Məhkəmə qərarları › İş №2-2(102)-115/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-115/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-115/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi və müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı pul və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 oktyabr tarixli 2-2(103)-783/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 21 may tarixli icarə müqaviləsinə əsasən, cavabdeh 3.000 manat icarə haqqı müqabilində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini iddiaçıya icarəyə verməyi, iddiaçı isə icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. 2. “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-ci il 17 yanvar tarixli 001/22 saylı Qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində görülən təmir-tikinti işlərinə sərf olunan vəsaitin hazırkı dövrə olan ümumi miqdarı 210.000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra-“iddiaçı və ya İddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh və ya Cavabdeh”) qarşı cavabd ehə məxsus olmaqla ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 825,7 kv/m olan qeyri-yaşayış sahəsinin (bundan sonra-“cavabdehə məxsus qeyriyaşayış sahəsi”) təmirinə sərf edilən 250.000 manat vəsaitin, tərəflər arasında bağlanmış 2019-cu il 21 may tarixli müqavilənin 5-ci bəndinin 3-cü cümləsinin tələbinin pozulmasına görə 108.000 manat vəsaitin və iddiaçı müqavilənin şərtlərini pozmasa da, cavabdehə məxsus obyektdən əsassız və qanunsuz hər ay faktiki olaraq qazanılacaq 282.000 manat vəsaitin, ümumilikdə 640.000 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən icarəyə götürülməsi barədə aralarında bağlanmış qeyri-rəsmi və notariat tərəfindən təsdiq olunmamış 2019-cu il 21 may tarixli müqavilənin etibarsız hesab edilməsi, ilk in mediasiya üçün ödənilən 400 manat və məhkəmə xərcləri üçün dövlət büdcəsinə ödənilən 530 manat, cəmi 930 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı barəsində Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək aralarında bağlanmış 2019-cu il 21 may tarixli icarə müqaviləsinin ləğv edilməsi, ona vurulmuş 530.000 manat maddi ziyanın, 30,40 manat dövlət rüsumunun, 10.000 manat mənəvi ziyanın, cəmi 540.030,40 manat həcmində məbləğin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi-1A ünvanında yerləşən qeyri-yaşayış sahəsindən məcburi çıxarılması və s. barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 28 oktyabr tarixli, 2–2(121)–1004/2021 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin olunmuşdur. Həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğuna görə bu qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Cavabdeh məxsus obyekti onunla şifahi razılaşmaya əsasən 2019-cu il 2 mart tarixdən hər ay 10.000 manat, rəsmi müqaviləyə əsasən isə 3000 manat olmaqla icarəyə götürmüş, aylıq icarə pulunu 2019-cu ilin mart ayından 2020-ci ilin mart ayınadək bir il ərzində hər ay 10.000 manat, qalan aylarda isə 3000 manat olaraq vaxtlı-vaxtında ödəmiş, 2021-ci ilin aprel-iyul aylarında Cavabdeh icarə pulunu iddiaçıdan 3000 manat olaraq almaqdan imtina etmişdir. Həmçinin Cavabdeh aralarında bağlanmış 2019-cu il 21 may tarixli ikinci müqavilənin şərtlərini kobud surətdə pozaraq biznes fəaliyyətinə ciddi şəkildə mane olmuş, külli miqdarda ziyan vurmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, qarşılıqlı razılaşmaya və notariat qaydada təsdiq olunmuş 2019-cu il 2 mart tarixli müvafiq icarə müqaviləsinə əsasən Cavabdeh məxsus qeyri-yaşayış sahəsini 2027-ci il 28 sentyabr tarixinədək müddət ərzində icarəyə götürmüşdür. Həmin vaxt müqaviləni hüquqi şəxs kimi, yəni "xxxx" MMC-nin direktoru olaraq imzalamışdır. Cavabdehla qarşılıqlı razılaşmışlar ki, ona məxsus obyekti Türkiyə Respublikasının vətəndaşı olan Murad adlı şəxslə şərik işlədəcəklər. Müqaviləyə əsasən hər ay Cavabdeh icarə haqqı kimi 3000 manat ödəməli olduğu halda ona hər ay 10.000 manat ödəmi şlər. 2019-cu il 2 mart tarixli həmin müqavilənin 5-ci bəndinə əsasən 3000 manat aylıq icarə vəsaiti ilk 5 il müddətində sabit olaraq qalacaqdı. Həmçinin bu bəndin tələbinə görə tərəflərdən hər hansı biri 5 il müddətində icarə müqaviləsinin şərtini pozaraq ləğv edərsə, 3 illik icarə haqqını qarşı tərəfə ödəməyi üzərinə götürmüşdür. Bundan başqa icarə müqaviləsinin 8-ci bəndində qeyd olunmuşdur ki, «icarəçi» «icarəyə verən»in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilər. İcarə müqaviləsinin 8-ci bəndinə əsasən Muradla birlikdə Cavabdeh məxsus olmaqla bundan əvvəl bank kimi istifadə olunmuş həmin obyekti otel kimi işlətmək məqsədilə əsaslı təmir etməyə başlamışlar. Lakin sonradan Murad adlı şəriki bu işdən geri çəkildiyinə görə 2019-cu il 21 may tarixdə iddiaçı ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsinə notariat qaydada xitam verilməsi ilə bağlı saziş imzalamışlar. Murad adlı şəxs təmirə təxminən 70.000 manat pul sərf etdiyinə görə ona həmin vəsaiti nağd olaraq ödəmişdir. Bu dövrdə artıq iddiaçı, Cavabdeh məxsus obyektin otel kimi istifadə olunması üçün xeyli məbləğdə vəsait sərf etmişdir. Təmir işləri aparılıdığı dövrdə də Cavabdeh iddiaçıdan hər ay 10.000 manat icarə pulunu almışdır. 2019-cu il 21 may tarixdə artıq iddiaçı ilə Cavabdeh arasında 10 il müddətinə yeni icarə müqaviləsi bağlanmış və onun razılığına əsasən başa çatmaqda olan təmir işlərinə təxminən 10 gün də davam etmişdir. Notariat qaydasında təsdiq olunmuş yeni icarə müqaviləsini fiziki şəxs olaraq imzalamış və müqavilənin 5-ci bəndinə əsasən hər ay Cavabdeh 3000 manat icar ə haqqı ödəməliydi. Bununla belə yenə də şifahi olaraq razılaşmışlar ki, hər ay Cavabdeh 10000 manat icarə haqqı ödəyir. Bu barədə öz aralarında müqavilə bağlasalar da, həmin müqavilə notariat qaydasında təsdiq olunmamışdır. Buna görə də imzalanmış həmin müqaviləni etibarsız və əsassız hesab edir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“MM”) 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Yəni Cavabdeh mülkiyyətində olan daşınmaz obyekti 2019-cu il 21 may tarixdə icarə müqaviləsi əsasında icarəyə götürdüyü zaman iddiaçının həmin obyektdən istifadə hüququ yaranmışdır. Ona görə qeyd edilən müqavilə mütləq notariat qaydasında rəsmi olaraq təsdiq edilməlidir. Göründüyü kimi iddiaçı ilə Cavabdeh tərəfindən formal olaraq imzalanmış və aylıq icarə haqqının 10.000 manat olaraq qeyd olunduğu, eləcə də notariat qaydasında təsdiq olunmayan 2019-cu il 21 may tarixli müqavlənin heç bir hüquqi qüvvəsi yoxdur və məhkəmə göstərilən müqaviləni əsas kimi qəbul etməməlidir. Qeyd etdiyi kimi Cavabdeh mülkiyyətində olan həmin obyekti icarəyə götürdükdən təxminin bir il sonra bütün dünyada olduğu kimi ölkədə də COVİD-19 virusu sürətlə yayılmağa başlamış və nəticədə hər bir sahədə olduğu kimi xidmət sahəsi olan otellərin də fəaliyyətində çətinliklər yaranmışdır. Belə ki, ölkə sərhədləri məcburi qaydada bağlanmış və ölkəyə turistlərin axını dayanmışdır. İddiaçı icarə haqqını artıq yerli turistlərin və təsadüfi qonaqların hesabına ödəməyə məcbur olmuşdur. Yəni Cavabdehla icarə mü qaviləsi bağladığı zaman bir ildən sonra pandemiyanın əmələ gəlməsini heç biri görə bilməzdilər. 2020-ci ilin mart ayından sonra Cavabdehla danışıb, yaranmış vəziyyəti müzakirə edərək obyektin icarə pulunun rəsmi müqavilədə göstərildiyi kimi 3000 manat olmaqla ödəyəcəyini bildirmişdir. O, əvvəlcə buna razılıq verməsə də, sonda qarşılıqlı razılaşmışlar. Bundan sonra artıq icarə pulunu 2021-ci ilin mart ayı da daxil olmaqla 3000 manat olaraq ödəmişdir. Bununla bağlı Cavabdehla aralarında notariat qaydada təsdiq olunmuş icarə müqaviləsi olduğuna görə heç bir rəsmi sənədləşmə aparılmamışdır. Cavabdeh məxsus obyektdə apardığı təmir-tikinti zamanı obyektin hər mərtəbəsini otaq kimi istifadə etmək məqsədilə arakəsmə divarlar inşa edərək hissələrə bölmüşdür. Hər otağa hər birinin qiyməti 500 manat olan bir ədəd, cəmi isə 17 ədəd televizor, hər birinin qiyməti 600 manat olan 18 ədəd kondisioner, hər birinin qiyməti 120 manat olan 16 ədəd unitaz, hər birinin qiyməti 100 manat olan 18 ədəd isitmə sisteminin radiatoru, hər birinin qiyməti 250 manat təşkil edən 32 ədəd qapı, otaqlara müxtəlif mebel avadanlıqları, kombi aparatları və sairə alaraq obyektin təmirinə təxminən 250.000 manat pul sərf etmişdir. Təmir işlərində mebel ustası olan Afiq adlı, elektrik ustası Rauf adlı, kondisioner ustası Müşfiq adlı, kombi ustası İlham adlı, şüşə və plastik qapı-pəncərə ustası Səxavət adlı şəxslər iştirak etmişlər. Kondisionerləri «Sədərək» Ticarət Mərkəzində Rəşad adlı şəxsdən, radiatorları Anar Eyniyevdən, sulu və kağız boyaları «Xətai» metrostansiyasının yaxınlığında yerləşən adını unutduğu ş irkətdən şəxsi vəsaiti ilə alıb icarəyə götürdüyü obyektə sərf etmişdir. Qonşuluqda yaşayan Zöhrab adlı şəxs də bütün bunlara şahiddir. Bundan başqa obyektin sol tərəfində metal konstruksiyadan ofis, mətbəx və sanitar qovşağının yerləşdiyi 35 kv/metr ölçüdə, sağ tərəfində isə 40 kv/metr ölçüdə resepşion (qəbul otağı) inşa edərək təmir etmişdir. Obyektin qarşı tərəfindəki pilləkənləri və alt hissəsindəki tikilini təmir etmiş, üzərinə «Shaurma» reklam lövhəsi vurmuşdur. Otelin əsas reklam lövhəsinə isə təxminən 2500 manat vəsait sərf etmişdir. Otelin 17 otağına çarpayı və pərdə almış, dəhlizə və otaqlara kavralet döşəmiş, otaqları tam təmir etmiş, hər bir otaqda sanuzel qovşağı yaratmış, istilik sistemi üçün kombi aparatları, hər birinin qiyməti 500 manat olan 2 ədəd böyük, hər birinin qiymə ti 250 manat olan 4 ədəd kiçik su nasosları və bu kimi müxtəlif avadanlıqlar almışdır. 2019-cu ilin mart ayından 2020-ci ilin mart ayınadək olan dövr ərzində iddiaçı, Cavabdeh ümumilikdə 120.000 manat icarə haqqı ödəmişdir. Bununla da o, obyekti icarəyə götürməsi ilə bağlı olaraq iddiaçıdan 2021ci ilin aprel-iyul aylarının icarə pulunu almaqdan bilərəkdən imtina etmişdir. Yəni Cavabdeh aralarında bağlanmış 2019-cu il 21 may tarixli müqavilənin şərtlərini bilərəkdən pozmuşdur. Odur ki, 2021-ci il 5 avqust tarixində məcbur olub, obyekdən çıxmağa qərar vermişdir. Təmir vaxtı şəxsi vəsaiti ilə aldığı avadanlıq və əşyaların bəzilərini oradan götürmüş, obyekti M. Məmmədova təhvil vermək istəmişdir. Belə ki, aralarında bağlanmış 2019-cu il 21 may tarixli icarə müqaviləsinin 8-ci bəndinin 2-ci his səsində göstərilir ki, «icarəyə götürülən əmlak boş olaraq icarəyə götürülür, təhvil veriləndə boş olaraq təhvil veriləcək». Buna baxmayaraq Cavabdeh özünə məxsus obyektə gəlməmişdir. Bu barədə onun yaşadığı ünvana yenə rəsmi məlumat göndərmişdir. Əşyalarını obyektdən götürərkən çox hissəsi əzilərək istifadəyə tam yararsız vəziyyətə düşmüş, bir çoxu dəyərini tam halda itirmişdir. Qalan əşyaları aldığı dəyərindən dəfələrlə aşağı qiymətə satmaq məcburiyyətində qalmışdır. Göründüyü kimi obyektin sahibi Cavabdeh son dövrlərdə ölkədə yaranmış iqtisadi çətinlikləri nəzərə almadan ona məxsus obyektdən qanunsuz olaraq çıxmasına nail olmuş, aralarında bağlanmış icarə müqaviləsinin tələblərini kobud surətdə pozmuş, nəticədə iddiaçıya külli miqdarda maddi ziyan vurmuşdur. Bundan əlavə Cavabdeh iddiaç ını mülkiyyətində olan obyektdən çıxmağa məcbur etməklə aralarında bağlanmış və 2029-cu il 21 may tarixinədək qüvvədə olan 2019-cu il 21 may tarixli müqavilənin 5-ci bəndinin tələblərini qəsdən pozmuşdur. Həmin bəndin tələbinə əsasən Cavabdeh iddiaçıya üç illik icarə haqqı məbləğində maddi təzminat ödəməlidir. Bu da 3 il x 12 ay x 3000 manat=108.000 manat təşkil edir. Eləcə də Cavabdeh aralarında bağlanmış icarə müqaviləsinin tələblərinə zidd olaraq mülkiyyətində olan obyektdən iddiaçını qanunsuz çıxarmaqla gələcəkdə əldə edə biləcəyi faydadan da məhrum etmişdir. Aralarında bağlanmış icarə müqaviləsinin müddəti 2029-cu il 21 may tarixində bitməli olduğundan 2021-ci ilin avqust ayından müqavilənin bitməsinədək qalan 94 ay ərzində hər ay 3000 manat qazanc əldə edə biləcəyini nəzərə alaraq id diaçını 94 ay x 3000 manat=282.000 manat məbləğində qazancdan məhrum etmişdir. Cavabdeh məxsus obyektdə apardığı təmir işlərinin qiymətləndirilərək müvafiq rəy verilməsi üçün daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan "xxxx" MMC ilə 2022-ci il 12 yanvar tarixində müqavilə bağlamış, 2019-cu ilin mart-may aylarını əhatə edən dövrdə obyektin təmir-tikinti işlərinə sərf etdiyi vəsaitin ümumi miqdarı barədə MMC-nin qiymətləndiricisi tərəfindən 2022-ci il 17 yanvar tarixli, 01/LBC saylı qiymətləndirmə rəyi tərtib olunmuşdur. Qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh məxsus qeyri-yaşayış sahəsində görülən təmir-tikinti işlərinə sərf olunmuş vəsaitin hazırki dövrə olan ümumi miqdarı 210.000 manat təşkil edir. Təmir-tikinti işlərinə sərf etdiyi 210.000 manat vəsa itdən başqa həmin obyektin otel kimi istifadə olunması üçün bu obyektə təxminən 40.000 manatdan artıq dəyərdə adlarını qeyd etdiyi müxtəlif avadanlıqlar almışdır. Oteldəki fəaliyyətini dayandırdığı vaxt bu avadanlıqlar söküldüyünə görə hazırda onlardan istifadə olunması mümkün deyildir. Beləliklə, Cavabdeh hərəkətləri ilə iddiaçıya 250.000 + 108.000 + 282.000 = 640.000 manat məbləğində maddi ziyan vurmuşdur.

6. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-“Konstitusiya”) 26, 29, 57, 60, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 146.1, 152.3, 157.1, 157.2, 337.1, 393, 407.2, 422, 425.1, 425.2, 700.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 4.1, 6, 149.3-cü maddələrinə, Av ropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə istinad edilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 iyun tarixli e-2-2(113)-1242/2022 saylı qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir (hakim Z.Pirverdiyev).

8. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 2019-cu il 21 may tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh 3000 manat icarə haqqı müqabilində ona məxsus qeyri-yaşayış sahəsini iddiaçıya icarəyə verməyi, iddiaçı isə icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər.

9. İddiaçı tələbində ümumilikdə 640.000 manat məbləğin ödənilməsini tələb etsə də, bu məbləğləri, o cümlədən iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim e də bilməmişdir. Bundan əlavə tərəflər arasında bağlanmış 2019-cu il 21 may tarixli müqavilənin 8-ci bəndinə əsasən icarəyə verənin razılığı olmadan təmir-tikinti işlərinin aparılması icarəyə götürənə qadağan edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz.

10. İddia tələbinin müqavilənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən müqavilə 2019-cu il 21 may tarixində bağlanmış, lakin həmin tarixdən 2 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır.

11. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir.

12. MM-in 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.

13. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.

14. Mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsin in və xitamının bağlı olduğu vaxtdır.Göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olub-olmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir.

15. Qeyd olunanlara əsasən iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia, müqavilənin etibarsız hesab edilməsi hissəsində də rədd edilməlidi r.

16. Məhkəmə öz qətnaməsini MM-in 21, 354.2, 375.2, 385.1, 386.1, 700.1, MPM-in 14.2, 76.1, 76.2, 80, 217.3, 217.4-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin(bundan sonra-“AİHM”) Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il 25 yanvar tarixli, Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli, Deryus Litvaya qarşı iş üzrə 2000-ci il 31 iyul tarixli qərarına və AİHM-in X1 və Braniovski Polşaya qarşı işlər üzrə 2000-ci il 28 mart və 2004-cü il 22 iyul tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.

17. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası nın 2022-ci il 12 oktyabr tarixli 2-2(103)-783/2022 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi, iddiaçının cavabdehə məxsus qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən icarəyə götürülməsi barədə aralarında bağlanmış qeyri-rəsmi və notariat tərəfindən təsdiq olunmamış 2019-cu il 21 may tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edildiyi hissədə ləğv edilmiş, həmin hissədə iddia baxılmamış saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 oktyabr tarixli 2-2(103)-783/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının cavabdehə qarşı 640.000 manat pul vəsaitinin tutulmasına dair iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır(sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və bildirmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir.

21. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 2019-cu il 21 may tarixli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh 3000 manat icarə haqqı müqabilində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya icarəyə verilmiş, iddiaçı həmin sahədə otel fəaliyyəti göstərmiş, “Covid-19” pandemiyası ilə əlaqədar iddiaçı 2020-ci ilin mart ayından icarə haqqı ödənişlərini həyata keçirmədiyindən tərəflər arasında mübahisə yaranmı ş, cavabdeh iddiaçıya qarşı icarə müqaviləsinin ləğv edilməsi, iddiaçının icarəyə verilmiş qeyri-yaşayış sahəsindən çıxarılması, ziyanın ödənilməsi barədə iddia qaldırmışdır.

22. İddia ərizəsində qeyd edilir ki, 2021-ci il 5 avqust tarixində iddiaçı icarəyə götürdüyü sahədən çıxmağa məcbur olmuşdur.

23. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə cavabdehdən tələb edilən 640.000 manat ziyan məbləğinin 108.000 manat hissəsi icarəyə götürdüyü sahədən müqavilə müddəti bitmədən çıxarılmasına görə əldən çıxmış faydaya görə pul, 40.000 manatı isə obyektə alınmış avadanlıqların dəyəri təşkil edir. 24. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun(bundan sonra-“İcarə haqqında Qanun”) 9-cu maddəsinin 5-ci hissəsi icarəçiyə hüquq verir ki, icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə y axşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.

25. Qeyd edilən normaya əsasən icarəyə götürülmüş əmlakın yaxşılaşdırılmasına çəkilmiş xərclərin icarəyəverəndən tutulması üçün icarəçi aşağıdakıları sübut etməlidir. Yaxşılaşdırmaların onun tərəfindən həyata keçirildiyini; Bu işlərin görülməsinə icarəyəverənin razılığı olduğunu; Yaxşılaşdırmalara çəkilmiş xərcin tələb etdiyi məbləğ dəyərində olduğunu.

26. Təmirə çəkilmiş xərclərlə bağlı iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş "xxxx" MMC-nin 2022-ci il 17 yanvar tarixli hesabatında qeyd olunur ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində təmir tikinti işlərinə sərf olunan vəsait 210.000 manat müəyyən edilmişdir. Hesabatda qeyd edilir ki, qiymətləndirilən qeyri-yaşayış sahəsinə xaricdən baxış keçirilmiş, qeyri-yaşayış sahəsində quraşdırılmış reklamın dəyəri 4000 manat qiymətləndirilərək bu məbləğə daxil edilmiş, obyektin daxilinə baxıış keçirilmədiyindən 1 kv.m sahənin təmiri üçün material və zəhmət haqqı ilə birlikdə 250 manat tələb olunduğu nəzərə alınaraq 825,7 kv.m-lik sahə üçün təmirə zəruri olan xərcin 206.425 manat olduğu müəyyən edilmişdir.

27. Məhkəmə qeyd edilən sübuta hüquqi qiymət verərək hesab edir ki, icarəçinin öz fəaliyyətinə dair obyektdə quraşdırılmış reklam lövhəsi obyektin ümumi vəziyyətini yaxşılaşdırmadığından və ya onun dəyərini artırmadığından reklam lövhəsi ilə bağlı xərclər heç bir halda icarəyəverəndən tutula bilməz.

28. Qiymətlə ndirici "xxxx" MMC qiymətləndirmə həyata keçirilərkən obyektin daxilinə baxış keçirmədiyindən məhkəmə hesab edir ki, qeyd edilən hesabat iddiaçının icarəyə götürdüyü obyektin təmirinə çəkilmiş xərcləri müəyyən etmək üçün mötəbər sübut hesab edilə bilməz.

29. İddiaçı iddia ərizəsində qeyd edir ki, icarəyə götürdüyü obyekt əvvəlki icarəçi "xxxx" MMC-nin (iddiaçının qanuni təmsilçisi olan hüquqi şəxs) icarəsində olduğu dövrdə təmir edilmiş, təmirə təxminən 70.000 manat xərc çəkilmişdir. İddiaçı bildirir ki, həmin məbləği "xxxx" MMC-nin təsisçisi olmuş Cavabdeh ödəmişdir. İş materiallarında bu barədə hər hansı sübut mövcud deyil.

30. İddiaçının "xxxx" MMC tərəfindən icarəyə götürülmüş obyektin təmirinə çəkilmiş xərcləri cavabdehdən tələb etməyə subyektiv hüquqa malik olduğu sübutlarla təsdiq e dilmədiyindən təmir xərclərinin 70.000 manat hissəsi ilə bağlı iddia bu əsasla təmin edilə bilməz.

31. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8-ci bəndində qeyd edilmişdir ki, icarəçi icarəyəverənin razılığı olmadan icarəyə götürülən sahədə təmir tikinti işləri apara bilməz. İcarəyə götürülən əmlak boş olaraq icarəyə götürülür və təhvil veriləndə də boş olaraq təhvil veriləcək.

32. Cavabdehin nümayəndəsi və vəkili işə birinci instansiya qaydasında baxılarkən 2022-ci il 28 aprel tarixli məhkəmə iclasında iddiaçı tərəfindən icarəyə verilmiş qeyriyaşayış sahəsində təmir işləri aparıldığına razılıq verilmədiyini və iddiaçı tərəfindən hər hansı təmir işi aparılmadığını bildirmişdir.

33. İddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsində işə baxılarkən dindirilmiş şahidlər ica rəyə verilmiş obyektdə 2019-cu ilin mart, aprel, may aylarında ifadə verərək göstərmişlər ki, iddiaçı tərəfindən icarəyə götürülmüş obyektdə təmir, tikinti, quraşdırma işləri görülməsində iştirak etmişlər.

34. İddiaçı 2019-cu ilin may ayından sonra-yəni tərəflər arasında icarə müqaviləsi bağlandıqdan sonra icarəyə götürülmüş obyektdə onun sifarişi əsasında təmir işləri görüldüyünə dair məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən təmir xərci ilə bağlı iddia tələbinin rədd edildiyi hissədə qətnamə qanuni və əsaslıdır.

35. Təmir xərcləri ilə bağlı hissədə iddia tələbinin əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmədiyindən məhkəmə iddiaçının nümayəndəsinin apellyasiya instansiyası mərhələsində təqdim etdiyi təmir xərclərinin dəyərinin müəyyən edilməsi üçün iş üzrə ekspertizası keçiri lməsi barədə vəsatətini təmin etməmişdir.

36. Obyektin məhkəməyə təqdim edilmiş fotoşəkillərinə tərəflərin nümayəndələrinin iştirakı ilə işə apellyasiya qaydasında baxan məhkəmə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, obyekt hazırda istifadəyə yararsız vəziyyətdədir.

37. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən izahatında göstərmişdir ki, iddiaçı obyektdən çıxarkən quraşdırdığı bütün avadanlıqları söküb aparsa da, sökülərkən avadanlıqlara ziyan dəymişdir.

38. İcarəçinin icarəyə verilmiş obyektdən çıxarkən götürdüyü əmlakların dəyərini icarəyəverəndən tutulması barədə tələbinin qanuni əsası olmadığından məhkəmə iddiaçının nümayəndəsinin apellyasiya instansiyası mərhələsində həmin avadanlıqların istifadəyə yararlı olub-olmaması, istifadə olunmazdan əvvəl və götürüldükdən sonra bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatətini təmin etməmiş, həmin avadanlıqların dəyəri olaraq 40.000 manat pulun cavabdehdən tutulmasına dair iddia tələbinin rədd edildiyi hissədə qətnaməni qanuni və əsaslı hesab etmişdir.

39. İddiaçının 108.000 manat əldən çıxmış fayda tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsində icarəyəverənin təqsirli olduğu, yəni iddiaçıya münasibətdə mülki hüquq pozuntusu-delikt törətdiyi müəyyən edilmədiyindən bu tələbin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. İddia ərizəsinin məzmunundan və iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, iddiaçı “Covid-19” pandemiyası ilə əlaqədar 2020-ci ilin əvvəllərindən icarə haqqı ödənişlərini vaxtında həyata keçirməmiş, icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra edə bilməmiş, bu səbəbdən tərəflər arasında mübahisə yaranmışdır.

40. İddia tələbinin iddiaçının cavabdehə qarşı 640.000 manat pul vəsaitinin tutulmasına dair hissədə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olduğundan qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə öz qətnaməsini MM-in 21.2, 1096.1, 1096.2, İcarə haqqında qanununun 9.5, 9.7-ci bəndlərinə, MPM-in 14.2, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

42. Qətnamə 2022-ci il 26 oktyabr tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmiş və rəsmi qaydada e-mail vasitəsi ilə onlara çatdır ılmışdır.

43. İddiaçı 2022-ci il 24 dekabr tarixində qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

44. MM-in 422-ci maddəsi üzrə: Apellyasiya instansiya məhkəməsinin göstərilən maddi hüquq normasını pozduğunu aşağıdakı əsaslarla izah etmək istəyirəm. Belə ki, Cavabdeh məxsus olmaqla Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən obyekti rəsmi, yəni notariat qaydada təsdiq olunmuş müqaviləyə əsasən 3000 manata icarəyə götürmüş, lakin Cavabdeh tələbinə əsasən aylıq icarə pulunu 2019-cu ilin mart ayından 2020-ci ilin mart ayınadək bir il ərzində hər ay 10.000 manat, qalan aylarda isə 3000 manat olaraq v axtıvaxtında ödəmişəm.2021-ci ilin aprel-iyul aylarında isə iddiaçı Cavabdeh icarə pulunu məndən 3000 manat olaraq almaqdan imtina etdi.Həmçinin o aramızda bağlanmış 2019cu il 21 may tarixli ikinci müqavilənin şərtlərini kobud surətdə pozaraq biznes fəaliyyətimə ciddi şəkildə maneə olmuş, mənə külli miqdarda ziyan vurmuşdur. 45. 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayınadək olan dövr ərzində icarə haqqını Cavabdeh artıq 10.000 manat deyil, rəsmi müqavilədə olduğu kimi 3000 manat olaraq ödəmişəm. Bu dövrdə icarəçi Cavabdeh əvvəlcə məndən aylıq icarə pulunu 3000 manat olmaqla almağa razılıq versə də, bir neçə aydan sonra ödədiyim icarə pulunun məbləği ilə razılaşmayıb, hər dəfə məndən 10.000 manat tələb etməyə başladı. Odur ki, icarə pulu ilə bağlı aramızda narazılıq yarandı. Odur ki, 2021-ci il 5 avqust tarixində məcbur olub, obyekdən çıxdım və bu barədə iddiaçıya rəsmi bildiriş göndərdim. 2021-ci il 21 may tarixdə obyektin sahibi Cavabdehla aramızda notariat qaydada bağlanmış icarə müqaviləsinə əsasən ona 2021-ci ilin aprel, may, iyun və iyul aylarının icarə pulu olaraq 12.000 manat borclu qaldım.

46. Obyektin sahibi Cavabdeh son illərdə ölkədə yaranmış iqtisadi çətinlikləri nəzərə almadan ona məxsus obyektdən qanunsuz olaraq çıxmağıma nail olmuş, nəticədə mənə külli miqdarda maddi ziyan vurmuşdur. Cavabdeh mülkiyyətində olan həmin obyekti icarəyə götürdükdən təxminən bir il sonra bütün dünyada olduğu kimi bizim ölkədə də COVİD-19 virusu sürətlə yayılmağa başladı və nəticədə hər bir sahədə olduğu kimi xidmət sahəsi olan otellərin də fəaliyyətində çətinliklər yarandı. Belə ki, ölkə sərhədləri məcburi qaydada bağlandı və ölkəyə turistlərin axını dayandı. İcarə haqqını artıq yerli turistlərin və təsadüfi qonaqların hesabına ödəməyə məcbur oldum. Cavabdehla icarə müqaviləsi bağladığım zaman bir ildən sonra pandemiyanın əmələ gəlməsini heç birimiz görə bilməzdik. 2020-ci ilin mart ayından sonra Cavabdehla danışıb, yaranmış vəziyyəti müzakirə edərək obyektin icarə pulunun rəsmi müqavilədə göstərildiyi kimi 3000 manat olmaqla ödəyəcəyimi bildirdim. O, əvvəlcə buna razılıq verməsə də, sonda biz qarşılıqlı razılaşdıq. Bundan sonra artıq icarə pulunu 2021-ci ilin mart ayı da daxil olmaqla 3000 manat olaraq ödəmiş, bununla bağlı Cavabdehla aramızda notariat qaydada təsdiq olunmuş icarə müqaviləsi olduğuna görə heç bir rəsmi sənədləşmə aparılmamışdır. Yəni apel lyasiya instansiya məhkəməsi bütün bu halları nəzərə almayıb MM-in 422-ci maddəsində göstərilən maddi hüquq normasının tələblərini pozmuşdur.

47. «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi maddələri üzrə: Həmin maddənin 3 və 5-ci bəndlərində göstərilir; Əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir. İcarəyə götürülmüş əmlak icarəyə verənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanun da və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.

48. Yuxarıda qeyd etdiyimkimi, mən Cavabdeh məxsus obyekti Murad adlı şərikimlə birlikdə ilk olaraq 2019-cu il 2 mart tarixdə icarəyə götürdükdən sonra aramızda rəsmi olaraq bağlanmış icarə müqaviləsinin 8-ci bəndinə əsasən tam təmir etməyə başladıq. Bu zaman obyektin sol tərəfində metal konstruksiyadan ofis, mətbəx və sanitar qovşağının yerləşdiyi 35 kv/metr ölçüdə, sağ tərəfində isə 40 kv/metr ölçüdə resepşion inşa edib, tam halda təmir etdik. Obyektə dair çıxarışdan da görünür ki, həmin obyekt müvafiq dövlət orqanında qeydiyyata alınarkən bu tikililər tərtib olunmuş sxemdə göstərilməmişdir. Bu da onu sübut edir ki, tikililər sonradan tərəfimdən inşa olunaraq obyektə birləşdi rilmiş, Cavabdeh məxsus əmlak xeyli yaxşılaşdırılmışdır. Lakin apellyasiya instansiyası qətnaməsində bu tikililərin dəyərinin mənə ödənilməsinə dair iddia tələbimi heçə sayaraq göstərilən maddi hüquq normasının tələbini pozmuşdur.

49. Obyektin təmirinə sərf etdiyim vəsaitlə bağlı olaraq "xxxx"”MMC tərəfindən müvafiq rəy tərtib olunmuş və mütəxəssis həmin rəyi tərtib edərkən obyektdə qarovul çəkən şəxsin icazəsi ilə içəri daxil olaraq aparılmış təmir-tikinti işlərini qeydə almışdır. Bu zaman mütəxəssis Ruslan Xankişiyev qətnamədə göstərildiyi kimi obyektə xaricdən baxış keçirərək rəy tərtib etməmişdir. Həmçinin obyektin qarşı tərfinə vurduğum və hazırda da üzərində olan reklam lövhəsinin dəyəri rəydə doğru qeyd olunmuş, eləcə də həmin reklam lövhəsi obyektin xaricdən yaxşılaşdırılmasına xid mət etmişdir və indi də edir. Bir sözlə apellyasiya instansiyası "xxxx" MMC-nin rəyini heç birəsas olmadan şübhə altına alaraq icarəyə götürdüyüm obyektin təmirinə çəkdiyim xərcləri müəyyən etmək üçün mötəbər sübut hesab etməməsi tamamilə qanunsuz və yanlışdır. Bununla da apellyasiya instansiya məhkəməsi MPM-in 9.1-cimaddəsində göstərilən prosessual hüquq normasını pozmuşdur.

50. MPM-nin 77.1-ci maddəsi üzrə: apellyasiya instansiya məhkəməsi Cavabdeh məxsus obyektin təmirinə sərfetdiyim vəsaitlə bağlı olaraq "xxxx"” MMC tərəfindən tərtib olunmuş rəyin doğru olub-olmadığını müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə dair verilmiş vəsatəti əsassız olaraq təmin etməyib, göstərilən prosessual hüquq normasını kobud surətdə pozmuşdur.

51. MPM-nin 88-ci maddəsi üz rə: Hesab edirəm ki, məhkəmə tərəfindən işin faktiki halları doğru qiymətləndirilməmiş, 2019-cu ilin mart-may aylarını əhatə edən dövrdə Cavabdeh məxsus obyektdə tərəfimdən əsaslı təmir-tikinti işlərinin aparılması ilə bağlı birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin ifadələrinə heç bir əsas olmadan şübhə ilə yanaşılmış, bu barədə məhkəməyə mötəbər sübutun təqdim olunmadığı göstərilmişdir. Lakin obyektdə əsaslı təmir-tikinti aparmağımla bağlı işdə kifayət qədər sübutlar, yəni şahid ifadələri, mütəxəssis rəyi və s. olsa da, məhkəmə həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir.

52. Bundan başqa mən məcbur olub 2021-ci il 5 avqust tarixdə obyektdən çıxarkən uzun müddət, yəni müqavilədə göstərilmiş 2029-cu ilin may ayınadək olan dövr üçün hesablanaraq həmin obye ktdə quraşdırdığım avadanlıqları sökmək məcburiyyətində qaldım. Bu zaman həmin avadanlıqlar kifayət qədər dəyərini itirdi və demək olar ki, istifadəyə yararsız vəziyyədə düşdülər. Birinci və apellyasiya instansiya məhkəmələrində işə baxılarkən həmin avdanlıqların ilkin və sonrakı dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsindən ötrü vəsatət verilsə də hər iki instansiya bu vəsatəti əsassız olaraq rədd etmişdir. Əvəzində məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərə əsaslanmış, obyektin hal-hazırda cavabdehin istifadəsində olduğunu, oradan istənilən formada fotoşəkillər çəkilərək məhkəməyə təqdim oluna bilməsinin mümkünlüyünü nəzərə almamışdır. 53. 108.000 manat əldən çıxmış fayda ilə bağlı qeyd etmək istəyirəm ki, məhkəmənin iddiam ın bu hissəsinə yanaşması da tamamilə əsassızdır. Çünki icarə müqaviləsinin tələbləri mənim tərəfimdən bilərəkdən və qəsdən pozulmamış, 2020-ci ilin mart ayından etibarən «COVİD-19» pandemiyası ölkəmizdə də geniş və sürətlə yayıldığına görə hər bir sahədə olduğu kimi otellərin də fəaliyyətində cox ciddi məhdudiyyətlər əmələ gəldi. Nəticədə evdən bayıra sms-lə çıxılan, xüsusən də otellərin fəaliyyətinə demək olar ki, icazə verilməyən dövrdə Cavabdeh aylıq icarə haqqını 3000 manat olaraq ödəməyə başladım. Bu səbəbdən o, mənimlə qərəzli olub, dəfələrlə biznes fəaliyyətimə maneçilik törətdiyi üçün sonda byektdən çıxmağa məcbur oldum. Məhkəmənin bu mövqeyi anlaşılan deyildir ki, guya «COVİD-19»” pandemiyası ilə əlaqəd olaraq 2020-ci ilin əvvəllərindən icarə haqqı ödənişlərini vaxtında həyata ke çirməmiş, icarə müqaviləsi üzrə üzərimə götürdüyüm öhdəliyi lazımı qaydada icra etməmiş, bu səbəbdən icarəçi ilə aramızda mübahisə yaranmışdır. Ona görə də hesab edirəm ki, müqavilənin bitməsinə qədər olan 94 ay ərzində cavabdehdən 108.000 manat vəsaitin tərəfimdən tələb edilməsi tamamilə qanuni və əsaslıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

55. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

56. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığ ı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

57. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vuru lmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı n əzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” 59. “İcarə haqqında” Azərbaycan Respublikası qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. İcarə zamanı mülkiyyət...

5. İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin....

7. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur. “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

61. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 oktyabr tarixli 2-2(103)-783/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən iddiaçı ilə cavabdeh arasında 2019-cu il 21 may tarixli icarə müqaviləsi bağlanmış, müqavilənin müddəti 20 29-cu il 21 may tarixi qeyd edilmiş, müqaviləyə əsasən cavabdeh 3000 manat icarə haqqı müqabilində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini iddiaçıya icarəyə vermiş, iddiaçı həmin sahədə otel fəaliyyəti göstərmiş, “Covid-19” pandemiyası ilə əlaqədar iddiaçı 2020-ci ilin mart ayından icarə haqqı ödənişlərini həyata keçirmədiyindən tərəflər arasında mübahisə yaranmış, iddiaçı 2021-ci il 5 avqust tarixində icarəyə götürdüyü sahədən çıxmağa məcbur olmuşdur.

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməklə qətnamə qəbul etmiş, iddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər həmçinin apellyasiya şikayətində də bildirilmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin dəlilləri maddi və və prosessual hüquq normaları b axımından müfəssəl olaraq qiymətləndirmiş, iş üzrə gəldiyi nəticəni əsaslandırmışdır.

64. Təmirə çəkilmiş xərclərlə bağlı iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş "xxxx" MMC-nin 2022-ci il 17 yanvar tarixli hesabatına münasibətdə apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qiymətləndirici "xxxx" MMC qiymətləndirmə həyata keçirilərkən obyektin daxilinə baxış keçirmədiyindən, qeyd edilən hesabat iddiaçının icarəyə götürdüyü obyektin təmirinə çəkilmiş xərcləri müəyyən etmək üçün mötəbər sübut hesab edilə bilməz. Bundan əlavə, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8-ci bəndində qeyd edilmişdir ki, icarəçi icarəyəverənin razılığı olmadan icarəyə götürülən sahədə təmir tikinti işləri apara bilməz. İcarəyə götürülən əmlak boş olaraq icarəyə götürülür və təhvil verilənd ə də boş olaraq təhvil veriləcək.

65. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası, icarə müqaviləsinin tələblərinin onun tərəfindən bilərəkdən və qəsdən pozulmadığı, 2020-ci ilin mart ayından etibarən “COVİD-19” pandemiyası ölkədə də geniş və sürətlə yayıldığına görə hər bir sahədə olduğu kimi otellərin də fəaliyyətində cox ciddi məhdudiyyətlər əmələ gəldiyi ilə bağlı dəlilə münasibətdə qeyd edir ki, iddiaçı MM-in 448.4-cü maddəsinin tələblərinə riayət etmədiyindən və buna dair zəruri sübutlar təqdim edilmədiyindən həmin dəlil də əsaslı hesab edilə bilməz.

66. Kassasiya şikayətinin əksər dəlilləri isə işin faktiki halları ilə bağlı olduğundan məhkəmə kollegiyası MPM-in 407.2-ci maddəsinin müddəalarına müvafiq olaraq həmin dəlillərə ayrı-ayrılıqda müfəssəl hüquqi qiymət verilməsinə zərurət görmür.

67. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin sözügedən dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verilməmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

68. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, sübutların qiymətləndirilməsində səhvə yol verilmədiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 oktyabr tarixli 22(103)-783/2022 saylı qətnaməsi də yişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti təmin edilməməlidir.

69. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR:

70. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 12 oktyabr tarixli 2-2(103)-783/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar