Məhkəmə qərarları › İş №2-2(102)-127/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-127/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-127/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı-nin Cavabdeh X1rşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsinin ləğv olunması, borcun ödənilməsi, lizinq müqaviləsinin qaytarılması, lizinq obyektinin yerləşdiyi tikilinin də lizung verənə qaytarılmasının hüquqi əsasları. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Şəfiyev İspəndiyar Əsəd oğlunun sədrliyi və məruzəsi, hakimlər Quliyev Zakir Müslüm oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Açıq Səh mdar Cəmiyyətinin Cavabdeh X1rşı lizinq müqaviləsi üzrə borcun tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 6 oktyabr tarixli 2-2(103)508/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı yazılacaq) ilə lizinqalan Cavabdeh X6 (bundan sonra Cavabdeh yazılacaq) arasında ümumi dəyəri 1.390.000 manat təşkil edən, müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilən südün e malı və təkrar emalı texnoloji xətti avadanlığının Cavabdeh-yə lizinqə verilməsi barədə 17 iyul 2008-ci il tarixdə 14-LA/12 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə lizinq alan, texnoloji avadanlığın dəyərindən 287.000 manat məbləği əvvəlcədən ödəməyi, qalan 1.103.000 manat məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.5-ci bəndində lizinq alan tərəfindən müqavilənin 1 nömrəli əlavəsində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədiyi halda, lizinq verənin gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmə hüququ nəzərdə tutulmuşdur.

2. Bundan başqa, lizinq verən İddiaçı ilə lizinqalan Cavabdeh arasında ümumi dəyəri 2.321.700 manat olan, m üqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilən çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların Cavabdeh-yə lizinqə verilməsi barədə 05 dekabr 2012-ci il tarixdə 45-LA/12 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə lizinq alan, suvarma avadanlığının dəyərindən 233.000 manat məbləği əvvəlcədən ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.5-ci bəndində lizinq alan tərəfindən müqavilənin 1 nömrəli əlavəsində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədiyi halda, lizinq verənin gecikdirilən hə günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmə hüququ nəzərdə tutulmuşdur. Lizinq alanın təşəbbüsü ilə tərəflər arasında 05 dek abr 2012-ci il tarixdə 45-LA/12 nömrəli lizinq müqaviləsində dəyişikliklər edilməsi haqqında 02 oktyabr 2014-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilədə tərəflər razılığa gəlmişdir ki, ödəniş qrafikində dəyişiklik edilərək, 1.044.350 manat məbləğində vəsait 2014-cü ilin İV rübündən, 1.044.350 manat vəsait isə 2015-ci ilin İV rübündən ödənilsin. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat 4. 2017-ci il 14 mart tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 1.071.960 manat məbləğində əsas borcu, 612.029 manat məbləğində cərimə məbləği və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.684.019 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsi, lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2008-ci il tarixli, 04-LA/12 nömrəli, 05 dekabr 2012-ci ilk tarixli 45-LA/12 nömrəli müqavilə və ona edilmiş 02.10.2014-cü il tarixli D1-45-LA/12 nömrəli dəyişikliyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə qiyməti 3.711.700 manat olan texnoloji avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə texnoloji avadanlığın ümumi dəyərindən 520.000 manat məbləği ndə ilkin ödəniş aparmış, qalan 3.191.700 manat məbləği isə ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə 01 yanvar 2017-ci il tarixədək ödəməli olduğu 1.034.100 məbləğdən 433.940 manat məbləğində ödəniş aparmış və müqavilə üzrə həmin tarixədək 1.071.960 manat borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə pretenziya göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyi tam yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə 01 iyun 2017-ci il tarixli ərizə ilə müraciət edərək, cavabdehdən 1.028.430 manat məbləğində əsas borcu, 517.805 manat məbləğində cərimə məbləği və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.546.265 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin ləğv edilməsi, lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, dünyada gedən iqtisadi böhranın təsirinə məruz qalmış, pul kütləsinin çatışmamazlığı səbəbindən lizinqə verilmiş avadanlıqların dəyərinin vaxtında ödənişini aparmaq qeyri-mümkün olmuşdur. 26 fevral 2014-cü il 04 saylı məktubla İddiaçı-nə müraciət edərək, təsərrüfatın lizinqlə aldığı südün emalı və təkrar emalı üçün avadanlıqların qaytarılmasına icazə verilməklə, həmin avadanlığ ın dəyərindən ödənilmiş 432.940 manat pul vəsaitinin lizinq ilə çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün alınmış avadanlığın dəyəri ilə əvəzləşdirilməsini xahiş etmiş, lakin cavab alınmamışdır. Təsərrüfatda südlük istiqamətli iri buynuzlu mal-qaranın inkişaf edtdirilməsi imkanları məhdud olduğundan və eyni zamanda maliyyə vəsaitinin çatışmamazlığı səbəbindən alınmış avdanlıqlann qurulmasını təmin edə bilməmiş, həmin avadanlıqlar alındığı anda olduğu kimi, açılmayaraq təsərrüfatda örtülü anbarda saxlanılır. Təsərrüfatda heyvandarlığın ətlik istiqamətinin genişləndirilməsi məqsədə uyğun olduğundan, gələcəkdə də südlük istiqamətli heyvandarlığın genişləndirilməsi nəzərdə tutulmayıb. Çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığı isə təsərrüfatda quraşdırılmışdır, hazırda həmin avada nlıqdan taxılçılığın və pambıqçılığın inkişafı məqsədi ilə əkilmiş sahələrdə istifadə edilir. Bütün çətinliklərə baxmayaraq təsərrüfat 2017-ci il ərzində lizinqə verilmiş avadanlıqların dəyərindən 147.000 manat pul vəsaitini iddiaçıya ödəmişdir 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2-2(82)354/2017 saylı qətnaməsi ilə (hakim İ.Bayramova) iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2008-ci il tarixli 14-LA/12 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyekti olan südün emalı və təkrar emalı texnoloji avadanlığının İddiaçı-nə qaytarılması, avadanlıq üçün ilkin ödəniş və qrafik üzrə ödəmələr 05 dekabr 2012-ci il tarixli 45-LA/12 nömrəli müqavilə və ona edilmiş 02.10.2014-cü il tarixli D1-45-LA/12 dəyişikliyə əsasən lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə daxil edilməsi, həmin məbləğlər nəzərə alınmaqla suvarma sistemi üçün qalıq borc üzrə yeni qrafik tərtib edilməsi, qalıq borcun Cavabdeh-dan İddiaçı-nin xeyrinə tutulması və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlığın dəyərinin bir hissəsi cavabdeh tərəfindən ödənilmişdir və həmin əmlakdan alındığı vaxtdan istifadə olunur. Hazırda lizinq əmlakının geri alınması cavabdehə ağır maddi ziyan vurulması ilə yanaşı, lizinq əmlakının tam yararsız hala düşməsi ilə nəticələnə bilər. Ona görə həmin əmlakın dəyərinin qalıq hissəsi ödənilməklə lizinq müq aviləsinin ləğv edilməsi və lizinq əmlakının saz vəziyyətdə geri qaytarılması barədə iddia tələbləri təmin edilməməlidir. Həmçinin lizinqə götürülmüş südün emalı və təkrar emalı texnoloji xətti avadanlığından istifadə edilmədiyinə görə həmin avadanlıq üçün ödənilmiş pul məbləği Cavabdeh-na lizinqə verilmiş çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığının dəyərinin ödənişinə daxil edilməli, əmlakın qalıq hissəsi üçün yeni qrafik tərtib edilməklə həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən lizinqə götürülmüş südün emalı və təkrar emalı texnoloji xətti avadanlığından istifadə edilmədiyindən həmin avadanlıq üçün pul məbləği qrafik üzrə tam ödənilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, cavabdeh t ərəfindən lizinqə götürülmüş südün emalı və təkrar emalı texnoloji xətti avadanlığının geri qaytarılması və həmin avadanlıq üçün ödənilmiş pul vəsaitinin lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığının dəyərinin ödənişinə daxil edilməsi xahiş edilməsinə baxmayaraq, iddiaçı tərəfindən heç bir tədbir görülməmişdir. İşdəki sənədlərdən görünür ki, cavabdeh tərəfindən borc məbləğinin ödəniş qrafikinə əsasən gecikdirilməsi onun maliyyə çətinlikləri ilə bağlı olmuşdur.

9. İddiaçı apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və iddianın tam təmin edilməsini xahiş etmişdir. b) Yuxarı instansiya məhkəmələrindəki icraat Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apelyasiya Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli 2-2(103)-691/2017 saylı qə tnaməsi ilə (hakimlər S.Seyidova (sədrlik edən və məruzəçi), S.Hüseynov və V.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. İddiaçı-nin nümayəndəsi həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(102)-264/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Dadaşov (sədrlik edən və məruzəçi), A.Hüseynov və S.Hüseynova) İddiaçı-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Ali Məhkəmə həmin qərarın da göstərmişdir ki, iddia tələblərində avadanlıqlar üçün ilkin ödəniş və qrafik üzrə ödəmələr 05 dekabr 2012-ci il tarixli müqavilə və ona edilmiş 02.10.2014-cü il tarixli D1-45-LA/12 nömrəli dəyişikliyə əsasən lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə daxil edilməsi, həmin məbləğlər nəzərə alınmaqla suvarma sistemi üçün qalıq borc üzrə yeni qrafik tərtib edilməsi barədə hər hansı tələb olmamış, birinci instansiya məhkəməsi belə bir tələb olmadığı halda MPM-nin 218.3-cü maddəsinin tələblərini pozaraq, irəli sürülməmiş və qanunda müstəsna hal olaraq nəzərdə tutulmamış tələblərlə bağlı qətnamə qəbul etmiş, apelyasiya instansiyası məhkəməsi isə bu prosessual pozuntu ilə qəbul edilmiş məhkəmə qərarını qanunsuz olaraq qüvvəsində saxlamış dır.

14. Bundan əlavə, tərəflər arasında bağlanmış 17 iyul 2008-ci il tarixli, 14-LA/12 nömrəli müqavilə üzrə ödəmələrin digər 05 dekabr 2012-ci il tarixli, 45-LA/12 nömrəli müqavilənin dəyərinə yönəldilməsi barədə məhkəmələrin gəldiyi nəticə də maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmamış, bu zaman həmin avadanlıqların müxtəlif müqavilələr üzrə cavabdehə lizinqə verildiyi və hər bir müqavilə üzrə də tərəflərin müvafiq və ayrıca öhdəliklərinin müəyyən edildiyi kimi hallar nəzərə alınmamış, faktiki olaraq mübahisə mahiyyəti üzrə həll edilməmişdir.

15. Bundan başqa, iş materiallarına əsasən həmçinin südün emalı və təkrar emalı avadanlığına 21 iyun 2017-ci il tarixdə ASC-nin əməkdaşı və Cavabdeh-nin direktorunun iştirakı ilə baxış keçirilərək avadanlığın istifad ə olunması barədə akt tərtib edilmiş, aktda avadanlığın hal-hazırda sökülmüş vəziyyətdə olduğu, lakin istifadə edildiyi göstərilmiş, beləliklə, həmin avadanlığın istifadə olunduğu və qrafik üzrə ödənişlərin həyata keçirildiyi halda məhkəmə bu avadanlıqların ümumiyyətlə istifadə olunmadığı barədə iş materialları ilə təsdiq olunmayan bir nəticəyə gəlmişdir.

16. Bundan başqa, məhkəmə qüətnamənin nəticə hissəsində əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləğin qətnamədə göstərilməsi barədə MPM-nin 222-ci maddəsinin tələbini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Bakı Apelyasiya Məhkəməsinin 22.01.2020-ci il tarixli 2-2(103)-4/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qism ən təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 22(82)-354/2017 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2008-ci il tarixli 04-LA/12 nömrəli, 05 dekabr 2012-ci il tarixli 45-LA/12 nömrəli və 02.10.2014-cü il tarixli D1-45-LA/12 nömrəli müqavilələrin ləğv edilməsi, Cavabdeh-dən İddiaçı-nin xeyrinə əsas borc üzrə 1.028.430 manat, cərimə borcu üzrə 102.840 manat, cəmi 1.131.270 manatın tutulması, lizinq obyektləri olan südün emalı və təkrar emalı texnoloji xətti avadanlığı, çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığı və onların yerləşdiyi tikili (bina) kommunikasiya ilə birlikdə saz vəziyyətdə İddiaçı-yə qaytarılması, ekspert tədqiqatına görə 2 00 manat xərcin Cavabdeh-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

18. Cavabdeh-nin nümayəndəsi həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 28 iyul 2020-ci il tarixli 2-2(102)-219/2020 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Ali Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyinə dair kassasiya şikayətinin dəlilləri əsaslıdır. İşin İİ ci ldinin 116-cı səhifəsindəki xəbərnamədə məhkəmə bildirişinin Kərimova soyadlı şəxs tərəfindən 08 yanvar 2020-ci il tarixdə imzalanıb alındığı görünsə də, iş materiallarında Kərimovanın adı, atasının adı, işə bağlılığı, cavabdehə münasibəti və ya tutduğu vəzifə müəyyən edilmir. Bu da prosessual qanunun pozulmasıdır. Belə vəziyyətdə bildirişi lazımi ünvana çatdırılmış hesab etmək mümkün deyildir.

21. Həmçinin işin İİ cildinin 111-ci səhifəsindəki SMS bildiriş də cavabdehə məhkəmənin vaxtı və yeri barədə məlumat verilməsi kimi qəbul edilə bilməz. Belə ki, SMS bildiriş 08 yanvar 2020-ci il tarixdə əvvəllər cavabdehin nümayəndəsi olmuş X5 göndərilmişdir, halbuki onun etibarnaməsinin müddəti 08 may 2019-cu ildə bitmiş (işin İ cildinin 59-cu səhifəsi) və ona yeni etibarnamə verilməmişdir. Apelyas iya instansiyası məhkəməsindəki üçüncü icraat

22. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 6 oktyabr tarixli 2-2(103)-508/2020 saylı qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), C.Yusifov və V.Baxışova) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-354/2017 saylı iş üzrə qəbul etdiyi 19 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2008-ci il tarixli 04-LA/12 nömrəli və 05 dekabr 2012-ci il tarixli 45-LA/12 nömrəli müqavilələr ləğv edilməsi, Cavabdeh-dən İddiaçınin xeyrinə əsas borc üzrə 1.028.430 manat, cərimə borcu üzrə 102.840 manat olmaqla, cəmi 1.131.270 manat məbləğində pul vəsaitinin tut ulması, lizinq obyektləri olan südün emalı və təkrar emalı texnoloji xətti avadanlığının, çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığının və onların yerləşdiyi tikilinin (bina) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə İddiaçı-yə qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin Cavabdeh X3 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

23. Yoxlanılan hissə ilə bağlı məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, tərəflərin razılaşdırdığı qrafik ilə müəyyən edilən ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Bu baxımdan iddiaçı lizinq müqavilələrinin ləğv edilməsi və lizinq obyektlərini n geri qaytarılmasını tələb etməkdə haqlıdır. Ekspertin rəyinə əsasən cavabdenin İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2008-ci il tarixli 04-LA/12 nömrəli lizinq müqaviləsi və 05.12.2012-ci il tarixli 45LA/12 nömrəli lizinq müqaviləsi üzrə 01.04.2017-ci il tarixədək 1.609.370 manat ödəməli olduğu halda 1.580.940 manat ödəniş olunmuş və cavabdehin 19.05.2017-ci il tarixinə iddiaçıya olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: əsas borc 1.028.430 manat; cərimə borcu 517.805 manat. Həmçinin lizinq müqavilələri üzrə əsas borcun ödənilməsi hissəsində də iddia əsaslıdır. Eyni zamanda işin mübahisəsiz halıdır ki, lizinq müqavilələri bağlanan zaman cavabdeh müqavilələrin hər biri üzrə ayrıayrılıqda iddiaçıya 233.000 manat və 287.000 manat olmaqla, ümumilikdə 520.000 manat məbləğində av ans ödəmişdir. Lakin borcun hesablanması zamanı həmin avans məbləğləri nəzərə alınmamalıdır. Belə ki, tərəflər arasında bağlanmış 05 dekabr 2012-ci il tarixli lizinq müqaviləsinin və 17.07.2008-ci il tarixli lizinq müqaviləsinin 5.1.5 və 5.2-ci maddələrində göstərilmişdir ki, avadanlıqdan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödənilmədikdə lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə avadanlığı və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Bu halda lizinq alandan götürülmüş avadanlığa və onun yerləşdiyi tikili (bina) ilə birlikdə olan kommunikasiyalardan istifadə hüquq u lizinq verənə keçir. Lizinq verən götürdüyü avadanlığı başqa şəxsə lizinqə verə bilər. Həmçinin dəbbə pulunun tutulması hissəsində iddia qismən əsaslıdır.

24. Məhkəmənin qətnaməsi cavabdehə 2020-ci il 30 oktyabr tarixdə təqdim edilmişdir. 25. 2020-ci il 25 dekabr tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, işin təkrar apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri:

26. Kassasiya şikayətində deyilir ki, məhkəmə iclası Cavabdeh-nin məlumatı və iştirakı olmadan keçirilmiş, ekspertiza rəyi ilə tanış olmaq, ekspertiza rəyi ilə müəyyən e dilmiş borc məbləğini mübahisələndirmək imkanı olmamışdır. Cərimə borcunun tutulması hissəsində məhkəmə kolegiyası maddi hüquq normasını kobud pozmuşdur, Cavabdeh-ə mülkiyyətində olan, lizinq müqaviləsinin predmeti olmayan, lizinq obyekti sayılmayan daşınmaz əmlakın da iddiaçıya verilməsinə dair məhkəmənin gəldiyi nəticə maddi hüququn və hüquqi şəxsin mülkiyyət hüququnun kobud pozulması kimi qiymətləndirilməlidir. Bununla belə, Ali Məhkəmənin də iş üzrə tərəflərin iştirakını təmin etmək barədə göstərişini və Mülki Prosessual qanunvericiliyin tələblərinə əməl etməyərək, Məhkəmə Kollegiyası təkrar prosessual pozuntu etməklə, cavabdehin iştirakını təmin etmədən onun əleyhinə qətnamə qəbul etmişdir. Hesab edirik ki, təkcə bu dəlil Kollegiyanın qətnaməsinin ləğvi üçün əsasdır. Eyni zamanda öd əniləcək məbləğlərin İddiaçı” ASC-yə deyil, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq hesabına köçürülməsi də Fərmanda müəyyənləşdirilmişdir. Hesab edir ki, məhkəmə İddiaçı-nin sərəncamında Cavabdeh-də olan hazırkı iş üzrə dəyəri və ödənilməsi mübahisələndirilən lizinq predmetlərinin - südün emalı və təkrar emalı avadanlığının, eləcə də çiləmə üsulu ilə dairəvi suvarma sisteminin yenidən qiymətləndirilməsinin nəticələrini gözləmədən hazırkı iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir ki, bununla da müəssisəni yuxarıda göstərilən Fərmanda nəzərdə tutulan güzəştlərdən faydalanmaq hüququndan əsassız məhrum etmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası heç bir hüquqi əsas olmadan İddiaçı ilə aralarinda bağlanmış müvafiq müqavilələrə əsasən lizinq obyekti olmayan, yuxarıda göstərilən südün emalı və təkrar emalı avadanlığının yerləşdiyi tikilinin (binanın) də İddiaçı-ə verilməsini qət etmişdir ki, bununla da müəssisə qanunla qorunan əmlak hüquqlarını kobud şəkildə pozmuşdur. Nəzərə alınmalıdır ki, müəssisə tərəfindən İddiaçı-dən yalnız südün emalı və təkrar emalı avadanlığı, eləcə də çiləmə üsulu ilə dairəvi suvarma sistemi lizinq yolu ilə alınmışdır. Tərəflər arasında bağlanmış müqavilələrdə lizinqin obyekti olaraq yalnız «südün emalı və təkrar emalı avadanlığı, eləcə də çiləmə üsulu ilə dairəvi suvarma sistemi» müəyyənləşdirilmişdir. Cavabdeh-ə məxsus heç bir tikili (bina) lizinq obyektinin predmeti olmamışdır. Belə olduğu halda, Apelyasiya Məhkəməsinin lizinq obyektindən əlavə hüquqi şəxsə məxsus olan t ikililərin - yəni, daşınmaz əmlakın da İddiaçı-ə verilməsi nəticəsinə gəlməsi hüquqi şəxsin mülkiyyət hüquqlarından məhrum edilməsiilə nəticələnir. Nəzərə alınmalıdır ki, lizinq predmeti olmayan daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlər iş materiallarına əlavə edilmişdir və məhkəmə kollegiyasına həmin daşınmaz əmlakın lizinq predmetinə daxil olmadığı bəllidir.

27. Bundan başqa, əvvəlki vəsatət və şikayətlərində göstərdiyi kimi işdə olan ekspert rəyi ziddiyyətlidir və adi riyazi hesablama bunu müəyyən etməyə imkan verir. Belə ki, ekspertiza rəyində qeyd olunur ki, cavabdeh 01.04.2017-ci il tarixədək 1.609.370 manat ödəməli olduğu halda 1.580.940 manat ödəniş etmiş və cavabdehin 19.05.2017-ci il tarixinə iddiaçıya olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc 1.028.430 manat; cər imə borcu 517.805 manat. Göründüyü kimi ekspertin rəyində olan hesablamaya görə borc məbləği 28.430 (1.609.370 – 1.580.940) manat təşkil etməlidir. Lakin məhkəmə ekspertin rəyinə istinad etməklə, borcu 1.028.430 manat müəyyən etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətnə dair etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində verilmiş, şikayətin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu tam y oxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

439. Pul öhdəliklərinin icrası... 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Maddə

443. Öhd əliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası ba rədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə

747. Lizinq müqaviləsi 747.

1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Maddə 747-2. Lizinqin obyekti Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarını n əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.2. Hakim, işə əhəmiyyəti olan yeni halları aydınlaşdırmağı və ya əlavə sübutları tədqiq etməyi zərur i hesab edərsə, məhkəmə iclasının təzələnməsi haqqında qərardad çıxarır. İşə mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir. Maddə

222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamə də göstərir. Maddə

372. Apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə lizinq münasibətlərindən yaranmışdır və mübahisəni n həllinə Mülki Məcəllənin lizinq münasibətlərini tənzimləyən XXXVİİİ fəslinin müddəaları, habelə müqavilənin ləğv edilməsi əsaslarını və qaydalarını müəyyən edən normalar tətbiq edilməlidir. İddia tələbi cavabdehdən pul məbləğlərinin geri almaq və lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək tələbləri qanunidir. Belə ki, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinin təhlilindən göründüyü kimi lizinq alanın lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsi - pul məbləğlərinin geri almaq və lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək üçün qanunla müəyyən olunmuş əsaslardan biridir. Hazırki işdən görünür ki, lizinq alan hər iki müqavilə üzrə lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməmişdir. Ona gərə də apelyasiya instansiyası məhkəməsinin lizinq müqavilələri üzrə əsas borcun lizinq verənə qaytarılmalı olduğu barədə gəldiyi nəticə qanunidir. Lakin məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin əsas borcun məbləği barədə gəldiyi nəticə əsaslı deyildir. Çünki məhkəmə kollegiyası müqavilələr üzrə cavabdehdən alınmalı olan pul məbləğini müəyyən edərkən iş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının rəyinə istinad edərək bildirmişdir ki, «ekspertin rəyinə əsasən cavabdenin İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2008-ci il tarixli 04-LA/12 nömrəli lizinq müqaviləsi və 05.12.2012-ci il tarixli 45LA/12 nömrəli lizinq müqaviləsi üzrə 01.04.2017-ci il tarixədək 1.609.370 manat ödəməl i olduğu halda 1.580.940 manat ödəniş olunmuş və cavabdehin 19.05.2017-ci il tarixinə iddiaçıya olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: əsas borc 1.028.430 manat; cərimə borcu 517.805 manat.» Göründüyü kimi ekspert rəyinin nəticə hissəsi ziddiyyətlidir və adi riyazi hesablama bunu müəyyən etməyə imkan verir. Cavabdeh də işə aşağı məhkəmə instansiyalarında baxılan zaman (Bakı Apelyasiya Məhkəməsinin 22.01.2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətində və ondan sonra) bu xüsusatı məhkəmənin diqqətinə çatdırmışdır. Nəzərə alınmalıdır ki, ekspert rəyinin qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və hər bir halda işdə olan digər sübutlarla müqayisəli şəkildə obyektiv, hərtərəfli və tam araşdırıldıqdan sonra, həmin sübutlara tət biq edilməli olan hüquq normalarına müvafiq qiymət verilməlidir (MPM-nin 88 və 103.1-ci maddələri). Məhkəmə tərəfindən ekspert rəyinin tədqiqi zamanı kifayət qədər aydın və tam olmadığı müəyyən edildiyi halda əlavə ekspertiza təyin etmək, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmaq mümkün olmadıqda, habelə ekspert rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin olunması imkanları müəyyən olunmuşdur (MPM-nin 102-ci maddəsi). Lakin apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə ekspertin rəyinə sübut kimi istinad edib borcu həmin rəyə əsasən müəyyən etməsinə baxmayaraq, rəyin qiymətləndirilməsini aparmamış, rəyin ziddiyyətli olması barədə cavabdehin etiraz dəlilini cavablandırmamışdır. Bundan başqa, iş materiallarından göründüyü kimi iddiaçı cav abdehlə müxtəlif vaxtlarda, müxtəlif məbləğdə olan lizinq predmetləri barədə bağlanmış iki müqavilə üzrə yaranmış borcun tutulmasını tələb edir və məhkəmə qətnaməsində iki müqavilə üzrə tutulmalı olan ümumi borcu və ümumi cərimə məbləğini göstərmişdir. Halbuki, işə ikinci dəfə baxmış apelyasiya instansiya məhkəməsi həm də müqavilələrin hər biri üzrə qalıq borcu müəyyənləşdirmək mümkün olmadığına əsaslanmaqla ekspertiza təyin etmişdi. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə hər bir müqavilə üzrə borc müəyyən edilməlidir. Çünki hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gə tirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Südün emalı və təkrar emalı avadanlığından istifadə edilmədiyi barədə cavabdehin dəlillərini rədd etməkdə məhkəmə haqlı olmuşdur. Çünki iş materiallarına əsasən müəyyən olunur ki, südün emalı və təkrar emalı avadanlığına 21 iyun 2017-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı və Cavabdeh-nin direktorunun iştirakı ilə baxış keçirilərək avadanlığın istifadə olunması barədə akt tərtib edilmiş, aktda avadanlığın tam quraşdırılmadığı, lakin aktda adları sadalanan ayrı-ayrı hissələrinin istifadə edildiyi göstərilmişdir (i/v 133-134). Bundan başqa, iş materiallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi lizinq obyekti olan avadanlıqlarla yanaşı, bu avadanlıqların yerləşdiyi tikili (bina) kommunikasiyası ilə birlik də lizinq verənə qaytarılmasını qət etmişdir. Cavabdeh yazılı şəkildə irəli sürdüyü etirazda lizinq obyektləri ilə yanaşı ona məxsus binanın da iddiaçıya verilməsi ilə razılaşmır və bu mövqeyini onun mülkiyyət hüququna müdaxilə olunması ilə əsaslandırır. İşə baxmış məhkəmə cavabdehun bu dəlilinə qiymət verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 747-2-ci maddəsinin digər əlaqəli normalarla təhlilindən göründüyü kimi, lizinq obyekti - lizinq verən tərəfindən lizinq alanın istifadəsinə verilən daşınar və daşınmaz əşyalardır. Qanunda bu obyekt üzərində lizinq alanın mülkiyyət hüququnun yaranmasının əsasları müəyyən edilməklə yanaşı, mülkiyyət hüququ yarananadək tərəflərin hüquqları və vəzifələri müəyyən edilmişdir. Lizinq alanın müqavilə ilə nəzərdə tutulan ödənişləri, müə yyən olunmuş müddətlər üzrə ardıcıl iki dəfədən artıq ödəməməsi, lizinq alan üçün pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq hüququ, lizinq alan üçün isə, lizinq obyektinin lizinq verənə qaytarmaq öhdəliyi yaradır (Mülki Məcəllənin 748-1.8, 748-1.12 və 748-1.12.4-cü maddələri). Göründüyü kimi qanunda lzinq müqaviləsi şərtlərinin pozulmasına görə müqavilə ləğv edildikdə, lizinq obyektinin yerləşdiyi tikilini (binanın) kommunikasiyası ilə birlikdə lizinq verənə qaytarılmasını müəyyən edən norma yoxdur. Lizinq alanın lizinq obyektini yerləşdiyi tikili (bina) kommunikasiya ilə birlikdə lizinq verənə qaytarmaq barədə müqavilənin 5.2-ci bəndində müəyyən edilmiş şərtlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borcl u) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Mülki Məcəllənin 386.2-ci maddəsinə görə bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. İddiaçı da, bu normalardan çıxış etməklə və müqavilənin 5.2-ci bəndinə əsaslanmaqla lizinq obyektini yerləşdiyi tikili (bina) kommunikasiyalara dair iddianı irəli sürmüşdür. Lizinq obyektinin yerləşdiyi tikilini (binanın) kommunikasi yası ilə birlikdə lizinq verənə qaytarılmasını müəyyən edən hüquq norması olmasa da, iddiaçı tərəf müqavilənin 5.2-ci maddəsində müəyyən olunmuş razılaşmanın, müqavilə azadlığı çərçivəsində müəyyən olunmuş şərt kimi izah edə bilər. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Lakin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fizik i və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstit usiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Digər tərəfdən, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz (burada Mülki Məcəllənin əqdlərin etibarsızlığına dair 339-342-ci maddələrinin, müqavilələrin standart şərtlərinə dair 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır). Bu prinsip Mülki Məcəllənin 390.2-ci maddəsinin birinci cümləsində və 390.5-ci maddəsində təsbit olunmuşdur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014cü il tarixli qərarı). Qeyd olunanlara əsasən, işə baxmış məhkəmələr müqavilə şərtinin 5.2-ci bəndinə əsasən irəli sürülmüş tələbin əsaslılığını yoxlamalı, həmin yoxlama çərçivəsində bu şərti, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən təfsir etməli idi. Bu xüsusilə ona görə zəruridir ki, müqavilənin avadanlığa mülkiyyət hüququnu və istifadə qaydalarını tənzimləyən 3-cü bölməsində də avadanlığın yerləşdiyi bina ilə bağlı hər hansı dəqiqləşdirilmiş şərtlər nəzərdə tutulmamış, müqavilənin 5.2-ci bəndinə əsasən lizinq verənin istifadəsinə verildikdən sonra ondan istifadə qaydaları, müddəti və şərtləri tənzimlənməmişdir. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edər kən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmçinin bi cür təfsir zamanı məhkəmə, müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidir. “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləş dirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.12.2018-ci il Fərmanına əsasən İddiaçı-nin yeni balansı barədə məlumat Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilənədək icraatın dayandırılmalı olması barədə cavabdehin dəlili əsassızdır. Belə ki, həmin Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) sərəncamındakı əmlakın beynəlxalq nüfuzlu auditor təşkilatı cəlb edilməklə qiymətləndirilməsini təşkil etsin və qiymətləndirmənin nəticəsinə əsasən, Cəmiyyətin yeni balansı barədə məlumatı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməsi tapşırılmışdır. Lakin bu qiymətləndirmənin iddiaçı və cavabdehin arasında yaranmış öhdə liklərə təsiri yoxdur. Çünki adı çəkilən Fərman, kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin təmin edilməsi, texnikanın və damazlıq heyvanların lizinq vasitəsilə güzəştli satışı mexanizminin təkmilləşdirilməsi, özəl aqrotexniki xidmətlərin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı prinsipi tətbiq edilməklə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərəli istifadə məqsədilə verilmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd olunanlara əsasın apelyasiya instansi yası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkın məhkəmə yuxarıda göstərilən səhvləri aradan qaldırmaq məqsədi ilə cavabdehun hər bir müqavilə üzrə əsas borcu və cərimə məbləğini ayrı-ayrılıqda müəyyən etməli, bu məqsədlə zərurət yaranarsa mühasibatlıq ekspertizası təyin etməli, ekspertiza təyin ediləcəyi halda ekspertizanın qısa zamanda həyata keçirilməsini təmin etmək üçün bütün zəruri sənədlərin və məlumatların ekspertə təqdim olunmasını təmin etməli, tərəfləri dinləməklə müqavilənin 5.2-ci maddəsində müəyyən olunmuş şərti təfsir etməli, habelə işin sonrakı gedişində meydana çıxan xüsusatları arşdırmalı və əsaslandırılmış qərar çıxarmalıdır.

55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Re spublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 6 oktyabr tarixli 2-2(103)-508/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar