Məhkəmə qərarları › İş №2-2(102)-11/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-11/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-11/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı X3 Ürünləri və X1 Sanayi və Ticaret Limited Şirketi”nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə borcunun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı “X3 Ürünləri və X2 Sanayi və Ticaret Limited Şirketi”nin Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC) qarşı “müqavilə borcunun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022 -ci il 15 iyul tarixli, 2-2(103)-59/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ: 1. “X3 Ürünləri və X2 Sanayi və Ticaret Limited Şirketi” ilə Cavabdeh MMC arasında 2015-ci il 16 yanvar tarixli alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında öhdəlik-hüquq münasibətləri yaranmış, cəmi 237.750 ABŞ dolları məbləğində kimyəvi preparatlar Cavabdeh MMC-yə satılmış, sonuncu isə 2016-cı ilin iyun ayı olmaqla cəmi 40.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. 2. 2018-ci il 13 noyabr tarixli Üzləşmə aktı ilə Cavabdeh MMC “X3 Ürünləri və X1 Sanayi və Ticarət Limited Şirketi”nə 197.750 ABŞ dolları məbləğində borcunun olduğunu təsdiq etmişdir. 3. “X3 Ürünləri və X2 Sanayi və Ticaret Limited Şirketi” tərəfindən Cavabdeh MM C-yə ünvanlanmış 2018-cı il 4 dekabr tarixli və 2021-ci il 24 aprel tarixli pretenziya məktublarından görünür ki, tərəflər arasında yaranmış 197.750 ABŞ dolları məbləğində borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı “X3 Ürünləri və X2 Sanayi və Ticaret Limited Şirketi” (bundan sonra «iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 197.750 ABŞ dolları məbləğində borcun və bu borc nəticəsində əldən çıxmış 59.325 ABŞ dolları gəlir məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında pambığın becərilməsində istifadə edilən müxtəlif kimyəvi preparatların alqı-satqısına dair 2015-ci il 16 yanvar tarixli müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyə əməl edərək 2015-ci il 7 aprel tarixli, 046289 saylı invoislə cavabdehə 237.750 ABŞ dolları məbləğində kimyəvi preparatları tam həcmdə göndərilmiş, cavabdeh tərəfindən həmin kimyəvi preparatlar alınmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulan kimyəvi preparatlar tam alıcıya təhvil verildikdən sonra onların dəyəri tam ödənilməli, cavabdeh tərəfindən alınmış kimyəvi preparatların dəyərindən 2016-cı il 23 iyun tarixə kimi iddiaçıya cəmi 40.000 ABŞ dolları ödənilmişdir. İddiaçının tələblərinə baxmayaraq, qalan məbləğin ödənilməsi təmin edilmə mişdir. 6. 2018-ci il 13 noyabr tarixli “Üzləşmə Aktı”ndan da görünür ki, cavabdehin iddiaçıya 197.750 ABŞ dolları ödənilməmiş borcu olmuş, cavabdeh həmin borcu ödəməkdən bilə-bilə, qəsdən yayınmışdır. İddiaçı 6 il müddətində əldə edə biləcəyi real faydadan məhrum edilmişdir. Azərbaycan Respublikası Milli Bankın illik uçot dərəcəsi ilə qəbul etdikdə 197.750 X 5% = 9.887,5/6 il = 59.325 ABŞ dolları təşkil etmişdir.

7. İddiaçı tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 385.1, 425.2, 442, 443.1, 445.1, 448.1, 448.2, 526-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmiş, göstərilmişdir ki, 2017-ci il 6 noyabr tarixli və 2017-ci il 4 dekabr ta rixli Azərbaycan Respublikası Prezidentinin imzaladığı "xxxx" ASC yaradılması haqqında və "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanlarına uyğun olaraq, problemli aktivlər əvəzində “Aqrarkredit QSC BOKT-nin (bundan sonra-“üçüncü şəxs”) mülkiyyətinə verilmiş əmlaklar Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə verilmişdir. Həmin Fərmana əsasən cavabdehə məxsus bütün əmlaklar ABB ASC-yə olan kredit borcu müqabilində məhkəmə qaydasında olaraq Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2016-cı il 21 oktyabr tarixli, 2-2(86)-673/2016 saylı qətnaməsinə əsasən, üçüncü şəxsin mülkiyyətinə keçirilmişdir. Qeyd olunan əmlaklar hesabına yönədilmiş ABB ASC-yə olan kredit borcu tələbi ödənilmədiyinə görə 176.627.905,94 manat məbləğində olan son qalıq cəmiyy ətin hesabına daxil olan hər hansı bir vəsait həmin borcun ödənilməsinə yönəlmişdir. Belə olan halda cavabdeh ödəniş qabiliyyətli olmamış və üçüncü şəxslər qarşısında tələb yönəldilə biləcək pul vəsaiti və yaxud hər hansı bir əmlakı mövcud olmamışdır. Cavabdehin fəaliyyəti təhvil-təslim işləri ilə məhdudlaşdırılmış və təhvil-təslim başa çatdıqdan sonra müəssisənin ləğv edilməsinə başlanacağı qeyd olunmuşdur.

9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 26 iyul tarixli, e-2-2(113)-2880/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 197.750 ABŞ dolları məbləğində pul ödəniş günü manata uyğun məzənnə ilə manatla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim K.Hüseynov).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, MM-nin 567 və 600.4-cü maddələrinin tələbləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilmişdir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alğı-satqı müqaviləsindən irəli gəlmişdir.

11. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında alqı-saqtı müqaviləsi bağlanmış, alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş, alıcı müvafiq ödənişləri etdikdən sonra yekunda 197750 ABŞ dolları məbləğində borcu qalmışdır.Cavabdeh tərəf qeyd olunan borcun olduğunu etiraf etsə də, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-673/201 6 saylı 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin əmlaklarının "xxxx" QSC-yə verildiyini və ona görə də, borcun icra edilməsinin qeyri-mümkün olduğunu bildirir.

12. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdehin iddianın rədd edilməsini əsaslandırdığı hal əsassızdır. Belə ki, "xxxx" MMC-nin əmlakının olmaması onun digər şəxslər qarşısında olan öhdəliklərin icrasından azad etmir. Ona görə də, iddia 197750 ABŞ dolları məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

13. Həmin məhkəmə iddiaçının əldən çıxmış fayda formasında zərərin tutulması tələbinə MM-nin 21.2-ci maddəsinin, eləcə də MPM-nin 14.2 və 80-ci maddələrinin tələbləri baxımından qiymət verərək belə qənaətə gəlmişdir ki, zərərin əvəzinin ödənilməsində məqsəd ər izəçinin mümkün qədər pozuntu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından (restitutio in integrum) prinsipindən ibarət olmuşdur. Əldən çıxmış fayda tələb edən şəxs sadəcə zərərin mövcudluğunu deyil, həm də onun miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməli olduğu halda iddiaçı tərəf bunu edə bilməmmişdir.

14. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayətləri vermişdir. İddiaçı tərəfindən verilmiş şikayətdə birinci instansiya məhkəməsinin qətnaməsinin 59.325 ABŞ dolları məbləğində əldən çıxmış faydanın təmin olunmaması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi, cavabdeh tərəfindən verilmiş şikayətdə isə qətnamənin iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi, iddia tələbi nin tam təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1162/2021 saylı, 2021-ci il 21 sentyabr tarixli qərardadı ilə cavabdehin verdiyi apellyasiya şikayəti qeyri mümkün hesab edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 iyul tarixli, 2-2(103)-59/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin yoxlanılan - iddianın təmin edilməmiş hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilmiş, 59.325 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnə qiymə ti üzrə manatla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Məmmədov, hakimlər R.Qurbanov və V.Baxışova).

17. Apellyasiya instansiya məhkəməsi ilk növbədə apellyasiyanın hədləri ilə bağlı qeyd etmişdir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia rədd olunan hissədə qismən ləğv edilərək, iddianın həmin hissədə də təmin olunması xahiş edildiyi, cavabdehin apellyasiya şikayəti mümkün sayılmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət v erilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə yalnız iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

18. Belə bir yoxlama ilə məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında 2015-ci il 16 yanvar tarixli alqı-satqı müqaviləsinə əsasən öhdəlik-hüquq münasibətləri yaranmış, cəmi 237.750 ABŞ dolları məbləğdə kimyəvi preparatlar cavabdehə satılmış, cavabdeh sonuncusu 2016-cı ilin iyun ayı omaqla cəmi 40.000 ABŞ dolları məbləğdə ödəniş etmiş, 2018-ci il 13 noyabr tarixli üzləşmə aktı ilə təsdiq olunmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi əldən çıxmış faydanın tələb edilməsi hissəsində iddi anın təmin olunmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və MM-nin 21.2, 427.3, 439.2, 439.3, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 449.1, 449.2, 567, 660.4-cü maddələrinin tələblərini mübahisəli hüquq münasibətinə tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçının tələb etdiyi 59.325 ABŞ dolları əldən çıxmış fayda qanuna əsasən zərərdir, bu zərər iddiaçıya cavabdeh tərəfindən pul məbləğinin ödənilməsini gecikdirməsi nəticəsində vurulmuşdur, iddiaçı digər əsaslardan çıxış edərək daha böyük məbləğdə tələbini təsdiq edən sübutları təqdim etməmişdir, üstəlik, iddia ərizəsində iddiaçı bu tələbini hüquqi cəhətdən Mülki Məcəllənin 443.1 və 445.1-ci maddələri ilə əsaslandırmış, həmin Məcəllənin Mərkəzi Bankın bank uçot dərəcəsini tətbiqini nəzərdə tut an 439.3 və 449.1-ci maddələrinə istinad etməmişdir, cavabdeh öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etmədiyini mübahisələndirmir. Bundan əlavə, Mərkəzi Bankın uçot faiz dərəcələri 2016-cı ilin sonunda və 2017-ci ildə 15%, hazırda isə xx.xx.2022ci il tarixdən etibarən 7,75% olmaqla, iddiaçının tələb etdiyi 5%-dən daha çoxdur. Odur ki, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınaraq, pul məbləğinin ödənilməsi gecikdirildikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmalı, bu tələblərə Mülki Məcəllənin 445.7-ci maddəsi tətbiq olunmalıdır

20. Bu mənada məhkəmə apellyasiya şikayəti ilə razılaşmış və cavabdeh pul məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində vurduğu zərərin məbləğin i və hesablanma müddətini mübahisə etmir, iddiaçının hesablamaları və müddəti sadə riyazi qaydaya əsaslanır, iş materiaları ilə təsdiq olunur, düzgündür.

21. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı deyil, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qətnamənin həmin hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia təmin edilməli, apellyasiya şikayəti təmin edilməlidir.

22. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün, həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kasasiya şikayətinin dəlilləri:

23. MM-in 21, 448.4, 449.1-ci maddələrinin tələbləri pozulmuşdur- cavabdehin "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ, həmçinin cavabdehin həmin banka olan 259.523.484,12 manat məbləğində problemli borcu üzrə tələb hüquqları üçüncü şəxs bank olmayan Kredit Təşkilatına ötürülmüşdür. Üçüncü şəxs tərəfindən cavabdehə qarşı qeyd olunan borcla bağlı məhkəmədə iddia qaldıraraq iddia tələbi təmin edilmiş, borc tələbi cavabdehin əmlakına yönəlmiş və həmin əmlaklar üçüncü şəxsin mülkiyyəti götürülmüşdür. 2017-ci il 6 noyabr tarixli və 2017-ci il 4 dekabr tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına əsasən, cavabde hin üçüncü şəxsin mülkiyyətinə götürülmüş əmlakları "xxxx" MMC-yə təhvil verilmişdir.

24. Cavabdehin üçüncü şəxsə borc qalığı 177.604.889,71 manat məbləğində pul vəsaiti təşkil etmiş, müəssisənin fəaliyyəti dayandırıldığından həmin borcun ödənilməsi mümkün olmamışdır. Belə olan halda cavabdeh tərəfindən hər hansı bir öhdəliklərin icrası qeyrimümkün olmuşdur. Üçüncü şəxs iddiaçının iddia ərizəsi ilə razılaşmamış, cavabdehə ünvanlanan iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

25. Tərəflər arasında müqavilə bağlanarkən cavabdehin bütün əmlakına həbs qoyulması qabaqcadan nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən verilmiş iddia ilə bağlı həm cavabdehin, həm də üçüncü şəxsin izahatları nəzərə alınmamış, ödəmə qabiliyyətinin olmaması, müəssisənin f əaliyyət göstərməsi ilə bağlı dəlillərə qiymət verilməmişdir. Cavabdehin fəaliyyəti məhdudlaşdırıldığından və bank hesablarına həbs qoyulduğundan, cavabdeh iddiaçının vəsaitindən yararlana bilməmiş, həmin vəsaitdən 2017-ci ildən başlayaraq heç bir gəlir əldə olunmamışdır.

26. MPM-in 8.2, 9.1, 88, 372.1, 372.6, 372.7, 386-cı maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi işi obyektiv və sübutları hərtərəfli araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş sübutlara heç bir qiymət verilməmişdir. Göstərilən sübutlarda müəssisənin heç bir fəaliyyətinin olmadığı, borcu və əldən çıxmış faydanı ödəmək üçün maliyyə vəsaitinin olmadığı müəyyən olunmuşdur. Cavabdehin fəaliyyəti ilə bağlı qəbul olunmuş məhkəmə qətnamələri birinci instans iya məhkəməsinə təqdim edilsə də, məhkəmə həmin qətnamələrə hüquqi qiymət verməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırki işlə bağlı həm cavabdehin, həm də üçüncü şəxsin izahatlarını nəzərə almamış və ödəmə qabiliyyətinin olmaması, müəssisənin fəaliyyət göstərməsi ilə bağlı dəlillərə qiymət verilməmiş, borcun cavabdehdən tutulması ilə bağlı hər hansı bir ekspertiza məhkəmə tərəfindən təyin edilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ.

29. Kasasiya şikayəti vaxtında verilmiş, kasasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikyətinə əsasən apellyasiya qaydasında mübahisələndirilən hissəsində yoxlanılacaqdır.

31. Kasasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Həmçinin məhkəmə tərəflərə eyni olaraq yanaşmış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ.

32. Azərbaycan Respublikası MM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

439. Pul öhdəliklərinin icrası... 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikd ə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qə rəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....” 33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 2011-ci il 20 may tarixli Qərarının müvafiq müdd əalarında aşağıdakılar nəzərdə tutulur: “... Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan his sədə ləğv edilməsi və ya dəyişdirilməsi qiymətləndirilməlidir....” dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. M əhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPMin 416.1-ci maddəsi). 36. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apelly asiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

37. Məhkəmə kollegiyası kassasiyanın hədlərinə müvafiq olaraq qeyd edir ki, hazı rki icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 59.325 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi məzənnə qiyməti üzrə manatla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində yoxlanılır.

38. Yoxlanılan hissə ilə bağlı cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən hansı maddi hüquq normalarının pozulmasına yol verilməsi göstərilməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.

39. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətn amənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

41. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 iyul tarixli, 22(103)-59/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov İ.A.Dadaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar