Məhkəmə qərarları › İş №2-2(102)-122/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-122/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-122/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: "borcun ödənilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apelyasiya Məhk əməsinin Kommersiya Kollegiyasının 2021-ci il 09 dekabr tarixli, 2-2(103)-1459/2021 saylı qərardadından verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Tərəflər arasında bağlanmış 22.02.2012-ci il tarixli, 07-LA/12 nömrəli lizinq müqaviləsində nəzərdə tutulmuş 60.000 broyler və 2 dəst inkubator avadanlığı (quraşdırılması ilə birlikdə) 10 il müddətinə lizinq alana verilmişdir.

2. Ödəniş qrafikinə görə, müqavilə üzrə sonuncu ödəniş 2021-ci ilin sonuncu rübü həyata keçirilməli idi.

3. Hesabdan çıxarışa görə, cavabdeh tərəfindən 20.08.2019-cu il tarixdə 500 manat məbləğində sonuncu ödəniş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kred it və İnkişaf Agentliyi (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.02.2012-ci il tarixli, 07-LA/12 nömrəli müqavilə üzrə 257.332 manat gecikdirilmiş borcun, hesablanmış 314.320,06 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 (beş yüz) manat cəmi 572.152,06 (beş yüz yetmiş iki min yüz əlli iki manat 6 qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanmış 22.02.2012-ci il tarixli 07-LA/12 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ava danlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 17.05.2021-ci il tarixə 22.02.2012-ci il tarixli 07-LA/12 nömrəli müqavilə üzrə 257.332 manat gecikdirilmiş borc və hesablanmış 314.320,06 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 01 noyabr tarixli, e-2-2(113)-3705/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 257.332 manat əsas borc, 10.000 manat cərimə borcu olmaqla, cəmi 267.332 (iki yüz altmış yeddi min üç yüz otuz iki) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqi y ardıma görə ödənilmiş pulun əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (hakim – K.Hüseynov).

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən, onun əsas borcu və cərimə məbləğini tələb etmək hüququ yaranmışdır.

8. Maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli təhlilinə görə, cavabdehin 17.05.2021-ci il tarixə 22.02.2012-ci il tarixli 07-LA/12 nömrəli müqavilə üzrə 257.332 manat gecikdirilmiş borcu mövcuddur, beləliklə, əsas borcun tələb edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş dispozitiv şərtlər mövcud olduğundan, i ddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır.

9. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

10. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 425, 747.1, 748-1.12, 748-1.12.4, 462.1, 467-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 21-ci il 09 dekabr tarixli, 2-2(103)-1459/2021 saylı qərardadı ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), V.M.Məmmədov və V.Ə.Baxışova) Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 01 noyabr tarixli, e-2-2(113)-3705/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə görə apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

14. Cavabdeh isə apellyasiya şikayətini tam olaraq həmin formaya uyğun tərtib etməmişdir. Apellyasiya şikayətinin bir hissəsi həmin formaya uyğun tərtib edilsə də, digər hissəsi həmin formaya uyğun tərtib edilməmişdir.

15. Bundan başqa apellyasiya şikayətindəki tələblər tam göstərilməmişdir.

16. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "Mülki Prosessual Məcəllə”) 361.1, 363.1 və 363.1.1-1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və apelyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİY A ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Apellyasiya Məhkəməsi cavabdeh tərəfindən elektron kabinetə əlavə edilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə diqqət etməmişdir. Belə ki, şikayət maddi və prosessual hüquq normalarının pozulması, hüquqi əsaslar göstərilməklə tərtib edilmiş, şikayətin mahiyyəti və hüquqi əsaslarına dair detallar cavabdeh tərəfindən göstərilsə də, məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır.

19. Həmçinin MPM-in 361-ci maddəsinin tələblərinə riayət edilmişdir. Tələb və onun hüquqi əsasının digər qrafada yazılması və bu kimi formal tələblərdən dolayı məhkəmə araşdırılması hüququnun məhdudlaşdırılması hüququn təməl prinsiplərinə ziddir.

20. Apellyasiya şikayətinə əlavədə Bakı Kommersiya Məhkəməsinin 2021- ci il 01 noyabr tarixli, e-2-2(113)-3705/2021 saylı qətnaməsini qismən ləğv edib, əsas borcun məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə yenidən hesablanılmasına dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə isə bu hala hüquqi qiymət verməmişdir.

21. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 14.1, 363.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblər inə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər”. “Maddə

361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məluma tlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. [ 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın”. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır”. “Maddə

418. Apelyasiya instansi yası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 09 dekabr tarixli, 2-2(103)-1459/2021 saylı qərardadı ləğv edilməli, iş cavabdehin apelyasiya şikayətinə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdehin kassasiya şikayəti təmin edilməlidir.

28. Apelyasiya Məhkəməsi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün hesab edərkən ona istinad etmişdir ki, cavabdeh apellyasiya şikayətini tam olaraq Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması”na uyğun tərtib etməmiş, apellyasiya şikayətinin bir hissəsi həmin formaya uyğun tərtib edilsə də, digər hissəsi həmin formaya uyğun tərtib edilməmiş, apellyasiya şikayətindəki tələblər tam göstərilməmişdir.

29. Cavabdehin kassasiya şikayətində göstərilmişdir ki, Apellyasiya Məhkəməsi cavabdeh tərəfindən elektron kabinetə əlavə edilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə diqqət etməmiş, şikayət maddi və prosessual hüquq normalarının pozulması, hüquqi əsaslar göstərilməklə tərtib edilmiş, şikayəti n mahiyyəti və hüquqi əsaslarına dair detallar cavabdeh tərəfindən göstərilsə də, məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır.

30. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

31. İş materiallarına əsasən birinci instansiya məhkəməsinin qətnaməsi 03.11.2021-ci il tarixdə tərələrin elektron kabinetlərinə yerləşdirilmiş, noyabr ayında da müvafiq məbləğdə dövlət rüsumu ödənilməklə apelyasiya şikayəti elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. İlkin variantda yalnız qətnamənin ləğv edilməsi barədə qeyri müəyyən tələb verilsə də, cavabdeh dərhal apelyasiya şikayətinə əlavə təqdim edərək qətnaməni əsas borc hissəsində mübahisələndirmiş, əsas borcun məhk əmə mühasibatlıq ekspertizası keçirilməklə müəyyən edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində iddia ərizəsinin MPM-nin 152.1.6-cı maddəsinin, həmçinin “Mediasiya haqqında” AR Qanununun 28.1-ci maddəsinin tələbləri pozulmaqla icraata qəbul edildiyindən, tərəflərindən verilmiş vəsatətlərinin təmin edilməməsindən, həmçinin MPM-nin 85.1-ci maddəsinin müddəalarının pozulmasından narazılıq ifadə edilmişdir.

32. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apelyasiya şikayətinin mümkünlüyü məsələsi həll edilərkən apelyasiya məhkəməsi cavabdeh tərəfindən MPM-in 361-ci maddəsinin tələblərinə riayət edilərək həmin şikayətə müvafiq əlavənin verildiyini, beləliklə, sonuncunun pozuntunu dərhal, iş hələ birinci instansiya məhkəməsində olarkən aradan qaldırdığını və məhkə mə qətnaməsini əsas borc hissəsində mübahisələndirdyini düzgün qiymətləndirməmiş, bu isə öz növbəsində cavabdehin şikayət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur.

33. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna səhvə yol verildiyindən, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 09 dekabr tarixli, 2-2(103)-1459/2021 saylı qərardadı ləğv edilməli, iş cavabdehin apelyasiya şikayətinə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdehin kassasiya şikayəti təmin edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

35. Bakı Apelyas iya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 09 dekabr tarixli, 2-2(103)-1459/2021 saylı qərardadı ləğv edilsin. İş cavabdehin apelyasiya şikayətinə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar