Məhkəmə qərarları › İş №2-2(102)-114/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-114/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-114/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "X" ASC-nin cavabdeh "Y" Sığorta Şirkəti ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta, müqavilə müddətinin uzadılmış hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynova Sevda Əziz qızı, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı "X" ASC-nin vəkili, Cavabdeh "Y" Sığorta Şirkəti ASC-nin vəkilinin iştirakı ilə, İddiaçı "X" ASC Cavabdeh "Y" Sığorta Şirkəti ASC-yə qarşı “müqavilə müddətinin uzadılmış hesab edilməs i” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 avqust tarixli 2-2(103)-BAM/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Cavabdeh "Y" Sığorta Şirkəti (bundan sonra – “SŞ”) ilə iddiaçı "X" ASC (bundan sonra – “ASC”) arasında 2014-cü il 1 may tarixli MTRC-LZ 025/1674-014 nömrəli “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığorta müqaviləsi” (bundan sonra – “müqavilə”) bağlanmışdır. 2. müqavilənin 2-ci bəndinə əsasən, Sığortalı (ASC) müqavilə ilə müəyyən olunmuş sığorta haqlarını ödəməyi, Sığortaçı (SŞ) isə bunun müqabilində sığorta müddəti ərzində müqavilə ilə sığorta təminatı verilmiş sığorta riskləri nəticəsində sığorta hadisənin baş verməs i halında sığorta predmetinin (qrup halında sığorta zamanı hər hansı bir sığorta predmetinin) zədələnməsi və ya məhv olmasına görə müqavilənin şərtlərinə uyğun olaraq sığorta ödənişini verməyi öhdəsinə götürmüşdür.

3. Sığortanın qüvvədə olma müddəti müqavilənin 7-ci bəndinə əsasən aşağıdakı qaydada qüvvədədir: - 2014-cü il 1 may tarixindən başlayaraq 12 ay ərzində bu müqavilənin şərtlərinə müvafiq olaraq buraxılmış sığorta şəhaıtnaməsinin sonuncunun müddəti (sığorta müddəti) bitənədək; - Əlavə olunan siyahıda göstərilən hər bir avtomobilin sığorta müddəti 12 aydan çox ola bilməz. 4. müqavilənin 13.3.2-ci bəndinə müvafiq olaraq, ümumi zərərlik dərəcəsi 100%-dən az olduqda, sığortaçı sığortalıya müəyyən miqdarda sığorta haqqını qaytarır, zərərlik dərəcəsi 100%dən yuxarı olduqda həmin müqavil ə üzrə bütün sığorta olunmuş sığorta şəhadətnamələrinə dair zərərlər üzrə sonrakı ödənişlər həyata keçirilmir. Sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərtilə hazırkı müqavilənin hərəkətini bərpa etmək olar. Bütün hesablamalar müvafiq düsturlarla müəyyən olunur.

5. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 11 avqust tarixli 2-2(103)-367/2017 saylı qətnaməsi ilə iddiaçı SŞ-nin cavabdeh ASC-yə qarşı “müqavilə” iddia ərizəsi təmin edilərək ASC-dən SŞ-nin xeyrinə 190.047,58 manat əlavə sığorta haqqı və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 190.077,58 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir.

6. İş materiallarına əlavə edilmiş Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyasının 2018-ci il 10 yanvar tarixli 2-2(102)-29/18 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 11 avqust tarixli 2-2(103)-367/2017 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. ASC 2019-cu il 25 fevral tarixində SŞ-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək müqavilənin müddətinin uzadılmış hesab edilməsi, təqdim ediləcəyi gündən qüvvəyə minmək şərtilə SŞ-dən müqavilənin şərtləri daxilində 190.047,58 manat dəyərində siyahısı ASC tərəfindən tədim ediləcək avtomobillər üzrə avtosığorta şəhadətnaməsinin alınaraq ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır k i, müqavilə və sığorta şəhadətnamələrinin qüvvədə olduğu müddətdə tərəflər qarşılıqlı olaraq öhdəliklərini 100% icra edildikdən sonra SŞ müqavilənin 13.3.2-ci bəndini rəhbər tutaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 11 avqust tarixli 2-2(103)-367/2017 saylı qətnaməsi ilə həmin iddia üzrə ASC-dən SŞ-ya 190.047,58 manat əlavə sığorta haqqının tutulması qət edilmiş, yekunda həmin məbləğ ASC tərəfindən SŞ-yə 2018-ci il 17 sentyabr tarixində tam ödənilmişdir.

9. Bundan sonra, ASC 2018-ci il 4 oktyabr tarixli ərizə ilə SŞ-yə müraciət edərək əlavə sığorta haqqının ödənildiyini nəzərə alaraq müqavilə üzrə öhdəliklərinin icra etməsini və həmin ərizəyə qoşmada siyahısı göstərilən avtomobillərə yeni sığorta şəhadətnamələrinin verilməsini SŞdən xah iş etmişdir. SŞ ASC-yə ünvanlanmış 2018-ci il 11 oktyabr tarixli 15/2496 saylı məktubunda müqavilə və sığorta şəhadətnamələri üzrə müddət bitdiyindən yeni şəhadətnamələrin verilməsinin qeyri-mümkün olduğunu göstərmiş, yeni sığorta şəhadətnamələrinin verilməsindən imtina etmiş, bununla da ASC-nin hüquqularını pozaraq ona maddi ziyan vurmuşdur.

10. Hallbuki müqavilənin 13.3.2-ci bəndinə əsasən “Sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərtilə hazırkı müqavilənin hərəkətini bərpa etmək olar”. Digər tərəfdən, məhkəmə yuxarıda adı çəkilən qətnaməni qəbul edərkən də müqavilə müddəti bitmişdir. Lakin buna baxmayaraq məhkəmə bu hala Mülki Məcəllənin 903.2 və 390.1-ci maddələri baxımından qiymət verərəkən hesab etmişdir ki, ASC tərəfindən sığorta haqqı ödənildiyindən müqaviləyə xitam verilə bilməz. Qeyd edilən qətnamələr və MM-in normalarının birgə tətbiqi onu tələb edir ki, əlavə sığorta haqqı ödənildiyindən müqavilənin 13.3.2-ci bəndinə uyğun olaraq, SŞ-nin ASC qarşısında öhdəliyi yaranır və müqavilənin hərəkəti bərpa edilməlidir.

11. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 367.2, 399.3, 399.4, 441, 445.1, 445.2.1, 903.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair 2016-cı il 23 fevral tarixli, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2014-cü il 30 oktyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2015-ci il 15 iyul tarixli qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun (bundan sonra – “AMP”) “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli qərarına, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Roma Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilmişdir. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 may tarixli e-2-2(81)-Bİİ/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ASC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ASC-yə aid edilmişdir (hakim – F.M).

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında 190.047,58 manat məbləğində əlavə sığorta haqqının ASC-dən tutulmasına dair preyudisial əhəmiyyətli məhkəmə qərarlarının olmasına baxmayaraq, ASC tərəfindən həmin qətnamələrin təhrif olunmaqla iddia tələblərinin əsası olaraq istinad etmələri halı yolverilməzdir. Qeyd olunan qətnamələrdən açıq-aydın müəyyən edilir ki, müqavilənin 13.3.2-ci maddəsində ümumi zərərlilik dərəcəsi 100%-dən yuxarı olduğundan, məhz 190.047,58 manat əlavə sığorta haqqının ödənilməsi ASC-yə həvalə edilmişdir.

14. Həmçinin məhkəmə qətnaməsində müqaviləyə sonuncu əlavənin 2014-cü ilin dekabr ayında bağlanaraq ASC-nin maşınlarına təminat verilməsi və təminatın 2015-ci ilin dekabr ayına kimi verilməsi nəzərə alınarsa, bu hal belə qənaətə gəlməyə əsas verir ki, müqavilə 2015-ci ilin dekabr ayına kimi qüvvədə olduğu öz əksini ta pmışdır.

15. Beləliklə, məhkəmə hesab etmişdir ki, ASC-nin müqavilə üzrə 190.047,58 manat məbləğində əlavə sığorta haqqının ödənilməsinə istinad etməsi müqavilənin müddətinin uzadılmış hesab edilməsi və yeni sığorta şəhadətnamələrinin verilməli olduğu kimi qiymətləndirilə bilməz.

16. Eyni zamanda, məhkəmə göstərmişdir ki, ASC tərəfndən 190.047,58 manat məbləğində əlavə sığorta haqqı yuxarıda qeyd edilən qətnamələr üzrə icra edildiyindən SŞ qarşısında hər hansı yeni bir öhdəlik yaranmamışdır.

17. Məhkəmə bu qənaətini MM-in 390.1-ci, MPM-nin 14.2, 76.1, 77.1, 82.3, 107, 119.1, 217.3, 217.4, 218-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. ASC 2019-cu il 30 iyul tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməsini, müqavilənin müddət inin uzadılmış hesab edilməsini və təqdim ediləcəyi gündən qüvvəyə minmək şərtilə SŞ-dən müqavilənin şərtləri daxilində 190.047,58 manat dəyərində siyahısı ASC tərəfindən təqdim ediləcək avtomobillər üzrə avtosığorta şəhadətnaməsinin alınaraq ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 sentyabr tarixli 22(103)-BAM/2019 saylı qətnaməsi ilə ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 may tarixli 2-2(81)-609/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – İ.Ə, hakimlər – S.S və V.M).

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiy i nəticələrlə razılaşmış, öz qətnaməsini aşağı məhkəmənin istinad etidyi normalardan əlavə MM-nin 6.1.2, 6.1.5, 6.2, 324.1, 389.1, 405.1, 425.1-ci, MPM-nin 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır (bax yuxarıda §§ 13-17).

21. ASC həmin qətnamədən 2019-cu il 15 noyabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 21 yanvar tarixli 2-2(102)-AM/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 10 sentyabr tarixli 2-2(103) -BAM/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən – R.N, hakimlər – İ.D və A.H).

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə tərəfindən müqavilənin 13.3.2-ci bəndinin təfsiri ilə bağlı heç bir araşdırma aparılmamış, tərəflərin iradə ifadəsinə aydınlıq gətirilməmiş, ASCnin əlavə sığorta haqqının ödənilməsi şərti ilə müqavilənin hərəkətinin bərpa edilməsi nəyi ehtiva etdiyi və hansı məna daşıdığı, hansı dövrün nəzərdə tutulduğu müəyyən edilməmişdir.

24. Məhkəmə kollegiyası göstərmişdir ki, ASC iddiasında qanuni qüvvəyə minmiş məhkəmə qərarını 2018-ci il 17 sentyabr tarixində icra etdiyini, yəni əlavə sığorta haqqını həmin vaxt ödədiyini bildirmişdir. Lakin məhkəmə əlavə sığorta haqqının ödənildiyi vaxtı müəyyən etməmiş, müqav ilənin hərəkətinin bərpasının 2018-ci il 17 sentyabr tarixdən sayılıb-sayılmaması ilə bağlı tərəflərin münasibətini öyrənməmişdir.

25. Məhkəmə kollegiyası bildirmişdir ki, hazırkı işdə müqavilənin 2015-ci ilin dekabr ayınadək qüvvədə olmasına və sığorta şəhadətnaməsinin verilməsinə dair işdə sübut mövcud olmamışdır. müqavilənin 2015-ci ilin dekabr ayınadək qüvvədə olmasının müqavilənin 13.3.2-ci bəndi ilə əlaqəli olması, habelə 2015-ci ilin dekabr ayına qədər sığorta şəhadətnaməsinin verilməsi 2017-ci il 11 avqust tarixli qətnamə ilə müəyyən edilməmişdir.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, müqavilənin 2015-ci ilin dekabr ayınadək qüvvədə olması barədə əlavənin mövcudluğu, buna uyğun sığorta şəhadətnaməsinin verilməsi, habelə əlavə sığorta haqqı ödənilənə qədər (ödənilməmiş) müqavil ənin müddətinin 2015-ci ilin dekabr ayına qədər qüvvədə qalması, bunların müqavilənin 13.3.2-ci bəndi ilə əlaqəli olması əvvəlki işdə məhkəmə tərəfindən araşdırılıb qiymətləndirilmədiyindən bu hissədə məhkəmə MPM-nin 82.3cü maddəsinə istinad etməkdə haqlı olmamışdır.

27. Həmçinin məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.

28. Məhkəmə öz qərarını MPM-nin 82.3, 88, 372.1, 377, MM-nin 404.1, 404.2, 424.3, 903.1, 903.4-cü maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

29. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 11 avqust tarixli 2-2(103)BAM/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 may tarixli e-2-2(81)-Bİİ/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Q, hakimlər – C.Y və İ.K).

30. Apellyasi ya instansiyası məhkəməsi qeyd etmişdir ki, əvvəlki məhkəmə mübahisəsi üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 11 avqust tarixli qətnaməsindən aydın olur ki, SŞ müqavilənin şərtlərinə görə əlavə sığorta ödənişi ödənilmədiyi halda sığorta ödənişlərini həyata keçirməkdə davam etmiş, ASC isə bu ödənişləri almış, lakin əlavə sığorta haqqını ödəməmişdir.

31. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, əvvəlki iş üzrə ASC iddia tələbinə etdiyi yazılı etirazında göstərmişdir ki, müqavilənin 13.3.2-ci bəndinin mənasına görə zərərlik dərəcəsi 100%-i keçdikdə SŞ dərhal ASC-yə müqavilənin 14.1-ci bəndində göstərilən qaydada bildiriş verməli və müqavilənin hərəkətinin bərpa edilməsi üçün hansı məbləğdə əlavə sığorta haqqı ödənilməli olduğunu bild irişdə göstərməli idi. ASC isə bildirişdə qeyd olunan məbləği ödəməklə bağlı razılığını bildirdikdən və həmin məbləğ SŞ-ya ödənildikdən sonra müqavilənin hərəkəti bərpa olunmalı idi. Lakin hansısa maraqlarına görə SŞ müqavilənin bu bəndinə əməl etməyərək məqsədli şəkildə sığorta ödənişlərini ödəməyə davam etmişdir.

32. Göründüyü kimi, həmin mübahisənin predmeti məcburi qaydada sığorta haqqının ödənilməsi ilə müqavilə müddətinin uzadılması deyil, SŞ tərəfindən ASC-yə artıq ödənilmiş sığorta ödənişlərinə görə müqavilənin 13.3.2-ci bəndinə uyğun hesablanaraq ödənilməli olan, lakin ödənilməyən əlavə sığorta haqqının tutulması olmuşdur. Eyni zamanda, ASC-nin həmin iş üzrə mövqeyindən də aydın olur ki, ASC müqavilənin 13.3.2-ci bəndinə uyğun olaraq əlavə sığorta haqqının ödənilməsində maraqlı ol mamış və bunu SŞ tərəfindən ona göndərilməli olan, lakin göndərilməyən bildirişlə əlaqələndirmişdir. Bununla yanaşı, o, artıq ödənilmiş sığorta ödənişlərini almış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun bu hərəkəti əsassız varlanma kimi qiymətləndirilmişdir.

33. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırda ASC məhz həmin bəndə və qətnaməyə istinad edərək müqavilə müddətinin uzadılmış hesab edilməsini tələb edə bilməz.

34. Eyni zamanda, kollegiya qeyd edir ki, hazırkı iddia yalnız o halda əsaslı hesab olunardı ki, ümumi zərərlik dərəcəsi 100%-dən yuxarı olduğu andan etibarən SŞ sığorta ödənişlərini verilməsini dayandırardı, bundan sonra ASC könüllü olaraq əlavə sığorta haqqını ödəyərdi, SŞ isə müqavilənin hərəkətini bərpa etməkdən imtina edərdi. Lakin bunun əksinə olaraq SŞ sı ğorta ödənişlərinin verilməsini davam etmiş, ASC bu ödənişləri qəbul etmiş, bununla yanaşı əlavə sığorta haqqını ödəməkdən imtina etmişdir.

35. Məhkəmə bu qənaətini MM-in 6.1, 6.1.2, 6.1.5, 82.3, 390.1, 390.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

36. Qətnamə 2020-ci il 24 avqust tarixində tərəflərə göndərilmişdir.

37. Həmin qətnamədən 2020-ci il 16 noyabr tarixində ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

38. Ali Məhkəmə 2020-ci il 21 yanvar tarixli 2-2(102)-27/2020 saylı qərarında “Məhkəmə tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 13.3.2-ci maddəsinin təfsiri ilə bağlı heç bir ara şdırma aparılmadığı, tərəflərin idarə ifadəsinə aydınlıq gətirilməmiş, iddiaçının əlavə sığorta haqqının ödənilməsi şərti ilə müqavilənin hərəkətinin bərpa edilməsi nəyi ehtiva etdiyi və hansı məna daşıdığı, hansı dövrü nəzərdə tutulduğu müəyyən edilmədiyi”ni göstərərək MM-in 424.3-cü maddəsinin tələbləri baxımından yenidən araşdırılmasının tələb olunduğunu göstərmişdir. Yəni, Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 11 avqust tarixli qətnaməsi ilə - əlavə sığorta haqqının ödənilməsi qət olunmaqla faktiki olaraq tərəflər arasında yeni münasibətlər yaransa da, Apellyasiya Məhkəməsi bu hala hazırkı iddia üzrə düzgün qiymət verməmişdir.

39. Ali Məhkəmə 2020-ci il 21 yanvar tarixli qərarında “Apellyasiya Məhkəməsi tərəflər arasında bağlanmış 01.05.2014-cü il tarixli müqavilənin 13.3.2.-ci bə ndində nəzərdə tutulan şərtlərin hansı vaxtdan, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan, yoxsa bu işdə olan iddiaçının məhkəmə qərarını icra etdiyi vaxtdan öhdəliklərinin dəyişdirilməsini müəyyən etmə”diyini və “Məhkəmə əlavə sığorta haqqının ödənildiyi vaxtı müəyyən etməmiş, müqavilənin hərəkətinin bərpasının 17.09.2018-ci il tarixindən sayılıb-sayılmaması ilə bağlı tərəflərin münasibətini öyrənmə”diyini göstərməklə, faktiki olaraq tərəflər arasında yeni münasibətlərin yarandığını müəyyən etmiş, lakin bu münasibətlərin yaranma tarixini MM-in 903.4-cü maddəsinin tələbləri baxımından müəyyən edilməsini Apellyasiya Məhkəməsinə göstəriş versə də, Apellyasiya Məhkəməsi tərəfindən Ali Məhkəmənin qərarı ilə müəyyən edilmiş halın zidd i olaraq yenidən həmin hala qiymət verməklə, ciddi prosessual pozuntuya yol vermişdir.

40. Ali Məhkəmə 2020-ci il 21 yanvar tarixli qərarında “01.05.2014-cü il tarixli müqavilənin 2015-ci ilin dekabr ayınadək qüvvədə olmasına və sığorta şəhadətnaməsinin verilməsinə dair işdə sübut mövcud olmamışdır. 01.05.2014-cü il tarixli müqavilənin 2015-ci ilin dekabr ayınadək qüvvədə olmasının müqavilənin 13.3.2-ci bəndi ilə əlaqəli olması, habelə 2015-ci ilin dekabr ayına qədər sığorta şəhadətnaməsinin verilməsi 11.08.2017-ci il tarixli müqavilədə müəyyən edilmə”diyi müəyyən etməklə, faktiki olaraq sığorta şəhadətnmaəsinin verilmısinin həmin müddətdən artiq müddətə də verilməsinin mümkünlüyünü təsdiq etmişdir. Lakin məhkəmə yenə də həmin halı nəzərə almayaraq müqavilənin 13.3.2-ci bəndindəki “bilər” sözünü birtərəfli hüquq kimi qiymət vermiş, bu zaman qarşı tərəfin həmin maddə ilə müəyyən edilmiş hüquqlarının məhkəmə qətnaməsi ilə məcburi qaydada öhdəlik kimi müəyyən edilməklə icra edildiyini nəzərə almamışdır.

41. Məhkəmə faktiki olaraq qeyd etmişdir ki, müqavilə tərəflərdən birinin ödəniş etməsini (üsulundan aşlı olmayaraq) və qarşı tərəfin həmin ödənişı qəbul etməsini müqavilə münasibətlərinin davam etdirilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə yuxarıda qeyd etdiklərinin əksinə olaraq müəyyən etmişdir ki, ilkin məhkəmə baxışları zamanı zərərlilik dərəcəsi yüksək olduğundan məhkəmələr müqavilənin 13.3.2-ci bəndinə istinad edərək ASC-dən 190.047,58 manat vəsaitin əlavə sığorta haqqının tutulması qismində qət etmişlər. Yəni, müqavilə şərtləri əsas kimi qeyd edilərək vəsait tutulmuş dur. Bu səbəbdən də SŞ ödəmələri dayandıraraq əlavə sığorta haqqının tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və yuxarıda adı çəkilən məhkəmə qətnamələri ilə ASC-dən əlavə sığorta haqqının tutulması qət edilmiş və həmin məbləğ ödənilmişdir. Yenə müqavilənin həmin bəndinin 2-ci cümləsinə əsasən "Sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərtilə hazırkı müqavilənin hərəkətini bərpa etmək olar" şərti müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktları düzgün qiymətləndirməmişdir.

42. Apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsi tərəfindən faktiki olaraq müqavilə tərəflərdən birinin ödəniş etməsini (üsulundan aşlı olmayaraq) və qarşı tərəfin həmin ödənişi qəbul etməsini müqavilə münasibətlərinin davam etdirilmə si kimi qiymətləndirilə bilməməzliyinin qeyd edilməsi qanuni hesab edərək mülki hüquq münasibətlərində müddətin yaranma və axımı anlayışları ilə ziddiyyət təşkil etməsinə qiymət verməmiş, ilkin müqavilə tələbləri ilə dispozitiv tələbin məhkəmə qətnamələri ilə imperativ icra olduğunu nəzərə almamışdır. müqavilənin 13.3.2-ci bəndində müəyyən olunmuş “..əlavə sığorta haqqının ödənilməsi şərtilə hazırkı müqavilənin hərəkətini bərpa etmək olar” dispozitiv mövqe məhkəmənin 2017-ci il 11 avqust tarixli qətnaməsi və həmin qətnamənin qüvvədə saxlanılması ilə bağlı Ali Məhkəmənin 2018-ci il 10 yanvar tarixli qərarı ilə imperativ mövqe almışdır. Yəni, həmin məhkəmə aktları əlavə sığorta haqqının ödənilməsi məcburi hesab edildiyindən, müqavilənin uzadılmasına münasibət də imperativ olmalıdır.

43. Mə hkəmə nəzərə almalı idi ki, yuxarıda adı çəkilən qətnamələr də qəbul edərkən də müqavilə müddəti bitmişdir. Lakin buna baxmayaraq, məhkəmələr bu hala MM-in 903.2 və 390.1-ci maddələri baxımından qiymət verərkən hesab etmişdirlər ki, ASC tərəfindən sığorta haqqı ödənildiyindən müqaviləyə xitam verilə bilməz. Beləliklə, müqavilənin müddətinin başa çatmasına baxmayaraq məhkəmə qətnaməsi ilə müqaviləyə istinadən birtərəfli icra öhdəliyi yaradıldığından və həmin müqavilə belə öhdəliyi qarşılıqlı icra qaydasında həyata keçirildiyini müəyyən etdiyindən ASC-nin yuxarıda göstərilən məhkəmə qətnamələri ilə müəyyən edilmiş öhdəlikləri icra etdiyi andan qarşı tərəfdən qarşılıqlı icranı tələb etmək hüququ yaranmış olur və SŞ də müqavilə şərtləri çərçivəsində bu öhdəlikləri icra etməlidir. Bu isə o demə kdir ki, müqavilə uzadılmış hesab edilməlidir.

44. Kassasiya şikayəti MM-in 367.1, 369.8, 399, 424.3, 441, 445.1, 445.2.1, 551.2.4, 903.4cü, MPM-nin 82.3-cü maddələrinə, KMP-nin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-ci il 23 fevral tarixli, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2014-cü il 30 oktyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2015-ci il 15 iyul tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

46. Məhkəmə iclasınd a iştirak edən ASC-nin vəkili kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirdi. Ona görə də kassasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

47. Məhkəmə iclasında iştirak edən SŞ-nin vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

48. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay mü ddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

49. İş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş fakt iki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

51. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:... 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;... 6.1.5. müqavilələr azadlığı;... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə 390. müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələr in məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.3. müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.” “Maddə 404. müqavilənin təfsiri 404.1. müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlə ri nəzərə alınır....” “Maddə 424. müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.3. müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır....” “Maddə

901. Sığorta şəhadətnaməsi... 901.3. Əgər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda və sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta şəhadətnaməsi sığorta haqqı nın ilk hissəsinin və ya tam ödənildiyi gün, qrup halında sığorta zamanı isə sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən 3 iş günü müddətində verilməlidir....” “Maddə

903. Sığorta haqqı 903.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.... 903.4. müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.”... 903.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.” “Maddə

906. Sığorta təminatının müddətinin başlanması və sonu 906.1. İcbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır....”

52. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməz lər....” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır....” “Maddə

377. İşdə iştirak edən şəxslərin müraciətlərinin məhkəmə tərəfindən həll edilməsi İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir.”

53. KMP-nin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd edilmişdir ki: “MPM-nin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanun i qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olumuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və ya etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.”

54. KMP-nin “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarında qeyd etmişdir ki: “Mülki - prosessual qanunvericiliyin göstərilən (MPM-in 81. 88. 217.1 və 218.1 -ci maddələri) müddəalarından irəli gələrək məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, b u və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”.

55. KMP “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli qərarında qeyd edilmişdir: “Qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən ba xılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir.” “Bu baxımdan, nəzərə alınmalıdır ki, kassasiya məhkəməsinin göstərişləri yalnız yuxarıda şərh edilən prosessual qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində verilə bilər. Müvafiq olaraq, bu hədlərdən çıxmaqla istənilən göstərişlərin verilməsi işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburi xarakter daşımır. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.”

56. KMP-nin “N.Babayevin şikayəti üzrə Azərbaycan Respubli kası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2011-ci il 25 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli qərarında qeyd edilmişdir: “Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdı r. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 16 iyun 2008-ci il tarixli Qərarı).” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

57. İş materiallarını, kassasiya şikayətlərinin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020ci il 11 avqust tarixli 2-2(103)-228/2020 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

58. Məhkəmə kollegiyası hazırkı iş üzrə Ali Məhkəm ənin 2020-ci il 21 yanvar tarixli 22(102)-27/2020-ci il saylı qərarında verilmiş göstərişlərin icra olunmamasına dair kassatorun dəlilləri (bax yuxarıda § 38-40) ilə razılaşaraq bununla bağlı aşağıdakıları bildirir.

59. Son apellyasiya baxışında məhkəmə öz qətnaməsində Ali Məhkəmənin sözü gedən qərarında verilmiş mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən göstərişlərə ümumiyyətlə istinad etməmiş, onları araşdırmamış, əvvəlki apellyasiya baxışında məhkəmənin ifadə etdiyi mövqeyi nəticə etibarilə təkrarlamışdır. Halbuki əvvəlki apellyasiya baxışı nəticəsində qəbul edilmiş qətnamə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmadığından, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədiyindən, nəticədə MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 52) tələblərini pozduğundan Ali Məhkəmənin 2020-ci il 21 yanvar tarixli qərarı ilə ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

60. KMP-nin formalaşdırdığı hüquqi mövqeyə görə (bax yuxarıda § 55), kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən yol verilmiş səhvləri düzəltmək, yeni apellyasiya baxışında bu səhvlərin təkrarlanmasının qarşısını almaq məqsədini daşıyır, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Kassasiya məhkəməsinin göstərişləri yalnız prosessual qanunla müəyyən edilmiş hədlər daxilində verilə bilər. Bu hədlərdən çıxmaqla verilmiş istənilən göstərişlər işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburi xarakter daşımır. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi hakimlərin müstəqil, yalnız ölkə Konstitusiyasına və qanunlarına tabe olmaları prinsipinə uyğun olaraq işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.

61. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin 2020-ci il 21 yanvar tarixli qərarında verilmiş göstərişlərin müvafiq tələblərə uyğun olmamasına dair heç bir əsaslandırma gətirmədən bu göstərişləri yerinə yetirməmiş, nəticədə kifayət qədər əsaslandırılmamış qətnamə qəbul etmişdir.

62. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışında yuxarıda qeyd olunmuş göstərişlərin icra edilməsi ilə yanaşı, mübahisənin düzgün həlli üçün mü hüm əhəmiyyət kəsb edən aşağıdakı məsələlərə də aydınlıq gətirilməlidir.

63. Əvvəllki mübahisə üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 11 avqust tarixli qətnaməsinin məzmunundan aydın olur ki, müqavilənin 7ci bəndinə uyğun olaraq müqavilənin ən son bitmə tarixi 2015-ci ilin dekabr ayı olmuşdur. SŞ 2016-cı il 4 may tarixində (yəni müqavilənin müddəti başa çatdıqdan sonra) ASC-yə pretenziya məktubu göndərərək 190.047,48 manat məbləğində əlavə sığorta haqqının ödənilməsini tələb etmişdir.

64. Həmin qətnamə qanuni qüvvəyə mindiyindən bu faktlar MPM-nin 82.3 və 233.3-cü maddələrinə (bax yuxarıda § 52) uyğun olaraq preyudisial xarakter almışdır, ona görə də işin mübahisəsiz hallarını təşkil edir.

65. Belə olan halda aydınlaşdırılmalı məsələlər dən biri ondan ibarətdir ki, SŞ müqavilə dövründə ümumi zərərlik dərəcəsi 100%-dən yuxarı olduğunu müəyyən etdiyi anda həmin müqavilə üzrə bütün sığorta olunmuş sığorta şəhadətnamələrinə dair zərərlər üzrə sonrakı ödənişləri dərhal (müqavilə müddəti başa çatmamış) dayandırmaq səlahiyyətinə malik idi, yoxsa malik deyildi.

66. Əgər SŞ belə səlahiyyətə malik idisə, hansı səbəb(lər)dən sonrakı ödənişləri dərhal dayandırmamış, bunun üçün müqavilə müddətinin başa çatmasını gözləmişdir. Belə ki, ASC-nin ödədiyi sığorta haqlarının və SŞ-nin ödədiyi sığorta ödənişlərinin həcmi SŞ-yə vaxtında məlum idi və məlum olmalı idi.

67. Bundan başqa, əgər SŞ belə səlahiyyətə malik idisə, onda müqavilənin 13.3-cü bəndində (“Sığorta müddətinin sonunda Sığorta haqqı ümumi zərərlik dərəcəsindən asılı olaraq aşağı da qeyd edildiyi şəkildə hesablanır:”) “Sığorta müddətinin sonunda” ifadəsi hansı anlamı verir və bu ifadə SŞ-nin müqavilə dövründə zərərlər üzrə sonrakı ödənişləri dərhal dayandırmaq səlahiyyətinə malik olması ilə (əgər SŞ belə səlahiyyətə malik idisə) necə uzlaşır.

68. Əgər SŞ belə səlahiyyətə malik deyildisə, onda müqavilənin 13.3.2-ci bəndində nəzərdə tutulmuş “Sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərti ilə hazırkı müqavilənin hərəkətini bərpa etmək olar” müddəası hansı anlamı verir. Belə ki, MM-in 906.1-ci maddəsindən (bax yuxarıda § 51) aydın olur ki, müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının 2017-ci il 11 avqust tarixli qətnaməsindən də görünür ki, sığorta müddətinin deyil, məhz müqavilənin ən son bitmə tarixi 2015-ci ilin dekabr ayı olmuşdur. Belə olan halda, hazırkı işdə müqavilənin müddəti başa çatdıqdan sonra “hazırki müqavilənin hərəkətini bərpa etmək olar” ifadəsi konkret olaraq hansı yükü daşıyır.

69. Nəticə etibarilə, sözü gedən müqavilə müddəasının təsir qüvvəsi müqavilə müddəti başa çatmamşışdan əvvəlki dövrə, yoxsa müqavilə müddəti başa çatdıqdan sonrakı dövrə yönəlmişdir.

70. Ali Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi qərardakı göstərişlər yerinə yetirilmədiyindən, son apellyasiya baxışında müvafiq istiqamətlərdə lazımi araşdırma aparılmadığından hazırkı mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən mühüm məqamlar işin materiallarından aydın olmur. 7

1. Bundan başqa, MM-in 903.1-ci maddəsinə (bax yuxarıda § 51) görə, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli pul məbləği sığorta haqqı adlanır.

72. Həmin normadan aydın olur ki, sığorta müqaviləsi çərçivəsində sığortalının sığortaçıya ödəməli olduğu istənilən pul məbləği sığorta haqqı anlayışı ilə əhatə olunur. Qanun özü bundan istisna müəyyən etməmiş və müqavilə tərəflərinə də belə istisnanın müəyyən edilməsi üçün imkan nəzərdə tutmamışdır.

73. Ona görə də müqavilədə sığorta haqqının əvvəlinə “əlavə” sözünün qoşulubqoşulmamasından asılı olmayaraq bu ifadə istinad olunan normanın mənasını dəyişə bilməz.

74. İşin materiallarından isə görünür ki, SŞ mahiyyət etibarilə, hazırda mübahisə predmeti olan müqavilədə işlədilmiş “əlavə sığorta haqqı” ifadəsinin MM-də nəzərdə tutulmuş “sığorta haqqı” anlayışı ilə əhatə olunmadığı qənaətindədir. Belə olan halda “əlavə sığorta haqqı” ifadəsinin müstəqil anlayış olmasının hüquqi əsas(lar)ının dəqiqləşdirilməsi zəruridir.

75. Həmin məsələyə aydınlıq gətirilərkən o da nəzərə alınmalıdır ki, müqavilənin 13.3.2-ci bəndinin ikinci cümləsindən (“Sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərti ilə hazırkı müqavilənin hərəkətini bərpa etmək olar”) aydın olur ki, həmin müddəa dispozitiv xarakterlidir, daha doğrusu, əlavə sığorta haqqının ödənilməsi sığortalının vəzifəsi deyil, hüququdur.

76. MM-in tələblərinə (901.3, 903.4, 903.6-cı maddələr – bax yuxarıda § 51) görə, qrup halında sığorta zamanı sığorta şəhadətnaməsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən 3 iş günü müddətində ve rilməlidir. Sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir (müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa). Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. 77. müqavilənin və MM-in istinad olunan müddəalarının qarşılıqlı təhlili onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə SŞ-nin mövqeyi işin materiallarından əsaslı görünmür. Belə ki, SŞ-nin mövqeyinə görə, əlavə sığorta haqqı məhz ASC-nin əvvəlki borclarının ödənilməsinə yönəlmişdir. Belə olan halda müddəti bitmiş müqavilənin bərpası mümkün deyildir. Halbuki sığorta müqaviləsinin qüvvəyə minməsi üçün sığorta haqqının ödənilməsi tələb olunur. Bu isə o deməkdir ki, burada söhbət müddəti bitmiş müqavi lənin bərpasından deyil, yeni müqavilənin bağlanmasından gedə bilərdi.

78. Onda əlavə sığorta haqqının ödənilməsi müqabilində müddəti bitmiş müqavilənin bərpasına dair müddəanın hansı məqsədlə müqaviləyə daxil edilməsi, təyinatının nədən ibarət olması və praktiki baxımdan reallaşmasının mümkünlüyü perspektivləri yenə də aydın olmur.

79. İstənilən halda ziddiyyətli məqamlar aydınlaşdırılarkən tərəflərin həmin məsələlərə münasibəti öyrənilməli, bu xüsusatar barədə mövqeyi diqqətlə nəzərdən keçirilməli, gətirdiyi dəlillər konkret cavablandırılmalıdır.

80. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallar araşdırılmadan iş üzrə ədalətli və əsaslı qərar qəbul etmək, mübahisəni hərtərəfli, tam və obyektiv həll etmək qeyrimümkündür.

81. KMP-nin bu məsələ ilə bağlı formalaşdırdığı hüq uqi mövqeyə görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (bax yuxarıda § 56).

82. Qeyd olunanlara əsasən, hazırkı iş üzrə qətnamə qanuni və əsaslı olmadığından, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından, sübutlara düzgün qiymət vermilədiyindən MPM-nin 88, 217.1 və 217.3-cü maddələrinin (bax yuxarı da § 52) tələblərinə uyğun deyildir.

83. Belə vəziyyətdə qətnamənin qüvvədə saxlanılması mümkün deyildir. Təkrar apellyasiya baxışı zamanı qeyd olunan pozuntular aradan qaldırılmalı, iş üzrə düzgün araşdırma aparılmalıdır.

84. Yuxarıda qeyd olunduğu kimi, hazırda iş üzrə mühüm əhəmiyyət kəsb edən bir sıra hallar araşdırılmadığından, qeyri-müəyyənliklər aradan qaldırılmadığından məhkəmə kollegiyası kassatorun digər dəlillərinə (bax yuxarıda §§ 41-43) münasibət bildirməyə lüzum görmür.

85. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 avqust tarixli 2-2(103)-BAM/2020 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılmaq üçün həmin məhkəmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar