Məhkəmə qərarları › İş №2-2(102)-124/2024

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-124/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-124/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdehə qarşı ilk, Cavabdehin İddiaçı MMC-yə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdehə qarşı "pul öhdəliyinin icrası" barədə ilk, Cavabdehin İddiaçı MMC-yə qarşı "maddi zərər və əldən çıxmış fayda" barədə qarşılıqlı iddiasına dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-79/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən aşağıdakılar müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC (bundan sonra – "iddiaçı") Cavabdehə (bundan sonra – "cavabdeh") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən soya paxlası istehsalı və alqı-satqısı barədə müqaviləyə əsasən 21.230,61 manat qalıq borc məbləğinin və 200 manat mediasiya xərcinin əvəzinin tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh də qarşılıqlı iddia verərək, soya paxlası məhsulunun istehsalı zamanı çəkilmiş xərclər üçün 7110 manat maddi zərər, 23.350, 50 manat əldən çıxmış fayda olmaqla, cəmi 30.460,50 manat pulun və 181,38 manat dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Şəki Kommersiyа Məhkəməsinin e-2-2(117)-696/2023 nömrəli 02 avqust 2023-cü il tarixli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuşdur (hakim – R.Məcidov).

4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(107)-79/2023 nömrəli 2023-cü il 31 oktyabr tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, ha kimlər – G.Cavadova və V.Məlikov).

6. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:... 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda: 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıl ması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi....”

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. …” "Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikay ətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” "Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

9. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

10. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, qeyd olunan şikayətə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmiş, bununla da kassasiya şikayəti MPM-in 407.4-cü maddəsinin (bax § 8) tələbləri pozulmaqla verilmişdir.

11. Belə ki, iş materiallarından görünür ki, ilk iddianın qiyməti 21.230,61 manat, qarşılıqlı iddianın qiyməti isə 30.460,50 manat təşkil edir.

12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən hər iki iddia tələbinə münasibətdə mübahisələndirildiyi halda hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablama aparılmaqla dövlət rüsumu ödənilməli idi. Çünki qanunvericilikdə bununla bağlı hər hansı istisna nəzərdə tutulmamışdır.

13. Odur ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3 və 8.6-cı maddələrinin (bax § 7) tələblərinə əsasən, hazırkı halda cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsum unun məbləği hər iki iddianın qiyməti üzrə ayrılıqda hesablanmaqla, ilk iddia üzrə 77 manat, qarşılıqlı iddia üzrə isə 91 manat olmaqla, cəmi 168 manat təşkil etməlidir.

14. Lakin cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən cəmi 77 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu hal yuxarıda istinad olunan normaların tələbləri baxımından kassasiya şikayətinin qaytarılması üçün əsasdır.

15. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in (bax § 8) 408.1 və və 408.1.3-cü maddələrinə tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmalı olduğu halda, buna əməl etməyərk, işlə birlikdə baxılmaq üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

16. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Ca vabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 22(107)-79/2023 nömrəli 2023-cü il 31 oktyabr tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar