Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-111/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-759/2021 Bakı şəhəri 2022-ci il 6 yanvar Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-2(103)-904/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ İddiaçı MMC cavabde h "xxxx" ASC-yə (3-cü şəxs "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən cavabdeh "xxxx" ASC-yə son 5 ildə hüquqi əsas olmadan artıq ödənilmiş 15.000 manat məbləğində pul vəsaitinin əsassız varlanma qaydasında cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.03.2021-ci il tarixli e-2-2(113)-524/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 3514,68 (üç min beş yüz on dörd manat altmış səkkiz qəpik) manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun qalan 15 (on beş) manat hissəsinin iddiaçıya aid edilməsi qət e dilmişdir (hakim Leyla Əliyeva). Həmin qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-2(103)-904/2021 saylı qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-524/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2021-ci il 16 mart tarixli qətnaməsi dəyişdirilərək, cavabdeh "xxxx" ASC-dən 9939,09 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir (sədrlik edən Raqib Qurbanov, hakimlər Vidadi Məmmədov, Vüsalə Baxışova). Cavabdeh tərəfindən 2021-ci il 6 dekabr tarixində kassasiya şikayəti verilərək, apellyasiya məh kəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə müəyyən olunmuş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kol legiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə mübahisələndirilən hissədə əmlak xarakterli iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz. Hazırki iş üzrə apelyasiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində iddianın qiyməti cəmi 9939,09 manat məbləğində olmuşdur. Buna görə də, istinad olunan prosessual hüquq normasının tələbinə əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələ sinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-2(103)-904/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov İ.A.Dadaşov
Məhkəmə qərarları › İş №2-2(102)-111/2022
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-111/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver