Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-12/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli 2-2(103)-623/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazıl ı icraat qaydasında baxmışdır. İŞİN HALLARİ
1. İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 2019-cu il 27 fevral tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya tikinti malları təhvil verməyi, alıcı isə həmin malı qəbul edib, razılaşdırılmış müddətlərdə malın haqqını satıcıya ödəməyi öhdəsinə götürür.
2. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər arasında razılaşdırılmış qiymət 11.50 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndində tərəflər arasında hesablaşmanın nağd şəkildə hər on gündən bir tərəzi çekləri və qaimələrə əsasən aparılması, 3.4-cü bənddə isə ödənişin alıcı tərəfindən nağd formada həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. 3. 2019-cu il 28 oktyabr tarixli Təhvil-təslim aktına əsasən satıcı tərəfindən alıcının direktoru Qanuni nümayəndə 2315,34 ton həcmində, 26.626,41 manat dəyərində mal təhvil verilmişdir.
4. İşdə olan qaimələrə əsasən satıcı tərəfindən qiyməti 11.50 AZN olmaqla 2019-cu il 9 mart tarixli ******* saylı qaimə faktura ilə 41.320 kq, 2019-cu il 9 mart tarixli ******* saylı qaimə faktura ilə 41.330 kq, 2019-cu il 10 mart tarixli ******* saylı qaimə faktura ilə 41.960 kq, 2019-cu il 9 mart tarixli ******* saylı qaimə faktura ilə 42.140 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 43.460 kq, 2019-cu il 9 mart tarixli ******* saylı qaimə faktura ilə 43.440 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 42.250 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 42.620 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 42.250 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktur a ilə 40.430 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 41.830 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 41.000 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 42.480 kq, 2019-cu il 8 mart tarixli ******* qaimə faktura ilə 42.310 kq, 2019-cu il 7 mart tarixli ******* saylı qaimə faktura ilə 42.770 kq, 2019-cu il 7 mart tarixli ******* saylı qaimə faktura ilə 42.740 kq, 2019-cu il 7 mart tarixli ******* saylı qaimə faktura ilə 41.960 kq, 2019-cu il 7 mart tarixli ******* saylı qaimə faktura ilə 43.640 kq, 2019-cu il 7 mart tarixli ******* saylı qaimə faktura ilə 42.720 kq, 2019-cu il 6 mart tarixli ******* saylı qaimə faktura ilə 43.960 kq, 2019-cu il 5 mart tarixli ******* saylı qaimə faktura ilə 40.250 kq, 2019-cu il 5 mart tarixli **** *** saylı qaimə faktura ilə 41.050 kq, 2019-cu il 5 mart tarixli ******* saylı qaimə faktura ilə 41.250 kq, 2019-cu il 5 mart tarixli ******* saylı qaimə faktura ilə 40.720 kq, 2019-cu il 3 mart tarixli ******* saylı qaimə faktura ilə 41.880 kq, 2019-cu il 3 mart tarixli ******* saylı qaimə faktura ilə 40.310 kq, 2019-cu il 3 mart tarixli ******* saylı qaimə faktura ilə 42.910 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura ilə 40.210 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura il 41.590 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura ilə 42.980 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura ilə 41.170 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura ilə 42.640 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura ilə 40.370 kq, 201 9-cu il 28 fevral tarixli ******* saylı qaimə faktura ilə 44.340 kq material təhvil verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 26.616,41 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 27 fevral tarixli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, satıcı tərəfindən alıcıya tikinti mallarının (şeben) satılması ilə bağlı razılıq əldə olunmuş və alıcı tərəfindən verilən bütün sifarişlər satıcı tərəfindən va xtında icra olunmuşdur. Son bir neçə ay ərzində cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və düzgün şəkildə yerinə yetirməmiş, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə tərəflər arasında danışıqlar olmasına baxmayaraq, verilən vədlərə vaxtında əməl olunmamış, nəticədə cavabdehin icra olunmamış öhdəliyi yaranmışdır. Hazırda cavabdehin müqavilə üzrə iddiaçıya 26.626,41 manat borcu vardır. Cavabdehə müqavilə üzrə öhdəliklərini icra edərək borcunu ödəməsi barədə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh yenə də öhdəliyinin icrasından yayınmışdır. Eyni zamanda, 2019-cu il 28 oktyabr tarixində cavabdehlə qarşılıqlı akt imzalanmış və həmin akta əsasən cavabdeh həmin tarixə 26.626,41 manat qalıq borcunun olmasını etiraf etmişdir.
7. İddi a tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.1, 445.2.1, 428.4, 448.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.
8. Cavabdeh 2020-ci il 10 mart tarixində iddiaya yazılı etiraz təqdim edərək, alqı-satqı müqaviləsi üzrə ona hər hansı mal təqdim edildiyini qəbul etməmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdəki imzaların cavabdehin direktoruna məxsus olmadığını bildirmişdir.
9. Cavabdehin vəsatəti əsasında Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 8 sentyabr tarixli e-2-2(113)-534/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2020-ci il 15 oktyabr tarixli 4/773 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mülki iş in 41-ci vərəqəsində olan 2019-cu il 28 oktyabr tarixli Təhvil-təslim aktında “Təhvil aldı” hissəsində İmza qrafasındakı imza - Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
11. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 1 mart tarixli e-2-2(113)-75/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 6 may tarixli 5/367 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş: 2019-cu il 1, 3, 4, 6, 7 mart tarixli (i.v 78, 88, 90, 92, 94, 98, 110, 112, 118, 122, 134) tərəzi qəbzlərində olan imzalar, 2019-cu il 3 mart tarixli (i.v 124) tərəzi qəbzində olan iki manatdan altdaki imza, 2019-cu il 10 mart tarixli ******* nömrəli, 2019-cu il 9 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, 2019-cu il 8 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, 2019-cu il 7 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, 2019-cu il 6 mart tarixli ******* nömrəli, 2019-cu il 5 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli,2019-cu il 3 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli,2019-cu il 2 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, 2019-cu il 28 fevral tarixli ******* nömrəli qaiməfakturalardakı “təhvil verdi” qrafasında olan imzalar, 2 019-cu il 6 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli,2019-cu il 4 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, 2019-cu il 2 mart tarixli ******* nömrəli, 2019-cu il 28 fevral tarixli ******* nömrəli, ******* nömrəli, 2019-cu il 27 fevral tarixli ******* nömrəli qaiməfakturalarda olan imzalar, 2019-cu il 2 mart tarixli ******* nömrəli qaimə-fakturanın “Təhvil aldı” qrafasındakı imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa icra edilmişdir. Tədqiqata təqdim edilmiş: 2019-cu il 27 fevral; 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 mart tarixli (i.v 42, 44, 46, 48-54, 56, 58, 60, 62, 64, 66, 68, 70, 72, 76, 80, 82, 84, 86, 96, 100, 102, 104, 106, 108, 114, 116, 120, 126, 140) tərəzi qəbzlərində olan, 2019-cu il 3 mart tarixli (i.v 124) tərəzi qəbzində olan iki imzadan üstdəki imza, 2019-cu il 10 mart tarixli ******* nömrəli, 2019-cu il 9 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli 2019-cu il 8 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, 2019-cu il 7 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, 001318 nömrəli, 2019-cu il 6 mart tarixli ******* nömrəli, 2019-cu il 5 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, 2019-cu il 3 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, 2019-cu il 2 mart tarixli ******* nömrəli, ******* nömrəli qaimə-fakturalarının “Təhvil aldı” qrafasında olan imzalar, 2019-cu il 2 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, 2019-cu il 28 fevral tarixli ******* nömrəli qaimə-fakturalarının cədvəlinin aşağı sağ küncündə olan imzalar faksmile klişe vasitəsilə icra edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 1 iyun tarixli 4/447 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 2019-cu il 27 fevral tarixli tərəzi qəbzində (i.v.140), 2019-cu il 1 mart tarixli tərəzi qəbzində (i.v. 136, 138) 2019-cu il 2 mart tarixli tərəzi qəbzində (i.v. 126, 128, 130, 132), 2019-cu il 3 mart tarixli tərəzi qəbzində (i.v. 120, 124 (1-ci imza), 2019-cu il 4 mart tarixli tərəzi qəbzində (i.v. 108, 114, 116 (2 ədəd imza), 2019-cu il 5 mart tarixli tərəzi qəbzində (i.v. 100, 102, 104, 106) 2019-cu il 6 mart tarixli tərəzi qəbzində (i.v.96), 2019-cu il 7 mart tarixli tərəzi qəbzlərində (i.v. 76, 80, 82, 84, 86), 2019-cu il 8 mart tarixli tərəzi qəbzlərində (i.v. 60, 64, 66, 68, 70, 72), 2019-cu il 9 mart tarixli tərəzi qəbzlərində (i.v. 42, 44, 48, 56, 58, 62), 2019- cu il 10 mart tarixli tərəzi qəbzlərində (i.v. 46, 49, 50, 51, 52), 2019-cu il 11 mart tarixli tərəzi qəbzlərində (i.v. 53, 54), 2019-cu il 10 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 47), 2019-cu il 9 mart tarixli ******* saylı qaimə fakturada (i.v, 59); 2019-cu il 9 mart tarixli ******* saylı qaimə fakturada (i.v: 43), 2019-cu il 9 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 45), 2019-cu il 9 mart tarixli ******* saylı qaimə fakturada (iv. 55), 2019ci il 8 mart tarixli *** **** saylı qaimə fakturada (i.v. 57), 2019-cu il 8 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 61), 2019-cu il 8 mart tarixli ******* saylı qaimə fakturada (i.v: 63), 2019-cu il 8 mart tarixli ******* saylı qaimə fakturada (iv. 65), 2019-cu il 8 mart tarixli ******* saylı qaimə fakturada (iv. 67), 2019-cu il 8 mart tarixli ******* saylı qaimə fakturada (iv: 69), 2019-cu il 8 mart tarixli ******* saylı qaimə fakturada (i.v: 71), 2019-cu il 8 mart tarixli ******* saylı qaimə fakturada (i.v 73), 2019-cu il 8 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 75), 2019-cu il 7 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 77), 2019-cu il 7 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 81), 2019-cu il 7 mart tarixli ******* saylı qaimə fakturada (i.v.83), 2019-cu il 7 mart tarixli **** *** saylı qaimə-fakturada (i.v.85), 2019-cu il 7 mart tarixli ******* saylı qaimə fakturada (i.v.87), 2019-cu il 6 mart tarixli ******* saylı, qaimə fakturada (i.v.97), 2019-cu il 5 mart tarixli ******* saylı qaimə fakturada (i.v.101), 2019-cu il 5 mart tarixli ******* saylı qaimə fakturada (i.v.103), 2019-cu il 5 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 105), 2019-cu il 5 mart tarixli ******* saylı qaimə fakturada (i.v.107), 2019-cu il 3 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 109), 2019-cu il 3 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 115), 2019-cu il 3 mart tarixli ******* saylı qaimə fakturada (i.v.117), 2019-cu il 2 mart tarixli ******* saylı qaimə-fakturada (i.v.121), 2019-cu il 2 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 125) 1-ci imza, 2019-cu il 2 m art tarixli ******* saylı qaimə-fakturada (i.v.127), 2019-cu il 2 mart tarixli ******* saylı qaimə fakturada (i.v,129), 2019-cu il 2 mart tarixli ******* saylı qaimə fakturada (i.v.131), 2019-cu il 2 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 133) 2019-cu il 28 fevral tarixli ******* saylı qaimə fakturada (i.v.137) “Təhvil aldı” və “RECEİVED BY” qrafalarındakı faksmile klişe vasitəsi ilə icra olunmuş imzalar (bax: STE 2021-ci il 6 may tarixli 5/367 saylı rəy) - Qanuni nümayəndə tərəfindən icra olunmuş imzanın əksidir. Ekspertizaya təqdim edilmiş 2019-cu il 10 mart tarixli ******* nömrəli, 2019-cu il 9 mart tarixli 0013198, 0013197, 0013199, ******* nömrəli, 2019-cu il 8 mart tarixli 0013196, 0013194, 0013195, 0013190, 0013193, 0013191, 0013192, 0013188, ******* nömrəli, 2019-cu il 7 mart tarixli 001318, 0013185, 0013183, 0013186, ******* nömrəli, 2019-cu il 6 mart tarixli ******* nömrəli, 2019-cu il 5 mart tarixli 0013170, 0013172, 0013171, ******* nömrəli,2019cu il 3 mart tarixli 0013165, 0013163, ******* nömrəli, 2019-cu il 2 mart tarixli 0013162, 0013157, 0013156, 0013159, ******* nömrəli, 2019-cu il 28 fevral tarixli ******* nömrəli qaimə-fakturalardakı “Təhvil verdi” qrafasında olan imzalar; 2019-cu il 6 mart tarixli 0013180, 0013179, 0013178, 0013175, 0013176, ******* nömrəli, 2019-cu il 4 mart tarixli 0013166, 0013167, ******* nömrəli, 2019-cu il 2 mart tarixli ******* nömrəli, 2019-cu il 28 fevral tarixli 0013153, ******* nömrəli, 2019-cu il 27 fevral tarixli ******* nömrəli qaimə fakturalarında olan imzalar; 2019-cu il 2 mart tarixli ******* nömrəli qaimə-fak turasının “Təhvil aldı” qrafasındakı 1-ci imza; 2019-cu il 1, 3, 4, 6, 7 mart tarixli (i.v 78, 88, 90, 92, 94, 98, 110, 112, 118, 122, 134) tərəzi qəbzlərində olan imzalar; 2019-cu il 3 mart tarixli (i.v 124) tərəzi qəbzində olan iki imzadan altdakı imza - Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
14. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyul tarixli e-2-2(113)-75/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 16.428,32 manat borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim A.Əliyeva).
15. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına istinad etmiş, gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı alqı-satqı müqaviləsı üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqav ilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçının təhvil verdiyi mallar üzrə cavabdehin borcu yaranmışdır. Belə olan halda, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
16. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 425.2, 442, 443.1, 448.1, 567, 600.1, 600.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM”) 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Həmin qətnamədən iddiaçı (2021-ci il 25 avqust tarixində) və cavabdeh (2021-ci il 13 avqust tarixində) tərəfindən apellyasiya şikayətləri verilmişdir. İddiaçı qətnamənin qismən -iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməs ini, cavabdeh isə qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 dekabr tarixli 22(103)-1112/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qisməniddianın təmin edildiyi hissədə ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 16.428,32 manat borcun tutulması hissəsində iddia rədd edilmiş, qətnamə iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər - R.Qurbanov və E.Nağıyeva).
19. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci inst ansiya məhkəməsi iddianı qismən təmin etsə də, qətnamənin əsaslandırıcı hissəsində öz gəldiyi nəticəni əsaslandırmamış, iddiaçının təmin edilmiş tələbinin hansı sübutlarla təsdiq edildiyini, hansı sübutların mötəbər hesab edilmədiyini göstərməmiş, ekspert rəylərinə hüquqi qiymət verməmişdir.
20. İddiaçı cavabdehə alqı-satqı üzrə malların təhvil verildiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Ekspert rəyinə əsasən iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi 2019- cu il 28 oktyabr tarixli üzərində cavabdehin möhürü olmayan təhvil-təslim aktının “Təhvil aldı” hissəsində imza qrafasındakı imzanın cavabdehin direktoru tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.
21. Bundan başqa, cavabdehin direktoru faksimile imzasından onun tapşırığı əsasında istif adə edildiyini qəbul etmədiyindən, faksimile imzanın cavabdehin qanuni təmsilçisi tərəfindən və ya onun tapşırığı ilə istifadə edildiyini sübut etmək vəzifəsi (sübutetmə yükü) iddiaçının üzərinə düşdüyü halda, iddiaçı bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.
22. Tərəflər arasında bağlanmış müqavilədə müqavilə üzrə tərtib ediləcək sənədlərin, o cümlədən təhvil-təslim aktlarının faksimile imza ilə təsdiq edilməsi nəzərdə tutulmamış, o cümlədən, cavabdehin qanuni təmsilçisi tərəfindən onun faksimile imzasından istifadə etmək üçün hər hansı digər şəxsə etibarnamə, yazılı və ya şifahi tapşırıq verilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir.
23. Məhkəmə gəldiyi nəticəni MM-in 331.3-cü maddasinə, MPM-in 77.1 və 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. İddi açı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində, qətnamənin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli 2-2(102)-236/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 dekabr tarixli 2-2(103)-1112/2021 saylı qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir ( məruzəçi hakimİ.Dadaşov, hakimlər B.Məmmədli və B.Qəribov).
26. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin sübutların düzgün qiymətləndirilməməsi ilə gə ldiyi nəticə ilə razılaşmamış, göstərmişdir ki, işinmateriallarındakı 2021-ci il 1 iyun tarixli 4/447 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş tərəzi qəbzlərində olan imzalar, rəydə sadalanan qaimə fakturadakı faksimile klişe vasitəsi ilə icra olunmuş imzalar Qanuni nümayəndə tərəfindən icra olunmuş imzanın əksidir. Tərəflər arasında bağlanmış müqavilədə müqavilə üzrə tərtib ediləcək sənədlərin, o cümlədən təhvil-təslim aktlarının faksimile imza ilə təsdiq edilməsi nəzərdə tutulmadığını qeyd etməklə kifayətlənən apellyasiya məhkəməsi faksimile klişenin cavabdeh Qanuni nümayəndə məxsus olduğunu, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin üzərində bu klişe vasitəsi ilə imzaların icra olunduğunu düzgün qiymətləndirməmişdir. Digər tərəfdən cavabdeh bu klişenin ümumiyyətlə ona məxsus olmadığını, tərəfindən sifariş edildiyini inkar etməmişdir. Belə olduğu təqdirdə, apellyasiya instansiyası məhkəməsi cavabdehin faksimile imza ilə bağlı bildirdiklərinə ehtiyatla yanaşaraq, sonuncunun bu barədə izahatına digər sübutlarla birlikdə qiymət verməli olduğu halda bunu etməmiş, beləliklə, sübutların qiymətləndirilməsində səhvə yol vermişdir.
27. Məhkəmə həmçinin göstərmişdir ki, işin materiallarındakı tərəzi qəbzlərinin üzərində malların yükləndiyi yük avtomobillərinin və onların sürücülərinin adları qeyd edilsə də, işə baxmış məhkəmələr həmin yüklərin əslində haraya daşındığını, eyni yük avtomobillərinin (90VN-704, 90VX-702, 90VX703, 90VX-706 dövlət qeydiyyat nişanlı) kimə məxsus olduğunu və s. müəyyən etmək üçün də heç bir təşəbbüs göstərməmişlər. Halbuki, bu halların də qiq müəyyən edilməsi digər sübutlarla yanaşı iddia tələbinin nə dərəcədə əsaslı olub-olmadığına bilavasitə təsir edə bilərdi.
28. Cavabdehin qanuni təmsilçisi tərəfindən onun faksimile imzasından istifadə etmək üçün hər hansı digər şəxsə etibarnamə, yazılı və ya şifahi tapşırıq verilməsi barədə məhkəməyə sübut təqdim edilmədiyini qeyd edən məhkəmə, bu zaman iddia tələbinə etiraz edən cavabdehin belə bir etibarnamənin mövcud olduğu təqdirdə belə təqdim etmək marağında olmayacağını düzgün qiymətləndirməmiş, ümumiyyətlə bütün təqdim edilmiş tərəzi sənədlərinə etiraz etdiyi halda, ona məxsus eyni faksimile klişe vasitəsilə hansı səbəbdən imzalar edilməsinə cavabdehin münasibətini, cavabdehin başqa hüquqi və fiziki şəxslərlə sənədlərin tərtibatı zamanı və digər hallarda faksimile imzadan istifa də edib-etməməsini aydınlaşdırmamış, bu isə öz növbəsində tam əsaslandırılmamış məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur.
29. Məhkəmə gəldiyi nəticəni MPM-in 88 və 416-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli 2-2(103)623/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi – iddia qismən təmin olunan-cavabdehdən 16.428,32 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək eyni hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-mərukzəçi hakim - V.Məmmədov, hakimlər E.Həsənov və A.Hüseynov).
31. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən-16.428,32 manat hissədə təmin etsə də, qətnamədə gəldiyi nəticəni əsaslandırmamış, iddiaçının təmin edilmiş tələbinin hansı sübutlarla təsdiq edildiyini, hansı sübutların mötəbər hesab edilmədiyini göstərməmiş, ekspert rəylərinə hüquqi qiymət verməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin mötəbər sübutlarla təsdiq edilməyən qətnaməsi iddia təmin edilən hissədə qanunsuz və əsassızdır.
32. Belə ki, iddiaçı cavabdehə alqı-satqı üzrə malların təhvil verildiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Ekspert rə yinə əsasən iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi 2019-cu il 28 oktyabr tarixli üzərində cavabdehin möhürü olmayan təhvil-təslim aktının “Təhvil aldı” hissəsində imza qrafasındakı imzanın-Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Faksimile imza ilə təsdiq edilmiş digər sənədlərə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəf Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə faksimile imzasından onun tapşırığı əsasında istifadə edildiyini, həmin imzadan istifadə etdiyini qəbul etmədiyindən, faksimile imzanın cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən və ya onun tapşırığı ilə istifadə edildiyini sübut etmək vəzifəsi (sübutetmə yükü) iddiaçının üzərinə düşdüyü halda, iddiaçı b u barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.
33. MM-in 331.3-cü maddəsindən aydın olur ki, faksimile imza ilə müqavilənin və ya hər hansı digər sənədin təsdiq edilməsi o zaman etibarlı sayıla bilər ki, müqavilə tərəfləri arasında bu barədə razılaşma olsun. Faksimile imzanın əl ilə icra edilən imzaya bərabər hüquqi qüvvəyə malik olması barədə qanunvericilikdə hər hansı norma mövcud deyil. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə müqavilə üzrə tərtib ediləcək sənədlərin, o cümlədən təhvil-təslim aktlarının faksimile imza ilə təsdiq edilməsi nəzərdə tutulmamış, o cümlədən, cavabdehin qanuni təmsilçisi tərəfindən onun faksimile imzasından istifadə etmək üçün hər hansı digər şəxsə etibarnamə, yazılı və ya şifahi tapşırıq verilməsi barədə Məhkəməyə sübut təqdim edilməmişd ir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbinin qismən təmin edildiyi hissədə mübahisələndirilən qətnamə ləğv edilərək, iddia rədd edilməldir.
34. Faksimile imza ilə imzalanmamış digər tərəzi çekləri və qaimə fakturalarin kim tərəfindən imzalandığı və imzalamış şəxslərin cavabdehin əməkdaşları olduğu barədə işdə sübutlar olmadığından, iddianın rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır.
35. Ali Məhkəmənin 2022-ci il 20 aprel tarixli qərarının üç göstərişləri olmuşdur: 1) faksimile klişenin cavabdeh Qanuni nümayəndə məxsus olduğu, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin üzərində bu klişe vasitəsi ilə imzaların icra olunduğu düzgün qiymətləndirilməmişdir. Digər tərəfdən cavabdeh bu klişenin ümumiyyətlə ona məxsus olmadı ğını, tərəfindən sifariş edildiyini inkar etməmişdir; 2) işə baxmış məhkəmələr həmin yüklərin əslində haraya daşındığını, eyni yük avtomobillərinin (90VN-704, 90VX702, 90VX-703, 90VX-706 dövlət qeydiyyat nişanlı) kimə məxsus olduğunu və s. müəyyən etmək üçün də heç bir təşəbbüs göstərməmişlər; 3) ümumiyyətlə bütün təqdim edilmiş tərəzi sənədlərinə etiraz etdiyi halda, ona məxsus eyni faksimile klişe vasitəsilə hansı səbəbdən imzalar edilməsinə cavabdehin münasibəti, cavabdehin başqa hüquqi və fiziki şəxslərlə sənədlərin tərtibatı zamanı və digər hallarda faksimile imzadan istifadə edib-etməməsi aydınlaşdırılmamışdır.
36. Ali Məhkəmənin qərarının birinci və üçüncü göstərişləri icra olunarkən müəyyən edilmişdir ki, cavabdeh bu klişenin ümumiyyətlə ona məxsus olduğunu, onun tərəfindən sifariş edildiyini qəti inkar edir. Cavabdeh bildirir ki, heç bir vaxt faksimile klişe imza sifariş etməmiş, hazırlatmamış, onun faksimile klişe imzası heç vaxt olmamamış, heç vaxt heç kimlə, o cümlədən hüquq münasibətində faksimile klişe imzadan istifadə etməmişdir.
37. İddiaçı isə ikinci göstərişin icrası ilə bağlı yazılı qaydada bildirmişdir ki, dövlət nömrə nişanları qeyd edilən nəqliyyat vasitələrinin hamısı onun qohumu Aydın Cəfərova məxsusdur. Lakin bu faktın mötəbər olması fərz olunsa belə, iddiaçının sübutetmə yükündə və öz tələbini sübuta yetirmə vəzifəsində hər hansı müsbət dəyişiklikdən bəhs oluna bilməz. Belə ki, onun iddianın faktiki əsasları kimi istinad etdiyi hallara dair təqdim etdiyi sübutların (aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məh kəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün, mötəbər sayılmamalarına hər hansı əsas müəyyən edilməyən və bu səbəbdən məhkəmə kollegiyasının mötəbər sübut kimi qiymətləndiridiyi) ekspert rəylərinə əsasən mötəbərlik əhəmiyyətinə malik olmayan sənədlər kimi qəbul edilməsi, adıçəkilən materiallara sair qaydada yenidən hüquqi qiymət verilməsini səmərəsiz edir.
38. Məhkəmə gəldiyi nəticəni MM-in 331.3, 385.1, 567, 600.1, 600.4-cü; MPM-in 14.2, 77.1, 88, 101.6, 101.7, 103.1, 217.1, 217.3, 372.2, 384.0.2, 385.1.3, 389, 420-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tə ləbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarına istinadla əsaslandırmışdır.
39. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam şəkildə təmin edilməsi barədə qərar qəbul edilməsi xa hiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
40. MM-in 331.3-cü maddəsinin tələbi pozulmuşdur - əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. İddiaçı kassasiya şikayətində son apellyasiya baxışında qəbul olunmuş qətnaməyə istinadla qeyd etmişdir ki, məhkəmə qeyd olunan maddi hüquq normasını düzgün şərh etməmişdir. Belə ki, MM-in 331.3-cü maddəsində yalnız əqdlərin imzalanması ilə bağlı tələblər əks olunmuşdur. Digər sənədlərin tərtib edilməsi və y a imzalanması ilə bağlı bu maddi hüquq normasında hər hansı bir tələb nəzərdə tutulmamışdır. Belə olan halda işin materiallarında olan cavabdehin direktoru Qanuni nümayəndə faksimile imzası ilə imzalanmış tərəzi çekləri və qaimə fakturalara MM-in 331.3-cü maddəsinin müddəalarının tətbiq edilməsi doğru deyildir. Həmin sənədlərdəki faksimile imzaların bizim tərəfimizdən icra edildiyi təsdiq olunmayana qədər bu sənədlər mötəbər sənəd kimi qəbul edilməlidir. Cavabdeh ümumiyyətlə mal təhvil almadığını bildirərək, hətta iddiaçını onun direktorunun faksimile imzasını və təhvil-təslim aktını saxtalaşdırmaqda ittiham edir. Lakin nədənsə bu faktla (guya onun faksimile imzasının saxtalaşdırılması faktı) bağlı bu günə qədər heç bir hüquq mühafizə orqanına müraciət etməmiş, yalnız iddiaçının xahişlərin dən sonra məhkəmə sənəd saxtalaşdırılmasına dair xüsusi qərardad qəbul etmişdir. Halbuki, cavabdeh tərəf, ümumiyyətlə xüsusi qərardad qəbul olunmasına etiraz edirdi. Digər tərəfdən, cavabdeh özü təxminən 2 ilə yaxın müddətdə birinci instansiya məhkəməsini aldatmış, Nümayəndə2 Ağaddin oğlunun cavabdehin hüquqşunası olmasına dair 2020-ci il 2 fevral tarixli əmr və əmək müqaviləsi təqdim edərək, Nümayəndə2 cavabdehin işçisi olması görüntüsü yaratmış və bütün bu müddət ərzində Nümayəndə2 məhkəmədə şirkəti təmsil edərək, cəmiyyətin adından yazılı etirazlar və vəsatətlər vermişdir. Lakin cavabdeh məhkəməyə öz işçisi kimi təqdim etdiyi Nümayəndə2 Ağaddin oğlu ilə bağlanmış əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə müvafiq olaraq elektron informasiya sistemində qe ydiyyata aldırmamış və bununla da məhkəməni aldatmışdır. Eyni hərəkəti cavabdeh iddiaçıya qarşı da etmişdir. Belə ki, Əhməd adlı şəxsi öz işçisi kimi təqdim edərək, işin materiallarında olan 2019-cu il 28 oktyabr tarixli təhvil-təslim aktını ona verməyimizi xahiş etmiş, onun vasitəsilə imzalayıb, sonra bizə geri qaytaracağını bildirmişdir. Məhkəmə araşdırması aparılan dövrdə isə həmin aktda imzanın cavabdeh şirkətin direktoru tərəfindən imzalanmadığı müəyyən edilmişdir.
41. MPM-in 14.1-ci maddəsinin tələbi pozulmuşdur-ekspert rəylərindən göründüyü kimi, faksimile imza ilə imzalanmamış digər tərəzi çekləri və qaimə fakturalardakı imzalar cavabdehin direktoru Qanuni nümayəndə məxsus deyildir. Lakin məhkəmə müqavilənin Qanuni nümayəndə ilə fiziki şəxs kimi deyil, hüquqi şəxs olan cavabdeh ilə bağlanmasını nəzərə almamışdır. Belə olan halda digər tərəzi çekləri və qaimə fakturalarda olan imzaların cavabdehin işçilərinə məxsus olubolmaması aydınlaşdırılmalı idi. Ekspertlərin də müəyyən etdiyi kimi, həmin tərəzi çekləri və qaimə fakturalar bir neçə eyni şəxs tərəfindən imzalanmışdır.
42. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur - Birinci instansiya məhkəməsində iclaslarda iştirak edən cavabdehin direktoru Qanuni nümayəndə tək işləmədiyini və işçilərinin olduğunu, əksər işçilərini rəsmiləşdirmədiyini bildirmişdir. Belə olan halda məhkəmə 2019-cu ildə şirkətdə hansı şəxslərin çalışdığını aydınlaşdırmalı, onların imzalarının təqdim edilən tərəzi çekləri və qaiməfakturalarda olub-olmamasını müəyyənləşdirməli, bundan başqa məhkəmə faksimile imzanın kim tərəfindən icra edildiyini ayd ınlaşdırmalı idi. Bu halın müəyyən edilməsi üçün məhkəmə vergi və digər dövlət orqanlarına sorğular verərək, Cavabdehin başqa hüquqi və fiziki şəxslərlə sənəd dövriyyəsində faksimile imzadan istifadə edib-etməməsini aydınlaşdıra bilərdi.
43. MPM-in 420-ci maddəsinin tələbi pozulmuşdur - Apellyasiya instansiyası məhkəməsi birinci göstərişi səthi olaraq araşdırmış və cavabdehin sadəcə faksimile klişenin ona məxsusluğunu inkar etməsi ilə kifayətlənmişdir. İkinci göstərişlə bağlı iddiaçı tərəfindən bütün nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri təqdim edilərək, bu nəqliyyat vasitələrinin iddiaçının yaxın qohumuna məxsus olduğu bildirilmişdir. Üçüncü göstərişə isə apellyasiya instansiyası məhkəməsi etinasız yanaşmışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə elektron sistem vasitəsi i lə vəsatətlə müraciət edilərək, Ali Məhkəmənin qərarında cavabdehin başqa hüquqi və fiziki şəxslərlə sənədlərin tərtibatı zamanı və digər hallarda faksimile imzadan istifadə edib-etməməsinin aydınlaşdırılması məqsədilə ilə cavabdeh tərəfindən kağız daşıyıcıda Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış sənədlərin, o cümlədən 2019-cu il 18 yanvar tarixindən indiyədək cavabdehin işçiləri barədə məlumatların tələb edilməsi xahiş olunmuş, kommersiya sirri hesab olunduğundan həmin sənədlərin müstəqil şəkildə əldə etmək imkanına iddiaçının malik olmadığı bildirilmişdir. Lakin, məhkəmə bu vəsatəti əsaslandırma aparmadan rədd etmişdir. İddiaçı tərəfindən vəkil sorğusu ilə müraciət edilsə də, X1 2022-ci il 10 mart tarixli məktubu ilə cavabdehin işçiləri bar ədə məlumat verilməsindən imtina edilmiş və yalnız məhkəmə sorğusu əsasında məlumat verilə biləcəyi göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
46. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddəl əri).
47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
48. Azərbaycan Respublikası MM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
331. Yazılı əqd... 331.3. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın ba şqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilmə si) başa düşülür.” “Maddə
567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qay tarılmasını tələb edə bilər....”
49. Azərbaycan Respublikası MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” «Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması ….. 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən ed ilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir». “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
101. Ekspert rəyi... 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndiril ir....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
220. Qətnamənin məzmunu....... 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Maddə
389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.” “Maddə
420. Kassasiya məhkəməsinin gö stərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 51. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblər inə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı)
52. Baxılan iş üzrə iddiaçı cavabdehdən alqı-satqı müqaviləsinə əsasən cəmi 26.626,41 manat borcun tutulmasını xahiş etmiş, malın cavabdehə §3-4-də qeyd olunan sənədlərə əsasən təhvil verdiyinə istinad etmişdir.
53. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən, iddiaçının malın təhvilinə dair məhkəməyə təqdim edilmiş §3-4-də qeyd olunan sənədlərdəki imzalarla bağlı məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, yuxarıdakı (bax §10,12-13) məzmunda ekspert rəyləri alınmışdır.
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın 16.428,32 manat hissəsində əsaslı olmasına dair nəticəsi ilə razılaşmamış, qalan hissədə (bax §34) gəlinən nəticəni əsaslı hesab etmişdir. Lakin nə birinci instansiya məhkəmiəsinin qətnaməsindən, nə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən hansı sübutlara əsasən iddianın şərti olaraq iki hissəyə bölündüyü, məhz faksmilə klişe ilə imzalanmış sənədələrə əsasən cavabehə təhvil verilmş malların dəyərinin 16.428,32 ma nat təşkil etdiyi aydın deyil.
55. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində birinci instansiya məhkəməsinin faksimile imza ilə imzalanmamış digər tərəzi çekləri və qaimə fakturalarin kim tərəfindən imzalandığı və imzalamış şəxslərin cavabdehin əməkdaşları olduğu barədə işdə sübutlar olmadığından, iddianın rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi iddianın rədd edilən hissəsi ilə bağlı hər hansı əsaslandırmanı o cümlədən cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığı müəyyən edilməyən tərəzi çekləri və qaimə fakturalara əsasən təhvil verilmiş malların dəyərinin qalan-10.198,09 manat təşkil etməsini göstərməmiş, bununla da MPM-nin 220.4-cü maddəsinin tələbləri (bax § 49) pozulmuşdur. T am hüquqlu məhkəmə kimi işin faktiki hallarını müəyyən etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi qətnaməni həmin hissədə dəyişdirmədən saxlamaqla eyni prosessual pozuntunu təkrarlamışdır.
56. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlar MPM-nin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməklə, iddia olunan pul məbləğinin hansı hissəsi ilə bağlı sübutlarda imzanın ümumiyyətlə cavabdehə məxsusluğunun təsdiq edilməməsi, hansı hissədə isə faksmilə ilə imzalanması müəyyən edilməli və iddia tələbinə mübahisəli hüquq münasibətini tənzitmləyən maddi hüquq normasının tələbinə uyğun olaraq hüquqi qiymət verilməlidir.
57. Faksmiledən istifadə edilməklə imzalanmış sənədlərə münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi n əticəni mübahisələndirən iddiaçının kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, işə yenidən apellyasiya qaydasında baxan məhkəmə, cavabdehin dəlillərinə MM-in 331.3, MPM-nin 14, 88 və 420-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verməmişdir.
58. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
59. MM-nin 331.3-cü maddəsinin məzmunundan göründüyü kimi (bax § 49), həmin maddə əqdlərin balanması zamanı faksmiledən istifadəni tərəflərin razılaşması ilə şərtləndirmişdir. Baxılan işdə tərəflər arasında müqavilə bağlanarkən faksmilədən istifadə olunmaması işin mübahisələndirilməyən halıdır. Faksmiledən müqavilənin icr ası zamanı tərtib olunmuş sənədlərdə istifadə edilmişdir ki, bununla bağlı qanunvericilikdə hər hansı qadağan olmasına apellyasiya instansiyası məhkəməsi istinad etməmişdir. Belə olan halda Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-nin 331.3-cü maddəsi mübahisəli hüquq münasibətinə düzgün tətbiq edilməmişdir.
60. Faksmiledən istifadə olunmaqla tərtib olunmuş sənədlərin sübuti əhəmiyyəti ilə bağlı işə birinci dəfə baxan kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, «…məhkəmə, …cavabdehin başqa hüquqi və fiziki şəxslərlə sənədlərin tərtibatı zamanı və digər hallarda faksimile imzadan istifadə edib-etməməsini aydınlaşdırmamış, bu isə öz növbəsində tam əsaslandırılmamış məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur».
61. İşin materialla rından görünür ki, işə yenidən baxılarkən iddiaçının nümayəndəsi kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan göstərişların araşdırılması və zəruri sübutların əldə olunması üçün vəsatət versə də (İİ cild i.v 183), məhkəmə, ayrıca akt şəklində tərtib olunmayan, yerində müşavirə ilə qəbul etdiyi qərardadında apellyasiya baxışında yeni sübutların əldə olunmasına yol verilə bilməz əsası ilə vəsatəti təmin etməmiş, bununla da MPMnin 420 və 78-ci maddələrinin tələblərini (bax § 49) pozmuşdur.
62. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilinə qiymət verərkən həmçinin onu da nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın bir hissəsi təmin edilmişdir. Bundan əlavə, işə birinci instansiya qaydasında baxılarkən faksmiledən istifadə olunmaqla tərtib olunmuş sübutla rın, sübuti əhəmiyyəti ilə bağlı hər hansı qiymətləndirmə aparılmamış, eləcə də həmin məhkəmə tərəfindən MPM-nin 14.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə əməl edilməsi məhkəmə iclas protokollarından müəyyən edilmir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin iş üzrə yeni sübutların əldə olunacağı səbəbindən iddiaçının nümayəndəsinin vəsatətini təmin etməməsi MPM-nin 78 və 420-ci maddələrinin pozulması ilə yanaşı, həmin Məcəllənin 372-ci maddəsinin tələblərinə də uyğun olmamışdır.
63. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeynin qeyd olunmasını z əruri hesab edir. Həmin qərarda göstərilmişdir ki, «…qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir.
64. «….sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki p rosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır (N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020ci il 14 iyul tarixli Qərarı).
65. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün apelly asiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.
66. MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(103)623/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: E.Y.Şamayev K.N.Abiyeva V.T.Həsənov