Məhkəmə qərarları › İş №2-2(102)-112/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-112/2019

13.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-112/2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-112/19 Bakı şəhəri 13 mart 2019-cu il 13.03.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı “xxxx” MMC-nin vəkili Vəkil1, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Dəyanət Abidovun və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Aydın Hacıyev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tari xli, 2-2(103)465/2018 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “xxxx” MMC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57.144,56 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 57.174,56 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 06 iyun 2013-cü il tarixli, SS-199 saylı müqavilə üzrə ödənilməmiş 594,72 manat məbləğində və 08 aprel 2016-cı il tarixli 160408/11-1-086 saylı müqavilə üzrə ödənilməmiş 56.549,84 manat məbləğində olmaqla, ümumilikdə 57.144,56 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2-2(82)280/2018 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 06 iyun 2013-cü il tarixli, SS-199 saylı müqavilə üzrə ödənilməmiş 13.213,69 manat vəsaitin və 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2-2(103)-465/18 saylı qətnaməsi ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 08 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsinin 4.2-ci bəndində nəzərdə tutulmuşdur ki, alıcı təhvil tarixində hər bir sifarişçi satıcının Texnopark sahəsində H.Z.Tağıyev qəsəbəsində yerləşən binasından (“təhvil yeri”) götürməlidir. Təhvil yerində sifariş satıcı tərəfindən alıcının ixtiyarına verildikdə sifarişin təhvili başa çatacaq. Mübahisələndirlən məsələ 08 aprel 2016-cı il tarixli, 160408/11-1-086 №-li alqı-satqı müqaviləsinin əhatə etdi yi xidmətlərə görə 9 ədəd təhvil-təslim aktları ilə bağlıdır (iş vərəqi 149-150 153-158). O cümlədən: 26.08.2016-cı il 1366 №-li akt üzrə - 1.728,94 manat 06.09.2016-cı il 1418 №-li akt üzrə - 4205,52 manat 28.09.2016-cı il 1496 №-li akt üzrə - 7.756,85 manat 11.10.2016-cı il 1551 №-li akt üzrə - 3.925,15 manat 20.10.2016-cı il 1590 №-li akt üzrə - 7009,20 manat 20.10.2016-cı il 1591№-li akt üzrə - 6.296,60 manat 27.10.2016-cı il 1618 №-li akt üzrə - 5046,62 manat 07.11.2016-cı il 1648 №-li akt üzrə - 5.537,27 manat 01.12.2016-cı il 1723№-li akt üzrə - 1752,30 manat (cəmi: 43.258,45 manat). Həmin aktlar cavabdehə malın təhvil verilməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Mübahisəli təhvil-təslim aktlarında “rəhbər”, “baş mühasib”, “sifarişçi” qrafalarının və möhür yer inin mövcudluğu (işdə olan və mübahisələndirilməyən digər aktların göstəriciləri) onu deməyə əsas verir ki, təhvil-təslimin bu qaydası iki tərəf arasında razılaşdırılmışdır. Lakin, mübahisələndirilən aktlarda həmin qaydaya sifarişçi tərəfindən əməl olunduğu görünmür. Həmin aktlarda, “sifarişçi” qrafasında çap hərfləri ilə yazılmış “Ağayev Fərid” sözlərinin qarşısında imza qoyulmuşdur. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş cavabdeh müəssisənin adından Fərid Ağayevə verilən 273200 saylı vəkalətnamədə onun etibarlılıq müddətinin 30 sentyabr 2016-cı il tarixədək olması qeyd edilmiş, mübahisəli aktların 6 ədədi isə 2016-cı ilin oktyabr-dekabr aylarına təsadüf etmişdir. Bundan başqa, həmin vəkalətnamədə Fərid Ağayevə hansı səlahiyyətlərin verilməsi müəyyən olunmamışdır. Birinci instan siya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsinin məzmunundan aydın görünür ki, onun xeyrinə tutulan 13.213,69 manat məbləğində borc 08 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə alınmış mallarla əlaqədar olan məbləği təşkil edir. 594,72 manat məbləğində borc isə 06 iyun 2013-cü il tarixdə bağlanmış müqavilənin predmetidir ki, həmin məbləğ ümumiyyətlə birinci instansiya məhkəməsi tərəfindən tutulan məbləğin tərkibində nəzərə alınmamışdır. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, təhvil-təslim aktlarında təsbit olunan malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi istisna edildiyindən, təhvil verilməyən mallara görə cavabdehdən ödənişin tələb olunması əsassız olmuşdur. Belə ki, iddiaçının malların cavabdehə təqdim olunmasına sübut kimi istinad etdiyi təhvil-təslim aktları iddiaçının rəhbəri, baş mühasibi və iş icraçısı tərəfindən imzlanaraq müəssisənin möhürü ilə təsdiq olunduğu halda, həmin aktlar cavabdeh tərəfindən eyni qaydada təsdiqlənməmişdir. Aktlarda malları təhvil alan sifarişçi müəssisənin ümumiyyətlə adı göstərilməmiş, onun rəhbərinin, baş mühasibinin imzası mövcud olmamış, habelə müəssisənin möhürü vurulmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 06 iyun 2013-cü il tarixli müqavilə üzrə ödənilməmiş vəsaitə görə iddia müddəti ötdüyündən, birinci instansiya məhkəməsi həmin müqaviləyə əsasən tələb olunan 594,72 manat borc məbləğini haqlı olaraq nəzərə almamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 570.1.1, 570.1.2, 598.1, 551.2.3, prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 381.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı şikayətində bildirmişdir ki, iddiaçı ilə cavabdeh müəssisələr arasında 06 iyun 2013-cü il tarixdə bağlanmış SS-199 saylı və 08 aprel 2016-cı il tarixdə bağlanmış 160408/11-1-086 saylı müqavilələr üzrə satılmış mallar iddiaçı tərəfindən qaiməfakturalarla cavabdehə çatıdırılmış, lakin sonuncunun 06 iyun 2013-cü il tarixli müqavilə üzrə 594,72 manat, 08 aprel 2016-cı il tarixli müqavilə üzrə isə 56.549,84 manat məbləğində borcu qalmı şdır. Lakin apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrar edərək tərəflər arasında bağlanmış 08 aprel 2016-cı il traixli müqavilə üzrə nəticəyə gəlmişdir. Tərəflər arasında bağlanmış 08 aprel 2016-cı il tarixli, 160408/11-1-086 saylı müqavilə üzrə mallar müvafiq aktlar əsasında cavabdehə təhvil verilmiş və həmin aktlar müəssisənin rəhbəri, baş mühasibi və vəkalətnamə üzrə nümayəndəsi Fərid Ağayev tərəfindən imzalanmışdır. İddiaçı hesab edir ki, işin ədalətli və hərtərəfli araşdırılması üçün cavabehin adından akları imzalamış Fərid Ağayevin və müəssisənin keçmiş direktoru Ramiz Məmmədovun məhkəmə iclasına dəvət olunaraq, izahatlarının alınması zərurətinin yaranmasına baxmayaraq, apellyasiya məhkəməsi onların məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla da qanunvericiliklə üzərinə düşən işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılması və tərəflərin sübutlarının qiymətlənirilməsi ilə bağlı vəzifələrini yerinə yetirməmişdir. Dəlilin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1,76.1,88, 106.1-ci, 372 və Azərbaycan Respublikası Mülki Məcəlləsinin14.2.1, 386.1,406.2-ci maddələri ilə əsaslandırmışdır. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin tam ləğv olunması xahiş edilmiş, lakin iddia tələbi qismən təmin olunduğundan, məhkəmə kollegiyası həmin qətnamənin iddia tələbinin təmin olunmamış hissəsində maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin öhdəliyi yalnız müvafiq qaydada təsdiq edilmiş təhvil-təslim aktlarında təsbit olunan malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini sübuta yetirən həcmdə müəyyən edilməli, təhvil verilməyən mallara görə cavabdehdən ödənişin tələb olunması əsassızdır. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlillərinə görə, müvafiq aktlar əsasında cavabdehə mallar təhvil verilmiş və həmin aktlar müəssisənin vəkalətnamə üzrə nümayəndəsi Fərid Ağayev tərəfindən imzalanmışdır. Lakin apellyasiya məhkəməsi əsassız olaraq həmin aktları sübut kimi qiymətləndirməmişdir. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşmadığını qeyd e dir. İşin hallarına görə tərəflər arasında 06 iyun 2013-cü il tarixli və 08 aprel 2016-cı il tarixli iki alqı-satqı müqavilələri bağlanmışdır. Azərbaycan Respubliaksı Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): - 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; - 570.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır:570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verilməlidirsə, on un alıcının ixtiyarına verildiyi məqamda; - 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddələrin tələblərindən göründüyü kimi, alqı-satqı müqaviləsinin mahiyyətinə uyğun olaraq, satıçı əşyanı alıcıya veməyə borcludur. Əşyanın alıcıya vemək vəzifəsi müqavilədə nəzərdə tutulmuş qaydaya uyğun olaraq həyata keçirilə bilər ki, həmin qayda üzrə əşya alıcıya və ya onun müəyyən etdiyi şəxsə əşyanın olduğu yerdə verildikdə, satıcının əşyanı vermək vəzifəsi icra olunmuş hesab edilir.Alınmış mallara görə ödənişlər əşyanın təhvil almazdan əvvəl, təhvil aldıqdan sonra və yaxud müqavilədə nəzərdə tutulmuş qayd a üzrə aparılmalıdır. Maddələrin tələblərinə uyğun olaraq tərəflər arasında bağlanmış 08 aprel 2016-cı il tarixli müqavilənin 4.2-ci bəndində müəyyən olunmuşdur ki, alıcı təhvil tarixində hər bir sifarişçi satıcının Texnopark sahəsində H.Z.Tağıyev qəsəbəsində yerləşən binasından (“Təhvil yeri”) götürməlidir. Təhvil yerində sifariş satıcı tərəfindən alıcının ixtiyarına verildikdə sifarişin təhvili başa çatacaq. Təhvil yeri müqavilənin ayrılmaz hissəsidir və qoşmalarda təhvil yeri hər iki tərəfin razılığı əsasında dəyişdirilə bilər. Apellyasiya məhkəməsi qanunvericiliyin tələblərinə və istinad edilmiş müqavilə şərtinə əsaslanmaqla müəyyən etmişdir ki, satıcının malların verilməsi vəzifəsi iddiaçının müəyyən etdiyi yerdə həyata keçirilmiş və bununla bağlı tərəflər arasında “Akt” adlı sənədlər hər iki tərəfin rəhbərinin, baş mühasibinin və malları vermək və almaq səlahiyyəti verilmiş şəxsləri tərəfinən imzalanmış, möhürlə təsdiq edilmişdir. Həmin aktlar əsasında hesablanmış məbləğ çərçivəsində iddiaçının malların veriməsi vəzifəsinin icra olunduğu, cavabdehin isə həmin mallara görə ödənişlərin aparılmaması əsası ilə iddiaçı qarşısında öhdəliyinin icra edilməməsi və məsuliyyətinin yarandığı müəyyən edilmişdir. Lakin iddiaçının təqdim etdiyi eyni mahiyyətli “Aktların” bir qismi cavabdehin rəhbər və baş mühasibi tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir ki, həmin aktlar iddiaçı tərəfindən malların təhvil verilməsinə dair vəzifəsinin icra edilməsinin sübutu kimi qiymətləndirilməmişdir. İddiaçı tərəfindən məsələ mübahisələndirilərkən həmin aktların yalnız əvvəlki aktlar da olduğu kimi cavabdehin malları almaq səlahiyyəti verilmiş şəxsin imzasının olduğu və ad-soyadının göstərildiyi bildirilmiş və bu hissədə prosessual qanunvericiliyin tələblərinə əsaslanmışdır. Məhkəmə kollegiyası yuxarıda istinad edilmiş müqavilə şərtinə və qanunvericiliyin tələblərinə istinadən ilk olaraq qeyd edir ki, əgər iddiaçının istinad etdiyi “Akt” müqavilə şərtinə əsasən müqavilənin tərkib hissəsi kimi qiymətləndirilirsə, bu halda həmin sənəd müqavilənin bağlanması və imzalanmasına dair qaydalara uyğun olmalı idi. Mülki Məcəllənin 359-cu maddəsi əqdlərin təmsilçi vasitəsiə bağlanması qaydasını tənzimləyərkən müəyyən etmişdir ki, əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, (...) əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Bu maddənin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən onun adından iddiaçının istinad etdiyi şəxsə müqavilə bağlamaq səlahiyyətinin verilməsinə dair sübut təqdim olunmamış və bu əsasla həmin aktlar müqavilənin tərkib hissəsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, iddiaçının sübut kimi təqdim etdiyi vəkalətnaməyə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Həmin vəkalətnamə yuxarıda istinad edilmiş Mülki Məcəllənin 570.1.2-ci maddəsinin anlamında satıçı tərəfindən verilməli olan əşyanın alıcının göstərdiyi şəxsi ehtiva edə bilər ki, bu halda həmin vəkalətnamə sahibkarlıq fəaliyyəti sahəsini tənzimləyən qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli, 118 saylı qərarı ilə təsdiq edilmiş «Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları»nın: - 1.4-ci bəndinə əsasən, ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir; - 2.3-cü maddsinə əsasən, əllə doldurulmalı olan ciddi hesabat blanklarının bütün rekvizitləri aydın və səlis xətlə doldurulmalı, rəqəmlər dəqiq oxunmalı, qaralamalara və düzəlişlərə yol verilməməlidir. Qarala malara, düzəlişlərə yol verilmiş, yararsız hala düşmüş ciddi hesabat blankları etibarsız sayılır. Ciddi hesabat blankları doldurularkən, onun boş qalmış sətirləri və sütunları xətlənməlidir; - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 04 aprel 2016-cı il tarixli qərarı ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri” təsdiq edilmiş və 4 nömr əli əlavə kimi “Malların alınmasına dair vəkalətnamə”nin foma və rekvizitləri əks olunmuşdur. Həmin rekvizitlərə görə, malsatanın və onun təqdim etdiyi sənədlərin adı, nömrəsi, tarixi və digər lazımi rekvizitlərin doldurulması, əmlakın (qiymətlərin) adı və ölcüsü, ölcü vahidi, qiyməti, miqdarı və məbləğinin göstərilməsi zəruri olmuşdur. Apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından göründüyü kimi, göstərilmiş vəkalətnamə qanunvericiliyin yuxarıda əks olunmuş tələblərinə uyğun olmamışdır. Yəni vəkalətnamədə onun etibarlılıq müddətinin 30 sentyabr 2016-cı il tarixədək olması qeyd edilmiş, mübahisəli aktların 6 ədədi isə 2016-cı ilin oktyabr-dekabr aylarına təsadüf etmiş, habelə vəkalətnamə ilə istinad edilən şəxsə hansı səlahiyyətlərin verilməsi göstərilməmişdir. Qeyd ed ilənləri nəzərə almaqla məhkəmə kollegiyası vəkalətnamədə göstərilmiş şəxsin və cavabdeh müəssisənin keçmiş direktorunun şahid qismində cəlb olunmaqla dindirilməsinə münasibətdə iddiaçının dəlilləri ilə bağlı mülki prosessual qanunvericiliyin aşağıdakı tələblərinin tətbiq olunduğunu bildirir. İqtisadi mübahisə üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir. Azərbaycan Respublikası MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2); hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1); mə hkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (80); qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81). Prosessual qanunvericiliyin göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər tərəf hər hansı bir tələbini irəli sürürsə, bunun sübutu kimi yazılı sənədə istinad etdiyi halda, həmin sənədin etibarlılığı öz təsdiqini tapmalı və mübahisə doğurmamalıdır. Məhkəmə yalnız o sübutları qəbul edə bilər ki, həmin sübut müəyyən faktı təsdiq etsin. İşin hər hansı bir faktı yalnız qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidirsə, digər vasitələrlə həmin fakt sübuta yetirilə bilməz. Maddələrin tələblərinə uyğun olaraq əgər iddiaçı alıcının səlahiyyətli şəxsini müəyyən edən hala dair sübut kimi müvafiq yazılı sənədə istinad etmişdirsə, həmin sənədin etibarlılığı normativ hüquqi aktlara əsasən müəyyən edilməli olduğundan, digər sübut vasitəsi kimi şahid ifadəsi əsasında bu hal müəyyən edilə bilməz. Bununla da məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bildirdiyi dəlillər qanunvericiliyin tələblərinə uyğun deyildir. Lakin məhkəmə kollegiyası şikayətdə bildirilmiş aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. digər əsasla razılaşaraq Belə ki, işin hallarından göründüyü kimi, tərəflər arasında iki - 06 iyun 2013-cü il və 08 aprel 2016-cı iltarixli müqavilələr bağlanmışdır. İddia tələbinə əsasən iddiaçı 06 iyun 2013-cü il tarixlimüqavilə üzrə ö dənilməmiş 594,72 manat məbləğin və 08 aprel 2016-cı il tarixli müqavilə üzrə ödənilməmiş 56.549,84 manat məbləğin tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən, apardığı qiymətləndirmə iddia tələblərinə uyğun olmuş, lakin qətnamənin nəticəvi hissəsində göstərmişdir ki, cavabdehdən 06 iyun 2013-cü il tarixli müqavilə üzrə 13.213,69 manat vəsait tutulmalıdır. Apellyasiya məhkəməsi tərəfindən yuxarıda verilmiş qaydada 08 aprel 2016-cı il tarixli müqavilə üzrə qiymətləndirmə aparılsa da, lakin birinci instnasiya məhkəməsinin qətnaməsi dəyişdiirlmədən saxlanılmaqla Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbləri gözlənilməmişdir. Həmin maddəyə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilən ləri nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilməklə nəticəvi məhkəmə aktı iddia tələbinə uyğunlaşdırılmalıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə əsasən uyğun qəbul edilmişdir, kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin dəyişdirilməsi üçün əsaslıdır. Azərbaycan Respublikaı MPM-nin 417.1.2-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələri ni rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Aydın Hacıyev tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2-2(103)-465/2018 saylı qətnaməsi - birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmış hissədə dəyişdirilsin, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2-2(82)-280/2018 saylı qətnaməsinin nəticəsvi hissəsi “cavabdehdən 06 iyun 2013-cü il tarixli, SS-199 saylı müqavilə” sözləri “08 aprel 2016-cı il tarixli 160408/11-1-086 saylı müqavilə” sözlərinə dəyişdirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüse

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar