Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-13/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdeh X3qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-13/2019) Bakı şəhəri xxx 2019-cu il 23.01.2019 GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı Cavabdeh X1rşı borcun tutulması tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(103)-364/2018 saylı qətnaməsindən Cavabdeh X4 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkə mə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh X1rşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında xxx 2013- cü il tarixində malların alqısatqısına dair bağlanmış müqavilənin 1.1-ci maddəsinin şərtlərinə əsasən Satıcı (“xxxx” Şirkəti) Alıcı üçün topdan və pərakəndə satışını həyata keçirtmək məqsədi ilə İCOPAL məhsullarını və digər istehsalçıların məhsullarını təmin etməyi, alıcı isə təmin edilən məhsulların məbləğini ödəməyi öz öhdəsinə götürdüyünü, satıcı tərəfindən müqavilə öhdəliklərinə tam şəkildə riayət edildiyini, alıcıya topdan və pərakəndə satışın həyata keçirməsi məqsədi ilə yuxarıda adı qeyd olunan markada dam örtüyü məhsulları və onların aksessuarlarının göndərildiyini, müqavilə üzrə malların xxx 2015-ci il tarixində alıcının ünvanına göndərildiyini və alıcı tərəfindən malların qəbul edildiyini, xxx 2013-cü il tarixli müqavilənin şərtlərinə əsasən xxx 2015-ci il tarixində göndərilən malların ümumi dəyərinin 35.447,74 AVRO təşkil etdiyini, həmin vəsaitin 17.700 AVRO təşkil edən hissəsinin cavabdeh tərəfindən iddiaçının hesablaşma hesabına köçürüldüyünü, hal-hazırda cavabdehin qeyd edilən müqavilə üzrə borcunun 17.747,74 AVRO təşkil etdiyini, həmin müqavilənin 6.1.1-ci maddəsinin şərtlərinə əsasən qaimədəki malların qiyməti Alıcı tərəfindən göstərilən müddətdə (ödəniş üçün bu müqavilənin 6.1.a bəndinə uyğun olaraq) ödənilmədiyi təqdirdə Satıcının gecikdirilmiş hər bir gün üçün sifariş verilən məbləğin 0,1 %-i məbləğində faiz tutmaq hüququ olduğunu, bu səbəbdən cavabdeh t ərəfindən müqavilə üzrə öhdəliklər zamanında və lazımi qaydada yerinə yetirilmədiyi üçün həmin əsas borca hesablanmış 1,597.30 AVRO təşkil edən cərimənin də ödənilməsini Şirkətin tələb etmək hüququ olduğunu bildirərək, cavabdehdən 17.747,74 AVRO əsas, 1.597,30 AVRO faiz (cərimə), ümumilikdə 19.345,04 AVRO borcun, hüquqi xidmət haqqı olaraq ödənilmiş 500 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(82)176/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh X4ndan 17.747,74 avro əsas borc, 1.597,30 avro cərimə borcu, ümumilikdə 19.345,04 avro məbləğində borc, hüquqi xidmət haqqı olaraq 500 ABŞ dolları ödəniş gününə AR Mərkəzi Ba nk tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir (hakim – H.Ç.Babayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-364/2018 saylı qətnaməsi ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh X4 və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etm işlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, tərəflər arasında bağlanılmış müqavilə iddiaçı tərəfindən məhkəmədə alqı-satqı müqaviləsi kimi qələmə verilmiş, halbuki, tərəflər razılığa gəlmişdirlər ki, Cavabdeh ölkə ərazisində İcopal adlı məhsulların tanıtımını təşkil etməklə həmin malların eksklüziv satışını təşkil edəcəkdir, İcopal şirkəti əmtəə nişanları mülkiyyətçisi kimi Cavabdeh qeydiyyatdan keçmiş və həmin məhsulun eksklüziv satış hüququ məhz Cavabdeh-na məxsusdur, iddiaçı tərəf işgüzar razılaşmanı kobud surətdə pozaraq, həmin malları Azərbaycan Respublikasına başqa satıcılara da göndərmiş, belə olan halda da nışıq pozulduğu üçün onlara ambarda saxlanılan malların geri götürmələri barədə xəbərdarlıq etmişlər, lakin işgüzar nüfuzun qorunması məqsədi ilə, həmçinin işgüzar ənənələrə sadiq və loyallıq göstərmək məqsədi ilə "...əgər mallar satılsa onların pullarını göndərməyi" vəd etmişlər, həmçinin qətnamə qəbul edilərkən baş vermiş kobud pozuntulardan biri də ötürülmüş iddia müddətinin tətbiq edilməməsi olmuş, tərəflər arasında müqavilə 14.05.2013 tarixdə bağlanmış, iddia ərizəsi isə məhkəməyə 2017-ci ilin dekabr ayında verilmiş, bu tip iddiaların verilməsi üçün qanunda 3 illik iddia müddəti nəzərdə tutulmuş, iddia müddətinin tətbiq edilməsinə dair ərizə versələr də, məhkəmə malların 2015-ci ildə göndərilməsini əsas tutmuş və müddətin hesablanmasını məhz mallar ünvana çatdığı müddətdən saymış, hal buki qanunvericilikdə belə norma yoxdur. Tərəflərin izahatları İddiaçı və Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-364/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, alıcı qismində Cavabdeh firması ilə satıcı qismində “İcopal S.A” şirkəti arasında xxx 2013-cü il tarixdə bağlanmış müqavilənin 1-ci bəndinə əsasən satıcı alıcıya topdan və pərakəndə ticarət üçün İCOPAL və digər istehsalçıların məhsullarını tədarük etməyi, alıcı isə mah hazırki müqavilənin şərtlərinə əsasən qəbul etməyi və ödəməyi öhdəsinə götürür, müqavilənin 4.1-ci bəndinə əsasən mal FCA Zdunska Volya şərtləri əsasında tədarük edilir, ( İnkoterms 200 Beynəlxalq qaydalarının şərhində) tədarük avtomobil və ya dəmir yolu nəqliyyat vasitələri ilə həyata keçirilir, müqav ilənin 5.4-cü bəndinə əsasən müqavilənin dəyəri 700,000 EUR təşkil edir, müqavilənin 6.1-ci maddəsinə əsasən mallar üçün ödəniş hesabın təqdim edildiyi tarixdən 60 gün müddətində bank köçürmə yolu ilə satıcının hesablaşma hesabına köçürülməli idi, alıcının müqavilə üzrə borc öhdəliyi 40.000 manatdan artıq olmamalıdır, ödəniş müddəti hesabın təqdim olunduğu tarixdən etibarən 60 günə qədər artırıla bilər, müqavilənin 7.1-ci bəndinə əsasən alıcının avtomobil nəqliyyatına malın yüklənilməsi və təhvil verilməsi yeri Zdunska Volya şəhəri, Laska küçəsi 169-197 yerləşən anbardır, Cavabdeh X4 tərəfindən “İcopal sp z.o.o” ( İcopal S.A”) şirkətinə ünvanlanmış xxx 2017-ci il tarixli məktubda bildirilmişdir ki, “İcopal sp z.o.o” şirkəti ilə əməkdaşlıq edirlər və Azərbaycan Respublikasında baş vermiş, şirkətə də öz təsirini göstərmiş iqtisadi böhran nəticəsində ödənişlə bağlı yaranan problemə görə üzr istəyirlər, “İcopal sp z.o.o” şirkətinin məhsulları yaxşı satılmamış və buna görə də Cavabdeh X2 ödənişlə bağlı problemləri olmuş, “İcopal sp z.o.o” şirkəti ilə bağlanmış müqavilə 31.12.2018ci il tarixinə qədər qüvvədədir və firmanın 17.747,74 AVRO məbləğində borcunun bu ilin sonuna qədər ödənilməsinə çalışılacaqdır, xxx 2015-ci il tarixli, ******* saylı ixrac fakturasına görə “İCOPAL S.A” şirkəti tərəfindən “Cavabdeh X3 göndərilən malın cəmi dəyəri 35.447,74 avro təşkil edir, 957402 saylı CMR sənədinə görə Cavabdeh X4 tərəfindən “İcopal sp z.o.o” şirkətinə xxx 2015-ci il tarixdə 22,060 kq çəkidə yük göndərilmiş, İddiaçı tərəfindən xxx 2017-ci il tarixdə “Cavabdehİstehsalat-Kommersiya” Fi rmasına pretenziya qaydasında məktub ünvanlanaraq, 17.747,74 avro təşkil edən borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, Cavabdeh X4 tərəfindən xxx 2017-ci il tarixdə İddiaçınə ünvanlanmış məktubda cavabdeh 17.747,74 avro məbləğində borcunun qaldığını etiraf etmiş və ilin sonuna qədər ödəyəcəyini bildirmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış xxx 2013-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən iddiaçı topdan və pərakəndə ticarət üçün “İCOPAL” və digər istehsalçıların məhsullarını tədarük etməyi, cavabdeh isə müqavilənin şərtlərinə əsasən malı qəbul etməyi və ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə düşən öhdəlik tam ol araq icra edilmiş və xxx 2015-ci il tarixdə 35.447,74 Avro məbləğində mal Cavabdeh X3 göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmiş, cavabdeh firma borc məbləğinin bir qismini ödəsə də, 17.747,74 Avro məbləğində borcu ödənilməmiş qalmış, müqavilənin 6.1.1-ci bəndinə əsasən qaimədəki malların qiyməti alıcı tərəfindən göstərilən müddətdə ödəniş üçün bu müqavilənin 6.1 a bəndinə uyğun olaraq ödənilmədiyi təqdirdə satıcının gecikdirilmiş hər bir gün üçün sifariş verilən məbləğin 0,1 %- məbləğində faiz tutmaq hüququ vardır, İddiaçı ilə Nümayəndə arasında bağlanmış xxx 2017-ci il tarixli hüquqi xidmət müqaviləsinə əsasən sonuncunun hesabına 500 ABŞ dolları məbləğində pul köçürülmüş, cavabdeh apellyasiya şikayətində tərəflər arasında xxx 2013-cü il tarixdə müqavilənin bağlandığını, həmin müqav iləyə əsasən yaranmış borc üzrə qanunla nəzərdə tutulmuş iddia müddətinin üzrlü səbəb olmadan ötürüldüyünü qeyd etsə də, xxx 2013-cü il tarixli müqavilə üzrə sonuncu dəfə cavabdehə xxx 2015-ci il tarixdə mallar satılmış və həmin malın dəyərinin bir hissəsi ödənilməmiş, belə olan halda müqavilə üzrə iddia müddəti müqavilənin bağlandığı tarixdən deyil, malların göndərildiyi və son ödəmənin həyata keçirildiyi tarixdən hesablanmalıdır, bu halda isə 3 illik iddia müddəti ötürülməmiş olur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödə məli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqavil əsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alqısatqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surət də ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məcəllənin 598.1 və 598.2-ci maddələrinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliy ə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunu n ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası tərəflər arasında bağlanmış xxx 2013-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə düşən öhdəliyin tam olaraq icra edildiyini və xxx 2015-ci il tarixdə 35.447,74 avro məbləğində malın Cavabdeh X3 göndərildiyini və cavabdeh tərəfindən qəbul edildiyini, cavabdeh firmanın borc məbləğinin bir qismini ödəsə də, 17.747,74 avro məbləğində borcun ödənilməmiş qaldığını, müqavilənin 6.1.1-ci bəndinə əsasən qaimədəki malların qiyməti alıcı tərəfindən göstərilən müddətdə ödəniş üçün bu müqavilənin 6.1a bəndinə uyğun olaraq ödənilmədiyi təqdirdə satıcının gecikdirilmiş hər bir gün üçün sifariş verilən məbləğin 0,1 %- məbləğində faiz tutmaq hüququ olduğunu, iddia tələbi üzrə tələb olunan cərimə borcunun əsas borc məbləğinə nisbətdə yüksək olmadığını, eləcə də həm kreditorun, həm də borclunun əmlak mənafeləri nəzərə alınaraq 1.597.30 avro məbləğində cərimə borcunun müəyyən edilməsini qanunvericiliyin tələbi baxımından ağlabatan hesab edildiyini, həmçinin xxx 2013-cü il tarixli müqavilə üzrə sonuncu dəfə cavabdehə xxx 2015-ci il tarixdə malların satıldığını və həmin malın dəyərinin bir hissəsinin ödənilmədiyini, müqavilə üzrə iddia müddətinin müqavilənin bağlandığı tarixdən deyil, malların göndərildiyi və son ödəmənin tam həyata keçirildiyi tarixdən hesablanmalı olduğunu, beləliklə, 3 illik iddia m üddətinin ötürülməmiş olduğunu nəzərə alaraq kassasiya şikayətinin işin faktiki halları ilə bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılar kən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(103)-364/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-364/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-13/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-13/2019
23.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver