tutulandan çox aşağıdır. İlk baxışdan saz və işlək vəziyyətdə olan avdanlıqların istehsal zamanı standartlara uyğun gəlmədiyi aşkar olunmuş, avadanlıqların qüsurlu olduqları müəyyənləşmişdir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı cavabdehə lazımi keyfiyyətdə və komplektdə avadanlıq verməli idi. Lakin, iddiaçı öz öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Daha sonra qeyd edilir ki, mülki qanunvericiliyin həm ümumi, həm də xüsusi normalarından görünür ki, iddiaçı cavabdehlə bağladığı müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirmədiyindən və hazırki günə qədər də bu öhdəlikləri yerinə yetirməkdən imtina etdiyindən cavabdehin ödənişlərini dayandırmaq hüququ vardır. Belə olan halda isə iddiaçının ödənişlərin həyata keçi rilməməsi əsası ilə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsi isə bu halları, yəni apellyasiya şikayətinin dəlillərini araşdırmaq üçün ekspertiza belə təyin etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Nümayəndə çıxış etməkdən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM -nin 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.(324.1-ci maddə). Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyə n edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. (329-cu maddə) Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (maddə 567) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (385.1) Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəli yin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(maddə 448.1) Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (maddə 448.2) Aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 30.04.2014-cü il tarixli 090110 nömrəli müqaviləyə əsasən, iddiaçı cavabdehə broyler yemləməsi üçün xxx ” markalı kənd təsərrüfatı avadanlığı komplektini satmış, cavabdeh avadanlığın dəyəri olan 300.000 AVRO ödəməli olduğu halda, cəmi 64.300 AVRO ödəniş etmiş və onun 235.700 AVRO məbləğində borcu qalmışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası 235.700 AVRO məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı məhkəmələrin mövqeyi ilə razılaşır. Qətnamənin gecikməyə görə hesablanmış 5000 AVRO məbləğində faiz borcunun cavabdehdən tutulması barədə də apellyasiya instansiyası məhkəməsi düz gün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin hüquqi xidmət haqqına görə 500 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması barədə mövqeyini də əsaslı hesab ed ir. Belə ki, hazırki iş üzrə icraatda göstərdiyi yardıma görə nümayəndəyə və vəkilə xərclərin ödənilməsi MPM-in 121-ci maddisinə əsasən həll olunur. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Almaniyada yerləşən və fəaliyyət göstərən hüquqi şəxs olduğundan cavabdehdən tutulmalı olan pul vəsaitinin Azərbaycan manatında deyil, tələb üzrə AVRO və ABŞ dollarında tutulması barədə məhkəmələrin mövqeyi düzgün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsas ən, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının verdiyi avadanlıq müqavilə şərtlərinə uyğun olmamış, müqavilədə nəzərdə tutulmuş avadanlıq komplektinin əsas elementləri cavabdehə təhvil verilməmiş, bununla yanaşı komplektin təhvil verilmiş digər hissələri standartlara uyğun olmamış və keyfiyyət göstəriciləri nəzərdə tutulandan çox aşağı olmuşdur. Qeyd olunmalıdır ki, cavabdeh eyni dəlilləri apellyasiya şikayətində də irəli sürmüş, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə düzgün hüquqi qiymət vermişdir. Belə ki, iş materiallarında cavabdehin bu dəlillərini təsdiq edən heç bir sübut mövcud deyildir. Həmçinin, aşağı instansiya məhkəmələrində işə baxılarkən cavabdehə mövqeyini sübut etməsi üçün kifayət qədər vaxt verilsə də, sonuncu öz tələb və etirazının əsası kimi istinad etdiyi halların təsdiqi üçün məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri hall arı özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(107)-47/2018 saylı 19 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar