Məhkəmə qərarları › İş №2-2(102)-123/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-123/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-123/2022 21.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçı Cavabdeh qarşı borcun tutulması və icarəyə götürülmüş avadanlıqların geri qaytarılması tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Qəribov Bəhman Fərhad oğlu, Hüseynov İlqar Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət qarışıq tərkibdə İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı borcun tutulması və icarəyə götürülmüş avadanlıqların geri qaytarılması tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxaraq müəyyən etdi

1. İddiaçı cavabdehə qarşı borc tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 26500 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 26500 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən 2014-cü il 1 noyabr tarixli 72/7 saylı müqavilə əsasında icarəyə götürdüyü ayaqaltı iskələ sistemlərini (avadanlıqları) iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Abşeron Rayon Məhkəməsinin 2021-ci il 21 oktyabr tarixli, 2(012)-4693/2021 saylı qərardadına əsasən, mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim Habil Əhmədov).

4. Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş, icarəyəverən, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ********** olan iddiaçı ilə icarəçi cavabdeh arasında bağlanmış 2014-cü il 1 noyabr tarixli 72/7 saylı avadanlıqların icarə müqaviləsinə əsasən icarəyəverən bu müqaviləyə əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini (avadanlıqlar) tikinti, təmir bərpa işləri mə qsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədən göründüyü kimi, iddia tələbi əsasında cavabdehdən tələb edilən borc məbləği tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə aid olduğundan həmçinin, iddia tələbi ilə sahibkarlıq fəaliyyəti arasında bağlılıq olduğundan, mülki iş kommersiya mübahisələrinə aiddir. Məhkəmə mülki iş materiallarına əlavə olunmuş sənədləri, qanunvericiliyin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarlarını nəzərə alıb hesab etmişdir ki, mülki işdə subyektiv tərkibinə görə iddiaçı vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçdiyindən, tərəflər arasında olan münasibətlər qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə aid olduğundan, iddia tələbi predmetinə görə iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı icarə müqaviləsindən irəli gələn mübahisə olduğundan mülki işə ümumi icraat qaydasında deyil, kommersiya məhkəməsində baxılmalıdır.

5. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 22 dekabr tarixli, 2-2(119)1958/2021 saylı qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – Xəqani Tağıyev).

6. Həmin məhkəmə bu qərardadı onunla əsaslandırmışdır ki, mülki iş materialları ilə eyni zamanda, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatlarla cavabdehin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması müəyyən edilm ir. Mülki iş üzrə iddiaçı vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınsa da, cavabdehin sahibkarlıq fəaliyyəti müvafiq qaydada qeydə alınmamışdır. Sahibkarlıq fəaliyyəti qanunvericiliyin müəyyən etdiyi qaydada qeydə alınaraq həyata keçirilən fəaliyyətdir və həmin fəaliyyətdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri tərəfindən baxılır. Lakin, mülki iş materialları ilə cavabdehin qanuni əsaslarla sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. Halbuki, mübahisə üzrə tərəflərin subyektiv tərkibi işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyarlardan biridir. Buna görə də, hazırkı mülki iş yaranmış mübahisənin kommersiya mübahisəsi kimi qəbul edilməsi və eyni zamanda, həmin mübahisəyə ümumi m əhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir.

7. İş materiallarını araşdıraraq məhkəmə tərkibi hesab edir ki, mülki iş mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir.

8. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

9. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

10. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan müba hisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

11. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 12. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınma sı Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.

13. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə bu Məcəllənin 33.4 və 34-cü maddələrində müəyyənləşdirilmişdir.

14. Sadalanmış normaların məzmunundan müəyyən olunur ki, kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. Bu mübahisələr həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.

15. Beləliklə, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

16. Birinci şərt üzrə qeyd olunmalıdır ki, hazırda işə kommersiya məhkəməsində baxılması üçün həlledici meyarlardan biri olan subyektiv tərkib ilə bağlı tələb pozulmuşdur.

17. Belə ki, iş materiallarına və “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən iddiaçı vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınsa da (VÖEN **********), Cavabdeh qanunla müəyən edilmiş qaydada fərdi sahibkar statusuna malik olması müəyyən olunmamışdır.

18. Bununla da, mülki prosessu al qanunvericiliyin mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının aydınlaşdırılması üçün tərəflərin subyektiv tərkibi ilə bağlı şərtin (iş materiallarından cavabdehin sahibkar olması görünmür) mövcud olmadığı müəyyən edildiyindən bu mübahisəyə yuxarıda istinad edilən prosessual hüquq normalarının tələblərinə uyğun olaraq mülki iş kimi mahiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır.

19. MPM-in 32.7-ci maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

20. Məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki mülki mübahisə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir.

21. Beləliklə, məhkəmə tərkibi MPM-in 24, 25 və 26-cı və 32-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı "borcun tutulması və icarəyə götürülmüş avadanlıqların geri qaytarılması" tələbinə dair mülki mübahisə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar