Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-129/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı ASC X2 qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdeh X2 qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-479/2018 saylı iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16 aprel 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-495/2018 saylı, 19 mart 2018-ci il tarixli qətnaməsi (hakim - İ.B.Əhmədov) ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 202.500,0 manat əsas borcun, 20000 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 222.530,0 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin cərimənin tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-479/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim – A.B.N uriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov)cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2-2(81)495/2018 saylı qətnaməsi cərimənin tutulması hissəsində dəyişdirilmiş və X1 202.500,0 manat əsas borc, 5000 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 207.530,0 (iki yüz yeddi min beş yüz otuz) manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsini cərimə hissəsində ləğv edib, müəyyən edilmiş hallar və sübutlar əsasında apellyasiya şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə baxışında iştirakı təmin olunmamış, iclasların vaxtı barədə onun tərəfindən bildirişlər alınmamışdır. İştirakı təmin olmadan işə baxılması nəticəsində tərəfindən müvafiq dəlilləri təqdim edərək apellyasiya şikayətini dəstəkləmək imkanından məhrum olmuşdur. Bundan başqa, müqavilə üzrə öhdəliklərdə cərimənin hesablanması nəzərdə tutulmadığından həmin qətnamə cərimə hissəsində düzgün deyildir. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edil miş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 134.1.4-cü maddəsinə əsasən məhkəmə, məhkəmə bildirişini işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəs inə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəl i şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 376.1 və 376.2-ci maddələrinə görə işdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 418.4 və 418.4.5-ci maddələrində isə təsbit edilmişdir ki, işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər veri lməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kollegiya qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən sadalanan prosessual hüquq normalarının tələbləri pozularaq cavabdeh rəsmi qaydada məlumatlandırılmadan işə baxılmışdır. İş materiallarından müəyyən olunur ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehin apeyasiya şikayəti mümkün hesab edilərək işə baxılması 26 sentyabr 2018-ci il tarixə, saat 12:00-a təyin edilmiş və bununla bağlı tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Lakin həmin bildiriş cavabdeh tərəfə çatmamış, poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılmışdır. 26 sentyabr 2018-ci il tarixli məhkəmə iclas protokolunda n müəyyən edilir ki, apellyasiya məhkəməsi prosesin cavabdehin iştirakı olmadan davam etdirilməsinə dair qərar qəbul edərkən ona əsaslanmışdır ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. Halbuki, işdə cavabdehin lazımi qaydada məlumatlandırıldığını təsdiq edən sübut yoxdur. Əksinə, poçt xidməti tərəfindən geri qaytarılmış məhkəmə bildirişi cavabdehin lazımi qaydada proses barədə məlumatlandırılmadığını göstərir. Beləliklə, cavabdehin məhkəmə iclası barədə rəsmi qaydada məlumatlandırılmadığına dair kassasiya şikayətinin dəlili əsaslıdır. Buna görə də, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, təkrar apellyasiya baxışı zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh lazımi qaydada məlumatlandır ılmaqla işə baxılmalıdır. Kollegiya hesab edir ki, kassasiya şikayətinin müqavilə üzrə öhdəliklərdə cərimənin hesablanmasının nəzərdə tutulmadığına dair dəlili isə əsassızdır. Belə ki, tərəflər arasında bağlanılmış 10 iyul 2012-i il tarixli müqavilənin 4.2-ci bəndində təsbit edilmişdir ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Beləliklə, qeyd edilən müqavilə şərtinə görə iddiaçı müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə cavabdehdən cərimə ödənilməsini tələb edə bilər. Öz növbəsində işə baxan məhkəmə isə Mülki Məcəllənin 467-ci maddəsinə istinadla tənasübsüz surətdə yüksək hesab etdiyi dəbbə pulunu aza ltmaq səlahiyyətinə malikdir. Odur ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə apellyasiya şikayətinin həddləri ilə bağlı olaraq cərimə borcuna dair hissədə işə baxarkən qeyd edilənləri nəzərə almalıdır. Məhkəmə həmçinin nəzərə almalıdır ki, prinsip etibarilə o, cəriməni azaltmaq səlahiyyətinə malik olsa da, bu səlahiyyətini həyata keçirərkən özünün mövqeyini mütləq əsaslandırmalıdır. Bu zaman məhkəmə işin xüsusi hallarından çıxış etməli, kreditorun və borclunun əsaslı mənafelərini ağlabatan meyarlardan çıxış etməklə dəyərləndirməlidir. Hazırkı işin hallarından isə görünür ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən azaldılmış cərimə borcunu bir qədər də azaldarkən özünün mövqeyini hər hansı qaydada əsaslandırmamışdır. Bu halda, Mülki Məcəllənin 467-ci maddəsi düzgün tətbiq edilməmişdir. Çünki qanun azaldılmanın yalnız işin hallarından çıxış edilməklə aparıla biləcəyini müəyyən edir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-479/2018 saylı iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-129/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-129/2019
16.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver