Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-130/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İlk İddiaçı Cavabdehnə və qarşılıqlı iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşıma müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, ilk İddiaçı Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə, qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı vurulmuş maddi ziyanın əvəzinin öd ənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-964/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Daşıyıcı İddiaçı ilə sifarişçi Cavabdeh MMC arasında 2023-cü il 14 sentyabr tarixli 10 nömrəli yükdaşıma müqaviləsi bağlanmışdır. Daşıyıcı sifarişçinin sifarişi əsasında ekspedisiya xidmətlərini, idxal və ixrac olunan yüklərin daşınmasını və s. xidmətləri həyata keçirməyi öhdəsinə götürmüşdür (müqavilənin 1-ci bəndi).
2. İddiaçı tərəfindən Cavabdeh MMC-yə dəyəri 5.610 manat olan 2024-cü il 9 fevral tarixli 00096175 nömrəli, dəyəri 5.440 manat olan 2024-cü il 24 fevral tarixli 354240 nömrəli, dəyəri 5.100 manat olan 2024-cü il 2 4 fevral tarixli 354245 nömrəli elektron qaimələr göndərilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 23 aprel tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2023-cü il 14 sentyabr tarixli 10 nömrəli müqaviləyə uyğun olaraq göstərilmiş daşıma xidmətinə görə 16.150 manat, gecikdirilmiş günlərə uyğun olaraq hesablanmış 1.734,85 manat dəbbə pulu, mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 1.153 manat, utilizasiya aktının alınmasına görə ödənilmiş 186 manat, avtomobillərin gözləmədə olduğu günlərin sayına uyğun olaraq 400 manat, dövlət rüsumunun ödənilməsinə görə 148,87 manat və hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2023-cü il 14 sentyabr tarixli 10 nömrəli müqaviləyə görə sifarişçinin sifarişinə əsasən daşıyıcı tərəf ekspedisiya xidmətlərini, idxal və ixrac olunan yüklərin daşınmasını, tranzit yüklərin daşınmasını həyata keçirməyi öhdəsinə götürmüşdür. Daşıyıcı tərəfindən üç dəfə Azərbaycandan Rusiya Federasiyasına daşınma həyata keçirilmişdir. Həmin daşınmaların ümum məbləği 16.150 manat təşkil etmişdir. Daşınma xərcləri iddiaçıya vaxtında ödənilmədiyinə görə qanunvericiliyin tələbinə uyğun olaraq daşınma məbləğinin üzərinə 1.734,85 manat pul hesablanmışdır. Bundan başqa, sonuncu daşınma zamanı sifarişçi şirkət qanunsuz olaraq malların bir qismini götürməkdən imti na etmiş və bunun məsuliyyətini daşıyıcının üzərinə qoymuşdur. Lakin iddiaçı tərəfindən müraciət edilərək audit rəyi alınmış və məsuliyyətin iddiaçının üzərinə düşməməsi aydınlaşmışdır. Audit tərəfindən araşdırılmanın aparılması üçün iddiaçı tərəfindən 1.153 manat rüsum ödənilmişdir. Əlavə olaraq utilizasiya aktının alınmasına görə iddiaçı tərəfindən 186 manat pul ödənilmişdir. Bundan başqa sifarişçi şirkət avtomobillərin gözləmədə olduğu günə görə 100 manat ödəməni üzərinə götürsə də, avtomobillər dörd gün gözləmədə olmasına baxmayaraq ödənilməli olan 400 manat ödənilməmişdir.
5. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıdan vurulmuş zərərin əvəzi olaraq 20.279,37 manat pulun tutulması və ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması nı xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2023-cü il 14 sentyabr tarixli müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehin yüklərini Rusiya Federasiyasının Moskva şəhərində yerləşən ticarət obyektinə çatdırmalı idi. Daşıyıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımınca yerinə yetirilməmiş, avtonəqliyyat vasitəsinin düzgün idarə edilməməsinin nəticəsi olaraq yüklər sürüşməyə məruz qalmış və son qəbul məntəqəsində yükün yararsız olması nəticəsində yük alan yükü qəbul etməkdən imtina etmiş, nəticədə cavabdeh böyük zərərə məruz qalmışdır. Belə ki, Azərbaycan Respublikasının Şəmkir rayonu ərazisində mal yüklənəndə daşıyıcının nümayəndəsi (sürücü) də iştirak etmiş və yükləmənin tam qaydası ilə aparıldığına bilavasitə ş ahidlik etməklə yükləmədən razı qalmış və yükü təhvil almışdır. Avtonəqliyyat vasitəsi 2024-cü il 25 yanvar tarixində saat 10:00-da Şəmkirdən yola çıxmışdır və saat 20:00 da Bakıya çatmışdır. Bakıya çatdıqdan sonra sürücü naməlum səbəblərdən maşını və malı atıb qaçmış, iddiaçı cavabdehə sürücünü razı salacağını desə də, heç nə edə bilməmiş, mal maşında sahibsiz qalmış, nəticədə 50 saatdan çox vaxt itirilmişdir. Bundan sonra iddiaçı maşına başqa və cavabdehin malı təhvil vermədiyi şəxsi sürücü təyin etmişdir. Avtonəqliyyat vasitəsi yükləndikdən yalnız 4 gün sonra maşın Xudata çatmış, maşının real çəkisi sənədlərdəkindən fərqli olduğu üçün həmin məntəqədə də daha 10 saat vaxt itirilmişdir. Sərhədi keçəndən təxminən 200 km sonra avtonəqliyyat vasitəsinin soyuducusu sıradan çıxmış və bu proble min aradan qaldırılması iki saata yaxın vaxt aparmışdır. Ümumilikdə mal maşına yükləndikdən sonra Moskvaya 6 günə çatmışdır, halbuki bu yol cəmi 3 günlükdür. Avtonəqliyyat vasitəsi təyinat məntəqəsinə çatdıqdan sonra yük təhvil alınarkən yükün maşının soyuducu yük yerində sürüşməsinin olduğu aşkar edilmiş və bu barədə bizə məlumat verilmişdir. Nəticədə sürücünün xətası ucbatından mala ziyan vurulduğuna görə yük alan malı qəbul etməkdən imtina etmişdir. Qeyd olunan hallar müvafiq yazışmalar, şəkillər, audit rəyi əsasında təsdiq edilir.
7. Məhkəmə iclasında iddiaçı tərəf 3 ədəd nəqliyyat vasitəsi (TİR) ilə cavabdehə aid xurma məhsulunun Şəmkir şəhərindən Rusiyaya çatdırıldığını və buna görə də daşıma haqqının tutulmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi isə 3 ədəd nəqliyyat vasitəsində olan xurma məhsulunun Rusiyaya çatdırıldığını qeyd etsə də, 1 ədəd nəqliyyat vasitəsində olan məhsulun sürücünün təqsiri, yəni tormozlanma nəticəsində bir hissəsinə zərər dəydiyini bildirmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 2 avqust tarixli e-2-2(113)-3159/2024 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin olunmuş, 16.150 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 138,45 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qarşılıqlı iddia rədd olunmuşdur (hakim – K.Hüseynov).
10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında olan mübahisənin həlli baxımından ilk növbədə ilk iddiay a qiymət verilməlidir. İlk iddia ərizəsinin məzmunundan da göründüyü kimi ilk iddia üzrə ilk tələb göstərilmiş daşıma xidmətinə görə 16.150 manat pulun tələb edilməsi ilə bağlı olmuşdur. İşin hallarını təşkil edən iddiaçı tərəfindən cavabdehə göndərilən elektron qaimələrdə göstərilən məbləğlərin cəmi 16.150 manat təşkil etmişdir. Qeyd olunan sənədlər və cavabdeh tərəfin də bildirdiklərindən görünür ki, 3 ədəd nəqliyyat vasitəsində cavabdehə aid olan xurma məhsulunun daşınması iddiaçı tərəfindən həyata keçirilmişdir.
11. Cavabdeh tərəf isə 1 ədəd nəqliyyat vasitəsində olan məhsulun, sürücünün təqsiri, yəni tormozlanma nəticəsində bir hissəsinə zərər dəydiyinə görə Rusiyada cavabdeh tərəfindən satılmalı olan şirkət tərəfindən onlara pul tələbinə dair pretenziya göndərdiklərinə görə və mala d əymiş ziyana görə yox, məhz xurma məhsullarını satmalı olduqları şirkət tərəfindən, onlara məhsul tam verilmədiyinə görə, onlardan dəymiş zərərlə bağlı pretenziya göndərdiklərinə istinad edərək daşıma xərclərini ödəməkdən imtina etmişdir.
12. Məhkəmə bu xüsusda qeyd etmişdir ki, iddiaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni cavabdehə aid mallar Rusiyada razılaşdırılmış ünvana çatdırılmışdır. Buna görə də cavabdeh tərəfinin müqavilə üzrə daşıma haqqını ödəmək öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə daşıma haqqı olaraq 16.150 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi qənaətinə gəlmişdir.
13. Məhkəmə ilk iddianın dəbbə pulunun tələb olunması ilə hissəsində ilk iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, dəbbə pulu qanunda və ya müqavilədə nəzərdə tutulmuş halda tətbiq edilir. Hazırkı halda isə tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulunun tətbiqi ilə tərəflər razılığa gəlməmiş və qanunda da daşıma müqaviləsi üzrə daşıma haqqının vaxtında ödənilməməsinə görə cərimənin tətbiq edilməsi halı mövcud deyil.
14. Məhkəmə ilk iddianın digər hissələri ilə bağlı qeyd etmişdir ki, mütəxəssis rəyinin alınmasına görə ödənilmiş pulun, utilizasiya aktının alınmasına görə ödənilmiş pulun, avtomobillərin gözləmədə olduğu günlərin sayına uyğun olaraq pulun tələb edilməsi ilə bağlı ilk iddiaçı hər hansı bir sənəd təqdim etmədiyindən qeyd olunan hissələrdə ilk iddia təmin edilə bilməz.
15. Məhkəmə qarşılıqlı iddiaya münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə iclasında qarşılıqlı iddia üzrə tələb edilən zərər məbləğinin nədən ibarət olması soruşulmuş, cavabdeh də dəymiş zərərin xurma məhsuluna dəymiş ziyanın məbləği deyil, məhz xurma məhsulunun satılmalı olan Grand Trade şirkətinə qarşısında alqı-satqı müqaviləsi üzrə öhdəliyi tam icra etmədiyindən pretenziya göndərdiklərini və pul tələb etdiklərini bildirmişdir. Məhkəmə bu xüsusda qeyd etmişdir ki, daşıyıcı yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı dəymiş zərərə görə məsuliyyət daşıyır, lakin indiki halda cavabdeh 5.510,5 kq olan yükə dəymiş zərərin əvəzini yox, məhz üçüncü bir şəxsin onlara qarşı olan pretenziya sənədinə istinad edərək pul tələb etmişdir.
16. Mülki qanunvericiliyin müddəalarının mənasından göründüyü kimi, mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğun dan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd olunan dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
17. Cavabdeh ilə Rusiya şirkəti olan “Grand Trade” arasında bağlanmış alqı-satqı müqaviləsinin bəndlərinin şərh edilməsi, yəni “Grand Trade” tərəfindən cavabdehə ünvanlanmış pul tələbinin dəbbə pulu olması, Rusiya qanunvericiliyində onun ağlabatan həcmdə tutulması imkanı və yaxud m üqavilədən irəli gələn zərərin olub-olmamasının müəyyən edilməsi hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir.
18. Rusiya şirkəti olan “Grand Trade” tərəfindən cavabdehə pretenziya məktubunun ünvanlanması ilə sonuncudan pulun tələb edilməsi ilə iddiaçı tərəfindən həyata keçirilən daşımanın icrası ilə səbəbli əlaqəsinin olması iş materialları ilə sübuta yetirilməmişdir. Cavabdehə məhsula dəymiş zərərin tələb olunması hüququnun mövcudluğu izah edilmişdir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 462.1, 850.1, 851, 855, 859.1, 859.2, və 1096.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 2
0. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, ilk iddianın tam rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-964/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – T.Mahmudova və E.Həsənov).
22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinə əlavə etdiyi elektron çıxarışlardan müəyyən olunanlara görə qeyd edilən 3 qaimə təsdiq olunduqdan sonra düzəliş üçün geri qaytarılmış, düzəliş edildikdən sonra yenidən cavabdehə göndərilmişdir. Cavabdeh qai mələri mübahisələndirsə də, birinci instansiya məhkəməsində yüklərin, həqiqətən, Rusiya Federasiyasına iddiaçı tərəfindən göndərilməsini qəbul etmişdir. Ona görə məhkəmə əsaslı olaraq ilk iddianı qismən təmin etmiş, apellyasiya şikayətinin müvafiq dəlilləri əsassız olmuşdur.
23. Cavabdeh tərəf 1 ədəd nəqliyyat vasitəsində olan məhsulun, sürücünün təqsiri, yəni tormozlanma nəticəsində bir hissəsinə zərər dəydiyinə görə Rusiyada cavabdeh tərəfindən satılmalı olan şirkət tərəfindən onlara pul tələbinə dair pretenziya göndərdiklərinə görə və mala dəymiş ziyana görə yox, məhz xurma məhsullarını satmalı olduqları şirkət tərəfindən, onlara məhsul tam verilmədiyinə görə onlardan dəymiş zərərlə bağlı pretenziya göndərdiklərinə istinad edərək daşıma xərclərini ödəməkdən imtina etmişdir.
24. Cavabd eh iddiaçının sürücüsünün səhlənkarlığı üzündən mallara zərər dəydiyini qeyd etmişdir. Sübut kimi Rusiya Federasiyasının Beynəlxalq Müstəqil Ekspertlər Şirkəti tərəfindən 2024-cü il 1 fevral tarixində aparılmış təftişin nəticələrinə əsaslanmışdır. Həmin təftişin nəticə hissəsində müəyyən edilmişdir ki, tədqiq olunan qabların, altlıqların nümunələri, onların avtomobilin qoşqusunda yerləşməsi, habelə yükün zədələnməsinin xüsusiyyəti tara, altlıqlar və lent əlavələrinin hazırlanması və onlarda olan yükün çəkisinə uyğunluğu qaydalarına və tez xarab olan malların uzunmüddətli daşınması şərtlərinə əməl edilmədiyini təsdiqləyir.
25. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd etmişdir ki, cavabdehin əsaslandığı təftişdə zərərin səbəbi kimi qablaşdırmanın yanlış aparılması göstərilmiş, sürücünü n təqsirli hərəkətləri müəyyən edilməmişdir. MM-in 855.1-ci maddəsinə əsasən yük göndərən yükün lazımınca qablaşdırılmasını təmin etməlidir. O, qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır. Göründüyü kimi qanuna əsasən cavabdeh qablaşdırmaya görə yük göndərən kimi məsuliyyət daşıyır. Qarşılıqlı iddia tələbi sübuta yetirilmədiyinə görə əsaslı olaraq məhkəmə tərəfindən təmin edilməmişdir.
26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 390.1, 442, 850.1, 851, 855, 859.1, 859.2, 859.4, 859.5, 861.1 və 1096.1-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.3 və 3.4-cü bəndləri üzrə - məhkəmə kollegiyası iş materiallarında olan elektron qaimələrin müvafiq elektron sistemdə qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilib-edilmədiyinə diqqət yetirməmiş, o cümlədən qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib və təsdiq olunmamasını, bu barədə sübutların təqdim edilməməsini və bu səbəblərdən həmin qaimələrin xidmətlərin təhvil verilməsini (təqdim olunmasını) təsdiq edən sənədlər kimi qiymətləndirilməli olmamasını nəzərə almamışdır. Belə ki, Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış cavabdehə aid kabinetdəki məlumatlardan (tarixçədən) müəyyən edilir ki, EBDZ seriyalı, 354240 nömrəli və EBDZ seriyalı, 354245 nömrəli elektron qaimə fakturalar cavabdeh tərəfindən təsdiq edilməmişdir və həmin elektron qaimə fakturalar hələ də “düzəlişə qaytarıldı” statusundadır.
29. Bundan başqa Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış cavabdehə aid kabinetdəki digər məlumatlardan (tarixçədən) da müəyyən edilir ki, MT2402 seriyalı, 00096175 nömrəli elektron qaimə faktura 2024-cü il 24 fevral tarixində saat 21:31-də təsdiq üçün göndərilmiş və cəmi 2 dəqiqə sonra, yəni eyni tarixdə, saat 21:33-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uç otu və istifadəsi qaydaları”nın 3.4-cü bəndinin tələblərinə zidd olaraq sistem tərəfindən avtomatik təsdiqlənmişdir. Yuxarıda qeyd edilənlərdən və müvafiq informasiya sistemindən çıxarışlardan görünür ki, daşıyıcı tərəfindən yüklərin daşınması xidmətlərinin yükgöndərənə təqdim olunması qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməmişdir və həmin xidmətlər yükgöndərən tərəfindən təhvil alınmamışdır.
30. Tərəflər arasında bağlanmış 2024-cü il 14 sentyabr tarixli 10 nömrəli yük daşınma müqaviləsinin 4.1-ci bəndində də qeyd olunmuşdur ki, sifarişçi məhz razılaşdığı qaimələr üzrə ödənişləri fakturanın təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq daşıyıcı tərəfindən ona təqdim olunan bank hesabına köçürməlidir. Lakin şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi icra çının (yük daşıyıcısının) təqdim etdiyi qaimələrlə razılaşmamışdır. Bu halda sifarişçidən ödənişlərin tutulması müqavilənin şərtlərinə də uyğun deyildir.
31. Məhkəmə kollegiyası cavabdehin qaimələri mübahisələndirsə də, birinci instansiya məhkəməsində yüklərin, həqiqətən Rusiya Federasiyasına iddiaçı tərəfindən göndərilməsini qəbul etməsi qənaətinə gəlmişdir. Kollegiya nəzərə almamışdır ki, qaimələrin hamısı deyil, cəmi biri müvafiq sistemdə olan texniki xətaya görə səhvən təsdiqləndiyindən məhkəmə qaydasında mübahisələndirilmiş, digər ikisi isə xidmətlərin təhvil-təsliminin rəsmiləşdirilməsinə əsas vermədiyinə görə mübahisələndirilməmişdir.
32. MM-in 859.2-ci maddəsi üzrə - Məhkəmə kollegiyası Rusiya Federasiyasının Beynəlxalq Müstəqil Ekspertlər Şirkəti tərəfindən 2024-cü il 1 fevral tar ixində aparılmış təftişin nəticələrinə, düzgün münasibət bildirməmiş, həmin ekspert rəyi ilə daşınmış məhsulların zədələnməsinin sürücünün yükdaşıma rejiminə ehtiyatsız münasibəti nəticəsində baş verməsinin sübuta yetirilməsini nəzərə almamışdır. Belə ki, məhkəmə qətnaməsinin 34-cü bəndində qeyd olunmuşdur ki, sübut kimi Rusiya Federasiyasının Beynəlxalq Müstəqil Ekspertlər Şirkəti tərəfindən 2024-cü il 1 fevral tarixində aparılmış təftişin nəticələrinə əsasən müəyyən edilmişdir ki, tədqiq olunan qabların, altlıqların nümunələri, onların avtomobilin qoşqusunda yerləşməsi, habelə yükün zədələnməsinin xüsusiyyəti tara, altlıqlar və lent əlavələrinin hazırlanması və onlarda olan yükün çəkisinə uyğunluğu qaydalarına və tez xarab olan malların uzunmüddətli daşınması şərtlərinə əməl edilmədiyini təsdiqləyir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, yuxarıda qeyd olunan rəy Rusiya Federasiyasının Beynəlxalq Müstəqil Ekspertlər Şirkəti tərəfindən 2024-cü il 1 fevral tarixində aparılmış təftişin nəticələrində deyil, Meyvə və Tərəvəzlər üzrə Müstəqil Ekspertiza və Sürveyer Xidmətinin 001-0xx-xx/2024 nömrəli hesabatında göstərilmişdir. Halbuki qətnamədə cavabdehin istinad etdiyi sübut vasitəsi həmin sübut vasitəsində əksini tapmamış nəticə göstərilməklə təkzib edilmişdir.
33. MPM-in 106.1-ci maddəsi üzrə - Birinci instansiya məhkəməsinin qətnaməsinin göstərilmişdir ki, “sənədlərdən və cavabdeh tərəfin də bildirdiklərindən görünür ki, 3 ədəd nəqliyyat vasitəsində cavabdehə aid olan xurma məhsulunun daşınması iddiaçı tərəfindən həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən cavab dehin nümayəndəsi, 3 ədəd nəqliyyat vasitəsində olan xurma məhsulunun Rusiyaya çatdırıldığını qeyd etsə də, 1 ədəd nəqliyyat vasitəsində olan məhsulun, sürücünün təqsiri, yəni tormozlanma nəticəsində bir hissəsinə zərər dəydiyini bildirir”. Birinci instansiya məhkəməsinin qətnaməsində ilk iddianın təmin edilməsi ilə əlaqədar həm elektron qaimələrə, həm də cavabdehin nümayəndəsinin izahatına sübut kimi istinad olunsa da, məhkəmə kollegiyası öz qətnaməsində 3 ədəd qaimənin düzəliş üçün geri qaytarıldığını qəbul etmiş, yalnız cavabdehin nümayəndəsinin izahatına istinad etmiş, həmin izahatı etiraf kimi qiymətləndirmişdir. Nəticədə birinci instansiya və apellyasiya məhkəmələrinin qətnamələrində istinad edilmiş sübut vasitələri arasında fərq yaranmışdır. Kassator hesab edir ki, cavabdehin nümayə ndəsinin birinci instansiya məhkəməsində verdiyi xurma məhsulunun Rusiya Federasiyası ərazisinə çatdırılması barədə izahatı EBDZ seriyalı 354240 nömrəli, EBDZ seriyalı 354245 nömrəli və MT2402 seriyalı 00096175 nömrəli elektron qaimə fakturaların qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiqlənməməsi səbəbindən müvafiq izahat xidmətlərin yük göndərənə təqdim edilməsinin rəsmiləşdirilməsi qənaətinə gəlmək üçün kifayət deyil və həmin izahatda göstərilən hallar yalnız müvafiq elektron qaimələrlə də öz təsdiqini tapdığı halda sübuta yetirilmiş hesab edilə bilər.
34. MPM-in 81-ci maddəsi üzrə - Xidmətlərin yük göndərənə təqdim edilməsinin rəsmiləşdirilməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı tərəf etira z təqdim etməmişdir. Kassasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəmə aktını qismən - ilk iddianın təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissəsində yoxlamışdır. Hazırkı icraat çərçivəsində isə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına is tinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
850. Yük daşınması müqavil əsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür....” “Maddə
851. Yük göndərən və yük alan. Daşıyıcı Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə mali k olan fiziki və ya hüquqi şəxsdir.” “Maddə
855. Yükün qablaşdırılması 855.1. Yük göndərən yükün lazımınca qablaşdırılmasını təmin etməlidir. O, qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır. 855.2. Öz növbəsində daşıyıcı yükü daşımaya qeyd-şərtsiz qəbul edərkən mövcud olmuş zahirən görünən qüsurların nəticələri üçün məsuliyyət daşıyır.” “Maddə
859. Yük daşıyıcısının məsuliyyəti 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir:... 859.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. 859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aş kar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə.” “Maddə
861. Yüklərin daşınması zamanı iddia müddətləri 861.1. Daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) a nlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)....”
39. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqda n sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətlərinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmiş və bu qiymətləndirmə ilə məhkəmə kollegiyası razılaşır və bəzi dəlillərlə bağlı əlavə olaraq aşağıdakıları vurğulamağı zəruri hesab edir.
42. Qaimələrlə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə məhkə mə kollegiyası qeyd edir ki, kassator bu dəlilləri birinci instansiya məhkəməsindəki icraat zamanı mübahisələndirməmiş, əksinə olaraq nümayəndəsi malların təhvil verildiyini təsdiqləmişdir.
43. Belə ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (MPM-in 106.1 və 106.3-cü maddələri).
44. Göründüyü kimi aşağı instansiya məhkəmələri cavabdehin izahatına mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunmuş normalarının dispozitiv tələblərinə riayət etməklə bu hissədə doğru qənaətə gəlmişdir və hər hansı madd i və prosessual normanın tələblərini pozmamışlar.
45. Məhkəmə kollegiyası mallara ziyan dəyməsinin iddiaçının sürücüsünün ehtiyatsız sürməsindən irəli gəlməsi ilə bağlı dəlilə münasibətdə qeyd edir ki, tərəflər arasında 2023cü il 14 sentyabr tarixində bağlanmış yük daşınması müqaviləsinin 2.1.4-cü bəndində daşıyıcı şirkətin hansı hallarda daşıma zamanı məhsula dəymiş ziyana görə məsuliyyət daşıyacağı hallar göstərilmişdir. Bu hallar arasında paletlərin sınma və ya aşmasına, yeşiklərin sınmasına və ya aşmasına, o cümlədən məhsulun lazım olan temperaturda daşınmamasına görə məsuliyyət müəyyən edilmişdir.
46. Rusiya Federasiyasının Beynəlxalq Müstəqil Ekspertlər Şirkəti tərəfindən 2024cü il 1 fevral tarixində aparılmış təftişin nəticəsində qeyd edilmişdir ki, qüsurlu məhsulların əsas problemu paletlərin və konteynerlərin bütövlüyünün pozulması nəticəsində yaranan zədələnmədir. Paletin ilişməsi səbəblərindən biri sürücünün hərəkət edən zaman təcili əyləcə basması ola bilər. Bu hesabatın verildiyi vaxta qədər daşınma zamanı temperatur rejiminin saxlanması barədə məlumat yoxdur.
47. Göründüyü kimi aparılmış təftişdə konkret olaraq hər hansı paletin və ya yeşiyin sınması göstərilməmiş, sadəcə olaraq onların bütövlüyünün pozulması qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə görə bu da daşıyıcının məsuliyyətinin yaranması üçün əsas deyildir. Həmçinin təftişdə paletin ilişmə səbəblərindən biri kimi sürücünün qəfil əyləcə basması ehtimal olaraq irəli sürülmüşdür. Yəni paletin ilişmə səbəbinin belə sürücünün təqsiri üzündən olması dəqiq müəyyən edilməmişdir.
48. Daşıyıcı nın məsuliyyətinin yaranması əsaslarından biri məhsulun lazım olan temperaturda daşınmamasıdır ki, bu rəydə də bununla bağlı hər hansı məlumat verilməmişdir.
49. Bundan başqa Meyvə və Tərəvəzlər üzrə Müstəqil Ekspertiza və Sürveyer Xidmətinin 001-0xx-xx/2024 nömrəli hesabatında da daşıyıcının məsuliyyətinin yaranması üçün hər hansı bir əsas yoxdur.
50. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya ins tansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-964/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.