Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-130/2020 10.06.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov Cavabdeh və onun vəkili Vəkil2 kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 8582,4 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 18-ci döngədə yerləşən 1 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İş üzrə Cavabdeh əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan **********00995 saylı abonent kodu üzrə ‘Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx xxxx 2018-ci il tarixli akt tərtib edilmiş, həmin aktın nöqsan qrafasında “obyektdə baxış keçirən zaman sayğacın çıxış hissəsinin plasmas hissəsi kənar təsir nəticəsində deşilmişdir”qeydi aparılmışdır. Həmçinin həmin akta əsasən iş üzrə Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx xxxx 2018-ci il tarixdə 42912 m3 qaz sərfiyyatı hesablayaraq iddiaçıya məxsus olan **********00995 saylı abonent koduna 8582.4 manat borc hesablamışdır. İddiaçıya sayğaca müdaxilə edilməsi, bunun nəticəsində borc və cərimə hesablanması, həmin borc və cərimənin ödənilməsinin tələb edilməsi barədə rəsmi bildiriş daxil olmasa da, abonent hesabına 8582.4 manat borcun hesablanması əsası nda cavabdehin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi nəticəsinə gəldiyini qeyd etmək mümkündür. Cavabdeh təşkilat əsaslandırma aparmadan qaz avadanlıqlarının eyni vaxtda və maksimum sərfiyyatla işlədilməsi nəticəsinə gəlmişdir. Sayğac yoxlanılan zaman istehlakçı və ya onun nümayəndəsi araşdırmaya cəlb edilməmiş, mövqeyini bildirməsinə imkan yaradılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-923/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən İddiaçı hesablanmış 8.582,4 manat (səkkiz min beş yüz səksən iki manat qırx qəpik) məbləğində borun silinməsi, iddianın verilməsinə görə 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-857/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır ( Hakim: M.Tağızadə). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindənCavabdeh və onun vəkili Vəkil2 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasınakassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kommersiya işi kassasiya baxışından çıxarılmalı, iş kassasiya şikayətinin qaytarıl ması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, mülki prosessual qanunvericiliyə müvafiq olaraq kommersiya mübahisələrinə dair işlər üzrə əmlak xarakterli iddianın qiyməti on min manatdan az olduğu üçün bu iddia üzrə apellyasiya insatnsiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi istisna edil diyindən, hazırki şikayət kassasiya məhkəməsinin baxış predmeti ola bilməz. MPM-nin 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 112.1.1, 404-1 və 408ci maddələrini rəhbər tutaraq Qərara aldım: Cavabdeh və onun vəkili Vəkil2 oğlunun kassasiya şikayəti kassasiya baxışından çıxarılsın. İş kassasiya şikayətinin qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-130/2020
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-130/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver