Məhkəmə qərarları › İş №2-2(102)-113/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-113/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-113/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ilk İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddiadan ibarət kommersiya mübahisəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, lizinq borcu, öhdəliklərin pozulması, əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması və s.” tələbin ə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 noyabr tarixli 2-2(103)- 793/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2021-ci il 17 noyabr tarixdə İddiaçı MMC (lizinq verən) ilə X4 (lizinq alan) arasında notarial qaydada D095 saylı X9 müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, lizinq verən satıcıdan əldə edəcəyi ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüş, lizinq ala nın ilkin maliyyə öhdəliyi 145 000 manat müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavəyə uyğun razılaşdırılmış, həmin əlavəyə əsasən 2021-ci il 16 dekabr tarixindən 2022-ci il 16 dekabr tarixinədək hər ay 13.852 manat (sonuncu ay 13.856 manat) olmaqla, ümumilikdə 145.000 manat əsas məbləğ və 21.228 manat lizinq mükafatı şərtləşdirilmişdir. Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti Lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər müqavilənin tam yerinə yetirildikdən sonra lizinq obyekti Lizinq alanın mülkiyyətinə keçir. 2. 2021-ci il 17 noyabr tarixində İddiaçı MMC (lizinq verən) ilə X4 (lizinq alan) arasında notarial qaydada D096 saylı X9 müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, lizi nq verən satıcıdan əldə edəcəyi ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüş, lizinq alanın ilkin maliyyə öhdəliyi 145.000 manat müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavəyə uyğun razılaşdırılmış, həmin əlavəyə əsasən 2021-ci il 16 dekabr tarixindən 2022-ci il 16 dekabr tarixinədək hər ay 13.852 manat (sonuncu ay 13.856 manat) olmaqla ümumilikdə 145.000 manat əsas məbləğ və 21.228 manat lizinq mükafatı şərtləşdirilmişdir. Lizinq obyekti Lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər müqavilənin tam yerinə yetirildikdən sonra Lizinq alanın mülkiyyətinə keçir. 3. 202 1-ci il 18 noyabr tarixində X4 (lizinq alan) İddiaçı MMC-nin (lizinq verən) "xxxx" ASC-də olan hesabına D095 saylı X9 müqaviləsi üzrə 65.000 manat avans ödənişi və D096 saylı X9 müqaviləsi üzrə 65.000 manat avans ödənişi köçürmüşdür. 4. 2021-ci il 17 noyabr tarixində İddiaçı MMC (alıcı) ilə Cavabdeh1 (satıcı) arasında notarial qaydada AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, satıcı ünvan 2 ünvanında yerləşən mənzili 210.000 manata alıcıya satmağı, alıcı isə mənzili X2 D096 saylı 2021-ci il 17 noyabr tarixli X9 müqaviləsi üzrə 12 ay müddətinə müvəqqəti sahiblik və istifadəyə verilməsi üçün əldə etməyi öz öhdəsinə götürmüşdür. 5. 2021-ci il 17 noyabr tarixində İddiaçı MMC (alıcı) ilə Cavabdeh1 (satıcı) arasında notarial qaydada AN-İ **** *** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, satıcı ünvan 1 ünvanında yerləşən mənzili 210.000 manata alıcıya satmağı, alıcı isə mənzili X2 D095 saylı 2021-ci il 17 noyabr tarixli X9 müqaviləsi üzrə 12 ay müddətinə müvəqqəti sahiblik və istifadəyə verilməsi üçün əldə etməyi öz öhdəsinə götürmüşdür. AN – İ ******* nömrəli və ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin predmetini təşkil edən əmlakların dəyərini təşkil edən 420.000 (210.000+210.000) manat pul İddiaçı MMC (alıcı) tərəfindən notariusun (X3) "xxxx" ASCdə olan bank hesabına köçürülmüş və həmin məbləğdən vergi məbləği çıxıldıqdan sonra qalan 414.815,70 manat pul Cavabdeh1 (satıcı) tərəfindən çekə imza edilməklə götürülmüşdür. 6. 2021-ci il 22 noyabr tarixində İddiaçı MMC (lizi nq verən), X4 (öhdəlik ötürən) və Cavabdeh1 (öhdəliyi qəbul edən və ya öhdəlik götürən) arasında notarial qaydada D095 saylı daxili lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında əlavə razılaşma imzalanmış, həmin razılaşmaya əsasən, öhdəlik ötürən Lizinq verənin razılığı ilə D095 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürənə verməyi və öhdəlik götürən də bütünlüklə qəbul etməyi, lizinq müddəti bitdikdən sonra öhdəlik götürən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququnu lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin öhdəlik götürənin ödəməsi şərtilə öhdəlik götürənə keçirməyi öz öhdəsinə götürmüşdür. 7. 2021-ci il 22 noyabr tarixində İddiaçı MMC (lizinq verən), X4 (öhdəlik ötürən) və Cavabdeh1 (öhdəliyi qəbul edən və ya öhdəlik götürən) arasında notarial qaydada D096 saylı daxili lizinq müqaviləsinə öhdəliyin ötürülməsi haqqında əlavə razılaşma imzalanmış, həmin razılaşmaya əsasən, öhdəlik ötürən Lizinq verənin razılığı ilə D096 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürənə verməyi və öhdəlik götürən də bütünlüklə qəbul etməyi, lizinq müddəti bitdikdən sonra öhdəlik götürən üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququnu lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin öhdəlik götürənin ödəməsi şərtilə öhdəlik götürənə keçirməyi öz öhdəsinə götürmüşdür. 8. 2022-ci il 5 yanvar tarixində İddiaçı MMC (lizinq verən), Cavabdeh1 (lizinq alan) və Cavabdeh2 MMC (zamin) arasında A673, D095, D096 saylı zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, lizinq verən ilə lizinq alan arasında 2021-ci il 22 noyabr tarixdə bağlanmış D095 saylı və 2021-ci il 3 dekabr tarixində bağlanmış D096 saylı daxili lizinq müqavilələri ilə əlaqədar olaraq, lizinq alan lizinq verən qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin lizinq alan ilə birlikdə lizinq verən qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüş, 2021-ci il 22 noyabr tarixində bağlanmış D095 saylı daxili lizinq müqaviləsinin obyekti kimi Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 17 ünvanında yerləşən 159 sayl ı mənzil, 2021-ci il 3 dekabr tarixində bağlanmış D096 saylı daxili lizinq müqaviləsinin obyekti kimi Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 17 ünvanında yerləşən 159 saylı mənzil göstərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh1 (bundan sonra“cavabdeh”) və Cavabdeh2 MMC-yə (bundan sonra-“cavabdeh MMC”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 2021-ci il 22 noyabr tarixli D095 nömrəli daxili lizinq müqaviləsinə əlavə razılaşma (öhdəliyin ötürülməsi barədə) və D096 nömrəli daxili lizinq müqaviləsinə əlavə razılaşmanın (öhdəliyin ötürülməsi barədə) ləğv edilməsi, cavabdeh lərdən müştərək qaydada birinci lizinq müqaviləsi üzrə 30. 097 manat lizinq mükafatı və 17.280 manat cərimə olmaqla cəmi 47.377 manat, ikinci lizinq müqaviləsi üzrə isə 29.675 manat lizinq mükafatı və 17.064 manat cərimə olmaqla cəmi 47.739 manat lizinq borcunun və ödənilmiş 372,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan əmlaklar üzərində cavabdehin Cavabdeh1 adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi, iddiaçının mülkiyyətində olan lizinq obyekti olan mənzillərin-ünvan 1 və ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İlk iddia tələbi onunla əsaslandırmışdır ki, X4 (bundan sonra-“Ə.Məm mədov”) Bakı şəhərində iki mənzili lizinqə götürmək üçün müraciət etmiş və bu məqsədlə lizinq müqavilələri bağlanmışdır. Mənzillər əvvəlcə iddiaçı tərəfindən 210.000 manat dəyərində alınmış və sonra lizinq müqaviləsi əsasında Ə.Məmmədova verilmişdir. Daha sonra Ə.Məmmədov ilə Cavabdeh1 arasında müqavilələr imzalanmış və öhdəliklər sonuncuya ötürülmüşdür. Lakin cavabdeh lizinq üzrə ödənişlərini vaxtında yerinə yetirmədiyi üçün öhdəliklər pozulmuşdur. Lizinq müqavilələrinin icrasına təminat kimi 2022-ci il 5 yanvar tarixində zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, cavabdeh MMC Cavabdeh1la birlikdə ümumilikdə 350.000 manatlıq borcun ödənilməsinə zəmanət vermişdir. Cavabdehlər müqavilə şərtlərini pozduqları üçün mənzillərin geri qaytarılmalı və lizinq borcu ödənilməlidir. Əvv əlcədən edilən xəbərdarlıqlara baxmayaraq, lizinq ödənişləri yerinə yetirilməmişdir.

11. Cavabdeh1 iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla iddiaçı arasında bağlanmış ünvan 1 ünvanında yerləşən mənzilin 2021-ci il 17 noyabr tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin (bundan sonra-“İ alqı-satqı müqaviləsi”), ünvan 2 ünvanında yerləşən mənzilin alqı-satqısına dair 2021-ci il 17 noyabr tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin (bundan sonra-“İİ alqı-satqı müqaviləsi”), iddiaçı ilə Ə.Məmmədov arasında bağlanmış daxili lizinq müqavilələrinin, iddiaçı ilə Ə.Məmmədov və Cavabdeh1 arasında bağlanmış 2021-ci il 22 noyabr tarixli öhdəliklərin ötürülməsi barədə müqavilələrin və 2022-ci il 5 yanvar tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməs i barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehlə iddiaçı arasında bağlanmış İ və İİ alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində qarşılıqlı iddia icraata götürülmüş, qalan hissədə iddiaçıya geri qaytarılmışdır.

13. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" MMC ilə işbirliyi çərçivəsində müəyyən razılaşmalara daxil olub və bu prosesdə aldadılıb. İddiaçı ilə imzalanmış alqı-satqı və lizinq müqavilələri əslində formal xarakter daşıyırmış və real məqsəd lizinq yolu ilə maliyyə vəsaiti əldə etmək olub. Mübahisə yaranan əsas məqam odur ki, Cavabdeh1 əvvəlcə mənzillərini lizinq şirkətinə satmış, lakin qısa müddət sonra həmin əmlakları lizinq yolu ilə yenidən əldə etmişdir. Bu proses onun iradəsi nə zidd şəkildə baş vermişdir və əslində bütün maliyyə və hüquqi öhdəliklər üçüncü tərəf-"xxxx" MMC-yə aid olmalı idi. "xxxx" MMC əldə edilən 220.000 manatı götürüb razılaşmanı pozmuş, nəticədə onun üzərinə lizinq borcu qoyulmuşdur. Həmçinin, cavabdeh MMC də öhdəlik götürdüyü borcu ödəməmişdir. Bütün bunları nəzərə alaraq, bağlanmış müqavilələrin etibarsız hesab edilməsini və hüquqi nəticələrin ləğv olunmasını tələb edir. O, müqavilələri sərbəst şəkildə deyil, aldadılaraq imzalayıb və real niyyət maliyyə əməliyyatını ört-basdır etmək olub. Cavabdeh bütün bunlar nəzərə alınmaqla müqavilələrin hüquqi nəticələrinin aradan qaldırmasını xahiş etmişdir.

14. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2023-cü il 10 may tarixli e-2(001)1086/2023 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşı lıqlı iddia təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış ünvan 1 ünvanında yerləşən mənzilə dair 2021-ci il 17 noyabr tarixli, ******* saylı alqı-satqı müqaviləsinin və ünvan 2 ünvanında yerləşən mənzilə dair 2021-ci il 17 noyabr tarixli, ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçı Cavabdeh1 244 140 manat məbləğində pul vəsaitinin tutularaq cavabdeh İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

15. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 23 oktyabr tarixli 2(103)-4992/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2023-cü il 10 may tarixli e-2(001)1086/2023 nömrəli qətnaməsi ləğv edilmiş, işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara al ınmışdır.

16. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 7 may tarixli 2-2(113)-786/2024 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin olunaraq, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış İ və İİ daxili lizinq müqavilələri üzrə öhdəliklərin ötürülməsi haqqında razılaşmalar ləğv edilmiş hesab edilmiş, iddiaçının mülkiyyətində olan lizinq obyektləriünvan 1 və ünvan 2 saylı mənzillərin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ünvan 1 və ünvan 2 saylı mənzillər üzərində Cavabdeh1 adına 2022-ci il 11 may tarixində qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyü) ləğv edilməsi, ilk iddia tələbinin qalan hissədə və qarşılıqlı iddianın bütövlükdə təmin olunmaması qət edilmişdir (hakim Nərmin Əhmədova).

17. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə lizinq əməliyyatının hüquqi formasını n lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsi olduğunu və Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 02 aprel 2021-ci il tarixli qərarında göstərilən hüquqi mövqeyini nəzərə alaraq hesab etmişdir ki, lizinq münasibətlərinə əsaslanan iddia verildiyindən ilk növbədə qarşılıqlı iddia üzrə xx.xx.2021-ci il tarixli ******* və ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə hüquqi qiymət verilməlidir.

18. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçının 17 noyabr 2021-ci il tarixli ******* və ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı bildirdiyi faktiki hallar Mülki Məcəllənin 339.2-339.3-cü maddələrinə uyğun gəlir.

19. Həmin maddələrin tələbləri baxımından, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda onun əqdi mübahisələndirmək hüququ təsbit edilmiş, üçüncü şəxs tərəfindən aldadılma halında isə, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin mübahisələndirilmə imkanı əks olunmuşdur. Başqa sözlə, müqavilə tərəfinin üçüncü şəxs tərəfindən aldadıldığına istinad edərək əqdi mübahisələndirə bilməsi üçün aldatma faktı ilə yanaşı kontragentin aldatmadan xəbərdar olması və ya xəbərdar olmalı olması halı da sübut edilməlidir. Lakin aldatma, kontragentinilkin iddiaçının aldatmadan xəbərdar olması və ya xəbərdar olmalı olması halları qarşılıqlı iddiaçının təqdim etdiyi sübutlarla təsdiq olunmam ışdır.

20. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir (B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 dekabr 2019-cu il tarixli qərar).

21. Bu mənada, məhkəməyə təqdim edilən "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 23 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru X1 Elşad Aydın oğlundan gələcəkdə birgə sahibkarlıq fəaliyyəti görmək üçün 220 000 manat qəbul etdiyini təsdiq etmişdir.

22. Göründüyü kimi, qarşılıqlı iddiaçının istinad etdiyi faktiki əsas "xxxx" MMC ilə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün maliyyə vəsaitinin əldə edilməsi məqsədilə öz əmlaklarını ilkin iddiaçıya satdığı, əldə edilmiş vəsait "xxxx" MMC-yə verilsə d ə, sonuncu tərəfindən öhdəliklərin icra edilməməsi olmuşdur.

23. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçının qeyd etdiyi hallar, yəni "xxxx" MMC tərəfindən aldadıldığı həqiqətə uyğun olsa belə, 17 noyabr 2021-ci il tarixli ******* və ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsızlığı üçün əsas ola bilməz.

24. Belə ki, etimadının qorunması prinsipi Mülki Məcəllənin 339.3-cü maddəsində təsbit edilmiş, müqavilə tərəfinə əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirmə hüququ verilmişdir.

25. Qarşılıqlı iddiaçının təqdim etdiyi sübutlarla isə sonuncu ilə "xxxx" MMC arasında olan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan münasibətlərdən ilkin iddiaçının məlumatlı olması təsdiq olunmur.

26. Bununla yanaşı, qarşılıql ı iddiaçının qeyd etdiyi kimi, lizinqə verilmiş əmlakların 4 gün sonra əvvəlki mülkiyyətçisinə qaytarılması da ilkin iddiaçının aldatmadan xəbərdar olması anlamına gələ bilməz. Belə ki, qeyd edilən hadisə əmlakların alqı-satqısından sonra baş vermişdir və həmin hal retroaktiv qaydada lizinq verənin alqı-satqı müqaviləsi bağlanarkən üçüncü şəxs tərəfindən kontragentin aldadıldığını bilməsinə dəlalət etmir.

27. Digər tərəfdən, hüquq ədəbiyyatında lizinqin əsasən iki növü fərqləndirilir: maliyyə lizinqi, əməliyyat (operativ) lizinqi. Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür v ə müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 yanvar 2017-ci il tarixli qərarı).

28. Qeyd edilməlidir ki, mülki hüquq nəzəriyyəsində maliyyə lizinqinin bir sıra “alt” növləri mövcuddur ki, onlardan biri qayıdan (geri qaytarılan) lizinqdir. Qayıdan lizinq çərçivəsində lizinq predmetinin mülkiyyətçisi onu lizinq şirkətinə satır və ardınca həmin avadanlığı lizinq şirkətindən lizinqə götürür. Beləliklə, satıcı (lizinq avadanlığının birinci mülkiyyətçisi) həm də lizinq a lan olur və faktiki olaraq, bu növ lizinq əməliyyatında iki şəxs iştirak edir. Lizinq müqaviləsinin müddəti bitdikdə isə lizinq alanın) həmin avadanlığı geri satın almaq hüququ olur. Bu növ lizinq sahibkara ona məxsus əmlakı satmaqla dövriyyə vəsaitini artırmaq, eyni zamanda həmin əmlakdan istifadəni davam etdirmək imkanı verir. Operativ lizinq zamanı əmlak qısa və ya orta müddətə lizinq alanın istifadəsinə verilir. Həmin müddət əmlakın amortizasiya müddətindən qısa olduğundan, lizinq verən lizinq müddəti başa çatdıqda həmin əmlakı başqa şəxsin istifadəsinə verə bilir. Nəticədə eyni əmlak vaxtaşırı bir neçə lizinq müqaviləsinin predmeti ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun İddiaçı MMC-nin şikayətinə dair 17 mart 2020-ci il tarixli qərardadı).

29. Göründüyü kimi, qayıdan lizinq mülk iyyətçinin öz əmlakını lizinq təşkilatına satması və daha sonra lizinqə götürülməsində ifadə olunan maliyyələşmə mexanizmidir. Bu mənada nəinki mülkiyyətçinin 4 gün sonra öz əmlakının lizinq alanına çevrilməsi, hətta əmlakın satılması ilə eyni zamanda lizinq alan kimi çıxış etməsi mümkündür.

30. Qarşılıqlı iddiaçının sonuncu dəlili D095 və D096 saylı lizinq müqavilələri üzrə ödənişlərin özü tərəfindən deyil, Cavabdeh2 MMC tərəfindən edilməsidir. Lakin iş materiallarında olan ödəniş tapşırıqları və icra qeydindən görünür ki, 02 dekabr 2021-ci il tarixli 01 nömrəli ödəniş tapşırığı əsasında D096 saylı müqavilə üzrə 13.860 manat və 02 nömrəli ödəniş tapşırığı əsasında D095 saylı müqavilə üzrə 12.000 manat, 15 fevral 2022ci il tarixdə 01 nömrəli ödəniş tapşırığı əsasında D095 saylı müqavilə üz rə 10.000 manat və 02 nömrəli ödəniş tapşırığı əsasında D096 saylı müqavilə üzrə 10.000 manat ödəniş məhz Cavabdeh1 tərəfindən bank hesabı vasitəsilə edilmişdir.

31. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir.

32. Məhkəmə lizinq müqaviləsinin ləğvi tələbinə qiymət verərək göstərmişdir ki, 17 noyabr 2021-ci il tarixli D095 və D096 saylı daxili lizinq müqavilələrinin 7-ci bəndində də göstərilmişdir ki, bu müqavilə üzrə müəyyən olunmuş öhdəliklərin yerinə yetirilməməsi Lizinq alan tərəf üçün aşağıdakı nəticələrə səbəb olur: b) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən lizinq ödənişlərini ödəniş müddə tləri üzrə ardıcıl olaraq 2 (iki) dəfədən artıq ödəməzsə, X9 müqaviləsinin İddiaçı MMC şirkəti tərəfindən birtərəfli qaydada ləğv edilməsi, lizinq obyektinin lizinq alandan geri alınması, lizinq obyektindən istifadə müddəti üçün yaranmış maliyyə öhdəliyinin tələb edilməsi. 33. 22 noyabr 2021-ci il tarixli D095 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşma (öhdəliyin ötürülməsi barədə) və D096 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşmanın (öhdəliyin ötürülməsi barədə) 8-ci bəndinə əsasən bu razılaşma imzalandığı andan qüvvəyə minir və tərəflərin bu razılaşma və lizinq müqavilələri üzrə öhdəlikləri tam icra edilənədək qüvvədədir.

34. Məhkəmə tərəflər arasında bağlanmış qeyd olunan müqavilə şərtlərinə və Mülki Məcəllənin 399.1-399-3, 421.2, 748-1.12 və 748-1.12-4-cü maddələrinə ist inadla qeyd etmişdir ki, istər mülki qanunvericilikdə, istərsə də tərəflər arasındakı razılaşmada lizinq alanın öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğu halda, müqavilənin məhkəmədən kənar qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin lizinq müqavilələrinə əlavə razılaşmalarda (öhdəliyin ötürülməsi barədə) lizinq müqavilələri üzrə öhdəliklərin tam icra edilənədək qüvvədə olması razılaşdırılmışdır.

35. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məh kəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

36. Məhkəmə qeyd etmişdir ki, müqavilənin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. 22 noyabr 2021-ci il tarixli D095 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşma (öhdəliyin ötürülməsi barədə) və D096 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşma (öhdəliyin ötürülməsi barədə) üzrə lizinq obyektlərinin geri alın ması ilə bağlı ilkin iddiaçı ilk dəfə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş (müqavilənin müddəti başa çatmamış) və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7169/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. Həmin müraciəti etməklə ilkin iddiaçı iradəsini hərəkət və rəftarı ilə ifadə etmiş, müqavilələr müvafiq olaraq birtərəfli qaydada ləğv edilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, 22 noyabr 2021-ci il tarixli D095 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşma (öhdəliyin ötürülməsi barədə) və D096 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşma (öhdəliyin ötürülməsi barədə) ləğv edilmiş hesab olunmalıdır.

37. Məhkəmə lizinq müqavilələri üzrə pulun tutulması tələbinə qiymət verərək göstərmişdir ki, mülki qanunveri cilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.

38. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, ilkin iddia üzrə Cavabdeh1 lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan- cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Lakin işin materiallarına əlavə e dilmiş 18 noyabr 2022-ci il tarixli 23 və 24 nömrəli ödəniş tapşırıqları və icra qeydlərindən görünür ki, X4 D095 və D096 saylı lizinq müqavilələri üzrə ümumilikdə 130 000 manat avans ödənişi həyata keçirmişdir.

39. Məhkəmə Mülki Məcəllənin 748-10.1, 748-11.1, 748-11.1.2 və 750-ci maddələrinə istinadla qeyd etmişdir ki, də təsbit olunmuşdur ki, üçüncü şəxs hər bir lizinq obyekti üzrə 65.000 manat məbləğində avans ödənişi etmiş, həmin məbləğlə bağlı da bütün hüquqlar və vəzifələr 22 noyabr 2021-ci il tarixli müqavilələrlə ilkin iddia üzrə cavabdehə keçmiş, lakin ilkin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri nəzərə almamışdır. Halbuki Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uy ğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər. Lakin qeyd edilən daxili lizinq müqavilələrində lizinq obyektinə görə avans ödənişinin təyinatı müəyyən edilməmişdir.

40. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən li zinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı mənzillərin əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin və dəbbə pulunun ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun ilkin iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini üçüncü şəxs (müvafiq olaraq qarşılıqlı iddiaçı) çəkmişdir. Bu baxımdan, məhkəmə qeyd etmişdir ki, lizinq obyekti olan mənzillərin ilkin iddiaçıya geri qaytarıldığı nəzərə alındığında avans məbləği hər bir müqavilə üzrə dəbbə pulu da daxil olmaqla ümumi borcdan çıxılmalıdır.

41. Lizinq verən (ilkin iddiaçı) xx.xx.2021-ci il tarixli D095 saylı daxili lizinq müqaviləsi üzrə 30 097 manat lizinq mükafatı və 17 280 manat cərimə, xx.xx.2021-ci il tarixli D096 saylı daxili lizinq müqaviləsi üzrə isə 29 675 manat lizinq mükafatı və 17 064 manat cərimə olmaqla cəmi 47 739 manat lizinq borcunun tutulmasını tələb edir.

42. Məhkəmə müəyyən etmişdir ki, 17 noyabr 2021-ci il tarixli D095 saylı daxili lizinq müqaviləsi üzrə əsas məbləğ 145 000 manat, mükafat məbləği 21 228 manat razılaşdırılmış, Cavabdeh1 tərəfindən cəmi 22 000 manat ödəniş edilmiş, hə min vəsaitdən 13 964,52 manat əsas məbləğdən, 8035,48 manat lizinq mükafatından silinmiş, 17 noyabr 2021-ci il tarixli D096 saylı daxili lizinq müqaviləsi üzrə əsas məbləğ 145 000 manat, mükafat məbləği 21 228 manat razılaşdırılmış, Cavabdeh1 tərəfindən cəmi 23 860 manat ödəniş edilmiş, həmin vəsaitdən 15 915,04 manat əsas məbləğdən, 7944,96 manat lizinq mükafatından silinmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ödənilməli lizinq mükafatının məbləği D095 saylı daxili lizinq müqaviləsi üzrə 13 192,52 manat ( ödənilməli lizinq mükafatı 21 228 manat - ödənilən lizinq mükafatı 8035,48 manat), D095 saylı daxili lizinq müqaviləsi üzrə 13 283,04 manat (ödənilməli lizinq mükafatı 21 228 manat ödənilən lizinq mükafatı 7944,96 manat) olmaqla cəmi 26 475,56 manat təşkil edir.

43. Bundan baş qa 17 noyabr 2021-ci il tarixli D095 və D096 saylı daxili lizinq müqavilələrinin 5.2-ci bəndinə əsasən lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün məcmu maliyyə öhdəliyi qalığı məbləğinin 0,1 faizi həcmində cərimə ödəməlidir.

44. İşin materialları ilə müəyyən olunmuşdur ki, lizinq müqaviləsi üzrə sonuncu ödəniş 15 fevral 2022-ci il tarixdə edilməsinə baxmayaraq lizinq verən (ilkin iddiaçı) iddia ərizəsi ilə lizinq müqaviləsinin müddətinin bitməsinə qısa müddət qalmış müraciət etmişdir. Həmçinin, cavabdehlər də lizinq müqaviləsi üzrə cəmi 2 dəfə ödəniş etmiş, öhdəliklərini icra etməmişlər.

45. Məhkəmə gecikdirilən lizinq məbləğini, iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə alaraq hesab etmişdir ki, ödənilməli cəmi məbləğinin D095 lizinq müqaviləsi üzrə 8500 manat, D096 saylı daxili lizinq müqavilə 8500 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

46. Beləliklə, məhkəmə hər iki lizinq müqaviləsi üzrə ödənilməli lizinq mükafatının cəmi məbləğinin 26 475,56 manat, cərimə məbləğlərinin 17000 manat təşkil etdiyini, həmin məbləğlərin cəmi 43 475,56 manat olduğunu və qeyd olunan məbləğin ödənilmiş 130 000 manat (65 000+65 000) avans məbləği ilə əhatə olunduğunu nəzərə alaraq bu qənaətə gəlir ki, lizinq müqavilələri üzrə pulun tutulması hissəsində ilkin iddia rədd edilməlidir.

47. Məhkəmə lizinq müqaviləsinin ləğv edildiyini və lizinq əmlaklarının ilkin iddiaçıya qaytarıldığını nəzərə alaraq hesab etmişdir ki, ünvan 1 və ünvan 2 saylı mənzillər üzərində Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə qeydə alınmış liz inqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilməlidir.

48. Cavabdeh tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsi, işin birinci instansiya məhkəməsində müəyyən edilmiş halları əsasında yeni qətnamə qəbul olunmaqla ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

49. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 noyabr tarixli 2-2(103)-793/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər E.Həsənov və L.Əliyeva).

50. Apellyasiya in stansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsində iddia tələblərinə münasibətdə verdiyi hüquqi qiymətləndirmə, gəlinən nəticə ilə razılaşmış və qarşılıqlı iddiaçının eyni məzmunlu dəlillərini əsassız hesab etmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 324.1, 324.2, 324.4, 337.1, 337.4, 339.2, 339.3, 399.1-399.3, 421.2, 462.1, 467, 747.1, 747-5.1, 748-1.12, 7481.12.4, 748-5, 748-10.1, 748-11.1, 748-11.1.2, 750-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli, “T.Qasımovanın şikayəti üzrə” 2020-ci il 1 dekabr tarixli, “B.Qasımovun şikayəti üzrə Azərba ycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 16 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2019-cu il 9 dekabr tarixli, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 12 yanvar tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 28 dekabr tarixli Qərarlarına, İddiaçı MMC-nin şikayətinə dair 2020-ci il 17 mart tarixli qərardadına, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır

52. Cavabdeh1 tərəf indən verilmiş kassasiya şikayətində qətnamənin tam ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

53. MM-in 337.1, 337.4 və 337.5-ci maddələri üzrə - Cavabdeh1 əvvəlcə satıcı, sonra lizinq alan olmuşdur. Lizinq şirkəti bunu lizinq müqaviləsi üzrə öhdəliklərin ötürülməsi kimi və ya öhdəliyin üçüncü şəxs tərəfindən icrasına razılıq kimi qələmə verməyə çalışsa da, faktiki olaraq lizinq şirkəti ilə Cavabdeh1 arasında lizinq müqaviləsi bağlanmışdır. İddiaçının təqdim etdiyi zaminlik müqavilələrində də Cavabdeh1 “lizinq alan” olaraq müqavilə tərəfi kimi çıxış etmişdir. Eyni zamanda öhdəliklərin ötürülməsi haqqında müqavilələrin 2-ci bəndində qeyd edilmişd ir ki, lizinq müddəti bitdikdən sonra “öhdəlik götürən” üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdikdə və ya müqavilə şərtlərini vaxtından əvvəl icra etdikdə, lizinq obyektinə mülkiyyət hüququ lizinq obyektinin müvafiq dövlət orqanlarında yenidən qeydiyyatı ilə bağlı bütün xərclərin “öhdəlik götürən”in ödəməsi şərtilə “öhdəlik götürən”ə keçir. Cəmi 4 gün əvvəl mənzillərini satmaq niyyətində olan “satıcı”, hazırda lizinq müqaviləsi üzrə “lizinq alan” olmuşdur. Nəticədə alqı-satqı müqaviləsi üzrə lizinq şirkəti tərəfindən ödənilən 290.000 manat məbləğində pul vəsaiti lizinq predmetini təşkil etmişdir. Bu isə lizinq müqaviləsinin mahiyyətinə və onun hüquqi təbiətinə uyğun hesab edilə bilməz. Belə ki, mənzillərini satmaq niyyəti olan satıcının sonradan mənzilləri yenidən qaytarmaq üçü n borclu olması, üzərinə öhdəlik götürməsi lizinq münasibətlərinin mahiyyəti baxımından hər hansı məntiqə sığmır. Digər tərəfdən lizinq müqaviləsi bağlanan zaman üçüncü şəxsin həmin əmlakları icarəyə vermək məqsədilə əldə etmək istədiyi barədə ərizə də, tərəflərin əslində lizinq münasibətlərində olmadığını təsdiq edir. Belə ki, həmin əmlaklar qeyri-yaşayış sahəsi olmamış və faktiki olaraq borclu ailəsi ilə yaşamış, (mənzillər ilk alıcıya təhvil verilməmiş, hətta bu günədək cavabdeh orada yaşamaqda davam edir) lizinq şirkəti isə həmin mənzillərin təyinatından məlumatlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu vacib məsələlərə qiymət verməmişdir.

54. MM-in 340.2-ci maddəsi üzrə-iddianın əsasını lizinq müqavilələrinə əlavə razılaşmaya (öhdəliyin ötürülməsi haqqında) əsaslanaraq pul təl əbi və.s təşkil edir. Cavabdehlər lizinq və alqı-satqı müqavilələrini mübahisələndirdiyindən ilk növbədə qeyd edilən əqdlərin etibarlılığına hüquqi qiymət verilməli və mübahisənin eyni hüquqi dəlillərə əsaslandığı nəzərə alınaraq hər iki iddia üzrə vahid hüquqi dəyərləndirmə aparılmalıdır. Konstitusiya Məhkəməsi lizinq obyektindən gəlir götürmək məqsədi olmadığı halda lizinq müqaviləsinin kredit müqaviləsi hesab edilməsinin müqavilə azadlığı prinsipinə zidd olubolmaması, həmçinin mənzilə dair lizinq müqaviləsinin kredit müqaviləsini pərdələmək məqsədi ilə bağlanması məsələləri ilə bağlı qeyd etmişdir ki, lizinq təşkilatı kredit təşkilatı olmadığından və pul vəsaiti borca verilmədiyindən, lizinq müqaviləsinin kredit müqaviləsinə çevrilməsi praktiki olaraq qeyri-mümkündür. Yalnız lizinq alan kredit götürməklə lizinq ödənişini həmin kredit hesabına maliyyələşdirə bilər. Lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və MM-in 38-ci fəsli ilə tənzimlənir. Kredit müqaviləsi isə borc müqaviləsi hesab edilir və MMin ayrıca fəsli ilə nizamlanır. Konstitusiya Məhkəməsinin bu mövqeyinə görə cavabdehin mənzilləri üçün bağlanılmış lizinq müqaviləsinin MM-in bu tip müqavilələr üzrə olan tələblərindən kənara çıxdığını, birmənalı olaraq lizinq yox, kredit müqaviləsi olduğuna və bu əqdin etibarsızlığına dair MM-in 339, 340-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları məhkəmə tərəfindən nə zərə alınmamışdır. MM-in 324.5-ci maddəsinin tələbinə görə məhkəmə tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdiklərini müəyyən etməmiş, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli olduğu halda bunu etməmişdir. Buna görə də lizinq şirkəti ilə borclu arasında bağlanmış öhdəliklərin ötürülməsi müqaviləsi və onlar arasında bağlanmış alqı-satqı müqavilələri etibarlı hesab edilə bilməz. Göründüyü kimi həm lizinq verən, həm lizinq alan, həm də satıcı arasında qarşılıqlı razılaşma əsasında kredit və (və ya) ipoteka müqavilələrini pərdələmək məqsədilə alqı-satqı, lizinq, öhdəliyin ötürülməsi barədə müqavilələr bağlanmışdır. Belə ki, lizinq şirkəti kredit təşkilatı olmadı ğından və satıcı, həm də lizinq alan ola bilməyəcəyindən bu yolla iradə ifadələrini pərdələmişlər. Belə ki, yalan əqd bağlamaqla tərəflər bilərəkdən məqsədli şəkildə hüquqa zidd hərəkətə yol vermişlər. Məhkəmə bu vacib faktlara qiymət verməmişdir.

55. MM-in 405.1-ci maddəsi üzrə-Mülki Məcəllənin tələbinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. İş materiallarına görə iddiaçı Ə.Məmmədov ilə onun 27.704 manat lizinq ödənişi etməsi haqqında müqavilə bağlayarkən iddiaçının onun heç bir ödə niş qabiliyyəti olmayan şəxs olduğunu bilməməsi inandırıcı deyildir. İddiaçı həmin şəxsin "xxxx" MMC-nin direktorunun sürücüsü olduğundan xəbərdar idi və bütün yazışmalar, bağlanılan müqavilələr məhz həmin şirkətin rəhbərinin tələblərinə uyğun tərtib olunmuşdur. Göründüyü kimi həm lizinq verən, həm lizinq alan, həm də satıcı arasında qarşılıqlı razılaşma əsasında kredit və (və ya) ipoteka müqavilələrini pərdələmək məqsədilə alqı-satqı, lizinq, öhdəliyin ötürülməsi barədə müqavilələr bağlamışlar. Bağlanılan əqdlər etibarsız olduğundan onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığından tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır.

56. MPM-in 8.1, 8.2, 8.3 və 14.2-ci maddələri üzrə - məhkəmə yalnız iddia tərəfinin verdiyi subutlara əsaslanmış, cavabdehi n təqdim etdiyi subutlara baxmamış, onların bəzilərini qətnamədə çox səthi qiymətləndirmişdir. Apellyasiya məhkəməsi öz qətnaməsində bu hala qiymət verməmişdir. Məhkəmə iş materiallarını araşdırmamış, tərəflər arasında olan öhdəliklərin əsl mahiyyətinə əhəmiyyət verməmiş, bağlanan müqavilənin başqa əqdi pərdələmək üçün bağlandığına, lizinq müqaviləsi adı altında kredit müqaviləsi bağlandığına əhəmiyyət verməmişdir ki, nəticədə də qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

57. İlk iddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, ilkin lizinq alanın, cavabdehin və "xxxx" MTK-nın əsl niyyətlərinin nə olduğunu, onlar arasındakı münasibətlərin xarakteri və s. barədə məlumatları olmayıb. İddiaçı yalnız lizinq şirkə ti-maliyyə təşkilatı olaraq ona müraciət edən müştərinin (ilkin lizinq alanın) xahişi əsasında əmlakları cavabdehdən alıb, ilkin lizinq alana lizinqə vermiş, onun məqsədi məhz lizinq müqaviləsinin bağlanması olmuşdur. Ümumiyyətlə, "xxxx" MTK-nın cavabdehlə birlikdə sahibkarlıq fəaliyyəti həyata keçirmək planlarının olması, sonradan cavabdehin MTK tərəfindən aldadılması və s. kimi hallar barədə yalnız məhkəmə mübahisəsi yaranan zaman xəbərdar olmuşdur. Yəni, bu sadalanan tərəflər arasında hətta yalan əqd bağlamaq niyyəti olsa belə, lizinq müqaviləsinin tərəfi olaraq iddiaçının belə bir niyyəti olmadığından, müqavilələrin yalan əqd sayılması mümkün deyildir.

58. Bir şəxsin həm satıcı, həm də sonradan lizinq alan qismində çıxış etməsi lizinq müqavilələrinin etibarsızlığına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ilkin lizinq alıcısı və lizinq obyektinin satıcısının lizinq müqaviləsi üzrə öhdəlik və hüquqlarının ötürülməsi xahişi ilə lizinq şirkətinə ərizə ilə müraciətinə lizinq şirkəti tərəfindən imtina cavabının verilməsinin hüquqi nəticələri belə bir imtinanı mümkünsüz edir.

59. Cavabdeh bir tərəfdən yalan əqd bağladığını iddia edir, digər tərəfdən isə özünün aldadıldığını, belə bir müqavilə bağlamaq niyyətinin olmadığını bildirir. Bu ziddiyyətli ifadələr də əslində cavabdehin əsl məqsədinin illərlə məhkəmə çəkişmələrini uzadaraq lizinq müqaviləsi üzrə ödənişləri yerinə yetirməkdən yayınmaq olduğunu sübut edir.

60. Təhvil-təslim aktlarına əsasən mənzillər ilkin lizinq alana təhvil verilmişdir. Sonradan müqavilə üzrə öhdəliklər cavabdehə ötürülən zaman yen ə də qanunvericiliyin tələblərinə uyğun qaydada təhvil-təslim proseduru həyata keçirilmiş və aktlaşdırılmışdır. Kassasiya baxışının hədləri

61. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403.1 və 416cı maddələri baxımından bütövlükdə yoxlanılacaqdır.

62. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

63. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir....” Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdiri lmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.... 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır....” “Maddə

339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı... 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hall ar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavil ə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən biri nin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur...” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pul unu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 747-5. Lizinq əməliyyatlarının hüquqi forması 747-5.1. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-5. Lizinq müqaviləsinin obyekti olan əmlakın qeydiyyatı Lizinq müqaviləsinin obyekti olan əmlaka hüquqlar bu Məcəllədə nəzərdə tutulan hallarda bu Məcəlləyə və digər normativ hüquqi aktlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmalıdır.” Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. “Maddə 748-11. Lizinq ödənişlərinin ümumi məbləği 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər;...” “Maddə

750. Lizinq alanın məsuliyyəti Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz m ənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.”

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir: Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, h ər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 1 dekabr tarixli Qərarında göstərilmişdir: Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığ ı prinsipindən irəli gəlir.

66. B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 dekabr 2019- cu il tarixli Qərarında göstərilmişdir: Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin Məcəllənin 404-cü m addəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.

67. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 yanvar 2017-ci il tarixli Qərarında göstərilmişdir: Hüquq ədəbiyyatında lizinqin əsasən iki növü fərqləndirilir: maliyyə lizinqi, əməliyyat (operativ) lizinqi. Maliyyə lizinqində avadanlığın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə əvvəlcədən müəyyənləşdirilmiş qaydada lizinq alanın mülkiyyətinə keçməsi nəzərdə tutulur. Maliyyə lizinqi daha çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti tərəfindən yalnız satın alınmasından ibarətdir.

68. Konstitusiya Məhkəməsi Plenumunun İddiaçı MMC-nin şikayətinə dair 17 mart 2020-ci il tarixli qərardadında göstərilmişdir: Qeyd edilməlidir ki, mülki hüquq nəzəriyyəsində maliyyə lizinqinin bir sıra “alt” növləri mövcuddur ki, onlardan biri qayıdan (geri qaytarılan) lizinqdir. Qayıdan lizinq çərçivəsində lizinq predmetinin mülkiyyətçisi onu lizinq şirkətinə satır və ardınca həmin avadanlığı lizinq şirkətindən lizinqə götürür. Beləliklə, satıcı (lizinq avadanlığının birinci mülkiyyətçisi) həm də lizinq alan olur və faktiki olaraq, bu növ lizinq əməliyyatında iki şəxs iştirak edir. Lizinq müqaviləsinin müddəti bitdikdə isə lizinq alanın) həmin avadanlığı geri satın almaq hüququ olur. Bu növ lizinq sahibkara ona məxsus əmlakı satmaqla dövriyyə vəsaitini artırmaq, eynizamanda həmin əmlakdan istifadəni davam etdirmək imkanı verir. Operativ lizinq zamanı əmlak qısa və ya orta müddətə lizinq alanın istifadəsinə verilir. Həmin müddət əmlakın amortizasiya müddətindən qısa olduğundan, lizinq verən lizinq müddəti başa çatdıqda həmin əmlakı başqa şəxsin istifadəsinə verə bilir. Nəticədə eyni əmlak vaxtaşırı bir neçə lizinq müqaviləsinin predmeti ola bilər.

69. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəa larının şərh edilməsinə dair” 28 dekabr 2020-ci il tarixli Qərarında göstərilmişdir: Beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsul la daha məhsuldar satışlar həyata keçirir.

70. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli dir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 72. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərar ı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

73. Kassasiya şikayətinin qarşılıqlı iddianın predmeti olan müqavilələrin etibarsızlığı və həmin tələb üzrə məhkəmələrin yol verdiyi maddi hüquq normalarının pozulması ilə bağlı dəlili ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı, lizinq, öhdəliyin ötürülməsi barədə müqavilələr həm lizinq verən, həm lizinq alan, həm də satıcı arasında qarşılıql ı razılaşma əsasında kredit və (və ya) ipoteka müqavilələrini pərdələmək məqsədilə bağlanmışdır.

74. Məhkəmə kollegiyası şikayətin dəlilini iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və həmin dəlilə münasibətdə məhkəmələrin Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 17 mart tarixli qərardadındakı hüquqi mövqeyə uyğun olaraq verdiyi qiymətləndirmə ilə razılaşır ki, mülki hüquq nəzəriyyəsində maliyyə lizinqinin bir sıra “alt” növləri mövcuddur ki, onlardan biri qayıdan (geri qaytarılan) lizinqdir. Qayıdan lizinq çərçivəsində lizinq predmetinin mülkiyyətçisi onu lizinq şirkətinə satır və ardınca həmin avadanlığı lizinq şirkətindən lizinqə götürür. Beləliklə, satıcı (lizinq avadanlığının birinci mülkiyyətçisi) həm də lizinq alan olur və faktiki ola raq, bu növ lizinq əməliyyatında iki şəxs iştirak edir. Lizinq müqaviləsinin müddəti bitdikdə isə lizinq alanın) həmin avadanlığı geri satın almaq hüququ olur. Bu növ lizinq sahibkara ona məxsus əmlakı satmaqla dövriyyə vəsaitini artırmaq, eyni zamanda həmin əmlakdan istifadəni davam etdirmək imkanı verir. Operativ lizinq zamanı əmlak qısa və ya orta müddətə lizinq alanın istifadəsinə verilir. Həmin müddət əmlakın amortizasiya müddətindən qısa olduğundan, lizinq verən lizinq müddəti başa çatdıqda həmin əmlakı başqa şəxsin istifadəsinə verə bilir. Nəticədə eyni əmlak vaxtaşırı bir neçə lizinq müqaviləsinin predmeti ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun İddiaçı MMC-nin şikayətinə dair 17 mart 2020-ci il tarixli qərardadı).

75. Göründüyü kimi, qayıdan lizinq mülkiyyətçinin öz əmlakını lizinq təşkilatına satması və daha sonra lizinqə götürülməsində ifadə olunan maliyyələşmə mexanizmidir. Baxılan iş üzrə də məhkəmələr tərəfindən tərəflər arasındakı hüquq münasibətləri düzgün olaraq xarakter etibarı ilə qayıdan lizinq kimi qiymətləndirmiş, qarşılıqlı iddianın predmeti olan müqavilələrin etibarsızlığı üçün əsasların olmaması müəyyən edilmişdir.

76. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

77. Həmçinin nəzərə alınmalıdır ki, kassasiya şikayəti nin məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlilləri üzrə hazırkı icraat çərçivəsində araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).

78. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

79. MPM-in 416, 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 noyabr tarixli 2-2(103)- 793/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar