Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-110/2022 28.01.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Publik Hüquqi Şəxsin Cavabdeh ASC-yə qarşı iş üzrə Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı Publik Hüquqi Şəxsin Cavabdeh ASC-yə qarşı “mineral-xammal bazasının bərpasına ayırmaların ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 noyabr tarixli 2-2(103)-1437/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qay dasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. “A” Publik Hüquqi Şəxs (bundan sonra – “Agentlik”) 2021-ci il 12 mart tarixində Cavabdeh ASC-yə (bundan sonra – "ASC") qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ASC-dən 244.800 manat məbləğində mineral-xammal bazasının bərpasına ayırmaların və 30 manat dövlət rüsumunun Agentliyin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli 2-2(113)-1830/2021 saylı qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
3. Agentlik 2021-ci il 18 noyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxar ılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 30 noyabr tarixli 2-2(103)-1437/2021 saylı qərardadı ilə Agentlik tərəfindən verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi qərara alınmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
5. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, apellyasiya şikayətindən görünür ki, Agentlik mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişlərinə əməl etməmiş, şikayəti “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib etməmişdir. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini nəzərə almamış, apellyasiya şikayətini qaytarmalı olduğu halda, şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 361.1, 363.1.1-1, 366.1, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
7. Agentlik 2021-ci il 15 dekabr tarixində qeyd olunan qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
8. Məhkəmə kollegiyası tərəfindən MPM-in 361-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, Kollegiyanın gəldiyi nəticə o olmuşdur ki 2 say lı Əlavədə göstərilən bütün bəndlər bir bir göstərilməli idi. Lakin Məhkəmə nəzərə almalıdır ki, maddi və prosessual hüquq pozuntularının olması və ya düzgün tətbiq edilməməsi, o cümlədən mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi kimi neqativ halların hamısı eyni iş üzrə mövcud olmalıdır deyə bir qayda yoxdur. Həmçinin nəzərə alınmalı hal o idi ki yalnız bir “neqativ” hal belə olduqda şikayət verilə bilər və məhkəmə tərəfindən işə ədalətli şəkildə baxılmalıdır. Misal üçün hazırkı iş üzrə hər hansı maddi hüquq normasına istinad edilməmiş, tətbiq edilməmiş və mübahisələndirilən məhkəmə aktında da bu hissədə pozuntuya yol verilməmişdir, ancaq Əlavədə ma ddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər təsbit olunub.
9. MPM-nin 363.1.1-1-ci maddəsi də düzgün tətbiq edilməmişdir. Normada qeyd olunur 361-ci maddənin tələblərinə riayət olunmamışdırsa. Yəni məhkəmə tərəfindən şikayətin məzmunu yoxlanılarkən MPM-nin 361.1.1-361.1.7-ci maddələrin tələbləri nəzərə alınmalı idi.
10. Yuxarıda qeyd olunan prosessual hüquq normalarının pozuntusu nəticəsində MPM-nin 366cı maddəsi də düzgün tətbiq edilməmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (M PM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
14. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki ha lların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
15. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:...” “Maddə
363. Apellyasiya şikayətinin qaytarılması... 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;...” “Maddə
366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birgə araşdıraraq belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri (bax yuxarıda §§ 8-10) əsassız, apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə qanunauyğundur.
17. Belə ki, Agentliyin apellyasiya şikayəti MPM-in imperativ xarakterli “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsi ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilmədən məhkəməyə təqdim olunmuş, bununla da MPM-in 361.1-ci maddəsinin (bax yuxarıda § 15) tələbi pozulmuşdur.
18. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələbini nəzərə almamış, MPMin 363.1.1-1-ci maddəsinə (bax yuxarıda § 15) əsasən, apellyasiya şikayətini qaytarmalı olduğu halda, şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
19. Apellyasiya instansiya məhkəməsi isə MPM-in 366.1 və 366.2-ci maddələrinə (bax yuxarıda § 15) uyğun olaraq apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarakən düzgün nəticəyə gəlmiş, qərardad qəbul edərkən hər hansı prosessual pozuntuya yol verməmişdir.
20. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Agentlik tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 noyabr tarixli 2-2(103)-1437/2021 saylı qərardadı həmin kassasiya şikayətinə münasibətrdə dəyişdirilmədən saxlanıl