Məhkəmə qərarları › İş №2-2(102)-122/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-122/2019

03.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-122/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxx Şirketi” “X5 xxx ” şirkətinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, 03.04.2019 Səfərova Mətanət İsa qızının katibliyi, cavabdeh “X5 xxx ” şirkətinin nümayəndəsi Nümayəndə3 xxx və vəkili X2 iştirakı ilə iddiaçı “xxx Şirketi”nin cavabdeh “X5 xxx ” şirkətinə qarşı borcun, ona hesablanmış faizlərin və cərimə məbləğinin ödənilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-493/2018 saylı 17 oktyab r 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 03 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, “xxx ” ilə (bundan sonra - iddiaçı) “Cavabdeh1" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında xxx layihəsi üzrə “xxx Bina-X1 işlərinin görülməsinə” dair müqavilə imzalanmışdır. Müqavilənin qiyməti 3.213.935,71 ABŞ dolları (ƏDV-siz) müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən “xxx ” - subpodratçı, “Cavabdeh1" Şirkəti - podratçı, “X6 xxx ” Şirkəti isə (bundan sonra - cavabdeh) alıcı qismində çıxış etmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, işin başa çatma tarixi 31.07.2013-cü il kimi qeyd ed ilmişdir. İddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Tərəflər arasında bağlanmış 14.08.2014-cü il tarixli “razılaşmaya” əsasən iddiaçı cavabdehə bildirmişdir ki, 48.445,00 ABŞ dolları məbləğində qalıq borcu vardır. Həmin “razılaşma” ilə razılaşıb-razılaşmaması barədə qeyd etməklə, ştamp və imzası ilə geri qaytarılması cavabdehdən xahiş edilmişdir. Cavabdeh “X6 xxx ” Şirkəti həmin razılaşmada 2014-cü il tarixə 48.445,79 ABŞ dolları qalıq borcu ilə razılaşdığını bildirərək möhürlə təsdiq etmiş və cavabdehin rəsmi elektron poçt ünvanından (xxxx Elektron ünvan 1) iddiaçının elektron poçt ünvanına (xxx Elektron ünvan 2, xxx Elektron ünvan 3, xxx Elektron ünvan 4) göndərmişdir. İddiaçı cavabdeh “X6 xxx ” Şirkətinə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən verilmiş avadanlıqların dəyərinin ödənilməmiş qalan 48.444,89 ABŞ dolları hissəsinin və həmin məbləğə hesablanmış 17.157,57 ABŞ dolları cərimə faizlərinin, cəmi 65.602,46 ABŞ dollarının və Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Fillialından görülmüş işlərin və avadanlıqların dəyərinin ödənilməmiş qalan 634.099,29 ABŞ dolları hissəsinin və həmin məbləğə hesablanmış 224576,83 ABŞ dolları faizlərin, cəmi 858676,12 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, “xxx ” ilə “Cavabdeh1" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında 26.02.2013-cü il tarixdə xxx layihəsi üzrə “xxx Bina-X1 işlərinin görülməsinə” dair QEBE-2373 saylı müqavilə imzalanmışdır. Müqavilənin qiyməti 3.213.935,71 ABŞ dolları (ƏDV-siz) müəyyən edilmişdir. Bu məbləğin 1.469.678,50 ABŞ dolları hissəsi avadanlıq üçün nəzərdə tutulmuş və bu avadanlıqlar iddiaçı tərəfindən cavabdehə satılmışdır və sonuncu bu avadanlıqların dəyərini iddiaçıya ödəməli idi. Sonradan layihəyə cavabdeh tərəfindən edilən dəyişiklik nəticəsində əlavə avadanlıqların tələb olunması səbəbindən müqavilənin bu hissəsinin qiyməti artaraq 1.785.686,22 ABŞ dolları olmuşdur. Bu məbləğin 101.7650,03 ABŞ dolları hissəsi üçün müxtəlif tarixlərdə müxtəlif məbləğlərə iddiaçı tərəfindən Türkiyə Respublikasından cavabdehə invoyslar verilmişdir. Bu invoysların 969.205,14 ABŞ dolları hissəsi ödənilmiş, 484.44,89 ABŞ dolları hal-hazıradək “X6 xxx ” tərəfindən ödənilməmiş qalmışdır. Avadanlıqların 768.036,19 ABŞ dolları (ƏDV-siz) dəyərində digər hissəsi “Cavabdeh1" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına s atılmış və bu barədə müvafiq qəbul aktları tərtib edilmişdir. 26.02.2013-cü il tarixli, QEBE- 2373 saylı müqavilənin işlərin görülməsi hissəsi 1.744.257,14 ABŞ dolları (ƏDV-siz) məbləğində müəyyən edilmişdir. Sonradan bu işlərin dəyəri sifarişçinin göstərişi ilə artmış və 2.595.268,45 ABŞ dolları (ƏDV-siz) məbləğinə çatmışdır. Lakin “Cavabdeh1" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının rəhbəri bildirmişdir ki, o, müqavilə ilə müəyyən edilmiş qiymətdən yalnız 10% məbləğinədək kənarlaşa bilər, bu səbəbdən də müqavilədəki qiymət artımına dair 1 saylı Əlavəyə işlərin görülməsi dəyəri 2.225.268,45 ABŞ dolları (ƏDV-siz) yazılmış, 370.000 ABŞ dolları həmin Əlavəyə daxil edilməmiş və bildirilmişdir ki, bu məbləğ sonradan ödəniləcək (yuxarıda qeyd edilən 10% kənarlaşma hüququndan istifad ə edilərək). Nəticədə iddiaçı tərəfindən artırılmış həcmdə işlər Subpodratçı kimi tam yerinə yetirilmiş və sonradan Podratçı (“Cavabdeh1" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı) tərəfindən sifarişçiyə təhvil verilmişdir. 25.05.2013-cü il tarixli təsdiq edilmiş qəbul aktından da görünür ki, podratçı (“Cavabdeh1" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı) 920.885,24 ABŞ dolları (ƏDV-siz) məbləğinə (205 ABŞ dolları çıxılmaqla) avadanlıqların və görülmüş işlərin qəbulu təsdiqlənmiş və son olaraq ödənilməli olan məbləğ 920.680,24 ABŞ dolları (ƏDVsiz) məbləği müəyyən edilmişdir. 25.06.2013-cü il tarixli təsdiq edilmiş qəbul aktından da görünür ki, podratçı 1.072.591,15 ABŞ dolları (ƏDV-siz) məbləğinə (8.811,62 ABŞ dolları çıxılmaqla) avadanlıqların və görülmüş işlərin qəbulunu təs diqləmiş və son olaraq ödənilməli olan məbləğ 1.063.779,53 ABŞ dolları (ƏDV-siz) müəyyən edilmişdir. Bu məbləğə yuxarıda qeyd edilən 370.000 ABŞ dolları da daxil edilmiş və podratçının özü tərəfindən təsdiq edilmişdir. 1.068.767,01 ABŞ dolları (ƏDV-siz) məbləğində işlərin görülməsinə və avadanlıqların verilməsinə dair 01.01.2014-cü il tarixli akt təsdiqlənmişdir. Lakin bu məbləğ müqavilədə ilkin göstərilmiş məbləği aşdığından podratçı tərəfindən bildirilmişdir ki, həmin aktdakı məbləğ azaldılsın və ilkin qiymətlər daxilində verilsin ki, işlərin həcminin və müvafiq olaraq qiymətin artımını əks etdirən Əlavə razılaşma imzalandıqdan sonra, sonrakı aktlara daxil edilsin və ödənilsin. Bu səbəbdən 12.05.2014cü il tarixdə 290.474,51 ABŞ dolları (ƏDV-siz) məbləğinə yeni akt tərtib edilmişdir. 25.0 6.2013-cü il tarixli aktla təsdiq edilərək qəbul edilmiş 370.000 ABŞ dolları yuxarıda qeyd edilən səbəbdən (yəni, yuxarıda qeyd edilən 10% kənarlaşma hüququndan istifadə ediləcəyi ehtiva edildiyi üçün) 12.05.2014-cü il tarixli akta daxil edilməmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, tərəflər arasında olan son hesablaşmanın həyata keçirilməsi üçün 232.291,06 ABŞ dolları (ƏDV-siz) (8369,85 ABŞ dolları çıxılmaqla, 477.062,28 ABŞ dolları avadanlıqlardan qalan hissə, iddiaçının hesabına əlavə edilməklə) son olaraq ödənilməli olan məbləğ 700.983,49 ABŞ dolları (ƏDV-siz) müəyyən edilmişdir. 12.03.2015-ci il tarixdə akt tərtib edilmiş və təsdiq olunması üçün podratçıya təqdim olunmuşdur. Həmin akta iddiaçı tərəfindən şərh yazılaraq 370.000 ABŞ dollarının bu aktda əks olunmadığı və həmin məbləğə iddiaçının ayrıca tələb hüququnun olduğu qeyd edilmişdir. Podratçı aktı yalnız bu şərhin olmadığı təqdirdə imzalayacağını bildirərək faktiki olaraq əvvəlki aktlarda qəbul və təsdiq etdiyi 370.000 ABŞ dolları məbləğinin ödənilməsindən imtina etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əsl cavabdeh olan Cavabdeh1 Şirkəti ilə əvəz olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-327/2017 saylı, 21 aprel 2017-ci il tarixli qərardadı ilə Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı əsl Cavabdeh1 şirkəti ilə əvəz edilmişdir. İddiaçı məhkəməyə yenidən ərizə ilə müraciət edərək, Cavabdeh1 şirkətinə qarşı iddiadan imtina etdiyini bildirmiş və həmin hissədə iş üzrə ic raata xitam verilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-327/2017 saylı, 24 iyul 2017-ci il tarixli qərardadı ilə iddiaçı “Sasel Elektromekanik Sanayii ve Ticaret Ananim Şirkəti”nin Cavabdeh1 şirkətinə qarşı iddiası üzrə işin icraatina xitam verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-327/2017 saylı, 14 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim: İ.H.Bayramova) iddia qismən təmin edilmiş, cavabdeh “X5 xxx ” şirkətindən 48.444 ABŞ dolları 89 sent məbləğində əsas borc, 1.715 ABŞ dolları məbləğində cərimə, cəmi 50.159 ABŞ dolları 89 sent məbləğində pul vəsaitinin ödəmə gününə Azərbaycan manatına məzənnəsi ilə tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabd eh “X5 xxx ” şirkətinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “X6 xxx şirkəti müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan 48.444,89 ABŞ dolları məbləğində borcu iş materiallarında olan tərəflər arasında bağlanmış 14.08.2014-cü il tarixli elektron məktubla yazılmış razılaşma ilə etiraf edilmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış 19 iyul 2014-cü il tarixli müqavilədə ödənişin gecikdirilməsi üçün hər hansı bir şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi cərimə məbləği azaldılaraq 1.715 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayətləri verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-76/18 saylı 15 fevral 2018-ci il tarixli qətnam əsi ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və M.A.Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-327/2017 saylı 14 avqust 2017-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş “cavabdeh “X6 xxx şirkətindən 48.444 ABŞ dolları 89 sent məbləğində əsas borc, 1.715 ABŞ dolları məbləğində cərimə, cəmi 50.159 ABŞ dolları 89 sent məbləğində pul vəsaitinin ödəmə gününə Azərbaycan manatına məzənnəsi ilə tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-279/18 saylı, 30 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-76/18 saylı 15 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş təkrar apelyasiya baxışma göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-493/2018 saylı 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: K.N.Abiyeva və Ü.A.Mayılov) iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 avqust 2017-ci il tarixli, 22(82)-327/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəm əsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-493/2018 saylı 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2 və 375.2-ci maddələrini tətbiq etməməklə maddi hüquq normalarını kobudcasına pozmuşdur. İş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəmə yə müraciət etmişdir. İddiaçı tərəfindən iddia müddəti ötürülərək məhkəməyə 4 ildən artıq müddətdən sonra müraciət edilməsinə və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə müvafiq qaydada ərizə təqdim edilməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatlara əhəmiyyət verməyərək maddi hüquq normalarını tətbiq etməmiş və onları pozmuşdur. Halbuki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan başqa, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxaraq bir daha maddi hüquq normasını pozmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 380.1-ci maddəsini səhv tətbiq etmişdir. Həmin maddi hüquq normasına əsasən borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Lakin, cavabdeh tərəfindən borcun etiraf edilməsini göstərən heç bir hərəkətlər edilməmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə da apelyasiya instansiya məhkəməsi qətnamələrində tərəflər arasındakı 14.08.2017-ci il tarixli “razılaşma məktubu”na istinad edərək onu cavabdeh tərəfindən borcun etiraf edilməsi kimi qiymətləndirmiş və səhv olaraq iddiaçının iddia müddətini ötürməməsi və iddia edilən borcun mövcud olması qənaətinə gəlmişlər. Halbuki, məhkəmələrin “razılaşma məktubu” adlandırdıqları sənəd əslində “iddiaçının məktubu”dur və cavabdehə ünvanlanmış həmin məktubda cavabdeh qeyd etmişdir ki, borc məbləği ilə razı deyildir. Şikayətdə daha sonra qeyd edilir ki, iddiaçı şirkət məktubda 14.08.2014-cü il tarixə cavabdeh şirkətin borcunun 244.309,90 Türk lirəsi təşkil etməsini bildirmiş və cavabdehdən bunun təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh şirkət bununla razılaşmayaraq bildirmişdir ki, borc məbləği ilə razı deyildir və məsələyə yenidən baxılmalıdır. Həmçinin, məhkəmələrin istinad etdiyi məktuba şirkətin möhürü vurulsa belə, səlahiyyətli şəxsin imzası yoxdur. Yəni, sözügedən məktubda hər hansı etiraf və razılıqdan söhbət belə getmir, gedə də bilməz. Lakin apelyasiya məhkəməsi haqsız olaraq qətnamənin təsviri hissəsində qeyd edir ki, cavabdeh şirkət borc ilə razılaşdığını bildirərək möhürlə təsdiq etmiş məktubu şirkətin rəsmi elektron poçt ünvanından (yəni xxx Elektron ünvan 1) iddiaçı şirkətinin elektron poçt ünvanına göndərmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və onun vəkili kassasiya şikayətini müdafiə edərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-493/2018 saylı 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-nin 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh hesab edir ki, hazırkı işə iddia müddəti ilə bağlı qanunvericiliyin müddəaları tətbiq edilməlidir. Kassasiya şikayətində qeyd edilən arqumentləri əsasız hesab edən məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyinə əsaslanaraq qeyd edir ki, tərəflər arasında bağlanmış 14.08.2014-cü il tarixli razılaşmaya əsasən iddiaçı cavabdehə bildirmişdir ki, onun 48.445,00 ABŞ dolları məbləğində qalıq borcu vardır. Həmin razılaşmaya münasibət bildirilməsi cavabdehdən xahiş edilmişdir. Cavabdeh 14.08.2014-cü il tarixdə razılaşmada qeyd edilən 2014-cü il tarixə 48.445,79 ABŞ dolları borc qalığı ilə razılaşdığını bildirərək onu möhürlə təsdiq etmiş və cavabdehin rəsmi elektron poçt ünvanından iddiaçının elektron poçt ünvanına göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasın ı təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla b ağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (373.2 - 373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (373.5-ci maddəsi). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur.(maddə 380) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəy yən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (385.1) Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442) Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (maddə 443.1) Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(maddə 448.1) Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (maddə 448.2) Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. (maddə 882.1) Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 26.02.2013-cü il tarixli QEBE-2373 saylı müqavilənin 2.1-ci bəndinə əsasən, işin başa çatma tarixi 31.07.2013-cü il kimi qeyd edilmişdir. Bundan əlavə, cavabdeh 14.08.2014-cü il tarixli razılaşma ilə borcu etiraf etdiyindən iddiaçının iddia qaldırmaq hüququ 14.08.2017-ci il tarixə kimi olmuşdur. İddiaçı isə hazırki tələblə 06.03.2017-ci il tarixdə məhkəməyə müraciət etdiyindən iddia müddəti ötürülməmiş hesab edilməlidir. Məhkəmə kollegiyası hazırkı tələb üzrə iddia müddətinin ötürülməməsi barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Kassator hesab ed ir ki, 14.08.2014-cü il tarixli razılaşma qanuna müvafiq qaydada təsdiq edilmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında işgüzar yazışmalar, həmçinin digər məsələlərin razılaşdırılması da məhz həmin elektron poçt vasitəsilə olmuş, cavabdeh tərəfin səlahiyyətli və sərəncamverici şəxsləri də məhz həmin elektron poçt vasitəsilə gələn və göndərilən məktublara münasibət bildirərək bu formada təşəkkül tapmış əlaqə vasitəsindən istifadə etmişlər. Digər tərəfdən, qeyd edilən elektron poçt ünvanları yalnız cavabdehə məxsus şirkətin poçt ünvanlarından daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edi lən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Qeyd olunmalıdır ki, tərəflər arasında sənəd və məlumat mübadiləsi eyni zamanda elektron poçt vasitəsilə olmuş, yəni bu formada işgüzar adət təşəkkül tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (14.2, 76.1, 77.1, 78.1, 80, 81) Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Beləliklə də, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi ha llar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “X5 xxx ” şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı A pelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-493/2018 saylı 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar