Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-122/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-in Cavabdeh MTK-a qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlundan və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlunun, İddiaçının nümayəndəsi Səlimov Kərim Zakir oğlunun və iddiaçının nümayəndə və vəkili Ağaşirinov Ağalar Əzizağa oğlunun iştirakı ilə, Cavabdeh MTK tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 2 0 oktyabr tarixli 2-2(103)-49/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı MMC (bundan sonra – MMC) ilə Cavabdeh MTK (bundan sonra – MTK) arasında 2018-ci il xxx tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı MMC müqavilənin 1.1-ci bəndinə əsasən MTK-a razılaşdırılmış və müqavilənin tərkib hissəsi olan Əlavələrdə (Qiymətlərin Razılaşdırma Protokolu) qeyd olunan qiymətdə və çeşiddə Hazır Beton Qarışığını tədarük etməyi, satmağı, cavabdeh isə iddiaçıya Müqavilənin müddəa və şərtlərinə əsasən razılaşdırılmış qiymətə malı almağı ödəməyi öhdəsinə götürmüşdür.
2. Qeyd olunan alqı-satqı müqaviləsi üzrə xxx nömrəli, 2019-cu il xxx tarixli elektron qaimə əsasında 196.014,52 manat məbləğində, xxxxx n ömrəli, 2019-cu il xxx tarixli elektron qaimə əsasında 286.137.02 manat məbləğində, xxxx nömrəli, 2019-cu il xxx tarixli elektron qaimə əsasında 128.774,58 manat məbləğində, xxx nömrəli, 2019-cu il xxxx tarixli elektron qaimə əsasında 177.238.36 manat məbləğində mal, xxx nömrəli, 2019-cu il xxxx tarixli elektron qaimə əsasında 119.274.41 manat məbləğində mal, xxx nömrəli, 2019-cu il xxx tarixli elektron vergi hesab-fakturası əsasında 128.774.58 manat dəyərində, xxx nömrəli, 2019-cu il xxx tarixli elektron vergi hesab-fakturası əsasında 286.137 manat dəyərində, xxx nömrəli, 2019-cu il xxx tarixli elektron vergi hesab-fakturası əsasında 119.274,41 manat dəyərində, xxx nömrəli, 2019-cu il xxx tarixli elektron vergi hesab-fakturası əsasında 196.014,52 manat dəyərində, xxx nömrəli, 2019-cu il x xx tarixli elektron vergi hesab-fakturası əsasında 177.238,30 manat dəyərində beton məhsulu MTK-a təhvil verilmişdir.
3. Bundan əlavə, MMC iddia ərizəsində qeyd etmişdir ki, MTK müqavilə üzrə 38280 3 m müxtəlif markalı beton məhsulunun alınmasını öhdəliyinə götürsə də bu günə kimi 9320,5 m3 beton məhsulu almışdır.
4. MMC-in 2019-cu il xxx tarixli, 2019-cu il xxx tarixli, 2019-cu il xxx tarixli pretenziya məktubları ilə MTK-dan borcunun ödənilməsi xahiş olunmaqla müqavilənin 7.2-ci maddəsinə uyğun olaraq ödənilməyən borca gecikdirmə faizi hesablanaraq əsas borcla birlikdə ödənilməsinin təmin olunması məqsədilə aidiyyatı orqanlara müraciət ediləcəyi bildirilmişdir.
5. MMC göstərmişdir ki, MTK-ın 799.016 manat dəyərində mal almasına baxmayaraq, cəmi 30.000 manat pul ödəmişdir.
6. Azərbaycan R espublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xxx nömrəli, 2019-cu il 28 avqust tarixli ekspert rəyinə əsasən MTK-ın MMC-ə 2018-ci il xxx tarixli müqavilə üzrə 769.016 manat əsas, 138.422.88 manat ƏDV borcunun olduğu müəyyən edilmişdir.
7. MMC qeyd olunan alqı-satqı müqaviləsi üzrə öhdəliyini yerinə yetirmiş, lakin MTK öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və MMC-ə 769.016 əsas borcu yaranmışdır. Odur ki, MMC qeyd edilən borcun MTK-dan tutulması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. MMC MTK-ya qarşı 769.016 manat əsas borcun, 315.189,37 manat məbləğində hesablabmış penya, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun MTK-dan alınaraq MMC-ə öd ənilməsi barədə “pul tələbinə dair” iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC (satıcı) ilə MTK (alıcı) arasında bağlanmış 2018-ci il xxx tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə razılaşdırılmış və müqavilənin tərkib hissəsi olan Əlavələrdə (Qiymətlərin Razılaşdırma Protokolu) qeyd olunan qiymətdə və çeşiddə hazır beton qarışığını tədarük etməyi, satmağı, cavabdeh isə iddiaçıya müqavilənin müddəa və şərtlərinə əsasən razılaşdırılmış qiymətə malı almağı ödəməyi öhdəsinə götürmüşdür. MMC 2018-ci il xxx tarixindən başlayaraq cavadehin Bakı şəhəri, xxxx-də (“xxxx” yaşayış kompleksi), xxxxndə (“xxx” yaşayış kompleksi) və Bakı şəhəri, xxx ünvanında inşa etdiyi yaşayış binalarına müxtəlif markal ı (M100, M150, M200,M250, M300, M350, M400, M450) beton məhsulları satmışdır. Lakin cavabdeh MTK müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və aldığı malların dəyərini ödəməmişdir. Bu səbəbdən, 2019-cu il 20 fevral tarixindən cavabdehə mal satışı dayandırılmışdır. Bu günə kimi cavabdeh 799.016 manat dəyərində mal almasına baxmayaraq, cəmi 30.000 manat pul ödəmişdir. Hal-hazırda cavabdeh MTK-ın 769.016 manat əsas, 138.422,88 ƏDV və müqavilənin 7.2-ci bəndinə ödənişin gecikdirilməsi ilə əlaqədar bu günə kimi 315.189,37 manat məbləğində penya hesablanmışdır. Bundan əlavə, müqavilə üzrə cavabdeh 38.280 m3 müxtəlif markalı beton məhsulunun alınmasını öhdəliyinə götürsə də, bu günə kimi 9320,5 m3 beton məhsulu almışdır. Bu isə qeyd olunan həcmdən təxminən 4 dəfə azdır. Qeyd edilən borcun on i ş günü ərzində ödənilməsi ilə bağlı iddiaçı cavabdehə 2019-cu il xxx tarixli xəbərdarlıq məktubu ünvanlasa da, bu günə kimi öz öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən borcun cavabdehdən tutulması ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 21, 442-446-cı və müvafiq maddələrinə istinad edilmişdir.
10. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə mübahisəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yekunlaşanadək cavabdeh MTK-ın “xxxx” ASC-in xxxx filialındakı AZ57AİİB******************** saylı hesablaşma hesabına, habelə MTK tərəfindən Bakı şəhəri, xxxxx-də (‘‘Bxxx" yaşayış kompleksi), Bakı şəhəri, xxxndə (‘‘xxx yaşayış kompleksi) və Bakı şəhəri, xxx ünvanında inşa edilən yaşayış binanın inşa edilməsinə, həmçinin binada yerləşən əmlakların borc məbləği həddində siyahıya alınaraq satışına qadağa qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2019-cu il 30 may tarixli, 2-2(81)-818/2019 saylı qərardadı ilə MMC-in MTK-a qarşı “borcun tutulması”na dair iddiası üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə MMC-in ərizəsi təmin olunmamışdır.
11. Daha sonra MMC-in nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh MTK-dan 769.016 manat əsas borcun, 315.189,37 manat məbləğində hesablabmış penya, 30 manat dövlət rüsumunun, əlavə olaraq müqavilə üzrə ödənilməli olan ƏDV məbləğin də tutularaq iddiaçı MMC-ə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 sentyabr tarixli, 2-2(81)- 818/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh MTK-dan 769.016 manat əsas borc, 769,01 manat məbləğində penya, 138.422.88 manat ƏDV, cəmi 908.207,89 manat pul vəsaiti tutularaq iddiaçı MMC-ə ödənilməsi qət olunmuşdur. Aparılmış ekspertiza ilə bağlı 45 manat ekspertiza xərci müştərək qaydada tərəflərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin büdcəsinə (Az.Mem, VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi, kod *****, VÖEN **********, müxbir hesab Az41NABZ********************, SWİFT BİK xxxx) ödənilmişdir (hakim-Fərid Mədətli).
13. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 6.2, 385.1, 442, 462.1, 467, 567-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 52.2, 76.1, 77.1, 88, 103.1, 106.3, 107, 119.1, 191.1, 191.3, 217.3, 217.4, 220.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. İddiaçı 2019-cu il 27 noyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli 2-2(103)-49/2020 saylı qətnaməsi ilə MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 19 sentyabr tarixli 2-2(81)818/2019 saylı qətnaməsi yoxla nılan hissədə dəyişdirilmədən saxlanılması, ekspert tədqiqatına görə 150 manat xərc cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ 34 CTRE ********************, VÖEN **********, Dövlət Xəzinadarlığı Agentliyi, KOD ****** VÖEN **********, Müxbir hesab AZ **** ********************, SWİFT Bik ******) ödənilməsi qət olunmuşdur (sədrlik edən – M.Tağızadə, hakimlər – X.Mərdanova və V. Baxışova).
16. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq 2018-ci il xxx tarixli müqaviləyə əsasən cavabdehin ödənişləri nəzərə alınmaqla borcunun miqdarının müəyyən edilməsi üçün 14 yanvar 2020-ci il tarilxi qərardad əsasında təkrar mühasibatlıq ekspertizası təyin etmişdir. Bununla bağlı ver ilmiş ekspert rəyinin nəticə hissəsinə əsasən MMC ilə MTK arasında bağlanmış 2018-ci il xxx tarixli alqısatqı müqaviləsi əsasında MTK-ın MMC-ə olan əsas borcunun 769.016 manat, ƏDV 138.422,88 manat, cəmi 907.438,88 manat təşkil etdiyi müəyyən olunur.
17. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktları, Mülki Məcəllənin 386.1, 389.1, 390.1, 405.1, 443.1, 462.3, 577.1, 597.1, 598.1, 598.2-ci maddələri, MPM-in 80-cı maddəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı, Azərbaycan Respubli kası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş və elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə edilməsi münasibətlərini nizamlanmasını müəyyən edən “Elektron vergi hesab fakturalarının tətbiqi, uçotu və istifadə” Qaydaları ilə əsaslandırmış, həmin məhkəmənin gəldiyi nəticələrlə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı malların təhvilinə dair tərtib etdiyi elektron qaimələr qanunvericiliyin tələblərinə uyğun doldurulmuş, həmin qaimə-fakturalar əsasında vergi hesab-fakturaları tərtib olunmuş, cavabdeh isə həmin elektron vergi hesab-fakturalarını qəbul edərək, onların (onlarda) ləğv (düzəliş) olunmasını xahiş etməmişdir. Cavabdeh apellyasiya şikayətində malların kağız qaimələr vasitəsilə təhvil veril diyini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Müqavilənin tələbi ilə malın verildiyinin təsdiqi olaraq qaimə-faktura birbaşa sübut kimi qəbul olunsa da, kollegiya hesab edir ki, hazırki iş üzrə müqavilənin tələbinə uyğun olaraq kağız şəklində qaimə-faktura təqdim olunmadığından qanunvericiliyin tələbinə uyğun olaraq tərtib olunmuş elektron qaimə-faktura və elektron vergi hesabfakturaları birbaşa sübutun mövcud olmadığı halda həmin dəyərdə malın verildiyini təsdiq edən sübuti əhəmiyyətə malikdir (bax yuxarıda §§14-16).
18. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 30 oktyabr tarixində göndərilmiş və MTK-ın kassasiya şikayəti 2020-ci il 7 yanvar tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
19. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, q ətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apelyasiya istansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
20. MMC ilə MTK arasında 2018-ci il xxx tarixində beton məhsulunun alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmçinin eyni tarixdə həmin müqaviləyə 2 nömrəli ƏLAVƏ imzalanmışdır. Həmin əlavənin 1-ci vərəqində qeyd olunur ki, qiymətlərə ƏDV daxil deyil. Həmin əlavənin 2-ci vərəqində isə malların güzəştli şərtlərlə satılması barədə şərtlər də qeyd olunmuşdur. Əlavənin “malların ödəniş şərtləri” adlandırılan hissəsində qeyd olunur ki, Binəqədi rayonu ərazisində layihə üzrə tikilən malların dəyərinin 50 %-i 1-ci binanın son mərtəbəsi üçün mallar təhvil veril diyi tarixdən etibarən 30 gün ərzində, qalıq 50 %-i isə 2-ci binanın son mərtəbəsi üçün mallar təhvil verildiyi tarixdən etibarən 30 gün ərzində, Yasamal rayonu ərazisində layihə üzrə tikilən 3-cü binanın son mərhələsi üçün mallar təhvil verildiyi tarixdən etibarən 30 gün ərzində, **** rayonu (****) ərazisində layihə üzrə tikilən 3-cü binanın son mərtəbəsi üçün mallar təhvil verildiyi tarixdən etibarən 30 gün ərzində ödənilməli idi. Göründüyü kimi iddiaçı tərəf müqaviləni mübahisələndirməmişdir. Odur ki, müqavilə qüvvədə olduğundan həmin şərtlər də qüvvədədir. Lakin işə baxan məhkəmələr bu hala da diqqət yetirməmişdir.
21. İddiaçı MMC-in nümayəndəsi məhkəmə iclasında izahat verərkən bildirmişdir ki, Cavabdeh MTK tərəfindən alınan beton məhsuluna görə 30.000 manat məbləğində vəsait nağd şək ildə şirkətə ödənilmişdir. Bu da onu göstərir ki, iddiaçı ilə MTK arasında alman beton məhsulunun dəyərinin ödəniş şərti kimi nağd qaydada ödəniş barədə razılıq əldə olunmuşdur. MMC tərəfindən MTK-ın tikinti sahələrinə 2018-ci il ** oktyabr tarixindən 2019-cu il ** fevral tarixinədək müvafiq markalarda beton məhsulu verilmişdir. Verilmiş mallar kağız qaimələr vasitəsilə təhvil verilmişdir. Həmin qaimələrə əsasən də ümumilikdə MTK-a 612.000 manat dəyərində beton məhsulu təhvil verilmişdir. Həmin məbləğdən 30.000 manat 2019-cu il 30 yanvar tarixində ödənilmişdir. Bundan başqa təhvil verilən beton məhsulunun paylanılması üçün iddiaçı tərəfin öhdəliyi olduğu halda pompalara görə 2019-cu il 26 yanvar tarixində 3.500 manat və 2019-cu il 12 mart tarixində 1.750 manat MTK tərəfindən ödənilmişdir. Bundan sonra MTK-ın MMC-ə olan borcu 576.750 manat təşkil etmişdir. Lakin iddiaçı tərəf yalnız ***2019-cu il tarixli, xxx nömrəli, 0***.2019-cu il tarixli, xxxxx nömrəli, ***2019-cu il tarixli, xxxx nömrəli, ****.2019-cu il tarixli, xxx nömrəli, ****2019-cu il tarixli, xxx nömrəli, ****2019-cu il tarixli, xxx nömrəli, ****2019-cu il tarixli, xxx nömrəli ****2019-cu il tarixli, xxx nömrəli, ****2019-cu il tarixli, xxx nömrəli elektron qaimələr və elektron vergi hesab-fakturalarına əsaslanmaqla əsassız və şişirdilmiş borc məbləğləri tələb edir. İşə baxan məhkəmələr tərəfindən işin bu faktiki hallarına da diqqət yetirilməmişdir.
22. Bundan başqa MTK-ın nümayəndəsinin vəsatəti əsasında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş və iş materialları məhkəmə ekspertizası mərkəzinə g öndərilmişdir. Məhkəmə tərəfindən ekspert qarşısında sual qoyulmuşdur ki, 2018-ci il xxx tarixli müqaviləyə əsasən MTK-ın MMC-ə olan borcu nə qədər təşkil edir. Lakin iş materialları icraatında olan ekspert mübahisə tərəfi kimi MTK-dan heç bir sənəd tələb etmədən, alınan malların hansı qaydada təhvil verilməsini aydınlaşdırmadan yalnız iddiaçı tərəfin mallar təhvil verildikdən təxminən 6-7 ay sonra MTK-a göndərilən və MTK tərəfindən də qəbul edilməyən elektron qaimələr və elektron hesab fakturalar əsasında rəy vermiş və rəyində də MTK-ın 2018-ci il xxx tarixli müqavilə üzrə 769.016 manat əsas, 138.422.88 manat ƏDV borcunun olduğunu qeyd etmişdir. Halbuki, ekspert öz rəyini MMC tərəfindən MTK-a malların təhvil verilməsi barədə kağız qaimələr əsasında əsaslandırmalı və obyektiv rəy verməli i di.
23. İşə apellyasiya baxışı zamanı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq 2018-ci il xxx tarixli müqaviləyə əsasən cavabdehin ödənişləri nəzərə alınmaqla borcunun müəyyən edilməsi üçün 2020-ci il 14 yanvar tarixli qərardad əsasında təkrar mühasibatlıq ekspertizası təyin etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, ekspertiza tədqiqatı gedişində Məhkəmə Ekspertizası Mərkəzinin eksperti alınmış mallara görə cavabdeh tərəfindən aparılmış ödənişlərlə bağlı mühasibatlıq sənədlərinin təqdim olunması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb olunan sənədlərin təqdim edilməsi ilə bağlı cavabdehə məktub ünvanlamış, mühasibatlıq sənədlərinin təqdim olunması ilə bağlı MTK-a heç bir vəsatət və ya məktub daxil olmamışdır. Göründüyü kimi mübahisə tərəfi kimi “MTK-dan heç bir sənəd tələb olunmadan, alınan malların hansı qaydada təhvil verilməsi aydınlaşdırılmadan yalnız iddiaçı tərəfin mallar təhvil verildikdən təxminən 6-7 ay sonra MTK-a göndərilən və MTK tərəfindən də qəbul olunmayan elektron qaimələr və elektron hesab fakturalar əsasında təkrar rəy vermiş və rəyində də MTK-ın 2018-ci il xxx tarixli müqavilə üzrə 769.016 manat əsas, 138.422.88 manat ƏDV borcunun olduğunu qeyd etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
25. İddiaçının vəkili və nümayəndəsi Ağaşirinov Ağalar Əzizağa oğlu və iddiaçının nümayəndəsi Səlimov Kərim Zakir oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin olunm amasını, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli, 2-2(103)-49/20 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
27. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
28. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunduğunu nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
1. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
2. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
3. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məs ələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
6. Mülki qanunvericiliyin prinsipləri “... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....”. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrin ə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....“. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır....”. Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələ rin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....”. Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır...”. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi anlayışÖhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdə liyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu d eyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə
577. Satılan əşyaların miqdarı 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər....” Maddə
597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur....” Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı sa tıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri “... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....”. Maddə
52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi “... 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir....” Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll e tmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yo xdur. Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları “... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” Maddə
107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə
191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.... 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır....” Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı “... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
220. Qətnamənin məzmunu “... 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və norma tiv hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər....” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı “Elektron vergi hesab fakturalarının tətbiqi, uçotu və istifadə” Qaydalarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli Qərarı İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ
29. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
31. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili və nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
32. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində “ekspertin elektron qaimələr və elektron vergi hesab-fakturalarına əsaslanmaqla əsassız və şişirdilmiş borc məbləğlərini tələb etməsi” dəlili ilə bağlı vurğulayır ki, müqavilə hüququnun əsas və fundamental prinsipi müqavilə azadlığı prinsipidir. Bu prinsip Mülki Məcəllənin 6-cı maddəsində təsbit olunmuşdur. Həmin prinsip müqavilə bağlayan tərəflərin könüllü olaraq müqavilə münasibətlərinə girmələrini nəzərdə tutur. Müqavilə bağlamaq və onun şərtlərini müəyyənləşdirmək müstəsna olaraq tərəflərin razılığına və sazişinə əsaslanır ki, bu, onların xüsusi mənafeyi ilə şərtlənir. Müqavilə azadlığı prinsipi aşağıdakı aspektlərdə t əzahür etməklə mülki hüquq subyektlərinin kontragentlərini seçməkdə sərbəstliyə, müqavilə növünü, müqavilə kontragentlərini və müqavilə şərtlərini müəyyənləşdirməkdə iradə azadlığına və müstəqilliyə malik olmalarının məcmusudur. Mülki Məcəlləyə görə müqavilənin bağlanmış sayılması üçün onun bütün mühüm şərtləri barədə tərəflərin razılığa gəlmələri tələb olunur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (Mülki Məcəllənin 405-ci maddəsinin 1-ci bəndi).
33. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış 2018-ci il xxx tarixli alqı-satqı müqaviləsinin 2.3-cü bəndinə görə malların təhvil verilməsi, razılaşdırılmış miqdarda və çeşiddə hissə-hissə satıcı tərəfindən alıcının məkanına çatdırılmaqla həyata keçirilir. Alıcı mallar ı hər iki tərəfin imzaladığı və ya möhürlə təsdiq etdiyi qaimə faktura əsasında qəbul edir.
34. Qeyd olunan müqavilənin 2.5-ci bəndində qeyd olunur ki, malların hazırki müqavilə çərçivəsində çatdırılması vergi hesab-faktura və qaimə-faktura ilə rəsmiləşdirilmiş sayılır.
35. Cavabdeh MTK kassasiya şikayətində malların kağız qaimələr vasitəsilə təhvil verildiyini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, digər tərəfdən müqavilənin 2.5-ci bəndinə uyğun olaraq müqavilənin bu bəndində sadalanan sənədlərin təqdim olunması müəyyənləşmişdir.
36. MPM-in 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar tə qdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Tərəflərdən birinin öz hüquq və mənafelərini müdafiə etmək üçün qanunla ona verilmiş prosessual imkanlardan real istifadə edə bilməməsi çəkişmə prinsipinin pozulmasına, eyni zamanda sübutların düzgün qiymətləndirilməməsinə, iş üçün əhə miyyətli olan bütün faktiki halların araşdırılmamasına və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinməsinə səbəb ola bilər. MPM-in 217.3-cü maddəsinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə aktlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, eləcə də verilmiş vəsatətlərin təmin və ya rədd edilməsinin səbəbləri və əsasları göstərilməli, gəlinən nəticə kifayət qədər əsaslandırılmalıdır.
37. İş mater iallarına əlavə edilmiş MMC tərəfindən təqdim olunan sənədlərdən görünür ki, xxx nömrəli, 2019-cu il xxxx tarixli elektron qaimə əsasında 196.014.52 manat məbləğində, xxxxx nömrəli, 2019-cu il xxx tarixli elektron qaimə əsasında 286.137.02 manat məbləğində, xxxx nömrəli, 2019-cu il xxx tarixli elektron qaimə əsasında 128.774.58 manat məbləğidə, xxx nömrəli, 2019-cu il xxxx tarixli elektron qaimə əsasında 177.238.36 manat məbləğində mal, xxx nömrəli, 2019-cu il xxxx tarixli elektron qaimə əsasında 119.274.41 manat məbləğində mal, xxx nömrəli, 2019-cu il xxx tarixli elektron vergi hesab-fakturası əsasında 128.774.58 manat dəyərində, xxx nömrəli, 2019-cu il xxx tarixli elektron vergi hesab-fakturası əsasında 286.137.0 manat dəyərində, xxx nömrəli, 2019-cu il xxx tarixli elektron vergi hesab-f akturası əsasında 119.274.41 manat dəyərində, xxx nömrəli, 2019-cu il xxx tarixli elektron vergi hesab-fakturası əsasında 196.014.52 manat dəyərində, xxx nömrəli, 2019-cu il xxx tarixli elektron vergi hesab-fakturası əsasında 177.238.30 manat dəyərində beton məhsulu MTK-a təhvil verilmişdir.
38. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində “MTK-dan heç bir sənəd tələb olunmadan, alınan malların hansı qaydada təhvil verilməsini aydınlaşdırmadan yalnız iddiaçının mallar verildikdən 6-7 ay sonra MTK-a göndərilən və MTK tərəfindən də qəbul olunmayan elektron qaimələr və elektron hesab fakturalar əsasında ekspert rəyi verilməsi” dəlili ilə bağlı vurğulayır ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmənin 2019-cu il 23 iyul tarixli qərardadına əsasən məhkəmə mühasibatlıq eks pertizası təyin edilmiş, ekspert qarşısında cavabdehin ödənişləri nəzərə alınmaqla müqaviləyə əsasən cavabdehin borcunun nə qədər olmasının müəyyən olunması sual kimi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xxx nömrəli, 2019-cu il 28 avqust tarixli ekspert rəyinə əsasən MTK-ın MMC-ə 2018-ci il xxx tarixli müqavilə üzrə 769.016 manat əsas, 138.422.88 manat ƏDV borcunun olduğu müəyyən edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, ekspertiza tədqiqatı zamanı cavabdehdən heç bir sənəd tələb edilmədən, cavabdeh MTK tərəfindən qəbul edilməyən elektron qaimələr və elektron hesab-fakturalar əsasında rəy verilmiş, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi haqqında vəsatəti məhkəmə tərəfindən təmin ol unmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq 2018-ci il xxx tarixli müqaviləyə əsasən cavabdehin ödənişləri nəzərə alınmaqla borcunun miqdarının müəyyən olunması üçün 2020-ci il 14 yanvar tarixli qərardadla təkrar mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspertiza tədqiqatı gedişində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti alınmış mallara görə cavabdeh tərəfindən aparılmış ödənişlərlə əlaqədar mühasibatlıq sənədlərinin təqdim olunması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb olunan sənədlərin təqdim olunması ilə bağlı cavabdehə məktub ünvanlamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ***** nömrəli, 2020-ci il 12 may tarixli ek spert rəyində göstərilmişdir ki, 2020-ci il 6 fevral tarixində Bakı Apellyasiya Məhkəməsinə vəsatət göndərilmiş, lakin həmin vəsatətdə qeyd olunan sənədlərin təqdim edilməsi təmin olunmamışdır. Vəsatətin təmin olunmasına baxmayaraq, hazırki tədqiqat ekspert tərəfindən iş materiallarında mövcud olan sənədlərə əsasən aparılmışdır. Cavabdehin vəkili məhkəmə iclasında əlavə materialların təqdim olunması barədə vəsatətin daxil olmadığını, bu səbəbdən də Ekspert Mərkəzinə heç bir sənədin təqdim edilmədiyini qeyd etsə də, iş materiallarından görünür ki, qeyd olunan vəsatət cavabdehin ünvanına daxil olmuş, iddiaçının malların təhvilinə dair tərtib etdiyi elektron qaimələr qanunvericiliyin tələblərinə uyğun doldurulmuş, həmin qaimə-fakturalar əsasında vergi hesab-fakturaları tərtib olunmuş, cavabde h isə həmin elektron vergi hesab-fakturalarını mübahisələndirməyərək qəbul etmişdir.
39. İddiaçının təqdim etdiyi yazılı sübutun əksini sübut etmək, yaxud tələb olunan və cavabdeh tərəfindən etiraf edilən borcun ödənilməsini sübuta yetirmək MPM-in 77.1-ci maddəsinin tələbinə görə cavabdehin üzərindədir. Ümumiyyətlə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir.
40. Bu baxımdan, mə hkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 80, 81 və 88-ci maddələri).
41. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli e-2-2(103)-49/2020 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
42. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
43. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 oktyabr tarixli e-2-2(103)-49/2020 saylı qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.