Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-12/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: “pul tələbi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Xəlilov İsmayıl Kamil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının nümayəndəsi və vəkili, cavabdehin nümayəndəsi X2, vəkili X3 iştirakları ilə, iddiaçı "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasın ın 2021-ci il 22 iyul tarixli, 2-2(103)-433/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" Şirkəti (bundan sonra – “Şirkət”) ilə Cavabdeh MMC (bundan sonra – “MMC”) arasında 2017-ci il 24 avqust tarixində 2014-cü il 14 aprel tarixli alqı-satqı müqaviləsinə əsasən razılaşma protokolu bağlanmışdır.
2. Razılaşma protokolunun: 1-ci bəndinə əsasən, 2017-ci il 24 avqust tarixinə MMC-nin 2014-cü il 14 aprel tarixdə imzalanmış sözləşməyə görə, Şirkətdən təhvil aldığı lift avadanlıqlarına görə olan borcun ümumi məbləği 438.330 ABŞ dolları təşkil edir. 2-ci bəndinə əsasən, Şirkətin anbarında MMC-nin sifarişi əsasında istehsal edilmiş, ümumi dəyəri 205.000 ABŞ dolları olan lift şaxta qapıları və kabin mexanizmləri MMC-nin ünvanına göndərilmək üçün hazırlanmışdır. 3-cü bəndinə əsasən, protokolun 1 və 2 bəndlərində göstərilən lift avadanlıqlarının ümumi dəyəri 643.330 ABŞ dolları təşkil edir və bu məbləğ MMC tərəfindən Şirkətə ödəniləcəkdir. 3. 2017-ci il 24 avqust tarixli razılaşma protokolu üzrə tərtib olunmuş ödəmə qrafikinə əsasən, MMC müqavilə əsasında yaranmış borcun (ümumilikdə 643.330 ABŞ dolları) ödənilməsi məqsədi ilə Şirkət qarşısında 2017-ci il 25 sentyabr tarixində 150.000, 25 oktyabr tarixində 113.330, 25 noyabr tarixində 200.000, 25 dekabr tarixində isə 180.000 ABŞ dolları ödəmək öhdəliyi götürmüşdür.
4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu il 8 may tarixli 1000170/170-24/010168 saylı məktubuna əlavə edilmiş xarici tərəfdaşın idxal-ixrac əməliyyatları haqqında ümumi məlumata əsasən, Şirkət tərəfindən 2017-ci il 1 avqust tarixindən 2019-cu il 29 aprel tarixinədək statistik dəyəri 101.120 ABŞ dolları məbləğində olan 2 ədəd "xxxx" mod.elektriklə idarə olunan sərnişin liftləri MMC tərəfindən 2018-ci il tarixli 31 yanvar bəyannamə əsasında Azərbaycan Respublikasına idxal edilmişdir.
5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 2019-cu il 7 may tarixli **********8921300 saylı məktubuna əsasən, Şirkət 01.08.2017-ci il tarixdən 07.05.2019-cu il tarixədək 98.620 ABŞ dolları dəyərində lift avadanlıqları istehsal edərək MMC-nin ünvanına göndərmişdir.
6. Şirkət 2019-cu il 28 mart tarixində pretenziya məktubu ilə MMC-yə müraciət edərək borcun ödənilməsini xahiş etmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Şirkət 2019-cu il 12 aprel tarixində MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək (daha sonra Şirkətin nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək) MMC-dən 536.950 ABŞ dolları əsas borcun, habelə borc gecikdirildiyi üçün 53.695 ABŞ dolları məbləğində zərərin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirkət ilə MMC arasında bağlanmış lift və lift avadanlıqlarının alqı-satqısına dair 2014-cü il 22 aprel tarixli müqavilə üzrə MMC-nin satın aldığı mallara görə Şirkətə 438.330 ABŞ dolları məbləğində borcu yaranmışdır. 9. 2017-ci il 24 avqus t tarixində qarşılıqlı razılıq əsasında razılaşma protokolu imzalanaraq bu müqaviləyə edilmiş əlavəyə - razılaşma protokoluna əsasən, Şirkət siyahısı razılaşma protokoluna əlavə edilən 205.000 ABŞ dolları dəyərində lift avadanlıqları istehsal edərək MMC-yə satmağı öhdəsinə götürür, MMC isə həm bu razılaşma protokolu ilə, həm də bu protokolun əlavə edildiyi müqavilə üzrə satın aldığı lift və lift avadanlıqlarına görə yaranmış borcunu ümumiləşdirərək 2017-ci ilin 25 dekabr tarixinədək ödəməyi öhdəsinə götürmüş, ödənişlə bağlı qrafık tərtib edilmişdir (bax yuxarıda §§ 1-3).
10. Beləliklə, 2017-ci il 24 avqust tarixli razılaşma protokoluna əsasən Şirkət 98.620 ABŞ dolları dəyərində lift avadanlıqları istehsal edərək MMC-nin ünvanına göndərmiş, MMC isə öz növbəsində həmin malları 2018-ci il 31 yanvar tarixli bəyannamə əsasında Azərbaycan Respublikasına idxal etmişdir.
11. MMC malları qəbul etsə də, əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməmiş, bununla da 2014-cü il 22 aprel tarixli alğı-satqı müqaviləsinə və həmin müqaviləyə edilən 2017-ci il 24 avqust tarixli əlavəyə - razılaşma protokoluna əsasən, MMC-nin Şirkətə cəmi 536.950 ABŞ dolları borcu yaranmış, MMC Şirkətin pul vəsaitinin ödənilməsini 2018-2019-cu illər üzrə gecikdirdiyinə görə illik 5 faiz olmaqla 53.695 ABŞ dolları məbləğində zərər ödəməlidir.
12. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 28 fevral tarixli e-2-2(113)83/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, MMC-dən 536.950 ABŞ dolları məbləğində borc və 53.695 ABŞ dolları məbləğində zərər Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş AB Ş dollarının ödəniş günü manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutularaq Şirkətin xeyrinə ödənilməsi qət edilmişdir (hakim – Z.Axundova).
13. Məhkəmə MMC-nin iddia tələbini 98.620 ABŞ dolları hissədə etiraf etdiyini, həmçinin həmin borcun mövcudluğunun təsdiq olunduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin olunmalıdır.
14. MMC iddia tələbinin 438.330 ABŞ dolları hissəsini qəbul etməsə də, məhkəmə həmin məbləğlə bağlı MMC 2017-ci il 24 avqust tarixli, hər iki tərəfin imzaladığı razılaşma protokolunu həmin hissədə borcun etirafı kimi qəbul etmişdir. MMC həmin məbləğin ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.
15. Məhkəmə iddia tələbinin zərərin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, razılaşma protokolu 2017-ci il 24 avq ust tarixində bağlanmış, MMC 536.950 ABŞ dolları borc məbləğini hazıradək ödəmədiyindən Şirkət gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 53.695 ABŞ dolları məbləğində zərəri tələb etməkdə haqlıdır.
16. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.7, 445.8, 448.1, 567, 598.1, 598.2, 882.1, 882.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. MMC həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən 49.170 ABŞ dollarının tutulması hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat
18. Bakı A pelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 9 sentyabr tarixli, 2-2(103)-450/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 28 fevral tarixli 2-2(113)-83/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov).
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, MMC Şirkətdən 2018-ci il 31 yanvar tarixli bəyannamə əsasında idxal edilmiş 98.620 ABŞ dolları dəyərində mal aldığını etiraf etdiyi halda həmin malın dəyərinin ödənilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. 20. 2017-ci il 24 avqust tarixli razılaşma protokolu ilə təsdiq olunur ki, MMC-nin Şirkətdən müxtəlif tarixlərdə aldığı lift avadanlıqlarına görə 2017-ci il 24 avqust tarixinə qalıq borcunun ümum i məbləği 438.330 ABŞ dolları olmuşdur. MMC məhkəməyə 2017-ci il 24 avqust tarixindən sonra Şirkətə hər hansı məbləğdə ödəniş edildiyini təsdiq edən sübut təqdim edə bilməmişdir. MMC-nin ödənişlərlə bağlı təqdim etdiyi e-mail yazışmaları, bank hesabından çıxarış və digər sənədlər qeyd edilən tarixdən əvvəlki dövrə aid olduğundan Şirkətin tələb etdiyi borc üzrə ödəniş edildiyini təsdiq edən sübut kimi nəzərə alına bilməz.
21. MMC 438.330 ABŞ dolları dəyərində malın ona təhvil verildiyini mübahisələndirərək apellyasiya şikayətində bu halla bağlı əlavə araşdırma aparılmalı olduğunu bildirsə də, məhkəmə 2017-ci il 24 avqust tarixli razılaşma protokolunu mövcud borcun etirafı barədə müqavilə kimi qəbul edir və prosessual qənaət prinsipinə müvafiq olaraq etiraf edilmiş borcla bağlı əlavə araşdır ılma aparılmasını zəruri hesab etmir.
22. Qanuna əsasən borc öhdəliyinin mülki qanunvericiliyin tələblərinə uyğun yazılı müqavilə bağlanması yolu ilə etiraf edilməsi həmin borcun mövcudluğunu mübahisələndirmək hüququnu istisna etdiyindən, o cümlədən MMC-nin Şirkət tərəfindən göndərilən malları TİR şirkətindən gec qəbul etməsi ilə əlaqədar həmin Şirkətə olan borc məbləğinin azalması üçün əsas olmadığından məhkəmə MMC-nin apelyasiya şikayətini əsas borcla bağlı hissədə əsassız hesab edir.
23. Məhkəmə mübahisələndirilən qətnaməni 53.695 ABŞ dolları məbləğində zərərin cavabdehdən tutulması hissəsində də əsaslı hesab edir.
24. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarından başqa MM-nin 882.3, 882.4-cü maddələrinə istin ad etməklə əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §§ 14-17).
25. Qətnamə 2020-ci il 17 sentyabr tarixində tərəflərə göndərilmişdir.
26. Həmin qətnamədən MMC 2020-ci il 6 noyabr tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsində icraat
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-cu il 09 fevral tarixli, 2-2(102)-53/2021 saylı qərarı ilə (hakimlər B.M.Məmmədli (sədrlik edən), S.Ə.Hüseynova və B.F.Qəribov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2020-ci il 9 sentyabr tarixli, 22(103)-450/2020 sa ylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
28. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 2017-ci il 22 avqust tarixli müqavilə ümumiyyətlə işin materiallarında yoxdur və Şirkət iddia ərizəsində ona istinad etməmişdir. 2014-cü il 14 aprel müqavilə isə işin materiallarında vardır (i.m., İ cild, səh. 31, 157-158). İstənilən halda iddia ərizəsi 2017-ci il 24 avqust tarixli razılaşma protokolunda nəzərdə tutulmuş öhdəliklərin MMC tərəfindən yerinə yetirilməməsi səbəbindən verilmişdir. Məhz həmin razılaşma protokolu tərəflər arasında öhdəlikləri müəyyən edən son qarşılıqlı iradə ifadəsini əks etdirir.
29. Mübahisənin düzgün həll olunması üçün əhəmiyyət kəsb edən mübahisəsiz hal odur ki, razılaşma protokolu imzalandıqdan sonra göndərilmiş malın dəyə ri olan 98.620 ABŞ dollar məbləğində borc MMC tərəfindən proses zamanı etiraf olunmuşdur və buna görə də mübahisə doğurmur. Bu zaman malın Şirkətin sahibi Cemil Aksakalın adına sənədləşdirilmiş girov təminatı əsasında idxal olunması, yaxud malların qiymətinin 2-3 dəfə yuxarı göstərildiyindən MMC-nin həmin malları gömrükdən çıxarmaq istəməməsi və bununla da tərəflər arasında mübahisə yaranması işin həlli baxımından əhəmiyyət kəsb etmir.
30. İşin materiallarında olan hər iki tərəfin rəhbərinin imzası və müəssisənin möhürü ilə rəsmiləşdirilmiş, hər iki tərəfin qarşılıqlı iradə ifadəsini əks etdirən üzləşmə aktlarından ("xxxx") görünür ki (i.m., İ cild, səh.166-167, 208), MMC-nin Şirkətə ümumilikdə borcu 2017-ci il 20 noyabr tarixinə 49.170 (53.120 – 3.950) dollar, 2017-ci il 21 noyabr tarixin ə isə 53.270 (57.220 – 3.950) dollar təşkil etmişdir.
31. Göründüyü kimi, bu üzləşdirmə aktları ilə borcun müəyyən olunduğu tarixlər 2017ci il 24 avqust tarixli razılaşma protokolundan sonrakı tarixlərə təsadüf edir və aktlarda göstərilmiş borcun məbləği həmin protokolda əks etdirilmiş 438.330 dollar borcun məbləğindən 8,2-8,9 dəfə azdır.
32. Məhkəmə isə MMC-nin ödənişlərlə bağlı təqdim etdiyi sənədləri qeyd edilən tarixdən əvvəlki dövrə aid olduğundan borc üzrə ödəniş edildiyini təsdiq edən sübut kimi nəzərə alına bilməməsini qeyd etməklə kifayətlənmişdir. Belə yanaşma həqiqəti əks etdirməməklə yanaşı, məhkəmənin iş üzrə toplanmış bəzi sübutlara qiymət vermədiyini, sübutetmə ilə bağlı prosessual tələbləri pozduğunu göstərir.
33. Bundan başqa, iş materiallarında olan 2014-cü il 14 aprel ta rixli sözləşmənin 4 maddəsindən belə anlaşılır ki, alıcı (MMC) malları satıcının (Şirkət) anbarında təhvil aldıqdan və dəyərini tam ödədikdən sonra malların ixracı gerçəkləşdiriləcəkdir.
34. İşin materiallarında malların təhvil alınmasını və dəyərinin ödənilməsini təsdiq edən sənədlər yoxdur. Belə olan halda təhvil alındığı bildirilən malların dəyəri MMC tərəfindən ödənilmədən ixracın hansı qaydada baş tutduğu məlum olmur. Həmin mallar təhvil alınsaydı və dəyəri ödənilsəydi ən azı hazırkı iddia tələbi əsassız hesab olunmalı idi.
35. MMC-nin vəkili 2019-cu il 23 dekabr tarixli 712 saylı sorğu məktubu ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə müraciət edərək tərəflər arasında 2014-cü il 22 aprel tarixindən 2017-ci il 24 avqust tarixinədək aparılmış əməli yyatlara dair bəyannamələrin, invoys sənədlərinin surətlərinin məhkəməyə təqdim edilməsi üçün verilməsini xahiş etmiş (i.m., İ cild, səh. 168), lakin işin materiallarından görünür ki, müraciət cavabsız qalmışdır.
36. Həmçinin MMC-nin nümayəndəsi Bakı Kommersiya Məhkəməsinin 2020-ci il tarixli iclasında həmin sorğu haqqında məlumat vermiş (i.m., İ cild, səh. 171), lakin sonradan nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəmələri sorğunun nəticələri ilə maraqlanmış, malların idxalını təsdiq edən sənədlər əldə olunmadan iş üzrə kifayət qədər əsaslandırılmamış qərar qəbul etmişlər.
37. Ümumiyyətlə, apelyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə 2017-ci il 24 avqust tarixli razılaşma protokolunu mövcud borcun etirafı barədə müqavilə kimi qəbul edir və prosessual qənaət prinsipinə müvafiq olaraq etiraf edilmiş borcla bağlı əlavə araşdırılma aparılmasını zəruri hesab etmir.
38. Halbuki, yalnız razılaşma protokolu əsas götürülərək, digər sübutların, halların düzgün və ya ümumiyyətlə qiymətləndirilməməsi mübahisənin tam, hərtərəfli və obyektiv həllinə, qaranlıq qalan bütün məqamlara aydınlıq gətirilməsinə xidmət etmir. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
39. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 2-2(103)-433/2021 saylı qətnaməsi ilə (hakimlər X.A.Cəmilova (sədrlik edən), M.N.Tağızadə və A.S.Hüseynov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-83/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul e dilmiş, iddia qismən təmin edilərək, cavabdehdən 53.270 ABŞ dolları məbləğində borc və 3.551,3 ABŞ dolları məbləğində zərər ödəniş günü Azərbaycan manatına olan məzənnə nəzərə alınmaqla manat hesabı ilə tutularaq iddiaçının xeyrinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
40. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında davamlı olaraq kommersiya münasibətləri olmuş və onlar elektron qaydada (e-mail vasitəsilə) yazışmalar aparmışlar. Belə ki, onlar arasında elektron formada aparılmış yazışmalardan görünür ki, göndərilən malların ümumilikdə dəyəri 79.356.00 ABŞ dolları təşkil etmiş, həmin məbləğdən 42.000.00 ABŞ dolları ödənilmiş, 37.357.00 ABŞ dolları məbləğin ödənişi isə qalmışdır. İddiaçı tərəfindən cavabdehə 37.000.00 ABŞ dolları məbləğin də vəsaitin göndəriləcəyi təqdirdə borcun tamamlanacağı bildirilmişdir.
41. Elektron formada aparılan yazışmaya (bu yazışmaları hər iki tərəf imza və möhürlə təsdiqləmişdir) görə “Hesab durumu” (İ cild i.v. 166-167, 208) sənədindən görünür ki, "xxxx" MMC-nin Şirkətə ümumilikdə borcu 2017-ci ilin 20 noyabr tarixinə 49.170 (53.1203950) dollar, 2017-ci ilin 21 noyabr tarixinə isə 53270 (57220-3950) dollar təşkil edir. 21.11.2017-ci il tarixə olan borcun 20.11.2017-ci il tarixə olan borc məbləğindən çox olmasını cavabdehin nümayəndəsi onunla izah etmişdir ki, 20.11.2017-ci il tarixdə tərəflər arasında son hesab durumu nəzərdən keçirilərkən borclar bir daha üzləşdirilmiş və nəticədə daha dəqiq olaraq borcun 53.270 ABŞ dolları olduğu razılaşdırılmışdır. Ona görə də sonuncu 21.11.2017-ci il tarix li üzləşmə aktına görə həmin borc məbləği 53.270 ABŞ dolları olaraq təsdiqlənmişdir.
42. Qeyd olunan sənədlər 24.08.2017-ci il tarixdə tərəflərin imzaladığı razılaşma protokolundan sonra tərtib edilmişdir, ona görə də tərəflər arasında imzalanmış sonuncu sənəd olaraq protokola istinad olunması və cavabdehin 438.330 ABŞ dolları məbləğində borcunun qalması fikri qəbuledilməzdir. Üzləşdirmə aktlarına görə qalan borc- 53.270 ABŞ dolları məbləği tərəflərin daha öncə imzaladığı razılaşdırma protokolundakı məbləğdən dəfələrlə azdır. 43. 14.04.2014-cü il tarixli sözləşmənin 4-cü maddəsinə əsasən tərəflər belə razılaşmışlar ki, alıcı şirkət malları satıcının anbarında təhvil aldıqdan və dəyərini tam ödədikdən sonra malların ixracı gerçəkləşdiriləcəkdir. Hazırkı işdə malların təhvil alınmasını və dəyərinin ödənilməsini təsdiq edən sənədlər olmadığı üçün təhvil alındığı bildirilən malların dəyəri MMC tərəfindən ödənilmədən ixracın hansı qaydada baş tutduğunu müəyyən etmək məqsədilə, o cümlədən iddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında 2014-cü il 22 aprel tarixindən 2017-ci il 24 avqust tarixinədək aparılmış əməliyyatlara dair bəyannamələrin, invoys sənədlərinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu göndərilmişdir.
44. Həmin sorguya cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 13.07.2021-ci il tarixdə daxil olmuş məktubda qeyd edilmişdir ki, 22.04.2014-cü il tarixdən 24.08.2017-ci il tarixədək olan dövr ərzində "xxxx" Şirkətindən malların idxalı haqqında məlumatı, 22.04.2014-c ü il tarixdən 24.08.2017-ci il tarixədək olan dövr ərzində gömrük rəsmiləşdirilməsi ilə bağlı tərtib edilmiş gömrük bəyannaməsinin və təqdim olunmuş invoysun surətləri təqdim edilmişdir. Həmçinin məktubda qeyd olunmuşdur ki, 22.04.2014-cü il tarixdən 04.04.2016-cı il tarixədək olan dövr ərzində aparılan idxal-ixrac əməliyatları haqqında sənədlərin saxlama müddəti bitdiyi üçün sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 nömrəli 6 mart 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyasının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydaları”nın 11-ci bəndinə əsasən məhv edilmişdir.
45. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş cavab mə ktubuna əlavə edilmiş gömrük bəyannamələri əsasında rəsmiləşdirilmiş ixrac və idxal əməliyyatları haqqında məlumat sənədlərindən görünür ki, iddiaçı "xxxx" Şirkəti tərəfindən Cavabdeh MMC-nin adına göndərilmiş və həmin dövrdə idxal olunmuş malların dəyəri 332.457,68 ABŞ dolları təşkil etmişdir. Həmin malların dəyərinin ödənilməsini təsdiq edən sənədlər işdə olmasa da, tərəflərin imza edib möhürlə təsdiqlədikləri "xxxx" sənədlərinin mövcudluğu onu deməyə əsas verir ki, idxal olunan malların dəyərinin çox hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Bu fakt tərəflər arasında e-mail vasitəsilə aparılan yazışmaların məzmunu ilə də öz təsdiqini tapır.
46. Beləliklə, işdə adı çəkilən "xxxx" sənədlərinə görə cavabdeh tərəfindən iddiaçıya əsas borc üzrə ödənilməli məbləğin 53.270 ABŞ dollar ı olduğu görünür.
47. Yuxarıda sözügedən 21.11.2017-ci il tarixdə tərəflərin imza və möhürlə təsdiq etdikləri "xxxx" sənədinə görə cavabdeh MMC-nin qanuni təmsilçisi və direktoru olan A.Vəliyev 53.270 ABŞ dolları məbləğində pulun 15.12.2017-ci il tarixədək ödəniləcəyini vəd etmiş, lakin həmin tarixədək öhdəliyini icra etməmişdir.
48. Cavabdeh MMC-nin iddiaçı qarşısında öhdəliyinin icrasını gecikdirdiyi üçün onun vəd etdiyi 15.12.2017-ci il tarixdən iddia qaldırıldığı 12.04.2019-cu il tarixədək (1 il 4 ay) illik 5 % bank uçot dərəcəsi ilə 3551,3 ABŞ dolları məbləğində zərər iddiaçıya ödənilməlidir.
49. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385.1, 386, 442, 443.1, 445.2.1, 445.2.2, 439.3, 449.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.
50. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
51. Tərəflər arasında lift avadanlıqlarının alqı-satqısı ilə bağlı mütamadi əməliyyatlar həyata keçirilmişdir. Sözgedən alqı-satqı əməliyyatlarının nəticəsi olaraq cavabdeh MMCnin Türkiyə Respublikasında qeydiyyatdan keçən iddiaçı şirkətə borcu yaranmışdır. Yaranmış borcun rəsmiləşdirilməsi və yenidən işgüzar münasibətlərin davam etdirilməsi üçün tərəflər arasında iş materiallarında olan 24.08.2017-ci il tarixli müqavilə (razılaşma protokolu) bağlanır. Müqavilənin 1-ci bəndinə əsasən cavabdeh MMC müqavilə bağlanan tarixə iddiaçı şirkətdən müxtəlif vaxtlarda almış olduğu lift avadan lıqlarına görə borcunun 438.330 ABŞ dolları təşkil etdiyini qəbul edir və həmin borcun məbləği qarşılıqlı razılıq əsasında təsdiq edilir. Bundan əlavə isə cavabdeh şirkət əlavə olaraq 205.000 ABŞ dolları məbləğində lift avadanlıqlarının satın alınmasını sifariş edir. Müqaviləyə əlavə edilən ödəmə qrafikinə əsasən isə Cavabdeh MMC yaranmış borcu 25.09.2017-ci il tarixdə 150.000 ABŞ dolları, 25.10.2017-ci il tarixdə 113.330 ABŞ dolları, 25.11.2017-ci il tarixdə 200.000 ABŞ dolları və nəhayət 25.12.2017-ci il tarixdə isə 180.000 ABŞ dolları ödəməyi öhdəsinə götürür. Məhz həmin ödəmə qrafikini isə cavabdeh MMC özü təsdiq edir.
52. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 08.05.2019-cu il tarixli, 1000-170/170-24/010168 saylı məktuba əlavə edilmiş məlumata əsasən iddiaçı şirkət tərəfin dən 01.08.2017-ci il tarixdən 29.04.2019-cu il tarixədək faktura dəyəri 98.260 ABŞ dolları olan sərnişin liftləri Cavabdeh MMC tərəfindən təqdim edilmiş 31.01.2018-ci il tarixli bəyannamə əsasında Azərbaycan Respublikasına idxal edilmişdir. Bu hal həmçinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 07.05.2019-cu il tarixli **********8921300 saylı məktubuna əlavə edilmiş məlumatda da öz əksini tapmışdır.
53. Bundan əlavə, cavabdeh tərəfin etirazlarının əsası kimi qarışıq, bir-birinə zidd izahatlar və əsli olmayan, eləcə də surəti notarial qaydada təsdiq edilməmiş, məzmunu bəlli olmayan, həqiqiliyi iddiaçı tərəfindən qəbul edilməyən kağız parçası təşkil edir ki, sadalanan həmin əsassız dəlillər iş materiallarında (həmçinin məhkəmə iclas protokolunda) öz əksini tapmaqla heç bir sübutla təsdiq edilmir.
54. Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 13.07.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, 22.04.2014- 04.04.2016 tarixləri əhatə edən dövr üzrə aparılmış idxal-ixrac əməliyyatlarına dair sənədlər məhv edilmiş, lakin ondan sonrakı tarixlər üzrə mövcud olan məlumatlardan (idxal əməliyyatları haqqında məlumat sənədləri) görünür ki, 22.04.2014-cü il tarixdən 24.08.2017-ci il tarixədək olan dövr ərzində faktura dəyəri 308.403 ABŞ dolları (statistik dəyər: 332.457 ABŞ dolları) olan mal idxal edilmişdir. Göstərilən rəqəmlərə 24.08.2017-ci il tarixli müqaviləyə əsasən göndərilmiş malların müqabilində yaranmış 98.620 ABŞ dolları borc daxil deyildir.
55. Tərəflər arasında bağlanmış 24.08.2017-ci il tarixli sözləşmə protokolu özlüyündə bir əqddir və tərəflər həmi n əqd üzrə öz iradələrini sərbəst şəkildə ifadə etmişlər. Həmin 24.08.2017-ci il tarixli əqd isə müvafiq şərtlərlə yanaşı həmin tarixə qədər tərəflər arasında baş tutan əməliyyatlar nəticəsində yaranmış borcun məbləğini təsdiq edir. Yəni cavabdeh tərəf həmin əqdlə iddiaçı qarşısında yaranmış borcunu etiraf etməklə qəbul edir və borcun ödənilməsi, eləcə də digər şərtlərlə bağlı razılıq verir.
56. Kassasiya şikayəti Mülki Məcəllənin 882.1, 882.2 və 882.4-cü, Mülki Prosessual Məcəllənin 77.1, 80, 88-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
57. Cavabdehin etirazında qeyd edilmişdir ki, onların birinci instansiya məhkəməsinə təqdim etdiyi “idxal haqqında arayış” Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarında şərh edil ən göstərişlərə uyğun və Bakı Apelyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Gömrük Xidmətinin Məhkəməyə təqdim etdiyi sənədlərdə tam öz əksini tapmışdır. Eyni zamanda cavabdeh tərəfdən birinci instansiya məhkəməsinə təqdim edilmış” ödəniş haqqında arayış”ın doğruluğu məhkəmədə tam sübuta yetirilmişdir.
58. Birinci instansiya məhkəməsinə təqdim edilmiş iddiaçı ilə cavabdeh arasında son üzləşmə aktı (hesab durumu) iki dəfə ( 20.11.2017 və 21.11.2017) dəqiqləşdirmə ilə “iddiaçı”nın özü tərəfindən tərtib edilmiş, “iddiaçının” öz imzası və möhürü ilə təsdiq edilərək, “iddiaçı”nın öz xətti ilə yazılmaqla onaylanması (imzalanması) xahiş ilə elektron ünvan üzərindən “cavabdeh”ə göndərilmiş və ”cavabdeh”in imzası və möhürü ilə təsdiq edilərək, elektron ünvan üzərindən “iddi açı”nın elektron ünvanına göndərilmişdir. Bu hal Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında da şərh edilmişdir.
59. Eyni zamanda “idxal edilən malların ümumi dəyəri” və ödənilən məbləğ” arasındakı fərqin də son üzləşmə aktı (hesab durumu) olan 21.11.2017-ci il tarixli üzləşmə aktında (hesab durumunda) göstərilən məbləğ ilə eyni olması sübuta yetirilmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
60. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
61. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
62. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
63. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir”.
64. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. "Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərin ə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
65. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 2-2(103)-433/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanıl malı, kassasiya şikayəti təmin edilməməlidir.
66. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında davamlı olaraq kommersiya münasibətləri olmuş və onların elektron qaydada (e-mail vasitəsilə) apardıqları yazışmalara əsasən, göndərilən malların ümumilikdə dəyəri 79.356.00 ABŞ dolları təşkil etmiş, həmin məbləğdən 42.000,00 ABŞ dolları ödənilmiş, 37.357,00 ABŞ dolları məbləğin ödənişi isə qalmış, iddiaçı tərəfindən cavabdehə 37.000,00 ABŞ dolları məbləğində vəsaitin göndəriləcəyi təqdirdə borcun tamamlanacağı bildirilmiş, “Hesab durumu” (İ cild i.v. 166-167, 208) adlı sənədə əsasən, Cavabdeh MMC-nin Şirkətə ümumilikdə borcu 2017-ci ilin 20 noyabr tarixinə 49.170 (53.120-3950) dollar, 2017-ci ilin 21 noyabr tarixinə isə 53.270 (57220-3950) dollar təşkil edir, 21.11. 2017-ci il tarixə olan borcun 20.11.2017-ci il tarixə olan borc məbləğindən çox olmasını cavabdehin nümayəndəsi onunla izah etmişdir ki, 20.11.2017-ci il tarixdə tərəflər arasında son hesab durumu nəzərdən keçirilərkən borclar bir daha üzləşdirilmiş və nəticədə daha dəqiq olaraq borcun 53.270 ABŞ dolları olduğu razılaşdırılmış və buna görə də sonuncu 21.11.2017-ci il tarixli üzləşmə aktına görə həmin borc məbləği 53.270 ABŞ dolları olaraq təsdiqlənmişdir.
67. Apelyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, bu sənədlər 24.08.2017-ci il tarixdə tərəflərin imzaladığı razılaşma protokolundan sonra tərtib edildiyindən tərəflər arasında imzalanmış sonuncu sənəd olaraq protokola istinad olunması və cavabdehin 438.330 ABŞ dolları məbləğində borcunun qalması fikri qəbuledilməzdir, üzləşdirmə aktlar ına görə qalan borc - 53.270 ABŞ dolları məbləği tərəflərin daha öncə imzaladığı razılaşdırma protokolundakı məbləğdən dəfələrlə azdır, tərəflərin imza edib möhürlə təsdiqlədikləri "xxxx" sənədlərinin mövcudluğu onu deməyə əsas verir ki, idxal olunan malların dəyərinin çox hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir, bu fakt tərəflər arasında e-mail vasitəsilə aparılan yazışmaların məzmunu ilə də öz təsdiqini tapır və beləliklə, işdə adı çəkilən "xxxx" sənədlərinə görə cavabdeh tərəfindən iddiaçıya əsas borc üzrə ödənilməli məbləğ 53.270 ABŞ dolları həddindədir, cavabdeh MMC-nin qanuni təmsilçisi və direktoru 53.270 ABŞ dolları məbləğində pulun 15.12.2017-ci il tarixədək ödəniləcəyini vəd etsə də, həmin tarixədək öhdəliyini icra etməmiş, iddiaçı qarşısında öhdəliyinin icrasını gecik dirdiyi üçün onun vəd etdiyi 15.12.2017-ci il tarixdən iddia qaldırıldığı 12.04.2019-cu il tarixədək (1 il 4 ay) illik 5 % bank uçot dərəcəsi ilə 3551,3 ABŞ dolları məbləğində zərər iddiaçıya ödənilməlidir.
68. Beləliklə, apelyasiya məhkəməsi iş materiallarına istinadla iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası tərəflər arasında davamlı olaraq kommersiya münasibətləri olduğunu və onların elektron qaydada (e-mail vasitəsilə) apardıqları yazışmalara və hər iki tərəfin imza və möhürlə təsdiqlədiyi “Hesab durumu” adlı sənədə əsasən, Cavabdeh MMC-nin iddiaçı Şirkətə ümumilikdə borcunun 2017-ci ilin 21 noyabr tarixinə 53.270 ABŞ dolları təşkil etdiyini, həmçinin işə yenidən baxılarkən Ali Məhkəmənin 2021-cu il 09 fevral tarixli, 2-2(102)-53/2021 saylı qərarında verilmiş göstərişlərin yerinə yetirildiyini nəzərə alaraq kassasiya şikayətinin əsasən işin faktiki halları ilə bağlı dəlilləri ilə razılaşmır.
69. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 2-2(103)-433/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
71. Bakı A pelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 2-2(103)-433/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.