Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-116/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Firmasının Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi ilə yaranmış öhdəliklərin icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması və öhdəliyin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-1037/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə y azılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı Firması (satıcı) və "X2" MMC (alıcı) arasında bağlanmış 2022-ci il 5 iyul tarixli malların alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin şərtləri əsasında müvafiq malları satmağı, alıcı isə həmin malların qiymətini ödəməklə onları qəbul etməyi öz öhdələrinə götürür.
2. Alqı-satqı müqaviləsinə eyni tarixli əlavə ilə onun 3-cü bəndinə 3.5-ci maddə əlavə edilmiş, həmin maddəyə əsasən alıcı öhdəlik götürür ki, 2023-cü il 31 dekabr tarixinə qədər 6 000 litr dizel yanacaq qatqısı sifariş edəcək, alacaq və dəyərini bu Müqavilənin şərtlərinə uyğun ödəyəcək. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Firması (bundan sonra – “iddiaçı”) 2024-cü il 4 aprel tarixində iddia ərizəsi və sonradan iddia t ələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək onunla "X2" MMC (bundan sonra – “cavabdeh”) arasında bağlanmış 2022-ci il 5 iyul tarixli alqı-satqı müqaviləsinə (bundan sonra – “müqavilə”) eyni tarixli edilmiş əlavə razılaşmanın 2-ci bəndinə uyğun olaraq 6 000 litr dizel yanacaq qatqısının bugünkü dəyərini təşkil edən 312.000 manatı iddiaçıya qabaqcadan ödəməklə həmin malları iddiaçının anbarından götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, dövlət rüsumunun əvəzini təşkil edən 100 manatın və hüquqi xidmətə görə ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, iddiaçı həmin şərtin icrası üçün mal sifariş etmiş və Azərbaycan Respublikasına idxal etmişdir. Buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərini icra etməmiş, razılaşdırılmış malları sifariş etməmiş, almamış və qiymətini ödəməmişdir. Göstərilən mallar hal-hazırda da iddiaçının anbarındadır və yer tutur. İddiaçı anbarı icarəyə götürür və orada artıq mal saxlamaqla bir az da artıq zərər edir. Malın dəqiq adı "X1 1L" gedir (artikul kodu 1975) və 1 litrinin qiyməti 52 manatdır.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, təqdim olunan alqı-satqı müqaviləsi bağlanmamış əqd hesab edilməlidir, çünki əqdin predmeti bəlli deyildir, ödəniş qaydası və s. razılaşdırılmamışdır. Hansı səbəbdən müqavilə əlavəsində göstərilənlərin müqavilənin mətninə daxil edilməməsi, eyni tarixdə ayrıca əlav ənin imzalanması da qeyri-müəyyəndir. Tərəflər müqavilənin mühüm şərtlərinə dair razılığa gəlməyiblər. 2022-ci ilin avqust-sentyabr aylarında cavabdehin rəhbərliyi dəyişmiş, əvvəlki rəhbərlik hazırkı rəhbərliyə belə bir müqavilənin olması barədə məlumat verməmişdir. Həmçinin cavabdeh iradə ifadəsini bildirərək dizel qatqısının ona lazım olmadığını bildirmiş, lakin həmin vaxtdan iddiaçı məhkəməyə müraciət etməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, tərəflər arasında daha əvvəl də alqı-satqı müqaviləsi olmuş, həmin müqavilə üzrə müxtəlif çeşidli və ölçülü mallar cavabdehin sifarişi əsasında ona təhvil verilmiş, cavabdeh tərəfindən də dəyəri ödənilmişdir. Daha sonra tərəflərin qarşılıqlı raz ılığı əsasında həmin müqavilə (2020-ci il 17 mart tarixli) 2022-ci il 5 iyul tarixində xitam edilmiş, eyni tarixdə iddiaçının təşəbbüsü ilə tərəflər arasında daha lakonik məzmunlu yeni müqavilə və onun əlavəsi tərtib edilərək imzalanmışdır. Həmin müqavilə üzrə iddiaçı cavabdehə təqdim edilməli olan malların həcm etibarilə çox olmasını (6.000 litr) nəzərə alaraq onun sifarişini gözləmədən bir neçə ay sonra Almaniyadan idxal edərək öz anbarında saxlamış, müqavilə müddətinin sonuna qədər cavabdehin həmin malları dəyərini ödəməklə qəbul edəcəyini gözləmişdir. Müqavilənin qüvvədə olma müddəti ərzində cavabdehin hər hansı sifarişi olmasa da, müqavilə üzrə cavabdeh 2023-cü il 31 dekabr tarixinə qədər iddiaçıdan 6.000 litr dizel qatqısını almağı öhdəsinə götürmüşdür. Bu səbəbdən dizel qatqısının bu günə olan dəyəri cavabdehdən tutulmalı, həmin malın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 15 avqust tarixli e-2-2(113)-2872/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – Ü.Həsənova).
8. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflərin izahatlarına əsasən hazırkı müqavilə üzrə cavabdeh tərəfindən, ümumiyyətlə, hər hansı sifarişin verilməməsi müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə cavabdehdən qəbul edilməsini tələb etdiyi 6.000 litr dizel qatqısının hazırda iddiaçıda mövcud olması barədə sübut təqdim edilməmişdir.
9. Belə ki, müqavilədə satılacaq mal kimi dizel qatqısı göstərilmişdir. İddiaçı tərəfindən məhkəməyə qeyd edilən malın tərəflərindən alınması ilə bağlı yük gömrük bəyann amələri təqdim edilsə də, həmin bəyannamələrdə 6 000 litr həcmdə dizel qatqısının alınması öz təsdiqini tapmır.
10. Beləliklə, tərəflərin əvvəlki qarşılıqlı münasibətlərində yaranmış praktika nəzərə alınmalı, cavabdeh tərəfindən 6 000 litr həcmdə dizel qatqısının alınması ilə bağlı sifarişinin, malın alınması ilə bağlı iradə ifadəsinin olmaması, tərəflər arasında satılacaq malın adı, çeşidi, qiymətinin razılaşdırılmadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 404.1, 404.2, 405.1, 567, 598.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmı şdır.
12. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-1037/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma və nəticə hissəsi ilə razılaşaraq qeyd etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Konsensual müqavilələr üzrə hüquq və öh dəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mübahisə predmeti olan müqavilə real müqavilə olduğundan və iddiaçı malın mövcudluğunu sübuta yetirə bilmədiyindən və nəticə etibarı ilə malı cavabdehə vermədiyindən, eləcə də cavabdeh malı sifariş edərək götürmədiyindən müqavilə qüvvəyə minməmişdir. Odur ki, hazırkı müqavilənin icra edilməsi tələbi təmin edilə bilməz.
15. Beləliklə, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
16. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 385.1, 404.1, 404.2, 442, 44 3.1, 448.1, 567, 568.1, 579.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 19 dekabr tarixli Qərarına və MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. MM-in 385.1-ci maddəsi üzrə - Müqavilə qanuna zidd olmamaqla yanaşı etibarlıdır və real əqddir. Tərəflər açıq iradələri ilə şərt kəsiblər və iddiaçı bu şərtə sadiq qalıb. Cavabdeh isə şərti pozub və 2023-cü il 31 dekabr tarixinə qədər razılaşdığı malları sifariş etməmiş, iddiaçını əlverişsiz vəziyyətdə qoymuşdur. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsi maddi hüquq normasını pozmuş, hüquqi şəxslərin azad şəkildə qanuna zidd olmayan müqavilə bağlamaq hüququnu və belə müqavilə üzrə götürdüyü öhdəliyi icra etmək vəzifəsini sual altına qoymaqla mənfi presedent yaratmışdır.
19. Bundan başqa qeyd edilməlidir ki, yuxarıda göstərilmiş əlavə razılaşmanın 2-ci bəndinin cavabdeh tərəfindən pozulması işin mübahisəsiz halıdır. Cavabdeh həmin müqavilə öhdəliyini icra etməkdən heç bir üzrlü səbəb göstərmədən yayınmışdır. İddiaçı müəssisənin direktorunun imza və möhürlə təsdiq etdiyi arayışdan da müəyyən edilir ki, həmin mallar anbar qalığında var. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində həmin fakta şübhə ilə yanaşmışdır. Cavabdehin malları sifariş etmək öhdəliyi, ümumiyyətlə, həmin malların iddiaçının anbarında olub-olmaması faktından asılı deyildir, bununla bağlı müqavilədə şərt mövcud deyil. Bununla belə iddiaçı cavabdeh qarşısında öhdəliklərini icra etmək məqsədi ilə pul vəsaiti sərf etmiş və bu günə qədər həmin malları anbarında saxlamışdır. Lakin cavabdeh öhdəliyini pozaraq müvafiq maddi hüquq normalarının tələblərinə riayət etməmişdir. Bununla da iddiaçının bu öhdəliyin icrasının məhkəmə qaydasında təmin edilməsini tələb etmək kimi subyektiv hüququ yaranmışdır.
20. MM-in 399.1-ci maddəsi üzrə - Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Cavabdeh müqavilə bağlayaraq üzərinə öhdəliklər götürmüş və buna görə də iddi açı xarici dövlətdən mallar idxal edərək bu günə qədər onları anbarında saxlamışdır. Birinci və apellyasiya instansiya məhkəmələrinin iddianı rədd etməkdə əsas dəlilləri ondan ibarətdir ki, iddiaçı həmin malların özündə olmasını sübut edə bilməmişdir. Lakin həmin hal sübutetmə predmeti olmamış, cavabdeh bunu mübahisələndirməmiş, məhkəmələr də bu halın aydınlaşdırılması üçün heç bir təşəbbüslə çıxış etməmişlər. Halbuki həmin malların idxalını sübut edən gömrük bəyannamələri mötəbər sübutlardır. Lakin məhkəmələr həmin sübutları tədqiq etməyərək maddi hüquq normasının tələbini pozmuşdur.
21. MPM-in 217.1-ci maddəsi üzrə - Birinci instansiya məhkəməsinə malların iddiaçı tərəfindən Azərbaycan Respublikasında idxal edilməsi faktı gömrük sənədləri ilə sübut edilmişdir. Buna baxmayaraq məhkəmə öz qətnaməsində həmin faktı inkar etmiş və şübhə altında saxlamışdır. Belə ki, mallar iddiaçıda olmasaydı, onun hazırkı tələblə çıxış etməsi məntiqsiz olardı. Digər tərəfdən həmin mallar iddiaçıda olmasa, iddiaçının xeyrinə qəbul olunacaq qətnamənin icrası mümkün olmayacaq. Lakin apellyasiya instansiyası məhkəməsi bunları nəzərə almamış və qətnaməsini əsaslandırmadan, birinci instansiya məhkəməsinin yanlış mövqeyini sadəcə təkrarlamışdır.
22. MPM-in 88-ci maddəsi üzrə - apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutları gözardı edərək qeyd olunmuş prosessual hüquq normasının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçının kassasiya şikayəti faktiki olaraq apellyasiy a şikayətinin təkrarıdır və iş üzrə faktların mövcudluğuna həsr olunub. Eyni zamanda, kassasiya şikayətində MM-in 385.1 və 399.1-ci maddələrinin tələblərinin pozulması ilə bağlı dəlilə münasibətdə qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi həmin müqaviləyə əsasən sifarişi özü verməli idi. Yəni əgər iddiaçı müqaviləni rəhbər tutursa və ona əməl olunmasının vacib olduğunu qeyd edirsə, o zaman malın ondan alınması barədə sifariş verməli idi. Yəni burada müqavilənin MM-in 385.1-ci maddəsinə zidd olub-olmaması əsas deyil. Zidd deyilsə belə, ona elə iddiaçı özü riayət etməyib. Həmçinin istinad edilən müqavilənin əlavəsində ödəniş qaydası barədə müddəa natamamdır. Cavabdeh qeyd edilənlərə əsasən kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
24. Hazırkı icra at çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddə alarında “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
402. İlkin müqavilə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı q ayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
596. Alıcının əşyanı qəbul etmək vəzifəsi... 596.3. Alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.”. “Maddə
627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür....” “Maddə
635. Alıcı tərəfindən qəbul edilməmiş malın məsuliyyətlə saxlanması... 635.4. Müqavilədə müəyyənləşdirilmiş əsaslar olmadan alıcı mal göndərəndən malı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə mal göndərən alıcıdan malı ödəməyi tələb edə bilər.”
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrin in “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarında müəyyən edilmişdir ki: “Real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.”
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarında müəyyən edilmişdir ki: “... tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.”
29. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə 2
17. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsaslı hesab edir.
31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, tərəflər arasında bağlanmış 2022-ci il 5 iyul tarixli malların alqı-satqı müqaviləsinə eyni tarixli əlavə ilə 3.5-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən, alıcı öhdəlik götürür ki, 2023-cü il 31 dekabr tarixinə qədər 6.000 litr dizel yanacaq qatqısı sifariş edəcək, alacaq və dəyərini bu Müqavilənin şərtlərinə uyğun ödəyəcək.
32. İddia tələbi də məhz 6.000 litr dizel yanacaq qatqısının bugünkü dəyərini təşkil edən 312.000 manatı (iddiaçının bildirdiyinə görə) iddiaçıya qabaqcadan ödəməklə həmin malları iddiaçının anbarından götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
33. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və belə qənaətə gəlmişdir ki, mübahisə predmeti olan müqavilə real müqavilə olduğundan, iddiaçı malın mövcudluğunu sübuta yetirə bilmədiyindən və nəticə etibarı ilə malı cavabdehə vermədiyindən, eləcə də cavabdeh malı sifariş edərək götürmədiyindən müqavilə qüvvəyə minməmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə aşağıdakılara görə razılaşmır.
35. Əvvəla, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində real və konsensual müqavilələrin mahiyyətini və fərqlərini düzgün izah etsə də, konkret olaraq mübahisəli müqaviləni real müqavilə kimi qiymətləndirməklə maddi hüququn tətbiqində səhvə yol vermişdir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci m addəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 27) görə, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi ö hdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
37. Göründüyü kimi, konsensual müqavilələrdə tərəflər öz öhdələrinə gələcəkdə konkret öhdəliklərin yerinə yetirilməsini götürürlər. Yəni, konsensual müqavilələr gələcəyə yönəlik müqavilələrdir.
38. Hazırkı halda da müqavilənin əlavəsi ilə müqavilənin özünə yeni maddə əlavə edilmiş, həmin maddənin şərtinə uyğun olaraq alıcı öz üzərinə konkret öhdəlik götürmüşdür ki, 2023-cü il 31 dekabr tarixinə qədər 6.000 litr dizel yanacaq qatqısı sifariş edəcək, alacaq və dəyərini bu Müqavilənin şərtlərinə uyğun ödəyəcək.
39. O da qeyd olunmalıdır ki, məhkəmələrin istinad etdikləri sözügedən əlavə razılaşmaya görə, “Bu Əlavə razılaşma tərəflər arasında bağlanmış Müqavilənin ayrılmaz tərkib hissədir. Əlavə tərə flərin iradə ifadəsinin hüquqi forması olmaqla Müqavilənin şərtlərinə olan qeyri-müəyyən halların aradan qaldırılması, xüsusi şərtlərin müəyyən olunması və ticarət münasibətlərinin səmərəliyinin artırılması məqsədilə bağlanılır.”.
40. Əlavə razılaşmanın digər şərtində isə nəzərdə tutulmuşdur ki, “Bu Əlavə razılaşma məzmununda başqa hal müəyyən olunmayıbsa, imzalandığı andan qüvvəyə minir. Daha əvvəl imzalanmış sənədlərlə hazırkı əlavə razılaşmanın şərtləri arasında ziddiyyət yarandıqda tarix etibarilə daha yeni şərtlər tətbiq olunur.”.
41. Əlavə razılaşmanın istinad olunan şərtlərindən aydın olur ki, alıcı (cavabdeh) öz üzərinə 2023-cü il 31 dekabr tarixinə qədər 6.000 litr dizel yanacaq qatqısını sifariş edəcəyi, alacağı və dəyərini bu Müqavilənin şərtlərinə uyğun ödəyəcəyi barədə konkr et öhdəliklər götürmüş, əsas müqavilənin tərkib hissəsi olan həmin şərt müqavilə şərtlərindəki qeyri-müəyyənliyin aradan qaldırılaraq xüsusi şərtlərin müəyyən olunması məqsədilə razılaşdırılmış, əlavə razılaşma imzalandığı andan qüvvəyə minərək tərəflər üçün məcburi qüvvə almış, eləcə də əsas müqavilə ilə əlavə razılaşmanın müddəaları arasında ziddiyyətin yaranacağı təqdirdə məhz əlavə razılaşmanın şərtlərinin üstün götürüləcəyi nəzərdə tutulmuşdur.
42. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə istinad edərək və yuxarıda qeyd olunan əlavə razılaşmanın şərtlərini nəzərə alaraq o nəticəyə gəlir ki, sözügedən razılaşma əslində apellyasiya instansiyası məhkəmənin hesab etdiyi kimi real deyil, məhz konsensual müqa vilədir, həmin müqavilə imzalandığı gündən qüvvəyə minmiş, qüvvəyə mindiyi tarixdən də alıcının onunla öz üzərinə götürdüyü öhdəlik məcburi xarakter almışdır.
43. O da qeyd olunmalıdır ki, hüquq ədəbiyyatında özündə konkret ikitərəfli (qarşılıqlı) öhdəlikləri əks etdirən və əvəzli xarakter daşıyan müqavilələrin böyük hissəsinin, o cümlədən alqı-satqı müqaviləsinin, xüsusilə də yazılı alqı-satqı müqaviləsinin onların şərtlərinin məzmunundan asılı olaraq əksər hallarda məhz konsensual xarakter daşıdığı geniş şəkildə ifadə edilmişdir.
44. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə” 2018-ci il 11 iyun tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə (bax § 28) görə, tərəflər hüquq və öhdəliklərini müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müq avilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
45. MM-in 399.1-ci maddəsində (bax § 26) müqavilənin bağlandığı andan qüvvəyə mindiyi və tərəflər üçün məcburi olduğu müəyyən edilmişdir.
46. Məsələyə bu kontekstdən yanaşdıqda məhkəmə kollegiyası hesab edir ki, alıcı (cavabdeh) əslində qüvvəyə minən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da əlavə razılaşmanın şərtini pozmuşdur.
47. MM-in 442, 448.1 və 448.2-ci maddələrinin (bax § 26) tələbləri baxımından cavabdeh əlavə razılaşmada öz üzərinə götürdüyü və bilavasitə özünün risk dairəsinə daxil olan öhdəliyi qəsdən icra etmə məklə onu təqsirli şəkildə pozmuşdur, buna görə də məsuliyyət daşımaqdadır. Bu baxımdan, hazırkı iddia tələbi cavabdehin icra etməməklə pozduğu konkret müqavilə şərtinə əsaslanır.
48. O da qeyd olunmalıdır ki, cavabdeh əvvəlcədən öhdəlik şəklində öz üzərinə götürdüyü sifarişi verməməklə faktiki olaraq müqavilənin icrasından imtina etmişdir.
49. Qanun bununla bağlı müəyyən etmişdir ki, alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər (MM-in 596.3-cü maddəsi - bax § 26).
50. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının əlavə razılaşma ilə şərtləşdirilmiş 6.000 litr dizel yanacaq qatqısının bugünkü dəyərini ödəməklə həmin malları anb ardan götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi istinad olunan normanın tələbinə də (“əşyanı qəbul etməyi tələb edə bilər”) uyğun olmuşdur.
51. Eyni zamanda, alqı-satqı müqaviləsinin bir növü olan göndərmə müqaviləsinə görə, mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür (MM-in 627.1-ci maddəsi, bax § 26).
52. Qanun, göndərmə müqaviləsində müəyyənləşdirilmiş əsaslar olmadan alıcı mal göndərəndən malı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə də mal göndərənə alıcıdan malı ödəməyi tələb et mək hüququnu vermişdir (MM-in 635.4-cü maddəsi, bax § 26).
53. Beləliklə, alıcı istər alqı-satqı müqaviləsi, istərsə də bu müqavilənin bir növü olan göndərmə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi pozaraq malı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə, satıcı həmin malın qəbul edilməsi və dəyərinin ödənilməsi vəzifəsinin alıcının üzərinə qoyulmasını tələb etmək hüququna malikdir.
54. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli müqaviləni ilkin müqavilə kimi qiymətləndirmək də mümkün deyildir. Belə ki, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (MM-in 402.1-ci maddəsi, bax § 26).
55. Haz ırkı halda isə alıcı (cavabdeh) öz üzərinə 2023-cü il 31 dekabr tarixinə qədər 6.000 litr dizel yanacaq qatqısını sifariş edəcəyi, alacağı və dəyərini bu Müqavilənin şərtlərinə uyğun ödəyəcəyi barədə konkret öhdəliklər götürmüşdür.
56. Göründüyü kimi, mübahisəli müqavilədə konkret tarixdə 6.000 litr dizel yanacaq qatqısının alınmasına dair əsas müqavilənin bağlanacağı deyil, cavabdehin konkret tarixə qədər 6.000 litr dizel yanacaq qatqısını alacağı nəzərdə tutulmuşdur. Beləliklə, müqavilə ilə cavabdehə öz seçimi ilə 2023-cü il 31 dekabr tarixinədək ayrı-ayrı partiyalarla, yaxud birdəfəlik 6.000 litr dizel yanacaq qatqısını tam həcmdə almaq imkanı verilmişdir.
57. Bundan başqa, mübahisəli müqavilə məzmun etibarilə 2023-cü il 31 dekabr tarixinə qədər yalnız 6.000 litr dizel yanacaq qatqısı ü çün tam həcmdə sifarişin verilməsini deyil, həmçinin həmin malların alınması və dəyərinin ödənilməsi ilə bağlı bütün hərəkətlərin başa çatdırılmasını da özündə ehtiva edir.
58. İddiaçının malın mövcudluğunu sübuta yetirə bilmədiyinə dair apellyasiya instansiyası məhkəməsinin dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin məsələ icra mərhələsində həll edilməli olduğundan ümumiyyətlə hazırkı məhkəmə icraatında sübutetmə predmetinə daxil deyildir. Belə ki, icra mərhələsində mövcud malın həcminin az olduğu aşkar ediləcəyi təqdirdə, iddiaçıya ödənilmiş pul vəsaitinin artıq hissəsinin cavabdehə qaytarılması mümkündür.
59. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüququn tətbiqində yuxarıda qeyd olunan pozunt ulara yol vermiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax § 29) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamənin qüvvədə saxlanılması mümkün deyildir.
60. Bununla belə, sifariş verilməli olan 6.000 litr dizel yanacaq qatqısına görə cavabdehin ödəməli olduğu pul vəsaitinin həcmi aşağı məhkəmə instansiyalarında konkret müzakirə və qiymətləndirmə predmeti olmadığından hazırda bununla bağlı birmənalı nəticəyə gəlmək mümkün deyildir.
61. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-1037/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
62. Yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda əks etdirilmiş hüquqi mövqelərə uyğun olaraq, qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən müqavilə üzrə sifariş verilməli olan mala görə cavabdehin ödəməli olduğu pul vəsaitinin həcmini dəqiq müəyyən etməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
63. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Firmasının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-1037/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.