Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-127/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: podrat müqaviləsi üzrə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən-məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 202 1-ci il 27 oktyabr tarixli 22(103)-1170/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İcraçı İddiaçı MMC ilə sifarişçi Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi arasında 2013-cü il 20 aprel tarixdə bağlanmış 6 saylı “Elmi-texniki məhsulun yaradılması haqqında” müqaviləyə əsasən, icraçı Naftalan şəhərində “Qonaq evi”nin layihə sənədlərinin hazırlanaraq sifarişçiyə təhvil verməyi öz üzərinə götürmüşdür. Layihənin ümumi dəyəri müqavilə və “Layihə sənədlərinin müqavilə qiyməti haqqında sazişin protokoluna əsasən 143.650 manat müəyyənləşdirilmişdir.
2. İcraçı İddiaçı MMC-nin nümayəndəsi R.A.Əsgərov, Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi İ.Q.Hüseynov tərəfindən im zaları ilə (möhürlərlə) təsdiqlənmiş 2013-cü il 20 aprel tarixli 6 saylı “Elmi-texniki məhsulun müqavilə üzrə təhvil-təslim aktı”na əsasən, elmi-texniki məhsulun yenidən layihələndirilməsi nəzərə alınaraq, işçi layihə və smeta sənədlərinin hazırlanması şərti ilə yerinə yetirilmiş layihə-smeta sənədlərinin dəyəri 143.650.00 AZN ƏDV-siz hesaba köçürülmüşdür.
3. İddiaçı MMC tərəfindən 2021-ci il 24 iyun tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə pretenziya məktubu ünvanlanaraq, 2013-cü il 20 aprel tarixli, 06 nömrəli müqavilə üzrə İddiaçı MMC-yə olan 116.992 manat borcun 2021-ci il 4 iyul tarixinədək ödəmək təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. 4. 2015-ci il 16 yanvar, 2015-ci il 16 iyul, 2016-cı il 14 y anvar, 2016-cı il 13 iyul, 2017ci il 11 iyul, 2018-ci il yanvar (tarix qeyd olunmamışdır), 2021-ci il 11 yanvar tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” aktlarının notarial qaydada təsdiq olunmuş surətlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin kredit borcu 116.992,00 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (bundan sonra mətndə-iddiaçı) 2021-ci il 21 iyun tarixində cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə (bundan sonra mətndə-cavabdeh) qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 2013-cü il 20 aprel tarixli, 6 nömrəli müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə bağlı 116.992 manatın, öhdəliyin icrasının gecikdirilmə sinə və iddiaçıya məxsus pul vəsaitini əsassız olaraq 7 il 6 ay saxladığına görə illik 5% olmaqla 44.452,4 (qırx dörd min dörd yüz əlli iki manat, 40 qəpik) manatın, 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2013-cü il 20 aprel tarixli, 6 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişinə əsasən Naftalan şəhərində “Qonaq evi”ni inşa etməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin icra olunması üçün iddiaçının bank hesabına ƏDV-siz 143.650 manat ödəməyi, ödənişin 30%ə qədər hissəsini avans şəklində, qalan hissəsini yerinə yetirilmiş işin həcminə görə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh avans olaraq 26.658 manat ödəmiş, iddiaçı h əmin sifarişi tam icra edərək, Naftalan şəhərində “Qonaq evi”ni inşa etmiş və 2013-cü il 14 yanvar tarixli təhvil-təslim aktı ilə təhvil vermişdir.
7. Həmin tarixdən uzun müddət (7 il 6 aydan çox) keçməsinə baxmayaraq, cavabdehin 116.992 manat borcu qalmış və bu günədək həmin borcu ödəməmişdir. 2021-ci il 11 yanvar tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə aktın surətindən göründüyü kimi iddiaçı 116.992 manat borcunu təsdiq etsə də, həmin borcu ödəmir, qanunsuz olaraq özündə saxlamışdır. Buna görə də mülki qanunvericilikdə nəzərdə tutulmuş illik 5% nəzərə alınmaqla cavabdehdən əlavə olaraq 44.452,4 manat (116992x5%:100=5849x7,6=44452,4) tutulmalıdır.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə- MM) 21.1, 21.2, 32 9.2, 385.1, 445.1, 445.2, 445.7, 449.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 339.4, 445, 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad etmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 avqust tarixli, e-2-2(113)-3237/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 116.992 manat əsas borc üzrə, əsas borca illik 5 faiz hesablanmaqla 43.872 manat, cəmi 160.864 (yüz altmış min səkkiz yüz altmış dörd) manat məbləğində pulun və 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (h akim Kənan Hüseynov).
11. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir. Belə ki, müqavilə ilə şərtləşdirilmiş iş sifarişçi olan cavabdeh tərəfindən 2013-cü il 14 noyabr tarixdə qəbul edilmişdir. Belə olan halda onun qəbul edilmiş işlərin dəyərini ödəmək vəzifəsi yaranmışdır. Tərəflər müxtəlif tarixlərdə qarşılıqlı borcların üzləşdirilməsi aktını imza etməklə cavabdehin iddiaçıya borcunun qaldığını etiraf etmişdir. Cavabdeh müqavilə üzrə öhdəli kləri tam icra etmədiyindən onun təhvil aldığı işlərin dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Borcun 116.992 manat olması cavabdeh tərəfindən üzləşmə aktları ilə etiraf olunduğundan, qeyd edilən hissədə iddia əsaslıdır.
12. İddianın digər hissəsi olan illik 5 faiz hesablanmaqla 44.452,4 manat pulun tutulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, MM-in 445.7-ci maddəsinə əsasən cavabdehin pul öhdəliyinin icrasını gecikdirdiyi və eyni zamanda, iddiaçının daha böyük məbləği tələb etmək üçün digər əsaslar olmadığından gecikdirilmiş vaxt üçün illik beş faiz həddində iddia qismən təmin edilməlidir. İşin mübahisəsiz hallarından da göründüyü kimi, müqavilənin predmeti olan iş sifarişçi tərəfindən 2013-cü il 14 noyabr tarixində qəbul ed ilmiş və həmin tarixdən də iddiaçıya borcun ödənilməsi öhdəliyi yaranmışdır. Göründüyü kimi müqavilə üzrə borcun ödənilməsi 7 il 6 ay (2013-cü il 14 noyabr tarixdən 2021-ci il 21 iyun tarixədək) müddətinə gecikdirilmişdir. Bu baxımdan, iddiaçının xeyrinə cavabdehdən gecikdirilmiş 7 il 6 ay vaxt üçün illik beş faiz pul tutulmalıdır. Həmin məbləğ isə 43.872 manat (116.992 x 5% = 5.849,6; 7 il üçün 40.947,2 + 6 ay üçün 2.924,8 = 43.872) təşkil edir. Ona görə də qeyd edilən hissədə iddia qismən təmin edilməlidir.
13. Həmçinin, cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, işlərin 2013-cü il 14 noyabr tarixdə təhvil alındığını, 2014-cü ildə müəyyən ödənişlərin olduğunu, 2014-cü ilin avqust ayından sonra isə heç bir ödəniş edilmədiyi qeyd edərək, iddia müddətinin tətbiq edi lərək iddianın təmin edilməməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə bildirmişdir ki, tərəflər arasında imzalanmış üzləşmə aktları borcun etirafını nəzərdə tutan hərəkət kimi qiymətləndirilməlidir. Tərəflər arasında bağlanmış üzləşmə aktı hər iki tərəfdən imzalanmış və təsdiq edilmiş sənəd olduğundan borcun etiraf edilməsinə yönələn hərəkət kimi qəbul edilməlidir. Tərəflər hər dəfə üzləşmə aktı imzalamaqla iddia müddətinin axımı kəsilmiş və müddət yenidən hesablanmağa başlanmışdır. İş materiallarına əlavə edilmiş üzləşmə aktları arasında ən uzun interval 2018-ci il 1 yanvar tarixə 116.992 manat borcun etiraf olunmasına dair 2018-ci ilin yanvar ayında imzalanmış üzləşmə aktı ilə 2021-ci il 1 yanvar tarixə 116.992 manat borcun etiraf olunmasına dair 2021-ci il 11 yanvar tarixdə imzalanm ış üzləşmə aktları təşkil edir. Qeyd edilən üzləşmə aktları arasında müddət 3 il təşkil edir və 3 ildən artıq müddəti keçməmişdir. Ona görə də, cavabdehin iddia müddətinin keçməsi barədə dəlili əsassızdır.
14. Məhkəmə gəldiyi nəticəni MM-in 372.1, 373.2, 380.1, 380.2, 445.1, 445.7, 752.1, 753.1, 769-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
15. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv edilməsi və iddianın təmin edil məməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-2(103)-1170/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla yanaşı, mübahisə üzrə tətbiq edilmiş maddi hüquq normalarının tələbləri nəzərə alınmamışdır. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı cavabdehin sifarişi əsasında Naftalan şəhərində “Q onaq evi” inşa etməyi öhdəsinə götürmüşdür. Halbuki, iddiaçının sübut qismində təqdim etdiyi müqavilə və digər sənədlərdən görünür ki, tələb edilən borc məbləği Naftalan şəhərində “Qonaq evi”nin inşası ilə bağlı deyil, cavabdehin sifarişi əsasında layihə sənədlərinin (elmi texniki işin icrası) iddiaçı tərəfindən tərtib edilməsi ilə bağlı yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, ödənişin 30 %-i avans şəklində və yerdə qalan hissə yerinə yetirilmiş iş həcminə görə iş sifarişçiyə təhvil verildikdən sonra ödənilir. Qeyd edilən bəndə əsasən müəyyən olunur ki, cavabdehin tələb edilən borcu ödəmək öhdəliyi görülmüş iş 2013-cü il 14 noyabr tarixli akt əsasında təhvil verildiyi vaxtdan yaranmışdır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarında iddia müddətinin axımının kəsilməsinə əsas verən borcun etirafı ilə bağlı hərəkətlərin nədən ibarət olduğu sadalanmış və qeyd edilmişdir ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
19. Hazırkı halda cavabdehin iddiaçıya ödəniş etmə k öhdəliyi 2013-cü il 14 noyabr tarixindən yarandığından iddia müddətinin axımı həmin tarixdə başlayaraq 2016-cı il 14 noyabr tarixində bitmişdir. Bu müddət ərzində cavabdeh tərəfindən borc üzrə hər hansı ödəniş həyata keçirilməmiş, iddiaçıya borcun ödəniləcəyinə dair etirafedici məktub göndərilməmiş, ödənişin həyata keçiriləcəyi barədə hər hansı formada vəd verilməmişdir. Cavabdeh tərəfin təsdiq etdiyi üzləşmə aktlarında sadəcə kreditor borcun qalıq məbləği təsdiq edilmişdir. Üzləşmə aktlarda ödənişlə bağlı vəd olmadığından məhkəmə hesab etmişdir ki, həmin aktlar borclunun iddia müddətinin axımının kəsilməsinə əsas olan etirafedici hərəkətləri kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, iddia tələbi üzrə üç illik iddia müddətinin ötürülmədiyinə və əsas borc hissəsində iddianın təmin edilməl i olduğuna dair iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əsas borc tələbi üzrə iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, iddiaçının pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz tələbi də əsassız hesab edilərək rədd edilməlidir.
20. Məhkəmə nəticəsini MM-in 372.1, 373.2, 377.1, 377.2, 375.2, 380.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır.
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2021-ci il 9 noyabr tarixində işdə iştirak edən şəxslər in elektron kabinetinə yerləşdirilmişdir.
22. Qətnamədən iddiaçı tərəfindən 2021-ci il 29 dekabr tarixində kassasiya şikayəti verilmiş, onun tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
23. MM-in 373.2, 377, 380.1, 380.2, 882.1, 882.2-ci maddələrinin tələbləri pozulmuşdur - Apellyasiya instansiyası məhkəməsi tamamilə əsassız olaraq hesab etmişdir ki, qarşılıqlı üzləşmə aktlarında borcun nə zaman ödəniləcəyi ilə bağlı birbaşa vəd olmadığından, qarşılıqlı üzləşmə aktı borcun etirafı və iddia müddətinin axımın kəsilməsinə səbəb olan akt kimi qiymətləndirilə bilməz. Halbuki, borcun etirafi üzrə sə nədin yalnız yazılı formada və müqavilələr üçün xarakterik şəkildə hazırlanması (tərəflərin adlarının göstərilməsi razılaşmanın predmeti, razılaşmanın hansı öhdəliyi müəyyən etməsi) və ona əsasən borcun yaranması əsasının müəyyən edilməsi imkanının olması kifayətdir ki, əsas əqd üzrə yaranmış borcların tələb edilməsi üçün hüquqi qüvvə kəsb etsin. Təqdim edilmiş, hər iki təşkilatın səlahiyyətli şəxslərinin imzası və möhürü ilə təsdiq edilmiş qarşılıqlı üzləşmə aktlarından göründüyü kimi, cavabdehin iddiaçıya 116.992 manat məbləğində borcunun olmasını təsdiq (etiraf) etmişdir. Bu cür təsdiqetmə isə MM-in 37-ci fəslinə uyğun olaraq təsdiq edilən borcun müvafiq maliyyə ili ərzində qaytarılması öhdəliyinin də götürüldüyünü və həmin öhdəliyin icra edilməməsinə görə məsuliyyət barədə xəbərdar olm anı özündə ehtiva edir.
24. Azərbaycan Respublikasının MM-in tələblərindən (37-ci fəsil) göründüyü kimi, borc müqaviləsinin özündə belə borcun qaytarılması üçün müddət müəyyən edilməsi imperativ qayda müəyyən edilməmişdir. Əksinə, Məcəllənin 742.1-ci maddəsindən göründüyü kimi, borcun qaytarılması üçün müddət müəyyən edilməyə də bilər. Belə olan halda, borcun təsdiq (etiraf) edilməsinə dair üzləşmə aktının hüquqi qüvvəsinin onda borcun qaytarılması müddətinin göstərilmədiyinə görə inkar edilməsi qanunvericiliyə zidd sayılmalıdır.
25. MM-in 10.1, 11.1, 390.7, 404.2-ci maddələrinin tələbləri pozulmuşdur - İki müəssisə arasında bağlanmış, rəsmi səlahiyyətli şəxslərinin imzaları və möhürləri ilə təsdiq edilmiş qarşılıqlı üzləşmə aktlarının borcun etirafı barədə razılaşma kimi hüquqi qüvvəsinin inkar edilməsi formalaşmış işgüzar adətlərə də ziddir. Belə ki, təsərrüfat cəmiyyətləri arasında formalaşmış işgüzar adətlərə uyğun olaraq onlar arasında borcların qarşılıqlı üzləşdirilməsi və yekun öhdəliklərin təsdiqi məhz bu formada tərtib edilmiş aktlar əsasında həyata keçirilmişdir. “Qarşılıqlı üzləşmə aktı”nın maliyyə və borc münasibətləri sahəsində istifadə edilən və formalaşmış işgüzar adətə əsaslanan bir sənəd forması olması Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında və məhkəmə təcrübəsində qəbul edilmişdir. Digər tərəfdən, maliyyə öhdəliklərinin təsdiqi kimi, üzləşmə aktının tərtib edilməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsində də təsbit edilir. Bu səbəbdən, tərəflər arasında tərtib edilmiş qarşılıqlı üzləşmə aktlarında öz əksini tapan və etiraf ed ilən borcun ödəniləcəyi müddət birbaşa yazılmasa da, aktın özünün forması, işgüzar adətlər tərəflərin aktda göstərilən borcun akta tərtib edildiyi maliyyə ili ərzində ödəniləcəyi barədə razılığa gəldiklərini söyləməyə əsas verir.
26. MM-in 560.3.4-cü maddəsinin tələbi pozulmuşdur - Cavabdehin öz borclarının təsdiqi barədə müqavilələri imzaladıqdan və üzləşmə aktlarını təsdiq etdikdən sonra həmin borclarla bağlı iddia müddətinin keçməsinə istinad etməsi hüquqdan sui-istifadə olmaqla məhkəmə tərəfindən nəzərə alına bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqd im olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir....” Maddə
374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zamin lik, beh) üzrə də iddia müddəti keçir.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
382. İddia müddətinin bərpası İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üz rlü sayıla bilər.” “Maddə
384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər.”
32. Azərbaycan Respublikası MPM-in (2021-ci ilin 01 oktyabr tarixindən qüvvəyə minən redaksiyası) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə tərəflər arasında 2013-cü il 20 aprel tarixli, 06 nömrəli “Elmi-texniki məhsulun yaradılması haqqında” müqavilə bağlanmış, müqavilənin şərtinə görə, sifarişçi bu müqaviləyə müvafiq olaraq yerinə yetirilmiş elmi-texniki işin müqavilə qiymətinin razılaşdırılması haqqında protokola əsasən icraçının hesabına ƏDV-siz 143.650.00 AZN keçirməyi öhdəsinə götürmüşdür.
34. İddiaçı hazırki tələbində 2013-cü il 20 aprel tarixli, 06 nömrəli müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə 116.992 manat, öhdəliyin icrasının gecikdirilməsinə və iddiaçıya məxsus pul vəsaitini əsassız olaraq 7,6 il saxladığına görə illik 5 % olmaqla, 44.452,4 manatın, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödən ilməsini xahiş edir.
35. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırki halda cavabdehin iddiaçıya ödəniş etmək öhdəliyi 2013-cü il 14 noyabr tarixindən yarandığından, iddia müddətinin axımı həmin tarixdən başlayaraq 2016-cı il 14 noyabr tarixində bitmişdir. Bu müddət ərzində cavabdeh tərəfindən borc üzrə hər hansı ödəniş həyata keçirilməmiş, iddiaçıya borcun ödəniləcəyinə dair etirafedici məktub göndərilməmiş, ödənişin həyata keçiriləcəyi barədə hər hansı formada vəd verilməmişdir. Cavabdeh tərəfin təsdiqlədiyi üzləşmə aktlarında sadəcə kreditor borcun qalıq məbləği təsdiq edilmişdir. Üzləşmə aktlarında ödənişlə bağlı vəd olmadığından məhkəmə hesab etmişdir ki, həmin aktlar “borclunun iddia müddətinin axımının kəsilməsinə əsas olan etirafedici hərəkətlər” kimi qiym ətləndirilə bilməz.
36. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirilmənin aparılmasını zəruri hesab edir..
37. Qeyd olunduğu kimi, tərəflər arasında olan münasibətlər müqavilə əsasında yarandığına və tərəflərin öhdəlikləri də müqavilə öhdəlikləri olduğuna görə, hazırki iddia tələbinə Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddəti tətbiq olunmalıdır.
38. Müqavilə üzrə öhdəliklərə müddətlərin tətbiqi ilə bağlı məsələlərə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 03 iyun tarixli Qərarında aydınlıq gətirilmişdir. (bax yuxarıda §31).
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli və 03 noyabr 2008-ci il tarixli qərarlarında iddia müddətləri ilə bağlı ifadə edilmiş hüquqi mövqelərə görə atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Qanunda iddia müddətinin axımının başlanması anının xüsusi tənzimlənməsi, onun dayandırılması və kəsilməsinin məhdud dairəsinin müəyyən edilməsi məhz subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, sə hlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir.
40. Mülki qanunvericiliyin tələbinə görə hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Müddətin axımının başlandığı günü müəyyən etmədən, hər hansı bir müddətin ötürülübötürülməməsi nəticəsinə gəlmək qeyri-mümkündür. Müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır (MM-in 377-ci maddəsi).
41. Baxılan işdə apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin tətbiqinə dair nəticəsini mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlili, cavabdehin iddia olu nan borcun ödənilməsindən heç vaxt imtina etməməsi, əksinə hər il həmin borcun mövcudluğunun və ödəniləcəyinin təsdiqi kimi tərəflər arasında qarşılıqlı üzləşmə aktlarının tərtib edilməsi səbəbindən iddia müddətinin axımının kəsilməsi ilə bağlıdır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlili üzrə istinad olunmalı norma Mülki Məcəllənin 380-ci maddəsidir. Həmin maddədə iddia müddətinin axımının kəsilməsinin iki əsası nəzərdə tutulur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Maddənin mənasına görə iddia müddətinin axımının kəsilməsi onu nəzərdə tutur ki, iddia müddəti hesablanmağa başlamış, müddətin axımı davam edir və müddət hələ bitməmişdir, iddia müddətinin axımının kəsilməsinə əsas verən hərəkət lər iddia müddətinin axımının davam etdiyi dövrdə baş verməlidir.
43. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən müvafiq rekvizitlərə malikdirlər. Hazırki halda, bşin məhkəmələr tərəfindən müəyyən edilmiş, mübahisələndirilən hallarına görə iddiaçının 2013-cü il 20 aprel tarixli müqavilə üzrə iddia etdiyi 116.992 manat məbləğində borca dair 2015-2021-ci illərdə, hər iki tərəfin rəhbərlərinin və baş mühasibləri tərəfindən imzalanmış, möhürlə təsdiq olunmuş üzləşmə aktları tərtib edilmişdir (bax yuxarıda § 4).
44. MPM-in 80, 81, 88-ci maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.
45. Müqavilədən yaranmış borcun mövcudluğuna dair üzləşmə aktlarının tərtib edilməsinin, müqavilə tələbləri üzrə iddia müddətinin axımını kəsib-kəsməməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ««Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyas ının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2005-ci il 01 fevral tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən «…birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, 1995-1996-cı illərdə bağlanmış kontraktasiya müqavilələri üzrə "xxxx" ASC-nin «Xəyal» KFT qarşısında yaranmış borcu həmçinin 23 dekabr 1999-cu il tarixdə tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir».
46. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci i l 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, «…mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər).
47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia olunan borcun hər iki tərəfin möührəlri və səlahiyyətli şəxslərinin imzaları təsdiq edilmiş üzləşmə aktlarının tərtib edilməsini borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər kimi qiymətləndirməməklə, həm MPM-nin 80, 81, 88-ci maddələrinin, MM-in 380-ci maddəsinin tələblərinə əməl etməmiş, həm də gəlinən nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2005-ci il 01 fevral və 2018-ci il 28 noyabr tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelərə uyğun olmamışdır. Odur ki, işin yeni apellyasiya baxışı zamanı sübutların qiymətləndirilməsinə dair prosessual qanunvericiliiyin tələblərinə əməl edilməli, işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməlidir.
48. Beləliklə, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosesessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
49. MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2-2(103)-1170/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov