Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-109/2025 07.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh “X3-Nur” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh “X3-Nur” MMC-yə qarşı hesablanmış “borcun ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(104)-166/2024 nömrəli qərardadından cavabdeh “X3-Nur” MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) “X3Nur” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 7 yanvar tarixli 001 nömrəli müqavilənin dəyəri olan 56.758 manat, 28.208,73 manat cərimə, 400 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 220 manat xidmət haqqı olmaqla ümumilikdə 85.586,73 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 5 mart tarixli e-2-2(115)-180/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir (hakim – K.Vəliyev).
3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
4. Gəncə Apellyasiya Məhkəməsinin 2024-cü il 14 avqust tarixli 2-2(104)-166/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Əli, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).
5. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Həmin kassasiya şikayəti qanunla nəzərdə tutulmuş müddət buraxılmaqla verildiyindən və kassasiya şikayətinə dövlət rüsumunun tam ödənilməsi təsdiq edən sənəd əlavə olunmadığından Gəncə Apellyasiya Məhkəməsinin Ko mmersiya kollegiyasının 2024-cü il 16 noyabr tarixli 2-2(104)-166/2024 nömrəli qərardadı ilə geri qaytarılmışdır.
7. Cavabdeh yenidən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, həmçinin buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərkən dövlət rüsumu kimi birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən məbləğin 50 faizini ödəmişdir. Bu səbəbdən kassasiya şikayəti geri qaytarılmışdır. Hazırda qərardadda qeyd olunan nöqsan ardan qaldırlmış və dövlət rüsumu cavabdeh tərəfindən ödənilmişdir. Bu səbəbdən kassasiya şikayətinin müddətinin buraxılması üzürlü hesab edilməlidir.
9. Gəncə Apellyasiya Məhkəməsin in Kommersiya kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(104)-166/2024 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – T.Əli, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 14 avqust tarixli 2-2(104)-166/2024 nömrəli qətnaməsi 2024-cü il 26 avqust tarixində cavabdehin nümayəndəsinin (vəkilin) “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində (bundan sonra – “elektron kabinet”) yerləşdirilmişdir. Lakin kassasiya şikayəti cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – “MPM”) kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessu al müddətin ötürülməsi ilə 2024-cü il 4 noyabr tarixində elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir.
11. Məhkəmə kollegiyası cavabdehin buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, ərizədə müddətin buraxılmasının səbəbləri izah edilməmiş və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə; MPM-in 10-1.3, 128.3, 135.8 və 405.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, onun ləğv edilərək prosesual müddətin bərpa olunmasına dair qərardad qəbul ediməsini və mülki işə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndə rilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi; MPM-in 50.1 və 61-ci maddələri üzrə - cavabdehin konstitusion hüququ məhkəmənin qəradadı ilə kobud surətdə pozulmuş, iddiaçının maraqlarına xidmət edən qəradad cavabdehin məhkəmə hüququnu tam məhdudlaşdırmışdır. Məhkəmə qətnaməsindən qanunvericiliyin tələbinə uyğun olaraq kassasiya şikayəti verilmiş, lakin məhkəmə həmin şikayəti qəbul etməyərək, iş üzrə qətnaməni cavabdehin vəkili olmuş Nümayəndə (bundan sonra – “Nümayəndə”) elektron kabinetinə yerləşdirilməsini əsas gətirmişdir. Cavabdeh isə apellyasiya instansiyasındakı icraatdan sonra vəkil Nümayəndəla müqavilə bağlamamışdı r. Belə olan halda vəkilin cavabdehin əvəzindən kassasiya şikayəti hazırlaması, rüsum ödəməsi və məhkəməyə göndərməsi mümkün deyildir. Cavabdehə iş üzrə qətnamə 2024-cü il 4 sentyabr tarixində rəsmi qaydada çatdırılmışdır ki, onun kassasiya şikayəti vermə müddəti 2024-cü il 4 noyabr tarixində bitmişdir. Məhkəmə bu barədə mövqeyini bildirməyərək, qərardadı yalnız vəkilin iş üzrə qətnaməni alma müddətinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcə lləsinin müvafiq “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.” “Maddə
74. Nümayəndənin səlahiyyəti 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.” “Maddə
75. Nümayəndənin səlahiyyətinə xitam verilməsi 75.1. İşdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər; müvəkkil edilmiş istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər. 75.2. Qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir.” “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.” “Maddə 135 Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti. 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Mə cəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilıməsi üçün əsaslar mövcüd deyildir.
19. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(104)-166/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmişdir.
20. Bununla da, həmin qətnamənin surəti MPM-in 10-1.3, 135.5 və 135.8-ci maddələrinə əsasən rəsmi qaydada cavabdehə verilmişdir.
21. Lakin, cavabdehin birinci dəfə verdiyi kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsində müəyyən edilən 2 aylıq müddət ötürülməklə xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir.
22. İkinci dəfə verilmiş kassasiya şikayətinə əlavə olunan prosessual müddətin bərpası barədə ərizədə isə bununla bağlı heçnə göstərilməmiş və yalnız dövlət rüsumu ilə bağlı nöqsanın aradan qaldırıldığı qeyd olunmuşdur.
23. Halbuki, birinci dəfə məhkəməyə təqdim edilmiş kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət burаxılmаqlа verilmişdir.
24. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ərizədə müddətin buraxılmasının səbəbləri izah edilməmiş və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməmişdir.
25. Gös tərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsi ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə MPM-in 133.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
26. Belə ki, həmin maddənin tələblərinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
27. Lakin, yuxarıda qeyd edildiyi kimi cavabdeh prosessual müddətin buraxılmasının səbəblərini ərizədə qeyd etməmişdir.
28. Kassasiya şikayətinin dəlillərinə dair qeyd edilir ki, MPM-in 74.1-ci maddəsinə görə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.
29. Həmin prosessual hərəkətlərdən biri də məhkəmə aktlarından şikayət verilməsidir.
30. Nümayəndə bütün prosessual hərəkətləri, o cümlədən məhkəmə aktlarından şikayət verilməsini qanunla müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirməyə borcludur.
31. Bu baxımdan, hər bir işdə iştirak edən şəxs özünə nümayəndə seçərkən, onun səlahiyyətlərinin həcmini müəyyən edərkən öz təmsilçisinin onun adından və onun maraqları naminə həyata keçirdiyi prosessual fəaliyyətin uğurları kimi, bütün mümkün risklərinin də məhz təmsil olunanın üzərinə düşdüyünü yaxşı anlamalı, öz nümayəndəsi ilə münasibətlərini düzgün qurmalı, onun fəaliyyətinin nəticələri ilə vaxtında və yaxından maraqlanmalıdır.
32. Eyni zamanda, MPM-in 75.2-ci maddəsində müəyyən edilmişdir ki, qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir.
33. Cavabdeh isə həmin maddə ilə üzərinə düşən vəzifəni yerinə yetirməmiş və apellyasiya instansiyasında nümayəndə və vəkil olmuş şəxsin səlahiyyətlərinə xitam verilməsi və yeni nümayəndə və vəkillə müqavilə bağlaması barədə məhkəməyə məlumat verməmişdir.
34. MPM-in 47.3-cü maddəsində isə təsbit edilmişdir ki, işdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar.
35. Odur ki, hazırki işdə qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımının başlanma və bitmə tarixləri, eyni zamanda cavabdehin qətnamə barədə vaxtında məlumatlandırılmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
36. Bu baxımdan kollegiya hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilən hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
37. Belə ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər və məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
39. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “X3-Nur” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(104)-166/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.