Məhkəmə qərarları › İş №2-2(102)-131/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-131/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-131/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X1 Sanayi ve Ticaret LTD” STİ-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-131/21 Bakı şəhəri 2021-ci il 17 mart Açar sözlər: alqı-satqı müqaviləsi üzrə cərimə borcunun tutulması 17.03.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızı sədrlik edən və məruzəçi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Həbibova Könül Əbülfəz qızının katibliyi, iddiaçı “X1 Sanayi ve Ticaret LTD” STİ-nin nümayəndəsi Nümayəndə və vəkilləri Vəkil5, Vəkil4 iştirakları ilə, iddiaçı “X1 Sanayi ve Ticaret LTD” STİ-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun və cərimənin tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-465/2020 nömrəli 2020-ci il 29 oktyabr tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları:

1. Satıcı “X1 Sanayi ve Ticaret LTD STİ” ilə alıcı Cavabdeh MMC arasında 2016-cı il 8 sentyabr tarixli 20151016/ATL/DBZ/016-6 saylı alqı-satqı müqaviləsi imzalanmış, satıcı müvafiq malları təqdimetməyi, alıcı isə həmin malların əvəzini tam olaraq ödəməyi üzərinə götürmüşdür. Müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, satıcı malları İncoterms 2010 EXW İstanbul təslim qaydası əsasında alıcıya satır. Alıcı mal müqabilində bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə və ya proforma invoysda nəzərdə tutulmuş ödənişi satıcıya ödəyir. Müqavilənin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirənədək qüvvədə qalır.

2. Müqavilənin 3.1-ci bəndinə görə, mallar üçün ödəniləcək məbləğ müqavilənin ayrılmaz hissəsi olan əlavədə/əlavələrdə və ya proforma invoysda göstəriləcəkdir. Həmin məbləğin 100%-i müqavilə imzalandıqdan sonra alıcı tərəfindən satıcıya ödəniləcəkdir. 3.2-ci bəndinə görə, ödənişin həyata keçirilməsi üçün əsas bu müqavilədir.

3. Gömrük bəyənnamələrindən görünür ki, satıcı X1 Sanayi ve Ticaret LTD STİ tərəfindən 2016-cı il 20 sentyabr tarixdən 2017-ci il 8 iyul tarixədək alıcı Cavabdeh MMCyə satılmış malların ümumi dəyəri 845.274 ABŞ dolları təşkil etmişdir. 4. 2016-cı il 28 sentyabr tarixli 038322 nömrəli, 2016-cı il 29 noyabr tarixli 986046 nömrəli, 2016-cı il 20 dekabr tarixli 242906 nömrəli, 2016-cı il 20 dekabr tarixli 530051 nömrəli, 2016-cı il 28 dekabr tarixli 315048 nömrəli, 2016-cı il 29 dekabr tarixli 194895 nömrəli, 2017-ci il 30 dekabr tarixli 192358 nömrəli, 2017-ci il 8 fevral tarixli 695561 nömrəli, 2017-ci il 17 fevral tarixli 039201 nömrəli, 2017-ci il 29 mart tarixli 749506 nömrəli, 2017-ci il 3 aprel tarixli 973778 nömrəli, 2017-ci il 10 aprel tarixli 574427 nömrəli, 2017-ci il 14 aprel tarixli 691054 nömrəli, 2017-ci il 3 may tarixli 994395 nömrəli bank dekontlarından görünür ki, alıcı Cavabdeh MMC tərəfindən 2016-cı il 28 sentyabr tarixdən 2017-ci il 3 may tarixədək satılmış mallara görə satıcı X1 Sanayi ve Ticaret LTD STİ -yə ümumilikdə 149.089.64 ABŞ dolları ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 5. 2019-cu il 2 dekabr tarixdə iddiaçı X1 Sanayi ve Ticaret LTD STİ (bundan sonra mətndə - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 691.185 ABŞ dolları əsas, 186.619 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 877.804 ABŞ dolları borcun tutularaq müqavilədə qeyd olunan M/h: TR 62 0001 2009 7770 0053 0000 77 ona məxsus hesaba ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış alqısatqı müqaviləsinə əsasən iddiaçı cavabdehin ünvanına gömrük bəyannamələrinə uyğun olaraq dəyəri cəmi 845.274 ABŞ dolları mə bləğində mallar göndərmiş, alıcı həmin malları qəbul edərək göndərilən mallara görə bank vasitəsi ilə satıcıya cəmi 154.089 ABŞ dolları məbləğində vəsait ödəmiş, 691.185 ABŞ dolları borcu qalmışdır. Satıcı 2018-ci il 5 may tarixdə alıcının müqavilədə göstərdiyi ünvana pretenziya göndərərək 3 gün ərzində borcun alıcının hesabına ödənilməsinin təmin edilməli olmasını bildirsə də, pretenziyaya cavab verilməmişdir.

7. Müqavilənin 4.4-cü bəndində göstərilmişdir ki, alıcı tərəfindən ödənişlərin gecikdirilmiş hər həftəsi üçün satıcı tərəfindən ona bu müqavilə üzrə ödəniləcək ümumi məbləğin 0,5% miqdarında cərimə tətbiq edilə bilər, tələb olunan ödəmə tarixindən başlayaraq iki həftə sonra. Satıcı sonuncu dəfə 2017-ci il 7 iyul tarixdə mal göndərmiş, alıcı isə sonuncu dəfə x xxx 2017-ci il tarixdə pul ödəmişdir.

8. Alıcı sonuncu ödənişi 2017-ci il 4 may tarixində ödədiyindən iki həftə sonra, yəni 2017-ci il 18 may tarixdən başlayaraq 54 həftə ərzində gecikdirilmiş 691.185 ABŞ dolları borca dair hər həftəyə görə 0,5% miqdarında (691.185 X 0,5% X 54) 186.619 ABŞ dolları cərimə ödəməlidir. Bununla da, alıcının 691.185 ABŞ dolları əsas, 186.619 ABŞ dolları cərimə olmaqla ümumilikdə 877.804 ABŞ dolları borcu yaranmışdır.

9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3, 439.1, 567, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinad etmişdir.

10. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, iddia ərizəsi iddia müddətinin keçməsi və müqavilə üzrə öhdəliklərin ye rinə yetirilməsi əsaslarına görə təmin edilə bilməz. Çünki, cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmişdir. Müqavilənin bağlanmasından isə 3 il 9 ay müddət keçmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 iyun tarixli 2-2(113)-236/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 691.185 (altı yüz doxsan bir min yüz səksən beş) ABŞ dolları əsas, 5000 (beş min) ABŞ dolları cərimə olmaqla, cəmi 696.185 (altı yüz doxsan altı min yüz səksən beş) ABŞ dolları borcun tutularaq iddiaçının hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Səbinə Nuriyeva).

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olma müddəti tərəflərin öhdəliklərini yerinə yetirdiyi tarixədək müəyy ən edilmişdir. Qeyd olunan öhdəliklər 2016-cı il 20 sentyabr tarixdən 2017-ci il 8 iyul tarixədək icra olunduğundan, hazırki iş üzrə tələb etmə müddətinin başlandığı tarix 2017-ci il 8 iyul qəbul edilməlidir. Belə olan halda mübahisə predmeti üzrə tələb etmə müddəti 2020-ci il 8 iyul tarixdə bitmiş hesab edilir. İddiaçının cavabdehə qarşı borcun ödənilməsi tələbi üzrə 2019-cu il 2 dekabr tarixdə məhkəməyə müraciət edildiyindən, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində göstərdiyi halların əsası mövcud deyildir.

13. Bundan əlavə, tərəflər arasında malların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş əşyaları cavabdehə versə də, cavabdeh tərəfindən malların dəyəri tam ödənilməmişdir. Məhkəmə baxışı zamanı iddia çının nümayəndəsi bildirmişdir ki, cavabdehin hal-hazırki tarixə olan borcu 691.185 ABŞ dolları təşkil edir. Cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya 154.089 ABŞ dolları məbləğində vəsaitin bank, digər vəsaitlərin isə nağd qaydada müxtəlif fiziki şəxslər vasitəsi ilə iddiaçıya ödənilməsi qeyd edilsə də, nağd ödənişlərin edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

14. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə 186.619 ABŞ dolları cərimə məbləğini tənasübsüz surətdə yüksək hesab edərək, MM-nin 467-ci maddəsinə istinadla, 5000 ABŞ dolları məbləğinədək azaltmışdır.

15. Qətnamədən iddiaçı və cavabdeh tərəf apellyasiya şikayətləri vermişlər. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv ed ilərək, iddianın tam təmin edilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən təmin edilməsi hissəsində ləğv edilərək, iddianın tam təmin edilməməsinə dair yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 oktyabr tarixli 2-2(103)-465/2020 saylı qətnaməsi ilə iddiaçı “X1 Sanayi ve Ticaret LTD” STİ-nin apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə 538.685 ABŞ dolları məbləğində əsas borcun tutulması, qətnamənin qalan hissədə dəyişdiri lmədən saxlanılması qət edilmişdir (sədrlik edən məruzəçi hakim Vüsalə Baxışova, hakimlər Raqib Qurbanov, Cahangir Yusifov ).

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə cəmi 845.274 ABŞ dolları dəyərində mal göndərilməsi işin mübahisə olunmayan halıdır. İddia ərizəsində cavabdehə satılmış mallara görə cəmi 154.089 ABŞ dolları vəsaitin bank vasitəsilə ödənilməsi göstərilmiş, bank vasitəsilə həyata keçirilmiş 149.089.64 ABŞ dolları məbləğində ödənişlə bağlı sənədlər iş materiallarına əlavə edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən iddiaçının xeyrinə tutulmuş borc məbləğindən bir hissəsinin nağd və müəssisənin rəhbərinin hesabına köçürmə yolu ilə ödənilməsinə sübut olaraq iddiaçının rəhbəri Adnan Aydın tərəfindən elektron poçta və adi poçtla göndərilmiş məktublara istinad olunmuşdur. Həmin məktublara əsasən qeyd olunmuşdur ki, cavabdeh tərəfindən 2016-cı il 1 yanvar - 2016-ci il 31 dekabr tarixlərdə 102.189 ABŞ dolları, 2017-ci il 5 yanvar - 2017ci il 19 yanvar tarixlərdə 59.400 ABŞ dolları ödəniş həyata keçirilmişdir. İddiaçının özü tərəfindən doldurulmuş gömrük bəyannamələri digər sübutlar olmadan alqı-satqı müqaviləsi üzrə ödənişin həyata keçirildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilməmiş, bunun əsası kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məktubuna istinad edilmişdir.

18. Bundan əlavə, cavabdehin iddiaçıya aldığı mallara görə 18.000 ABŞ dolları borcunun olduğunu qəbul etməsi faktı ilə malların dəyəri ödənildikdən sonra idxal edildiyinə dair cavabdehin mülahizələri əsassız hesab edilmişdir. Birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən öhdəliyin icrasının gecikdirilməsinə görə tələb edilən 186.619 manat cərimə borcunun əsas borc məbləğinə münasibətdə tənasübsüz şəkildə yüksək hesab edilərək 5000 ABŞ dolları məbləğində müəyyən edilməsi qanuni və əsaslı hesab edilmişdir.

19. İddia müddəti ilə bağlı qeyd olunmuşdur ki, iddiaçının iddia irəli sürmək hüququ pretenziya məktubunun cavabdehə təqdim edildiyi tarixdən 3 gün sonra başlamışdır. İddiaçı 2019-cu il 2 dekabr tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. 20. 2020-ci il 21 dekabr tarixdə iddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cəri mənin təmin olunmayan hissəsinə münasibətdə dəyişdirilərək, tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı a) Kassasiya şikayətinin dəlilləri:

21. Alqı-satqı müqaviləsi ilə tərəflər razılığa gəlmişlər ki, alıcı tərəfindən müqavilə üzrə edilmiş ödənişlərin gecikdirilmiş hər həftəsi üçün, satıcı tərəfindən müqavilə üzrə ödəniləcək ümumi məbləğin 0,5% miqdarında cərimə tələb olunan ödəmə tarixindən başlayaraq iki həftə sonra tətbiq edilə bilər. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdehin 538.689 ABŞ dolları əsas borcu qalmışdır. Cavabdeh tərəfindən sonuncu dəfə 2017-ci il 4 may tarixdə ödəniş edildiyi üçün ödəmə tarixindən iki həftə sonra, yəni 2017 -ci il 18 may tarixdən başlayaraq ümumi məbləğin 0,5 % miqdarında iddiaçıya cərimə verilməlidir. Cavabdeh əsas borcu 54 həftə ərzində gecikdirdiyinə görə müqavilədə nəzərdə tutulmuş tarixdən başlayaraq pretenziya göndərilən tarixədək 145.446 ABŞ dolları cərimə tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi müqavilə şərtlərinə əhəmiyyət vermədən həmin məbləği dəbbə pul kimi nəzərə alaraq azaltmaqda haqlı olmamışdır, apellyasiya instansiyası məhkəməsi isə apellyasiya şikayətində göstərilmiş normalara əməl etməmişdir.

22. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 399.1, 445.7, 463.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 418.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Ka ssasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. İddiaçının nümayəndəsi və vəkilləri kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cərimənin təmin olunmayan hissəsinə dəyişiklik edərək, cərimənin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini qismən-cərimənin təmin olunmayan hissəsində mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəllə sinin müvafiq müddəalarında “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasınd an asılı olmayaraq yazılı formada bağlanmalıdır....” “Maddə

466. Zərər və dəbbə pulu 466.2. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

29. Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” 30. “Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında nəzərdə tutulmuşdur: …İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. … Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsi rli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır.

32. Belə ki, kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini yalnız cərimə borc unun tutulması hissəsində mübahisələndirməklə hesab etmişdir ki, tərəflər arasında münasibətlər müqavilə ilə tənzimləndiyindən və həmin müqavilədə cərimə borcunun hesablanması ilə bağlı tərəflərin qarşılıqlı razılığı olduğundan, cərimə borcu tam şəkildə cavabdehdən tutulmalıdır.

33. İddiaçı iddia ərizəsindən fərqli olaraq, kassasiya şikayətində apellyasiya məhkəməsinin müəyyən etdiyi əsas borcun miqdarına müvafiq olaraq, 145.446 ABŞ dolları məbləğində dəbbə pulunun tutulmasını xahiş edir (bax yuxarıda 5 və 21-ci bəndlər).

34. Mülki qanunvericiliyə görə mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələri, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə icra etmələridir. Mülkiyyə t və azad sahibkarlıq hüquqlarının reallaşdırılmasının əsasında isə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək hüququ verən müqavilə azadlığı prinsipi dayanır.

35. Hazırki iş üzrə tərəflər 2016-cı il 8 sentyabr tarixli 20151016/ATL/DBZ/016-6 saylı alqı-satqı müqaviləsi ilə (bax yuxarıda 1-2-ci bəndlər) təhvil alınmış mallara görə ödəniləcək məbləği, ödəmə müddətləri, öhdəliklərin tam və ya lazımınca yerinə yetririlməməsinə görə məsuliyyət barədə razılıq əldə etmişdir.

36. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş, hazırda mübahisələndirilməyən hallarına görə, cavabdehin üzərinə düşən öhdəlikləri vaxtında icra etməməsi səbəbindən 538.689 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır.

37. Öhdəliyin tam və ya lazımınca ye rinə yetririlməməsinə görə cərimənin ödənilməsi öhdəliyi tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndində nəzərdə tutulmuşdur. Həmin bəndə görə bir tərəf təqsirli olaraq digər tərəfə vurduğu ziyana və bu müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya lazımınca yerinə yetririlməməsinə görə digər tərəf qarşısında tam həcmdə məsuliyyət daşıyır. 4.4-cü bəndinə görə, alıcı tərəfindən bu müqavilə üzrə etdiyi ödənişlərin gecikdirilmiş hər həftə üçün satıcı tərəfindən ona bu müqavilə üzrə ödəniləcək ümumi məbləğin 0,5 % miqdarında cərimə tətbiq edilə bilər, tələb olunan ödəmə tarixindən başlayaraq iki həftə sonra.

38. Mülki qanunvericliliyin tələbinə görə məhkəmə işin hallarını, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz dəbbə pu lunu azalda bilər (MM-nin 467-ci maddəsi).

39. İşə baxmış məhkəmələr iddiaçının cərimənin tutulması tələbinə qiymət verərkən Mülki Məcəllənin 467-ci maddəsinə istinad etsələr də, işin hansı halları nəzərə alınmaqla, tənasübsüz cərimə məbləğinin 5000 manatadək azaldılmalı olmasını əsaslandırmamışlar.

40. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilənin qeyd olunan şərtlərini və əsas borc məbləğinin 5%-i məbləğində cərimənin tutulmasına dair mövcud məhkəmə təcrübəsini, Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyini (bax yuxarıda 30-cu bənd) nəzərə alaraq hesab edir ki, müqavilə öhdəliklərinin yerinə yetiriməməsinə görə cavabdehdən əsas borcun 5%-i - 26.934,25 ABŞ dolları məbləğində (538.689x5%=26.934,45) cərimənin tutulması Mülki Məcəlləni 467-ci maddəsinin tələblərinə uyğundur. 41.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 oktyabr tarixli 22(103)-465/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 26.934,45 ABŞ dolları məbləğində cərimə tutulmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 29 oktyabr tarixli 2-2(103)-465/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Cavabdehdən iddiaçının xeyrinə 26.934,45 ABŞ dolları (iyirmi altı min doqquz y üz otuz dörd ABŞ dolları qırx beş sent) məbləğində cərimə tutulsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar