Məhkəmə qərarları › İş №2-2(102)-128/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-128/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-128/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), əldən çıxmış fayda, dəbbə pulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 oktyabr tarixli 2- 2(103)-758/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh QSC arasında 2020-ci il 29 iyul tarixində alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, sifarişçi mallara görə icraçı tərəfindən təqdim olunmuş hesab-fakturalara və elektron qaimə fakturalara uyğun olaraq aldığı malların icraçının hesabına ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. Ümumi məbləği 51.715,74 manat dəyərində olan aşağıdakı elektron qaimələr üzrə İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə mallar təhvil verilmişdir: 2020-ci il 15 sentyabr tarixli EBAP seriyalı 986992 nömrəli dəyəri 4.214,96 manat; 2021-ci il 5 yanvar tarixli EBAV seriyalı 7249 80 nömrəli dəyəri 2.047,54 manat; 2021-ci il 5 yanvar tarixli EBAV seriyalı 725666 nömrəli dəyəri 2.886,87 manat; 2021-ci il 2 fevral tarixli EBAW seriyalı 864091 nömrəli dəyəri 429,82 manat; 2021-ci il 2 fevral tarixli EBAW seriyalı 865409 nömrəli dəyəri 2.367,67 manat; 2021-ci il 2 fevral tarixli EBAW seriyalı 865994 nömrəli dəyəri 5.983,78 manat; 2021-ci il 2 fevral tarixli EBAW seriyalı 866024 nömrəli dəyəri 3.115,32 manat; 2021-ci il 19 fevral tarixli EBAX seriyalı 659234 nömrəli dəyəri 536,90 manat; 2021-ci il 19 fevral tarixli EBAX seriyalı 670288 nömrəli dəyəri 2.109,37 manat; 2021-ci il 19 fevral tarixli EBAX seriyalı 687809 nömrəli dəyəri 1.528,93 manat; 2021-ci il 19 fevral tarixli EBAX seriyalı 663693 nömrəli dəyəri 4.847,44 manat; 2021-ci il 1 mart tarixli EBAX seriyalı 994863 nömrəli dəyəri 904,59 manat; 2021-ci il 1 mart tarixli EBAY seriyalı 109.600 nömrəli dəyəri 147,26 manat; 2021-ci il 2 aprel tarixli EBAZ seriyalı 537412 nömrəli dəyəri 4.250,95 manat; 2021-ci il 2 aprel tarixli EBAZ seriyalı 539983 nömrəli dəyəri 2.507,03 manat; 2021-ci il 2 aprel tarixli EBAZ seriyalı 544114 nömrəli dəyəri 2.479,86 manat; 2021-ci il 2 aprel tarixli EBAZ seriyalı 547181 nömrəli dəyəri 3.496,64 manat; 2021-ci il 3 may tarixli EBBA seriyalı 735916 nömrəli dəyəri 21,24 manat; 2021-ci il 3 may tarixli EBBA seriyalı 739755 nömrəli dəyəri 7.385,62 manat; 2021-ci il 29 iyun tarixli EBBD seriyalı 690195 nömrəli dəyəri 453,95 manat. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh QSC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 29 iyul tarixli alqı-satqı müqaviləsi üzrə 51.704,27 manat gecikdirilmiş əsas borc, 5.000 manat dəbbə pulu, iddia ərizəsi məhkəməyə verilənədək son iki il üçün əldən çıxmış fayda qismində ümumi məbləğin 10 faiz həcmində, yəni 5.000 manat və 400 manat mediasiya xərci olmaqla, cəmi 62.104,27 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 29 iyul tarixində iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən, cavabdehə mallar elektron qaimələr əsasında verilmişdir. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, onun sözügedən müqavil ə üzrə 51.704,27 manat gecikdirilmiş əsas borcu yaranmışdır.

5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, mübahisə predmeti olan müqavilədə alıcının öhdəliyini vaxtında və lazımınca icra etmədiyi halda hər hansı əlavə maddi məsuliyyət daşıması nəzərdə tutulmamışdır. Hazırkı mübahisə üzrə iddiaçının cavabdehdən dəbbə pulu tələb etməsi üçün o, ilk öncə müqavilədə bu xüsusatı şərtlərşdirməli və ya müqavilə üzrə dəbbə pulunun tətbiq edilməsinə dair ayrıca yazılı razılaşma bağlamalı idi. Həmçinin, əldən çıxmış fayda ilə bağlı tələb də əsassız olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdə iddiaçının hansı əsasla cavabdehdən 5.000 manat həcmində əldən çıxmış fayda tələb etməsi təsbit edilməmişdir. Bundan başqa, iddiaçının əsas borc olaraq qeyd etdiyi 51.704,27 manat pulun 10.000 manat hissəsi nəğd formada ödənilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 26 aprel tarixli e-2-2(113)-1336/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 51.704,27 manat və mediasiya xərcinin əvəzi olaraq 400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim K.Hüseynov).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlmişdir. Alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan iddiaçının üzərinə düşür.

8. İddiaçının tələbinin ə saslı olmasını təsdiq edən sübutlar kimi işə əlavə etdiyi elektron qaimələrin (bax yuxarıda § 2) sadə riyazi hesablama ilə ümumi məbləği 51.715,74 manat təşkil etmişdir. Lakin iddiaçının özü tərəfindən məhkəmə iclasında bildirildiyi və işə əlavə edilmiş cədvəldən də göründüyü kimi, 2021-ci il 3 may tarixli EBBA seriyalı 735916 nömrəli dəyəri 21,24 manat olan elektron qaimə üzrə 11,47 manat məbləğində çıxılma həyata keçirilmişdir. İddiaçı tərəf cavabdehin hazırda 51.704,27 (51.715,74-11,47) manat borcunun olduğunu bildirmişdir. Belə olan halda, məhkəmə iddiaçının elektron qaimələrdə göstərilmiş malların cavabdehə təhvil verilməsi barədə dəlilini əsaslı hesab etmişdir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq olunmuş zamana görə qüvvədə olan “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (bundan sonra-“Qaydalar”) 3.9-cu bəndi ilə müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

10. Bundan əlavə, tərəflər özləri malların verilməsini müqavilənin 2.1-ci bəndində məhz elektron qaimə-fakturalara uyğun olaraq həyata keçirilməsi barədə razılığa gəlmişlər. Həmçinin cavabdehin iddiaya etirazında malların verilməsi mübahisələndirilməmiş, ancaq əsas borc üzrə tələb edilən 51.704,27 manat puldan 10.000 manatın nağd formada ödənildiyini bildirmiş, lakin bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddia 51.704,27 manat əsas bor cun tələb edilməsi hissəsində əsaslı olmuşdur.

11. Məhkəmə iddianın 5.000 manat dəbbə pulu tələbi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulu ilə bağlı hər hansı bir razılaşma (bənd) olmadığından, eyni zamanda mülki qanunvericilikdə alqı-satqı müqaviləsi üzrə verilmiş malın pulunun ödənilməməsi və ya gecikdirilməsi ilə bağlı dəbbə pulunun ödənilməli olmasına dair hər hansı bir norma olmadığından, iddia qeyd olunan hissədə təmin edilə bilməz. Məhkəmə iddianın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra -“MM”) 449.1-ci maddəsinə istinadla 5.000 manat pulun tələb olunması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı sözügedən maddədə qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bi lməmişdir. Ona görə də, cavabdehdən MM-in 449.1-ci maddəsinə əsasən, bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

12. Məhkəmə gəldiyi nəticəni MM-in 449.1, 462.1, 464.1, 567 və 600.4-cü maddələrinə, Qaydaların 3.9-cu bəndinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

13. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində ki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 oktyabr tarixli 2-2(103)-758/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim A.Hüseyn, hakimlər R.Qurbanov və V.Baxışova).

15. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin etiraz etmədiyi və özünün təsdiq etdiyi elektron qaimələrlə təsdiq olunmuşdur.

16. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi iddiaçı tərəfindən keyfiyyətli malın təqdim edilmədiyini göstərmişdir. Həmin dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, əgər həqiqətən də iddiaçı cavabdehə keyfiyyətsiz mallar təqdim etsə idi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmamışdır.

17. İddiaçı tərəfindən cavabdehə 51.715,74 manat dəyərində elektron qaimələr üzrə mal təhvil verilmişdir. 2021-ci il 3 may tarixli EBBA seriyalı 735916 nömrəli dəyəri 21,24 manat olan elektron qaimə üzrə 11,47 manat məbləğində çıxılma həyata keçirilmişdir. Cavabdehin hazırda 51.704,27 (5 1.715,74-11,47) manat borcu mövcud olmuşdur.

18. Cavabdeh malların verilməsini mübahisələndirilməmiş, əsas borc üzrə isə tələb edilən 51.704,27 manat puldan 10.000 manatın nağd formada ödənildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

19. Cavabdeh dəyəri tələb edilən malları iddiaçıdan təhvil almış və elektron qaimələrlə təsdiq olunmuş borcun ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddianın təmin olunduğu hissədə qətnamə qanuni və əsaslı hesab edilmişdir.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, borcun hesablanması xüsusi bilik tələb etmədiyindən, məhkəmə mühasibatlıq ekspertizanın təyin olunması üçün əsaslar müəyyən edilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 567, 598.3 və 600.4-cü mad dələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1 və 176-cı maddələrinə, Qaydaların 3.9-cu bəndinə istinadla əsaslandırmışdır.

22. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin isə təmin olunmaması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin və MM-in 442-ci maddəsinin tələbləri pozulmuşdur- apellyasiya instansiyası məhkəməsi iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti haqlı hesab et mişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll olunmasını istisna edir. Məhkəmə qətnaməsində ehtimallara əsaslanmış, nəticədə cavabdehin Konstitusiyanın 60-cı maddəsi ilə müəyyən edilmiş hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə hüququ pozulmuşdur. İddiaçı tərəfindən alqı-satqı müqaviləsi üzrə cavabdehə mallar təqdim olunmasına baxmayaraq, həmin mallar kəmiyyət və keyfiyyət normalarına uyğun deyildir. Məsələ ilə əlaqədar iddiaçı ilə danışıqlar aparılsa da, mallar yenisi ilə əvəz edilməmi şdir. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsinə baxmayaraq, həmin malların pulunu cavabdehdən tələb etməkdədir. Həmçinin müqavilə üzrə dəbbə pulu və faiz məbləğinin necə hesablandığı da məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Bununla belə, məhkəmə məbləğin anlaşılan qaydada hər kəs tərəfindən hesablana biləcəyini nəzərə alaraq, ekspertizanın keçirilməsinə zərurət görməmişdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarında müəyyən olunan hüquqi mövqeyə əgəl edilməmiş, cavabdehin şik ayət ərizəsində qeyd etdiyi və məhkəməyə təqdim etdiyi sübutlara heç bir qiymət verilməmişdir. Məhkəmə işin hallarını, sübutları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da ap ellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun is ə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 449.1-ci maddənin ikinci cümləsində “Faizlərin” sözü “Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin” sözləri ilə, üçüncü cümləsində “ödəyə” sözü isə “təmin edə” söz ləri ilə əvəz edilmişdir.)...” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir.)...” “Maddə

464. Qanun üzrə dəbbə pulunun ödənilməsi 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunu n ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər....” “Maddə

567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq olunmuş zamana görə qüvvədə olan “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur....” 30. “Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.”

31. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Mə cəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 33. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

34. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi dəlillər, apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.

35. Məhkəmə kollegiyası cavabdeh tərəfindən hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 15-21-ci bəndləri).

36. Məhkəmə kollegiya sı şikayətin dəlillərinə qiymət verərkən həmçinin onu nəzərə alır ki, işə birinci instansiya qaydasında baxılarkən cavabdeh iddia tələbinə etirazında əsasən dəbbə pulu və əldən çıxmış fayda ilə bağlı tələblərini mübahisələndirmiş, cavabdeh, əsas borc tələbi ilə bağlı müqavilə üzrə təqdim edilmiş malların keyfiyyətli şəkildə təqdim edilməməsinə istinad etməmiş, yalnız 51.704,27 manat borcun 10.000 manatının nağd qaydada ödənildiyini göstərmişdir.

37. Apellyasiya şikayətinin dəlillərində isə cavabdeh ümumi sözlərlə malların keyfiyyət göstəricilərinə uyğun olmadığını bildirərək, buna dair sübutları işin faktiki hallarına və sübutlara qiymət vermək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməmişdir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya sı məhkəməsinin gəldiyi nəticə, mübahisəli hüquq münasibətlərinə tətbiq olunan maddi hüquq normaları (mətni üçün bax bu qərarın «Tətbiq edilən hüquq» hissəsi) ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

39. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellya siya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 oktyabr tarixli 2-2(103)-758/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.F.Qəribov E.R.Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar