Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-108/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: podrat müqaviləsi, subpodrat müqaviləsi, hüquq və öhdəliyin güzəşti, müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, iddiaçı "xxxx" Şirkəti və Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli, 2-2(103)-806/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “X5 Abwa ssertecnik GmbH Şirkəti (baş podratçı) və "xxxx" şirkətinin Azərbaycan Respubikasındakı filialı (subpodratçı) arasında bağlanmış Qəbələ rayonunda X2 və Kanalizasiya Kollektorlarının Tikintisi işləri üzrə 2015-ci il 23 yanvar tarixli, DB/7460/LV/008/129 saylı subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq müvafiq surətdə təsis edilmiş və fəaliyyət göstərən "xxxx" ASC (sifarişçi) ilə baş podratçı “X5 Abwassertecnik GmbH Şirkəti arasında “Qəbələ rayonunda X2 və Kanalizasiya Kollektorlarının Tikintisi üçün podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sifarişçi Azərbaycan Respublikası, Qəbələ şəhərində X2 və kanalizasiya kollektorlarının tikintisini baş podratçıya podratçılığa vermişdir, baş podratçı subpodratçı ilə təzminat sazişinə görə onu əsas müqavilədə göstərilən müəyyən işlərə - malların çatdırılması və xidmətlərin yerinə yetiriməsinə cəlb etmək niyyətindədir, subpodratçı isə qeyd edilən işləri yerinə yetirməyə, həyata keçirməyə və icra etməyə razılaşır.
2. Subpodrat Müqaviləsinin 3.1-ci bəndinə əsasən baş podratçı subpodratçıya müstəsna olaraq subpodratçılığa verilən işlər üzrə səfərbərlik xərcləri üçün nəzərdə tutulmuş, 1 milyon ABŞ dolları məbləğində avans ödənişini, həmin müqavilənin 5 saylı əlavəsinin şərtlərini və müddəalarını nəzərə almaqla, yalnız subpodratçı tərəfindən şərtsiz bank zəmanəti təqdim edildikdən sonra təqdim edə bilər. Ödəniş baş podratçı tərəfindən bank zəmanəti alındıqdan sonra 7 iş günü ərzində həyata keçirilir. Müqavilənin 3.2-ci bəndinə əsasən subpodr atçı əlavədə göstərilən qiymətlərin bu müqavilənin 89%-nə bərabər olan qiymətə subpodratçılığa verilən işləri yerinə yetirir. Bu müqavilənin 9.2-ci bəndinə əsasən tərəflərdən heç biri, hazırkı müqavilə üzrə öz hüquq və vəzifələrini, digər tərəfin əvvəlcədən yazılı razılığı olmadan, digər tərəfə güzəşt edə və ya ötürə bilməz. 3. “R+R İNC” MMC (güzəşt alan) ilə "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialı (güzəşt edən) arasında 2015-ci il 10 iyul tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən baş podratçı “X5 Abwassertecnik GmbH” Şirkəti və subpodratçı "xxxx" Şirkətinin Azərbaycan Respublikası Filialı arasındakı qarşılıqlı razılığa əsasən "xxxx" şirkətinin Azərbaycan Respublikası Filialı su çəkilişi və kanalizasiyasının tikintisi işlərinin görülməsi barədə subpodrat müqavil əsi üzrə öz hüquq və öhdəliklərini “R+R İNc” MMC-yə əvəzi ödənilməklə güzəşt etmişdir.
4. Güzəşt Müqaviləsinin 2.1-ci bəndinə görə güzəşt alan hazırkı müqavilənin 1.1-ci bəndində göstərilmiş hüquqların dəyəri olaraq güzəşt edənə 2.000.000 ABŞ dolları ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə görə “R+R İNC” MMC avans aldıqda, verilmiş avansın faizinə uyğun olaraq avans ödəyir, qalan hissəni isə 12 ay müddətində bərabər bölünmə nisbətində nağd və ya bank köçürməsi yolu ilə həyata keçirir.
5. Kommersiya Hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışdan “R+R İNC” MMC-nin adının Cavabdeh MMC olaraq dəyişdirildiyi aydın olmuşdur. 6. “X5 Abwassertecnik GmbH” Şirkətinin İddiaçınin Azərbaycan Respublikası Filialına ünvanlanmış 2015-ci il 23 iyul tarixli məktubuna əsasən müəyyən edilir ki, Qəbələ lay ihəsində İddiaçınin Azərbaycan Respublikasındakı Filialının subpodratçı qismində çalışması üçün mühəndisdən razılıq, eləcə də işlərin yerinə yetirilməsi üçün lisenziya alınmamışdır. Nəticə etibarilə, “X5 Abwassertecnik GMBH” Şirkəti İddiaçınin Azərbaycan Respublikasındakı Filialının subpodratçı qismində müqaviləni pozduğunu hesab etmiş və aralarında bağlanmış DB/7460/LV/008/129 saylı müqaviləyə xitam vermişdir. 7. “X5 Abwassertecnik GmbH Şirkəti (əsas podratçı) və “R+R İNC” MMC (subpodratçı) arasında Qəbələ rayonunda X2 və Kanalizasiya Kollektorlarının Tikintisi üçün DB/7460/LV/008/129 saylı müqaviləyə əsasən 2015-ci il 11 avqust tarixli GAB-15102 saylı subpodrat müqaviləsi bağlanmışdır.
8. Subpodrat Müqaviləsinin 2.1-ci bəndinə görə işlər üzrə bu subpodrat müqavilə şərtlərinə əsasən, əs as podratçı aşağıda göstərilən müqavilə sənədlərində müəyyənləşdirilən və əks olunan bütün işlər və xidmətləri yerinə yetirməyi təyin etməyi və subpodratçı isə həmin işləri yerinə yetirməyi üzərinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə görə əsas podratçı 3 saylı əlavədə göstərilən şərtlərə əsasən, əsas podratçının birinci dərəcəli beynəlxalq bank tərəfindən verilən qeyd –şərtsiz və ilkin tələbli bank zəmanətinin subpodratçı tərəfindən təmin olunmasından sonra 1.000.000 ABŞ dolları məbləğində subpodrat işləri ilə əlaqəli mobilizasiya xərcləri üçün müstəsna şəkildə subpodratçıya avans ödənişi edə bilər. Ödəniş əsas podratçı tərəfindən bank zəmanətinin qəbulundan sonra 14 iş günü ərzində edilir. Bu müqavilənin 3.2-ci bəndinə görə subpodratçı sifarişçi tərəfindən əsas podratçıya ödəniləcək x alis ödənişin 97 faizinə bərabər qiymətə subpodrat işlərini əsas podratçı üçün yerinə yetirəcəkdir. Xalis ödəniş sifarişçinin məsləhətçi şirkəti tərəfindən avans ödənişinin geri qaytarılması və keyfiyyət zamanəti üçün tutulmaların çıxılmasından sonra təsdiqlədiyi ödəniş məbləğidir. Cari olaraq, yerdə qalan xalis ödəniş məbləği 24.172.741 ABŞ dollarıdır. Bu məbləğ dəyişə bilər. 9. “X5 Abwassertecnik GmbH” Şirkəti tərəfindən NWSSP Consultants comprising "xxxx" şirkətinə ünvanlanmış 2015-ci il 6 iyul tarixli məktubundan müəyyən edilir ki, Qəbələ layihəsində subpodratçı qismində işləmək üçün XY şirkəti (RR Groupun hissəsi) “X5 Abwassertecnik GMBH” Şirkəti ilə əlaqə qurmuşdur. “X5 Abwassertecnik GMBH” Şirkəti həmin şirkətlə son danışıqlara başlamamışdan əvvəl müqavilənin ümumi müddəalarının 4.4 -cü yarımbəndinə müvafiq olaraq həmin şirkətin subpodratçı kimi işləməsi üçün "xxxx" Şirkətinin razılığını almaq üçün şərtlərin ödənilib-ödənilməsinə aydın gətirilməsi xahiş edilmiş, məsələnin aydınlaşdırılması üçün lisenziya və qeydiyyat kimi bütün zəruri şirkət sənədlərinin məktuba əlavə olunduğu göstərilmişdir (iş.v216, cild 2). 10. "xxxx" şirkətinin “X5 Abwassertecnik GMBH” Şirkətinə ünvanlanmış 2015-ci il 6 iyul tarixli cavab məktubundan müəyyən edilir ki, şirkət tərəfindən “R+R İNC” şirkətinin təqdim olunan sənədləri nəzərdən keçirilmişdir. Həmin şirkət müqavilənin ümumi şərtlərinin 4.4-cü yarımbəndinə istinadən subpodratçı qismində fəaliyyətlə bağlı bütün tələblərə cavab verir. Göstərilənlərə əsasən “X5 Abwassertecnik GmbH” Şirkətinin təklifinə razılıq verilmişdir (iş.v 218, cild 2). 11. 2015-ci il 1 dekabr tarixli 207 saylı, 2015-ci il 4 dekabr tarixli 226 saylı, 2015-ci il 18 dekabr tarixli 253 saylı, 2015-ci il 30 dekabr tarixli 289 saylı, 2016-cı il 29 aprel tarixli 514 saylı, 2016-cı il 3 iyun tarixli 589 saylı, 2016-cı il 30 iyun tarixli 648 saylı, 2016-cı il 22 avqust tarixli 235 saylı və 2016-cı il 7 sentyabr tarixli 00015219 saylı xəzinə məxaric orderlərinə əsasən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə cəmi 950.749 ABŞ dolları məbləğində pul ödənilmişdir (iş.v 96-106 cild İİ). 12. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “R+R İNC” MMC-yə ünvanlanmış 2019-cu il 3 iyul tarixli pretenziya məktubundan müəyyən edilir ki, “R+R İNC” MMC-dən 2 iş günü ərzində müqavilə üzrə öhdəliklərinin yerinə yetirməsi xahiş edilmiş, ə ks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 15 oktyabr tarixli, e-22(81)-1005/2019 saylı qərardadları ilə İddiaçınin Azərbaycan Respublikasındakı filialının əsl iddiaçı "xxxx" Şirkəti ilə (bundan sonra – iddiaçı), cavabdeh “R+R İNC” MMC isə əsl Cavabdeh MMC (bundan sonra – cavabdeh) ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı 2019-cu il 9 iyul tarixdə cavabdehə və “X5 Abwassertechnık GMBH” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək müqavilə üzrə ödənilməli olan 1.049.251 ABŞ dolları və gecikdirilməyə görə bank uçot dərəcəsinə uyğun olaraq 266.092 ABŞ dolları məbləğində pulun cavabdeh “R+R İNC” MM C-dən tutularaq "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsini, vurulmuş mənəvi zərərə görə 50.000 ABŞ dolları məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər “R+R İNC” MMC və “X7 X6 Echnık GMBH” şirkətinin Azərbaycan Respublikasındakı fililalından müştərək qaydada tutularaq "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə təqdim edərək üzrə ödənilməli olan 1.049,251 ABŞ dolları, həmin məbləğin gecikdirilməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq 289.305 ABŞ dolları, işgüzar nüfüza vurulmuş zərərin əvəzi olaraq 50.000 ABŞ dolları olmaqla, cəmi 1.388.556 ABŞ dolları məbləğində pul və 30 manat dövlə t rüsumu Cavabdeh MMCdən tutularaq MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş.v 125 cild İ).
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu su təchizatı və kanalizasiya xəttinin çəkilməsi işlərinin aparılması məqsədilə Almaniya Respublikasının “X7 X6 Echnik GMBH” şirkətinin Azərbaycan Respublikasındakı fililalı ilə Türkiyə Respublikasının "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında Qəbələ Rayon Su Təchizatı və X4 Sistemi üzrə 2015-ci il 23 yanvar tarixli, B/7460/LV/008/129 saylı Subpodrat müqaviləsi bağlanmışdır. Göstərilən subpodrat müqaviləsinə əsasən Qəbələ rayonu su təchizat və kanalizasiya xəttinin çəkilməsi işləri Türkiyə Respublikasının "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı fi lialına həvalə edilmişdir. Müqaviləyə əsasən görüləcək işlərin dəyəri 28.352.148 ABŞ dolları təşkil etmiş və həmin məbləğin faizi nəzərə alınaraq bütün subpodratçı işlərinin icrası və tamamlanması üçün müqavilə qiyməti 25.233.412 ABŞ dolları hesablanmışdır. 2015-ci il 10 iyul tarixdə İddiaçınin Azərbaycan Respublikasındakı filialı ilə “R+R İNC” MMC arasında bağlanmış müqaviləyə əsasən baş podratçı “X7 X6 Echnik GMBH” şirkəti və subpodratçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı arasındakı qarşılıqlı razılığa əsasən MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikası filialı su çəkilişi və kanalizasiya tikintisi işlərinin görülməsi barədə subpodrat müqaviləsi üzrə öz hüquqlarını və öhdəliklərini “R+R İNC” MMC-yə əvəzi ödənilməklə güzəşt etmişdir. Qeyd edil ən müqavilənin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən həmin müqavilənin 1.1-ci bəndində göstərilən güzəştin dəyəri olaraq “R+R İNC” MMC 2.000.000 ABŞ dolları məbləğində pulu avans faizinə uyğun olaraq 12 ay müddətində bərabər bölünmə nisbətində nağd və ya bank köçürülməsi yolu ilə MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına ödəməli idi. Cavabdeh “R+R İNC” MMC tərəfindən müqavilənin şərtləri qismən icra olunaraq, sonuncu ödəniş tarixi 2016-cı il 7 sentyabr tarixi olmaqla hissə-hissə şəklində 950.749 ABŞ dolları MGH İnşaat Taahhüt Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilmiş, qalan 1.049.251 ABŞ məbləğində pul isə bu günə kimi ödənilməyərək müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. 2016-cı il 10 iyul tarixdən hesabl anmaqla gecikdirilmiş günlərin sayı 2019-cu il 4 iyul tarixinə 1.089 gün təşkil edir. Belə olan təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının hazırkı gün üçün müəyyən etdiyi illik 8,5 %-lik uçot faiz dərəcəsi nəzərə alınmaqla müqavilə üzrə ödənilməli olan 1.049.251 ABŞ dolları məbləğində pul vəsaitinə görə hesablanacaq faizin ümumi məbləği (1.049.251 ABŞ $ X 8.5% uçot dərəcəsi: 365gün X 1089gün) 266.092 ABŞ dolları təşkil edir. Qanunverciliyin tələbinə əsasən “R+R İNC” MMC 2015-ci il 10 iyul tarixli müqavilə üzrə ödəməli olduğu 1.049.251 ABŞ dolları məbləğində puldan əlavə, həmin məbləğin gecikdirilməsinə görə hesablanmış 266.092 ABŞ dolları məbləğində pulu da iddiaçıya ödəməlidir. Bundan başqa cavabdeh üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyinə və nəticədə iddiaçının işg üzar nüfuzuna böyük ziyan vurulduğuna görə 50.000 ABŞ dolları məbləğində pul vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən tutulmalıdır.
17. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 mart tarixli, e-2-2(113)-34/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən –1.049.251 ABŞ dolları məbləğində borc, ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – L.Əliyeva).
18. Həmin məhkəmə bildirmişdir ki, cavabdeh aldadılması səbəbindən iddiaçı ilə bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olduğunu və pul öhdəliyinin yaranmadığını qeyd etsə də bununla bağlı sübutlarını təqdim etməmişdir. Həmçinin, qanunvericiliyə əsasən, aldatma nəticəsində bağlanmış əqd əhəmiyyətsiz əqd deyil, mübahisələndirilən əqddir. Mübahisələndirilən əqd isə yalnız barəsində mübahisə edildikdə etibarsız hesab edilə bilər. Cavabdeh aldatma nəticəsində bağlanması əsası ilə müqavilənin etibarlılığını məhkəmədə mübahisələndirmədiyindən həmin müqavilə qanunvericiliyin tələbləri baxımından etibarsız deyildir.
19. Bundan başqa, podratçı “X5 Abwassertecnik GmbH Şirkəti” güzəşt müqaviləsi bağlanarkən yazılı razılıq verməsə də, şirkətin həmin əqd bağlandıqdan əvvəl (“R+R İNC” MMC-nin subpodratçı kimi cəlb edilməsinə razılıq alınması) və sonrakı (MGH şirkəti ilə bağlanmış subpodrat müqaviləsinə xitam verilməsi və eyni layihə üzrə yeni subpodrat müqaviləsinin “R+R İNC” MMC ilə bağlanması) hərəkətləri “X5 Abwas sertecnik GMBH” Şirkətinin 2015-ci il 23 yanvar tarixli subpodrat müqaviləsi üzrə hüquq və vəzifələrin “R+R İNC” MMC-yə güzəşt edilməsinə dair razılıq verməsinə açıq-aşkar dəlalət edir. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik əqdə razılıq verilməsi üçün əqd formasına riayət edilməsini zəruri hesab etməmişdir. Belə olan halda isə “X5 Abwassertecnik GmbH Şirkəti”nin əqdin bağlanmasına razılığının yazılı formada əks edilməməsi müqavilə şərtlərinin pozuntusu olsa da, qanunvericiliyin imperativ tələblərinin pozulması kimi qiymətləndirilə və belə olan halda həmin şərtə əməl edilmədən bağlanmış müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi üçün əsas ola bilməz.
20. Cavabdeh həmçinin əqdin uydurma əqd olmasını iddia etsə də, həmin əqd bağlanarkən hər iki tərəfin onu icra etmək niyyəti olmamasını tə sdiq edən sübutları məhkəməyə təqdim etməmiş, tərəflərin onu icra etmək niyyəti olmadığı halda, həmin əqdin hansı məqsədlə bağlandığını açıqlamamışdır. Məhkəmə hesab etmişdir ki, mübahisəli əqd əsasında cavabdeh tərəfindən 950.749 ABŞ dolları məbləğində pulun ödənilməsi, eləcə də cavabdehin Qəbələ layihəsində subpodratçı qismində iştirak etməsi, yəni əqdin hər iki tərəf tərəfindən qismən də olsa, icra edilməsi cavabdehin həmin əqdin görünüş üçün bağlanması barədə dəlillərini təkzib etmişdir.
21. Bundan başqa məhkəmə bildirmişdir ki, qanunun tələblərinə uyğun olaraq yalnız əqd bağlanarkən mövcud olmuş qüsurlar əqdin etibarsız hesab edilməsinə əsas ola bilər. Mübahisəli müqavilə bağlanarkən isə “X5 Abwassertecnik GmbH” Şirkəti (podratçı) və İddiaçınin Azərbaycan Respublikasındakı Filialı (su bpodratçı) arasında subpodrat müqaviləsi qüvvədə olmuşdur. Belə olan halda isə mübahisəli müqavilə bağlandıqdan sonra “X5 Abwassertecnik GMBH” Şirkəti və “MGH İnşaat Taahhüt Ticaret Limited şirkətinin Azərbaycan Respublikası Filialı arasında subpodrat müqaviləsinə xitam verilməsi həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas vermir. Məhkəmə hesab etmişdir ki, mübahisəli pul öhdəliyinin yaranması üçün əsas olmuş güzəşt müqaviləsi əhəmiyyətsiz əqd deyildir. Müqavilə əhəmiyyətsiz əqd olmadığından həmin müqavilə əsasında tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə olan halda isə iddiaçı cavabdehdən həmin müqavilə üzrə yaranmış pul öhdəliyinin icra edilməsini tələb etməkdə haqlı olmuşdur.
22. Məhkəmə hesab etmişdir ki, iddiaçı nə cavabdehin hüquqazidd, təqsirli əməllə ri nəticəsində onun işgüzar nüfuzunun ləkələndiyini, nə də həmin əməllər nəticəsində ona maddi zərər (real zərər və ya əldən çıxmış fayda formasında) dəyməsini sübuta yetirə bilməmişdir. Həmçinin, cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı da iddiaçı hər hansl bir sübut təqdim etməmişdir. Bu səbəbdən, cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsas müəyyən edilməmişdir.
23. Gəldiyi nəticəni məhkəmə Mülki Məcəllənin 21.1, 21.2, 324.5, 339.2, 355.1, 355.2, 385, 442, 448.1, 449.1, 1097.1-ci, “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunmadığı hissədə ləğv, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
25. Qətnamədən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunduğu hissədə ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli, 2-2(103)-806/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məh kəməsinin qətnaməsi qismən - əldən çıxmış faydaya görə faiz tələbinin rədd edilməsi hissəsində ləğv olunmuş, iddiaçının pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz tələbi qismən – cavabdehdən illik 5 faizlə 157.387,65 ABŞ dolları vəsaitin tutulması hissəsində təmin edilmişdir. Əldən çıxmış faydaya görə faiz tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov, V.Məmmədov).
27. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş əsaslara istinad etməklə əlavə olaraq bildirmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi iddiaçının 2015-ci il 10 iyul tarixli müqaviləni bağlamağa hüququ olmadığı barədə 2016-cı ildə məlumat əldə e tdiklərini göstərmişdir. Cavabdeh iddiaçı ilə bağlanmış müqaviləni bir il ərzində mübahisələndirmədiyindən, həmin müqaviləni bəyənərək qismən ödəniş etdiyindən və nəticədə həmin əqdin mübahisələndirilməsi ilə bağlı Mülki Məcəllədə nəzərdə tutulmuş bir illik kəsici müddət başa çatdığından bu hüququnu itirmişdir.
28. Bundan başqa, mülki qanunvericiliyin tələblərinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının faiz tələbi qismən təmin edilərək cavabdehin iddiaçı qarşısında pul öhdəliyini tam icra etmək vəzifəsinin yarandığı 2016-cı il 10 iyul tarixdən iddiaçının iddia ərizəsində öhdəliyin icra sının gecikdirilməsinə görə faiz hesabladığı 2019-cu il 7 oktyabr tarixədək üç il üçün illik 5 faizlə cavabdehdən 157.387,65 ABŞ dolları pul tutulmalı, faiz tələbi qalan hissədə əsassız hesab edilərək rədd edilməlidir.
29. İddiaçı və cavabdeh arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə görə tərəflər müqavilə ilə bağlı yarana biləcək hər hansı mübahisələri tərəflər danışıqlar yolu ilə həll edilə bilmədikdə, bu zaman mübahisənin Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll olunacağı nəzərdə tutulmuşdur. Müqavilənin qeyd edilən şərtinə əsasən iddiaçı tərəfindən cavabdehin hüquqi ünvanına pretenziya məktubu göndərilmiş, iş materiallarının 1-ci cildinin 20-ci vərəqinə əlavə edilmiş qəbzə və 21-ci, 126-cı vərəqlərinə əlavə edilmiş sürətli poçt xidmətinin məktubuna əsasən cavabdeh həmin ünvanda fəaliyyət göstərmədiyi üçün məktub çatdırılmamışdır. Cavabdeh faktiki fəaliyyət göstərdiyi ünvanı barədə iddiaçıya məlumat vermədiyindən iddiaçı tərəfindən pretenziya qaydalarına riayət edilmədiyinə dair apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir. Həmçinin, iddia ərizəsini imzalamış nümayəndə Vəkil1 verilmiş iş materiallarının 1-ci cildinin 134, 135-ci, 187-ci vərəqlərinə əlavə edilmiş etibarnamələrdə onun həm filialın, həm də iddiaçı şirkətin adından iddia qaldırmaq, imza etmək səlahiyyətləri nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, nümayəndənin səlahiyyətli olmaması barədə cavabdehin dəlilləri əsassızdır və iddianın baxılmamış saxlanılması üçün qanuni əsaslar mövcud olmamışdır.
30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2, 14.2.1, 193.1, 324.5, 354.2, 355.1, 355.2, 449.1-ci Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
31. Apellyasiya məhkəmədinin qətnaməsi 2021-ci il 22 oktyabr tarixdə iddiaçı və cavabdehin vəkillərinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
32. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
33. Qətnamədən həmçinin iddiaçı da kassasiya şikayəti verərək onun iddia tələbinin təmin olunmadığı hissədə ləğv, iddia tələbinin həmin hissədə təmin edilməs i barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri
34. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, aldatma nəticəsində bağlanmış əqd əhəmiyyətsiz deyil mübahisələndirilən əqddir. Mübahisələndirilən əqd isə yalnız barəsində mübahisə edildikdə etibarsız hesab edilər bilər. Aşağı instansiya məhkəmələri "MGH İnşaat Taahhüt Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə "R+R İNC" MMC arasında bağlanmış 2015-ci il 10 iyul tarixli müqavilə üzrə "MGH İnşaat Taahhüt Ticaret Limited” Şirkətinin öz hüquq və öhdəliklərini "R+R İNC" MMC-yə güzəşt etməsini müəyyən etmişdir. Halbuki, Türkiyə Respublikasının "MGH İnşaat Taahhüt Ticaret Limited” Şirkətinin Azerbaycan Respublikasındaki filialı ilə Almaniya Respublikasının "PWT X3 GMBH" şirkəti arasında təsdiqlənmiş müqavilə üzrə tərəflərin üzərinə götürdüyü əsas öhdəliklərindən biri hesab edilən, yəni tərəflər arasında bağlanmış subpodrat müqaviləsinin 9.2-ci bəndinə əsasən, tərəf digər tərəfin, yəni "PWT X3 GMBH" şirkətinin razılığı olmadan "MGH İnşaat Taahhüt Ticaret Limited” Şirkətinin öz hüquq və öhdəliklərini üçüncü tərəfə güzəşt etmək və ötürmək hüququ olmamışdır. "MGH İnşaat Taahhüt Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı üzərinə götürdüyü bu öhdəlikləri bildiyi və əsas podratçi ilə bağladığı müqavilə bəndlərinin şərtlərinə əməl etmədən öz hüquq və öhdəliklərini üçüncü tərəfə verə bilməyəcəyini dər k etdiyi halda, "R+R İNC" MMC-ni aldadaraq 2015-ci il 10 iyul tarixli müqaviləni bağlamışdır. Əgər əqd normal (yəni məzmununa uyğun) nəticələri əmələ gətirməyə qəti olaraq əlverişsizdirsə, əhəmiyyətsizdir. Başqa sözlə bu halda, əqdin mübahisələndirilməsinə ehtiyac yoxdur və bağlandığı haldan etibarsızdır. Əhəmiyyətsiz əqd olduğu təqdirdə, məhkəmə öz təşəbbüsü ilə bu halı nəzərə almalı idi. Yəni, baxılan məhkəmə işində müqavilənin əhəmiyyətsiz olması müəyyən edilərsə, hər hansı tərəf müqavilənin əhəmiyyətsizlik tələbini irəli sürməmiş olsa belə, hakim özü bu halı nəzərə almalı idi. Bundan başqa, "PWT X3 GMBH" Şirkəti ilə "MGH İnşaat Taahhüt Ticaret Limited” Şirkəti arasında subpodrat müqaviləsinin ləğv edilməsi özlüyündə sonuncunun hüquqlarını hər mənada məhdudlaşdıran amildir və bu halda o nun sonradan bağladığı müqavilələrin heç bir hüquqi əhəmiyyəti və qüvvəsi qalmır. Cavabdeh hesab edir ki, iddiaçı ilə onun arasında bağlanmış müqavilə əhəmiyyətsiz və etibarsız olduğundan onun mübahisələndirilməsinə ehtiyac qalmamışdır.
35. Cavabdeh kassasiya şikayətində Mülki Məcəllənin 193, 337, 339.2-ci maddələrinə istinad etmişdir. b) İddiaçının kassasiya şikayətinin dəlilləri
36. Məhkəmə qətnaməsi ilə cavabdehin 1.049.251 ABŞ dolları məbləğində borcu qanunsuz olaraq saxladığı öz təsdiqini tapdığından bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış 289.305 ABŞ dolları məbləğində vəsait də cavabdehdən tutulmalı olduğu halda, iddia tələbi həmin hissədə qismən təmin edilmişdir. İddiaçı həmçinin, işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi kimi 50.000 ABŞ dolları vəsaitin cavabdehdən tutulması nda dair tələbinin də əsassız olaraq təmin olunmadığını qeyd etmişdir.
37. İddiaçı kassasiya şikayətində Mülki Məcəllənin 21.1, 21.2, 152.3, 449, 1097.1-ci maddələrinə istinad etmişdir. c) kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
38. Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
39. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. İş üzrə iddiaçı və cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılard ır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə
193. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi anlayışı 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Maddə
44. Hüquqi şəxsin hüquq qabiliyyə ti 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 44.2. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Maddə
324. Əqd anlayışı və onun növləri 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyət siz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəf in hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1
1. Xüsusi razılıq (lisenziya) tələb edən sahibkarlıq fəaliyyəti
1. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin bəzi növləri yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin siyahısı və xüsusi razılıq (lisenziya) verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xə talar Məcəlləsi Maddə
398. Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görəinzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazları nın əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
43. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
44. Cavabdehin kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, "PWT X3 GMBH" Şirkəti ilə "MGH İnşaat Taahhüt Ticaret Limited” Şirkəti arasında subpodrat müqaviləsinin ləğv edilməsi özlüyündə sonuncunun hüquqlarını hər mənada məhdudlaşdıran amildir və bu halda onun sonradan bağladığı müqavilələrin heç bir hüquqi əhəmiyyəti və qüvvəsi qalmır. Həmçinin, həmin subpodrat müqaviləsinin tələblərinə görə "PWT X3 GMBH" şirkətinin razılığı olmadan "MGH İnşaat Taahhüt Ticaret Limited” Şirkətinin öz hüquq və öhdəliklərini üçüncü tərəfə güzəşt etmək və ötürmək hüququ olmamışdır.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada qiymətləndirməs ini aparmışdır.
46. İş materiallarından görünür ki, Qəbələ rayonunda X2 və kanalizasiya kollektorlarının tikintisi üçün ilə bağlı podrat müqaviləsi əsasında İş materiallarından göründüyü kimi “X5 Abwassertecnik GmbH Şirkəti ilə "xxxx" şirkətinin Azərbaycan Respubikasındakı filialı arasında 2015-ci il 23 yanvar tarixli subpodrat müqaviləsi bağlanmış (bax §1), həmin müqavilənin 9.1-ci bəndində tərəflərin hər birinin öz işlərini hazırki subpodrat müqaviləsi ilə bilavasitə və ya dolayısı ilə bağlı olan bütün müvafiq qanun və qaydalara uyğun olaraq həyata keçirməyi öhdələrinə götürdükləri öz əksini tapmışdır (cild 1, iş.v87).
47. Mülki Məcəllənin tələblərinə görə hüquqi şəxsin qeydiyyata alındıqdan sonra fəaliyyət qabiliyyətinin yaranması öz əksini tapmışdır. Bununla belə, bəzi sahibkarlıq fəal iyyətlərinin yerinə yetirilməsi üçün hüquqi şəxsin xüsusi fəaliyyət qabiliyyətinə malik olması ilə bağlı şərt də mövcuddur.
48. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin bəzi növləri yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.
49. Mülki Məcəllənin 44.2-ci maddəsinə əsasən, kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. 50. “Tikintisinə icazə tələb olu nan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı”nın, “Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla, bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı"nın və "Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 15 may tarixədək qüvvədə olmuş 2009-cu il 27 fevral tarixli Qərarının “Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla, bina və qurğuların layihələndirilməsi üzrə işlərin” Siyahısının 6.2-ci bəndində “su təchizatı və kanalizasiya sistemləri” öz əksini tapmışdır. 51. “X5 Abwassertecnik GmbH Şirkəti ilə "xxxx" şirkətinin Azərbaycan Respubikasındakı filialı arasında subpodrat müqaviləsi su təchizatı sistemləri və kanalizasiya kollektorlarının tikintisi ilə əlaqədar bağlanmış, daha sonra "xxxx" şirkəti həmin subpodrat müqaviləsi üzrə hüquq və öhdəliklərini cavabdehə güzəşt etmişdir (bax §2).
52. Xüsusi razılıq, lisenziyanın verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunda da nəzərdə tutulmuşdur. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir.
53. Təsadüfi deyildir ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində müvafiq sanksiya nəzərdə tutulmuşdur.
54. Beləliklə, subpodrat müqaviləsinin 9.1-ci madd əsində göstərilən şərt subpodratçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq lisenziyanın alınmasını da əhatə etmişdir.
55. İş materiallarında həmçinin müəyyən olunur ki, “X5 Abwassertecnik GmbH” Şirkəti tərəfindən iddiaçı ilə bağlanmış subpodrat müqaviləsinə də məhz iddiaçı tərəfindən müvafiq lisenziyanın alınmaması səbəbindən xitam verilmişdir (bax §6). Bundan başqa iş materiallarından cavabdehə Azərbaycan Respublikası Fövqəladə İşlər Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən Dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti quraşdırma işlərinin həyata keçirilməsinə icazəni nəzərdə tutan 2011-ci il 31 may tarixli lisenziya verilmişdir (cild 3, iş.v 6).
56. Göründüyü kimi istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən, kommersiya hüquqi şəxsləri siyahısı qanunvericiliklə müəyyən olunmuş bəzi fəaliyyət növləri ilə yalnız bununla bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq – lisenziya əsasında həyata keçirilməlidir.
57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin hallarından iddiaçı tərəfindən onun müvafiq işlərin görülməsi üçün xüsusi razılıq – lisenziyasının olmadığı işlərlə əlaqədar bağladığı və məhz lisenziyasının mövcud olmaması səbəbindən ləğv olunmuş müqavilə üzrə hüquq və öhdəlikləri cavabdehə güzəşt olunmuşdur. Halbuki, qanunvericiliyin istinad olunan müvafiq normaları baxımından subpodrat müqaviləsi üzrə işlərin görülməsi üçün müvafiq lisenziyası olmadan müqavilə üzrə hüquq və öhdəliklərinin iddiaçı tərəfindən cavabdehə ötürülməsi qanunverici liyin tələblərinə uyğun olmamışdır.
58. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
59. Göründüyü kimi, hüquq münasibətlərinin yarandığı, yəni həm subpodrat müqaviləsi bağlanan zaman, həm də iddiaçı tərəfindən həmin müqavilə üzrə hüquq və öhdəliklərinin cavabdehə güzəşt olunduğu zaman qüvvədə olmuş müvafiq qərarın siyahısında subpodrat müqaviləsinin predmeti olan su təchizatı və kanalizasiya sistemləri titkintisinə icazə tələb olunan qurğuların layihələndirilməsi üzrə işlərə aid olunmuşdur.
60. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmunun u müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, göstərilənlərə əsasən iddia tələbinin qismən təmin olunmasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli olduğundan, iddiaçının bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış 289.305 ABŞ dolları məbləğində və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi kimi 50.000 ABŞ dolları məbləğində vəsaitlərin tutulmalı olmasına dair kassasiya şikayətinin dəlilinə münasibət bildirilməsinə zərurət aradan qalxır və göstərilən məsələlərə yalnız iş üzrə yuxarıda göstərilən xüsusatlara apellyasiya instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə tam, obyektiv və hərtərəfli məhkəmə araşdırması aparılmaqla qiymət verildikdə n sonra münasibət bildirilə bilər.
62. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
64. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, a) məhkəmənin iş üzrə gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılsın, b) məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, c) qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
65. Məhkəmə kollegiyası hesab edir ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin ləğv olunması üçün əsasdı r
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, məhkəmənin gəldiyi nəticə qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına uyğun olmamışdır. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən nöqsanları aradan qaldırmalı, şübhəli halları yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.
67. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan maddi hüquq normaları apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki mübahisəyə tətbiq olunaraq qiymət verilməmişdir.
68. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi ü çün əsasdır.
69. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
70. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti isə tam təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli, 22(103)-806/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
71. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti tam təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 6 oktyabr tarixli, 2-2(103)-806/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.