Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-117/2025 06.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdehnə qarşı dair ilkin, Cavabdeh İddiaçınə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi ilə yaranmış öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “pulun geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 2-2(103)-972/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 2023-cü il 21 fevral tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən malların adı, çeşidi, kəmiyyəti, qiyməti ilə bağlı məlumatlar bu müqaviləyə əlavə edilən və onun tərkib hissəsi olan razılaşma protokolunda əks olunur.
2. Tərəflər arasında bağlanmış müqavilənin 001 nömrəli qiymət razılaşma protokoluna görə, tərəflər 4 ədəd mebel dəstinin alqı-satqısı barədə razılığa gəlmişlər. Qeyd edilmiş 4 ədəd mebel dəstlərinin ümumi dəyəri ƏDV daxil 72.990 manat təşkil etmişdir.
3. Qeyd edilmiş 001 nömrəl i qiymət razılaşma protokolun “ödəniş qaydaları” adlanan 2-ci bəndinə görə, alıcı sifariş qəbul olunan gün əsas məbləğ üzrə 30.927,97 manat, ƏDV üzrə 5.567,03 manat, mebel 1 təhvil verildikdən sonra əsas məbləğ üzrə 9.533,9 manat, ƏDV üzrə 1.716,1 manat, mebel 2 təhvil verildikdən sonra 7.118,64 manat, ƏDV üzrə 1.281,36 manat, mebel 3 təhvil verildikdən sonra 3.495,76 manat, ƏDV üzrə 629,24 manat, mebel 4 təhvil verildikdən sonra 10.779,66 manat, ƏDV üzrə 1.940,34 manat pulu ödəməyi öhdəsinə götürmüşdür.
4. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə əsas məbləğ üzrə 30.927,97 manat və 5.567 manat ƏDV məbləği ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (bundan sonra - "iddiaçı") tarixində Cavabdeh MMC-yə (bundan sonra - "cavabdeh") qarşı iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2023-cü il 21 fevral tarixli TK-004 nömrəli alqı-satqı müqaviləsi (bundan sonra – “alqı-satqı müqaviləsi”) üzrə ödənilməmiş 36.495 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 250 manat pulun və mediasiya xərcinin əvəzi kimi 200 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin göstərilən halları ilə (bax §1-2) əsaslandırılmış və əlavə bildirilmişdir ki, iddiaçı tərəfindən öhdəliklər icra edilmiş və sifariş edilmiş mebellər cavabdehin bildirdiyi ünvanda quraşdırılmış, lakin cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan 72.990 manat əvəzində cəmi bir dəfə 30.927,97 manat borc və 5.567 manat ƏDV dəyəri ödənilmişdir.
7. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya sifariş olunan mallar üçün ödənilmiş əsas məbləğ 30.927,97 manat, ƏDV üçün ödənilmiş 5.567,03 manat, cəmi ödənilmiş 36.495 manat pulun və mediasiya sesiyasında iştirak etmək üçün ödənilmiş 200 manat pulun cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi göstərilən işin halları ilə (bax §1-4) əsaslandırılmışdır və əlavə bildirilmişdir ki, sifariş olunmuş 4 dəst mebel müqavilənin tərkib hissəsi olan qiyməti razılaşma protokolu ilə müəyyən edilmiş 60-70 gün müddətində iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən təhvil verilmədiyindən həmin müddət bitdikdən sonra ”satıcı” iddiaçının nümayəndələri ilə əlaqə saxlanılmış və müqavilə ilə razılaşdırılmış şərtlərə əməl etmələri, mebəllərin təhvil verilməs i xahiş olunmuşdur. İddiaçı müqavilə üzrə öhdəliyin icra müddəti bitdikdən 22 gün sonra, 2023-cü il 25 may tarixində müəyyən mebelləri gətirmiş, lakin həmin mebel dəstləri sifariş olunmuş mebellər olmadığından, malların keyfiyyətsiz olması, standartlara uyğun olmadığından cavabdeh tərəfindən mallar qəbul olunmamışdır. Belə ki, iddiaçı cavabdehin sifarişi əsasında “LİNEA DECOR” firmasının mebəllərini gətirib, təhvil verməyi öhdəsinə götürmüş, lakin mebəllər gətirilməmiş, həmin firmaya məxsus olması adı ilə mənşəyi, istehsal ölkəsi və istehsal fabriki məlum olmayan mallar gətirmişdir. Cavabdeh həmin mebəllərin ölkəyə göndərilmə invoyse sənədlərini və gömrük bəyannamələrini tələb etsədə, həmin sənədlər iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçının müqavilə ilə satmaq istədiyi malların qüsurları barədə 2023-cü il 25 may tarixində cavabdeh tərəfindən akt tərtib edilmişdir. Cavabdehə çatdırılmış malların kontrafakt olduğu ilə yanaşı, təhvil verilən mətbəx, uşaq otağı, hall və geyim otağı mebel dəstlərinin “LİNEA DECOR” firması tərəfindən istehsal edilmədiyi müəyyən edilmiş, eyni zamanda, onlarda müxtəlif qüsurlar aşkarlanmışdır. İddiaçı isə müqavilədə razılaşdırılmış şərtləri və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.
9. İddiaçı qarşılıqlı iddiaya etirazında bildirmişdir ki, onlar tərəfindən öhdəliklər icra edilmiş və sifariş olunmuş mebellər cavabdehin bildirdiyi ünvanda quraşdırılmışdır. Lakin cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan 72.990 manat məbləğ əvəzində cəmi 30.927,97 manat borc və 5.567 manat ƏDV dəyəri ödənilmişdir. Bundan iddiaçı basqa qarşılıqlı iddia arizəsində qeyd edilən “LİNEA DEKOR” firmasının mallarına münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçı belə bir öhdəlik götürməmiş və onlar arasında bucür razılaşma mövcud deyil. Umumiyyətlə cavabdehin sifariş etdiyi mebel dəstlərinə aid model “LİNEA DEKOR” firmasında olmamışdır. İddiaçı tərəfindən quraşdırılan mebel dəstləri cavabdehin seçdiyi modelə uyğun yığılıb və quraşdırılmışdır.
10. Məhkəmə qərardadı ilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMC-nin 2024-cü il 20 may tarixli qiymətləndirmə hesabatına görə, aşkar olunan qüsurların böyük hissəsi aradan qaldırıla bilər. Qüsurların aradan qaldırılması üçün mebel dəstlərinin bəzi hissələri sökülərək fabrikaya geri aparılmalı və yenidən bərpa olunmalıdır. Bu səbəbdən qüsurların aradan qaldırılmasına təxmini 7.000-8.000 manat xərc tələb olunur.
11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 15 iyul tarixli e-2-2(113)-289/2024 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilərək, alqı-satqı müqaviləsinə əsasən 28.495 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir (hakim – K.Hüseynov).
12. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin həlli baxımından ilkin və qarşılıqlı iddia tələbləri paralel araşdırılmalı və ilk növbədə sifariş verilmiş mebellərin hansı mebellər olması (hansı şirkətə aid olması) müəyyən edilməli və bundan sonra 4 ədəd mebel dəstinin cavabdehə təhvil verilib-verilməməsi halı müəyyən edilməlidir.
13. Cavabdeh sifariş verilmiş 4 ədəd mebel dəstinin “Line Decor” şirkətinə aid mebel olma lı olduğu qeyd etmişdir. İddiaçı isə, mebellərin “Line Decor” şirkətinə aid mebel olmalı olmadığını, bu barədə razılaşmadıqlarını, “Line Decor” şirkətinin ancaq mətbəx mebeli istehsal etdiyini, həmin şirkətə aid mətbəx mebelinin isə 50.000-70.000 manat dəyərində olduğunu, tərəflər arasında razılaşmanın yerli istehsal olan mebellər olduğunu qeyd etmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə və müqavilənin qiyməti razılaşma protokoluna görə, mebellərin məhz “Line Decor” şirkətinə aid olduğu barədə hər hansı bir bənd mövcud deyildir. Həmçinin, açıq internet resurslarından edilmiş axtarış nəticəsinə görə, Türkiyə markası olan “Line Decor” şirkəti ancaq mətbəx mebellərinin istehsalı ilə məşğuldur. Ona görə də, qarşılıqlı cavabdehin sifariş verilmiş mebellərin məhz “Line Decor” şirkətinə aid olduğu barədə dəlilini məhkəmə əsassız hesab etmişdir.
15. Bundan sonra 4 ədəd mebel dəstinin cavabdehə təhvil verilib-verilməməsi araşdırılmalıdır.
16. İddiaçı 4 ədəd mebel dəstinin tam olaraq təhvil verildiyini və quraşdırıldığını qeyd etmişdir. Cavabdeh isə əvvəlcə hansı mebellərin yığılmasının ona məlum olmadığını, sonradan isə yalnız mətbəx mebelinin qurulduğunu, digər mebellərin isə quraşdırılmadığını və ona məxsus anbarda saxlanıldığını bildirmişdir.
17. Məhkəmə bu xüsusda diqqət edilməsini zəruri hesab etmişdir ki, iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş, cavabdeh tərəfindən tərtib edilmiş 2023-cü il 25 may tarixli akta və cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktublara görə, “mebel dəsti 1- də: qapıların quraşdırılması düzgün yerinə y etirilməmiş, rənglənmə istənilən şəkildə və keyfiyyətdə verilməmiş, mebelin yapışdırılmasında istifadə olunan yapışdırıcı düzgün şəkildə istifadə edilməmiş, siyirtmələrin açılıb bağlanması çətinlik yaratmış, istehsalı və ya quraşdırılması düzgün yerinə yetirilməmiş və s.”, “mebel dəsti 2-də: uşaq otağında yataq mebelindəki hissədə vintlə bərkitmə zamanı mebel deşilmiş və xəsarət yerilmişdir”, “mebel dəsti 3-də: halla aid qapılar düzgün ölçüdə istehsal olunmamış, siyirtmələr sifariş və istehsal zamanı düzgün ölçü götürülmədiyi üçün açılan zaman hərəkət məhdudiyyəti yararatmış və s.”, “mebel dəsti 4-də: geyinmə otağında mebellərin quraşdırılması zamanı mebel dəstinin bəzi yerlərinə xəsarət yetirildiyi üçün həmin xəsarətləri aradan qaldırmaq üçün rənglənmə edilmiş, lakin rənglənmə nöqsanı ara dan qaldırılmamışdır” kimi nöqsanlar aşkar olunmuşdur.
18. Məhkəmə iclasında, məhkəmə tərəfindən qeyd edilmiş akt elan edildikdən sonra, “əgər mebellər quraşdırılmamışdırsa, necə qeyd edilmiş nöqsanlar aşkar olundu? sualına cavabdehin nümayəndəsi “tam quraşdırılmamışdır” kimi cavab vermişdir. Ona görə də, məhkəmə hesab etmişdir ki, sifariş verilmiş 4 ədəd mebel dəsti iddiaçı tərəfindən cavabdehin göstərmiş olduğu sahəyə quraşdırılmışdır. Belə ki cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilmiş nöqsanları ancaq mebellər quraşdırılmış olduğu halda müəyyən etmək mümkündür.
19. Həmçinin qeyd edilmişdir ki, quraşdırılmış 4 ədəd mebel dəstindən hər hansı hazırda sökülmüşdürsə, demək ki, cavabdeh tərəfindən sökülmüşdür. Bundan sonra məhkəmə hesab etmişdir ki, quraşdırılmış 4 ədəd mebel dəstin də qüsurların olubolmaması, qüsurlar mövcuddursa, aradan qaldırıla bilən qüsur olub-olmaması və aradan qaldırıla bilən qüsurdursa, qüsurların aradan qaldırılması üçün nə qədər vəsait tələb olunması halı araşdırılmalıdır. 20. "xxxx" MMC-nin hesabatına əsasən, 4 ədəd mebel dəstində müəyyən qüsurlar olmuş və qeyd edilən qüsurlar, aradan qaldırıla bilən qüsurlardır. Ona görə də, məhkəmə hesab etmişdir ki, cavabdehin məhkəməyə bildirdiyi faktiki hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 587.2.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olmadığından qarşılıqlı iddia təmin edilə bilməz.
21. Həmçinin, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 4 ədəd mebel dəstində qüsurlar olduğundan, tələb etdiyi 36.495 manat məbləğində puldan, qüsurların aradan q aldırılması xərci olaraq 8.000 manat çıxılmalı və 28.495 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Məhkəmə gəldiyi nəticəni MM-in 567, 581.1, 581.2, 587.1, 587.1.1, 587.1.2, 587.1.3, 587.2, 587.2.1, 587.2.2, 600.4, 752.1 və 752.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
23. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 2-2(103)-972/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən - mübahisələndirilən hissədə ləğv edilərək alqı-satqı müqaviləsinə əsasən 28.495 manat məbləğində pul, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul və hüquqi yardım üçün vəkilə ödənilmiş 250 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə alqısatqı müqaviləsi adlandırılsa da, aşağıdakı göstərilən əsaslara görə həmin müqavilə mahiyyət etibarilə podrat müqaviləsidir. İş üzrə müqavilənin predmeti olan 4 dəst mebel dəstləri cavabdehin sifarişi əsasında quraşdırılacağı mənzilin ölçüləri nəzərə alınmaqla sifarişçi tərəfindən seçi lmiş dizaynda və materiallardan hazırlanmışdır. Yəni müqavilənin predmeti sifarişçinin sifarişi əsasında hazırlanmış fərdi müəyyən edilmiş əşyadır.
26. Hazırkı halda işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, müqavilə bağlanarkən cavabdeh tərəfindən təqdim ediləcək mebellərin dizaynı seçilmiş, mənzilin ölçüləri götürülmüş və ona uyğun olaraq tərəflər arasında bağlanmış müqaviləyə 1 nömrəli əlavə ilə qiymət razılaşma protokolu tərtib edilərək mebellərin qiymətləri və təqdim edilməsi (60-70 gün) müddətləri müəyyən edilmişdir.
27. Həmçinin iş materiallarına əlavə edilmiş tərəflərin nümayəndələri arasında (tərəflər sözü gedən danışıqların aparılmasını mübahisələndirməmişlər) aparılmış “whatsapp” yazışmalarından da müəyyən edilmişdir ki, cavabdehə mebellərin qulplarının seçilməsi təklif olunmuş və mebellərin rənglənməsi prosesinin gedişi barədə məlumatlar verilmişdir. Odur ki, göstərilən hallar yazılı müqavilədə öz əksini tapmasa da, müqavilədən irəli gələn münasibətlərin əşyanın hazırlanması prosesinin də əhatə etdiyini sübuta yetirmişdir.
28. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, müqavilə şərtlərindən təqdim ediləcək mebellərin satıcı (podratçı) tərəfindən deyil, digər şəxslər tərəfindən hazırlanacağı görünsə də, göstərilən hal da bağlanmış müqavilənin podrat müqaviləsi olmasını istisna etmir. Belə ki, məhkəmə kollegiyası MM-in 404-cü maddəsinin tələblərinə əsasən müqavilənin şərtlərini təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, o cümlədən tərəflər arasında aparılmış danışıqları nəzərə alaraq təfsir e tmiş və belə qənaətə gəlmişdir ki, tərəflər arasında mübahisəli bağlanmış müqavilə podrat müqaviləsinin əlamətlərini özündə cəmləşdirir.
29. Məhkəmə MM-in 752.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, işin mübahisəli halını cavabdehin müqavilədə nəzərdə tutulmuş podrat işinin icra edilibedilməməsi təşkil edir.
30. Cavabdeh isə müqavilədə nəzərdə tutulmuş işlərin (mebellərin hazırlanması və quraşdırılması) icra edilməsini inkar etmiş və mövqeyini iki halla əsaslandırmışdır: 1) müqavilə üzrə sifarişçinin sifarişinə uyğun olaraq “Line Decor” firması tərəfindən istehsal olunacaq mebellər təqdim edilməli olduğu halda yerli istehsallı mebellər təqdim edilmiş, yəni podratçı sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etmişdir. 2) təqdim edilmiş podrat işi qüsurl u olmaqla keyfiyyət tələblərinə cavab vermir.
31. Birinci halla bağlı kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır ki, tərəflər arasında bağlanmış müqavilə və müqavilənin qiymət razılaşma protokolunda mebellərin məhz “Line Decor” şirkətinə aid mebel olması barədə hər hansı bir bənd nəzərdə tutulmamışdır. Həmçinin, açıq internet resurslarından edilmiş axtarış nəticəsinə görə, Türkiyə markası olan “Line Decor” şirkəti ancaq mətbəx mebellərinin istehsalı ilə məşğuldur. Odur ki, müqaviləyə əsasən tərəflərin sifariş olunan mebellərin məhz “Line Decor” firması tərəfindən istehsal olunması barədə razılaşmaları öz təsdiqini tapmamışdır.
32. İkinci halla bağlı kollegiya qeyd etmişdir ki, hər iki tərəf apellyasiya instansiya məhkəməsində verdikləri izahatlarda mebelləri n 2023-cü ilin may ayında mənzildə quraşdırılmasını və sonradan məhz cavabdeh, iddiaçı tərəfindən sökülərək sonuncuya məxsus anbara yerləşdirilməsi təsdiq etdiyindən bu işin mübahisəsiz halıdır.
33. İş materiallarına əsasən cavabdeh tərəfindən mebellərdə mövcud qüsurlar barədə iddiaçıya məlumat verilməsi, qüsur aktının surətinin iddiaçıya çatdırılması, əlavə icra üçün iddiaçıya müddət verilməsi, əlavə icranın həyata keçirilməsi üçün şərait yaradılması müəyyən edilməmişdir. Bundan əlavə mebellərin quraşdırıldığı vaxtdan qarşılıqlı iddia ilə bağlı pretenziya göndərilənədək keçən 3 ay ərzində iddiaçı tərəfindən təqdim edilmiş mebelləri geri götürülməsini də tələb etməmişdir. Əksinə tərəflər arasında aparılmış yazışmalardan da göründüyü kimi iddiaçı mebellərin hazırlanması və quraşdırılması pr osesinin yekunlaşdırmasını ləngitmişdir (mebellərin qulplarını seçməmişdir və s.). Bu baxımdan iddiaçı müqavilədən imtina edərək ödənilmiş avans məbləğinin qaytarılmasını tələb etməkdə haqlı deyil. Digər tərəfdən məhkəmə kollegiyası podratçının podratın nəticəsi olaraq sifarişçiyə sifariş edilmiş məmulatları təqdim etdiyini, sifarişçinin isə məmulatda mövcud qüsurların aradan qaldırılmasını tələb etmədiyini, əlavə icra üçün vaxt müəyyənləşdirmədiyini və şərait yaratmadığını, belə olan halda sifarişçinin MM-in 765.1-ci maddəsinin tələbləri baxımından qanunla müəyyən edilmiş qaydada podrat müqaviləsindən imtina etmək hüququnun yaranmadığını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı MM-in 752.1 və 766-cı maddələrinin tələbləri nəzərə alınmaqla qüsurların aradan qaldırılmasına tələb edilən xə rclər çıxılmaqla (8.000 manat) podrat işinin dəyərinin ödənilməsini tələb etmək hüququna malikdir.
34. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 404.1, 404.2, 752.1, 752.2, 755, 762.1, 763.1, 765 və 766-cı maddələrinə; MPM-in 77.1, 119.1, 119.5 və 386-cı maddələrinə istinad etdiyi normalara əsaslandırmışdır.
35. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. MM-in 389.1-cı maddəsi üzrə - müqavilə (3.1.1 və 3.2.1-ci bəndləri) ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən sifariş olunan mebellərin adı, çeşidi, kəmiyyəti, qiyməti ilə bağlı məluma tlar müqaviləyə əlavə edilən və onun tərkib hissəsi olan razılaşma protokolu ilə müəyyən olunacaqdır.
37. MM-nin 390.1-ci maddəsi üzrə - iş üzrə müqavilənin 1.1-ci bəndi ilə razılığa gəlinmiş mühüm əhəmiyyəti olan hallar məhkəmə kollegiyası tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmamış və faktiki hallar obyektiv qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası tərəfindən MM-in və İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla cavabdehə satılacaq mallara dair iddiaçının müqavilədə qeyd olunan şərtlərə əməl etməməsi ilə nəticələnən qətnamə qəbul olunmuşdur. Məhkəmə kollegiyasının iddiaçının mebel dəstlərini cavabdehə təhvil verməsi mövqeyi əsassız və qanunsuzdur. Cavabdehin sifariş etdiyi malların iddiaçı tərəfindən gətirilməsi, sifa rişçinin tələb etdiyi obyektə çatdırılması, yığılması, quraşdırılması, malların təhvil verilməsi və malların təhvil alınması kimi qəbul olunmamalıdır. Həmçinin iddiaçı tərəfindən müqavilənin şərtlərinə (2.4-cü bəndi) əməl edilməmiş və iş üzrə qətnamə tərəflər arasında bağlanmış müqaviləyə və işin hallarına uyğun deyil. Cavabdeh tərəfindən müqavilənin 3.1.1-ci bəndi ilə razılığa gəlinmiş şərtə uyğun olaraq sifariş olunan malın siyahısını “satıcı”ya təqdim etmişdir. İddiaçı isə müqavilənin (3.2-ci bəndi) şərtlərini yerinə yetirməmişdir.
38. MM-in 567-ci maddəsi üzrə - cavabdeh tərəfindən müqaviləyə əlavə qiyməti razılaşma protokolu ilə müəyyən olunmuş razılaşma əsasında sifarişin qəbul olunduğu gün 30.927,97 manat əsas məbləğ və 5.567,03 manat ƏDV iddiaçının təqdim etdiyi bank hesabına 2023- cü il 22 fevral tarixində ödənilmişdir. Digər ödənişlərin isə mebellərin təhvil verilməsindən sonra ödənilməsi razılaşdırıldığından ödənilməmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsinə qiymət verməməkdə mövqeyi ədalətli olmamışdır. Cavabdeh tərəfindən müqavilə ilə razılaşdırılmış malların dəyərinin ödənilməməsinə səbəb sifariş olunan malların müqavilə ilə razılaşdırılmış müddətdə təhvil verilməməsi, malların gətrildiyi ünvanda quraşdırılması üçün ölçülərə uyğun olmadığından yerləşdirilməsi üçün yerində kəsilməsi, mallarda qüsurların olması, malların istehsal ölkəsinə, istehsal fabrikinə və mənşə sertifikatına dair sənədlərin alıcıya verilməməsi olmuşdur. Bununla bağlı cavabdehin istehlakçı kimi hüquqlarının pozulmasına məhkəmə kollegiyası tərəfindən qanuni əsaslarla qiymət verilməmişdir.
39. MM-in 568.2, 569.1 və 576-cı maddələri üzrə - məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfindən satılan mallara dair sənədlərin cavabdeh tərəfindən tələb olunmasına əhəmiyyət verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin qanuni tələblərini pozmuşdur. Məhkəmə qətnaməsi ilə cavabdehin sənədsiz malları almasına məcbur edən qətnamə çıxarılmışdır. İddiaçı tərəfindən mallar tərəflər arasında müəyyənləşdirilən müddətdə alıcıya çatdırılmamış və təhvil verilməmişdir. Həmçinin həmin müddətdə mebel dəstlərinin hazırlanmadığı, sifarişçiyə təhvil verilmədiyi məhkəməyə təqdim olunmuş sənədlərlə və tərəflərin izahatları ilə sübut olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə sübut təqdim olunaraq 2023-cü ilin avqust ayında mebel dəstl ərinə quraşdırılacaq ləvazimatların sifarişçiyə aidiyyatı olmayan, səlahiyyət verilməyən Səbuhi adlı şəxslə müzakirələr aparması qeyd olunmuşdur. Məhkəmənin mövqeyi (bax §25-26) ilə razı olmayan cavabdeh qeyd etmişdir ki, məhkəmə tərəfindən cavabdehi təmsil etmək hüququ olmyan, şəxsiyyəti məhkəmə tərəfindən müəyyən olunmayan Səbuhi adlı şəxsin “whatsapp” yazışmalarına istinad etməsi əsassızdır. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinin tələblərinə zidd qətnamə qəbul olunmuşdur. Müqavilənin həmin bəndinə görə müqaviləyə əlavə və dəyişikliklər hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaqla və möhürlənməklə yazılı şəkildə həyata keçirilməlidir.
40. MM-in 580.1, 752.1 və 752.2-ci maddələri üzrə - məhkəmə kollegiyasının müqavilənin podrat müqaviləsin ə uyğun gəlməsini qeyd etməklə tərəflər arasında yaranmış alqı-satqı müqaviləsindən tamamilə imtina etməsi əsassız və qanunsuzdur. Məhkəmə kollegiyasının cavabdeh tərəfindən sifariş olunmuş mebel dəstlərinin onun üçün deyil, bazara çıxarılması məqsədi ilə istehsal olunmasına dair mülahizələri əsassızdır. Məhkəmə kolegiyası MM-in 755.1-ci maddəsinə istinad edərək yanlış nəticəyə gəlmişdir ki, guya həmin maddənin məzmunundan “podrat işin şəxsən podratçı tərəfindən deyil, digər şəxslər tərəfindən də icra edilə bilməsini” müəyyənləşdirmişdir. Məhkəmənin gəldiyi mövqe qanunun tələblərinə zidddir. İddiaçı tərəfindən cavabdehin sifarişi ilə satdığı mallara dair hər hansı bir sənəd verilməmiş və bağlanmış müqavilə istisna olunmaqla malların istehsalına, satışına dair hər hansı bir sənəd təqdim olu nmamışdır. Cavabdeh məhkəmə kollegiyasının tərəflər arasında bağlanmış müqavilə və müqavilənin qiymət razılaşma protokolunda mebellərin məhz “Line Decor” şirkətinə aid mebel olması barədə hər hansı bir bənd nəzərdə tutulmadığını, açıq internet resurslarından edilmiş axtarış nəticəsində də Türkiyə markası olan “Line Decor” şirkəti ancaq mətbəx mebellərinin istehsalı ilə məşğul olması, müqaviləyə əsasən tərəflərin sifariş olunan mebellərin məhz “Line Decor” firması tərəfindən istehsal olunması barədə razılaşmaların öz təsdiqini tapmaması nəticəsi ilə razılaşmamışdır. “Line Decor” mağazasında şirkətin direktorunu qəbul edən şəxslə söhbətdə xarici firmaların mebel kataloqları, mağazada olan nümunələri təqdim olunmuşdur. Tərəflər arasında “Line Decor” şirkətinə məxsus mebellərin alqısatqısına d air razılığa gəlinmişdir. Ondan sonra iddiaçı tərəfindən şifahi danışıqlar əsasında müqavilə tərtib olunmuş, müqavilə cavabdehə təqdim olunmuşdur. İddiaçının nümayəndəsi bu halları inkar etməmişdir. Məhkəmə kollegiyası mebellərdə mövcud qüsurlarla bağlı MM-in alqı-satqı müqaviləsinə dair tələblərini deyil, həmin məcəllənin 763.1-ci və 765-ci maddələrini tətbiq etməklə yanlış hüquq normasını tətbiq etmişdir. 41. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi üzrə - cavabdeh malların alınması, sifariş olunması ilə satıcı qarşısında istehlakçı qismində çıxış etmişdir ki, malların alınması ilə istehlakçı olduğundan mübahisəyə İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələbləri tətbiq olunmalıdır.
42. MPM- in 9, 14.2, 77.1, 88 və 217-ci maddələri üzrə - məhkəmə işə baxarkən cavabdehin istinad etdiyi maddi prosessual normalarının tələblərini pozmuşdur. 43. "xxxx" MMC-nin şikayəti üzrə Konstitusiya Məhkəməsinin 2018-ci il 11 iyun tarixli Plenumu Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarlarlarındakı mövqeyi üzrə - qeyd olunan qərarların mövqeyi nəzərə alınmamışdır.
44. Digər məsələlərdə qeyd edilmişdir ki, məhkəmə iddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etdiyini, razılaşdırılmış 4 ədəd mebel dəstinin cavabdehə təhvil verildiyi barədə nəticəsinə gəlmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtləri ilə məhkəmənin gəldiyi nəticə uyğun deyil (müqavilənin 1.1 və 2.4-cü bəndləri). İddiaçı tərəfindən müqavilənin həmin şərtlərinə əməl edilməmişdir. Məhkəmə qətnaməsində iddiaçının lazımı keyfiyyətdə malı cavabdehə təhvil verməməsi səbəbindən mebel dəstlərinin təmir etdirilməsi, qüsurların aradan qaldırılması xərci olaraq 8.000 manat məbləği iddia tələbindən çıxılmışdır. İş üzrə ekspert tərəfindən aşkar olunan qüsurların böyük hissəsinin aradan qaldırılması imkanı ilə nəticəyə gəlmək olmuşdur ki, mebellərdə olan bəzi qüsurların aradan qaldırılması mümkün deyil. Həmçinin, hansı əsasa və ya qanuna görə cavabdeh tərəfindən 4 ədəd mebel dəstləri üçün 72.990 manat məbləğində ödəniş edilməli, mənşəyi bəlli olmayan, istehsal ölkəsi, istehsal yeri, istehsal fabriki məlum olmayan və sənəd təqdim olunmayan, elektron qaimə-faktura təqdim olunmayan malları alınmalıdır. İddiaçı tərəfindən 4 ədəd mebel dəsti Azərbaycan Respublikası Vergi Məcəlləsi və Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 saylı Qərarı ilə müəyyən olunmuş qaydalara uyğun olaraq cavabdehə təhvil verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
46. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin olunması hissəsində və qarşılıqlı iddiaya münasibətdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq həmin hissədə yoxlanılacaqdır.
47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüq uq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
48. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır...." "Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir...." “Maddə
755. İşi şəxsən yerinə yetirmək vəzifəsi Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakt erindən irəli gəldiyi hallarda borcludur. “Maddə
762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun....” “Maddə
763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. …” “Maddə
765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzin i sifarişçiyə ödəməyə borcludur. “Maddə
766. Məmulatın qüsuru nəticəsində muzdun azaldılması Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
49. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən müvafiq hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mö vqeyi
50. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Belə ki, kassasiya şikayətində cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız olduğunu iddia edərək, əsasən mebellərin təhviltəslim edilmədiyini, müqavilə şərtlərinə əməl olunmadığını və malların keyfiyyətinin razılaşdırılmış şərtlərə uyğun gəlmədiyini bildirir. Lakin bu mövqe apellyasiya məhkəməsinin iş üzrə müəyyən etdiyi faktiki hallara və tətbiq edilən hüquq normalarına uyğun deyildir.
52. İş materiallarından aydın şəkildə görünür ki, tərəflər arasında bağlanmış müqavilənin predmetini sifarişçinin göstərişlərinə əsasən konkret ölçü və dizay nda hazırlanmış mebel dəstləri təşkil etmişdir. Apellyasiya məhkəməsi bu müqavilə münasibətinə düzgün hüquqi qiymət verərək müəyyən etmişdir ki, sifariş verilmiş mebellər cavabdeh tərəfindən sifarişçiyə məxsus mənzildə quraşdırılmış və yalnız quraşdırıldıqdan sonra onların keyfiyyətində qüsurlar aşkarlanmışdır. Bu hal bir daha təsdiq edir ki, malların faktiki təhvil verilməsi baş vermişdir.
53. Bundan əlavə, kassasiya şikayətində iddia edilən kimi malların təhvil-təslim aktı tərtib edilməməsi faktı alıcı tərəfindən sifariş edilmiş malların təhvil alınmadığını sübut etmir. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, alıcının özü tərəfindən tərtib edilmiş aktda mallarda qüsurların qeyd olunması yalnız malların təhvil alındığını təsdiq edir, çünki qüsurlar yalnız quraşdırılmış vəziyy ətdə müəyyən edilə bilərdi.
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin malların istehsalçı firma tərəfindən təqdim olunmaması və sənədlərin təqdim edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu arqumentə əsaslı cavab vermişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə malların konkret bir istehsalçıya aid olması şərti nəzərdə tutulmamışdır. Bu səbəbdən satıcının alıcıya hansı istehsalçı tərəfindən hazırlanmış malları təqdim etməsinin hüquqi əhəmiyyəti yoxdur.
55. Nəticə etibarilə, kassasiya şikayətində irəli sürülən dəlillər apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas vermir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə bütün vacib halları tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflərin hüquq və vəzifələrini düzgün müəyyən etmiş, tətbiq olunan hüquq normalarını düzgün tətbiq edərək əsaslandırılmış qətnamə qəbul etmişdir. Bu səbəbdən kassasiya şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur və apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
56. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 23 oktyabr tarixli 2-2(103)-972/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.