Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-122/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı x1 Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:: öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi, podrat müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı x1MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-80/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 10 mart tarixli **nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Oğuz rayonu Kərimli kəndi ərazisində 14 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 42 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun bazar qiyməti 1.000 manat, müqavilənin ümumi dəyəri 42.000 manat təşkil etmişdir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir.
2. Müqaviləyə 1saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər, 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir.
3. Müqavilənin icrası ilə əlaqədar 2022-ci il 17 mart tarixli ödəniş tapşırığı ilə 6.300 manat, 2022-ci il 21 aprel tarixli ödəniş tapşırığı ilə 2.250 manat, 2022-ci il 28 iyul tarixli ödəniş tapşırığı ilə 570 manat və 2022-ci il 30 aprel tarixli ö dəniş tapşırığı ilə 1.710 manat olmaqla ümumilikdə 10.830 manat məbləğində avans, 2022-ci il 4 may tarixli elektron qaimə ilə 16.381,80 manat, 2022-ci il 6 may tarixli elektron qaimə ilə 921,64 manat və 2022-ci il 12 avqust tarixli elektron qaimə ilə 957,15 manat dəyərində, ümumilikdə 18.260,59 manat olmaqla toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir.
4. Dövlət reyestrindən çıxarışa əsasən, "xxxx" MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (bundan sonra -“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə 2023-cü il 26 iyun tarixində Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, **saylı 2022-ci il 10 mart tarixli müqaviləyə əsasən 20.489,62 manat qalıq borc məbləği və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd olunan faktiki halına (bax §1-4) istinad etməklə, iddia tələbini onunla əsaslandırmışdır ki, 10.830 manat avans qismində həyata keçirilən ödəniş də daxil olmaqla cavabdehə ümumilikdə 29.090,55 manat məbləğində vəsait ödənilməsinə baxmayaraq, sonuncu tərəfindən 8.600,93 manat dəyərində məhsul təhvil verilməklə müqavilə ilə üzərinə düşən öhdəliklər tam icra edilməmişdir. Bununla da cavabdeh müqavilə öhdəliyini tam yerinə yetirmədiyindən onun ödənilməmiş 20.489,62 manat qalıq borcu qalmışdır.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddia tələbinə münasibət bildirərək izahatında göstərmişdir ki, ümumi 29.090,55 manat pul götürülmüşdür, bu mə bləğin 10.830 manatı avans, 18.260,55 manatı isə toxum və gübrəyə aid olmuşdur. İddiaçıya 8.600 manat dəyərində məhsul qaytarılmışdır, məhsulun bir hissəsi yetişməmiş, qalan hissəsi isə iddiaçı tərəfindən qeyd edilən tarixdə biçilməmişdir.
8. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 2 avqust tarixli e-2-2(117)-692/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 20.489,62 manat borc, 200 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməsi və ödənilməmiş 151,47 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim R.Məcidov).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqısatqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur.
10. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən təhvil verilmiş soya paxlasının dəyəri avans verilən borc və satılmış gübrə və toxumun dəyərini ödənmədiyindən, tərəflər arasında alqı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.
11. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 mart 2022-ci il tarixli **nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Oğuz rayonu Kərimli kəndi ərazisində 14 ha sahəd ə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 42 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 42000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilm əsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir.
12. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 6300 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 2250 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 570 manat və 1710 manat olmaqla ümumilikdə 10830 manat məbləğində avans, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 16381,80 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 921,64 manat və xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 957,15 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir.
13. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəs aitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh müqavilənin şərtlərini tam yerinə yetirməməklə borcunu tam ödəməmişdir.
14. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, işin materiallarındakı sənədlərlə, yəni malların təhvil qəbul aktları, habelə cavabdehin 20 iyul 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izah atı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə mal (toxum, gübrə, dərman) təhvil verilmişdir.
15. Məhkəmə işin qeyd olunan hallarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi əsas götürərək belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehə iddia tələbi həddində 20489,62 manat məbləğində avans və mal (gübrə, dərman, toxum) təhvil verilməsi iş materialları ilə öz təsdiqini tapdığından və cavabdeh istər məhsul, istərs ə dəpul şəklində həmin məbləği iddiaçıya tam şəkildə qaytarmadığından 20489,62 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə cavabdehin məhkəmə hazırlıq iclasında verdiyi izahatında “iddiaçı tərəfindən məhsulun onun dediyi vaxtda biçilməməsi” ilə bağlı etiraz dəilinə münasibətdə onu qeyd etmişdir ki, əvvəla bu halı, yəni cavabdeh tərəfindən iddiaçıya məhsulun biçini ilə bağlı müraciət edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
17. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilədə məhsulun məhz iddiaçı tərəfindən biçilməsi ilə bağlı onun üzərinə öhdəlik qoyulmamış, sadəcə olaraq müqavilədə 3 nömrəli əlavədə məhsulun biçini ilə bağlı qiymət göstərilmiş və cavabdeh də həmin qiymətlə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən zərurət yarandığı halda cavabdehin müraciəti əsasında dəyəri ödənilmək şərtilə sifarişçi olan iddiaçı məhsulun biçinini həyata keçirə bilər. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində təhvil almalıdır. Göründüyü kimi, məhsulun mütləq qaydada sifarişçi olan iddiaçı tərəfindən biçilməli olması ilə bağlı tərəflər arasında heç bir razılaşma mövcud olmamışdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra -“MM”) 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1, 752.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
19. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia t ələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-80/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim E.Hüseynov, hakimlər G.Cavadova və V.Məlikov).
21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.
22. Məhkəmə apellyasiya şikayətinin “cavabdehin müqavilə üzrə üzərinə düşənləri icra etməsi və məhsulun vaxtında yetişməməsi, iddiaçının təqsirindən məhsulun yığılmasının gecikdirilməsi, yetişmiş məhsulun sahədə qalaraq xarab olması və yığılmış məhsulun isə iddiaçının almaqdan imtina etməsi səbəbli verilmiş toxum, gübrə və avans məbləğini geri ödəyə bilməməsi” ilə bağlı dəililinə münasibətdə qeyd etmişdir ki, cavabdeh həmin halları təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.
23. Apellyasiya şikayətinin “iddiaçının məhsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olması və buna görə də məhsulu təhvil almaqdan imtina etməsi” dəlillərini təsdiq edən sübutlar işə baxan məhkəmələrə təqdim edilməmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilədə məhsulun məhz iddiaçı tərəfindən biçilməsi ilə bağlı onun üzərinə öhdəlik qoyulmamış, sadəcə olaraq müqavilədə 3 nömrəli əlavədə məhsulun biçini ilə bağlı qi ymət göstərilmiş və cavabdeh də həmin qiymətlə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən zərurət yarandığı halda cavabdehin müraciəti əsasında dəyəri ödənilmək şərtilə sifarişçi olan iddiaçı məhsulun biçinini həyata keçirə bilər.
24. Bundan əlavə, müqavilənin 4.1-ci bəndinə, əsasən sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində təhvil almalıdır. Göründüyü kimi, məhsulun mütləq qaydada sifarişçi olan iddiaçı tərəfindən biçilməli olması ilə bağlı tərəflər arasında heç bir razılaşma mövcud olmamışdır. Cavabdeh (icraçı) yalnız məhsulun sifarişçi cəmiyyət tərəfindən vaxtında biçilməməsinə və təhvil alınmamasına istinad etmişdir. Həmin dəlillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, icraçı Cavabdeh tərəfindən sifarişçi cəmiyyətə məhsulun biçini il ə bağlı müraciət edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.
25. Apellyasiya şikayətinin iddiaçının məhsulu vaxtında yerində təhvil almaması və onun müqavilənin bəndlərinin pozulmasında marağının olması barədə dəlilini də məhkəmə əsassız hesab etmiş, ona əsaslanmışdır ki, 29090,55 manat məbləğində avans pul, toxum, gübrə və dərman vermiş iddiaçının müqavilənin bəndlərini pozmaqda və bununla da onun əhəmiyyətli dərəcədə maddi zərərə məruz qalmaqda maraqlı olması inandırıcı və işin hallarına uyğun olmamaqla yanaşı ağlabatan da deyidir.
26. Məhkəmə apellyasiya şikayətinin iddiaçının cavabdehə soya məhsulunun istehsalı zamanı sonuncu tərəfindən əlavə çəkilmiş xərclər üçün 7.000 manat maddi zərər və 21.793,8 manat əldən çıxmış fayda olmaqla cəmi 28.793,8 manat məbləğində maddi zərər vurması barədə dəlillərini də cavabdehin həmin xüsusatları təsdiq edən sübutları təqdim etməməsi səbəbindən əsassız hesab etmişdir.
27. Apellyasiya şikayətinin iddiaçı tərəfindən müqavilənin 6.5-ci bəndinin tələblərinə əməl edilməməsi barədə dəlili ilə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müqavilənin həmin bəndinə əsasən sifarişçi əkinlərin sığorta haqqını ödəyir, əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir. Belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı və iddiaçı isə onun dəyərini ödəməlidir.
28. İşin materiallarında iddiaçı tərəfindən yerində monitorinq keçirilməsi barədə h esabatlar və fotoşəkillər olduğundan məhkəmə apellyasiya şikayətinin sifarişçi tərəfindən məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməməsi barədə dəlili ilə də razılaşmamışdır.
29. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qəneaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
30. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin sifarişçinin icraçıya təqdim etdiyi toxumun keyfiyyətinin müəyyən edilməsi və sertifikatı (mənşəyi ) barədə mütəxəssis rəyinin alınması, eyni zamanda toxumun məhsuldarlığı, toxumun böyüməsinin (inkişaf etməsinin) icraçının bitkiyə (toxuma) düzgün qulluq etməməsindən, yoxsa toxumun keyfiyyətundən, torpaq sahəsinin mineral tərkibindən, o cümlədən iqlim şəraitindən asılı olub olmamasının müəyyən edilməsi üçün məhkəmə bioloji ekspertizasının keçirilməsi barədə vəsatətinə münasibət bildirərək qeyd etmişdir ki, soya paxlası bitkisi birillik bitkidir. İşin materiallarından da göründüyü kimi tərəflərlər arasında mübahisə 2022-ci ildə yaranmışdır. Yəni, soya paxlası məhsulu 2022-ci ildə əkilib becərildiyindən vəsatətdə qoyulmuş sualların cavablandırılmasının mümkün olmayacağı əvvəlcədən bəllidir. Eyni zamanda iş materiallarına iddiaçı tərəfindən cavabdehə əkmək üçün verdiyi soya toxumunun sertif ikatı (mənşə məlumatları) əlavə edilmişdir. Sertifikatda toxumun laborator müayinəsinin nəticələri öz əksini tapmışdır. Həmin sertifikatdan (mənşə məlumatlarından) görünür ki, iddiaçı tərəfindən cavabdehə əkmək üçün yüksək keyfiyyətli toxum verilmişdir
31. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. MM-in 448.2 və 556.2-ci maddələrinin tələbləri pozulmuşdur-məhkəmə iş üzrə tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsini podrat müqaviləsi kimi təfsir etməsində haqlı olmamışdır. Əgər tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin üzərinə qoyulmuş öhdəlik razılaşdırılmış muzd qarşılığında hər hansı iş görməkdirsə, yəni soya paxlası əkinlərinin həyata keçirilməsindən ibarətdirsə, onda tərəflər arasında yaranmış münasibət podrat müqaviləsindən irəli gələn münasibətlər hesab edilməlidir. Burada cavabdeh əvvəlcədən razılaşdırılmış muzd qarşılığında işi lazımınca icra edərək sifarişçi tərəfindən verilmiş toxumu əkmiş və becərmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin üzərinə qoyulmuş öhdəlik razılaşdırılmış muzd qarşılığında hər hansı məmulatın və ya əvəz edilən əşyanın hazırlanmasından ibarətdirsə yəni cavabdehin öhdəliyi əvvəlcədən razılaşdırılmış muzd qarşılığında soya məhsulunun istehsal etməsidirsə, bu əkinçilik nəticəsində əldə edilmiş və hələ emal olunmamış kənd təsərrüfatı məhsulları podrat müqaviləs inin predmeti kimi qəbul edilə bilməz.
33. Müqavilə münasibətlərinə görə, tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsində öhdəliyin icrasının mahiyyətinə (soya məhsulunun istehsalına) daha çox xidmət müqaviləsi sayılan tapşırıq müqaviləsi uyğun gəldiyindən, həmin müqavilə haqqında normalar tətbiq olunmalı idi. Podrat müqaviləsində öhdəliyin icrasının mahiyyətinə əsasən, podratçı konkret nəticənin əldə olunmasına təminat verir. Lakin tərəflər arasında bağlanmış qarışıq müqavilənin birinci hissəsində cavabdehin öhdəliyi soya məhsulunun istehsalıdır. Əkinçilik nəticəsində kənd təsərrüfatı məhsullarının əldə edilməsinə isə icraçı tərəfindən təminat verilə bilməz. Nəticədə soya məhsulu torpaqdan əldə olunan məhsuldur və o, hər hansı üsulla hazırlanmır. Müqavilənin 5.2-ci bənd ində məhsul istehsalının bu müqaviləyə 3 saylı əlavədə öz əksini tapmış müddətlərə və ardıcıllığa uyğun olaraq icra etmək icraçının vəzifəsi kimi qeyd olunmuşdur. Həmin müqaviləyə 3 saylı əlavəyə görə, məhsulun yığımı, yəni biçimi yalnız dəndə nəmliyin miqdarı 13-14% olduqda mümkündür. Bu da onu göstərir ki, dəndə nəmliyin miqdarını icraçı deyil, yalnız sifarişçinin nümayəndəsi baxış keçirdikdən və dəndəki nəmliyin miqdarı yoxlandıqdan sonra biçilməlidir. Odur ki, sifarişçi tərəfindən texniki şərtlər pozulduğuna görə məhsul biçimi gecikmişdir.
34. Tərəflər arasında bağlanmış 2022-ci il 10 mart tarixli **nömrəli müqavilənin müddəti 2022-ci il 1 oktyabr tarixində başa çatmasına və həmin Müqavilənin 4.1 və 6.6-cı bəndlərinə əsasən sifarişçi (iddiaçı) məhsulu icraçıdan (cavabdeh) məhsul biçild ikdən sonra əkin sahəsində yerində təhvil almalı olmasına baxmayaraq, iddiaçı məhsulu biçdikdən sonra təxminən bir ay məhsulu təhvil almaqdan imtina etmişdir. Bununla da, iddiaçı cavabdehə soya məhsulunun istehsalı 28.793,8 manat məbləğlərdə maddi zərər vurmuşdur. Bundan başqa, həmin Müqavilənin 6.5-ci bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Müqavilənin bu bəndindən də görünür ki, əkinlərin sığortalanmasını təşkil etmək və sığorta haqlarını ödəmək vəzifəsi sifarişçinin üzərinə qoyulmuşdur. Eyni zamanda, müqavilənin 6.12 və 6.13-cü bəndlərindən görünür ki, sifarişçi məhsul istehsalının yerinə yetirilməsi zamanı nümayəndəsini ayda bir dəfədən az olmayaraq göndərməli, nöqsanlar olduğu təqdirdə 6.13-cü bənddəki tədbirləri görməli idi. Sifarişçi müqavilənin bu bəndlərinə riayət etməmiş, yəni məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməmişdir. Hər hansı nöqsan olduğu halda bu barədə cavabdehə heç bir xəbərdarlıq etməmişdir.
35. MPM-in 5.3, 9, 14.1, 16.1, 66, 76, 88 və 217-ci maddələrinin tələbləri pozulmuşduriəhkəmə müqavilə üzrə tərəflərin öz hüquq və vəzifələrini vicdanla həyata keçirib keçirmədiyini araşdırmamışdır. Məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Sübutların əldə edilməsi və müvafiq mütəxəssis, o cümlədən ekspert rəyinin alınması ilə bağlı vəsatətlərlə müraciət olunsa da, məhkəmə heç bir əsaslandırma aparmadan vəsatətlərin təmin olunmaması barədə qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzə rdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xi dmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi...” “Maddə
448. Öhdəliklərin icra edi lməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tu tulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyə ti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir....” “Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.....” 40. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar... 1.1.6. aqrar sığortalı – aqrar sığorta sistemi üzrə əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxs;... ” “Maddə
4. Aqrar sığortanın predmeti 4.1. Bu Qanunun tələblərinə uyğun olaraq aşağıdakıla r aqrar sığortanın predmeti sayılır: 4.1.1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla);...” “Maddə
12. Aqrar sığortalı 12.1. Aqrar sığortalı aqrar sığorta sistemi üzrə sığortalanmaq üçün vasitəçi aqrar sığortaçılar vasitəsilə aqrar sığorta informasiya sistemində qeydiyyatdan keçir və əmlak mənafelərinin bu Qanunla müəyyən edilən qaydada sığortalanması üçün idarəedici qurum ilə müqavilə bağlayır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsasla ndıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.....” “Maddə
102. Əlavə və təkrar ekspertiza... 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfind ən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....”
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddian ın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 44. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyas iya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
45. Cavabdeh kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair bu qə rarın 32-33-cü bəndlərində qeyd olunan dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, MM-nin podrat müqaviləsinin anlayışını müəyyən edən 752-ci maddəsinin məzmunundan (məzmunu üçün bax bu qərarın 39-cu bəndi) əkinçilik məhsullarının hazırlanmasının (istehsalının) podrat müqaviləsinin predmeti ola bilməyəcəyi istisna edilməmişdir.
46. Cavabdehin istinad etdiyi xidmət müqaviləsinə gəldikdə, həmin növ müqavilə münasibətlərini tənzimləyən normalar MM-də nəzərdə tutulmadığından, qanunun analogiyası qaydasında, MM-nin həmin münasibətlərə mahiyyəti üzrə daha yaxın olan tapşırıq müqaviləsinə dair müddəaları tətbiq edilir. Belə ki, podrat müqaviləsindən fərqli olaraq, istər xidmət, istərsə də tapşırıq müqavilələrinin predmetini hər hansı maddiləşmiş konkret nəticənin əldə olunması deyil, müəyyən işin görülməsinin özü təşkil edir. Yəni, xidmət və tapşırıq müqavilələrinin icrasında sifarişçi üçün əhəmiyyətli olan əsas məqam iş prosesinin özüdür. Bu baxımdan tapşırıq müqaviləsinin anlayışını müəyyən edən MM-in 777.1-ci maddəsində (mətni üçün bax bu qərarın 39-cu bəndi) “konkret nəticə əldə olunmasına təminat vermədən” ifadəsi işlədilmişdir.
47. Baxılan iş üzrə isə, hər iki tərəf-həm sifarişçi (iddiaçı), həm də icraçı (cavabdeh) bilavasitə soya məhsulunun əldə olunmasında maraqlıdır. Belə ki, müqavilə şərtlərinə əsasən sifarişçinin (iddiaçının) iqtisadi maracı keyfiyyətli soya məhsulunu əldə etmək, icraçının (cavabdehin) marağı isə məhsulun yetirdirilməsi üçün iddiaçı tərəfindən verilmiş vəsaitin qaytarılmasından sonra alqı-satqı qaydalarına əsasən daha ç ox məhsul satmaqdan ibarətdir.
48. Qeyd olunmalıdır ki, MM-in 752-ci məzmunundan aydın olur ki, podrat müqaviləsinə uyğun olaraq əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Baxılan işdə, podratın predmetini məhz əvəz edilən əşyanın-soya məhsulunun yetişdirilməsi təşkil etmişdir. Lakin gözlənilən nəticə alınmadığından, alqı-satqı qaydalarının tətbiqinə əsas olmamışdır.
49. Məhkəmə kollegiyası göstərilənlərə əsasən cavabdehin kassasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşmır və hesab edir ki, tərəflər arasındakı müqavilə münasibətlərinin xarakterinə işə baxan məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
50. Kollegiya cavabdehin kassasiya şikayətinin bu qərarın 34-cü bəndində qeyd edilən, apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərinə münasibə tdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 23-27-ci bəndləri). Həmin dəlillərlə bağlı həmçinin qeyd edir ki, cavabdeh iddiaçının təqsirli hərəkətləri nəticəsində ona 28.793,8 manat məbləğlərdə maddi zərər vurmasını göstərsə də, bu barədə hər hansı tələb irəli sürməmiş, eləcə də bununla əlaqədar zəruri, mötəbər sübutları təqdim etməmişdir.
51. Cavabdeh kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair bu qərarın 35-ci bəndində qeyd olunan dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh tərəfindən verilmiş vəsatətə həm ayrıca akt şəklində qərardadda (i.v 140-142), həm də qətnamədə hüquqi qiymət verilmiş, MPM-in 97.1-ci maddəsinin (bax bu qərarın 41-ci bəndi) tələblərinə əməl edilmişdir.
52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
53. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərar a alır: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 tarixli, 2-2(107)80/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.M.Məmmədli V.T.Həsənov