Məhkəmə qərarları › İş №2-2(102)-120/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-120/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-120/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: sığorta ödənişi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 avqust tarixli, 2-2(103)-785/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə sığortaçı "xxxx" ASC (bundan sonra – cavabdeh) arasında 2019-c u il 29 mart tarixində FİP ******* nömrəli əmlak sığorta şəhadətnaməsi tərtib edilmişdir. Şəhadətnamədən görünür ki, müqavilə şərtlərinə əsasən ünvan 1 ünvanında yerləşən mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının daşınar əmlakına (əmtəə və s. mallarına) 2020-ci il 29 mart tarixədək 150.153 manat məbləğində sığorta təminatı verilməsi razılaşdırılmışdır.

2. Müqavilənin sığorta riskləri bölməsinə əsasən yanğın, ildırım çaxması, partlayış, fırtına, tufan, qasırğa, dolu, sel (daşqın), təyyarə və ya digər uçuş aparatlarının, yaxud əşyaların yuxarıdan düşməsi, yerüstü nəqliyyat vasitələrinin dəyməsi (fiziki toxunması), torpaq sürüşməsi halları sığorta hadisəsi kimi müəyyən edilmişdir.

3. Müqavilənin mühüm şərtlər bölməsinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini n tələblərinə və qaydalarına uyğun olaraq yanğın, hərarət və tüstü detektorlar sistemləri, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tələblərinə və qaydalarına uyğun olaraq istifadə olunan hər ərazidə ən azı bir Carbon Dioxide (CO2) və bir köpük və ya toz yanğınsöndürən, 24 saat mühafizə, 24 saat video müşahidə sığortalı binada işlək vəziyyətdə mövcud olması, habelə sığorta hadisəsi zamanı qeyd olunan şərtlərə riayət olunmaması aşkar edilərsə, sığortaçının sığorta ödənişi verməkdən imtina etmək hüququna malik olması nəzərdə tutulmuşdur.

4. Müqavilənin (şəhadətnamənin) tərkib hissəsi olan Qoşmada iddiaçıya məxsus sığorta predmeti olan əmlakların miqdarı, çeşidi və dəyərləri müəyyən edilərək, 150.153,15 manat hesablanmışdır.

5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Ə məliyyat–İstintaq İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 2020-ci il 8 dekabr tarixli 37/34-08192 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən mağazada aparılan araşdırma zamanı 2019-cu il 2 noyabr tarixdə saat 23 radələrində X1 məxsus, "xxxx" firması tərəfindən iddiaçıya icarəyə verilmiş avtomobil ehtiyat hissələri satışı mağazasında yanğın ərəfəsində mağazada tələb və qaydalara uyğun olaraq yanğın, hərarət və tüstü detoktorları sisteminin, ilkin yanğın söndürmə vasitələrindən sayılan yanğın söndürmə balonu quraşdırılmış və hadisədən əvvəl texniki baxış da keçirilərək sazlığı barədə mütəxəssis rəy verilmiş, mağaza yerləşdiyi ərazi gecə gözətçisi ilə təmin edilmiş və yanğın hadisəsi baş verməmişdən əvvəl mağazanın sutkalıq videomüşahidəsi təmin olunmuş, lakin ma ğazanın daxilində quraşdırılmış videomüşahidə sisteminin yanğının təsirinə məruz qaldığı bildirilmişdir.

6. Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) baş direktoru R.Orucov tərəfindən cavabdehə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərdəndir. Cavabdehin (sığortaçı) “Əmlakın yanğından və digər risklərdən sığortasının əsas qaydalarının (Qaydalar) 41.4-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri aldıqdan sonra 15 iş gün ü ərzində sığorta aktını tərtib edir və razılaşdırılması üçün bu sənədi sığortalıya təqdim edir, yaxud da sığorta ödənişinin verilməsindən imtina olunduğu halda imtinanın səbəblərini əsaslandırmaqla sığortalıya yazılı məlumat verir.Sığortaçı tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən "xxxx" Firması tərəfindən iddiaçıya icarəyə verilmiş avtomobil ehtiyat hissələri satışı mağazası həmin sığortaçıda FİP-1910049 saylı “Əmlakın yanğından və digər risklərdən sığorta” şəhadətnaməsi ilə sığortalanmışdır. Sığorta şəhadətnaməsinin “mühüm şərtlər bölməsində sığortalı binada işlək vəziyyətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin tələblərinə və qaydalarına uyğun olaraq yanğın, hərarət və tüstü detektorlar sistemi, hər ərazidə ən azı bir Carbon Dioxide (C02) və bir köpük və ya toz yanğınsöndürən, 24 saat mühafizə və video müşahidə sisteminin olmaması halında sığortaçının sığorta ödənişi verməkdən imtina etmək hüququna malik olması nəzərdə tutulmuşdur. 2019-cu il 19 noyabr tarixində baş vermiş yanğın nəticəsində iddiaçıya icarəyə verilmiş avtomobil ehtiyat hissələri satış mağazasına maddi zərər dəymişdir. Sığortaçı tərəfindən müqavilənin “mühüm şərtlər bölməsində göstərilən şərtlərin sığortalı tərəfindən yerinə yetirilməməsi əsası ilə sığorta ödənişinin verilməsindən imtina edilmişdir

7. Sığortaçı tərəfindən qeyd olunan hadisənin baş verməsi faktını və səbəbini, habelə nəticələrini təsdiq edən sənədin, o cümlədən “mühüm şərtlər bölməsində nəzərdə tutulan şərtlərə riayət olunub-olunmaması barədə məlumatın əldə edilməsi məqsədilə 2020-ci il 22 aprel tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq idarəsinin 2020-ci il 22 may tarixli, 37/36-03402 saylı məktubunda yanğın, hərarət və tüstü detektorlar sistemlərinin, habelə ilkin yanğın söndürmə balonlarının hadisədən əvvəl müvcudluğu və istismara yararlığı, o cümlədən, müşahidə kameralarının və mühafizə sisteminin olması öz əksini tapmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” Qanunun 102.1-ci və 102.2.7-ci maddələrini rəhbər tutaraq, iddiaçıya icarəyə verilmiş avtomobil ehtiyat hissələri satış mağazasına dəymiş zərərin həcminin müəyyən edilməsindən sonra 7 (yeddi) iş günü müddətində faydalanan ş əxsə sığorta ödənişinin verilməsi, bu barədə məlumatın həmin müddətdə Mərkəzi Banka və vətəndaşa təqdim edilməsi tələb olunmuşdur 8. 12 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən tərib edilmiş arayışdan görünür ki, cavabdehin Sumqayıt ofisinin baş mütəxəsisi X4 (bundan sonra – R.Əsədov) ilə sığorta hadisəsinə dair soraqlaşma aparmış, R.Əsədov bilidirmişdir ki, 2019-cu il 29 mart tarixində iddiaçının ünvan 4 ünvanında yerləşən avtomobil ehtiyat hissələri mağazasını sığortalamışdır. Sığorta müqavilələri bağlanılan zaman sığorta predmetinə baxış keçirilmiş, foto və video çəkiliş aparılmışdır. Mağazada yerləşən ehtiyat hissələrinə və s. əmtəə mallarına baxış keçirildikdən sonra FİP ******* saylı sığorta şəhadətnaməsini hazırlayıb iddiaçıya təqdim etmişdir. Sığorta məbləğini 150.153 (yüz əl li min yüz əlli üç) manat razılaşdırmışdır. Əmtəə mallarının siyahısını iddiaçıdan götürmüş, müqavilənin tərkib hissəsi kimi şəhadətnaməyə əlavə etmişdir. Əmtəə mallarının digər hər hansı bir sənədini istəməmişdir. Gələcəkdə də hadisə zamanı tələb olunduğunu deməmişdir. Əmtəə mallarının sənədi dedikdə yalnız müqaviləyə edillən mal siyahısını nəzərdə tutmuşdur.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 13 yanvar tarixli, 29009 saylı ekspert rəyində göstərilmişdir ki, 2019-cu il 2 noyabr tarixdə ünvan 5 ünvanında yerləşən İddiaçı icarəyə verilmiş avtomobil ehtiyyat hissələri satışı mağazasında baş vermiş yanğın nəticəsində təqdim edilmiş məlumatlara əsasən əmtəə üzrə dəymiş ziyanın məbləği təxminən 169.414,26 manat müəyyən edilir. 1 adda mal a ydın olmadığı, 1 adda mal isə əmtəəşünas ekspertin səlahiyyətinə aid olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı 2020-ci il 19 oktyabr tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 148.652 (yüz qırx səkkiz min altı yüz əlli iki) manat məbləğində sığorta ödənişi və gecikdirilmiş 81 gün üçün 12.040 (on iki min qırx) manat olmaqla ümumilikdə 160.692 (yüz latmış min altı yüz doxsan iki) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu il 29 mart tarixində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı ilə cavabdeh arasında FİP seriyalı ******* nömrəli könüllü sığorta müqaviləsi (şəhadətnamə verilmək yolu ilə) bağlanılmışdır. Müqavilə şərtlərinə görə ünvan 1 ünvanında yerləşən mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının daşınar əmlakına (əmtəə və s. mallarına) 150.153 (yüz əlli min yüz əlli üç) manat məbləğində sığorta təminatı (sığorta məbləği müəyyən edilmişdir) verilmişdir. 2019-cu il 2 noyabr tarixində sözügedən mağazada irimiqyaslı yanğın hadisəsi baş vermiş, hadisə zamanı səlahiyyətli dövlət orqanlarına və sığorta şirkətinə dərhal məlumat verilmiş, baş vermiş hadisə Fövqəladə Hallar Nazirliyi və cavabdeh tərəfindən təsdiq edilmişdir. Yanğın hadisəsi ilə bağlı təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 13 yanvar tarixli, 1838 saylı məhkəmə əmtəəşünaslıq rəyinə əsasən iddiaçıya daşınar əmlak üzrə 169.414 (yüz altmış doqquz min dörd yüz on dörd) manat məbləğində zərər dəymişdir. Lakin, cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək Mərkəzi Bankın 2020-ci il 6 iyul tarixli təqdimatına baxmayaraq qeyd olunan zərər üzrə sığorta ödənişini sığortalıya ödəməmişdir. 2020-ci il 6 iyul tarixindən 2020-ci il 25 sentyabr tarixinə kimi 81 gün ötmüşdür.

12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 29 mart tarixli, e-2-2(113)348/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – A.Əliyeva).

13. Məhkəmə bildirmişdir ki, iddiaçının sığorta ödənişinin verilməsi ilə bağlı müraciətinə cavab olaraq sığorta müqaviləsindən kənar göstərilmiş hallar və əlavə tələblər ona cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsas ola bilm əz. Belə ki, cavabdeh tərəfindən sığorta ödənişinin ödənilməməsi üçün göstərilmiş əsaslar tərəflər arasında bağlanmış sığorta müqaviləsi ilə tənzimlənmir. İş materiallarında göründüyü kimi iddiaçı tərəfindən sığorta müqaviləsinin əsas şərtlər bölməsində razılaşdırılmış hallar üzrə bütün öhdəliklər yerinə yetirilmişdir. Sığorta hadisəsi baş verdikdən sonra müvafiq olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat–İstintaq İdarəsi tərəfindən araşdırma aparılmış və araşdırma nəticəsində sığortalanmış daşınar əmlakların yanğından mühafizəsini təmin edilməsi, habelə sığorta hadisəsi baş verdiyi zaman iddiaçıya dəymiş zərərin miqdarı müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən sığorta müqaviləsində qeyd olunmayan əlavə şərtlər və tələblər qoyularaq sığorta müqaviləsi üzrə üzə rinə düşən öhdəliklərin yerinə yetirilməməsi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Belə ki, cavabdeh iddiaçıya müraciət edərək yanğın zamanı obyektdə olan daşınar əmlakların mühasibat sənədlərini tələb etmişdir. Halbuki tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta hadisəsi baş verdiyi zaman bu növ sənədlərin təqdim edilməsi barədə hər-hansı müddəa qeyd edilməmiş, əksinə tərəflər arasında sığorta müqaviləsi bağlandığı zaman iddiaçıya məxsus daşınar əmlaklar siyahıya alınaraq malların miqdarı, çeşidi və dəyərləri müəyyən edilmiş və həmin siyahı qeyd olunan müqavilənin tərkib hissəsi olaraq sığorta şəhadətnaməsinə əlavə edilmiş və həmin siyahı üzrə malların ümumi dəyərinə uyğun iddiaçıya sığorta ödənişi təyin edilmişdir. Beləliklə cavabdeh tərəfindən sığorta ödənişinin ö dənilməməsinə dair səbəbləri həm tərəflər arasında bağlanmış sığorta müqaviləsinə, həm də maddi hüquq normasının tələblərinə uyğun deyildir.

14. Məhkəmə həmçinin bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə sığortaçı sığorta ödənişini müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə sığorta ödənişinin gecikdirilməsi üçün tələb olunan 12.040 manat pulun cavabdehdən tutulmasının da ədalətli olması qənaətinə gəlmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 467, 923.1, 925.5, 926.1-ci, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15, 16, 17-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 17.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 7 6.1, 76.2, 77.1, 80, 81, 89.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 avqust tarixli, 2-2(103)-785/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – A.Hüseynov və V.Baxışova).

18. Məhkəmə kollegiyası bildirmişdir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarının mötəbərliyinə şübhə olmayan ekspert rəyi ilə 169.414 manat məbləğdə təsdiq olunduğu, sığorta məbləğinin 150.153,15 manat, şərtsiz azadolma məbləğinin 1% 1.501,53 manat müəyyən edildiyi, iddiaçının sığorta tələbi barədə müraciətinə cavabdehin 2020-ci il 22 aprel tarixli məktubla imtina bildirildiyi və bu səbəbdən gecikdirilmiş günlərin sayı daha çox olduğu halda, Mərkəzi Bankın məktubunun 2020-ci il 6 iyul tarixinədək 81 gün hesablandığı nəzərə alındıqda iddiaçıya ödənilməli sığorta ödənişinin 150.153,15 1.501,53 = 148.651,62 manat, yuvarlaq rəqəmlə, 148.652 manat, dəbbə pulunun isə 148.652 x 0,1% x 81 = 12.040,81 manat təşkil etdiyi məlum olur. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə, məhkəmənin qüvvədə olmayan qanuna və icbari sığorta qanunvericiliyinə də istinad etməsinə baxmayaraq, faktiki cəhətdən əsaslı, mübahis ənin qanuni əsasını təşkil edən digər maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayətinin dəlilləri isə işin halları və qanunvericiliklə təkzib olunmuşdur.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 883.1, 922.1, 922.2, 925.1, 926.1, 926.2, 927.1, 933.1, 933.1.1, 933.1.2, 934.1, 934.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 30 avqust tarixdə iş üzrə tərəflərə göndərilmiş, həmçinin tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

21. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİ LLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

22. Qanunvericilik könüllü sığorta növü üzrə tərəflərə sığorta müqaviləsinin şərtlərini müəyyən etməkdə sərbəstlik vermişdir. Sığorta hadisəsi baş verdiyi təqdirdə isə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya ödənilməsi üçün əsas mövcud olmalıdır. Hazırki iş üzrə FİP-1910049 saylı sığorta şəhadətnaməsinə və “Əmlakın yanğından və digər risklərdən sığortası” Qaydalarına görə mühüm şərtlərə əməl edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Sığortalı iddiaçı daşınan əmlakı sığortalayarkən sığorta şəhadətnaməsi eləcə də, sığorta qaydaları ilə tanış olmuş öz imzası ilə qaydalarla razı olduğunu təsdiq etmişdir. Yanğın hadisəsi baş verdikdən sonra təqdim edilən sənədlərdən görü nür ki, iddiaçı sığorta şəhadətnaməsinin “mühüm şərtlər” bölməsində göstərilənlərə əməl etməmiş və 24 saat mühafizəni təşkil etməmişdir. Bunun əvəzində o, "xxxx" firmasına gecə gözətçisinin nəzarət etməsinə dair sənəd təqdim etmişdir. Təqdim edilən əmrdən isə gecə gözətçisinin yalnız 12 saat axşam 20:00-dan səhər 08:00-a qədər "xxxx" firmasına nəzarət etməsi öz əksini tapır. İddiaçının icarədarı olduğu obyektin adı isə "xxxx" firması deyil, sadəcə həmin firmanın içərisində olan mağazadır. Belə olan halda, sığortalanan daşınar əmlakın yerləşdiyi obyektin mühafizə olunmadığı faktı üzə çıxır. Obyektin mühafizə olunmaması isə sığortaçıya sığorta ödənişinin verilməsindən imtina üçün əsas yaradır. Məhkəmə isə “mühafizəçi” ilə “gecə gözətçisi” anlayışlarını eyniləşdirməklə iddiaçının mühüm şərt lərə əməl etməsinə dair düzgün olmayan nəticəyə gəlmişdir.

23. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 2020-ci il 13 yanvar tarixli, 29009 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyi verilmişdir. Ekspert rəyinə əsasən əmtəə üzrə dəyən zərər 169.914,26 manat məbləğində müəyyən edilmişdir. Ekspert əmtəə üzrə dəymiş real zərəri müəyyən etməmiş, rəy aydın olmamış hesablama iddiaçının təqdim etdiyi məlumat əsasında nəzəri olaraq aparılmış, əmtəə üzrə dəymiş ziyanın müəyyən edilməsi üçün mötəbər və rəsmi məlumatlardan istifadə edilməmişdir. Ekspert rəyində ehtiyat hissələrinə aid edilməyən kondisioner, notebook, personal kompüter, kamera avadanlığı, vitrin avadanlıq, pol laminat, kombi radiatoru və s. bundan başqa 202 adda əlavə sığortalanmayan ehtiyat hissələri, eləcə də sığorta müqaviləsinə əl avə edilən ehtiyat hissələrinin siyahısı da hadisə anında yanaraq məhv olmuş mallar kimi əks etdirilmişdir. Ekspert rəyindən belə nəticəyə gəlmək olar ki, iddiaçı icarədarı olduğu obyektdə sığorta müqaviləsi bağladığı gündən hadisə baş verən günədək heç bir malın satışını həyata keçirməmiş, əksinə eyni adlı mallar almışdır. Bunu nəzərə alaraq, cavabdeh 2 saylı Vergi İdarəsinə sorğu ünvanlamış, 2019-cu il üzrə malların hərəkəti barədə uçot məlumatları və vergi hesabatları barədə məlumat verilməsini xahiş etmişdir. Vergi idarəsi həmin məlumatlar kommersiya sirri olduğu üçün müraciətin icrasını təmin edə bilməmişdir. Məlumatların müstəqil əldə oluna bilməməsi səbəbindən məhkəməyə bununla bağlı vəsatət verilmiş, lakin vəsatət təmin olunmayaraq bunun səbəbləri göstərilməmişdir. Sonuncu sənəd he sab edilən malların hərəkəti barədə uçot məlumatları və vergi hesabatları barədə məlumatın əldə edilməsi mümkün olmadığından, dəbbə pulunun hesablanması da əsaslı olmamışdır.

24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən qüvvədə olmayan qanuna və icbari sığorta qanunvericiliyinə istinad etməsinə münasibətdə bildirmişdir ki, qətnamə faktiki cəhətdən əsaslı, mübahisənin qanuni əsasını təşkil edən maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Mülki prosessual qanunvericilik maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya qaydasında qətnamənin ləğvi üçün birbaşa əsas kimi nəzərdə tutmuş, qətnamənin ləğv olunmaması isə apellyasiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilməsinə gətirib çıxarmı şdır. Cavabdeh hesab edir ki, ekspert rəyi real zərər məbləğini əks etdirmədiyindən, məhkəmənin qətnamədə qeyri-mötəbər sübuta əsaslanması da MPM-in tələbinə zidd olmuşdur. Məhkəmə həmçinin cavabdehin zəruri sübutların əldə edilməsi, iş üzrə məhkəmə ekspertizalarının təyin olunması barədə vəsatətlərini də təmin etməmişdir.

25. Kassasiya şikayətində Mülki Məcəllənin 922.1, 922.2, 924.1, 924.2, 925.1, 927.1, 933.1.3, 933.3, 934.1, 934.2, 935.1.8-ci, “Əmlakın yanğından və digər risklərdən sığortası Qaydaları”nın 39, MPM-in 78.2, 217.1, 387.1, 389-cu maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

27. Kassasiya şikayəti vaxtında, yə ni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zər uridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə

883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razı laşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə

922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə

923. Sığorta hadisəsi barədə məlumatlandırma 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığort a olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Maddə

924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyy ətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. Maddə

925. Zərərin qiymətləndirilməsi 925.5. Əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: 925.5.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və y a fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 925.5.2. sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 925.5.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda. Maddə

926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləğ i həddində həyata keçirir. Maddə

927. Əmlak sığortası üzrə sığorta ödənişinə dair əlavə tələblər 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Maddə

933. Sığorta ödənişinin verilməsinin əsasları 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sən əd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. Maddə

934. Sığorta ödənişinin verilməsi 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Maddə

935. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə

15. Sığorta müqaviləsinin bağlanması

1. Sığorta müqaviləsinin bağlanması üçün sığorta olunan müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı ərizə verir, yaxud bu niyyətli şifahi bildirir.

2. Müqavilə sığorta olunanın ilk sığorta haqqı ödədiyi andan qüvvəyə minir, bu şərtlə ki, müqavilədə başqa hal nəzərdə tutulmuş olmasın. Sığorta müqaviləsinin bağla nması faktı sığorta qaydaları; əlavə edilməklə, sığorta olunana müəyyənləşdirilmiş formada verilən sığorta Şəhadətnaməsi ilə təsdiq edilir.

3. Sığorta şəhadətnaməsində sazişin tərəfləri barəsində ümumi. məlumat verilməklə yanaşı sığortanın obyekti, sığorta risqi, sığorta məbləğinin və sığorta haqqının miqdarı, sığorta ödənişlərinin və sığorta haqlarının verilməsi qaydası, müqavilənin qüvvədə olduğu müddət, müqavilənin dəyişdirilməsi və ona xitam verilməsi qaydası göstərilməli, tərəflərin imzaları olmalıdır. Sığorta şəhadətnaməsində tərəflərin razılaşmasına əsasən başqa şərtlər, o cümlədən sığorta qaydalarına əlavələr, yaxud bu qaydalardan istisnalar də göstərilə bilər. M a d d ə

16. Sığorta ödənişinin verilməsi qaydası və şərtləri

1. Sığorta ödənişini sığortaçı sığorta müqaviləsinə və ya q anuna müvafiq surətdə sığorta olunanın ərizəsinə və sığorta aktına əsasən verir. Sığorta aktını sığortaçı və ya onun vəkil etdiyi şəxs tərtib edir. Sığortaçı sığorta hadisəsinin səbəblərini və təfsilatını aydınlaşdırmaq ixtiyarına malikdir.

2. Müəssisələr, idarələr və təşkilatlar, o cümlədən banklar və hüquq mühafizə orqanları sığorta hadisəsi ilə bağlı məlumatı sığortaçıların sorğularına əsasən onlara bildirməyə borcludurlar. M a d d ə

17. Sığorta ödənişi verilməsindən imtina

1. Sığortaçının sığorta ödənişi verməkdən imtina aşağıdakılardır: etməsi üçün əsaslar Sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış başqa şəxsin sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayətlər törətməsi; Sığorta obyekti barəsində sığorta olunanın sığortaçıya qəsdən yanlış məlumat verməsi; Sığorta olunanın əmlak sığortası üzrə zərərin əvəzini zərər-dəyməsində təqsiri olan şəxsdən alması.

2. Sığorta müqaviləsinin şərtlərində sığorta ödənişi verilməsindən imtina üçün başqa əsaslar da göstərilə bilər, amma bu, Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmamalıdır.

3. Sığorta ödənişi verilməsindən imtina barəsində qərar sığorta olunana yazılı şəkildə verilir və burada imtinanın səbəbləri əsaslandırılır.

4. Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi barədə sığorta olunan məhkəməyə, arbitraj və ya münsiflər məhkəməsinə şikayət edə bilər. “Əmlakın yanğından və digər risklərdən sığortası Qaydaları” Maddə

39. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı Sığorta ödəniş inin verilməsi haqqında qərar qəbul etmək üçün Sığortalı sığorta hadisəsinin baş verməsi faktını, həmçinin Sığortalanmış əmlaka dəymiş zərərin həcmini göstərən bütün sənədləri, o cümlədən aşağıdakı sənədləri Sığortaçıya təqdim etməlidir: 39.1. sığorta hadisəsi haqqında yazılı ərizə; 39.2. Sığorta müqaviləsinin (sığorta şəhadətnaməsinin) əsli; 39.3. sığorta hadisəsinin baş verməsini faktını təsdiq edən sənədlər; 39.4. Sığortaçının mülahizəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün lazım olan digər sənədlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Mə cəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və y a orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənə d verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə

119. Məhkəmə xərclərini n tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

31. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

32. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iddiaçı sığorta şəhadətnaməsinin “mü hüm şərtlər” bölməsində göstərilənlərə əməl etməmiş və 24 saat mühafizəni təşkil etməmiş, bunun əvəzində o, "xxxx" firmasına gecə gözətçisinin nəzarət etməsinə dair sənəd təqdim etmişdir. Təqdim edilən əmrdən isə gecə gözətçisinin yalnız 12 saat axşam 20:00-dan səhər 08:00-a qədər "xxxx" firmasına nəzarət etməsi öz əksini tapmışdır. Məhkəmə mühafizəçi anlayışı ilə gecə gözətçisi anlayışını eyniləşdirməklə düzgün olmayan nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını qeyd edir.

34. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2006-cı il 9 avqust tarixli, №10-2 Qərarı ilə bütün sahələr üzrə ümumi olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”nda “gözətçi” peşə adı öz əskini tapmış, “obyektdə yanğın baş verdikdə həyəcan siqnalının verilməsi, yanğın söndürənlərin və polis şöbəsinin növbətçisinin xəbərdar edilməsi, yanğın söndürülməsi üçün tədbirlərin görülməsi” də gözətçinin səlahiyyətləri sırasına aid edilmişdir.

35. İş materiallarında olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 2020-ci il 24 yanvar tarixli qərarda iddiaçının mağazasının yerləşdiyi "xxxx" firmasına məxsus ünvan 3 ünvanında yerləşən ünvanda firma ilə əmək müqaviləsi bağlayaraq gecə gözətçisi işləyən X2 izahatı öz əksini tapmış, həmin izahatda 2019-cu il 2 noyabr tarixdə, saat 20:00-da iş yerinə gəldiyi, saat 22 radələrində isə avtomobil ehtiyat hissələri mağazasının dam hissəsindən qatı tüstü çıxmaqla, sonradan yanğına çevrildiyi qeyd olunmuşdur. Göründüyü kim i, bütün sahələr üzrə ümumi olan gözətçi peşəsi üzrə çalışan şəxs yanğının baş verdiyi zaman hadisə yerində olmuşdur.

36. Bundan başqa, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin baş təhqiqatçısı V.Süleymanovun iddiaçının vəkilinə ünvanlanan 2020-ci il 8 dekabr tarixli 37/34-08192 nömrəli məktubunda ünvan 7 ünvanda yerləşən mağazada aparılan araşdırma zamanı 2019-cu il 2 noyabr tarixdə saat 23 radələrində X1 məxsus, "xxxx" firması tərəfindən iddiaçıya icarəyə verilmiş avtomobil ehtiyat hissələri satışı mağazasında yanğın ərəfəsində mağazaya tələb və qaydalara uyğun olaraq yanğın, hərarət və tüstü detektorları sistemi, ilkin yanğın söndürmə vasitələrindən sayılan yanğın söndürmə balonunun quraşdırılaraq hadisədən əvvəl texniki baxışdan keçirilməklə s azlığı barədə mütəxəssis rəyinin verildiyi, mağazanın yerləşdiyi ərazinin gecə gözətçisi ilə təmin edildiyi, yanğın hadisəsi baş verməmişdən əvvəl mağazanın sutkalıq videomüşahidə ilə təmin olunduğu göstərilmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə əsasən yanğın baş verən zaman obyektin gözətçi ilə mühafizəsinin təşkil olunması öz təsdiqini tapdığından, habelə gözətçinin yanğın hadisəsi zamanı vəzifələri müəyyən olunduğundan, yanğın məhz gözətçinin ərazidə olduğu zaman baş verdiyindən kassasiya şikayətinin obyektin mühafizəsinin təmin olunmamasına dair dəlili iddiaçı tərəfindən müqavilə şərtinin pozulması kimi qiymətləndirilməsini istisna edir və bu səbəbdən kassasiya şikayətinin müvafiq dəlili əsaslı hesab oluna bilməz.

38. Cavabdeh kassasiya şikayətinin digər dəlilind ə apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad olunan ekspert rəyini mübahisələndirərək məhkəmənin mötəbər olmayan sübuta istinad etməsinin MPM-in tələblərinə zidd olduğunu göstərmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kassasiya şikayətinin göstərilən dəlilində apellyasiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normalarına münasibətdə hər hansı hüquqi əsaslandırmasını bildirməmiş və yalnız məhkəmənin istinad etdiyi ekspert rəyini mübahisələndirmişdir.

40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin prosessual səlahiyyətinin həcmi və həddinin ancaq bundan ibarət olması MPM 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görü nür. Həmin məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğuna dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır.

41. MPM-in tələblərinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştir ak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-in 97, 99.1, 102-ci maddələri).

42. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, ekspertizanın aparılması xüsusi biliklə bağlı olmalı, tər əflərin çəkişmə prinsipini riayət edilməklə aparılmalı, habelə verilmiş ekspert rəyi müəyyən hallarda təkrar və ya əlavə ekspertizanın aparılmasını zəruri edə bilər.

43. İş materiallarından göründüyü kimi, 2020-ci il 13 yanvar tarixdə məhkəmə ekspertizası mərkəzinin iqtisad ekspertizaları şöbəsinin böyük eksperti tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyi verilmiş, ekspert rəyində yanğın nəticəsində məhv olmuş malların siyahısı və hər birinin orta bazar qiyməti öz əksini tapmaqla iddiaçıya dəymiş ziyanın məbləği müəyyən edilmişdir.

44. Cavabdehin ekspert rəyində ehtiyat hissələrinə aid edilməyən digər avadanlıqların və bundan başqa 202 adda əlavə sığortalanmayan ehtiyat hissələrinin öz əksini tapmasına dair mövqeyinə münasibətdə isə məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir k i, tərəflər arasında tərtib olunmuş “Əmlak Sığortası Şəhadətnamə”sində sığorta predmeti sığortalı şəxsin mülkiyyətində olan və ya onun məsuliyyət daşıdığı daınar əmlak olaraq göstərilmiş və Şəhadətnaməyə “Qoşma 1”-də sığortalanan əşyaların siyahısı öz əksini tapmışdır ki, ekspert tərəfindən də həmin siyahıya əsasən rəy verilmiş, Şəhadətnamədə və sığorta müqaviləsində siyahıda öz əksinin tapmış malların sayının artıb azalması və bunun sığorta münasibətinə hansı formada təsir etməsi ilə bağlı hərhansı müddəa nəzərdə tutulmamış, ekspert tərəfindən müəyyən olunan dəymiş zərər sığorta məbləğindən artıq olsa da, məhkəmə azadolma məbləğini də nəzərə almaqla iddia tələbini təmin etmiş və gecikdirilmiş günlər üçün dəbbə pulunun ödənilməsi qənaətinə gəlmişdir.

45. Məhkəmə kollegiyası cavabdehi kassa siya şikayətinin dəbbə pulunun hesablanmasının əsaslı olmaması dəlilinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Göründüyü kimi, qanunvericilikdə konkret münasibətlə bağlı dəbbə pulu ilə bağlı göstəriş nəzərdə tutulduğundan hazırki halda dəbbə pulunun azaldılması istisna olunurdu.

46. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə et diyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

47. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.

48. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəli llərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

49. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasınd a hüquqi qiymətləndirməni yuxarıda istinad edilmiş mülki prosessual qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdeh isə istinad etdiyi dəlilləri sübuta yetirə bilməmişdir.

51. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 avqust tarixli, 2-2(103)-785/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

52. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etməd ən saxlaya bilər.

53. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 avqust tarixli, 2-2(103)-785/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar