Məhkəmə qərarları › İş №2-2(102)-129/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-129/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-129/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi, podrat müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçının Cavabdeh qarşı "müqavilə üzrə borc" tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-74/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “X1” MMC ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 10 mart tarixli 005-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Oğuz rayonu Muxas kəndi ərazisində 21 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 63 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 63.000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir.

2. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir.

3. Müqavilənin icrası ilə əlaqədar 2022-ci il 16 mart tarixli ödəniş tapşırığı ilə 9450 manat, 2022-ci il 22 iyun tarixli ödəniş tapşırığı ilə 150 manat məbləğində avans, 2022-ci il 4 may tarixli elektron qaimə ilə 13.453,84 manat, 2022-ci il 6 may tarixli elektron qaimə ilə 5605 manat dəyərində toxum, gübrə, də rman vasitələri cavabdehə təhvil verilmişdir.

4. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “X1” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 005-S saylı 2022-ci il 10 mart tarixli müqaviləyə əsasən 21.446,90 manat qalıq borc məbləği və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında soya paxlasının istehsalı və alqı-satqısı barədə müqavilə bağlanmış, cavabdeh müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 63 ton soya paxlasının istehsal edilərək idd iaçıya təhvil verilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edərək, 9600 manat avans qismində həyata keçirilən ödəniş də daxil olmaqla cavabdehə ümumilikdə 21.446,90 manat məbləğində vəsait ödəməsinə baxmayaraq, sonuncu tərəfindən məhsul əkini həyata keçirilməmiş, müqavilə ilə üzərinə düşən öhdəliklər icra edilməmişdir. Bununla da cavabdeh müqavilə öhdəliyini ümumiyyətlə yerinə yetirmədiyindən onun ödənilməmiş 21.446,90 manat qalıq borcu qalmışdır.

7. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmiş, cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddiaçıdan 9600 manat məbləğində avans və bundan əlavə toxum və gübrə almışdır. Ona verilən bütün tapşırıqları və üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirsə də, əkdiyi sahədə ümumiyy ətlə bitiş olmamışdır.

8. Şəki Kommersiya Məhkəməsinin 2023-cü il 2 avqust tarixli e-2-2(117)-697/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 21.446,90 manat borc və 200 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi, ödənilməmiş 154,34 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – R.Məcidov).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqı-satqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşd ırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən soya paxlası təhvil verilməyərək avans verilən borc və satılmış gübrə və toxumun dəyəri ödənilmədiyindən, tərəflər arasında alqısatqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.

10. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh müqavilənin şərtlərini yerinə yetirməməklə borcunu ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır. Elektron qaimə faktu ralar orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni malların təhvilqəbul aktları, habelə cavabdehin izahatı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə mal (toxum, gübrə, dərman) təhvil verilmişdir.

11. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.2, 448.1, 752.1, 752.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-74/2023 nömrəli qətnaməsi ilə cаvаbdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – G.Cavadova və V.Məlikov).

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qey d etmişdir ki, iş materiallarına əlavə edilmiş soya toxumunun sertifikatından (mənşə məlumatları) görünür ki, iddiaçı tərəfindən cavabdehə əkmək üçün yüksək keyfiyyətli toxum verilmişdir. Belə olan halda, bitişin zəif olması toxumun keyfiyyəti ilə deyil, lazımi qaydada aqrokimyəvi və aqrotexniki xidmətin olmaması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bitiş olmadığı üçün işin dayandırılması barədə aktın tərtib edilməsi əkin sahəsinə boş yerə əlavə xərc çəkilməsinin qarşını almaq məqsədi ilə edilmişdir. Bu isə öz növbəsində zəif bitişə və ya bitişin olmamasına görə cavabdehi məsuliyyətdən azad edən hal sayıla bilməz.

15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərindən biri iddiaçının tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndi nin tələblərinə əməl etməməsi ilə bağlıdır. Müqavilənin həmin bəndində göstərilmişdir ki, sifarişçi əkinlərin sığorta haqqını ödəyir. Müqavilənin qeyd olunan bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı, iddiaçı isə onun dəyərini ödəməlidir.

16. Apellyasiya məhkəməsi mövqeyini birinci instansiya məhkəməsi ilə eyni maddi hüquq normalarına istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh kassasiya şikayəti verməklə, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilm əsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. MM-in 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1, 752.2-ci maddələri üzrə Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddələrə istinad etsə də, hazırkı işə həmin maddələrin kontekstində düzgün hüquqi qiymət verməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı iş üzrə tam və obyektiv araşdırma aparmamış, sadəcə iddiaçının nümayəndəsinin iddia ərizəsində və məhkəmə iclasında bildirdiyi ifadələrə əsaslanaraq qərar qəbul etmişdir. Bu nüanslar apellyasiya şikayətində də göstərilsə də, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası həmin halları araşdırmadan mübahisələndirilən qərarı qəbul etmişdir. İddia ərizəsi formal mülahizələr əsasında verilmiş və h əqiqəti özündə əks etdirməmişdir. İddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməsi (əkinin həyata keçirilməsi, müvafiq qulluq göstərilməsi) iş materialları ilə (hətta iddiaçı tərəfin özünün təqdim etdiyi sənədlərlə) sübuta yetirilmişdir. Nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi həmin hallara hüquqi qiymət vermişdir.

19. MPM-in 9.3, 14.2, 217.1, 218.1-ci maddələri üzrə - Tərəflərin təqdim etdiyi sübutlar qanunvericiliyin tələb etdiyi formada əlaqəli şəkildə araşdırılmamışdır. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Belə ki, cavabdehin əkilmiş soya toxumlarına lazımi qaydada qulluq etməyi və iddiaçı təşkilatın səlahiyyətli ş əxslərinin bütün göstərişlərini vaxtında yerinə yetirməyi təşkilatın özünün nümayəndələrinin hazırladıqları aktlarla tam şəkildə sübuta yetirilmişdir. Apellyasiya məhkəməsi zəif bitişə və ya bitişin olmamasına görə cavabdehin məsuliyyətini müəyyən etsə də, buna hansı əsasla gəlməsini qətnaməsində göstərməmişdir.

20. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilədə əkinlərin sığorta haqqının ödənilməsi iddiaçının vəzifəsi kimi göstərilmişdir. Yəni iddiaçı təşkilat özü sığorta məsələsində maraqlı olmalı idi. Çünki iddiaçının torpaq sahəsində soya bitkisi birinci dəfə əkilirdi və bitməmə riski böyük idi. İddiaçı təşkilatın vəzifə olaraq üzərinə götürdüyü və icra etmədiyi öhdəliyə görə apellyasiya məhkəməsi cavabdehi günahkar hesab etmişdir. Qeyd edilənlərdən görünür ki, işə apellyasiya qa ydasında baxan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə düzgün hüquqi qiymət verməmiş, iş üzrə tam və obyektiv araşdırma aparmadan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki ha llarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərd ə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyə nləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə gö türür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir....” 25. “Aqrar sığorta haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

1. Əsas anlayışlar... 1.1.6. aqrar sığortalı – aqrar sığorta sistemi üzrə əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxs;...” “Maddə

4. Aqrar sığortanın predmeti 4.1. Bu Qanunun tələblərinə uyğun olaraq aşağıdakılar aqrar sığortanın predmeti sayılır: 4.1.1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu daxil olmaqla);...” “Maddə

12. Aqrar sığortalı 12.1. Aqrar sığortalı aqrar sığorta sistemi üzrə sığortalanmaq üçün vasitəçi aqrar sığortaçılar vasitəsilə aqrar sığorta informasiya sistemində qeydiyyatdan keçir və əmlak mənafelərinin bu Qanunla müəyyən edilən qaydada sığortalanması üçün idarəedici qurum ilə müqavilə bağlayır....”

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

28. Kassatorun əsas dəlilləri mahiyyət etibarilə onunla bağlıdır ki, cavabdehin əkilmiş soya toxumlarına lazımi qaydada qulluq etməsi və iddiaçı təşkilatın səlahiyyətli şəxslərinin bütün göstərişlərini va xtında yerinə yetirməsi iş materialları, o cümlədən iddiaçının özünün nümayəndələrinin hazırladıqları aktlarla tam şəkildə sübuta yetirilmiş, bitişin olmamasına görə cavabdehin məsuliyyətini müəyyən edən apellyasiya məhkəməsi bu mövqeyini əsaslandırmamışdır.

29. Məhkəmə kollagiyası nəzərə alır ki, eyniməzmunlu dəlillər aşağı məhkəmə instansiyalarında da bildirilmiş, məhkəmələr bununla əlaqədar öz mövqelərini əsaslandırılmış şəkildə ifadə etmişlər.

30. Lakin kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

31. Bundan başqa kassator bildirir ki, iddiaçı müqavilə öhdəliklərini pozaraq əkinlərin sığorta haqqını ödəmək vəzifəsini yerinə yetirməmiş, iddiaçı təşkilatın vəzifə olaraq üzərinə götürdüyü və icra etmədiyi öhdə liyə görə isə apellyasiya məhkəməsi cavabdehi günahkar hesab etmişdir.

32. Sığorta ödənişi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilənin qeyd olunan bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı və iddiaçı isə onun dəyərini ödəməlidir.

33. O da qeyd olunmalıdır ki, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6, 4.1.1 və 12.1-ci maddələrinin (bax § 25) məzmununun qarşılıqlı təhlili belə deməyə əsas verir ki, bitkiçilik məhsulları da (çoxillik əkmələr və onların məhsulu daxil olmaql a) aqrar sığortanın predmetini təşkil edir. Aqrar sığortalı, yəni aqrar sığorta sistemi üzrə əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxs aqrar sığorta sistemi üzrə sığortalanmaq üçün idarəedici qurum ilə müqavilə bağlayır.

34. Göründüyü kimi, mübahisəli müqavilədə və qanunda cavabdehin sığortalanması vəzifəsi nəinki iddiaçının üzərinə qoyulmamış, hətta “Aqrar sığorta haqqında” Qanundan aqrar sığorta müqaviləsinin bilavasitə kənd təsərrüfatı məhsulları istehsalçısının özü tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur.

35. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntuların a yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 26) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 26) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

36. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-74/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-74/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar