Məhkəmə qərarları › İş №2-2(102)-111/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-111/2025

24.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-111/2025 24.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı ilk, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - kassasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nin Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi, pul və qeyriyaşayış sahəsində n çıxarılma barədə ilk, Cavabdeh İddiaçı MTK-ya qarşı dəymiş zərərin əvəzinin ödənilməsi və qanunsuz arakəsmənin sökülməsi barədə qarşılıqlı tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2-2(103)-136/2024 nömrəli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı

1. İddiaçı MTK (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə 329.994 manat kompensasiya ödənilməsi və cavabdeh tərəfindən aldatma yolu ilə iddiaçı arasında bağlanmış 2018-Cİ İL 26 yanvar tarixli 06QYS n ömrəli müqavilənin etibarsız hesab edilməsi, cavabdehin iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blokun, 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, cavabdehdən əsassız varlanma nəticəsində əldə etmiş olduğu 185.000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək dəymiş ziyanın əvəzinin ödənilməsi, qanunsuz arakəsmənin (tavanın) cavabdehin vəsaiti hesabına sökülməsini, ilk iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilməsini, cavabdeh ilə iddiaçı arasında bağlanmış 2018-ci il 2 6 yanvar tarixli 06QYS nömrəli müqavilənin tələblərinin tam yerinə yetirilməməsi nəticəsində cavabdehin iddiaçıya vurmuş olduğu zərərin əvəzi olaraq 111.500 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini, həmin müqavilə üzrə cavabdehin iddiaçıya təhvil vermiş olduğu ünvan 1 ünvanında yerləşən qeyri – yaşayış sahəsində sahənin hündürlüyü hesabına hündürlüyün bölünməsi nəticəsində tikilmiş, tikinti layihəsində nəzərdə tutulmayan, qanunsuz arakəsmənin (tavanın) cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 21 iyun tarixli 2(008)146/2022 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin ediıməsi, tərəflər arasında bağlanmış 2018-ci il 26 yanvar tarixli müqavilənin etibarsız hesab olun ması, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur (hakim – Ə.Səmədov).

4. İlk iddia üzrə cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin olunduğu hissədə rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 21 dekabr tarixli 2(103)-6861 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim – Ş.Məhərrəmova, hakimlər – M.Məmmədov və R.Həsənov).

6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 16 avqust tarixli 2- 2(113)-2877/2023 nömrəli qərardadı ilə X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olumuşdur (hakim – Ü.Həsənova).

7. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 oktyabr tarixli 2-2(113)-2877/2023 nömrəli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia qismən – cavabdehdən 6.500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin olunmamışdır (hakim – Ü.Həsənova).

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun qismən – qarşılıqlı iddia tələbinin təmin olunmadığı hissədə ləğv və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən – ilk iddianın təmin edilməməsi hissəsində ləğv, ilk iddia tələbinin tam təmin olunması, qarşılıqlı iddianın tam təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2-2(103)-136/2024 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti rədd edilmiş, ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmaqla ilk iddia üzrə cavabdehin iddia tələbi təmin olunmadığı hissədə qismən təmin edilərək ilk iddia üzrə iddiaçıdan cavabdehin xeyrinə 5.540,64 manat məbləğində pulun tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).

11. İlk iddia üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən ləğv olunmasını, ilkin iddia tələbinin tam təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunduğu hissədə təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

12. Qətnamədən həmçinin, ilk iddia tələbi üzrə cavabdeh də kassasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ər izə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir....” “Maddə

133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti...

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qayda da verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası qeyd edir ki, ilk İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən kassasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi müəyyən edilmişdir.

15. Belə ki, MPM-in tələblərinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayə ti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmçinin, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

16. Hazırkı halda, “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” 2024-cü il 11 oktyabr tarixli çıxarışdan (İV cild, iş/v 33) müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2-2(103)-136/ 2024 nömrəli qətnaməsi ilk iddiaçının nümayəndəsi Nümayəndə2 (bundan sonra – “nümayəndə”) elektron kabinetinə 2024-cü il 11 oktyabr tarixində yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, nümayəndənin təsdiq edilmiş elektron ünvanı (e-mail) vardır (mailto:etibar-pashayev@mail.ruElektron ünvan ). Nümayəndənin apellyasiya instansiyası məhkəməsində iddiaçını təmsil etmə səlahiyyətinə malik olmasına dair müvafiq etibarnamə (İİİ cild, iş/ 19) iş materiallarına əlavə edilmiş və qeyd olunan etibarnamə 2023-cü il 17 iyul tarixində 3 il müddətinə verilmişdir. Həmçinin apellyasiya məhkəməsinin iclas protokolundan görünür ki, məhkəmə iclasında da iddiaçını məhz həmin nümayəndə təmsil etmişdir.

17. Bu o anlama gəlir ki, iddiaçının nümayəndəsinə münasibətdə MPM-in 135.8-ci maddəsinin (bax § 12) yalnız bi rinci dispozisiya şərti (qərardadın “elektron kabinet”də yerləşdirilməsi) deyil, həm də ikinci dispozisiya şərti (ona bu barədə həmin sistem üzərindən elektron poçt vasitəsilə məlumat çatdırılması) yerinə yetirilmişdir.

18. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının nümayəndəsinə 2024-cü il 11 oktyabr tarixində MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə uyğun olaraq lazımi qaydada çatdırılmışdır.

19. Bununla yanaşı, elektron məhkəmə informasiya sistemində şəxsi elektron kabinetə malik olan hüquqi şəxs olan ilk iddiaçıya da qətnamə onun əsas sənədinin imzalanmış olduğu 2024-cü il 11 oktyabr tarixində çatmış sayılır.

20. Odur ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddətin axımı 2024-cü il 12 oktyabr tarixində başlayaraq i ş günü olan 12 dekabr tarixində bitmişdir. İddiaçı tərəfindən isə kassasiya şikayəti 2 ay 4 gün sonra (2024-cü il 16 dekabr) verilmiş, bununla da apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün MPM-in 405-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddət ötürülmüş, müddətin bərpasına dair ərizə isə verilməmişdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddiaçı kommersiya fəaliyyəti ilə bağlı hüquqi məsələlərin tənzimlənməsi, məhkəmə mübahisələrində prosessual qanunvericiliyin tələbləri baxımından lazımi qaydada təmsil olunması, o cümlədən məhkəmə aktlarından şikayət verilməsi üçün prosessual müddətlərə nəzarət etmək funksiyası daşıyan struktur bölməyə malik hüquqi şəxs kimi məhkəmə aktlarından qanunvericiliyin tələblərinə uyğun qaydada və müddətdə şikayətlərin ver ilməsinə nəzarəti həyata keçirmək məsuliyyəti də onun üzərinə düşür.

22. Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadən dəfələrlə vurğulamışdır ki, müvafiq daxili qanunvericiliklə Ali Məhkəməyə ona gələn işləri filtrdən keçirmək imkanı yaradıldığı halda, onun aşağı instansiya məhkəmələrinin Ali Məhkəməyə müraciət etmək hüququ ilə əlaqədar səhvləri ilə bağlı olmasını qəbul etmək çətin olar. Əks mövqeyin qəbul edilməsi Ali Məhkəmənin işinə ciddi şəkildə mane ola bilər və Ali Məhkəmənin xüsusi rolunu yerinə yetirməsini qeyri-mümkün edər. Avropa Məhkəməsinin presedent hüququnda artıq təsdiq edilmişdir ki, Ali Məhkəmənin öz yurisdiksiyasını müəyyən etmək səlahiyyəti bu şəkildə məhdudlaşdırıla bilməz (bax, misal üçün, № 2(102)-2496/2023 [qərardad], 18 may 2023-cü il, § 27, müvafiq istinadlarla).

23. Bundan əlavə, Qanunun aliliyi demokratik dövlətin əsas prinsipi olduğundan, Ali Məhkəmədən onun tərəfindən aşkar olunmuş prosessual pozuntulara məhəl qoyulmaması və ya nəzərdən qaçırılması gözlənilə bilməz.

24. Hər bir halda, kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə və qaydada verilməsini yoxlamaq vəzifəsi ilk növbədə apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. Lakin, apellyasiya instansiyası məhkəməsi hazırkı halda ilk iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü düzgün yoxlamadan iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

25. Qeyd edilənlərə əsasən, ilk iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qanunla müəyyən olunmuş müddətdə verilmədiyi üçün icraata qəbul edilə bilməz. Bu səbəbdən şikayət qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

26. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxıldıqdan sonra iş, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə qaytarılmalıdır.

27. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2-2(103)-136/2024 nömrəli qətnaməsindən ilk İddiaçı MTK tərəfindən verilmiş kassasi ya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin geri qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar